Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2685/2026 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Eyvazov Rafael Əmir oğlundan və X2 ibarət tərkibdə iddiaçı2 İbrahim qızının və iddiaçı1 “Yüksək İnşaat” MMC-yə və cavabdeh1 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadından maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: iddiaçı2 İbrahim qızı və iddiaçı1 (iddiaçılar) “Yüksək İnşaat” MMC-yə və cavabdeh1 (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, onlara vurduğu maddi ziyana görə 19 000 (on doqquz min) manat, mənəvi ziyana görə 1000 (min) manat məbləğin cavabdehlərdən onların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, “Yüksək İnşaat” MMC-dən və cavabdeh1 müştərək qaydada vurulmuş maddi ziyana görə 5600 (beş min altı yüz) manat və mənəvi ziyana görə 500 (beş yüz) manat olmaqla, cəmi 6100 (altı min yüz) manatın tutularaq iddiaçı1 ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olan 150 (yüz əlli) manatın 50 (əlli) manat hissəsinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı1 ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissədə iddiaçılara aid edilməsi qət olunmuşdur. Maraqlı şəxs ##.##.2026-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, həmin mülki iş üzrə (##.##.2024-cü il tarixli qətnamə) maraqlarına toxunulan şəxs qismində cəlb olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, Maraqlı şəxs iş üzrə maraqlarına toxunulan şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Maraqlı şəxs ## ### 2026-cı il tarixdə elektron formada ərizə ilə məhkəməyə müraciət edərək, ## ###### 2024-cü il tarixli qətnamədən apellyasiya şikayəti verməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə qərardad çıxarılmasını xahiş etmiş, ərizəyə apellyasiya şikayətini əlavə etmişdir. Məhkəmənin ## ### 2026-cı il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi, apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan verilən şikayət də məhkəmənin ## #### 2026-cı il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə gönərilmişdir. Maraqlı şəxs şikayətini onunla əsaslandırmışdır ki, hərbi qulluqçudur, Fövqaladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarında xidmət edir. Elektron kabinetdən ümumiyyətlə istifadə etmir, ona görə də qərardadın elektron kabinetə yerləşdirilməsindən məlumatı olmamışdır. Eyni zamanda məhkəmə qərardadında qeyd edilir ki, guya, apellyasiya şikayətinin və prosessual müddətin bərpası barədə ərizənin geri qaytarılması barədə səlahiyyətli nümayəndəsi - atası Nümayəndə tərəfindən ərizə təqdim edilmişdir. ## ### 2026-cı il tarixdə keçirilən məhkəmə iclasında səlahiyyətli nümayəndəsi Nümayəndə iştirak etmiş, lakin onun tərəfindən apellyasiya şikayətinin və prosessual müddətin bərpası barədə ərizənin geri qaytarılması barədə ərizə təqdim edilməmişdir. Göstərilənlərə əsasən hesab edir ki, ## ### 2025-ci il tarixli qərardad əsassızdır və ləğv olunmalıdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin (MPM) 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarından aydın olur ki, Maraqlı şəxs məhkəmənin ##.##.2024-cü il tarixli qətnaməsini ##.##.2025-ci il tarixində əldə etmiş, apellyasiya şikayətini ##.##.2025-ci il tarixdə vermiş, lakin maraqlarına toxunan şəxs qismində cəlb edilmədiyindən və bu barədə ərizə vermədiyindən, apellyasiya şikayəti məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə geri qaytarılmış, həmin qərardad Maraqlı şəxs elektron kabinetinə ##.##.2025-ci il tarixdə yerləşdirilmişdir. ##.##.2026-cı il tarixdə o, ## ###### 2025-ci il tarixli qərardaddan şikayət verilməsi üçün prosessual müdətin bərpası barədə ərizə və qərardaddan şikayət vermiş, ## ### 2026-cı il tarixdə isə onun nümayəndəsi (atası) müddət bərpası barədə ərizənin və qərardaddan şikayətin geri qaytarılması barədə ərizə təqdim etmişdir. Məhkəmənin ## ### 2026-cı il tarixli qərardadı ilə Maraqlı şəxs məhkəmənin ##.##.2025-ci il tarixli qərardadından vermiş olduğu şikayətin və həmin qərardaddan şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsinin geri qaytarılması qərara alınmışdır. Qeyd edilənlərədn aydın olur ki, Maraqlı şəxs qətnamədən ## ###### 2025-ci il tarixində xəbərdar olmasına baxmayaraq, maraqlarına toxunan şəxs kimi cəlb etmə barədə ərizə ilə ## ### 2026-cı il tarixdə müraciət etmiş, həmin müddət ərzində elektron kabinetinə nəzarət etməmiş, qəbul edilmiş məhkəmə aktlarından şikayət vermə müddətlərini ötürmüşdür. Başqa sözlə, Maraqlı şəxs məhkəmə qətnaməsini 6 ay əvvəl etməsinə baxmayaraq uzun müddət hərəkətsizlik nümayiş etdirmişdir. “X5 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı iş üzrə ## ### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Rafael Eyvazov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(3-6)-2685/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2685/2026
01.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver