Məhkəmə qərarları › İş №2(3-6)-3004/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-3004/2026

07.08.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycanǝRespublikasıǝadından Qətnamə Bakıǝşəhəri İşǝ№ǝ2(3-6)-3004/2026 07.08.2026 BAKIǝAPELLYASIYAǝMƏHKƏMƏSI BakıǝApellyasiyaǝMəhkəməsininǝMülkiǝKollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Ikram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, NərgizǝQasımovanınǝkatibliyi, iddiaçıǝİddiaçıǝvəǝonunǝnümayəndəsiǝOrxanǝAbdullayevinǝiştirakıǝilə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 MMC-yə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-**/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbulǝetdi.ǝ Işin halları 1.Iddiaya (pasiyentə) cavabdeh cavabdeh2 MMC-də (tibi müəssisəsində) digər cavabdeh cavabdeh1 (LOR-cərrah həkim) tərəfindən tibbi yardım və estetik məqsədli xidmət göstərilib,ǝlakinǝdüzgünǝolmayanǝxidmətǝnəticəsindəǝiddiaçınınǝsağlamlığınaǝzərərǝvurulub.ǝ 2.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Biriliyi” PHŞ tərəfindən keçirilmiş məhkəmə-tibbi ekspertizanın ##.##.2025-ci il tarixli ****/KEŞ nömrəli rəyində qeyd olunub ki, iddiaçı ##.##.2025-ci il tarixdə cavabdeh2 tibb mərkəzinə müraciət etmişdir. Aparılmış obyektiv müayinə əsasında ona “Burun çəpəri əyriliyi. Xarici burun deformasiyası” diqnozu təyim edilmişdir. Iddiaçıya təyin edilmiş diaqnoz yalnız obyektiv müayinə əsasında müəyyənləşdirilmiş, digər intrumental müayinələr (rentgen və KT) aparılmamışdır. Təyin edilmiş diaqnoza uyğun olaraq operativ müalicə taktikası seçilmiş və üzərində “Rinoseptoplastika” cərrahiyyə əməliyyatı icra edilmişdir. Iddiaçının üzərində icra edilmiş əməliyyat həm estetik baxımdan burunun xarici görünüşününü dəyişilməsi, həm də funksional baxımdan burun çəpərinin düzləşdirilməsi istiqamətində aparılmışdır. Hər iki əməliyyat bir-birinin tamamı, yəni daxili burun patalogiyası aradan qaldırıldıqdan sonra xəstənin istəyinə uyğun olaraq burunun anatomik bərpası nəzərdə tutulur. Iddiaçının üzərində aparılmış əməliyyat taktiki olaraq düzgün seçilsə də, texniki olaraq düzgün icra edilməmişdir. Belə ki, şəxsin mütəxəssis müayinəsinə əsasən əməliyyatdan sonra onda septum hissəsində uc qığırdaqlar olan yerdə kosmetik nəticəni pozan deformasiya, həmçinin sol gözün yaş kanalında tıxanıqlıq və iltihabı prosesin olduğu müəyyən edilmişdir. Qeyd olunan patoloji hallar "Rinoseptoplastika" cərrahiyyə əməliyyatının qüsurlu icrası ilə əlaqədar olmasına əsas verir. Iddiaçıya cavabdeh2 tibb mərkəzində göstərilmiş tibbi xidmət qüsurlu olmuş, bu da səhiyyə sistemində qüvvədə olan 2012-ci il tarixli ** saylı əmrin 24.1-ci bəndinin ("ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməməsinə") pozulması kimi qiymətləndirilir. Buna məsul şəxs əməliyyatı icra edən LOR-cərrahdır. "Rinoseptoplastika" cərrahiyyə əməliyyatının icrasını LOR sahəsi üzrə Səhiyyə Nazirliyinin sertifikasiya şəhadətnaməsi olan həkimlər tərəfindən aparıla bilər. Iddiaçının mütəxəssis oftalmoloqun müayinəsinə əsasən onda hal-hazırda hər iki gözdə zəif görmə, sol gözün yaş kanalında tıxanıqlıq və iltihabı prosesin olduğu müəyyən edilmişdir. Iddiaçının üzərində hal-hazırda təkrar korreksiyaǝvəǝ"Dakriosistorinoskopiya"ǝcərrahiyyəǝəməliyyatlarınınǝaparılmasınaǝehtiyacǝvar.ǝ 3.“Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Biriliyi” PHŞ tərəfindən keçirilmiş əlavə məhkəmə-tibbi ekspertizanın ##.##.2025-ci il tarixli ****/KEŞ nömrəli rəyinə görə, iddiaçının mütəxəssis müayinəsinə əsasən, əməliyyatdan sonra onda septum hissəsində uc qığırdaqlar olan yerdə kosmetik nəticəni pozan deformasiya, həmçinin sol gözün yaş kanalında tıxanıqlıq və iltihabi prosesin olduğu müəyyən edilmişdir. Qeyd edilən patoloji hallar “Rinoseptoplastika” cərrahiyyə əməliyyatının qüsurlu icrası ilə əlaqədardır, bu da sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərərvurma kimi qiymətləndirilir.ǝ Məhkəmə icraatı 4.Iddia ərizəsində maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələb olunub. Maddi zərərin tərkibinə göstərilənlər daxil edilib: 1) cərrahi əməliyyata görə xidmət haqqı kimi ödənilmiş pulun geri qaytarılmamış hissəsi olan 930 manat; 2) “Kəpəz Hospital”da göz müayinəsi-müalicəsi zamanı çəkilmiş xərcin əvəzi kimi 500 manat; 3) müalicə ilə əlaqədar dərman pereparatlarının alınması üçün ödənilmiş 79,89 manat; 4) təkrar cərrahi əməliyyat üçünǝtələbǝolunanǝ6.000ǝmanat.ǝMənəviǝzərərinǝəvəziǝkimiǝ50.000ǝmanatǝtələbǝolunub.ǝ 5.Tələb onunla əsaslandırılıb ki, iddiaçı ##.##.2025-ci il tarixində cavabdeh2 tibb mərkəzinə gələrək həkim cavabdeh1 qəbulunda olmuşdur. Həkim iddaçının burnuna baxandan sonra bildirmiş ki, burun əməliyyatına ehtiyacı var. Iddiaçı həmin gün nahara qədər 70 manat ödəyərək analiz vermişdir. Həkim ona bildirmişdir ki, həmin gün təxminən saat 21 radələrində burnunda cərrahi əməliyyat keçiriləcək. Həkim əməliyyat haqqını klinikanın kassasına ödəməyə ehtiyac olmadığını, klinikada fəaliyyət göstərən Əli Isgəndərova 1.650 manat ödəməli olduğunu bildirmişdir. Iddiaçı Əli Isgəndərova 1.650 manat ödəmişdir. Ödəniş qəbzini tələb edərkən həkim bildirmişdir ki, iddiaçını klinikada qeydiyyata almadan əməliyyat edəcək. Həkim ##.##.2025-ci il tarixdə təxminən saat 21:00-dan 23:30-a qədər olan müddətdə iddiaçının üzərində cərrahi əməliyyat icra etmişdir. Əməliyyatdan sonra iddiaçı bir neçə dəfə həkimə bildirmişdir ki, burnunda və gözündə ağır ağrılar var. Həkim isə iddiaçıya hər dəfə bildirmişdir ki, narahat olmağa ehtiyac yoxdur, keçib gedəcək. Son dəfə ##.##.2025-ci il tarixdə iddiaçı həkimə müraciət edərək bildirmişdir ki, ağrılar şiddətlənib, əməliyyat zamanı göz kanalı zədələnib, gözündən qan və çirk axır, təkrar əməliyyat olunmalıdır, təkrar əməliyyata isə pulu yoxdur, cavabdeh2 tibb mərkəzinə əməliyyat üçün ödədiyi 1.650 manatı və analiz üçün ödədiyi 70 manatı, cəmi 1.720 manat pulun geri qaytarılmasını xahiş edir. Həkim pulu geri qaytarmaq istəmədiyinə görə iddiaçı DIN-nin “102 Xidməti” Zəng Mərkəzinə müraciət etmişdir. Polislər klinikaya gəlib araşdırma apardıqdan sonra həkim iddiaçıya klinikaya ödədiyi 1.720 manatın 790 manatını geri qaytarmışdır. Iddiaçı həkimdən ödədiyi pulun tam geri qaytarılmasını tələb etmiş, lakin həkim imtina etmişdir. Iddiaçı Binəqədi Rayon Prokurorluğuna şikayət etmişdir. Prokurorluqda araşdırna zamanı ekspertiza təyin edilmiş, həkim tərəfindən iddiaçının sağlamlığına az ağır dərəcəli zərər vurulduğu müəyyən edilmişdir. Iddiaçı ##.##.2025-ci il tarixidə “Kəpəz Hospital”da 500 manat ödǝyǝrǝk ikinci dəfə əməliyyat olunmuşdur. Bundan başqa,ǝiddiaçıǝzəruriǝdərmanǝpereparatlarıǝüçünǝ79,89ǝmanatǝödəmişdir.ǝ 6.Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin edilsin, cərrahi əməliyyata görə xidmət haqqı kimi ödənilmiş pulun geri qaytarılmamış hissəsi olan 930 manat, “Kəpəz Hospital”da göz müayinəsi-müalicəsi zamanı çəkilmiş xərcin əvəzi kimi 500 manat, müalicə ilə əlaqədar dərman pereparatları üçün ödənilmiş 79,89 manat, cəmi 1.509,89 manat maddi zərərin əvəzi kimi, 3.000 manat isə mənəvi zərərin əvəzi kimi cavabdeh cavabdeh1 iddiaçının xeyrinə tutulsun, iddianın qalan hissəsi təmin edilməsin. Bundan başqa, qətnamədə qət olunub ki, dövlət rüsumunun əvəzi kimi 65 manat cavabdeh cavabdeh1 iddiaçınınǝxeyrinəǝtutulsun.ǝǝ 7.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə cavabdeh cavabdeh1 aid hissədə ləğvǝedilsinǝvəǝiddiaǝhəminǝhissədəǝrəddǝolunsun.ǝ 8.Məhkəmə iclaısnda iştirak edən iddiaçı İddiaçı və iddiaçının nümayəndəsi Orxan Abdullayevǝapellyasiyaǝşikayətininǝəsassızǝolduğunuǝbildirdilər.ǝ 9.Cavabdehlərǝməhkəməǝiclasındaǝiştirakǝetməmişlər. Məhkəmənin mövqeyi 10.Qətnamə iddianın təmin edilməsinə aid hissədə mübahisələndirildiyinə görə qətnamənin əsaslılığı yalnız həmin hissədə apellyasiya qaydasında yoxlanılmalıdır. Yoxlanılan hissədəǝqətnaməǝdəyişdirilmədənǝsaxlanılmalıdır.ǝ 11.Müəyyən olunur ki, iddiaçının üzərində cavabdeh (LOR-cərrah həkim) cavabdeh1 tərəfindən icra edilmiş cərrahi əməliyyat həm tibbi yardım, həm də estetik məqsədli əməliyyat olub. Ilkin və əlavə ekspertiza rəylərindən müəyyən olunur ki, cərrahi əməliyyat qüsurlu icra edilib, nəticədə isə iddiaçının sağlamlığına zərər vurulub. Ona görə də məhkəmə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 765, 1112-ci maddələrinin göstərişlərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” ##.##.2025-ci il tarixli qərarında verilən izahlara əsaslanaraq hesab edir ki, iddiaçı maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb etməyə haqlıdır. Maddi və mənəvi zərərin əvəzi birinci instansiya məhkəməsinin qətnaməsində düzgün müəyyən edilib və lazımi qaydadaǝəsaslandırılıb. 12.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininǝ372,ǝ384-392-ciǝmaddələrininǝgöstərişləriniǝrəhbərǝtutaraq,ǝməhkəmə qət etdi: Apellyasiyaǝşikayətiǝtəminǝedilməsin. Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-**/**** nömrəli qətnaməsi iddianınǝtəminǝedilməsinəǝaidǝhissədəǝdəyişdirilmədənǝsaxlanılsın.ǝ Qətnamədənǝkassasiyaǝşikayətiǝveriləǝbilməz. Qətnaməǝçıxarıldığıǝandanǝqanuniǝqüvvəyəǝminir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar