Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2910/2026 31.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh cavabdeh3 və X5rşı işi üzrə Açar sözlər: (“vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi”) hakimlər X4 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi , iddiaçı İddiaçı, iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə, cavabdeh cavabdeh3 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ## ####### 2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları və iş üzrə məhkəmə icraat(lar)ı
1. Iddiaçı İddiaçı cavabdeh cavabdeh3 qarşı cavabdeh Zabrat Müalicə-Diaqnostika Mərkəzində çalışan stomatoloq cavabdeh3 tərəfindən məruz qaldığı maddi zərərə görə 1000 manat və mənəvi zərərin əvəzi kimi isə 2000 manat tutularaq İddiaçı Rövşən qızına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, daha sonra iddiaçı İddiaçı vəsatətlə məhkəməyə müraciət edərək, *(***)-****/**** saylı mülki iş üzrə Zabrat Müalicə-Diaqnostika Mərkəzinin cavabdeh qismində işə cəlb olunmasını xahiş etmişdir. Iddia ərizəsini onunla əsaslandırmışdır ki, iş üzrə iddiaçı Qazaxıstan Respublikasının vətəndaşı, Azərbaycan Respublikası, Bakı şəhərində yaşayan, İddiaçı ( MYI № *******) ## ###### 2024-cü il tarixində, diş ağrısı şikayəti ilə əlaqədar Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ünvanında yerləşən "Zabrat Müalicə-Diaqnostika Mərkəzi"-nə, müraciət edib və orda onu cavabdeh3 adlı stomatoloq qəbul etmişdir. cavabdeh3 İddiaçı (bundan sonra "iddiaçı") tibbi müayinəsini keçirmiş və özü bildirmişdir ki, 3 ədəd diş sıradan çıxıb, yəni üst çənəsində yerləşən 1 dişə və alt çənəsində yerləşən 2 dişə plomb qoyulması zəruridir. Lakin özünü sığortalamaq üçün və problemini dəqiq müəyyən etmək üçün xəstəni dişlərini rentgen etməyə göndərməyib. Müalicə edən vaxtı o alt çənəsində yerləşən 2 dişinin sinirini çıxartmış və plombları qoymuşdur. Lakin dişlərin sinirlərini çıxartsa da, bir dişdə plomb qoymaq üçün kanallara heç bir əlavə dərman qoymayıb və onun üstünə plomb qoyub. (Lakin dişin kanalları plomb qoymamış qabaq kanalları xüsusi dərmanla doldurmaq məqsədə uyğundur). Burda isə kanallar boş qalıb və əsas odur ki, başqa dişində sinirini çıxardanda stomatoloji alətinin hissəsini orada unudub saxlayıb. Hətta stomatoloq cavabdeh3 (cavabdeh) iddiaçını aldadıb ki, dişində sinirin hissəsini saxlayıb, lakin iddiaçı rentgen etdirdikdən sonra, başqa klinikanın stomatoloqu bildirib ki, kanalında sinir qalmayıb. Müalicəyə görə iddiaçı cavabdeh3 120 manat ödəyib. Müalicədən iki gün keçəndən sonra onda kəskin diş və baş ağrıları başlayıb. Həyat yoldaşı Nümayəndə normal qaydada evə getsə də, sonradan dişində ağrılar başlamış, bu barədə Orxana müraciət edən zaman isə sonuncu qısa müddət ərzində ağrıların bitəcəyini bildirmiş, lakin ağrılar sona çatmamışdı. Onun ağrıları keçməyib deyə, yoldaşı ilə birlikdə Dr. X1 müraciət etmişlər, orda iddiaçının müalicə olunan dişlərinin rentgen ediblər və məhz burada məlum olub ki, stomatoloq cavabdeh3 stomatoloji alətin parçasının diş sinirin kanalında saxlayıb və başqa dişin kanalları dərmanla doldurulmamış, plomb qoyub. Iddiaçının həyat yoldaşı dərhal cavabdeh3 zəng edib və vəziyyətini bildirib. Cavabdeh cavabdeh3 çox kobud cavab vermiş və demişdir ki: "Ola bilməz. Mən bunu eləməmişəm. Mən günahkar deyiləm. Hara istəsəniz şikayət edin, mənə heç kim heç nə edə bilməz." Axırda da bildirmişdir ki, yaxşı sabah X5 Mərkəzinə gəlin, mən baxım. Lakin iddiaçı getməkdən imtina edib, çünki həkimin danışıqları hədə-qorxu ilə olub və bunu nəzərə almaq lazımdır ki, o bir neçə gün ağrılardan əziyyət çəkirmiş və mübahisə etmək, həkimdən kobud sözləri eşitmək istəməmişdir. Iddiaçı "Tibbi Ərazi Bölmələrinin Idarəetmə Birliyi" TƏBIBƏ şikayət ərizəsini yazmışdır. Məktubdan sonra Zabrat Müalicə- Diaqnostika Mərkəzinin baş həkimi cavabdeh2 ona(iddiaçıya) və onun yoldaşına zəng etməyə başlayıb və xahiş edib ki, ərizəni geri götürün, çünki cavabdeh3 artıq töhmət veriləcək, amma onun da fəaliyyətini yoxlamaq istəyirlər, o isə bundan çəkinir. Ona təklif etmişdir ki, mərkəzə yaxınlaşsın və problemi müzakirə etsinlər. Gələn gün iddiaçı yoldaşı ilə baş həkimlə danışmaq üçün Zabrat Müalicə-Diaqnostika Mərkəzinə üz tutublar. Müzakirə gedəndə baş həkim cavabdeh2 ifadə edib: “Gəlin söhbətinizi şişirtməyək, məni də cəzalandıra bilərlər. Ərizənizi geri alın və heç bir yerə şikayət etməyin. Stomatoloq cavabdeh3 mənim də dişlərimi müalicə edib, dişlərimi və çənəmi pis günə salıb, insandır da, yola verək.” Deməli onun sözlərindən elə çıxır ki, həkim insandır və pasiyentlərə düzgün müalicə etməsə də, sağlamlığına ziyan dəysə də, onu bağışlamaq lazımdır. Bəs sağlamlığını itirən Ramina xanıma onda nəyi etmək lazımdır? Deyəsən cavabdeh2 həkim davranışının əsas mənəvi-etik prinsiplərin barədə, Hippokrat andından heç xəbəri da yoxdur. Bundan savayı, bir sual yaranır, Şəhla xanım özü Zabrat Müalicə-Diaqnostika Mərkəzinin baş həkim olarkən, cavabdeh3 həkim fəaliyyətində qeyripeşəkarlığı görərkən, onun fəaliyyətinə müdaxilə etməyib, ona xəstələri qəbul etməyə icazə verib və bir mütəxəssis kimi qanunsuzluğa gözlərini yumub. Həmin stomatoloqun yanına xəstələr gəlirmiş və görünən kimi iddiaçının sağlamlığına zərbə dəyib və xəstəyə əziyyət verib. Bir neçə gün sonra iddiaçı yenə stomatoloqun qəbuluna getmiş, çünki baş həkimdən zənglər davam olaraq gəlirdi. Söhbət başlayanda, X2 Hüseynliyə bildirmişdir ki, o dişin kanalında alətin parçasını unudub saxlayıb və başqa dişinin sinirləri çıxardandan sonra kanalları boş saxlayıb və plomblayıb. Buna cavabdeh3 çox sərt reaksiyasını verib, yüksək səslə cavab verməyə başlayıb: "Siz heç nə sübut edə bilməsiniz. Siz yalan danışırsınız, bunu başqa həkim edib, siz mənim boynuma atmaq istəyisiniz. Hara gedirsiniz gedin, kimə şikayət etmək istəyisiniz edin, mənə heç kim heç nə edən deyil." Iddiaçıya qarşı çox kobud və sərt davranışa yol verib hətta az qaldı hədə-qorxuya keçib. Baş həkim cavabdeh2 həmin kabinetə yaxınlaşsa da, həkimi sakitləşdirə bilməyib. cavabdeh2 özü cavabdeh3 bildirmişdir ki, xəstəyə kömək et, başqa həkimlərdə müalicəsinin pulunu ödə, sənin səhvindir. Heç olmasa, barışma prosesi olsun. cavabdeh3 isə “mənim vaxtım yoxdur, mən uşaqlarımı uşaq bağçasına aparmalıyam”, deyə imtina edib. "Siz məndən pul istəməyə gəldiniz, sizdə heç bir problem yoxdur" belə söhbətləri davam edirdi. Profilaktika müəssisəsinin rəhbərliyinə, müvafiq icra hakimiyyəti orqanına və ya qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər.
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin olunması, cavabdeh cavabdeh3 120 manat maddi zərərin tutularaq iddiaçı İddiaçı verilməsi, cavabdeh cavabdeh3 və X5 Mərkəzindən 1500 manat mənəvi zərərin birgə qaydada tutularaq iddiaçı İddiaçı ödənilməsi, Məhkəmə xərcləri – 6.20 manat məbləğində dövlət rüsumunun cavabdeh cavabdeh3 və X5 Mərkəzindən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1,21.3, 1096.1, 1096.2, 1097.1, 1099.1, 1099.2, 1112-ci; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2022-ci il tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2020-ci il tarixli Qərarına; Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun # ###### 2008-ci il tarixli Qərarına; “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 113.1, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, işin faktiki hallarından müəyyən olunmuşdur ki, İddiaçı ## ###### 2024-cü il tarixdə diş ağrısı şikayəti ilə əlaqədar Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ünvanında yerləşən "Zabrat Müalicə-Diaqnostika Mərkəzi"nə müraciət etmiş və onu cavabdeh3 adlı stomatoloq qəbul etmişdir. cavabdeh3 İddiaçı tibbi müayinəsini keçirmiş və özü bildirmişdir ki, 3 ədəd diş sıradan çıxıb, yəni üst çənəsində yerləşən 1 dişə və alt çənəsində yerləşən 2 dişə plomb qoyulması zəruridir. Lakin həkim tərəfindən xəstənin dişləri rentgen olunmamışdır. Həkim tərəfindən müalicə aparıldıqdan sonra iddiaçı dişlərinin ağrıması şikayəti ilə müraciət etmiş və daha sonra həkimin hərəkətlərindən Bakı şəhəri Sabuncu Prokukorluğuna müraciət etmişdir. Bakı şəhəri Sabuncu Prokukorluğu tərəfindən ##.##.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və toplanmış **C-** nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Sabuncu Prokukorluğunda araşdırma aparılan zaman iş üzrə ekspertiza təyin olunmuş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” Publik hüquqi şəxsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli ****/KEŞ saylı rəyə əsasən 2003-cü il təvəllüdlü İddiaçı Rövşən qızının adına tərtib edilmiş tibbi sənəddə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir. 1.2. Ramına Ibragimovanın məhkəmə-tibbi müayinəsi zamanı hazırda onun bədən səthi üzərində hər hansı bir travmatik xəsarət və ya xəsarət izinin olduğu müəyyən edilmədi. 3.4. Ramina Ibragimovanın mütəxəssis müayinəsi zamanı hazırda onda 47-ci dişdə endodontik müalicənin tam yerinə yetirilmədiyi, 46-cı dişdə isə yad cisimin (endodontik alət, sınıq qalığı) olduğu müəyyən edilmişdir. Bu da aparılmış stomatoloji prosedurların qüsurlu texniki icrası ilə əlaqədar olmuşdur. Qeyd olunanlarla əlaqədar endodontik müalicə yenidən icra olunmalıdır. 5. Tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərdə tutulmayıb. 6. Ramina Ibragimova müalicə müəssisəsi şəraitində göstərilmiş qüsurlu tibbi xidmət səhiyyə sistemində qüvvədə olan, Səhiyyə Nazirliyi tərəfindən ##.##.2012-ci il tarixli ** saylı əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”nın 24.1 bəndinin (“ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli icra etməməsi”) tələblərinin pozulması kimi qiymətləndirilir. Buna məsul şəxs həkim-stomatoloqdur. Inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında ##.##.2025-ci il tarixli qərara əsasən ##.##.1989-cu il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respulikası vətəndaşı, evli, “Zabrat Sağlamlıq Mərkəzində stomatoloq işləyən, Bakı şəhəri Suraxanı rayonu, M.Mustafayev küçəsi, 8/6, mənzil 33-də qeydiyyatda olsa da, Bakı şəhəri, Nizami rayonu, Neftçilər prospekti, E.Süleymanov küçəsi, mənzil 90 da yaşayan cavabdeh3 (FIN-*******) barəsində Azərbaycan Respublikası IXM-nin 460-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması qərara alınmışdır. Iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair Insan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə ## #### 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə ## #### 2008-ci il tarixli qərarında Insan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Avropa Məhkəməsinin “Fətullayev Azərbaycana qarşı” işi üzrə qəbul etdiyi ##.##.2010-cu il tarixli qərarının 183-cü bəndində qeyd edilmişdir: “Məhkəmə qeyd edir ki, Məhkəmə Reqlamentinin 60-cı Qaydasına əsasən, əvəzin ədalətli ödənilməsi üçün irəli sürülən bütün tələblər tərkib elementləri üzrə ətraflı bölünməklə, müvafiq təsdiqedici sənədlərlə və ya ödəniş qəbzləri ilə birlikdə təqdim edilməlidir, belə olmadıqda məhkəmə tələbi bütünlüklə və ya qismən rədd edə bilər.”. Iddiaçı ona maddi zərər vurulması ilə bağlı cavabdehlərdən 1000 manat pul tələb etməsinə baxmayaraq, məhkəmə iclasında cavabdeh cavabdeh3 dişin müalicə olunması üçün 120 manat pul verdiyini və qarşı tərəf hər üç dişin müalicə olunması üçün iddiaçıdan 120 manat pul almasını etiraf etmişdir. Iddiaçı tərəf bununla bağlı çəkdiyi və çəkməli olduğu xərclər barəsində məhkəməyə heç bir sübut təqdim etmədən qarşı tərəfdən 1000 manat pul tələb edir. Məhkəmə iddianın maddi ziyanın tutulması hissəsinə münasibətdə hesab edir ki, maddi ziyanın nədən ibarət olması, iddiaçının pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər barəsində sübut təqdim olunmadığından iddia həmin hissədə qismən təmin olunmalıdır. Iddiaçının 2000 manat mənəvi zərərin əvəzi kimi pul tələb etməsi barədə tələbinə münasibətdə isə qeyd edilməlidir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ###### 2008 ci il tarixli * nömrəli qərarının 2-ci bəndində qeyd edilmişdir: “...Azərbaycan Respublikası qanunvericiliyinin, “Insan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa Insan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.”. Həmin qərarın 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Qeyd edilən qərarın 8-ci bəndində göstərilir “...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.”.Ramina Ibragimovanın müalicə müəssisəsi şəraitində göstərilmiş tibbi xidmət qüsurlu olduğundan iddiaçının mənəvi sarsıntı keçirməsi və sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi şübhəsizdir və deməli, zərərçəkənin, yəni iddiaçının mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə onun müalicə müəssisəsi şəraitində göstərilmiş tibbi xidmətin qüsurlu olması ilə əlaqədar mənəvi əzab çəkməsi barədə dəlillərini inandırıcı qəbul edir. Zərərçəkən bunu 2000 manat dəyərində qiymətləndirir. Plenum qərarının 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Iddiaçı qadındır və himayəsində azyaşlı övladları vardır, sağlamlığı pozulduğu müddət ərzində iztirab keçirməsi ilə yanaşı azyaşlı övladlarına da qulluq etmək məcburiyyətində qalmışdır. Buna baxmayaraq məhkəmə hesab edir ki, mənəvi zərərlə bağlı tələb olunan məbləğ həddindən artıq çoxdur və mənəvi zərərin 1500 manat məbləğində qiymətləndirilməsi daha ağlabatan və ədalətlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, iddia qismən təmin olunmalı, cavabdeh cavabdeh3 120 manat maddi zərər tutularaq iddiaçı İddiaçı verilməli və müalicə müəssisəsi şəraitində göstərilmiş tibbi xidmətin qüsurlu olması nəticəsində iddiaçı yenidən tibbi müdaxiləyə məruz qaldığından, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərər vurulduğundan, bu hal onun əsəb gərginliyi keçirərək, psixo-emosional vəziyyətinin pisləşməsinə və onun şüurunda mənfi reaksiyaya səbəb olmasına və mənəvi sarsıntılar keçirməsinə səbəb olduğundan 1500 manat mənəvi zərər cavabdeh cavabdeh3 və X5 Mərkəzindən birgə qaydada tutularaq iddiaçı İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri– 6.20 (altı manat, iyirmi qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh cavabdeh3 və X5 Mərkəzindən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir.
3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - Azərbaycan Respublikası “xxxx” Publik Hüquqi şəxs “xxxx” Publik hüquqi şəxs tərəfindən Nümayəndə ünvanlanmış ##.##.2025-ci il tarixli məktuba əsasən ##.##.2025-ci il tarixində müraciətlə bağlı həkim-stomatoloq cavabdeh3 mərkəzə dəvət olunaraq izahat alınmışdır. O, izahatında qeyd etmişdir ki, onda yaranan narahatçılıqla bağlı təkrar müayinəyə dəvət etdiyini və onun yaxınlaşmadığını bildirmişdir. Müraciət ilə bağlı adıçəkilən tibb müəssisəsindən təqdim olunan məlumata əsasən bildirilir ki, cavabdeh3 işində yol verdiyi nöqsanlara görə barəsində müvafiq intizam tənbehi tədbiri görülmüşdür; - ##.##.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətinə əsasən toplanmış **C-** nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti təsdiq edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” Publik hüquqi şəxsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli ****/KEŞ saylı rəyə əsasən 2003-cü il təvəllüdlü İddiaçı Rövşən qızının adına tərtib edilmiş tibbi sənəddə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, məhkəmətibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir:1.2. Ramına Ibragimovanın məhkəmə-tibbi müayinəsi zamanı hazırda onun bədən səthi üzərində hər hansı bir travmatik xəsarət və ya xəsarət izinin olduğu müəyyən edilmədi. 3.4. Ramina Ibragimovanın mütəxəssis müayinəsi zamam hazırda onda 47-ci dişdə endodontik müalicənin tam yerinə yetirilmədiyi, 46-cı dişdə isə yad cisimin (endodontik alət, sınıq qalığı) olduğu müəyyən edilmişdir. Bu da aparılmış stomatoloji prosedurların qüsurlu texniki icrası ilə əlaqədar olmuşdur. Qeyd olunanlarla əlaqədar endodontik müalicə yenidən icra olunmalıdır. 5. Tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərdə tutulmayıb. 6. Ramina Ibragimova müalicə müəssisəsi şəraitində göstərilmiş qüsurlu tibbi xidmət səhiyyə sistemində qüvvədə olan, Səhiyyə Nazirliyi tərəfindən ##.##.2012-ci il tarixli ** saylı əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”nın 24.1 bəndinin (“ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli icra etməməsi”) tələblərinin pozulması kimi qiymətləndirilir. Buna məsul şəxs həkimstomatoloqdur; - Inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında ##.##.2025-ci il tarixli qərarın surətinə əsasən ##.##.1989-cu il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respulikası vətəndaşı, evli, “Zabrat Sağlamlıq Mərkəzində stomatoloq işləyən, Bakı şəhəri Suraxanı rayonu, M.Mustafayev küçəsi, 8/6, mənzil 33-də qeydiyyatda olsa da, Bakı şəhəri, Nizami rayonu, Neftçilər prospekti, E.Süleymanov küçəsi, mənzil 90-da yaşayan cavabdeh3 (FIN-*******) barəsində Azərbaycan Respublikası IXM-nin 460-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması qərara alınmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. Cavabdeh cavabdeh3 apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097-ci maddələrinə istinadən qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki haları lazımi qaydada, tam, hərtərəfli və obyektiv araşdırılmadan qətnamə qəbul edilmişdir. Belə ki, iddiaçı ## ###### 2024-cü il tarixində cavabdehin işlədiyi stomatoloji müəssisəyə müraciət edərək ondan stomatoloji xidmətlərin göstərilməsini xahiş etmişdir. Iddiaçının müraciəti əsasında onun dişlərində mövcud olan problemlərlə bağlı ilkin müayinə aparılmış, tibbi baxımdan zəruri olan tədbirlər görülmüşdür. Müayinə zamanı iddiaçıya dişlərdə mövcud vəziyyətin dəqiq qiymətləndirilməsi üçün rentgen müayinəsinin aparılmasının vacibliyi ətraflı şəkildə izah edilmişdir. Lakin iddiaçı bu tibbi tövsiyəyə məhəl qoymamış, rentgen müayinəsi aparılmadan dişinin plomblanmasını israrla tələb etmişdir. Nəticədə iddiaçının razılığı əsasında və mövcud şərait nəzərə alınmaqla dişləri prosedur qaydalara uyğun şəkildə plomblanmış, bundan sonra iddiaçı cavabdehin işlədiyi müəssisəni tərk etmişdir. Bir neçə gün sonra iddiaçı gecə saatlarında onunla əlaqə saxlayaraq dişində müəyyən narahatlığın yarandığını bildirmişdir. Cavabdeh həkimlik peşə borcuna uyğun olaraq iddiaçını təkrar müayinə üçün işlədiyi müəssisəyə dəvət etmiş, vəziyyətinin yenidən qiymətləndiriləcəyini və zəruri tibbi müdaxilənin göstəriləcəyini bildirmişdir. Lakin iddiaçı bu təklifi qəbul etməmiş, işlədiyi müəssisəyə gəlməkdən imtina etmiş, bunun əvəzinə digər stomatoloji müəssisələrə müraciət etmişdir. Daha sonra isə həmin müəssisələrdə verilmiş ehtimal xarakterli və subyektiv rəylərə əsaslanaraq müxtəlif dövlət orqanlarına, o cümlədən məhkəməyə cavabdeh barəsində əsassız şikayətlər ünvanlamışdır. Iddiaçı birinci instansiya məhkəməsində verdiyi izahatlarda emosional və subyektiv mövqe nümayiş etdirərək guya cavabdehin ona qarşı kobud rəftar etdiyini, rentgen müayinəsinin aparılmadığını, diş kanalarına əlavə dərman qoyulmadığını, eləcə də stomatoloji alətin bir hissəsinin diş sinir kanalında qaldığını iddia etmişdir. Bu iddialar konkret sübutlara deyil, yalnız ehtimallara əsaslanmışdır. Eyni zamanda iddiaçı məhz bu ehtimallara istinad edərək maddi və mənəvi zərər çəkdiyini iddia etmişdir. Ilk növbədə qeyd edilməlidir ki, iddiaçı tərəfindən irəli sürülən bu iddialar həqiqətə uyğun deyildir və heç bir mötəbər sübutla təsdiqlənmir. Belə ki, iddiaçı diş müalicəsi zamanı guya cavabdeh tərəfindən istifadə edilən stomatoloji alətin qırılaraq diş kanalında qaldığını iddia edir. Halbuki iddiaçının dişində aşkar edildiyi iddia olunan yad cisim cavabdehin stomatoloji fəaliyyəti zamanı istifadə etdiyi alət və materiallara aid deyildir və həmin alətin cavabdeh tərəfindən istifadə edilməsi texniki və praktik baxımdan mümkün olmamışdır. Bu səbəbdən qeyd olunan halın birbaşa cavabdehin hərəkətləri ilə əlaqələndirilməsi hüquqi və faktiki əsaslardan məhrumdur. Bundan əlavə, iddiaçı dişində yaranmış ağrı ilə bağlı onunla əlaqə saxladığı zaman, ona dərhal təkrar müayinə üçün işlədiyi müəssisəyə gəlməsi təklif edilmişdir. Lakin iddiaçı bu tibbi dəvəti qəbul etməmiş, müalicə prosesinin davam etdirilməsindən öz iradəsi ilə imtina etmişdir. Beləliklə, iddiaçının özü tərəfindən müayinəyə gəlməkdən imtina etməsi onun öz məsuliyyətini artırmaqla yanaşı, baş vermiş hallara görə bütün məsuliyyətin həkimin üzərinə qoyulmasını əsassız edir. Eyni zamanda vurğulanmalıdır ki, iddiaçının dişində olduğu iddia edilən yad cismin mövcudluğu avtomatik olaraq sağlamlığa zərər vurulması və ya hər hansı ağırlaşmanın yaranması demək deyildir. Stomatoloji praktikada bu kimi hallar müvafiq nəzarət və təkrar müdaxilə ilə aradan qaldırıla bilən texniki xarakterli vəziyyətlər hesab olunur və təkbaşına insan sağlamlığı üçün hər hansı təhlükə yaratması tibdə praktik olaraq mümkün hesab edilmir. Belə olan halda, iddiaçının hansı konkret fiziki və ya psixoloji iztirablar çəkdiyi, eləcə də mənəvi əzabın nədən ibarət olduğu aydınlaşdırılmamışdır. Digər tərəfdən, iş materiallarında mövcud olan məhkəmətibbi ekspertiza rəyində açıq şəkildə göstərilir ki, iddiaçının məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthi üzərində hər hansı travmatik xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Bu fakt iddiaçının sağlamlığına real, ölçülə bilən və hüquqi əhəmiyyət daşıyan zərərin vurulmadığını təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1097-ci maddələrinə əsasən, maddi və mənəvi zərərin ödənilməsi üçün zərərin mövcudluğu, hüquqazidd hərəkət, təqsir və bu hərəkətlə zərər arasında birbaşa səbəbli əlaqə sübuta yetirilməlidir. Hazırkı iş üzrə isə qeyd olunan hüquqi elementlərin heç biri tam şəkildə sübuta yetirilməmişdir. Iddiaçı tərəfindən təqdim olunan iddialar ehtimalara əsaslanmış, zərərin real olaraq baş verdiyini təsdiq edən kifayət qədər və mötəbər sübutlar təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi isə iş üzrə təqdim edilmiş sübutları hərtərəfli və obyektiv araşdırmamış, xüsusilə məhkəmə-tibbi ekspertiza rəyinə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, ekspertiza rəyində iddiaçıda hər hansı xəsarət izinin aşkar edilmədiyi, dişdə yad cismin qalmasının sağlamlıq üçün konkret mənfi nəticələr törətmədiyi qeyd olunsa da, məhkəmə bu halları nəzərə almamış, yalnız texniki xarakterli tibbi nöqsan ehtimalını əsassız olaraq sağlamlığa ciddi zərər kimi qiymətləndirmişdir. Bundan başqa, iddiaçı tərəfindən mənəvi zərərin mövcudluğunu təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Iddiaçı psixoloji vəziyyətinin pozulmasını təsdiqləyən psixoloq və ya psixiatr rəyi, tibbi arayış və ya digər rəsmi sənəd təqdim etməmiş, əmək qabiliyyətinin itirilməsi, ağır xəsarət və ya uzunmüddətli fiziki və ya psixoloji nəticələrin mövcudluğu müəyyən edilməmişdir. Iddiaçının izahatları yalnız qısa müddətli narahatlıqdan ibarət olmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi mənəvi zərəri yalnız ehtimal və subyektiv mülahizələr əsasında qiymətləndirərək 1500 manat məbləğində mənəvi zərərin tutulmasını əsassız olaraq təmin etmişdir. Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və obyektiv araşdırmamış, sübutları düzgün qiymətləndirməmiş, onun məsuliyyətini əsassız olaraq genişləndirmiş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar:
5. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək, iddiaçının müalicə üçün onun yanına gəlməmişdən öncə Ismayıl adlı həkimin qəbulunda olduğunu, həmin dövrdə iddiaçı hamilə olduğu üçün həkimin müalicəni yarımçıq saxladığını, sonradan ona müalicə üçün müraciət etdiyini, iddiaçıya rentgen müayinə olunmasını israrla təklif etdiyini, lakin onun bu təklifi rədd etdiyini və dişlərinə plomb qoyulmasını istədiyini, bundan sonra iddiaçının dişlərini müalicə etdiyini, onun tərəfindən iddiaçı müalicə olunan zaman kanal dolduran alətdən istifadə edilmədiyini, bu səbəbdən də kanal dolduran alətin qırığının onun tərəfindən dişlər müalicə olunan zaman dişdə qalmasının qeyri-mümkün olduğunu, böyük ehtimalla həmin alətin ondan öncə müalicə edən həkim tərəfindən kanalı dolduran zaman orada qaldığını, iddiaçının indiyə qədər heç bir zaman dişlərin təkrar müalicəsi üçün birbaşa ona müraciət etmədiyini,baş həkimin qəbuluna gələrək onu şikayət etdiyini və 1200 manat pul tələb etdiyini, onu müxtəlif orqanlara şikayət etdiyini, mənəvi zərərlə bağlı birinci instansiya məhkəməsinin qət etdiyi məbləğin şişirdilmiş olduğunu, belə ki, iddiaçı tərəfindən hansı mənəvi istirablar keçirməsi ilə bağlı kifayət qədər mötəbər sübutların təqdim edilmədiyini qeyd etmiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini əsassız hesab etdiyini, cavabdehin ondan rentgen müayinəsi tələb etmədiyini, müalicəni düzgün aparmadığını, bunun nəticəsində alət qalığının dişdə qaldığını, dişində güclü ağrıların olduğunu, cavabdeh3 mövcud vəziyyətlə bağlı müraciət etsə də onun təkrar müayinəyə qəbul etməkdən və müalicəsindən imtina etdiyini, hətta onunla kobud rəftar etdiyini, bundan sonra cavabdehi müvafiq orqanlara şikayət etdiyini,başqa xətsəxanaya müraciət edərək dişlərini təkrar müalicə etdiyini, hazırkı vaxtadək cavabdehin onun dişində yaratdığı fəsadları aradan qaldırmaq üçün müalicə aldığını və buna kifayət qədər maddi vəsait sərf etdiyini qeyd etmiş, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə apellyasiya şikayətini əsassız hesab etdiyini, cavabdehin onlara dişin rentgen müayinəsini təklif etdiyini, lakin iddiaçının ehtiyac duymadığını, digər tərəfdən iddiaçının tibbi savadı olmadığınıdan gələcəkdə belə bir fəsad yaşayacaqlarının onlara naməlum olduğunu, iddiaçının dişlərində ağrı və alət qalığının qaldığı məlum olduqdan sonra cavabdehlə əlaqə saxladıqlarını, lakin onları qəbul etməkdən imtina etdiyini, onlara “mənim vaxtım yoxdur, uşaqları bağçadan götürməliyəm” deyərək başından etdiyini, alət qalığının məhz cavabdehin yalnış müalicəsi nəticəsində dişdə qaldığını, dişin sonrakı müalicəsi üçün kifayət qədər pul xərclədiklərini, bu səbəbdən də birinci instansiya məhkəməsi tərəfindən tutulan mənəvi zərərin məbləğinin ağlabatan olduğunu qeyd etmiş, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
8. Məlumatlandırılması üçün qanunvercilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən digər cavabdeh X5 Mərkəzinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099. Hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1112. Tibb müəssisəsinin vurduğu zərərin əvəzinin ödənilməsi Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. 2. Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyyə olunsun ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində digər qeyri-əmlak hüquqlarının və qeyri-maddi nemətlərin müdafiəsini müəyyən etsin. 3. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.
12. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2022-ci il tarixli Qərarına əsasən: Işəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Həmçinin Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
13. Əhalinin sağlamlığının qorunması” haqqında Qanuna əsasən: 25. Hər bir vətəndaş müayinənin nəticəsi, xəstəliyin diaqnoz və proqnozu, müalicə üsulları və bununla bağlı risk dərəcələri, aparılmış müalicənin nəticəsi haqqında məlumatlar da daxil olmaqla sağlamlığının vəziyyəti barədə özü üçün səmərəli formada məlumat almaq hüququna malikdir. Vətəndaşın sağlamlığının vəziyyəti barədə məlumat onun özünə, qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin və yetkinlik yaşına çatmayanların sağlamlıqlarının vəziyyəti barədə məlumat isə onların valideynlərinə və ya qanuni nümayəndələrinə müayinə və müalicədə bilavasitə iştirak edən mütəxəssislər tərəfindən verilir. 57.Vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar. Vurulan ziyanın ödənilməsi tibb və əczaçılıq işçilərini qanunla nəzərdə tutulmuş intizam, inzibati, yaxud cinayət məsuliyyətindən azad etmir.59. Tibb və əczaçılıq işçilər öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə (maddələrinə) əsasən: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
15. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, bu qəbildən olan işlərdə qanunverici təqsiri maddi məsuliyyətin yaranmasının vacib şərti kimi göstərməklə təqsirin olub-olmamasının sübuta yetirmə vəzifəsinin hansı şəxsin üzərinə qoyulması məsələsini də müəyyən etmişdir. Belə ki, Mülki Məcəllənin 1112-ci maddəsinin tələbləri baxımından cavabdeh iddiaçının sağlamlığına zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirməlidir və bunu sübut edə bilsə məsuliyyətdən azad edilir. Beləliklə, həkimin (cavabdeh) şəxsin sağlamlığı vurulmuş zərərə görə maddi məsuliyyəti ilə bağlı məsələlərdə bu maddədə təqsirlilik prezumpsiyası prinsipi nəzərdə tutulmuşdur. Həmin prinsipə əsasən zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirə bilmədiyi hallarda təqsirli sayılır və bu halda zərərin əvəzi ümumi əsaslarla ödənilir.
16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayətin dəlilləri qismən əsaslıdır. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, iddiaçı cavabdeh tərəfindən ona dişin rentgen müayinəsinin təklif olunmadığını iddia etsə də, cavabdeh bu iddianı qəbul etməmiş, bunun əksinə iddiaçıya bir neçə dəfə rentgen müayinə olunmasını təklif etdiyini, lakin iddiaçının bununla razılaşmayaraq birbaşa dişlərinin müalicə olunmasını tələb etdiyini bildirmişdir. Məhkəmə kollegiyasında dindirilən iddiaçının nümayəndəsi isə verdiyi ifadəsində cavabdeh tərəfindən rentgen müayinə olunmasının iddiaçıya təklif edildiyini qəbul etmişdir. Belə olduğu təqdirdə kollegiya hesab edir ki, həkim tərəfindən müalicə düzgün aparılmamış olsa belə, iddiaçının rentgen müayindən imtinası təkcə həkim səhlankarlığı nəticəsində deyil, iddiaçının öz şəxsi istəyi ilə də həkimə təsiri olmuşdur. Halbuki müalicədən öncə rentgen müayinəsi olunsa idi, həkim fərqli müalicə metodu seçə bilər və bunun nəticəsində də dişdə hər hansı fəsad qalmaya bilərdi. Digər tərəfdən qeyd edilməlidir ki, mənəvi zərərin məbləği hər bir işin konkret halların asılı olaraq dəyişir, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Bu baxımdan məhkəmə kollegiyası hazırkı iş üzrə yuxarıda sadalanan işin hallarını, mənəvi zərər məbləğinin maddi zərər məbləğinə və digər xüsusatlara mütənasibliyini və məhkəmə iclasında müəyyən edilən faktları nəzərə alaraq belə qənaətə gəlir ki,apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mənəvi zərərin məbləğinə münasibətdə dəyişdirilməli və cavabdehlər tərəfindən iddiaçıya vurulmuş mənəvi zərərin məbləği 500 (beş yüz) manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın.
17. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) ödəyənə aid edilməlidir. Mübahisələndirilən hissədə iddianın qiyməti 5000 (beş min) manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır
18. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət e t d i : Cavabdeh cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ## ####### 2025-ci il tarixli qətnaməsi mənəvi zərərin məbləği hissəsində dəyişdirilərək 500 (beş yüz) manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın.