AzərbaycanRespublikasıadından Qətnamə Bakışəhəri İş№2(3-6)-2596/2026 28.07.2026 BAKIAPELLYASIYAMƏHKƏMƏSI iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: kommunal xidmətlər, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti, ümumi yığıncaq qərarı) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Səlimova SəadətRəşidqızındanvəİmanovAzadNizamoğlundanibarəttərkibdə, MusayevaAytacElşənqızınınkatibliyi, iddiaçıİddiaçı MMMC-ninnümayəndəsinümayəndə1İlhamqızının, cavabdehCavabdehnümayəndəsinümayəndə2iştirakıilə İddiaçı MMMC-nin Cavabdeh qarşı “kommunal xidmətlərə görə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməniqəbuletdi: İşin halları
1. “xxxx” MMM (podratçı) ilə Cavabdeh (sifarişçi) arasında ##.##.2006-cı il tarixdə “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında” müqavilə bağlanmış, müqaviləyə əsasən, podratçı Bakı şəhəri, Yasamal rayonu, Zərdabi 88 küçəsi, 3166-cı məhəllədə tikilməkdə olan yaşayış binasının IV blokunda 17-ci mərtəbədə, 3 otaqlı * nömrəli mənzili sifarişçiyə verməyi, sifarişçiisəpayhaqqınıödəməyiöhdələrinəgötürmüşlər.
2. Bakı şəhəri, Yasamal rayonu, 3166-cı məhəllə, Zərdabi prospekti, ev 92a, mənzil 296 ##.##.2012-ciiltarixdəxüsusimülkiyyəthüququüzrəCavabdehadınaqeydiyyataalınmışdır.
3. İddiaçı MMMC ##.##.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır, fəaliyyət ərazisi Bakı şəhəri, Yasamal rayonu, Zərdabi prospekti 92a ünvanıdır, fəaliyyət predmeti və məqsədi yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdir.
4. İddiaçı MMMC-nin təsis yığıncağının ##.##.2025-ci il tarixli qərarı ilə, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr.92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin idarə edilməsi ilə bağlı çoxmənzilli binanın ümumi əmlakının saxlanması, təmiri və kommunal xidmətlərin göstərilməsi üzrə mənzillərin hər kvadrat metri üçün müəyyən edilmiş 0,30 (otuz qəpik) AZN məbləğindəki qiymətin dəyişdirilməməsi və bu xidmətlərin göstərilməsi üzrə, mənzillərin hər kvadratmetri üçün 0,30 (otuz qəpik) AZN məbləğində müəyyən edilməsi, Bakı şəhəri,Yasamal rayonu, H.Zərdabi pr.92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin idarə edilməsi ilə bağlı çoxmənzilli binanın ümumi əmlakının saxlanması, təmiri və kommunal xidmətlərin göstərilməsi üzrə sahə müllkiyyətçilərinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqları və bu xidmətlərin göstərilməsiüzrəsakinlərləmüqaviləbağlanılmasıqəraraalınmışdır.
5. MMMC-nin tərtib etdiyi ##.##.2025-ci il tarixli kommunal borc bildirişində və ##.##.2025ci il tarixli arayışda göstərilmişdir ki, Cavabdeh MMMC-yə 2015-ci ildən ##.##.2025-ci il tarixinə kimiümumilikdə5109,21manatborcuvardır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
6. İddiaçı MMMC (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən 5111 (beş min bir yüz on bir) manat məbləğində kommunal xidmətlərə görə borc məbləğinin və 71,11 manat məbləğində dövlət rüsumunun, yəni cəmi 5182,11 (beş min bir yüz on bir manat 11 qəpik) manatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti müstəqil təsərrüfat subyekti olmaqla Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 92a ünvanında yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən yaradılmışdır və öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Mənzil Məcəlləsinə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və öz Nizamnaməsinə uyğun olaraq həyata keçirir. Cəmiyyət dövlət qeydiyyatına alınmaqla, ona dövlət reyestrindən çıxarış və qeyri-kommersiya hüquqi şəxsin Şəhadətnaməsi verilib. Cəmiyyətin nizamnaməsinə əsasən yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək hüququ İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə həvalə olunub. MMMC ilə çoxmənzilli binanın sahə mülkiyyətçiləri arasında bağlanan müqaviləyə əsasən kommunal xidmətlər, o cümlədən: giriş-çıxışa və əraziyə nəzarətin həyata keçirilməsi; ümumi istifadədə olan sahələrin, həyətin təmizlənməsi; liftlərə xidmət göstərilməsi, saz vəziyyətdə saxlanılması, təmiri və elektrik enerjisi ilə təmin olunması; məişət tullantılarının müəyyən olunmuş yerdən daşınması; cari təmir işlərinin həyata keçirilməsi; suyun anbardan nasoslar vasitəsilə mənzilə verilməsi; blokların, pilləkənlərin, həyətlərin işıqlandırılması işləri MMMC tərəfindən həyata keçirilir. Kommunal xidmətin haqqı mənzilin ümumi sahəsinin hər kvadrat metri üçün 30 qəpik məbləğində müəyyən olunmuşdur. Cavabdeh Cavabdeh çoxmənzilli binanın sahə mülkiyyətçisi kimi ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədiyi üçün, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 92A, *** saylı mənzilin mülkiyyətçisi olaraq İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ümumilikdə 5111 (beş min bir yüz on bir) manat məbləğində borcu yaranmışdır. Cavabdeh ona edilən xəbərdarlıqlara baxmayaraq həmin borcu bu günə qədər ödəməmişdir. Borcun ödənilməsi xahiş olunsa da, cavabdeh borcunu ödəməkdən yayınıb. Bu baxımdan məhkəməyəmüraciətetməkməcburiyyətindəqalınmışdır.
8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehə lazım olan kommunal xidmətlər cəmiyyət tərəfindən göstərilsə də, cavabdeh göstərilən xidmətlərin qarşılığında hər hansı ödəniş etməmişdir. Cəmiyyətinümumiyığıncağıkeçirilmiş,nəticədəidarəediciqismindəiddiaçıtəyinedilmişdir.
9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə2 iddianı qəbul etməyərək bildirmişdir ki, 2025-ci ildən həmin mənzildə yaşasa da, mənzil 2012-ci ildə onun mülkiyyətinə keçib və onunla kommunal xərclərlə bağlı heç bir müqavilə bağlanmayıb. 2025-ci ilin yanvar ayından hesablanmaqla kommunal xərcin ödənilməsinə razıdır, digər xərclər hissəsindəiddianıqəbuletmir.
10. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq iddia müddətinin keçməsinə görə iddianın rəddolunmasınıxahişetmişdir.
11. Birinci instansiya məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsi iddianın qismən təmin edilməsi, Cavabdeh kommunal xidmətə görə 346,10 (üç yüz qırx altı manat on qəpik) manatın, Dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manatın tutulub İddiaçı Mənzil Mülkiyyətçilərinin MüştərəkCəmiyyətinəödənilməsi,iddianınqalanhissədətəminedilməməsiqətolunmuşdur.
12. Məhkəməgəldiyinəticəniaşağıdagöstərildiyikimiəsaslandırmışdır:
Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin təsis yığıncağının ## ###### 2025-ci il tarixli qərarı ilə, Bakı şəhəri,Yasamal rayonu, H.Zərdabi pr.92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin (bundan sonra Yaşayış binası) idarə edilməsi ilə bağlı çoxməızilli binanın ümumi əmlakının saxlanması, təmiri və kommunal xidmətlərin göstərilməsi üzrə mənzillərin hər kvadrat rnetri üçün müəyyən edilmiş 0,30 (otuz qəpik) AZN məbləğindəki qiymətin dəyişdirilməməsi və bu xidmətlərin göstərilməsi üzrə, mənzillərin hər kvadrat metri üçün 0,30 (otuz qəpik) AZN məbləğində müəyyən edilməsi qərara alınmışdır. İddiaçı tərəf 2015-ci ildən 01 Sentyabr 2025-ci il tarixinə kimi ümumilikdə 5109.21 manat məbləğində borcun cavabdeh mülkiyyətçidən tutulmasını iddia etsə də, istinat etdiyi müqavilənin şərtlərinə əsasən "Mülkiyyətçi" müqavilə əsasında idarə etdiyi Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr. 92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin (bundan sonra Əmlak) idarə edilməsi ilə bağlı ## ###### 2024-cü il tarixədək yaranmış bütün tələb və hüquqlarını (o cümlədən gələcəkdə yarana biləcək tələb və hüquqlarını) və səlahiyyətlərini əvəzsiz olaraq "İdarə edən”ə güzəşt edir, "İdarə edən" isə güzəşti qəbul etməsinə razılığını bildirir. Cavabdeh tərəf isə həmin mənzildə təmir aparılmadığını və mənzildə yaşamadığını göstərərək, həmçinin iddia müddətinin keçməsinə istinad edərək iddianın rədd olunmasını xahiş etmişdir.
Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin əlverişli və təhlükəsiz yaşamalarının təmin edilməsi və binanın ümumi əmlakından birgə istifadə edilməsinin tənzimlənməsini təmin etmək məqsədilə, Mənzil Məcəlləsinin 141.2-ci maddəsində mülkiyyətçilərin binanın idarə edilməsi üsulunu seçmək vəzifəsi nəzərdə tutulmuşdur.
Beləliklə, binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər (Mənzil Məcəlləsinin 141.3-cü maddəsi).
Mənzil Məcəlləsinin normalarından göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır (V.Ələsgərovun şikayəti üzrə Konsitutiya Məhkəməsi Plenumunun ## ###### 2015-ci il tarixli Qərarı).
Həmin qərarda eyni zamanda qeyd edilmişdir ki, çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti vasitəsilə həyata keçirilir. Mənzil Məcəlləsinin 119.1-ci maddəsində qeyd edilir ki, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq qaydada mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü nəzərdə tutmur. Belə ki, Məcəllənin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir.
Çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onları ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsindən azad etmir. Mənzil Məcəlləsinin 137.5-ci maddəsində qeyd edilir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənziltikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər.
İcrası məcburi olan qərarlar, yalnız çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Bu xüsusilə kommunal xidmət haqqının müəyyən edilməsinə aiddir. Qanunvericiliyin tələbindən və adı çəkilən Plenum Qərarında göstərilən hüquqi mövqedən də aydın olur ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır, cəmiyyətin idarə heyətinin səlahiyyətlərinə aid olan məsələləri həll etmək hüququna malikdir (Mənzil Məcəlləsinin 125.1 və 125.4-cü maddələri).
Həmin Məcəllənin 125.2.4-cü maddəsinə müvafiq olaraq isə cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək ümumi yığıncağın müstəsna səlahiyyətidir.
Hazırki işin faktiki halları ilə Cavabdeh ilə İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti arasında 2025-ci ilədək çoxmənzilli binanın ümumi əmlakının saxlanması, təmiri və kommunal xidmətlərin göstərilməsi üzrə mənzillərin hər kvadrat metri üçün 0,30 (otuz qəpik) AZN məbləğin müəyyən edilməsi barədə sübut məhkəməyə təqdim etməmişdir.
Məhz İddiaçı mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin təsis yığıncağının ## ###### 2025-ci il tarixli qərarı ilə, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr.92A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin (bundan sonra Yaşayış binası) idarə edilməsi ilə bağlı çoxmənzilli binanın ümumi əmlakının saxlanması, təmiri və kommunal xidmətlərin göstərilməsi üzrə mənzillərin hər kvadrat rnetri üçün müəyyən edilmiş 0,30 (otuz qəpik) AZN məbləğindəki qiymətin dəyişdirilməməsi və bu xidmətlərin göstərilməsi üzrə, mənzillərin hər kvadrat metri üçün 0,30 (otuz qəpik) AZN məbləğində müəyyən edilməsi qərara alınmışdır.
Belə olan halda məhkəmə iddianı ## ###### 2025-ci il tarixədək olan dövr üçün hesablanan xidmət haqqı hissəsində əsassız hesab edir və iddianın həmin hissədə rədd edilməsi nəticəsinə gəlir.
Bununla yanaşı məhkəmə hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, 3166-cı məhəllə, Həsənbəy Zərdabi prospekti, ev 92a, mənzil 296-nin mülkiyyətçisi 2011-ci il tarixdən Cavabdehdır. Həmin mənzilə İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti xidmət göstərir və Çoxmənzilli binanın ümumi əmlakının saxlanması, təmiri və kommunal xidmətlərin göstərilməsi ilə bağlı İddiaçı mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin təsis yığıncağı tərəfindən ## ###### 2025-ci il tarixdə qərar qəbul edildiyindən cavabdeh 2025-ci ilin yanvar ayından 2025-ci ilin sentyabr (iddiada sentyabr ayınadək borc tələb edilir) ayınadək olan dövr ərzində mənzilə görə xidmət haqqı ödəmədiyindən, iddia həmin aylar üzrə borcun tutulması hissəsində əsaslı olmaqla təmin edilməlidir.
Məhkəmə bu qənaətə gələrkən nəzərə alır ki, iddiaçı ilə cavabdeh arasında sözügedən mənzilə görə xidmət haqqının ödənilməsi ilə bağlı müqavilə bağlanılmasa da, cavabdeh mənzildə yaşamasa da, iddiaçı tərəfindən hal-hazıradək cavabdehə məxsus mənzilə də xidmət göstərilmişdir.
Məhkəmə qeyd edir ki, mənzilin ümumi sahəsi 134.11 + 10.1 = 144.21 kv.m, hər kv.m üçün 0.30 manat olmaqla 144.21 x 0.3 = 43.26 manat x 8 ay (2025-ci ilin yanvar ayından sentyabr ayınadək olan 8 aylıq müddət- iddia ərizəsində tələb edilən müddət) üçün 346.10 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin 2025-ci ilədək olan hissəsinin əsassız olması nəticəsinə gəldiyindən cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsinə həmin hissədə münasibət bildirilməsinə əsas görmür. 2025-ci ilə münasibətdə isə iddiaçı (üç illik) iddia müddətini ötürməmişdir.
13. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 386.1-ci, Mənzil Məcəlləsinin 6-cı, 10.0.2-ci, 18-ci, 29.3-cü, 119.1-ci, 121.1-ci, 125.2.4-cü, 128.0.3-cü, 135.1-ci, 136.2-ci, 136.2.1-ci, 137.4-cü, 137.6-cı, 137.9-cu, 137.10-cu, 138.1-ci, 138.5-ci, 140.3-cü, 141.1-ci, 141.2-ci, 141.3-cü, 142.1-ci maddələrinə, “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2000-ci il tarixli ** nömrəli Qərarına, Konstitusiya Məhkəməsinin Plenumunun “Bakı şəhər icra hakimiyyəti başçısının "Mənzil xidməti tariflərinin tənzimlənməsi haqqında” 1999-cu il # ####### tarixli *** saylı sərəncamı barədə” # #### 2000-ci il tarixli, “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ######## 2020-ci il tarixli, “Ələsgərovanın şikayəti üzrə” 2015-ci il ## ###### tarixli Qərarlarınaistinadetmişdir.
14. Həmin qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi və prosessual hüquq normalarını pozduğunu, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan halları aydınlaşdırmadığını, Mənzil Məcəlləsinin müddəalarını düzgün təfsir etmədiyini irəli sürmüşdür. Şikayətdə göstərilmişdir ki, “məhkəmə tərəfindən iddia 2025-ci ilin yanvar ayınadək çoxmənzilli binanın ümumi əmlakının saxlanması, təmiri və kommunal xidmətlərin göstərilməsi üzrə mənzillərin hər kvadrat metri üçün 0,30 (otuz qəpik) AZN məbləğin müəyyən edilməsi barədə sübutun məhkəməyə təqdim olunmadığı əsas gətirilərək rədd edilmişdir. Məhkəmə V. Ələsgərovanın şikayəti üzrə Konstitusiya məhkəməsi Plenumunun ## ###### 2015-ci il tarixli qərarına istinad edərək çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməli olduğunu qeyd etmişdir. Bildirmək istəyirik ki, Cavabdeh ilə “xxxx" MTK (həmin dövrdə “xxxx" MMM) arasında sözügedən mənzilə dair ## #### 2007-ci ildə “Çoxmənzi yaşayış binasnın tikintisi haqqında fərdi müqavilə" bağlanmışdır. 2015-ci ilin fevral ayından etibarən isə kommunal xidmət göstərilib. Lakin cavabdeh mülkiyyətçisi olduğu mənzilə kommunal xidmətlərin göstərilməsinə baxmayaraq mənzildə yaşamadığını əsas gətirərək kommunal xidmət haqqı ödəməkdən imtina etmişdir. Binanın əksər sakinləri ilə “idarə edən" arasında kommunal müqavilə bağlanılmışdır. Kommunal xidmət haqqının məbləği isə mülkiyyətçilər ilə bağlanmış kommunal müqavilələrdə öz əksini tapıb. Kommunal müqavilələrdə xidmət haqqı mənzillərin hər kvadrat metri üçün 0,30 (otuz qəpik) AZN məbləğində müəyyən edilmişdir. Kommunal müqavilə bağlamaqdan imtina etmiş sakinlər tərəfindən isə mənzilin hər kvadrat metri üçün 0,30 (otuz qəpik) məbləğində kommunal xidmət haqqı ödəməyə razılıq verilmişdir. Lakin cavabdeh Cavabdeh “idarə edən"lə kommunal xidmət müqaviləsi bağlamamışdır. Cavabdehin “idarə edən"lə kommunal müqavilə bağlamaqdan imtina etməsi onu kommunal xidmət haqqı ödəməkdən azad etmir. Faktiki olaraq cavabdehin mülkiyyətçisi olduğu mənzil istismara verildikdən sonra mənzilə kommunal xidmətlər göstərilmişdir. Cavabdeh həmin mənzildə yaşamasa belə qanunvericiliyin tələbinə əsasən kommunal xidmət haqqını ödəməyə borcludur. Kommunal xidmət haqqının 0,30 (otuz qəpik) məbləğində müəyyən edilməsi kommunal müqavilələrdə göstərilməklə yanaşı həmçinin formalaşmış təcrübəyə əsasəndə mülkiyyətçilər tərəfindən o formada qəbul edilmiş və ödənilmişdir. Təsadüfi deyildir ki, ## ###### 2025-ci il tarixli ümumi yığıncağın qərarında “Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin idarə edilməsi ilə bağlı çoxmənzilli binanın ümumi əmlakının saxlanması, təmiri və kommunal xidmətlərin göstərilməsi üzrə mənzillərin hər kvadrat metri üçün müəyyən edilmiş 0,30 (otuz qəpik) AZN məbləğindəki qiymətin dəyişdirilməməsi və bu xidmətlərin göstərilməsi üzrə, mənzillərin hər kvadrat metri üçün 0,30 (otuz qəpik) AZN məbləğində müəyyən edilməsi qərara alınmışdır" kimi qeyd olunmuşdur. Yəni ümumi yaranmış təcrübəyə əsasən bina istismara verildiyi andan mülkiyyətçilər mənzillərin hər kvadrat metri üçün 0,30 (otuz) qəpik məbləğində pul ödəyiblər. Ümumi yığıncağın qərarı ilə isə bu fakt özünün təsdiqini tapıb. Həmçinin məhkəmənin qətnamədə istinad etdiyi plenum qərarında qeyd olunmuşdur ki, müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməli, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır. Hazırkı vəziyyətdə Bakı şəhəri, Yasamal rayonu, H. ünvan 1 ünvanında yerləşən bina üçün kommunal xidmət haqqının mənzillərin hər kvadrat metri üçün 0,30 (otuz qəpik) AZN məbləğində müəyyən edilməsi ağlabatandır və göstərilən kommunal xidmətlərə uyğundur. Bakı şəhəri ərazisində yerləşən əksər çoxmənzilli yaşayış binalarında kommunal xidmət haqqının məbləği 0,30 (otuz qəpik) AZN məbləğdən artıq müəyyən edilmişdir. Sözügedən mənzilin yerləşdiyi ünvan və binaya göstərilən kommunal xidmətlər nəzərə alınarsa kommunal xidmət haqqının məbləğinin müvafiq plenum qərara uyğun olduğunu düşünürük. Qanunverici kommunal xidmətlərə görə ödəniş vəzifəsini ümumi qaydada bütün istifadəçilərin və mülkiyyətçilərin üzərinə qoyur və bu öhdəliyin yaranmasını hər hansı əlavə hüquqi faktla, o cümlədən yazılı müqavilənin mövcudluğu ilə şərtləndirmir. Bu qayda öz hüquqi mahiyyətinə görə birbaşa tətbiq olunan imperativ qaydadır və tərəflərin iradəsindən asılı olmayaraq hüquq və vəzifə yaradır. Nəticə etibarilə, kommunal xidmətlərdən faktiki istifadə edən şəxsin bu xidmətlərin dəyərini ödəməkdən imtina etməsi nə hüquqi, nə də məntiqi baxımdan əsaslandırıla bilər və bu cür mövqe hüquqdan sui-istifadə kimi qiymətləndirilməklə rədd edilməlidir. Mənzil Məcəlləsinin 135.2.3-cü bəndində birbaşa olaraq qanunverici qeyd etmişdir ki, mənzil-tikinti kooperativi üzvləri üçün kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaşayış sahəsi istismara verildiyi andan yaranır. Ümumi yığıncağın qərarının olmamaması əsas gətirilərək kommunal xidmət haqqının ödənilməsi vəzifəsindən mülkiyyətçilərin azad edilməsi birbaşa olaraq mülkiyyətçi tərəfindən vəzifə öhdəliyinin pozulmasıdır. Cavabdehin bilərək və istəyərək “idarə edən”lə xidmət müqaviləsi bağlamaqdan yayınmasının “cavabdehi” idarə edən olmamalıdır. Həmçinin, məhkəmə özü qətnamədə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında sözügedən mənzilə görə xidmət haqqının ödənilməsi ilə bağlı müqavilə bağlanılmasa da, cavabdeh mənzildə yaşamasa da, iddiaçı tərəfindən hal-hazıradək cavabdehə məxsus mənzilə də xidmət göstərilmişdir. Məhkəmənin bu mövqeyi və iddianın 2025-ci ilin ## ###### tarixdən sonrakı hissədə təmin edilməsinə dair mövqeyinin müqayisəsindən belə nəticə çıxır ki, mülkiyyətçilər həmin tarixədək kommunal xidmətlərdən istifadə etməklərinə baxmayaraq həmin hissədə kommunal xidmət haqqı ödəməkdən azad edilməlidirlər.Bunuhüquqivəməntiqicəhətdəndoğruarqumenthesabetməkmümkündeyil”.
Apellyasiya şikayətinə qarşı etiraz
15. Apellyasiyaşikayətinəqarşıyazılıetirazverilməmişdir.
Apellyasiya baxışı, izahatlar
16. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isəşikayətinəsassızolduğunubildirmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 358. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya vəyahüquqadairsərəncamverilməsi,əgərsəlahiyyətlişəxsbunubəyənirsə,etibarlıolur.
18. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etməkhüququvardır.
19. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsiüçünonuniştirakçılarıarasındamüqaviləolmalıdır.
20. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin onaziddolmayanmüqavilələrdəbağlayabilərlər.
21. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqaviləninhərfimənasınınonundigərşərtlərivəmənasıiləmüqayisəsininəzərəalır.
22. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərinsonrakıhərəkətlərinəzərəalınır.
23. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
24. Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiqedilməlimüqaviləisəmüvafiqqaydadatəsdiqedildiyiandanbağlanmışsayılır.
25. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
26. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digərşərtlərinpozulmasıbaşadüşülməlidir.
27. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borcluonunriskdairəsinədaxilolanöhdəliklərinicraedilmədiyibütünhallarüçüncavabdehdir.
28. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarınaziyanvurmaqməqsədiiləistifadəedilməsiyolverilməzdir.
29. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətlərikonkretnəticəəldəolunmasınatəminatvermədənicraetməyiöhdəsinəgötürür.
30. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqaviləvəkalətalanıntapşırığıqəbuletməsindənsonraqüvvəyəminir.
31. Maddə 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alanmüstəqilpeşəfəaliyyətişəklindəbucürəqdlərbağlayırvəyaxidmətlərgöstərir.
32. Maddə 783.3. Əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalətalanınolduğuyerdəqəbuledilmişmuzdşərtləşdirilmişmuzdsayılır.
33. Maddə 1087.1. Özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparanşəxs(icraçı)onuvicdanlaaparmağaborcludur.
34. Maddə 1087.2. İşlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölməninmüddəalarıəvəzinətapşırıqhaqqındamüddəalartətbiqolunur.
35. Maddə 1090.1. Əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilənnəticəiləqurtarmadığıhaldadatətbiqolunur.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
36. Maddə 38.1. Çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahəmülkiyyətçilərininhesabınaödənilir.
37. Maddə 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərəkcəmiyyətihesabedilir.
38. Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtındavətamməbləğdəödəməyəborcludurlar.
39. Maddə 135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.1. yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.2. dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayışsahəsinəmülkiyyəthüququəmələgəldiyiandan.
40. Maddə 137.1. Çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayınonbeşinədəködənilir.
41. Maddə 137.7. Bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər.
42. Maddə 137.8. Yaşayış evlərinin mülkiyyətçiləri həmin evlərin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini çəkir, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrəuyğunolaraqkommunalxidmətlərəgörəhaqqödəyirlər.
43. Maddə 137.9. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılanmüqavilələrəuyğunolaraqçəkirlər.
44. Maddə 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsiüçünəsasdeyildir.
45. Maddə 139.1. Kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdəmüəyyənedilir.
46. Maddə 139.2. Yaşayış sahəsinə mülkiyyət formasının, yaşayış sahəsindən istifadə əsaslarının dəyişməsi, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılması və ləğv edilməsi kommunalxidmətlərəgörəhaqqınmiqdarınındəyişdirilməsinəəsasdeyildir.
47. Maddə 140.1. Çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həminəmlakaümumimülkiyyəthüququndapayınamütənasibolaraqiştiraketməyəborcludur.
48. Maddə 141.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 141.2.1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; 141.2.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlakkooperativitərəfindənidarəedilmə; 141.2.3.idarəedicitəşkilattərəfindənidarəedilmə.
49. Maddə 141.3. Çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçünməcburidir.
50. Maddə 141.4. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Belə yığıncaqda bu Məcəllənin 141.5-ci maddəsinin müddəalarıbələdiyyətərəfindənsahəmülkiyyətçilərininnəzərinəçatdırılmalıdır.
51. Maddə 141.5. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir, bu şərtlə ki, bu Məcəllənin 141.4-cü maddəsinin tələbləri yerinə yetirilmiş olsun. Belə açıq müsabiqə açıq müsabiqənin nəticələri əsasında bağlanmış çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin qüvvədə olma müddəti başa çatanadək, həmin binanın idarə edilməsiüsuluseçilmədiyihaldadakeçirilir.
52. Maddə 141.8. Çoxmənzilli binanın istənilən sahə mülkiyyətçisi bələdiyyə tərəfindən bu Məcəllənin 141.5-ci maddəsinin müddəalarına uyğun olaraq idarəedici təşkilatın seçilməsi tələbi iləməhkəməyəmüraciətedəbilər.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ######## 2020-ci il tarixli qərarı
53. “Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrəxərclərinvəkommunalxidmətlərinödənilməsivəzifəsindənazadetmir”.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “V.Ələsgərovanm şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ##### 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2015-ci il tarixli qərarı
54. “...Yuxarıda göstərilən vəzifə çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Bu, xüsusilə kommunal xidmət haqqının müəyyən edilməsinə aiddir. Mənzil Məcəlləsinin 128.0.3-cü maddəsinə əsasən, müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabat tərtib etmək, onları təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin vəzifəsidir. Nəzərə almaq lazımdır ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır, cəmiyyətin idarə heyətinin səlahiyyətlərinə aid olan məsələləri həll etmək hüququna malikdir (Mənzil Məcəlləsinin 125.1 və 125.4-cü maddələri). Həmin Məcəllənin 125.2.4-cü maddəsinə müvafiq olaraq isə cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək ümumi yığıncağınmüstəsnasəlahiyyətidir”.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardanistifadəetməlidir.
56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir.
57. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməüçünqabaqcadanmüəyyənedilmişqüvvəsiyoxdur.
58. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinəuyğunəsaslandırılmalıdır.
59. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiyaməhkəməsininqətnamədəgöstərilmişnəticələrininişinhallarınauyğungəlməməsi.
Apellyasiya baxışının həddi
60. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiyaşikayətindəgöstərilməyənəsaslarladaləğvedəvədəyişdirəbilər.
62. Kollegiya qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddianın təmin olunmayan hissəsi üzrə yoxlanılması təşkil edir. Qətnamədən cavabdeh şikayət vermədiyindən qətnamənin iddianın qisməntəminolunmasıiləbağlıhissəsiapellyasiyabaxışınınpredmetideyildir.
Məhkəmə kollegiyasının mövqeyi
63. Çoxmənzilli binanın idarə edilməsi üsulunun seçilməsi qaydası Mənzil Məcəlləsinin 141-ci maddəsində açıqca göstərilmişdir. Binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qanunda göstərilən üsullardan biri (binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi və ya idarəedici təşkilat tərəfindən idarə edilməsi) seçilmədikdə binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Bu mümkün olmadıqda həmin bələdiyyə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir. Sahə mülkiyyətçiləri isə belə müsabiqə nəticəsində seçilmiş idarəedici təşkilatla qanunla müəyyən edilmiş qaydada həmin binanın idarə edilməsi barədə müqavilə bağlamağa borcludurlar (§ 48-52).
64. Göründüyü kimi qanunverici, çoxmənzilli binanın idarə edilməsini ilk növbədə sahə mülkiyyətçilərinin özlərinə həvalə etmişdir. Onlar tərəfindən bu məsələ həll edilmədikdə bələdiyyəninmüvafiqvəzifələrinəzərdətutulmuşdur.
65. Hazırkı işin müəyyən olunan halı ondan ibarətdir ki, cavabdehin yaşadığı binanın sahə mülkiyyətçiləri ##.##.2023-cü il tarixdə binanın müştərək cəmiyyəti tərəfindən idarə olunması barədə razılığa gəlmişlər; müvafiq MMMC-nin təsis yığıncağının ##.##.2025-ci il tarixli qərarı ilə isə, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr.92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin idarə edilməsi ilə bağlı çoxmənzilli binanın ümumi əmlakının saxlanması, təmiri və kommunal xidmətlərin göstərilməsi üzrə mənzillərinhərkvadratmetriüçün0,30(otuzqəpik)manathaqqmüəyyənləşdirilmişdir.
66. ##.##.2023-cü il tarixindən əvvəl binanın sahə mülkiyyətçilərinin yuxarıda qeyd edilən idarəetmə üsullarından hər hansı birini seçmələrinə və ya digər qanuni tədbirlər görmələrinə, eləcə də ümumi əmlakın saxlanması, təmiri və kommunal xidmətlərin göstərilməsi üzrə mənzillərin hər kvadrat metri üçün 0,30 (otuz qəpik) manat haqq müəyyənləşdirdiklərinə dair sübutlarbirinciinstansiyaməhkəməsinətəqdimedilməmişdir.
67. Buna görə də kollegiya, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin dəyişdirilməsi, yaxud ləğvi üçün əsas təşkiletmir.
68. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiqtələbinolub-olmamasınabağlıdeyildir.
69. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və405-cimaddələrinirəhbərtutaraqməhkəməkollegiyası
QƏT ETDİ:
İddiaçı MMMC-ninnümayəndəsininapellyasiyaşikayətitəminedilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı iş üzrə ## ##### 2026-cı il tarixliqətnaməsimübahisələndirilənhissədədəyişdirilmədənsaxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünəaidolunsun. Qətnamədənkassasiyaşikayətiveriləbilməz.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Səadət Səlimova
Azad İmanov