Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2603/2026 25.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X13 ibarət tərkibdə, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə qarşı “qanunsuz aktın etibarsız hesab edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ##### 2026cı il tarixli qərardaddan iddiaçı MMC-nin verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsi MMC-nin adından iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, MMC-nin işçiləri X11, X6, İsayev Şahbaz Cavid oğlu, X5, X3 və X7 ölümü ilə nəticələnmiş bədbəxt hadisə ilə bağlı cavabdeh Xidməti tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli təhqiqat aktın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mübahisələndirilən təhqiqat aktı qanunsuz tərtib edilmiş, həmin aktın mövcudluğu iddiaçı MMC üçün hüquqi nəticələr yaratmış, eyni zamanda Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan başqa mülki iş üzrə tələbin əsasını təşkil etmişdir. Bu səbəbdən iddiaçı MMC həmin aktın etibarsız hesab edilməsində hüquqi marağının olduğunu göstərmiş, aktın qanunauyğunluğuna məhkəmə qaydasında qiymət verilməsini xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla mülki iş üzrə icraata xitam verilməsini, qərara almışdır. Rayon Məhkəməsi bu mövqeyini onunla əsaslandırmışdır ki, mübahisələndirilən təhqiqat aktı hüquq müəyyənedici sənəd deyil və müstəqil hüquqi nəticə yaratmır. Həmin akt hazırda başqa məhkəmənin icraatında olan mülki iş üzrə tələbin əsası və sübutlarından biri kimi çıxış edir. Buna görə də aktın etibarlı olub-olmamasına ayrıca icraatda deyil, onun təqdim olunduğu mülki işə baxan məhkəmə tərəfindən hüquqi qiymət verilməlidir. Rayon Məhkəməsi bu əsasla iddia üzrə icraata xitam verilməli olması qənaətinə gəlmişdir. Həmin qərardaddan iddiaçı MMC-nin nümayəndəsi şikayət verərək qərardadın ləğv edilməsi və işin mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisələndirilən aktın mövcudluğu nəticəsində Nərimanov Rayon Məhkəməsində iddiaçı X9, İsayev Cavid Abas oğlu və X4 cavabdeh MMCyə qarşı “iz formalı aktın hazırlanması, maddi və mənəvi ziyanın ödənilməsi tələbi barədə” iddiaya dair mülki işə baxılır və həmin akt iddiaçı MMC üçün birbaşa hüquqi nəticələr yaratmışdır. Buna görə də aktın müstəqil hüquqi nəticə yaratmadığı barədə nəticə işin hallarına uyğun deyildir. Şikayətə baxmış Rayon Məhkəməsi, iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Şikayətə yazılı icraat qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və mülki işə baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, X9, İsayev Cavid Abas oğlu və X4 cavabdeh İddiaçı MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10 Xidməti və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC cəlb edilməklə) “iz formalı aktın hazırlanması, maddi və mənəvi ziyanın ödənilməsi tələbi barədə” iddiasına dair *(***)-****/**** nömrəli mülki iş Nərimanov Rayon Məhkəməsinin icraatındadır. Həmin mülki işin icraatı Binəqədi Rayon Məhkəməsinin icraatında olan (hazırkı) *(***)-****/**** saylı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Göründüyü kimi, Rayon Məhkəməsi özü də mübahisələndirilən təhqiqat aktının digər məhkəmənin icraatında olan mülki iş üzrə tələbin əsası kimi çıxış etdiyini, yəni hər iki işin bir biri ilə sıx bağlılığını müəyyən etmişdir. Lakin Rayon Məhkəməsi bunu müəyyən etsə də, hazırkı mülki işi yuxarıda qeyd edilən *(***)-****/**** saylı işlə birlikdə bir icraatda baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilməsi məsələsini müzakirə etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə görə, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir (maddə 43.1.). Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər (maddə 43.2.). Buna görə də Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı MMC-nin şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli, qeyd edilən məsələnin MPM-in 43-cü maddəsinin tələbi baxımından müzakirə edilməsi üçün mülki iş həmin məhkəməyə göndərilməlidir. Odur ki göstərilənləri nəzərə alan, MPM-nin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanan və MPM-nin 397, 398, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDI: İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli qərardad ləğv edilsin və iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Xidmətinə qarşı “qanunsuz aktın etibarsız hesab edilməsi tələbi barədə” iddiasına dair mülki iş hazırkı qərardadın əsaslandırıcı hissəsində göstərilən prosessual hərəkətin həyata keçirilməsinin mümkünlüyü məsələsinin müzakirə edilməsi üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(3-6)-2603/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2603/2026
25.06.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver