Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2974/2026 02.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ####### 2020-ci il tarixli qətnaməsindən cavabdeh İsrafilov Barat Əmiraslan oğlunun apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t di : İddiaçı İddiaçı cavabdeh İsrafilov Barat Əmiraslan oğluna qarşı vurulmuş maddi zərər, əldən çıxmış fayda və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi zərərə görə 91520 manat, əldən çıxmış faydaya görə 50000 manat, mənəvi zərərə görə 20000 manatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edib. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ####### 2020-ci il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia tələbinin qismən təmin edilərək İsrafilov Barat Əmiraslan oğlundan 66000 (altmış altı min) manat İddiaçı xeyrinə ödənilməsi; iddia tələbinin qalan hissədə təmin edilməməsi; mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh İsrafilov Barat Əmiraslan oğlu (və nümayəndəsi və vəkili Vəkil) ##.##.2026-cı il tarixdə elektron kabinet vasitəsilə apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 363.1 və 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra birinci instansiyası məhkəməsi tərəfindən qaytarılır. Mülki işə baxılarkən cavabdeh Penitensiar Xidmətin ** saylı cəzaçəkmə müəssisəsində olub, iddiaya qarşı həmin müəssisədən etiraz göndərib. Qətnamə müəssisədə cəzaçəkən məhkum (cavabdeh) İsrafilov Barat Əmiraslan oğluna təqdim edilməsi üçün ##.##.2020-ci il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ** saylı cəzaçəkmə müəssisəsinə göndərilib və ##.##.2023-cü il tarixdə xəbərnaməli qəbzə imza edilməklə qəbul edilmişdir (i.v. 72- 74). ** saylı cəzaçəkmə müəssisəsinin ##.##.2020-ci il tarixli məktubunda qeyd edilib ki, İsrafilov Barat Əmiraslan oğluna aid icra vərəqəsi üzrə ödəniş aparmaq mümkün olmamışdır. Gələcəkdə vakant iş yerləri açılarsa, işlə təmin olunub icra vərəqəsi üzrə tutulmalar aparılacaqdır. Bundan sonra, ## ###### 2020-ci il tarixdə həmin qətnamə icra edilməsi üçün Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinə göndərilib və ## ###### 2020-ci il tarixdə həmin İcra şöbəsi tərəfindən icraat başlamaq haqqında qərar qəbul edilib. İşdən o da bəlli olur ki, iddiaçının ## ### 2024-cü il tarixli müraciətinə əsasən məhkəmə tərəfindən icra vərəqəsi yenidən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ** saylı X1 Müəssisəsinə göndərilib, cavabdeh İsrafilov Barat Əmiraslan oğlu ** saylı X1 Müəssisəsinə keçirildiyindən geri qaytarılıb, iddiaçının növbəti müraciətinə əsasən məhkəmə tərəfindən icra vərəqəsi bu dəfə ** saylı X1 Müəssisəsinə göndərilib. Göründüyü kimi, cavabdeh İsrafilov Barat Əmiraslan oğlu (nümayəndəsi və vəkili Vəkil) ##.##.2026-cı il tarixdə, yəni qanunla müəyyən edilmiş müddət keçdikdən sonra apellyasiya şikayəti verdiyini bilib, lakin 6 ilə yaxın bir müddətdə bu hüququndan istifadə etməməsinin səbəblərini göstərmir, üstəlik müddətin bərpasına dair də ərizə vermək istəmir. Demək ki, cavabdehin qətnamədən və icra vərəqəsindən 6 ilə yaxın bir müddətdə məlumatlı olmasını təsdiq edən kifayət qədər sübutların olmasına baxmayaraq birinci instansiya məhkəməsi müddətin ötürülüb-ötürülməməsinə münasibət bildirmədən apellyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərməkdə haqlı olmayıb. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ####### 2020-ci il tarixli qətnaməsindən cavabdeh İsrafilov Barat Əmiraslan oğlunun apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 361, 363, 366, 400, 402-407-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a ra a l d ı : Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ####### 2020-ci il tarixli qətnaməsindən cavabdeh İsrafilov Barat Əmiraslan oğlunun apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-6)-2974/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2974/2026
02.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver