Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2766/2026 08.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsi cavabdeh Cavabdeh qarşı “qeyri-hökumət təşkilatının ləğvi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icaat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsi cavabdeh Cavabdeh qarşı “qeyri-hökumət təşkilatının ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.1994-cü il tarixdə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış Cavabdeh ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra cavabdehin nümayəndəsi (vəkili) İsmayılzadə Qulam Azər oğlu “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə ##.##.2026-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin icraatında olan e-*-*(*-*)-****/**** nömrəli iş üzrə gələcəkdə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəsini alana qədər icraatda olan *(***)-****/**** nömrəli iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsinin qarşı “Cavabdeh nizamnaməsinin 2-ci redaksiyada təsdiq edilməsi və Cəmiyyətin sədri (atamanı) kimi nümayəndə2y Sergeyeviç seçilməsinin dövlət qeydiyyatına alınması öhdəliyinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat, qeydiyyat və reyestr Baş İdarəsinin üzərinə qoyulması” tələbinə dair e-*-*(*-*)-****/**** nömrəli inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsinin cavabdeh Cavabdeh qarşı “qeyri-hökumət təşkilatının ləğvi” tələbinə dair mülki işin icraatı dayandırılmışdır. İddiaçı tərəfindən məhkəmənin qərardadından ##.##.2026-cı il tarixdə verilmiş şikayətlə bərabər müddətin bərpasına dair vəsatətlə müraciət edilmişdir. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət müddətin ötürülməsi və ötürülmüş müddətin bərpası barədə vəsatət verilməməsi əsası ilə geri qaytarılmışdır. İddiaçının həmin qərardaddan verdiyi şikayətə əsasən məhkəmənin ## ### 2026-cı il tarixli qərardadı ilə şikayət qismən – müddətin bərpa edilməsinə dair hissədə təmin edilmiş, qalan hissədə isə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, qəbul edilmiş qərardad yalnız onunla əsaslandırılmışdır ki, Cavabdeh nizamnaməsinin 2-ci redaksiyada təsdiq edilməsi və Cəmiyyətin sədri kimi nümayəndə2y Sergeyeviç seçilməsinin dövlət qeydiyyatına alınması ilə bağlı dəfələrlə Ədliyyə Nazirliyi Notariat, Qeydiyyat və Reyestr baş idarəsinə müraciət edilsə də, qeyd edilən dəyişikliklərin dövlət qeydiyyatına alınmasından imtina edilimişdir. Buna görə də Cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat, Qeydiyyat və Reyestr baş idarəsinə qarşı "Cavabdeh nizamnaməsinin 2-ci redaksiyada təsdiq edilməsi və cəmiyyətin sədri kimi nümayəndə2y Sergeyeviç seçilməsinin dövlət qeydiyyatına alınması öhdəliyinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat, qeydiyyat və reyestr Baş İdarəsinin üzərinə qoyulması" tələbinə dair Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir və iş hazırda Bakı İnzibati Məhkəməsinin icraatındadır. Buna görə də Mülki Prosessual Məcəllənin 254.1.4-ci maddəsinə istinad olunaraq Bakı İnzibati Məhkəməsinin icraatında olan iş hazırkı işlə birbaşa əlaqəli olduğundan həmin iş üzrə yekun məhkəmə aktı çıxarılanadək iş üzrə icraat dayandırılması məqsədəmüvafiq hesab olunmuşdur. Göründüyü kimi Bakı İnzibati Məhkəməsinin icraatında olan işin, bu işlə əlaqəsinin xarakteri və xüsusiyyətləri məhkəmə tərəfindən hərtərəfli araşdırılmamış, digər iş üzrə qərar çıxarılmadan mövcud iş üzrə qərarın verilməsinin qeyri-mümkünlüyü sübut olunmamış və inzibati işin mülki işin həllinə hansı konkret hüquqi maneəni yaratdığı əsaslandırılmamışdır. Qeyd edilməlidir ki, qurumun ləğv edilməsi ilə bağlı hazırkı iddianın qaldırılmasının əsası kimi çıxış etmiş Mülki Məcəllənin 59.2.3-cü maddəsində qeyd olunan qanunvericiliyin dəfələrlə və ya kobudcasına pozulması faktları artıq baş verdiyindən (onların bəziləri ilə bağlı cəmiyyət Nəsimi rayon məhkəməsinin qərarı ilə inzibati məsuliyyətə də cəlb olunmuşdur) onlara hüquqi qiymətin verilməsi yuxarıda sadalanan təsis sənədlərində edilmiş dəyişiklik faktlarının dövlət qeydiyyatına alınıb-alınmamasından asılı deyil. Çünki Bakı İnzibati Məhkəməsində baxılan iş üzrə iddia tələbinin təmin olunub-olunmamasından asılı olmayaraq da işə baxılma mümkündür. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, əlavə sənəd daxil olmamışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və mülki işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, qanunverici məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan - Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın. Konstitusiya Məhkəməsi Plənumunun Mülki Prosəssual Məcəllənin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair ## #### 2004-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmə prosesi zamanı elə hallar meydana çıxır ki, onlar mübahisənin operativ və obyektiv həll olunmasına mane olur. İcraatın dayandırılması qanunda göstərilən əsaslarla və məhkəmə icraatının davam etməsinə mane olan halların meydana çıxması ilə mümkündür. Belə vəziyyətdə mübahisənin həll olunması üçün müvəqqəti mane olan hallara başqa bir icraatda aydınlıq gətirilənə qədər həmin iş üzrə icraat dayandırılır. İş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyrimümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Kollegiya qeyd edir ki, məhkəmə işin icraatını Bakı İnzibati Məhkəməsinin icraatında olan e-*-*(*-*)-****/**** nömrəli inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırdığı zaman, həmin işlə özünün icraatında olan iş arasındakı bağlılığın mahiyyətinə düzgün hüquqi qiymət verməmiş və işlər arasındakı asılılığın dərəcəsi, eləcə də həmin iş üzrə olan məsələ nizamlananadək hazırki işə baxılmasının mümkün olması yaxud olmamasını tam və dəqiq müəyyən etməmiş və əsaslandırmamışdır. Belə ki, hazırki işdə iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsi cavabdeh Cavabdeh qarşı “qeyri-hökumət təşkilatının ləğvi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin icraatında olan e-*-*(*-*)-****/**** nömrəli inzibati iş üzrə isə iddiaçı Cavabdeh cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsinin qarşı “Cavabdeh nizamnaməsinin 2-ci redaksiyada təsdiq edilməsi və Cəmiyyətin sədri (atamanı) kimi nümayəndə2y Sergeyeviç seçilməsinin dövlət qeydiyyatına alınması öhdəliyinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat, qeydiyyat və reyestr Baş İdarəsinin üzərinə qoyulması” məsələsinə baxılır; hazırki tələbə baxılmasının isə hazırki iş üzrə Bakı İnzibati Məhkəməsində baxılan mübahisənin nəticəsindən asılı edilməsi anlaşılan deyildir. Burada iddiaçı Cavabdeh cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsinin qarşı “Cavabdeh nizamnaməsinin 2-ci redaksiyada təsdiq edilməsi və Cəmiyyətin sədri (atamanı) kimi nümayəndə2y Sergeyeviç seçilməsinin dövlət qeydiyyatına alınması öhdəliyinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat, qeydiyyat və reyestr Baş İdarəsinin üzərinə qoyulması” tələbinə dair işin əsaslılığı prezumpsiyası ilə cari tələbin əsaslılığı prezumpsiyası düzgün qiymətləndirilməmişdir. Belə ki, Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Hazırda cavabdehin Bakı İnzibati Məhkəməsində olan tələbi təmin olunacağı təqdirdə, Cavabdeh nizamnaməsinin 2-ci redaksiyada təsdiq edilməsi və Cəmiyyətin sədri (atamanı) kimi nümayəndə2y Sergeyeviç seçilməsi təsbit olunacaqdır. Lakin digər ehtimal, yəni hazırki tələb təmin olunduğu təqdirdə, Cavabdeh qeyri-hökumət təşkilatının ləğv olunmaqla, Bakı İnzibati Məhkəməsinin icraatında olan e-*-*(*-*)-****/**** nömrəli inzibati işin perspektivi qalmayacaqdır. Nəticə etibarilə, əgər müvafiq əsaslar aşkarlanarsa, Bakı İnzibati Məhkəməsində baxılan işin nəticəsi hazırda cari tələbin nəticəsindən asılı ola bilərdi. Qeyd olunduğu kimi, icraatın dayandırılması üçün işlərin hər hansı bir qarşılıqlı bağlılığı deyil, yalnız birinin baxılmasını digərindən məcburi asılı edən mütləq asılılığı nəzərdə tutulur. Beləliklə, kollegiya hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)- ****/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadı ləğv olunmalı və mülki iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadı ləğv olunsun və mülki iş baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdiyev
Məhkəmə qərarları › İş №2(3-6)-2766/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2766/2026
08.07.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver