Məhkəmə qərarları › İş №2(3-6)-297/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-297/2026

09.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-297/2026 09.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdehnə qarşı (X45, X46, X96, X34, X35, X27, X36, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) tələbi, Müstəqil tələb irəli sürən üçüncü şəxslər X77, X21 və X9 Cavabdehnə qarşı mülki iş (Açar sözlər: “mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılması ilə bağlı ümumi yığıncağın qərarının ləğv edilməsi”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Cavabdeh MMMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Nərimaov Rayon Məhkəməsinin e-2(005)-435/2025 saylı, 17 oktyabr 2025-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, X28, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5, eləcə də mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər X77, X21 və X9 birgə apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin halları ilə müəyyən edilir ki: "xxxx" MMMC-nin yaradılması ilə bağlı xx.xx.2022-ci il tarixli qiyabi səsvermənin nəticələrinə dair Protokolda göstərilib ki, "xxxx" MMMC-nin yaradılması, cəmiyyətin nizamnaməsinin təsdiq edilməsi, 2 il müddətinə protokolda qeyd olunmuş tərkibdə İdarə heyətinin seçilməsi, 2 il müddətinə protokolda qeyd olunmuş tərkibdə təftiş komissiyasının seçilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanının cəmiyyətinin hüquqi ünvanı kimi müəyyən edilməsi, cəmiyyətin Elektron ünvan elektron poçt ünvanı və bank kart hesabının yaradılması, protokolda qeyd olunmuş tərkibdə Hesablama Komissiyasının yaradılması və qiyabi səsvermənin nəticələrinin hesablanması, səsvermənin nəticələrinə dair protokolun tərtib edilməsi və imzalanması səlahiyyətinin həmin Komissiyaya verilməsi, dövlət qeydiyyatı ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət edilməsi, bununla əlaqədar bütün zəruri sənədlərin, o cümlədən nizamnamənin imzalanması səlahiyyətinin X13 həvalə edilməsi qərara alınmışdır. Bildiriş göndərilmiş sahə mülkiyyətçilərinin ümumi sayı 53305 səs (100%), iştirak edən sahə mülkiyyətçilərinin sayı 27718 səs (52%) təşkil etmişdir. MMMC-nin yaradılması məsələsi üzrə 26271 nəfər lehinə səs vermişdir.

2. xx.xx.2022-ci il tarixli "xxxx" MMMC-nin təsis yığıncağının (qiyabi səsvermə formasında) qərarında göstərilib ki, gündəlikdə duran məsələlər sırasına "xxxx" MMMC-nin təsis edilməsi, cəmiyyətin nizamnaməsinin təsdiq edilməsi, idarəetmə orqanlarının formalaşdırılması, hüquqi ünvanının müəyyən edilməsi, dövlət qeydiyyatı ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi və sənədlərin imzalanması ilə bağlı səlahiyyətli şəxsin seçilməsi daxil edilmişdir. Binada 330 mənzil və 131 qeyri-yaşayış sahəsi mülkiyyətçisi olmaqla, cəmi 461 sahə mülkiyyətçisi mövcuddur, onlardan qiyabi səsvermədə 239 nəfəri iştirak etmiş, 239 lehinə səs toplanmışdır.

3. xx.xx.2022-ci il tarixli, 05/2116/2-14 nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X3 Reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh MMMC xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.

4. Cavabdeh MMMC-nin Nizamnaməsinin 1.1 və 7.1-ci bəndlərinə əsasən “Nəsimi45" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti müstəqil təsərrüfat subyekti olmaqla ünvan 2 ünvanında yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən yaradılmışdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncağı hər il MMMC-nin idarə heyəti tərəfindən çağırılmalıdır. Ümumi yığıncaq ümumi səslərin əlli faizindən çoxuna malik olan cəmiyyət iştirakçıları iştirak etdikdə səlahiyyətlidir.

Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçılar İddiaçı1, X28, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X78, X55 və X66 Cavabdehnə qarşı iddia ərizəsi ilə, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri Xətai prospekti 787-ci məhəllə, bina 38-də yerləşən çoxmənzilli binanın mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılması ilə bağlı xx.xx.2022-ci il tarixli qərarın və Cavabdeh MMMC-nin yarandığı andan etibarsız hesab edilərək ləğv edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş edib.

6. Tələbdə göstərilib ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 787 ünvanında inşa edilmiş çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakın saxlanılması, təmiri, kommunal xidmətlərin göstərilməsi məqsədilə xx.xx.2022-ci il tarixdə "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti təsis edilmişdir. Daha sonra həmin Cəmiyyətin adı Cavabdehnə dəyişdirilmişdir. Həmin cəmiyyətin idarə heyətinə 7 nəfər mülkiyyətçi (X22, X47, X67, X29, İddiaçı5, X23, X89, X20, X48, X37, X24, X68 və X69) ümumi yığıncaq keçirmədən özlərini seçmiş, X14 isə idarə heyətinin sədri təyin etmişlər. Onlar sakinlər olaraq, idarə heyətinin sədri, üzvləri və komissiya üzvlərinin seçilməsində iştirak etməmişlər və ümumi yığıncağa çağırılmamışlar. Hətta bəzi sakinlərin idarə heyətinə üzv seçilmələrinə dair özlərinin məlumatı yoxdur. Məsələn İddiaçı5 idarə heyətinin üzvü olması haqqında məlumatı olmamışdır. Eyni zamanda, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2023-cü il tarixlərdə guya keçirilən ümumi yığıncaqlardan xəbərləri olmamış, bildirişlər onlara göndərilməmiş və iştirak etməmişlər. Həmin idarə heyətinin fəaliyyətsizliyi nəticəsində 300-dən çox ailəni su ilə təmin edən hovuz antisanitar vəziyyətdə, lil-palçıqlı olduğundan mənzillərə çirkab, qumlu su verilir, binanın 2 lifti işləmir, biri banka icarəyə verilib, digəri isə ofis üçün dəmir qapı ilə bağlanmış, ümumiyyətlə liftlərə texniki xidmət göstərilmir, həyətdə heç bir abadlaşdırma, yaşıllıq işləri aparılmır, ərazinin mühafizəsi formal xidmətə çevrilmiş, avtodayanacaq yarımçıq tikili şəklində insanların həyatına real təhlükə mənbəyi olmuş, avtomobil yolunun asfalt örtüyü üzərində çuxurlar olmaqla yanaşı, səliqəsiz vəziyyətdədir, habelə digər texniki-təsərrüfat işləri görülmədiyi üçün başqa problemlər də yaranmışdır. Qanunsuz olaraq liftlərə kommunal xidmətlərini ödəməyən sakinlərə təzyiq etmək üçün kart sistemi tətbiq edilmiş, həyətdə yerləşən avtomobil dayanacağı bank işçilərinə xidmət edir, sakinlər üçün isə şlaqbaun qoyulmaqla kommunal xidmətlərdən əlavə hər ay qanunsuz olaraq 80-100 manat məbləğində pul tələb edilir. Sakinlərin mənzillərinə dair çıxarışlarının alınması üçün zəruri sənədlərin verilməsinə görə 510 manat məbləğində pul tələb edilir. Bir sözlə MMMC hazırda sakinlərin maraqlarını təmin etmək əvəzinə qanunsuz sahibkarlıq fəaliyyətini göstərir. Eyni zamanda qeyd edilməlidir ki, sədr Gülnarə Cəbrayılova ümumiyyətlə həmin binada yaşamır. Buna baxmayaraq, dəfələrlə idarə heyətinin sədrinə müxtəlif problemlərlə bağlı müraciət etsək də, o, heç bir iş görməmiş, əksinə sakinlərin əsaslı narahatçılığına səbəb olmuşdur. Bu dövr ərzində sakinlərdən külli miqdarda pul vəsaiti toplanılsa da, binanın saxlanılması üçün heç bir tədbir görülməmiş, heç bir problem aradan qaldırılmamışdır. Bundan başqa, bu müddət ərzində cəmiyyətdə heç bir dəfə də keçirilməsi qanunla nəzərdə tutulan təftiş keçirilməmiş, pul vəsaitlərinin hesabatı mülkiyyətçilərə təqdim edilməmişdir. Gülnarə Cəbrayılova öz vəzifəsindən sui-istifadə edir, öhdəliklərinin icrasından isə yayınır. İdarə heyətinin sədri olaraq, MMMC-nin mənafeyindən deyil, öz şəxsi ambisiyalarından və kommersiya maraqlarından çıxış edərək, sakinləri kütləvi şəkildə təhqir və təhdid etməkdən, təhqiredici məktub yazmaqla sakinlərə aid məhkəmə aktlarını həmin məktuba qoşub digər bütün sakinlərə göndərməkdən, hətta sakinləri milli ayrı-seçkiliyə təhrik etməkdən belə çəkinmir. Haqlarını tələb edən sakinlər isə Cəmiyyətin rəhbərliyi tərəfindən şər-böhtan atılmaqla polisə verilirlər. Bununla yanaşı kommunal ödənişlər mühasibatlıq tərəfindən deyil, santexnik, fəhlə tərəfindən yığılır. Bütün bunlar nəzərə alınaraq, qanunvericiliyə uyğun qaydada xx.xx.2023-cü il tarixdə 171 mənzil mülkiyyətçilərindən (ümumi sahə mülkiyyətçilərinin 51 faizindən artıq sayda) ibarət ümumi yığıncaq keçirilmiş və yeni idarə heyətinin seçilməsi qərarı qəbul edilmişdir. X7 İdarə Heyətinin sədri, X8 müavini, X49, X34, X11, X38, Əlİddiaçı5, X70 və X4 Heyətinin üzvləri, X5 Komissiyasının sədri, X39 və X16 Komissiyasının üzvləri, X2 Komissiyasının sədri, X80 və X1 Komissiyasının üzvləri seçilmişlər. Ümumi Yığıncaqda hər bir mənzil mülkiyyətçisi şəxsən canlı səsvermədə iştirak etmiş və yekdilliklə göstərilən qərarı vermişlər. Bununla bağlı tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət olunmuş və uzun çəkən prosesdən sonra sənədlər geri qaytarılmaqla izah edilmişdir ki, müraciət ərizəsinə möhür vurulmalıdır. X54 MMMC-nin ali orqanı olan Ümumi Yığıncağın, İdarə Heyətinin dəyişdirilməsi haqqında qanuni qərarını özbaşına rədd edərək, qeydiyyat üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi zəruri olan sənədləri imzalamaqdan və möhürlə təsdiq etməkdən qəti imtina etmişdir. Bir sözlə Gülnarə Cəbrayılovanın qanunsuz hərəkətləri və özbaşınalığı nəticəsində sənədlər möhürlə təsdiq olunmadığı üçün mülkiyyətçilərin səs çoxluğu ilə yeni seçilmiş idarə heyəti Ədliyyə Nazirliyi tərəfindən qeydə alına bilmir. Eyni zamanda, məhkəməyə təqdim olunması üçün zəruri olan sənədlərin notarial və ya adi surətininin (şəhadətnamə, dövlət reyestrindən çıxarış, nizamnamə) verilməsindən də imtina edir. Yalnız Ədliyyə Nazirliyindən imtina aldıqdan sonra 2023-cü ilin dekabr ayında onlara məlum olub ki, "xxxx" MMMC onların adlarından istifadə edərək saxta yol ilə adlarını səsvermədə qeyd etmişlər. Faktiki olaraq heç biriləri xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2023-cü il tarixlərdə guya keçirilən ümumi yığıncaqlarda nə şifahi, nə də qiyabi iştirak etməmişlər. Onların iştirakları saxtalaşdırılmışdır. Bundan başqa, səsvermədə özlərini guya qeyri-yaşayış sahəsinin mülkiyyətçiləri kimi qeyd etmişlər, halbuki qeyd etdikləri qeyri-yaşayış sahəsi əslində sakinlərə məxsus birgə mülkiyyət hesab edilən texniki sahələrdir.

7. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X77, X21 və X19 Cavabdeh MMMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai prospekti 787-ci məhəllə, bina 38-də yerləşən çoxmənzilli binanın mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılması ilə bağlı xx.xx.2022-ci il tarixli qərarın və Cavabdeh MMMC-nin ləğv edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişlər. Müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiaları ilkin iddia ilə eyni qaydada əsaslandırılmışdır.

8. Bakı şəhəri Nərimaov Rayon Məhkəməsinin e-2(005)-435/2025 saylı, 17 oktyabr 2025-ci il tarixli qərardadı ilə (hakim Nərgiz Tağıyeva) iddiaçılar İddiaçı1, X15, X51, X31, X41, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Cavabdehnə qarşı mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yarandığı andan etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata iddiaçılar X57, X42 və X52 aid olan hissədə xitam verilməsi (iddiaçılar iddialarından imtina etdiklərindən) qərara alınmışdır.

9. Bakı şəhəri Nərimaov Rayon Məhkəməsinin e-2(005)-435/2025 saylı, 17 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim Nərgiz Tağıyeva) iddia tələbinin təmin edilməməsi; iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıların özlərinə aid edil məsi və iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 226 (iki yüz iyirmi altı) manat məbləğində pulun iddiaçılar (müstəqil tələb irəli sürən üçüncü şəxslər) İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X43, X10 və X6 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X18, Kod 210005, VÖEN **********, müxbir hesabAZ41NABZ013601**********3944) ödənilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, ünvan 4 ünvanında yerləşən yüksəkmərtəbəli çoxmənzilli binanın idarə edilməsi üçün xx.xx.2022-ci il tarixində mənzil mülkiyyətçilərinin ümumi yığıncağının təsis edilməsi ilə bağlı qiyabi səsvermə keçirilmiş, yaşayış və qeyri-yaşayış sahələrinin mülkiyyətçilərinə bu barədə bildirişlər və müvafiq bülletenlər göndərilmişdir. Binada cəmi 461 sahə mülkiyyətçisi mövcud olmuş, onlardan qiyabi səsvermədə 239 nəfər iştirak etmiş və MMMC-nin yaradılmasının lehinə 239 səs toplanmışdır. "xxxx" MMMC təsis edilmiş, daha sonra qurumun adı Cavabdeh MMMC-yə dəyişdirilərək Ədliyyə Nazirliyi X3 Reyestrində qeydiyyata alınmışdır. Bir müddət sonra MMMC-nin binanı idarəçilik fəaliyyəti sakinlərdə narazılıq doğurmuşdur. Hazırda iddiaçılar mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılarkən səsvermənin nəticələrinin saxtalaşdırıldığına, qeyri-yaşayış sahələrinin (qarajların) mülkiyyətçilərinin səs vermək hüquqlarının olmadığına istinad etməklə, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılması ilə bağlı ümumi yığıncağın qərarının ləğv edilməsini və Cavabdeh MMMC-nin yarandığı andan etibarsız hesab edilməsini məhkəmədən xahiş edirlər. Cavabdeh isə səsvermənin qiyabi keçirildiyini, bildirişlərin sakinlərin mənzillərinə göndərildiyini, mənzillərdə kimlər tərəfindən imzalanmasına görə məsuliyyət daşımadıqlarını, hər bir halda ümumi yığıncağın səlahiyyətli hesab edilməsi üçün yetərsay olduğunu bildirərək iddiaya etiraz edir. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçılar iddia tələbində mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılması ilə bağlı xx.xx.2022-ci il tarixli qərarın etibarsız hesab edilməsini xahiş etsələr də, iddia ərizələrinin mahiyyətindən və iddiaçıların məhkəmə iclasında verdiyi izahatlardan göründüyü kimi, iddiaçıların əsas tələbi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılması ilə bağlı sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarının (xx.xx.2022-ci il tarixli) mübahisələndirilməsindən ibarətdir. Çoxmənzilli binaların idarə edilməsi, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətlərinin yaradılması və fəaliyyəti, onların üzvlərinin hüquq və vəzifələri mənzil qanunvericiliyi ilə tənzimlənir. Hazırki iş üzrə iddiaçıların, ümumi yığıncağın qərarının etibarsız hesab edilməsi tələblərinin əsası qismində qiyabi səsvermə zamanı onların imzalarının saxtalaşdırılması çıxış etmişdir. Məhkəmə tərəfindən imzaların iddiaçılara məxsus olub-olmadığını aydınlaşdırmaq məqsədi ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, cəmi 8 iddiaçı (müstəqil tələb irəli sürən üçüncü şəxs) imza nümunələrini təqdim etmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyi ilə Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən yüksəkmərtəbəli çoxmənzilli binanın sahə mülkiyyətçilərinin xx.xx.2022-ci il tarixli qiyabi səsvermə qərarının aşağı hissəsində “İmza:” qrafasındakı imzaların X77 tərəfindən yox, başqa şəxs tərəfindən, İddiaçı2 tərəfindən yox, başqa şəxs tərəfindən, X21 tərəfindən yox, başqa şəxs tərəfindən, İddiaçı1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir. Göründüyü kimi, ekspert rəyi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin qiyabi səsvermə qərarında imzaların həqiqiliyi ilə bağlı ekspertiza keçirilməsi üçün imza nümunələri təqdim etmiş 4 mülkiyyətçinin (iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsin) imzalarının onlara məxsus olmadığı müəyyən edilmişdir. Həmçinin ekspertizanın təyin edilməsi haqqında qərardadda imzaların ona məxsusluğunun yoxlanması üçün iddiaçı X9 imzası üzrə qiyabi səsvermə qərarının əsli təqdim edilmədiyindən tədqiqat işi aparılmamış, qalan mülkiyyətçilər isə ekspertizanın keçirilməsində iştirak etməmiş, habelə onların imzalarının saxta olması ilə əlaqədar iddiaçılar tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Mənzil qanunvericiliyinin tələblərinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılması haqqında qərar çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən onların ümumi yığıncağında qəbul edilir. Bu qərar onun lehinə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən çoxuna malik olan sahə mülkiyyətçiləri səs verdikdə qəbul edilmiş hesab edilir. Hazırki iş materiallarında olan xx.xx.2022-ci il tarixli "xxxx" MMMC-nin təsis yığıncağının (qiyabi səsvermə formasında) qərarına əsasən binada cəmi 461 sahə mülkiyyətçisi mövcud olmuş, onlardan 239 nəfəri qiyabi səsvermədə iştirak etmiş və MMMC-nin yaradılmasının lehinə səs vermişdir. Yəni 51,8 % ((239x100)/461) səs çoxluğu ilə MMMC yaradılmışdır. Məhkəmə araşdırması zamanı imzaların onlar tərəfindən çəkilmədiyi müəyyənləşdirilən 4 mülkiyyətçinin, hətta 6 mülkiyyətçinin (1 iddiaçının imzasını sənədin əsli təqdim edilmədiyindən yoxlamaq mümkün olmamışdır, 1 iddiaçı isə həmin binada iki mənzilə malikdir) səsini 239 nəfər lehinə səsverənlərin sayından çıxdıqda isə, yekun 233 səsə bərabər olacaqdır ki, yenə də alınan 50,54 % səs çoxluğu qanunla mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılması üçün təsbit olunmuş çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən artıq olması tələbini ödəməkdədir. Buna görə "xxxx" Mənzil Tikinti Kooperativi ilə bağladıqları müqavilələr əsasında ünvan 4 ünvanında yerləşən daşınmaz əmlaklara pay hüququ əldə edən 4 nəfər (yaxud 6 nəfər) mülkiyyətçinin qiyabi səsvermə zamanı imzalarının saxta olması kəmiyyət etibarı ilə MMMC-nin yaradılmasının etibarsız hesab olunması üçün kifayət deyildir. Mübahisələndirilən qərar qəbul edilərkən qanunvericiliyin tələblərinə əməl edildiyindən, onun etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İddiaçıların, qeyri-yaşayış sahələrinin mülkiyyətçilərinin ümumi yığıncaqda iştirak edərək səs vermək və MMMC yaratmaq hüquqlarına malik olmamaları barədə dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, sahə mülkiyyətçiləri anlayışı özündə, yalnız yaşayış sahələrinin mülkiyyətçilərini deyil, o cümlədən qeyri-yaşayış sahələrinin mülkiyyətçilərini də ehtiva edir. Belə ki, Mənzil Məcəlləsinin 120.2, 120.4 və 120.5-ci maddələrinə əsasən, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti aşağıda göstərilən binaların (evlərin) sahə mülkiyyətçiləri tərəfindən yaradıla bilər: ən azı iki mənzilin yerləşdiyi binaların; ən azı bir mənzil və digər mülkiyyətçiyə məxsus bir qeyri-yaşayış sahəsi olan binaların.. Çoxmənzilli binada yerləşən qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri həmin binada yaradılmış (yaradılan) mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin iştirakçıları ola bilərlər. Tikilməkdə olan çoxmənzilli binalarda yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqları məxsus olacaq (hüquqlarını əldə edəcək) şəxslər bu fəslin müddəalarına uyğun olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini yaratmaq hüququna malikdirlər. Xüsusilə qeyd olunmalıdır ki, mənzil qanunvericiliyində müvafiq münasibətləri tənzimləyən xüsusi normalar nəzərdə tutulduğundan çoxmənzilli binanın mülkiyyətçisi tərəfindən sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarları yalnız Mənzil Məcəlləsində nəzərdə tutulmuş əsaslar olduqda və həmin Məcəllənin 45.6-cı maddəsində nəzərdə tutulmuş müddət (6 ay) ərzində mübahisələndirilə bilər. Mənzil Məcəllənin 45.6-cı maddəsində qəbul edilmiş qərarın mübahisələndirməsi hüququnun mövcud olmasına dair müəyyən edilmiş altı ay müddət iddia müddəti kimi deyil, kəsici müddət kimi qiymətləndirilməlidir. Hazırki iş üzrə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılmasından 3 ildən çox müddət keçmişdir. Halbuki Mənzil Məcəlləsinin 45.6-cı maddəsinin tələblərinə uyğun olaraq, məhkəməyə ərizə mülkiyyətçi qərarın qəbul edildiyi barədə bildiyi və bilməli olduğu gündən altı ay müddətində verə bilər. Hazırki iş üzrə MMMC tərəfindən keyfiyyətli və ya keyfiyyətsiz olmasından asılı olmayaraq kommunal xidmətlər göstərilmiş, kommunal haqlar ödənilmiş, sakinlərlə MMMC arasında çoxsaylı məhkəmə mübahisələri olmuşdur. Bu hal isə iddiaçıların, müstəqil tələb irəli sürən üçüncü şəxslərin mənzil mülkiyyətçilərin müştərək cəmiyyətinin yaradılmasından məlumatlı olduqlarını bir daha təsdiq edir. Qanunvericiliklə müəyyən edilmiş müddətlər çərçivəsində iddiaların verilməməsi isə tərəflərin bilməli olduğu hüquqlarından istifadə etməməsi və Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətin yaradılması ilə bağlı aparılan prosedurlarla razılaşdıqlarını ehtiva edir. Beləliklə, iddiaçılar (müstəqil tələb irəli sürən üçüncü şəxslər) 6 aylıq müddəti ötürməklə ümumi yığıncağın qərarını mübahisələndirmək hüququnu itirmişlər. İddiaçılar imzaların saxtalaşdırılması faktı ilə bağlı xüsusi qərardad çıxarılmasını xahiş etmişlər. Lakin səsvermə qiyabi keçirildiyindən, həmin qərarın mənzilin digər sakinləri tərəfindən imzalandığı ehtimalı mövcud olduğundan, imzaların saxlalaşdırılıb və ya saxtalaşdırılmaması məsələsini, imzaların kim tərəfindən, hansı şəraitdə atıldığını müəyyən etmək mümkün olmadığından hazırki iş üzrə xüsusi qərardad çıxarılması üçün tələb olunan hüquqi əsaslar mövcud deyildir. Məhkəmə iddia tələbi təmin edilmədiyindən ekspert xərclərinin müştərək qaydada iddiaçılardan və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərdən tutulması qənaətindədir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

11. İddiaçılar İddiaçı1, X28, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5, eləcə də mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər X77, X21 və X19 (hər birinin nümayəndəsi və vəkili Vəkil1) tərəfindən birgə verilmiş apellyasiya şikayətində qətnamənin ləğv, iddianın da təmin edilməsini xahiş edib göstərmişdir ki, birinci instansiya məhkəməsi imzaların saxtalaşdırılması faktının mövcudluğunu müəyyən etsə də, yalnız səs çoxluğunun formal hesablanmasına istinad etməklə ümumi yığıncağın qərarlarının hüquqi nəticə doğurduğu qənaətinə gəlmiş, qanunvericiliyin pozulması ilə qəbul edilmiş qərarların etibarsızlığına hüquqi qiymət verməmişdir. Qeyd edilən hallara baxmayaraq, məhkəmə iddiaçıların ümumi yığıncaqlardan xəbərsiz olmaları, iradələrinin ifadə edilməməsi və iradələrinə zidd qərarların qəbul edilməsi faktlarını nəzərə almadan iddia tələbinin təmin edilməsindən imtina etmişdir. Həmin qətnamə maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması, sübutların natamam və selektiv qiymətləndirilməsi, habelə səhv hüquqi nəticələrin çıxarılması nəticəsində qəbul edilmişdir və bu səbəbdən tam həcmdə ləğv edilməlidir. Məhkəmə bu maddələrin tələblərini formal şəkildə şərh etmiş, lakin bu normaların mahiyyətini nəzərə almamışdır. Qanuna əsasən, mənzil mülkiyyətçilərinin ümumi yığıncağı yalnız mülkiyyətçilərin real iradəsinin ifadəsi olduqda hüquqi nəticə doğura bilər. İmzaların saxtalaşdırılması ilə müşayiət olunan qiyabi səsvermə mülkiyyətçilərin iradəsini əks etdirmədiyindən belə qərarların hüquqi qüvvəsi ola bilməz. Hüquqi şəxs qanunsuz iradə ifadəsi əsasında yaradıla bilməz. İddiaçılar ümumi yığıncaqlar barədə əvvəlcədən və qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmamış, səsvermədə iştirak etmək imkanından məhrum edilmişlər. Bu hal Mənzil Məcəlləsinin 44.4 və 45.6-cı maddələrinin kobud pozuntusu olmaqla, qəbul edilmiş qərarların etibarsızlığına birbaşa əsas yaradır. Məhkəmə Mənzil Məcəlləsinin 45.6-cı maddəsində nəzərdə tutulan 6 aylıq müddəti avtomatik tətbiq etmiş, iddiaçıların saxtalaşdırma faktlarını yalnız sonradan, ekspertiza yolu ilə öyrəndiklərini nəzərə almamışdır. Hüququn pozulmasının gizli xarakter daşıması müddətin axımını istisna edən hal kimi qiymətləndirilməli idi. Məhkəmə-xətşünaslıq ekspertizasının nəticələri ilə bir sıra mülkiyyətçilərin adından atılmış imzaların onlara məxsus olmadığı müəyyən edildiyi halda, məhkəmə bu faktı etiraf etməsinə baxmayaraq, həmin pozuntunun ümumi yığıncağın legitimliyinə təsir etmədiyi qənaətinə gəlmişdir. Bu yanaşma Mülki Prosessual Məcəllənin 217-ci maddəsinə zidd olmaqla, sübutların məcmu və obyektiv qiymətləndirilməsi prinsipinin pozulmasıdır. Birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktların hüquqi nəticələrini lazımi qaydada əsaslandırmamış, qərarını formal və şablon yanaşma ilə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

12. Məhkəmə iclasında Cavabdeh MMMC-nin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

13. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçılar, eləcə də müstəqil tələb irəli sürən üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. İddiaçılar İddiaçı1, X28, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5, eləcə də mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər X77, X21 və X9 (hər birinin) nümayəndəsi və vəkili Vəkil1 elektron kabinet vasitəsilə məhkəməyə təqdim etdiyi ərizədə özünün məhkəmə iclasında iştirak edə bilməyəcəyini, eyni zamanda digər iddiaçılardan 2 nəfər hazırda dənizdə işlədiyindən, 2 nəfərin isə səhhətində problem yarandığından onların da məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmiş və bu halı üzrlü sayıb məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçıların, eləcə də 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

14. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

Maddə 43.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. Maddə 44.1. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 43.2-ci maddəsində göstərilən məsələlərlə bağlı qərar qəbul etmək zərurəti yarandıqda ümumi yığıncaqlarını keçirməlidirlər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi müddətləri və qaydası, habelə qəbul edilmiş qərarlar barədə məlumat verilməsi qaydası binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilir. Maddə 44.2. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı həmin mülkiyyətçilərin birinin təşəbbüsü ilə çağırıla bilər. Maddə 44.3. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı ümumi səslərin əllidən çox faizinə malik olan sahə mülkiyyətçiləri və ya onların nümayəndələri iştirak etdikdə səlahiyyətlidir (yetərsay yaranır). Yetərsay olmadıqda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi üçün yenidən ümumi yığıncaq keçirilməlidir. Maddə 44.4. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi həmin binanın sahə mülkiyyətçilərinə yığıncağın keçirilməsi tarixinə ən azı on gün qalanadək onun keçirilməsi barədə məlumat verməlidir. Göstərilən müddət ərzində çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi barədə məlumat həmin binanın sahə mülkiyyətçilərinin hər birinə sifarişli məktubla (həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə bu məlumatın göndərilməsinin digər üsulu müəyyən edilməyibsə) və ya binanın sahə mülkiyyətçilərinin hər birinə imza ilə əlbəəl verilməli və ya binada ümumi yığıncağın qərarı ilə müəyyən edilmiş və bütün sahə mülkiyyətçiləri üçün əl çatan yerdə (yerlərdə) yerləşdirilməlidir. Maddə 45.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin ümumi sayının üçdə ikisindən az olmayan səs çoxluğu ilə qəbul edilən bu Məcəllənin 43.2.1-43.2.3cü maddələrində nəzərdə tutulmuş qərarlar istisna olmaqla, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səsə qoyulmuş qərarları yığıncaqda iştirak edən ümumi səslərin səs çoxluğu ilə qəbul edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarları həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilmiş qaydada protokollarla rəsmiləşdirilir. Maddə 45.5. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. Maddə 45.6. Çoxmənzilli binanın sahə mülkiyyətçisi həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının bu Məcəllənin tələbləri pozulmaqla qəbul edilmiş qərarından məhkəməyə o halda şikayət verə bilər ki, o, həmin yığıncaqda iştirak etməmiş olsun və ya belə qərarın qəbul edilməsinin əleyhinə səs vermiş olsun və həmin qərarla onun hüquqları və qanuni mənafeləri pozulmuş olsun. Belə şikayət haqqında məhkəməyə ərizə mülkiyyətçi qərarın qəbul edildiyi barədə bildiyi və bilməli olduğu gündən altı ay müddətində verilə bilər. Maddə 46.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı iclas (gündəliyə daxil edilən məsələlərin müzakirəsi və səsə qoyulmuş məsələlər üzrə qərar qəbul edilməsi üçün həmin binanın sahə mülkiyyətçilərinin birgə əyani iştirakı) keçirilmədən qiyabi səsvermə - səsverməyə qoyulmuş məsələlər üzrə mülkiyyətçilərin qərarlarının yazılı formada çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi barədə məlumatda göstərilən yer və ya ünvana göndərilməsi yolu ilə keçirilə bilər. Maddə 46.2. Qərarları onların təqdim edilməsi tarixinədək təqdim edilmiş çoxmənzilli binanın sahə mülkiyyətçiləri qiyabi səsvermə yolu ilə keçirilən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında iştirak etmiş hesab edilirlər. Maddə 47.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında səsə qoyulmuş məsələlər üzrə səs hüququna həmin binanın sahə mülkiyyətçiləri malikdir. Çoxmənzilli binanın sahə mülkiyyətçisi həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında şəxsən və ya nümayəndəsi vasitəsilə səs verir. Maddə 47.3. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında həmin binanın sahə mülkiyyətçilərinin hər birinin malik olduğu səslərin sayı onların həmin binanın ümumi əmlakına ümumi mülkiyyət hüququnda payına mütənasibdir. Maddə 47.4. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının gündəliyində olan məsələlər üzrə səsvermə mülkiyyətçinin səsverməyə qoyulmuş məsələlər üzrə yazılı formada tərtib edilmiş qərarları vasitəsilə keçirilə bilər. Maddə 47.5. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin qiyabi səsvermə formasında keçirilən ümumi yığıncağının gündəliyində olan məsələlər üzrə səsvermə yalnız mülkiyyətçinin səsverməyə qoyulmuş məsələlər üzrə yazılı formada tərtib edilmiş qərarları vasitəsilə keçirilir. Maddə 47.6. Səsvermə mülkiyyətçinin səsverməyə qoyulmuş məsələlər üzrə yazılı formada tərtib edilmiş qərarları vasitəsilə keçirildikdə, səsvermədə iştirak edən mülkiyyətçi tərəfindən səsvermənin mümkün olan variantlarından yalnız bir variantın saxlandığı məsələlər üzrə səslər hesablanır. Bu tələbin pozulması ilə tərtib edilmiş göstərilən qərarlar etibarsız hesab edilir, onlarda nəzərdə tutulmuş məsələlər üzrə səslər isə hesablanmır. Əgər səsə qoyulmuş məsələlər üzrə mülkiyyətçinin qərarı səsə qoyulmuş bir neçə məsələləri ehtiva edirsə, bu tələbə bir və bir neçə məsələlər üzrə riayət edilməməsi həmin qərarın bütövlükdə etibarsız hesab edilməsinə səbəb olmur. Maddə 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Maddə 119.3. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsi bu Məcəllənin 44-47-ci maddələrində nəzərdə tutulmuş qaydada keçirilən ümumi yığıncaqda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin səs çoxluğu ilə qəbul edilir. Maddə 119.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin cəmiyyəti yaratmış iştirakçılarının səslərinin sayı çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən çoxunu təşkil etməlidir. Maddə 119.7. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti öz öhdəlikləri üçün ona məxsus bütün əmlakı ilə cavabdehdir. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti iştirakçılarının öhdəliklərinə görə məsuliyyət daşımır. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçıları iştirakçısı olduqları cəmiyyətin öhdəliklərinə görə məsuliyyət daşımırlar. Maddə 120.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılması haqqında qərar çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən onların ümumi yığıncağında qəbul edilir. Bu qərar onun lehinə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən çoxuna malik olan sahə mülkiyyətçiləri səs verdikdə qəbul edilmiş hesab edilir. Maddə 120.3. Bir çoxmənzilli binanın sahə mülkiyyətçiləri yalnız bir mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini yarada bilərlər. Maddə 120.4. Çoxmənzilli binada yerləşən qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri həmin binada yaradılmış (yaradılan) mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin iştirakçıları ola bilərlər. Maddə 120.6. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin dövlət qeydiyyatı hüquqi şəxslərin qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq həyata keçirilir. Maddə 121. Bu Məcəllənin 120.2-ci maddəsində göstərilən binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirak hüququ vardır. 121.2.Bu Məcəllənin 120.2-ci maddəsində göstərilən binalarda yaradılmış mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçısı olmayan həmin binaların sahə mülkiyyətçilərinin öz ərizələri əsasında yaradılmış cəmiyyətin iştirakçısı olmaq hüququ vardır. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılıbsa, onun yaradıldığı binanın (binaların) sahəsini əldə edən şəxslərin sahəyə mülkiyyət hüququ əmələ gəldikdən sonra cəmiyyətin iştirakçısı olmaq hüquqları vardır. 121.3. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılıbsa, onun yaradıldığı binanın (binaların) sahəsini əldə edən şəxslərin sahəyə mülkiyyət hüququ əmələ gəldikdən sonra cəmiyyətin iştirakçısı olmaq hüquqları vardır. 121.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakçılığa xitam cəmiyyətin iştirakçılığından çıxmaq haqqında ərizə verildiyi və ya cəmiyyət iştirakçısının müvafiq binanın sahəsinə mülkiyyət hüququna xitam verildiyi andan verilir. Maddə 125.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və bu Məcəllə, həmçinin nizamnamə ilə müəyyən edilmiş qaydada çağırılır.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.

17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

19. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

20. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

21. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

22. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.

23. Əlbəttə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

24. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

25. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından mahiyyət etibarı ilə düzgün nəticəyə gəldiyini müəyyən etdi. Ona görə də qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Buna baxmayaraq, iddianın və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.

26. Əvvəla, hər iki iddiada çoxmənzilli binanın mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılması ilə bağlı xx.xx.2022-ci il tarixli qərarın və Cavabdeh MMMC-nin yarandığı andan etibarsız hesab edilərək ləğv edilməsi göstərilsə də birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi əslində tələb mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılması ilə bağlı sahə mülkiyyətçilərinin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli qərarının və əvvəlcə "xxxx" MMMC, sonradan Cavabdeh MMMC kimi qeydiyyatdan keçmiş qeyri-kommersiya təşkilatının ləğv edilməsindən ibarət olub. Birinci instansiya məhkəməsi də haqlı olaraq əslində mahiyyət etibarı ilə iddiaçıların istəyinə və iradəsinə uyğun tələb üzrə hüquqi dəyərləndirmə aparmaqla yekun məhkəmə aktı qəbul edib.

27. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin imzaların saxtalaşdırılması faktı müəyyən edilsə də qəbul edilən qərarların etibarsızlığına hüquqi qiymət verilmədiyi göstərilsə də, bu dəlillər iddianı və apellyasiya şikayətini əsaslı etmir. Çünki birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertizada cəmi 8 nəfər iştirak edib, qiyabi səsvermədə iştirak edən 4 nəfərin imzasının onlar tərəfindən icra olunmadığı müəyyən edilib və digər 2 nəfərin imzası üzrə də ekspertizanın keçirilməsi obyektiv səbəbdən mümkün olmasa da o imzalar üzrə də iddiaçıların marağına uyğun qənaətə gəlinib. Başqa sözlə, ekspert rəyi ilə 4 nəfər yaxud 6 nəfər sahə mülkiyyətçisinin qiyabi səsvermə zamanı imzalarının onlara məxsus olmadığının müəyyən edilməsi nəticə etibarı ilə iddianın təmin edilməsi üçün yetərli olmayıb. Çünki mənzil qanunvericiliyinin tələblərinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılması haqqında qərar çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən onların ümumi yığıncağında qəbul edilir. Bu qərar onun lehinə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən çoxuna malik olan sahə mülkiyyətçiləri səs verdikdə qəbul edilmiş hesab edilir(MM.44.3;119.4).

28. Belə ki, işin mübahisəsiz halıdır ki, xx.xx.2022-ci il tarixli "xxxx" MMMC-nin təsis yığıncağının (qiyabi səsvermə formasında) qərarına əsasən binada cəmi 461 sahə mülkiyyətçisi mövcud olmuş, onlardan 239 nəfəri qiyabi səsvermədə iştirak etmiş və MMMC-nin yaradılmasının lehinə səs vermişdir. Yəni 51,8 % ((239x100)/461) səs çoxluğu ilə MMMC yaradılmışdır. Birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi imzaların onlar tərəfindən çəkilmədiyi müəyyənləşdirilən 4 mülkiyyətçinin, hətta 6 mülkiyyətçinin (1 iddiaçının imzasını sənədin əsli təqdim edilmədiyindən yoxlamaq mümkün olmamışdır, 1 iddiaçı isə həmin binada iki mənzilə malikdir) səsini 239 nəfər lehinə səsverənlərin sayından çıxdıqda isə, yekun 233 səsə bərabər olacaqdır ki, yenə də alınan 50,54 % səs çoxluğu qanunla mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılması üçün təsbit olunmuş çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən artıq olması tələbini ödəyib. Demək ki, iddiaçıların xüsusi vurğuladığı 4 imza saxta olsa belə, yenə də iddiaların və apellyasiya şikayətinin təmin edilməsi üçün keçərli deyildir.

29. Göstərilənlərdən başqa, sahə mülkiyyətçiləri, o cümlədən iddiaçılar ümumi yığıncaqlar barədə əvvəlcədən və qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasa idi mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılması haqqında qərar çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən onların ümumi yığıncağında qəbul edilə bilməzdi. Bu qərar onun lehinə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən çoxuna malik olan sahə mülkiyyətçiləri səs verdiyi üçün qəbul edilib. Ona görə də iddiaçıların da səsvermədə iştirak etmək imkanı olub və bundan məhrum edilməyiblər. O başqa məsələ ki, iddiaçılar ümumi yığıncağın keçirilməsi barədə məlumatları olsa da, həmin yığıncaqda iştirak etməyib, bu halda da məhkəməyə müraciət etməkdə o zaman haqlı ola bilərdi ki, mübahisələndirilən qərarla onların hüquqları və qanuni mənafeləri pozulmuş olsun. Ancaq qeyd olunan qərarla mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılması heç bir halda iddiaçıların hüquqlarını və qanuni mənafelərini poza bilməzdi. Çünki iddialarda göstərilən hallar həqiqi olsa belə bunlar məhz hazırkı qaydada iddia irəli sürmək üçün əsas deyildir. Başqa sözlə, iddiaçılar nail olmaq istədikləri məqsədə çatmaq üçün düzgün vasitə seçməyiblər.Yəni, iddiaçılar iddia ərizəsində göstərdikləri ehtimal edilən pozuntulara görə cavabdehin yaradılmasına dair qərarın etibarsızlığını və özünün ləğvini tələb edə bilməzdilər. Bunun üçün, məhkəmə müdafiəsi hüququndan fərqli qaydada istifadə etmək imkanları var idi. Üstəlik hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün Mənzil Məcəlləsinin 45.6-cı maddəsində nəzərdə tutulan 6 aylıq müddəti də ötürmüşlər. Çünki cavbdehin yaradıldığı 3 ildən artıq bir müddətdə sahə mülkiyyətçilərinin bəziləri ilə çoxsaylı məhkəmə mübahisələri olub və hər kəsə bəlli olub. Ona görə də mübahisələndirdikləri qərarın qəbul edildiyini bildiyi və bilməli olduğu gün gizli xarakter daşıya və müddətin axımını istisna edə bilməzdi. Demək ki, birinci instansiya məhkəməsi tərəfindən Mənzil Məcəlləsinin 44.4 və 45.6-cı maddələrinin tələbləri də pozula bilməzdi.

30. Məhkəmə tərkibi vurğulayır ki, mübahisəli çoxmənzilli yaşayış binasının sahə mülkiyyətçiləri olan iddiaçıların hazırkı iddianı irəli sürmək üçün onlara hüquqi imkan verən Mənzil Məcəlləsinin müvafiq normalarından sui-istifadə etmələri də yolverilməzdir. Belə ki, sirr deyil ki, mənzil münasibətlərinin subyekti qismində fiziki və hüquqi şəxslərlə yanaşı dövlət və bələdiyyələr də çıxış edir. Mənzil münasibətləri sahəsində dövlətin vəzifələri mövcuddur(MM. m.10.) Bu münasibətlər sahəsində dövlətin vəzifələrinə həm də çoxmənzilli binanın idarə edilməsi qaydasını müəyyən etmək; çoxmənzilli binanın idarə edilməsinə dövlət nəzarətinin həyata keçirilməsi qaydalarını müəyyən etmək; mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin təşkili və fəaliyyət qaydasını müəyyən etmək; mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin üzvlərinin hüquqi vəziyyətini müəyyən etmək; mənzil münasibətləri sahəsində bələdiyyələrin və yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin səlahiyyətlərinə aid edilməmiş digər məsələlər aiddir(MM. m.10.0.8-1; 10.0.8-2; 10.0.9; 10.0.19). Göründüyü kimi, mənzil münasibətləri sahəsində dövlət üzərinə hələlik çoxmənzilli binanın idarə edilməsi üzrə ciddi vəzifələr götürməyib yaxud məqsədəuyğun hesab etməyib. Bunun səbəbi də başadüşüələndir. Belə ki, dövlət bu sahədə hələlik qanunvericilik səviyyəsində çoxmənzilli binanın idarə edilməsi qaydalarını müəyyən etməklə, bir növ stimul verib ki, bu cür binaların sahə mülkiyyətçiləri binanın idarə edilməsini özləri təşkil etsin, o cümlədən bunun üçün mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini yaratsın. Ancaq məhkəmə təcrübəsi göstərir ki, bəzi hallarda, o cümlədən hazırkı işdə də sahə mülkiyyətçiləri binanın idarə edilməsini sivil qaydada, müasir tələblərə, üstəlik qabaqcıl inkişaf etmiş dövlətlərin təcrübəsinə uyğun həyata keçirə bilmir. Əksər hallarda bunun səbəbləri sahə mülkiyyətçilərinin Mülki və Mənzil qanunvericiliyində nəzərdə tutulan hüquqlarından sui-istifadə ilə bağlıdır. Hazırkı işdə də iddiaların məzmunu bu cür xarakter daşıyır. Bir daha qeyd olunur ki, cavabdeh MMMC-nin sözügedən binanın idarə edilməsində fəaliyyəti qənaətbəxş olmaya, hətta ciddi hüquq pozuntuları ilə müşahidə oluna bilər. Lakin bu o demək deyil ki, sahə mülkiyyətçilərin bir qismi bu cür pozuntulara görə binanın idarə edilməsində xaos yarada biləcək hallara yol verməli, əsas və zərurət oldu-olmadı yeni idarəedici yaratmaq həvəsinə düşməlidir. Bir daha vurğulanır ki, sahə mülkiyyətçiləri binanın idarəedilməsindən narazı olduqları hallara uyğun iddia üzrə məhkəmə müdafiəsi hüququndan istifadə edə bilər. Bu onlara qadağan edilmir.

31. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçılar üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda hüquqdan pis niyyətlə sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

32. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 435/2025 saylı, 17 oktyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

qətetdi:

Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimaov Rayon Məhkəməsinin e-2(005)-435/2025 saylı, 17 oktyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddia ərizələri və apellyasiya şikayəti ilə əlaqədar ödənilmiş dövlət rüsumu özlərinə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar