Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2547/2026 17.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlundan və X1 ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi ilə İddiaçı cavabdeh3, cavabdeh2, cavabdeh1 qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026cı tarixli qətnaməsindən cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı (iddiaçı) cavabdeh3, cavabdeh2 və cavabdeh1 (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, ** saylı mənzildəki su sızıntısının aradan qaldırılması öhdəliyinin, ona vurulmuş 20 000 manat məbləğində maddi və 1000 manat mənəvi zərərin əvəzinin tam şəkildə ona ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 02 aprel 2026-cı il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, vurulmuş 11 550 (on bir min beş yüz əlli altı) manat məbləğində maddi zərərin 9625 (doqquz min altı yüz iyirmi beş) manat hissəsinin cavabdeh3, 1925 (bir min doqquz yüz iyirmi beş) manat hissəsinin cavabdeh2, 300 (üç yüz) manat məbləğində mənəvi zərərin 250 (iki yüz əlli) manat hissəsinin cavabdeh3, 50 (əlli) manat hissəsinin cavabdeh2 tutularaq İddiaçı ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olaraq iddiaçı tərəfindən ödənilmiş 350 (üç yüz əlli) manatın 290 (iki yüz doxsan) manat hissəsinin cavabdeh3, 60 (altmış) manat hissəsinin cavabdeh2 tutularaq İddiaçı ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 (bir yüz) manat məbləğində pulun 80 (səksən) manat hissəsinin cavabdeh3, 20 (iyirmi) manat hissəsinin cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X2 kod: 2100005, VÖEN 1401555071, müxbir hesabı: AZ41NABZ 01360100000000003944, SFİFT BİK: CTREAZ22, VÖEN: 1700326621, hesab: AZ34CTRE 00000000000002088501) ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məcəllənin 361.1-ci maddəsinə əsasən, şikayət bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə * saylı Əlavədə müəyyən olunmuşdur); hazırda mümkünlüyü yoxlanılan şikayət isə sözügedən formaya uyğun tərtib olunmamış, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər MPM-ə * saylı Əlavədə nəzərdə tutulmuş qaydada əks etdirilməmişdir. Buna görə də apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur, apellyasiyanın mümkünlüyü üçün əsaslar olmadıqda isə, şikayət qəbul olunmamış hesab edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 364, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı iş üzrə ## ##### 2026cı il tarixli qətnaməsindən cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və iş, apellyasiya şikayətinin geri qaytarılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Elnur Həsənov Rafael Eyvazov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(3-6)-2547/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2547/2026
17.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver