Məhkəmə qərarları › İş №2(3-6)-3030/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-3030/2026

04.08.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-3030/2026 04.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı kredit xəttinin yenilənməsi barədə razılaşmanın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: əqdin etibarsızlığı) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X2 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X10katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı kredit xəttinin yenilənməsi barədə razılaşmanın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. ## ###### 2024-cü il tarixli, BRCB*******C*** saylı BirBank X1 Müqaviləsinə əsasən bank İddiaçı ## ###### 2027-ci il tarixədək ödəniş kartı verir, müştərinin müraciəti əsasında bu müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədilə bərpa olunan kredit xətti ayırır. Kredit xəttindən istifadə edilə biləcək məbləğ ümumilikdə 15000 manat həddində müəyyən edilmişdir.

2. Cavabdeh ASC ilə İddiaçı arasında bağlanması göstərilmiş ## ###### 2024-cü il tarixli Birbank X1 müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair ## ###### 2025-ci il tarixli əlavə razılaşmaya əsasən müqavilə üzrə kredit xəttinin yeni məbləği 8870 manat müəyyən olunmuşdur.

3. Sumqayıt şəhər PI 1-ci Polis Bölməsinin ## ###### 2025-ci il tarixli, */*** saylı arayışından görünür ki, İddiaçı ## ###### 2025-ci il tarixdə Sumqayıt ŞPI-nin 1-ci PB-nə mürciət edərək, həmin tarixdə sosial şəbəkə üzərindən tanış olduğu naməlum şəxs(lər)ə öz məlumatlarını verdikdən sonra özünə məxsus olan Cavabdeh ASC tərəfindən verilmiş 5103 0714 5953 **** saylı bank kartı hesabından 322 manat, 4169 7388 5693 **** saylı bank kartı hesabından 177 manat, 4169 7388 5693 **** saylı bank kartı hesabından isə 50 manat məbləğində pul vəsaitinin dələduzluq yolu ilə çıxarılaraq mənimsədildiyini, habelə 4169 7388 5693 **** saylı bank kartı hesabı vasitəsilə öz adına 8870 manat məbləğində kredit vəsaitinin rəsmiləşdirildiyini bildirmiş və həmin fakt öz təsdiqini tapmışdır.

4. Sumqayıt ŞPI-nin ## #### 2025-ci il tarixli qərarından görünür ki, fakta görə AR CMnin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması və icraata qəbul edilərək istintaq aparılması qərara alınmışdır.

5. Cavabdeh ASC-nin ## #### 2025-ci il tarixli, ***/**** saylı məktubundan görünür ki, plastik kart məlumatlarının məxfiliyinin qorunması kart istifadəçisinin öhdəliyidir və üçüncü şəxslər tərəfindən bu məlumatlar istifadə edilməklə aparılan əməliyyatlara görə bank məsuliyyət daşımır. Dələduzluq hallarının qarşısının alınması üçün müştərilərin maarifləndirilməsi məqsədilə mütəmadi olaraq sosial paylaşımlar edilir. ## ###### 2025-ci il tarixdə “Birbank” mobil tətbiqində mobil cihaz dəyişilərək bank tərəfindən göndərilmiş OTP kod istifadə edilməklə qeydiyyatdan keçilmişdir. Daha sonra kart məlumatları “Google Pay”ə əlavə olunaraq İddiaçı istifadəsində olmuş 416973********** nömrəli plastik kartdan 2 dəfə olmaqla, 1489,68 USD, 1191,74 USD, 291,98 USD, istifadəsində olmuş 510307********** nömrəli plastik kartdan 320 manat, istifadəsində olmuş 416973********** nömrəli plastik kartdan 50 manat məbləğində əməliyyatlar icra edilmişdir. Kart məlumatları “Google Pay”ə əlavə olunan zaman bank tərəfindən 3D təhlükəsizlik kodu göndərilmişdir. Bank tərəfindən 3D təhlükəsizlik kodu göndərilən zaman bu kodun digər şəxslərlə paylaşılmaması üçün məlumat təqdim edilir.

Birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ## ###### 2024-cü il tarixli BRCB*******C*** saylı “Birbank Cashback” debet kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair ## ###### 2025-ci il tarixli əlavə razılaşmanın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Iddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, ## ###### 2025-ci il tarixdə satış elanı ilə bağlı beh göndərilməsi üçün bununla bağlı ona müraciət edən şəxsə özünə məxsus 4169********** nömrəli “Birbank Cashback” debet kartının məlumatlarını göndərmişdir. Həmin şəxslər onun “Birbank” mobil tətbiqini ələ keçirərək həm adı çəkilən kartdan 50 manat, həm də 510307********** nömrəli maaş kartından 320 manat məbləğində pulu oğurlamışlar. Daha sonra isə ona heç bir təsdiq bildirişi və ya üz yoxlaması göndərişi gəlmədən ona məxsus 4169********** nömrəli “Birbank Cashback Plus” kredit kartından kredit çəkərək kartın kredit balansından 8870 manat məbləğində pul oğurlanmışdır. Belə ki, onlayn qaydada heç bir iradə ifadəsi və təqsiri olmadan adına olan kredit kartından pul çəkilib və o heç bir pul vəsaiti görmədən Cavabdeh ASC qarşısında əsassız olaraq borclanmışdır. Hesab edilir ki, pulun oğurlanmasında cavabdeh təşkilatın özünün də kiber təhlükəsizliklə bağlı laqeydliyi səbəbi ilə təqsiri mövcuddur. Cavabdeh təşkilat sözügedən kredit borcu ilə bağlı iddiaçıdan nə yazılı, nə də onlayn qaydada heç bir razılıq almamışdır. Müraciəti əsasında ## ###### 2025-ci il tarixdə iş icraata qəbul olunmuş və Sumqayıt şəhər Polis Idarəsinin 1-ci Bölməsində faktla bağlı təhqiqat işi araşdırılması aparılmışdır. Hal-hazırda cinayət işi Sumqayıt şəhər X7 Şöbəsinin icraatındadır. Cavabdeh ASC onunla kredit müqaviləsi olduğunu əsas gətirərək əmək haqqına yönəltmə etməyə başlayacaq və onun əmək haqqını əsassız olaraq tutacaq. O öz iradəsi ilə Cavabdeh ASC-dən kredit götürməmişdir. Bu pulun ondan tutulması qanunsuz və əsassızdır. Çünki ortada cinayət əməli var və o, bu əməldən zərərçəkmiş şəxsdir.

8. Cavabdeh Cavabdeh ASC-nin etirazı onunla əsaslandırmışdır ki, Iddiaçı İddiaçı ##.##.2018-ci il tarixdən başlayaraq xxxx ASCnin mobil bank tətbiqi olan “Birbank” mobil tətbiqindən istifadə edir. Iddiaçı öz istifadəsində olan +************ nömrəli mobil nömrə ilə “Birbank” mobil tətbiqində qeydiyyatdan keçmiş və təyinatı üzrə Android əməliyyat sistemli Xiaomi Redmi S2, Xiaomi M2003J15SC və Xiaomi 2109119DG modelli cihazlarda, həmçinin Linux aarch64 əməliyyat sistemli digər cihazda istifadə etmişdir. Nəzərə alınmalıdır ki, “Birbank” mobil tətbiqində qeydiyyatdan keçərkən və ya tətbiqin qeydiyyatı başqa cihaza dəyişdirilərkən gücləndirilmiş müştəri autentifikasiyası tətbiq edilməklə müştəri eyniləşdirilir. Belə ki, müştərinin bildiyi (kart məlumatları, FIN kod, PIN, şifrə və s.) və sahib olduğu (mobil nömrə və həmin nömrəyə göndərilmiş təhlükəsizlik kodları) məlumatların daxil edilməsi və təsdiqlənməsi yolu ilə autentifikasiya aparılır. Daha sonra müştəri tətbiqə daxil olarkən özünün müəyyən etdiyi şifrədən və ya seçiminə uyğun olaraq üz tanıma/barmaq izi funksiyasından istifadə edir. ##.##.2025-ci il tarixdə “Birbank” qeydiyyatı Android əməliyyat sistemli Xiaomi 2109119DG modelli cihaza dəyişdirilmişdir. Qeyd edilməlidir ki, “Birbank” mobil tətbiqinin qeydiyyatının digər cihaza dəyişdirilməsi üçün məxfi saxlanılmalı məlumatlarla yanaşı, “Birbank” tətbiqinin qeydiyyatda olduğu mobil nömrəyə göndərilən təsdiq kodunun da daxil edilərək təsdiqlənməsi zəruridir. Əks halda, dəyişikliyin baş tutması mümkün deyildir. Bankdaxili yoxlama zamanı müəyyən edilmişdir ki, sözügedən təsdiq kodu iddiaçı İddiaçı istifadəsində olan və “Birbank” tətbiqində qeydiyyatda olan +************ nömrəli mobil nömrəyə ##.##.2025-ci il tarixdə saat 13:19:52-də SMS vasitəsilə göndərilmişdir. Həmin SMS mətnində müştəriyə aşağıdakı xəbərdarlıq da edilmişdir: “Osteregaytes telefonnix moshennikov! Sotrudnik banka ni pri kakix obstoyatelstvax ne mojət zaprosit u vas etot kod! Budte ostorojni!” Müvafiq sübutlar “Elektron Məhkəmə” informasiya sistemində elektron kabinet vasitəsilə iş materiallarına əlavə edilmişdir. Iddiaçı Bankın mövcud müştərisi olduğundan, qanunvericiliyin tələblərinə uyğun olaraq onun istifadəsində olan +************ nömrəli mobil nömrəyə ##.##.2024-cü il tarixdə link və OTP kod göndərilmiş, OTP kodu (“sahib olduğu” element) daxil edilərək təsdiqlənmiş, 10 saniyəlik video çəkiliş və fotoşəkillər əldə edilmişdir. Bundan əlavə, xüsusi təyinatlı dövlət informasiya resursu olan IAMAS sistemindən şəxsiyyət vəsiqəsi barədə məlumatlar və fotoşəkil əldə edilmiş, video çəkiliş zamanı götürülmüş foto və videodakı üz təsviri ilə şəxsiyyət vəsiqəsindəki fotoşəkil “Face Recognition” sistemi vasitəsilə müqayisə edilmişdir. Video eyniləşdirmə zamanı üz uyğunluğu 96,6% təşkil etmiş və proses uğurla tamamlanaraq kredit xətti müqaviləsi və ona əlavə edilmiş sənədlər təsdiq olunmuşdur. Beləliklə, iddiaçı (müştəri) ilə Bank arasında gücləndirilmiş müştəri autentifikasiyası vasitəsilə məsafədən ##.##.2024-cü il tarixli, BRCB*******C*** nömrəli “Birbank Cashback Kredit Xətti Müqaviləsi” bağlanmış və iddiaçıya 1000 manat məbləğində kredit xətti açılmışdır. Müqavilə, ona əlavə edilmiş sənədlər, video çəkiliş və şəkillər iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının ## ######## 2023-cü il tarixli **/* nömrəli qərarı ilə təsdiq edilmiş “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nın 8.5-ci bəndinə əsasən istehlak krediti müqaviləsinin məsafədən bağlanılması zamanı Mülki Məcəllənin və “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın 5-ci hissəsinin tələblərinə əməl edilməlidir. Azərbaycan Respublikası Mərkəzi Bankının ## ###### 2022-ci il tarixli **/* nömrəli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın 5.6-cı bəndinin kreditin verildiyi tarixdə qüvvədə olan redaksiyasına əsasən, bankda hesabı mövcud olan rezident fiziki şəxslər üçün məsafədən yeni hesab açılması gücləndirilmiş elektron imza və ya video çəkiliş tətbiq edilməklə gücləndirilmiş müştəri autentifikasiyası əsasında həyata keçirilə bilər. Həmin Qaydanın 5.7-ci bəndinə əsasən gücləndirilmiş müştəri autentifikasiyası dedikdə müştərinin “bildiyi”, “sahib olduğu” və ya ona “məxsus olan” elementlərdən ən azı ikisinin istifadəsinə əsaslanan autentifikasiya başa düşülür. Qaydaya əlavə edilmiş * nömrəli Əlavədə video çəkiliş vasitəsilə eyniləşdirmə qaydaları müəyyən edilmişdir. Həmin tələblərə uyğun olaraq video çəkiliş zamanı müştərinin şəxsiyyət vəsiqəsinin şəkilləri və video görüntüsü əldə edilir, dövlət informasiya sistemləri vasitəsilə məlumatların doğruluğu yoxlanılır və üz uyğunluğu müəyyən edilir. Hazırkı halda Bank tərəfindən IAMAS sistemi vasitəsilə şəxsiyyət vəsiqəsi barədə məlumatlar və fotoşəkil birbaşa dövlət informasiya sistemindən əldə edilmiş, həmin fotoşəkil ilə video görüntü “Face Recognition” sistemi vasitəsilə müqayisə edilmişdir. Bu zaman həm sənədin həqiqiliyi və qüvvədə olması yoxlanılmış, həm də daha keyfiyyətli fotoşəkil əsasında eyniləşdirmə aparılmışdır. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsi məlumatlarının X9 Sistemi vasitəsilə təqdim edilməsi şəxsiyyət vəsiqəsinin təqdim edilməsinə bərabər tutulur. Məhz bu yanaşma nəzərə alınaraq Azərbaycan Respublikası Mərkəzi X6 ## ###### 2025-ci il tarixli **/* nömrəli qərarı ilə “Məsafədən hesabların açılması Qaydası” təsdiq edilmişdir. Həmin qərarla “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın 5-ci hissəsi və * nömrəli Əlavəsi ləğv edilmiş, “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nın 8.5-ci bəndi yeni redaksiyada verilmişdir. Yeni redaksiyaya əsasən istehlak krediti müqaviləsinin məsafədən bağlanması ilə yanaşı, müqaviləyə dəyişiklik edilməsi və kredit limitinin artırılması hallarında da “Məsafədən hesabların açılması Qaydası”nın tələblərinə əməl edilməlidir. “Məsafədən hesabların açılması Qaydası”nın 4.3.3-cü yarımbəndinə əsasən dövlət informasiya sistemlərinə inteqrasiya təmin olunduğu halda müştəridən əlavə sənəd tələb edilmir. Həmin Qaydanın 5.8-ci bəndinə əsasən isə şəxsin üz təsviri dövlət informasiya sistemində olan fotoşəkillə proqram təminatı vasitəsilə üzləşdirilir. Tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli, BRCB*******C*** nömrəli “Birbank Cashback Kredit Xətti Müqaviləsi”nin 4.1-ci bəndinə əsasən iddiaçıya ilkin olaraq 1000 AZN kredit xətti müəyyən edilmişdir. Həmin bənddə həmçinin nəzərdə tutulmuşdur ki, müştəri Banka təqdim etdiyi mobil nömrəyə göndərilən SMS vasitəsilə və ya Bankın mobil tətbiqi və digər texnoloji vasitələrdən istifadə etməklə kredit limitinin artırılması, azaldılması, müqavilənin dəyişdirilməsi və ya ona xitam verilməsi barədə əməliyyatlar apara bilər. Müqavilədə xüsusi olaraq qeyd edilmişdir ki, SMS vasitəsilə təsdiq və ya texnoloji vasitələrlə edilən təsdiqlər müştərinin şəxsi imzasının analoqu hesab edilir və onunla eyni hüquqi qüvvəyə malikdir. Iddiaçı tərəfindən “Birbank” mobil tətbiqi vasitəsilə kredit xətti limitinin artırılması üçün müraciət edilmiş və ##.##.2025-ci il tarixli əlavə razılaşma əsasında kredit limiti 1000 AZN-dən 8870 AZN-ə qaldırılmışdır. Bununla bağlı iddiaçının istifadəsində olan +************ nömrəsinə ##.##.2025-ci il tarixdə saat 13:48:33-də aşağıdakı məzmunlu SMS göndərilmişdir: “Hormetli mushteri, 8870 AZN mebleginde limit artimi muracietiniz ugurla tamamlanmishdir”. Beləliklə, tərəflər arasında yeni müqavilə bağlanmamış, mövcud müqavilənin şərtlərinə tərəflərin əvvəlcədən razılaşdırdığı qaydada dəyişiklik edilmişdir. Mülki Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi haqqında razılaşma, əgər qanundan və ya müqavilədən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Tərəflər isə müqavilədə dəyişikliklərin texnoloji vasitələrdən istifadə edilməklə aparılmasını ayrıca razılaşdırmışlar. Qanunvericilikdə istehlak krediti müqaviləsinin dəyişdirilməsi və kredit limitinin artırılması ilə bağlı ayrıca və daha sərt məsafədən identifikasiya proseduru nəzərdə tutulmamışdır. Bu hal həm də Azərbaycan Respublikası Mərkəzi Bankının ## ###### 2025-ci il tarixli **/* nömrəli qərarı ilə edilmiş dəyişiklikdən görünür. Belə ki, yalnız həmin dəyişiklikdən sonra “müqaviləyə dəyişiklik edilməsi, o cümlədən kredit limitinin artırılması” halları ayrıca qeyd olunmuşdur. Bu isə əvvəlki redaksiyada həmin münasibətlərin ayrıca tənzimlənmədiyini göstərir. Bundan sonra artırılmış kredit xəttindən istifadə edilməklə 416973********** nömrəli kredit kartı hesabından ##.##.2025-ci il tarixdə “binance.com” elektron pul kisəsində yaradılmış hesaba müxtəlif köçürmə əməliyyatları aparılmış və Vergi Məcəlləsinin 125.1-1-ci maddəsinə uyğun olaraq köçürülən məbləğin 10 faizi mənbədə vergi kimi tutulmuşdur. Məhkəmənin nəzərinə çatdırılır ki, həmin əməliyyatlar Google Pay xidməti vasitəsilə həyata keçirilmişdir. Google Pay xidmətindən istifadə üçün kart məlumatlarının daxil edilməsi və kartın sistemdə aktivləşdirilməsi tələb olunur. Bu səbəbdən iddiaçının istifadəsində olan +************ nömrəsinə ##.##.2025-ci il tarixdə birdəfəlik yoxlama kodu göndərilmiş və həmin kod daxil edilərək 416973********** nömrəli kart Google Pay sisteminə əlavə edilmişdir. SMS çıxarışlarından görünür ki, sözügedən kartın Google Pay sisteminə ilk dəfə əlavə edilməsi əməliyyatı artıq ##.##.2024-cü il tarixdə də həyata keçirilmişdir. Iddiaçının ********** nömrəli debet kart hesabından 50 manat və ********** nömrəli əməkhaqqı kart hesabından 320 manat məbləğində pul vəsaiti də 416973********** nömrəli kredit kartı hesabına köçürülmüşdür. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən ödəniş xidməti istifadəçisi ödəniş alətindən istifadə şərtlərinə uyğun istifadə etməli, fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarını təhlükəsiz saxlamalı, ödəniş alətinin səlahiyyətsiz istifadəsini aşkar etdikdə dərhal ödəniş xidməti təchizatçısını məlumatlandırmalıdır. Həmin Qanunun 41.3-cü maddəsinə əsasən ödəyici 38-ci maddənin tələblərini qəsdən və ya kobud ehtiyatsızlıqla pozduğu halda yaranmış itkilərə görə tam məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış müqavilənin 7.2.6-cı yarımbəndinə əsasən müştəri kart və FIN kodunu üçüncü şəxslərə verməməli və onların üçüncü şəxslərin əlinə keçməsinin qarşısını almaq üçün zəruri tədbirlər görməlidir. Müqavilənin 8.2-ci yarımbəndinə əsasən isə müştəri eyniləşdirmə məlumatlarının məxfi saxlanılmasına və təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyət daşıyır. Hazırkı əməliyyatlar avtorizə edilmiş əməliyyatlardır. Belə ki, əməliyyatların həyata keçirilməsi üçün iddiaçının istifadəsində olan mobil nömrəyə birdəfəlik təsdiq kodları göndərilmiş və həmin kodlar daxil edilərək əməliyyatlar təsdiqlənmişdir. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.2ci maddəsinə əsasən avtorizə etmə ödəniş əməliyyatının həyata keçirilməsinə istifadəçinin verdiyi razılıqdır. Həmin Qanunun 1.1.39-cu maddəsinə əsasən isə ödəniş sərəncamı ödəniş xidməti istifadəçisi tərəfindən ödəniş xidməti təchizatçısına verilən tapşırıqdır. Mülki Məcəllənin 957.3-cü maddəsinə əsasən hesabdakı pul vəsaitlərinə dair sərəncam hüququ elektron ödəmə vasitələri, kodlar və parollar vasitəsilə təsdiq edilə bilər. Həmin Məcəllənin 957.4-cü maddəsinə əsasən isə bank yalnız hesab sahibinin həqiqi iradəsini ifadə etməyən sərəncam əsasında pul vəsaiti silərsə məsuliyyət daşıyır; bir şərtlə ki, belə sərəncamın hesab sahibinin öz təqsiri nəticəsində verildiyini sübut edə bilməsin. Iddiaçı əməliyyatların özü tərəfindən aparılmadığını və pul vəsaitinin oğurlandığını iddia etsə də, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf istinad etdiyi halları sübut etməlidir. Hətta əməliyyatların üçüncü şəxs tərəfindən həyata keçirildiyi qəbul edilsə belə, həmin əməliyyatların baş verməsi iddiaçının məxfi məlumatları və birdəfəlik təsdiq kodlarını üçüncü şəxsə ötürməsi nəticəsində mümkün olmuşdur. Beləliklə, əməliyyatlar iddiaçının razılığı və sərəncamı əsasında icra edilmiş, kredit vəsaitindən istifadə nəticəsində Bank qarşısında öhdəlik yaranmışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətləri etməli, o cümlədən pul ödəməlidir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliklərin əmələ gəlməsinin əsaslarından biri müqavilədir. Kredit müqaviləsi üzrə isə borclu kredit məbləğini və faizləri geri qaytarmağa borcludur. Iddiaçı həmçinin Bank tərəfindən təhlükəsizlik tədbirlərinin görülmədiyini iddia etmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, Bank tərəfindən mütəmadi olaraq təhlükəsizlik tədbirləri həyata keçirilir və müştərilərə göndərilən SMS-lərdə “Diqqət! Bu kodu heç kimlə paylaşmayın” və “Telefon dələduzlarından özünüzü qoruyun” kimi xəbərdarlıqlar əks etdirilir. Iş materiallarına əlavə edilmiş SMS çıxarışlarından da görünür ki, təhlükəsizlik kodları ilə yanaşı əməliyyatın aparıldığı platforma və təhlükəsizlik xəbərdarlıqları da müştəriyə təqdim edilmişdir. Həmin kodlar daxil edilmədən və təsdiqlənmədən əməliyyatların həyata keçirilməsi mümkün olmamışdır.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, ***/**** saylı rəyindən görünür ki, “tədqiqat prosesinin təsviri” hissəsinin 1-ci bəndində göstərilən – bankda olan kart hesablarına. O cümlədən bankın əməliyyatlarının aparılmasını təmin edən prosessinq sisteminə kibermüdaxilə olubolmamasının müəyyən edilməsi üzrə tədqiqat aparılması mümkün olmamışdır. Bank tərəfindən təqdim edilən məlumatlara əsasən, ##.##.2025-ci il tarixində qısa intervallarla iki ədəd və ##.##.2025-ci il tarixində isə 1 ədəd OTP kodu “+************” mobil nömrəsinə təhlükəsizlik kodları göndərilmişdir. Məlumat üçün bildirilir ki, bank tərəfindən müştərilərə təhlükəsizlik kodlarının göndərilmə əsaslarının müəyyən edilməsi məhkəmə kompüter-texniki ekspertizasının predmetinə aid deyildir. Aparılmış texniki araşdırma və serverin yoxlanılması zamanı bank tərəfindən təqdim edilmiş məlumatlar əsasında müəyyən edilmişdir ki, müştərinin mobil nömrəsinə göndərilmiş təhlükəsizlik (OTP) kodunun konkret olaraq hansı cihaz üzərindən daxil edildiyi texniki imkanlar çərçivəsində müəyyən olumamışdır.

10. Azərbaycan Respublikasının Mərkəzi Bankının ## ###### 2025-ci il tarixli, *****/**** saylı məktubundan görünür ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh ASCyə qarşı iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərardadının icrası ilə əlaqədar ünvanlanmış ##.##.2025-ci il tarixli məktuba Azərbaycan Respublikasının Mərkəzi Bankında baxılmışdır. Qeyd olunan qərardadla müəyyən edilmiş suallardan yalnız 1-ci sual üzrə mütəxəssis rəyinin verilməsi mümkün olmuşdur. Belə ki, digər suallara dair mütəxəssis rəyinin verilməsi üçün əsas olacaq cari məhkəmə işi üzrə sənədlər təqdim edilmədiyindən rəyin erilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq 2-ci sualın 1-ci hissəsi, 3, 4 və 5- ci suallara dair məsələlərin obyektiv qiymətləndirilməsi və müvafiq rəyin təqdim edilə bilməsi üçün aşağıdakı sənədlərin təqdim olunması zəruridir: 2-ci sual üzrə: Cavabdeh ASC-nin daxili nəzarət proqramı çərçivəsində, “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum tələblər”inin 2.7-ci bəndinə əsasən müəyyən edilmiş və həmin dövrdə qüvvədə olmuş şübhəli əməliyyatların aşkarlanması meyarlarını (indikatorlarını) siyahısı; Qeyd olunan meyarların (indikatorların) Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinə (MMX) təqdim edilməsini təsdiq edən sənədlər və ya rəsmi məlumat. Qərardadla müəyyən edilən 2-ci sualın 2-ci hissəsi üzrə nəzərə çatdırılır ki, Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin *-**-**/*-*-*/**** saylı ## ###### 2023-cü il tarixli qərraı ilə təsdiq edilmiş “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”inin 2.7-ci bəndinə əsasən qeyd edilən məlumatlar banklar tərəfindən Mərkəzi Banka deyil, Maliyyə Monitorinqi Xidmətinə təqdim edilir və həmin məlumatların təqdim edilib-edilməməsi barədə məlumat həmin qurumdan ələ edilə bilər. 3-cü sual üzrə: Bankın daxili nəzarət proqramı çərçivəsində, “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum tələblər”inin 2.7-ci bəndinə əsasən, müəyyən edilmiş və həmin dövrdə qüvvədə olmuş şübhəli əməliyyatların aşkarlanması meyarlarını (indikatorlarını) siyahısı; Kredit vəsaitinin hesaba mədaxil edilməsindən dərhal sonra aparılmış köçürmə əməliyyatlarına dair ətraflı bank hesab çıxarışları (əməliyyatlar üzrə tarix, məbləğ, təyinat və qarşı tərəfin rekvizitləri daxil olmaqla (MMX-nın müəyyən etdiyi vahid hesab çıxarışı formatında)); Qeyd olunan köçürmə əməliyyatların, bankın müəyyən etdiyi və həmin dövrdə qüvvədə olmuş şübhəli əməliyyatların aşkarlanması meyarları (indikatorları) ilə uyğunluğuna dair müqayisəli təhlil aparmaq üçün zəruri olan məlumatlar və əməliyyatların şübhəli əməliyyatların aşkarlanmasıı meyarları (indikatorları) uyğun gəlib-gəlmədiyinə dair bank tərəfindən verilən müvafiq məlumat; Qeyd olunan məlumatlar təqdim edilmədiyi üçün hazırki mərhələdə sualda göstərilən məsələlərə dair hərtərəfli və əsaslandırılmış mütəxəssis rəyi verilməsi mümkün deyil. 4-cü sual üzrə: bank tərəfindən formalaşdırılmış və müştərinin maliyyə davranış modelini əks etdirən İddiaçı müştərinin profil məlumatları; İddiaçı bank hesabları üzrə aparılmış bütün əməliyyatlara dair bank çıxarışları (əməliyyatlar üzrə tarix, məbləğ, təyinat və qarşı tərəfin rekvizitləri daxil olmaqla (MMX-nın müəyyən etdiyi vahid hesab çıxarışı formatında)); Bankın müəyyən etdiyi şübhəli əməliyyatların aşkarlanması meyarlar (indikatorlar) əsasında bank tərəfindən qeyd olunan əməliyyatlara dair aparılmış təhlil hesabatı və ya qiymətləndirmə sənədləri (əgər mövcuddursa); 5-ci sual üzrə: Məhkəmə işinə dair Mərkəzi Banka təqdim edilmiş sənədlərdən təminat predmetinə aid müvafiq təsdiqedici sənədlər (girov və zaminlik müqaviləsi). Əlavə olaraq, borc müqaviləsi üzrə öhdəliyin təminatının hər hansı formada təqdim edilməsi borcverənin tələbi ilə tərəflər arasında bağlanan müqavilə müəyyən edilə bilər. Bu zaman borcun təminatsız verilməsi də istisna deyildir. Bu səbəbdən “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nda təminatla bağlı tənzimləmələr təminatın olduğu halları ehtiva edir.

11. ## ###### 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, kredit xəttinin yenilənməsi zamanı bankla müştəri arasında istehlak krediti müqaviləsi ilə bağlı münasibətə diqqət yetirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389-cu maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Bu baxımdan mövcud müqavilə üzrə kredit xəttinin yenilənməsi barədə əlavə razılaşma müqavilənin tərəfi olan müştəriyə yeni hüquq və vəzifələr yaradır və mahiyyət etibarilə bu razılaşma müqavilə anlayışına uyğun gəlir. Eyni zamanda, Mülki Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Bununla belə, Mülki Məcəllənin 331.1-ci maddəsinə görə Qanunla, digər hüquqi aktlarila və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. Mülki Məcəllənin 746-2.6-cı maddəsinə görə də məsafədən istehlak krediti müqaviləsinin bağlanmasına dair Mülki Məcəllədə qeyd edilənlərdən başqa digər tələblərin müəyyən edilməsi Mərkəzi Bankın səlahiyyətinə aid edilmişdir. X3 Heyətinin 2023-cü il ## ######## tarixli **/* nömrəli Qərarı ilə təsdiq edilmiş "Banklarda kredit risklərinin idarə edilməsi Qaydası'nın 8.5-ci bəndinin tələbinə əsasən, Istehlak krediti müqaviləsinin məsafədən bağlanması zamanı Mülki Məcəlləyə və "Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası'nın (Qayda) 5ci hissəsinin tələblərinə əməl edilməlidir. Istinad olunan Qaydanın həmin dövrdə qüvvədə olan 5-ci hissəsinə əsasən fiziki şəxslərə məsafədən bank hesabının açılması, o cümlədən istehlak krediti müqaviləsinin bağlanmasına dair sənədlərin rəsmiləşdirilməsi bank hesabı mövcud olan rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və ya gücləndirilmiş müştəri autentifikasiyası (GMA) və video çəkiliş əsasında həyata keçirilə bilər. Bu zaman bank video çəkiliş üsulunu riskli hesab edərsə, hesab GMA əsasında açıldıqda video çəkiliş üsulunu video zəng ilə əvəz edə, GEI ilə açıldıqda isə əlavə olaraq video çəkiliş və ya video zəng üsulunu tətbiq edə bilər. Həmçinin nəzərə alınmalıdır ki, həmin Qaydanın 5.13-cü bəndinə əsasən fiziki şəxs tərəfindən bank hesabı müqaviləsinin və hesabın açılması üçün tələb olunan digər sənədlərin gücləndirilmiş müştəri autentifikasiyası yolu ilə təsdiq edilməsi ilə müqavilənin yazılı formada bağlanması və imza tələbi yerinə yetirilmiş hesab edilir. Lakin gücləndirilmiş müştəri autentifikasiyası müqavilənin bağlanması, o cümlədən sənədlərin rəsmiləşdirilməsi üçün təkbaşına çıxış edə bilmədiyindən, bu üsul bank hesabı mövcud olan müştəriyə münasibətdə video çəkiliş ilə müşayiət edilməlidir. Məsafədən bank hesablarının açılması üçün video zəng və video çəkilişə dair tələblər isə Qaydanın * nömrəli Əlavəsi ilə tənzimlənir. Qaydanın 5.7-ci bəndinə əsasən Gücləndirilmiş müştəri autentifikasiyası dedikdə autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və yalnız müştərinin və ya müştəri olmaq istəyən fiziki şəxsin "bildiyi" (şifrə, pin, suallar toplusu və s.), "sahib olduğu" (mobil telefon tətbiqi, OTP, TOTP, elektron imza, token və s.) və ya ona "məxsus olan" (üz tanınması, səs tanınması, barmaq izi və s.) müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya (şəxsin dürüst müəyyənləşdirilməsi) başa düşülür. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, məsafədən istehlak krediti müqaviləsinin bağlanmasına dair Mərkəzi Bank tərəfindən müəyyən edilən xüsusi tələblər müqavilənin dəyişdirilməsinə də şamil edilir. Məhkəmə işində olan materiallara əsasən ##.##.2025-ci il tarixdə kredit müqaviləsinin yenilənməsi mövcud hesab üzərindən aparılmışdır. Bununla belə, bu zaman bank hesabı mövcud olan müştəriyə münasibətdə Qaydanın yuxarıda qeyd olunan tələblərinin tətbiq olunmasını təsdiq edən sənədlər məhkəmə işində Mərkəzi Banka tam təqdim olunmadığından (istisna olaraq ##.##.2025-ci il tarixdə ************ nömrəli mobil telefona limit artımı barədə OTP kod göndərilmişdir) bu tələblərə bank tərəfindən riayət edilib-edilməməsi barədə münasibət bildirmək mümkün hesab olunmur. Plastik kartla oməliyyatların aparılması zamanı Qaydanın tələblərinə riayət edilib-edilməməsi barədə Mərkəzi Banka təqdim olunan məhkəmə materiallarına əsasən bildiririk təhlükəsizlik kodu göndərilmiş və bank tərəfindən bu kodun digər şəxslərə paylaşılmaması ki, müştərinin kart məlumatları "google pay”ə əlavə olunan zaman Bank tərəfindən ona 3D təhlükəsizlik kodu göndərilmiş və bank tərəfindən bu kodun digər şəxslərə paylaşılmaması üçün ona məlumat təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 964.1-ci maddəsinə əsasən hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir.

12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

13. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırki işin mübahisələndirilməyən (həqiqi) halı ondan ibarətdir ki, tərəflər arasında ##.##.2024-cü il tarixli BRCB*******C*** saylı birbank X1 müqaviləsinin bağlanması yolu ilə müqavilə münasibətləri əmələ gəlmişdir. Bağlanmış olan müqaviləyə görə hər bir tərəf öz üzərinə şərtləşdirilmiş öhdəlikləri icra etməyi götürmüş və öhdəliklərin icra edilməməsi halında baş verəcək nəticələrlə razılığını müqaviləni imzalamaqla qarşı tərəfə bəyan etmişdir. Tərəflər arasında bağlanmış olan müqavilənin xüsusiyyəti ondan ibarət olmuşdur ki, bankın əsas vəzifələri sırasında müştəriyə “birbank cashback debet” ödəniş kartı vermək, müştərinin müraciəti əsasında bu müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədilə bərpaolunan kredit xətti ayırmaq, həmin karta bağlı və (və ya) xəttin istifadəsi ilə əlaqədar müvafiq hesablar açmaq, müştərinin isə kartdan və (və ya) kredit xəttindən istifadə etmək, yaranmış borclarını (xidmət haqqı, əsas və faiz borcu, dəbbə pulu və s.), habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu müqavilə ilə müəyyən edilmiş qaydada və bankın qüvvədə olan tarif dərəcələrinə əsasən ödəmək olmuşdur. Digər bir əsas məqam müştərinin bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində kredit xəttindən istifadə edə bilməsi, bu müqavilənin 11.2-ci hissəsində qeyd edilən və ya sonradan banka bildirdiyi mobil nömrəsinə SMS vasitəsilə göndərilmiş bildirişi (məlumatı) SMS-də göstərilmiş qaydada təsdiq etməklə, habelə ATM, ödəniş terminalı və ya bankın mobil tətbiq və digər texnoloji (texniki) vasitələrindən (bundan sonra – texnoloji vasitələr) müvafiq qaydada istifadə etməklə, kredit xəttinin istifadə edilə biləcək məbləğini ümumilikdə 15000 manat həddində, SMS və digər texnoloji vasitələrlə razılaşdırılmış məbləğdə və şərtlərdə artıra və ya azalda, həmçinin müqavilənin digər şərtlərini dəyişdirə və ya ona xitam verə bilməsi imkanın təsbit edilməsi olmuşdur. Təqdim olunmuş sənədlərdən göründüyü kimi, iddiaçı İddiaçı Cavabdeh ASC-nin mobil bank tətbiqi olan «Birbank» tətbiqindən istifadə etmişdir. Iddiaçı özünün istifadəsində olan +************ mobil nömrə ilə Birbank mobil tətbiqindən qeydiyyatdan keçmiş və təyinatı üzrə android əməliyyat sistemli Xiaomi Redmi S2, Xiaomi M2003J15SC modelli cihazlardan, həmçinin Linux aarch64 əməliyyat sistemli digər cihazda istifadə etmişdir. ##.##.2025-ci il tarixdə Birbank qeydiyyatını android əməliyyat sistemli Xiaomi 2109119DG modelli cihaza dəyişmişdir. «Birbank» mobil tətbiqinin qeydiyyatını dəyişmək üçün təsdiq kodu mütləq şəkildə qeyd edilməlidir. Əks halda dəyişikliyin baş tutması mümkün deyildir. Iddiaçı hazırki iddia tələbi ilə müraciət etməklə, kreditin verilməsi ilə əlaqədar bankın əməkdaşlarının onunla əlaqə saxlamadığını, müvafiq sənədlər tələb etmədiyini, razılığını almadığını, onun telefonuna kreditin verilməsi barədə məlumat göndərdiklərini qeyd etmiş və əqdin etibarsızlığına dair tələb irəli sürmüşdür. Bu isə məhz işin mübahisələndirilən və məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilməli olan halıdır. Əqdin etibarsızlığı məsələsinə toxunmamışdan öncə əqdin anlayışına münasibətdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə əqd dedikdə, mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi başa düşülür. Öz təbiətinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Iddia ərizəsində də mübahisələndirilən və qanunvericiliklə tənzimlənən əqdin etibarsız hesab edilməsi üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14cü fəslində müəyyən edilmişdir. Həmin fəslə aid 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Beləliklə də, mülki qanunvericilikdə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən birinin qüsurlu olması vacibdir: subyekt tərkibinə görə, məzmununa görə, formasına görə, iradə və iradə ifadəsinə görə. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Məhkəmə qeyd edir ki, hər hansı bir əqdin etibarlılıq məsələsi müəyyənləşdirilərkən yuxarıda qeyd edildiyi kimi, əqdin məzmununun, formasının və sair ünsürlərindən birinin qüsurlu olması vacibdir. Hazırda irəli sürülmüş olan iddia tələbi də əqdin etibarsızlığı ilə bağlı olsa da, tərəflər arasında bağlanmış olan əqdin etibarsız hesab edilməsi üçün onun hər hansı bir ünsürünün qüsurlu olması müəyyən edilmədiyindən, məhkəmənin qənaətinə görə bağlanmış olan əqd etibarsız hesab edilə və bununla da iddia təmin edilə bilməz. Göründüyü kimi, iddiaçının hesabına bank tərəfindən vəsait mədaxil edilmişdir. Bu hal nə iddiaçı, nə də ki, məhkəmə icraatının aparıldığı dövrdə məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi tərəfindən inkar edilir. Qeyd edilməlidir ki, vəsaitin mədaxil edilməsi üçün təşəbbüskar məhz iddiaçı olmuş, iddiaçının iradə ifadəsi əsasında onun istifadəsində olan mobil nömrəyə birdəfəlik 3D təhlükəsizlik kodu göndərilmiş, həmin kod daxil edilərək təsdiq edildiyi üçün əməliyyat uğurla həyata keçirilmiş və tələb edilən məbləğdə vəsaitin ayrılması bank tərəfindən mümkün hesab edilmişdir. Iddiaçının daha öncədən tanış olduğu və bağlamasına razılıq verdiyi müqavilə şərtlərinə əməl etməməsi, yəni təhlükəsizlik qaydaları baxımından paylaşmalı olmadığı halda kodu kənar şəxslərə bildirməsi vəsaitin başqa şəxsin kartına köçürülməsi ilə nəticələnmişdir. Iddiaçı, bankın onunla hər hansı bir formada əlaqə yaratmadan vəsaitin ayrılmasına istinad edib, əqdin etibarsızlığını tələb etmiş olsa da, iddiaçının istinad etdiyi hallar əqdin etibarsızlığı üçün yetərli əsas hesab edilə bilməz. Bundan savayı iddiaçının istinad etdiyi halların tam əksi, yəni elektron qaydada müraciət əsasında bank tərəfindən vəsaitin ayrılmasının mümkünlüyü və sair məqamlar tərəflər arasında daha öncədən bağlanmış ##.##.2024-cü il tarixli BRCB*******C*** saylı birbank X1 müqaviləsində öz əksini tapmışdır. Belə ki, «Birbank» mobil tətbiqindən qeydiyyatdan keçərkən müştəri eyniləşdirilir, eyniləşdirmə təhlükəsizlik kodlarının göndərilməsi və təsdiq edilməsi yolu aparılır, daha sonra hər dəfə müştəri tətbiqə daxil olarkən paroldan/üztanıma/barmaq izindən istifadə edir. Iddiaçı tərəfindən «Birbank» mobil tətbiqi vasitəsi ilə tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli BRCB*******C*** saylı Birbank X1 Müqaviləsinin 4.1-ci bəndinə əsasən kredit xəttindən istifadə ilə əlaqədar olaraq limit artımı üçün müraciət edilmiş və ##.##.2025-ci il tarixli Birbank cashback kredit xətti Birbank X1 müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşmaya əsasən kredit xəttinin məbləği 8870 manat müəyyən olunmuşdur. Bundan sonra yuxarıda qeyd olunan razılaşmaya əsasən ayrılmış 8870 manat məbləğində olan kredit xəttindən istifadə edilərək digər şəxsin kart hesabına 8870 manat məbləğində köçürmə əməliyyatı aparılmışdır. Həmçinin, qeyd olunmalıdır ki, bu əməliyyatların aparılması üçün iddiaçının istifadəsində olan +************ mobil nömrəyə birdəfəlik 3D təhlükəsizlik kodu göndərilmiş və həmin kod daxil edilərək təsdiq edildiyi üçün sözügedən əməliyyat uğurla həyata keçirilmişdir. Təhlükəsizlik kodlarının göndərilməsini təsdiq edən çıxarış məhkəməyə təqdim olunmuşdur. Təqdim olunmuş sübutlardan göründüyü kimi, yuxarıda qeyd edilən əməliyyatlar iddiaçının özü tərəfindən aparılmış, bununla bağlı cavabdeh bütün təhlükəsizlik tədbirlərinə riayət edərək, iddiaçıya təsdiqedici kod göndərmiş və pul vəsaitinin iddiaçının hesabından digər hesaba köçürülməsi cavabdehin hər hansı təqsirli hərəkət, yaxud hərəkətsizliyi ilə bağlı olmamışdır. Cavabdeh tərəfindən Azərbaycan Respublikasında elektron bankçılıq xidmətlərinin göstərilməsi və bu xidmətlər üzrə təhlükəsizliyin təmin olunmasına dair metodoloji rəhbərliyin tələbləri yerinə yetirilmiş, E-bankçılıq xidmətlərindən istifadə zamanı məsafədən həyata keçirilən hücumların növləri, onların aşkar edilməsi və qarşısının alınması üzrə zəruri tədbirlər görülmüşdür. Hazırki iş üzrə iddiaçının hesabına kənardan hər hansı kiberhücum və s. olmamış, bank tərəfindən müştərinin hesablarının təhlükəsizliyinin təmin edilməsi üçün zəruri addımlar atılmış, iddiaçıya əməliyyatların təsdiq edilməsi üçün kodlar göndərilmişdir. Bununla da, yuxarıda sadalanmış olan işin halları tərəflər arasında bağlanmış olan əqdin etibarsız hesab edilməsi üçün əsas hesab edilmədiyindən və iddiaçı istinad etdiyi halları sübuta yetirmədiyindən, bunun tam əksinə tərəflər arasında bağlanmış olan əqdin hər baxımdan əqdlərin etibarlılıq şərtlərinə uyğun hesab edildiyindən, iddia tələbi təmin edilə bilməz. Məhkəmə hesab edir ki, əqdin etibarsız hesab edilməsi üçün əsas olmadığına görə iddia tələbi banka münasibətdə rədd edilmiş olsa belə, iddiaçının bildirdiyi kimi, ona məxsus hesabdan vəsaitin silinməsi nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı müraciət etmək hüququndan (mülki qaydada və yaxud aidiyyəti hüquq mühafizə orqanına müraciət etməklə cinayət mühakimə icraatı qaydasında) istifadə edə bilər. Yəni nəticə etibarı ilə iddiaçının əqdin etibarsızlığına dair iddia tələbinin təmin edilməməsi, ona dəymiş olan ziyanın ödənilməsi tələbi ilə müraciət etmək hüququna mane ola biləcək hal kimi qiymətləndirilməməli və iddiaçıya maraqlarının, qanuni mənafeyinin təmin edilməsi üçün qanun çərçivəsində zəruri addımları ata biləcəyi izah olunmalıdır.

14. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 6.2, 14.2.1, 337.1, 337.2, 337.3, 389.1, 390.1-ci maddələrinə istinadla edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. Iddiaçı İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı, həmçinin onunla əsaslandırılmışdır ki, iş üzrə keçirilmiş məhkəmə komyuter- texniki ekspertizası ##.##.2025-ci il tarixli */*** nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, bank tərəfindən ona məxsus mobil nömrəyə OTP təhlükəsizlik kodları ##.##.2025 və ##.##.2025-ci il tarixlərdə ən son olaraq göndərilmişdir. Yəni cinayət hadisəsinin baş verdiyi ##.##.2025-ci il tarixdə ona məxsus və banın mobil tətbiqində qeydiyyatdan keçdiyi mobil nömrəyə bank tərəfindən heç bir təhlükəsizlik mesajı göndərilməmişdir. Nə də kredit xətti cinayətkarlar tərəfindən artırılıb kredit məbləği oğurlanarkən bank tərəfindən "üz tanınma" təhlükəsizlik tədbirləri görülməmişdir. Yəni cinayətkarlar onun səhvi ucbatından deyil, cavabdeh bankın təhlükəsizlik tədbirlərdə olan boşluqlardan istifadə edərək pul oğurlamışdılar. Cavabdeh təşkilata mövcud vəziyyət zatən sərfəlidir. Belə ki, onlar heç bir hərəkət etmədən və ya pul xərcləmədən (SMM, reklam və digər işçilik xərcləri) o, cavabdeh təşkilat qarşısında borclanmışdır və onlara əlavə faizlər ödəməli olur. Məhkəmə eksperti bankın serverlərində ekspertizasını apardıqdan dərhal sonra vəziyyətin çətinliyini başa düşən və təşviş içində olan cavabdeh təşkilat hər vəclə məni inandırmağa çalışmışdır ki, ona bu məbləği ödədiyi təqdirdə xeyli guzəştlər ediləcəkdir. Belə ki, mən bankın aidiyyatı şöbəsinə dəvət olunmuş və yalnız əsas borcu ödəmək təklifi olunmuşdur. Bankın əməkdaşı ona xeyli guzəşt olunacağını bildirərək bu məbləği ödəməyə razı salmağa çalışmışdır. Lakin bundan imtina etdikdə isə hədə-qorxu gələrək əmək haqqımın 100% həcmində tutulma ediləcəyi ilə hədələmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

19. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın təmin olunması tələb edildiyindən məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

24. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində hər hansı bir yeni dəlil irəli sürülməmiş, göstərilən dəlillər üzrə isə birinci instansiya məhkəməsi tərəfindən düzgün araşdırma və qiymətləndirmə aparılmışdır. Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır, əlavə araşdırma və qiymətləndirmə aparılmasına zərurət görmür.

25. Apellyasiya şikayətində irəli sürülən dəlillərin əsassızlığı birinci instansiya məhkəməsində icraat zamanı alınmış mütəxəssis rəyi ilə də təsdiqini tapır.

26. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

27. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar