Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2704/2026 30.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: (Dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, cavabdeh cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı
1. ARDINBDYPIQIŞtərəfindən ##.##.2017-ci il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, buraxılış ili 2006-cı il olan, “Mercedes BenzVito111 CDI” minik markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı adına qeydə alınmışdır.
2. ##.##.2025-ci il tarixli, *E-**** nömrəli notarial qaydada təsdiq edilmiş nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamənin surətindən müəyyən olunur ki, İddiaçı (Etibar edən) buraxılış ili 2006-cı il olan, “Mercedes Benz Vito111 CDI” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququnu ##.##.2026-cı il tarixinədək X1 (Etibar edilən) etibar etmişdir.
3. ##.##.2025-ci il tarixli, IXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən müəyyən olunur ki, cavabdeh1 ##.##.2025-ci il tarixdə Bakı-Quba yolu, 22-ci km adlanan ərazidə “Kia Optima” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.
4. “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ##.##.2025-ci il tarixdə tərtib edilmiş PXA****** nömrəli sığorta aktından müəyyən olunur ki, ##.##.2025-ci il tarixdə, saat 18:33 radələrində, Bakı- Quba yolu, 22-ci km adlanan ərazidə PXA********** nömrəli sığorta şəhadətnaməsi üzrə “xxxx” ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə icbari qaydada sığortalanmış “Kia Optima” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Mercedes Benz Vito111 CDI” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı, “Hyundai IX-35” markalı, **- SS-*** dövlət qeydiyyat nişanlı və “Toyota Prius” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, “Mercedes Benz Vito111 CDI” markalı, **-XZ- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin ümumi məbləği 4275 manat məbləğində müəyyən edilmiş və 1781.25 manat məbləğində sığorta ödənişi X1 məxsus bank hesabına mədaxil edilmişdir.
5. ##.##.2025-ci il tarixli, **** nömrəli ödəniş tapşırığından müəyyən olunur ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən X1 məxsus AZ**UBAZ**************AZN*** nömrəli bank hesabına 1781.25 manat məbləğində sığorta ödənişi mədaxil edilmişdir.
6. “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ##.##.2025-ci il tarixdə tərtib edilmiş qiymətləndirmə aktından müəyyən olunur ki, “Mercedes Vito” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş maddi zərərin ümumi məbləği (ehtiyat hissələri + işçilik) 4275 manat təşkil edir.
7. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ##.##.2025-ci il tarixdə tərtib edilmiş UNI/N **-***/**** nömrəli yazılı mütəxəssis rəyindən müəyyən olunur ki, “Mercedes Vito” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş ziyanın məbləği 3885 manat təşkil edir.
a) Birinci instansiya məhkəməsində icraat
8. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 2493.75 manat məbləğində maddi zərər, 2000 manat məbləğində mənəvi zərər və ödənilmiş 65 manat məbləğində dövlət rüsumunun müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olan“MercedesVito” markalı, **-XZ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında X1 idarə etmək üçün vermişdir. ##.##.2025-ci il tarixdə Bakı-Quba yolunun 23-cü km-də “Kia Optima” markalı, **-CL-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini etibarnamə üzrə idarə edən cavabdeh cavabdeh1 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərini pozaraq qəza törətmiş və iddiaçıya məxsus nəqliyyat vasitəsinə 4275 manat məbləğində maddi zərər vurulmuşdur. Qəza zəncirvari olduğundan həmin qəzada iddiaçıdan əlavə digər nəqliyyat vasitələrinə də maddi zərər dəymişdir, bu səbəbdən də sığorta şirkəti iddiaçıya məxsus nəqliyyat vasitəsinə vurulmuş zərərə görə 1781.25 manat məbləğində sığorta ödənişi ödəmişdir. Sığorta məbləğindən əlavə olaraq iddiaçıya cavabdeh tərəfindən vurulmuş maddi zərər 2493.75 manat nə nəqliyyat vasitəsinin mülkiyyətçisi, nə də ki, idarə edən sürücü tərəfindən ödənilməmişdir. Iddiaçı vurulmuş zərərin digər hissəsi ilə bağlı cavabdehlərə dəfələrlə müraciət etsə də, müsbət cavab əldə edə bilməmişdir.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (sədrlik edən-Əfsanə Heydərova) iddia qismən təmin edilərək cavabdehlər cavabdeh2 və cavabdeh1 vurulmuş maddi zərərin əvəzi kimi 2103.75 (iki min yüz üç manat yetmiş beş qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olan 41.04 (qırx bir manat dörd qəpik) manatının müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 300 (üç yüz) manat qiymətləndirmə xərcinin cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutularaq «xxxx» MMC-nin təqdim etdiyi hesaba ödənilməsi qət edilmişdir.
11. Məhkəmə mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, ##.##.2025-ci il tarixdə, saat 18:33 radələrində, Bakı-Quba yolu, 22-ci km adlanan ərazidə PXA********** nömrəli sığorta şəhadətnaməsi üzrə “xxxx” ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə icbari qaydada sığortalanmış “Kia Optima” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Mercedes Benz Vito111 CDI” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı, “Hyundai IX-35” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı və “Toyota Prius” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, “Mercedes Benz Vito111 CDI” markalı, 99 XZ-861 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin ümumi məbləği 4275 manat məbləğində müəyyən edilmiş və 1781.25 manat məbləğində sığorta ödənişi X1 (“Mercedes Benz Vito111 CDI” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında idarə edən şəxs) məxsus bank hesabına mədaxil edilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi baş verən zaman “Kia Optima” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iş üzrə cavabdeh cavabdeh2 mülkiyyətində, digər cavabdeh cavabdeh1 qanuni sahibliyində olmuşdur. Bundan əlavə, yol-nəqliyyat hadisəsi baş verən zaman nəqliyyat vasitəsini idarə edən şəxs cavabdeh1 olmuşdur. Həmin yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar inzibati xəta haqqında iş üzrə icraat başlanmış və müvafiq araşdırma aparılmışdır. Araşdırma nəticəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs– hazırkı iş üzrə cavabdeh cavabdeh1 barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək, sonuncu Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir.
12. Qüvvədə ola nqanunvericiliklə mülki hüquq pozuntusuna (deliktə) görə mülki-hüquqi məsuliyyətin yaranması üçün tələb olunan zəruri şərtlərin vəhdəti– hüquq qaydasının pozulması halı (iş üzrə cavabdeh cavabdeh1 tərəfindən yol-nəqliyyat hadisəsinin törədilməsi), hüquq qaydasının pozulmasına səbəb olan hüquqazidd əməlin təqsirli olaraq törədilməsi (iş üzrə cavabdeh cavabdeh1 tərəfindən yol nəqliyyat hadisəsinin təqsirli olaraq törədilməsi, hüquqazidd əməlin törədilməsi zamanı həmin şəxsin iradəsində nöqsan olması), törədilmiş hüquqazidd əməl nəticəsində qanunla qorunan obyektə, dəyərə zərər vurulması (iş üzrə cavabdeh cavabdeh1 tərəfindən yol verilmiş hüquqazidd əməl nəticəsində iddiaçı İddiaçı mülkiyyətində olan nəqliyyat vasitəsinə zərər vurulması, iddiaçının əmlak mənafelərinin zərərə məruz qalması) və törədilmiş hüquqazidd əməllə vurulmuş zərər arasında səbəbli əlaqənin mövcudluğu (iş üzrə iddiaçının əmlakına vurulmuş zərərin məhz iş üzrə cavabdeh cavabdeh1 tərəfindən törədilmiş hüquqazidd əməlin nəticəsində meydana gəlməsi) təmin edilmiş və iddiaçının pozulmuş əmlak mənafelərinin bərpası üçün qanuni şərait meydana gəlmişdir.
13. Bununla belə, iş üzrə cavabdehlər iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsinə vurulmuş zərərin hesablanmasına dair sığorta şirkəti tərəfindən tərtib edilmiş qiymətləndirmə aktında qeyd edilən məbləğlə razılaşmamış və buna etiraz etmişlər. Mülki mübahisənin qanuni və əsaslı həlli, iş üzrə əhəmiyyət kəsb edən halların tam, obyektiv, hərtərəfli və qərəzsiz şəkildə araşdırılması məqsədilə məhkəmə tərəfindən iş üzrə qiymətləndirmə keçirilməsi sifariş edilmiş, bu məqsədlə müstəqil qiymətləndirici-mütəxəssis məhkəmənin icraatına cəlb edilmiş və iş üzrə yazılı mütəxəssis rəyinin verilməsi həmin qiymətləndirici təşkilata həvalə edilmişdir.
14. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ##.##.2025-ci il tarixdə tərtib edilmiş UNI/N **-***/**** nömrəli yazılı mütəxəssis rəyindən müəyyən olunur ki, “Mercedes Vito” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş ziyanın məbləği 3885 manat təşkil edir. Həmin qiymətləndirmə aktı (yazılı mütəxəssis məsləhəti) əsas fəaliyyət sahəsi qiymətləndirmə fəaliyyəti olan və qiymətləndirmə fəaliyyətinin istiqaməti (istiqamətləri) üzrə ixtisaslaşmış kommersiya hüquqi şəxsi– qiymətləndirici təşkilat tərəfindən qiymətləndirmə fəaliyyəti haqqında qanunvericiliyin tələbləri əsas götürülməklə tərtib edilmişdir. Müvafiq aktda nəqliyyat vasitəsinin fərdi xüsusiyyətləri (markası, modeli, buraxılış ili və s.), qiymətləndirmənin hansı meyarlar üzrə aparılmasına dair kifayət qədər məlumatlar əks olunmuş, akt əmlak bazarında analoji qiymətləndirmə obyektlərin təhlili və qiymətləndirilənnəqliyyat vasitəsinin aid olduğu bazarın tədqiqi əsasında tərtib edilmişdir. Digər tərəfdən, iddiaçı tərəfindən də yazılı mütəxəssis rəyində qeyd edilən məlumatların həqiqəti əks etdirməməsinə dair etiraz mövqeyi məhkəməyə təqdim olunmamışdır. Belə olan halda, sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsinə vurulmuş real zərərin həcmi 3885 manat məbləğində qəbul edilməli, sığorta şirkəti tərəfindən vurulmuş zərərin kompensasiya edilən hissəsi həmin məbləğdən çıxılaraq, ümumilikdə 2103.75 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Vurulmuş maddi zərərin əvəzinin cavabdehlərdən müştərək qaydada tutulması zamanı nəzərə alınmalıdır ki, nəqliyyat vasitəsini faktiki idarə edən şəxsin məsuliyyəti birbaşa hüquqazidd əmələ təqsirli olaraq yol verməsindən, nəqliyyat vasitəsinin mülkiyyətçisinin məsuliyyəti isə obyektiv surətdə hüquqazidd əmələ görə deyil, həmin əməlin zərərli nəticələrinə görə təqsirsiz olaraq məsuliyyət daşımasından (təhlükə məsuliyyəti) irəli gəlir.
15. Nəqliyyat vasitəsini qanuni əsaslarla idarə edən şəxsdən savayı, həmin vasitənin mülkiyyətçisinin də məsuliyyəti ilə bağlı qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2022-ci il tarixli qərarında qeyd edilir ki, qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə müvafiq olaraq, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
16. Mənəvi zərər hissəsində iddia tələbini əsassız hesab edən birinci instasniya məhkəməsi qeyd etmişdir ki, iddiaçı mənəvi zərərin mövcudluğunu onun baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində psixoloji gərginlik, stress keçirməsi ilə əsaslandırsa da, iş materiallarında iddiaçının qeyd etdiyi psixoloji sarsıntını, mənəvi iztirabları və ya gündəlik həyat fəaliyyətinin əhəmiyyətli dərəcədə pozulmasını təsdiq edən hər hansı tibbi sənəd, mütəxəssis rəyi və ya digər mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmə əlavə etmişdir ki, baş vermiş hadisə nəqliyyat vasitələrinin toqquşması ilə bağlı olmuş, iddiaçının sağlamlığına zərər dəyməsi, yaxud ağır nəticələr doğuran hallar müəyyən edilməmişdir. Bu baxımdan, belə hallarda yalnız avtomobilin zədələnməsi faktı öz-özlüyündə mənəvi zərərin ödənilməsi üçün əsas kimi çıxış edə bilməz. 17.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097.1, 1108.1-ci; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair ##.##.2002-ci il tarixli Qərarı; “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” ##.##.2025-ci il tarixli Qərarı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 88, 217.1 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Apellyasiya şikayətinin dəlilləri 18.Cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin tam ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 19.Apellyasiya şikayətində qeyd olunur ki, birinci instansiya məhkəməsi qətnaməsi qanunsuz və əsassız olması, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tədbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki haların aydınlaşdırımaması qətnamədə gösdərilmiş nəticələrin işin halarına uyğun gəlməməsi səbəbindən ləğv edilməli, iddia tələbinin təmin ediməsinə dair yeni qətnamə qəbul edilməlidir. Bildirmək istəyir ki, hazırda rəsmi iş yeri yoxdur, ailəni tək dolandıran odur, ümumiyyətlə o, birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı deyil, çünki birinci instansiya məhkəməsi vətəndaş hüquqlarını pozmuş və mülki işə obyektiv baxmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 20.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21.Məhkmə kollegiyasının iclasında cavabdeh cavabdeh1 qarşı tərəfin ondan daha çox pul istədiyini bildərərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
22. Iş üzrə iddiaçı və digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasında gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə iddiaçının və digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
23.Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096.1-ci və 1096.2.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddələr 14.2, 77.1, 217.4. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 115.0.1.Işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
25.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 26.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilən hissəsində yoxlanması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27.Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 28.Belə ki, iş materiallarının tədqiqi ilə müəyyən olunur ki, ##.##.2025-ci il tarixdə, saat 18:33 radələrində, Bakı-Quba yolu, 22-ci km adlanan ərazidə PXA********** nömrəli sığorta şəhadətnaməsi üzrə “xxxx” ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə icbari qaydada sığortalanmış “Kia Optima” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Mercedes Benz Vito111 CDI” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı, “Hyundai IX-35” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı və “Toyota Prius” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, “Mercedes Benz Vito111 CDI” markalı, 99 XZ-861 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin ümumi məbləği 4275 manat məbləğində müəyyən edilmiş və 1781.25 manat məbləğində sığorta ödənişi X1 (“Mercedes Benz Vito111 CDI” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında idarə edən şəxs) məxsus bank hesabına mədaxil edilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi baş verən zaman “Kia Optima” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iş üzrə cavabdeh cavabdeh2 mülkiyyətində, digər cavabdeh cavabdeh1 qanuni sahibliyində olmuşdur. Bundan əlavə, yol-nəqliyyat hadisəsi baş verən zaman nəqliyyat vasitəsini idarə edən şəxs cavabdeh1 olmuşdur. Həmin yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar inzibati xəta haqqında iş üzrə icraat başlanmış və müvafiq araşdırma aparılmışdır. Araşdırma nəticəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs– hazırkı iş üzrə cavabdeh cavabdeh1 barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək, sonuncu Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir.
29. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ##.##.2025-ci il tarixdə tərtib edilmiş UNI/N **-***/**** nömrəli yazılı mütəxəssis rəyindən müəyyən olunur ki, “Mercedes Vito” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş ziyanın məbləği 3885 manat təşkil edir.
30. Birinci instansiya məhkəməsi tərəfindən sığorta şirkəti tərəfindən vurulmuş zərərin kompensasiya edilən hissəsi mütəxəssis rəyi ilə müəyyən edilən məbləğdən çıxılaraq, ümumilikdə 2103.75 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulmalalı olması qənaətinə gəlinmişdir.
31. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan kollegiya qeyd edir ki, baş vermiş yolnəqliyyat hadisəsində cavabdeh cavabdeh1n təqsirli olduğu və iddiaçının əmlakına zərər dəyməsi iş materialları ilə təsdiq olunur.
32. Məhkəmənin mövqeyi ilə razılaşmayan cavabdeh dəlillərinə hər hansı əsaslı dəlil irəli sürməmiş, hazırda işləmədiyini, pulu ödəməyə imkanı olmadığını bildirmiş, məhkəmənin maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyini iddia etsə də, bu pozuntunun nədən ibarət olmasını əsaslandırmamışdır. 33.Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, mülki hüququn vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır. 34.Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 35.Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. 36.Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. 37.Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.
38. Kollegiya qeyd edir ki, cavabdeh cavabdeh1 idarə etdiyi nəqliyyat vasitəsilə yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli olması inzibati tənbeh haqqında qərarla, bu əməl nəticəsində iddiaçının nəqliyyat vasitəsinə zərər dəyməsi və həmin zərərlə hüquqa zidd hərəkət arasında birbaşa səbəbli əlaqənin mövcudluğu isə işdəki sənədlərlə tam sübuta yetirilmişdir. Bu baxımdan, delikt öhdəliyinin yaranması üçün tələb olunan bütün şərtlər (əməlin hüquqa zidd olması, təqsir, zərər və səbəbli əlaqə) hazırkı iş üzrə birgə mövcuddur.
39. Zərərin məbləği ilə razılaşmayan cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ##.##.2025-ci il tarixdə tərtib edilmiş UNI/N **-***/**** nömrəli mütəxəssis rəyinin mötəbərliyini şübhə altına alan hər hansı bir mötəbər sübut təqdim etməmiş, öz mülahizəsini bildirməklə kifayətlənmişdir. 40.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
41. Apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir.
42. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilməlidir.
43. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olduğu üçün qətnamədən kassasiya şikayəti verilə bilməz. 44.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Günay Axundova Hakimlər Məhəmməd Rüstəmli Xumar Mərdanova