Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2382/2026 18.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qətnamədən iddiaçı İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi haqqında məlumat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 2.300 manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 43 manat dövlət rüsumunun, cəmi 2.343 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, tanışı olan və yük maşınında sürücü işləyən cavabdehin 2025-ci ilin sentyabr ayında Rusiya Federasiyasına mal aparmasını bildiyindən, içərisində ümumilikdə 4.500 manata yaxın dəyərində qadın geyimləri olan 6 ədəd bağlamanı cavabdehə vermiş və Dağıstan Respublikasının Mahaçqala şəhərində yaşayan Gülmirə adlı tanışına çatdırılmasını xahiş etmişdir. O, bunun üçün cavabdehə zəhmət haqqı olaraq 60 manat məbləğində pul da vermişdir. Üç gündən sonra cavabdehlə telefon əlaqəsi saxladıqda sonuncu bağlamalardan 3nün özündə olduğunu, digər 3 bağlamanı isə tanımadığı sürücü vasitəsilə Rusiya Federasiyasına göndərdiyini bildirmişdir. Bağlamalar təyinatı üzrə çatdırılmadığından, iddiaçı, X1 gedərək cavabdehdə olan 3 ədəd bağlamanı geri götürmüş, qalan və içərisində 2.300 manat dəyərində qadın geyimi olan 3 bağlamanı isə cavabdeh ona qaytarmamışdır, çünki cavabdehin malları verdiyi və tanımadığı sürücü həmin bağlamaları qaytarmamışdır. O, həmin geyimlərin dəyəri olan 2.300 manatın ödənilməsini cavabdehdən tələb etsə də, cavabdeh, müxtəlif bəhanələr gətirməklə, bundan yayınmışdır. Bu səbəbdən də, iddiaçı, hazırkı iddia ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 43 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə haqqında məlumat
3. İşə cavabdehin iştirakı olmadan baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli, qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehlə aralarında şifahi razılaşmanın mövcudluğuna, həmin razılaşma əsasında cavabdehə içərisində 2.300 manat dəyərində geyim əşyaları olan 6 ədəd bağlama və 60 manat xidmət haqqı verdiyinə, habelə bağlamalardan 3-nün cavabdeh tərəfindən qaytarılmadığına istinad etsə də, həmin halları təsdiq edən sübutları təqdim etməmişdir. Buna görə də iddia təmin edilə bilməz. c) apellyasiya şikayəti haqqında məlumat
5. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Rayon Məhkəməsi nəzərə almamışdır ki, iş üzrə cavabdeh iddia ərizəsində qeyd edilənləri Qusar Rayon Polis Şöbəsinə verdiyi izahatda təsdiq etmişdir. d) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı haqqında məlumat
7. İddiaçı və cavabdeh işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər.
8. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi haqqında məlumat
9. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 2.040 manat məbləğində pul tutulması qət edilməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir.
10. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (maddə 76.1.). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2.). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1.). Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (maddə 78.1.). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əldə edilmiş nəticələr əsasında qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddə 88.). Sübutlar birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir (maddə 167.1.2.). Hakim yeni sübutun təqdim və ya tələb edilməsi barədə vəsatəti yalnız o halda təmin edir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər həmin vəsatətin verilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 184.3.). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2.).
11. Belə ki, apellyasiya şikayətinin dəlilinin yoxlanılması məqsədi ilə apellyasiya icraatı zamanı, hazırkı iş üzrə iddiaçının Qusar Rayon Polis Şöbəsinə etdiyi müraciət əsasında həmin Şöbənin İstintaq Bölməsi tərəfindən toplanmış “HK-1 № ***” saylı material Qusar RPŞ-dən götürülmüş və tədqiq edilmişdir.
12. Həmin materialdan görünür ki, hazırkı iş üzrə cavabdeh Qusar RPŞ-nin İB-yə verdiyi izahatda iddiaçıdan 6 ədəd bağlama götürdüyünü, həmin bağlamalardan 3-nü iddiaçıya qaytardığını, digər 3 bağlamanı isə sərhədi keçirtmək üçün tanımadığı sürücüyə verdiyini, həmin sürücünün sərhədi müvəffəqiyyətlə keçməsini, özünü isə sərhədi keçə bilməməsini, bu səbəbdən də həmin sürücü ilə bir daha görüşüb, bağlamaları geri ala bilməməsini, habelə qaytarılmayan bağlamaların içində olan geyim əşyalarının 1.200 ABŞ dolları məbləğində olduğunu bildirmişdir.
13. Göründüyü kimi, iş üzrə cavabdeh, polis orqanına verdiyi izahatda iddia tələbdə qeyd edilən halları, yəni iddiaçıdan qəbul etdiyi tapşırığı lazımi qaydada yerinə yetirməməsini və bunun nəticəsində iddiaçıya ziyan dəydiyini təsdiqləmişdir.
14. Cavabdehin həmin izahatında qeyd edilən məlumatla iddia ərizəsində qeyd edilən məlumat arasında ziddiyyətli məqam yalnız iddiaçıya vurulmuş zərərin məbləği ilə bağlıdır. Belə ki, iddiaçı, ona dəymiş zərərin 2.300 manat məbləğində olduğunu bildirsə də, cavabdeh, həmin zərərin 1.200 ABŞ dolları, yəni rəsmi məzənnəyə uyğun olaraq (1.200 x 1,7 =) 2040 manat məbləğində olduğunu bildirir.
15. Odur ki, göstərilənləri və MPM-in yuxarıda qeyd edilən tələblərini nəzərə alan Məhkəmə hesab edir ki, iddia tələbi qismən, yəni cavabdehin etiraf etdiyi məbləğdə əsaslıdır. Lakin Rayon Məhkəməsi iddianı tam həcmdə rədd etmişdir ki, bu nəticə işin hallarına və tərəflər arasında yaranmış qarşılıqlı münasibətlərə uyğun deyil.
16. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər (maddə 390.1.). Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür (maddə 777.1.). Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir (maddə 777.2.). Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır (maddə 779.1.). Öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməli, o cümlədən pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməli, digər tərəf isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququna malikdir (maddə 385.1.). Öhdəliklər müqavilədən, ziyan vurulması nəticəsində və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan əmələ gəlir (maddə 386.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (maddə 442.). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1.).
16. Buna görə də, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Rayon Məhkəməsi iddianı tam həcmdə təmin etməməkdə haqlı olmamışdır. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşımır. f) apellyasiya baxışının nəticəsi
17. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 119, 385, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı irəli sürdüyü “pul tələbi barədə” iddiası qismən təmin edilsin. 2.040 (iki min qırx) manat məbləğində pul cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş cəmi (44 manat + 23 manat=) 67 manat məbləğində dövlət rüsumunun 12 manat hissəsi iddiaçının özünə aid edilsin. Qalan 55 (əlli beş) manat cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.