Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2456/2026 17.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “öhdəliyin qoyulması” tələbinə dair iş üzrə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin Fərmani (Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, ## ######## 2003-cü il N9 935) ilə təsbit edilmiş 3-cü, 4.2-ci, 4.3-cü, 4.4-cü, 4.5-ci, 4.6-cı, 4.7-ci və 4.9-cu maddələrinin bərpasının DSMF-nin üzərinə qoyulması və * nömrəli Qərarın arxivə təhvil verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə iddia ərizəsinin qəbul edilməkdən imtina edilməsi, iddiaçı İddiaçı hazırki iddia tələbi ilə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət hüququnun izah olunması qərara alınmışdır. İddiaçı qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsi, işin icraata qəbul edilərək baxılması barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlillərinə görə, inzibati orqanların siyahısında Dövlət Sosial Müdafiə Fondunun adı yoxdur. Qərardadda məsələnin predmetini ümumi (publik) hüquq sahəsinə aid olan – inzibati orqanın sərəncamında olan sənədlərin təqdim edilməsi ilə bağlı olduğu qeyd edilmişdir. DSMF Arxiv və Sosial Ödəniş İşlərinin İnvertarlaşdırılması üzrə Mərkəzi Filialının müdiri Sənan Qənbərli * nömrəli Qərarın arxivdə olmaması barədə mənə məktub ünvanladı ki, həmin məktub məhkəmə sənədləri işləri içərisində var. Demək, * nömrəli Qərar ümumiyyətlə kargüzar tərəfindən “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, ## ######## 2003-cü il *** nömrəli) ilə təsbit edilmiş 3-cü, 4.2-ci, 4.3-cü, 4.4-cü, 4.5-ci, 4.6-cı, 4.7-ci və 4.9cu maddələri yerinə yetirilməmişdir. Yəni, sənəd ərsəyə belə gəlməmişdir. Birinci gərək kargüzar yuxarıda qeyd olunan maddələri yerinə yetiriərək sənədin (* nömrəli Qərarın) ortaya çıxmasına, arxivə verilməsinə vəsilə olmalıdır ki, ondan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin Qərarı gizlədib verməsə, onda o inzibati məhkəməyə müraciət edəcək. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, iddiaçının nümayəndə-vəkili məhkəməyə ərizə ünvanlayaraq mübahisləndirilən qərardadın məhkəmə aidiyyəti ilə bağlı olduğunu, bu təqdirdə şikayətin birbaşa kassasiya instansiya məhkəməsinə göndərilməli olduğu halda apellyasiya instansiyasına göndərilməsinin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddiaçının tələbini inzibati hüquq münasibətlərindən irəli gələn mübahisə kimi qiymətləndirərək Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə (ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması) istinadən iddia ərizəsinin icraata qəbulundan imtina etmişdir. Kollegiya məhkəmənin mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli Qərarına əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. “İnzibati İcraat” haqqında Qanunun 2.0.1-ci maddəsinə, habelə həmin Qanunun tədbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ## ###### 2005-ci il tarixli *** nömrəli Fərmanına əsasən inzibati orqan dedikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (yəni Azərbaycan Respublikasının Nazirlər Kabineti, mərkəzi və yerli icra hakimiyyəti orqanları), onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 14-cü bəndinə görə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi inzibati orqandır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin struktur bölmələrinin fəaliyyətinin optimallaşdırılması, habelə idarəetmənin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin ##.##.2020-ci il tarixli, **** nömrəli fərmanı ilə təsdiq edilmiş, “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin” 4.5.6-cı və 4.5.7-ci yarımbəndlərini rəhbər tutaraq Fond tərəfindən ##.##.2020-ci il tarixli ******* nömrəli qərar qəbul edilmiş, qərara əsasən Fondun keçmiş rayon şöbələri (filialları) üzrə regional ərazi filialları yaradılmış, onların əsasnamələri təsdiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İşdən görünür ki, iddiaçı inzibati orqan tərəfindən müvafiq hərəkətlərin edilməsini tələb edir, göründüyü kimi mübahisənin predmeti İPM-in 2.2.3-cü maddəsində göstərilən inzibati hüquq münasibətləri ilə bağlı olmaqla, mübahisəyə .inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-cü maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd edilir ki, mülki prosessual qanunvericilik mülki işlər üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 153.2.1-ci maddəsində “ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmasının mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə inzibati məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinin təsir dairəsinə düşür. Qeyd olunanlar kontekstində kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin mahiyyətini və tərəflər arasındakı münasibətləri nəzərə alaraq, iddia ərizəsini icraata qəbul etməkdən imtina etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Şikayətin dəlillərinə münasibətdə kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşırr və onları qərardadın ləğvi üçün əsas hesab etmir. Beləliklə, qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, şikayət təmin edilmədən, Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Fuad Abdıyev Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(3-6)-2456/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2456/2026
17.06.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver