Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2621/2026 29.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı işi üzrə ##.##.2026ci il tarixli qərardadından cavabdeh cavabdeh3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Işin halları və iş üzrə məhkəmə icraat(lar)ı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər cavabdeh3 və “xxxx” MMC-dən müştərək qaydada 3900 manat məbləğində maddi, 3000 manat məbləğində mənəvi zərərin əvəzinin tutularaq iddiaçı İddiaçı verilməsi, cavabdeh cavabdeh2 1000 manat məbləğində mənəvi zərərin əvəzinin tutularaq iddiaçı İddiaçı verilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun 50 manat hissəsinin cavabdehlər cavabdeh3, “xxxx” MMC-dən və cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı İddiaçı verilməsi, qalan hissəsinin isə iddiaçı İddiaçı aid edilməsi, iddianın qalan hissədə (və cavabdeh cavabdeh1 münasibətdə) təmin edilməməsi qət edilmişdir. Iddiaçı İddiaçı tərəfindən qətnamədən verilmiş apellyasiya şikayətinə baxılması üçün iş materialları Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, həmin məhkəmənin ##.##.2025-ci il tarixə təyin edilmiş iclası barədə ##.##.2025-ci il tarixli bildiriş ##.##.2025 ci il tarixdə cavabdeh cavabdeh3 tərəfindən təhvil alınmışdır (iş materiallarının II cildində 211 ci vərəq). Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin olunması, Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinin mənəvi zərərin əvəzinin ödənilməsinə dair hissədə dəyişdirilməsi, mənəvi zərərin əvəzi kimi iddiaçı İddiaçı xeyrinə cavabdehlər cavabdeh3 və “xxxx” MMC-dən müştərək qaydada tutulmalı məbləğin 15000 manat, cavabdeh cavabdeh2 isə 5000 manat olmaqla müəyyən edilməsi, qətnamənin onun apellyasiya şikayətinə əsasən qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 65 manat dövlət rüsumunun cavabdeh “xxxx” MMC-dən iddiaçı İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən ##.##.2026-cı və ##.##.2026-cı il tarixdə verilmiş icra vərəqələrində qətnamənin ##.##.2026-cı il tarixdə qanuni qüvvəsini alması qeyd edilmişdir. Hacıqabul rayon Icra şöbəsinin ##.##.2026-cı il tarixli qərarı ilə borclu cavabdeh3 münasibətdə icra sənədi üzrə icraata başlanılmışdır (iş materiallarının III cildində 31-ci vərəq). ##.##.2026-cı il tarixli qəbzdən cavabdeh cavabdeh3 Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsini rəsmi qaydada əldə etməsi müəyyən edilir (iş materiallarının III cildində 33-cü vərəq). Cavabdeh cavabdeh3 tərəfindən qətnamədən ##.##.2026-cı il tarixdə verilmiş apellyasiya şikayəti məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə geri qaytarılmış, cavabdehə qərardadı rəsmi qaydada əldə etdiyi gündən 5 gün müddətində şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunu ödəməklə yenidən apellyasiya şikayəti təqdim etmək hüququnun olması izah edilmişdir. Cavabdeh cavabdeh3 ##.##.2026-cı il tarixdə “müddətin bərpasına dair” hazırkı ərizə və apellyasiya şikayəti ilə yenidən məhkəməyə müraciət etmiş və ərizə onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi cavabdeh3 ##.##.2026-cı il tarixində təqdim edilmiş, onun tərəfindən ##.##.2026cı il tarixində prosessual müddətlərə əməl etməklə qətnamədən apellyasiya şikayəti verilmiş, lakin qətnamədə iddaçının birinci instansiyada ödədiyi dövlət rüsumunun məbləği yanlış göstərildiyindən, apellyasiya şikayəti vermək üçün dövlət rüsumu da texniki səhv ucbatından əksik ödənilmiş, bu səbəbdən apellyasiya şikayəti qaytarılmışdır. Nöqsanlar aradan qaldırılaraq, dövlət rüsumu tam ödənilməklə ##.##.2026-cı il tarixində yenidən apellyasiya şikayəti verilmişdir. Ilk dəfə apellyasiya şikayəti prosessual müddətlərə əməl edilməklə verildiyindən və ##.##.2026-cı ildə verilmiş apellyasiya şikayəti müvafiq nöqsanlar aradan qaldırılmaqla verildiyindən, buraxılmış prosessual müddətin bərpa olunması məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh3 tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasından imtina edilməsi, apellyasiya şikayətinin geri qaytarılması, apellyasiya şikayətinin verilməsi üçün dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 90 manat məbləğində pulun cavabdeh cavabdeh3 oğluna geri qaytarılması (qəbzlər №: 241120678612; 800751294352; 469532717432) qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1, 114.1.6, 130.1, 133.1-133.3, 133.5, 133.6, 134.1, 134.1.5, 363.1, 363.1.3-cü maddələrinə və“X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-ın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008-ci il tarixli qərarına istinadən qeyd edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinin cavabdeh cavabdeh3 tərəfindən alınmasını təsdiq edən sübut mülki iş materiallarında olmasa da, ##.##.2025-ci il tarixli məhkəmə iclasının audio-videoyazısından qətnamədən çıxarışın elan edildiyi həmin gün cavabdehin məhkəmə iclasının əvvəlindən sonunadək iclasda şəxsən iştirak etməsi müəyyən edilir. Bundan başqa, mülki iş materiallarının II cildinin 211-ci vərəqi olan xəbərnamədə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixə təyin edilmiş iclası barədə ##.##.2025-ci il tarixli bildirişinin ##.##.2025-ci il tarixdə cavabdeh cavabdeh3 tərəfindən şəxsən təhvil alınması qeyd edilmişdir. Məhkəmə sorğusu əsasında Hacıqabul rayon Icra şöbəsindən əldə edilmiş icra işinin materiallarından ##.##.2026-cı ildə Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş icra sənədi üzrə icraata başlanması və 10 günlük könüllü icra müddəti barədə SMS bildirişin cavabdehin mobil nömrələrinə göndərilməsi, ##.##.2026-cı il tarixdə yazılı izahatının alınması və məhkəmə qərarı ilə 8 gün inzibati həbs edilməsi, ##.##.2026-cı il tarixdə “Yeganə T*******” adlı şəxsə məxsus hesaba 2000 manat məbləğində pul köçürülməsi müəyyən edilir. MPM-in 134-cü madəsində işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməli olan məhkəmə sənədləri sırasında məhkəmə aktları da göstərilmişdir (maddə 134.1.5). Bundan başqa, MPMin 134, 135-ci, 244-cü, 268.1-ci, 282-ci, 360-cı, 404.0.1-405.0.2-ci, 423.4-cü maddənin birinci cümləsi və şikayət verilməsini nəzərdə tutan sair maddələrinin sitematik təhlilindən bəlli olur ki, məhkəmə aktlarından şikayət verilməsi müddətinin hesablanması konkret olaraq mübahisələndirilən məhkəmə aktının şəxsə rəsmi qaydada verildiyi günlə müəyyən olunmuşdur. Həm də müəyyən olunur ki, prosessual qanunvericiliyin həmin tələbi imperativ xarakter daşıyır. Məhkəmə prosessual qanunvericilikdə məhkəmə aktlarının rəsmi verilməsinə dair nəzərdə tutulan tələbin məqsədi barədə xüsusi olaraq qeyd edir ki, əslində burada güdülən məqsəd tərəfin və ya maraqlarına toxunan digər şəxsin qəbul olunan məhkəmə aktı barədə məlumatlı olmasını təmin etməkdir. Başqa sözlə, burada güdülən əsas məqsəd tərəfin və ya məhkəmə aktı ilə maraqlarına toxunan digər şəxsin qəbul olunmuş məhkəmə aktından xəbərdar olmasına və onun məlumatlandırılmasına nail olmaqdır. Bu baxımdan, həmin tələbin imperativ xarakterli olması da, heç bir halda istinad olunan normaların təfsirinin (yozumunun) yolverilməz olması, eləcə də bütün hallarda onların hərfi mənada tətbiq edilməsi kimi başa düşülə bilməz. Bu cür yanaşma həm də ona görə əsaslı sayılmayacaqdır ki, bu, işlərə baxılmasının ağlabatan müddətlərdə həyata keçirilməsi, başlıcası isə, qanunun aliliyinin ümdə tərkib hissəsi olan və hamılıqla qəbul olunmuş hüquqi müəyyənlik prinsipinə cavab vermir. Deməli, işin hallarından asılı olaraq məhkəmələr mübahisələndirilən məhkəmə aktının rəsmi olaraq verilmədiyi halda belə, şəxsin həmin məhkəmə aktından xəbərdar və məlumatlı olması qənaətinə gələ bilər. Yuxarıda da qeyd edildiyi kimi, mübahisələndirilən məhkəmə aktının MPM-in 134.1-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehə rəsmi qaydada verilməsinə dair sübut hazırkı işdə aşkar edilmir. Bununla belə, mübahisəsiz olaraq müəyyən olunur ki, qətnamədən çıxarışın elan edildiyi məhkəmə iclasının əvvəlindən sonunadək cavabdeh iclasda iştirak etmişdir. Deməli, hazırkı işdə mübahisələndirilən məhkəmə aktının cavabdehə rəsmi qaydada verilməsinə dair işdə sübut aşkar edilməsə də, cavabdeh hazırda mübahisələndirilməsinə cəhd edilən məhkəmə aktından həmin vaxt xəbərdar və məlumatlı olmuşdur. Məhkəmə baxışında və qəbul edilmiş məhkəmə aktının giriş və nəticə hissələrinin elan edilməsində cavabdehin bilavasitə iştirak etməsi faktı yetərlidir ki, məhkəmə qəbul olunmuş məhkəmə aktı barəsində onun məlumatlı olması qənaətinə gəlsin. Vəkil-nümayəndə cavabdehin elan edilən qərarı həmin vaxt başa düşmədiyini, sosial media meneceri olduğundan ondan pul tutulmadığını düşündüyünü bildirir. Barəsində çıxarılmış və iddia etdiyinə görə başa düşmədiyi qətnaməni növbəti aylar ərzində əldə etməyə heç bir cəhd göstərməyən cavabdeh Bakı Apellyasiya Məhkəməsi tərəfindən ona göndərilən məhkəmə iclası barədə bildirişi rəsmi qaydada əldə edəndən sonra da hərəkətsiz qalmaqla əslində həmin qətnaməni mübahisələndirmək niyyətində olmadığını nümayiş etdirmişdir. Lap əgər cavabdeh özündən pul tutulmadığını düşünmüşdürsə də belə, iddiaçının şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılmasını bildiyi an ən azından özünü müdafiə naminə xeyrinə çıxarıldığını düşündüyü qətnamənin ləğv edilməməsi üçün müvafiq hərəkətlər edə bilərdi (iclasda iştirak etmək, apellyasiya şikayətinə etiraz təqdim etmək, yazılı qaydada mülahizələrini göndərmək və s.). Bütün bunların edilməməsi onun göstəricisidir ki, cavabdeh qətnaməni başa düşmüş, ondan tutulan məbləğlə razı olmuş və nəhayət, işin davamı onun üçün maraqlı olmamışdır. Elə icra sənədi üzrə icraata başlanıldığından xəbər tutandan sonra Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini rəsmi qaydada əldə etməsi, lakin birinci instansiya məhkəməsinə bununla bağlı heç bir müraciətinin olmaması da onun birinci instansiya məhkəməsinin qətnaməsindən məlumatlı (o cümlədən, razı) olmasının göstəricisi hesab olunur. Bütün bu hallar onu deməyə əsas verir ki, cavabdeh özü birinci instansiya məhkəməsinin qətnaməsini deyil, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini mübahisələndirmək niyyətində olmuşdur. Lakin görünən odur ki, vəkilinümayəndəsi prosessual qanunvericiliyin müəyyən etdiyi hüquqlardan istifadə etməyə cəhd edərək həm də birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət verməyə iddiaçını razı salmışdır ki, məsələnin kökündə həll edilməsinə nail olsun. Qanunla peşəkar hüquqi yardım göstərməyə borclu olan vəkil-nümayəndənin bu hərəkəti təbii ki, məhkəmə tərəfindən təqdirəlayiq qiymətləndirilir. Lakin bu, şikayətin verilməsinə qədərki hərəkətsizliyin danılmazlığı faktını, o cümlədən icra işindən xəbər tutan cavabdeh tərəfindən edilən hərəkətlərin mənasını dəyişdirə bilməz. Göstərilənlərə əsasən müəyyən olunur ki, hazırkı işdə MPM-in məhkəmə aktlarının rəsmi qaydada verilməsini nəzərdə tutan normasında güdülən əsas məqsəd təmin edilmişdir. Göründüyü kimi, hazırkı mülki iş üzrə mübahisələndirilən məhkəmə qətnaməsinin ərizəçi tərəfə rəsmi qaydada verilməsinə dair işdə sübutlar aşkar edilməsə də, qərardadın yuxarıdakı bəndlərində qeyd edilən hallar cavabdehin həmin məhkəmə aktından, elə onun qəbul edildiyi vaxt şəksiz olaraq xəbərdar və məlumatlı olduğunu müəyyən etməyə əsas verir. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, oxşar vəziyyətlərdə hər hansı əks yanaşma, yəni məhkəmə aktının tərəfə rəsmi qaydada verilməsinə dair sübut olmadıqca, müddətindən asılı olmayaraq şikayətin vaxtında verilmiş hesab edilməsi, öz-özlüyündə hüquqi müəyyənlik prinsipinə zidd olmaqla yanaşı, həm də məhkəmə aktlarının dayanıqlığı və sabitliyinə kölgə salar, bütünlükdə isə ədalət mühakiməsinə olan inamı və güvəni sarsıda bilər. Beləliklə, qeyd olunanlara əsasən müəyyən olunur ki, cavabdeh qətnamədən çıxarışın elan edildiyi məhkəmə iclasında iştirak etməklə qəbul edilmiş məhkəmə aktından həmin vaxt məlumatlı olmuş və məhkəmə aktını qanunla müəyyən edilmiş müddətdə mübahisələndirmək imkanına malik olmuş, lakin hərəkətsizlik nümayiş etdirmişdir. Deməli, həmin məhkəmə aktından şikayət verilməsi üçün qanunla müəyyən olunmuş müddət həddindən artıq ötürülmüşdür. Buna görə də ərizədə qeyd edilənlər və vəkil nümayəndənin izahatında bildirdikləri ötürülmüş həmin müddətin bərpa edilməsi üçün üzrlü səbəb sayıla bilməz. Xüsusən nəzərə alınmalıdır ki, Bakı Apellyasiya Məhkəməsi iddiaçının verdiyi şikayət əsasında qətnamənin qanuniliyi və əsaslılığını tam yoxlamış və cavabdeh cavabdeh3 münasibətdə mənəvi zərərlə bağlı müəyyənləşdirilmiş məbləği artırmışdır. Cavabdehin vəkili-nümayəndəsi icra işinin materiallarında olan 2000 manatlıq qəbzi mübahisələndirərək, iddiaçının “cavabdehin borcdan 2000 manat hissəsini ödəməsi görüntüsünü yaratmasını” bildirsə də, iddiaçı tərəfin gələcəkdə özünün əleyhinə ola biləcək belə bir hərəkəti etməsi ağlabatan sayılmır. Məbləğ 2000 manat deyil, daha az – simvolik bir məbləğ olsaydı, cavabdehin vəkili nümayəndəsi haqlı sayıla bilərdi. Lakin 2.000 manat məbləğin ödənilməsi faktı əksinə, iddiaçının nümayəndəsinin səsləndirdiyi “cavabdehin məhz həbs olunandan sonra özünün və ya hər hansı yaxınının bir az pul ödəyərək razılığa gəlməyə cəhd etməsi” fikrinin daha ağlabatan və məntiqli olmasını deməyə əsas verir. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-ın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008-ci il tarixli qərarına əsasən Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh3 tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasından imtina edilməli, apellyasiya şikayəti və şikayətin verilməsi üçün ödənilmiş 90 manat məbləğində dövlət rüsumu cavabdehin vəkili-nümayəndəsi vəkil1 geri qaytarılmalıdır. Apellyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi Cavabdeh cavabdeh3 qərardaddan şikayət verərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006) ***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv olunması, müddətin bərpası ilə bağlı ərizənin təmin olunmasına dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1, 134.1, 134.1.5, 135.2, 135.3, 135.5, 135.6, 135.8, 360, 363.4, 408.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcələsinin 373-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2001-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcələsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1və 553.1.1ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsibaxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli qərarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 408.5-ci maddəsinin şərh edilməsinə dair” ## ###### 2024-cü il tarixli qərarına istinadən qeyd edilmişdir ki, məhkəmənin öz qərardadında da qeyd etdiyi kimi, yekun məhkəmə aktının cavabdeh3 rəsmi qaydada təqdim olunmasını təsdiq edən hər hansı sübut iş materiallarında mövcud deyildir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsinə əsasən, yalnız həmin Məcəllənin 135.2, 135.3, 135.6 və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Bu norma birbaşa olaraq məhkəmə aktlarının təqdim edilmə qaydasını müəyyən edir. Eyni zamanda, həmin Məcəllənin 134.1.5-ci maddəsinə görə, məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya, apelyasiya və kassasiya instansiyası məhkəmələrinin aktlarını rəsmi qaydada təqdim etməlidir. Bu norma məhkəmənin prosessual vəzifəsi kimi imperativ xarakter daşıyır və tərəflərin hüquqlarının təmin edilməsinə xidmət edir. Bundan əlavə, Məcəllənin 360-cı maddəsinə əsasən, apelyasiya şikayəti məhkəmə qətnaməsinin rəsmi qaydada təqdim edildiyi gündən etibarən bir ay müddətində verilə bilər. Göründüyü kimi, apelyasiya şikayətinin verilməsi müddətinin başlanğıcı birbaşa olaraq məhkəmə aktının rəsmi qaydada təqdim edilməsi faktı ilə bağlıdır. Qeyd olunan normaların məcmu təhlili göstərir ki, məhkəmə qətnaməsinin rəsmi qaydada təqdim edilməsi həm məhkəmənin vəzifəsi, həm də tərəfin apelyasiya hüququnun reallaşdırılması üçün zəruri şərtdir. Lakin Nəsimi Rayon Məhkəməsi tərəfindən bu vəzifə yerinə yetirilməmiş, qətnamə cavabdeh3 qanunvericilikdə nəzərdə tutulmuş qaydada təqdim olunmamışdır. Bu səbəbdən cavabdeh3 məhkəmə qətnaməsinin mövcudluğu və məzmunu barədə məlumatı olmamış, nəticə etibarilə o, apelyasiya şikayəti vermək hüququndan faktiki olaraq məhrum edilmişdir. O yalnız icra sənədi üzrə icraata başlanıldıqdan sonra müvafiq məhkəmə aktlarından xəbərdar olmuşdur. Məhkəmənin qərardadda cavabdeh3 yekun məhkəmə aktının elan edildiyi iclasda iştirak etməsini əsas götürərək onun qətnamədən xəbərdar olduğunu hesab etməsi isə qanunvericiliyyin tələblərinə uyğun deyildir. Belə ki, məhkəmə iclasında iştirak faktı özü-özlüyündə məhkəmə aktının rəsmi qaydada təqdim olunmasını əvəz etmir və bu hal apelyasiya müddətinin başlanması üçün hüquqi əsas yarada bilməz. Bundan başqa cavabdeh3 elan edilən qətnaməni həmin vaxt başa düşməmiş, sosial media meneceri olduğundan ondan pul tutulmadığını düşünmüşdür. Bu isə bir daha göstərir ki, onun məlumatlandırılması yalnız qanunla nəzərdə tutulmuş qaydada qətnamənin rəsmi təqdim edilməsi yolu ilə mümkün idi. Beləliklə, məhkəmə qətnaməsi cavabdeh3 rəsmi qaydada təqdim edilmədiyindən, onun sadəcə məhkəmə iclasında iştirak etdiyinə görə apelyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş prosessual müddəti ötürdüyü hesab edilə bilməz. Həmçinin qeyd olunur ki, cavabdeh3 münasibətdə icra sənədi üzrə icraata ##.##.2026-cı il tarixdə başlanılmış, könüllü icra müddəti ötürülmədən ##.##.2026-cı il tarixdə cavabdeh Bakı Apelyasiya Məhkəməsinin müvafiq qətnaməsini məhkəmə qəbzinə imza etməklə əldə etmiş və ##.##.2026-cı il tarixdə qətnamədən apelyasiya şikayəti vermişdir. Lakin apelyasiya şikayəti birinci dəfə qanunla müəyyən edilmiş müddət daxilində verilsə də, texniki xəta səbəbilə dövlət rüsumu az ödənildiyindən, şikayət məhkəmə tərəfindən geri qaytarılmışdır. Cavabdeh tərəfin geri qaytarma barədə qərardadı əldə edə bilmədiyi, məhkəmədən aldığı şifahi məlumata əsasən ən qısa müddətdə dövlət rüsumunun qalıq hissəsini ödəməklə ikinci dəfə hazırkı apelyasiya şikayətini verdiyi bildirilir. Bu halın müddətin ötürülməsinin üzrlü səbəbi kimi qiymətləndirilməli olduğu vurğulanır. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcələsinin 373-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2001-ci il tarixliqərarında prosessual müddətlərlə bağlı göstərilmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. “Azərbaycan Respublikası Mülki Məcələsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya MəhkəməsiPlenumunun ## ###### 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulmuş hüquq əsas insan vəvətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Məhkəmə müdafiəsi hüququ pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 408.5-ci maddəsinin şərh edilməsinə dair” ## ###### 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki,kassasiya şikayətinin Mülki Prosessual Məcələnin 405-ci maddəsi ilə nəzərdə tutulmuşmüddət (2 ay) keçdikdən sonra və ya bu müddətin keçməsinə az vaxt qala geri qaytarıldığı halda, şikayətdəki nöqsanların aradan qaldırılmasından sonra yenidən məhkəməyə müraciət edilə biləcəyi prosessual müddət qanunvericiliklə müəyyən edilməmişdir. Bu isə bəzən şəxsin təqsiri olmadan, obyektiv səbəblərdən məhkəməyə şikayət verməklə bağlı qanunvericiliklə müəyyənləşdirilmiş müddətlərin ötürülməsi ilə nəticələnir, lakin belə hallar məhkəmələr tərəfindən üzrlü səbəb olaraq qiymətləndirilmir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcələnin 133.1-ci maddəsinə uyğun olaraq məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Nəticədə şəxs şikayətin qaytarılmasına səbəb olan çatışmazlıqları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququndan məhrum olur. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər məhkəmə müdafiəsi hüququnun konstitusion mahiyyəti və təyinatı ilə uzlaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5 ci maddəsində şikayət verən şəxsin kassasiya şikayətinin qaytarılmasına səbəbolan nöqsanları aradan qaldıraraq yenidən müraciət edə bilməsi üçün müvafiq müddətin müəyyən olunmaması Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinin tələblərinə cavab verməyən, şəxslərin hüquq və azadlıqlarını və məhkəmə əlçatanlığını məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasinın 60-cı maddəsinin İ hissəsinə və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə əsasən məsələ qanunvericilik qaydasında həll edilənədək şəxsin şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət edə biləcəyi ağlabatan müddət hakim tərəfindən müəyyən edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv olunmalı, müddətin bərpası ilə bağlı ərizənin təmin olunmasına dair yeni qərardad qəbul edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Konstitusiyasının Insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipini və vəzifələrini müəyyən edən 24-cü və 7 2 - c i maddələrinin III hissələrinə əsasən: Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir; III. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun Tələblərinə əsasən: 1.2.Heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 9.3. Qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin tələblərinə əsasən: 129.1. Illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur.129.4. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır.135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 135.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 136.0. Bu Məcəllənin 135-ci maddəsində nəzərdə tutulmuş qəbzdə aşağıdakılar göstərilməlidir: 136.0.1. məhkəmənin adı və ünvanı; 136.0.2. məhkəmə sənədlərinin verilməli olduğu şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı və yerləşdiyi ünvan; 136.0.3. verilən məhkəmə sənədinin adı; 136.0.4. verilmənin vaxtı (tarix və saat) və yeri; 136.0.5. məhkəmə sənədinin verilməməsinin səbəbləri (almaqdan imtina, göstərilən ünvanda olmama, səhv ünvan və sair); 136.0.6. məhkəmə sənədinin verildiyi şəxs; 136.0.7. məhkəmə sənədinin çatdırılması tapşırılmış şəxsin, yaxud rabitə orqanının nümayəndəsinin imzası. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Konstitusiyasının 24 (III), 60, 72 (III), 80, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 46-50, 128-146, 357, 360-366, 385, 387, 399 ,“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Müddətin bərpa edilməsi üçün əsaslar müəyyən edilmir. Belə ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və bu hüquqlardan (dispozitiv imkandan) suiistifadəyə şərait yaradan hal kimi digər şəxslərin hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Hazırkı iş materiallarının tədqiqi ilə müəyyən edilir ki, cavabdeh cavabdeh3 qətnamə elan olunan zaman məhkəmə iclasında iştirak etmiş, həmçinin iddiaçı tərəfindən qətnamə apellyasiya instansiyasında mübahisələndirilərkən cavabdeh cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilmiş və onun tərəfindən xəbərnaməyə imza çəkməklə bildiriş qəbul edilmiş, daha sonra qətnamə qanuni qüvvəsini alaraq icra olunması üçün müvafiq icra şöbəsinə yönləndirilmişdir. Yuxarıda qeyd edilən hallar, artıq apellyasiya instansiyasında iddiaçı tərəfindən sözügedən qətnamənin mübahisələndirilməsi və qanuni qüvvəsini almış apellyasiya instansiyasının qətnaməsinin mövcudluğu onu deməyə əsas verir ki, cavabdeh cavabdeh3 tərəfindən prosessual müddətin üzürlü səbəbdən ötürülməsi üçün əsaslar müəyyən edilmir. Aradakı müddət ərzində cavabdeh cavabdeh3 qətnamədən və ondan verilmiş apellyasiya şikayətindən məlumatlı olmasına baxmayaraq hərəkətsiz qalması və yalnız qətnamə icraya yönəldikdən sonra onu mübahisələndirməsi hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Cavabdehin şikayətində qeyd etdiyi elan edilmiş qətnamənin məzmununu anlamaması ilə bağlı dəlilinə münasibətdə qeyd edilməlidir ki, Qanunu bilməmək və ya onu yanlış başa düşmək nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz. Ümumiyyətlə qeyd edilməlidir ki, apellyasiya instansiya məhkəməsinin qərarı qəbul edildikdən sonra yenidən bu instansiyada işə baxılması yalnız prosessual qanunvericiliklə nəzərdə tutulmuş hallarda mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 24 Iyul 2020-ci Il tarixli Plenumunun Qərarına görə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsi xüsusi prosedur qaydalarını müəyyən edərək işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin statusunu və kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərini nəzərə alaraq göstərilən şəxslərin məhkəməyə müraciət etmək hüququnun təmin edilmə vasitəsi kimi çıxış edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli qərardadına əsasən: 1. Apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. 2. Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apelyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apelyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
3. Məhkəmə aktlarının apelyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apelyasiya şikayəti (və ya şikayətləri) apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən qeyrimümkün hesab edilməlidir. 4. Məhkəmə aktlarının kassasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş kassasiya şikayətinin (və ya şikayətlərinin) icraata qəbulundan kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 411-ci maddəsinə əsasən imtina edilməlidir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395-403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh cavabdeh3 tərəfindən verilmiş şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı işi üzrə ##.##.2026-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.