Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-3053/2026 20.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, *(***)-***/**** saylı mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli qərardaddan cavabdeh cavabdeh4 verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ:
1. İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh4, cavabdeh2, cavabdeh1 və cavabdeh3 X1 * saylı Ərazi İdarəsinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbi barədə” iddiasına dair *(***)-***/**** saylı mülki işə baxmış Nərimanov Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 İslam oğlunun Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor küçəsi, ** saylı ünvanda yerləşən və iddiaçı2 mülkiyyətində olan 0,3651 kv.m torpaq sahəsinin cavabdeh4 adına rəsmiləşdirilməsinə dair * saylı Notariat Kontorunda iddiaçı2 adından verilmiş ##.##.2018-ci il tarixli ərizə və həmin ərizə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində həmin 0,3651 kv.m torpaq sahəsinin cavabdeh4 adına aparılmış qeydiyyatın etibarsız hesab edilməsini, bu qeydiyyat əsasında cavabdeh4 adına həmin ölçüdə torpaq sahəsinin qeydiyyatına dair “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışın” ləğv edilməsini, cavabdeh cavabdeh4 ilə cavabdeh2 arasında ##.##.2024-cü il tarixdə bağlanmış “Daşınmaz əmlakın bağışlanması müqaviləsinin” etibarsız hesab edilməsini, həmin müqavilə əsasında cavabdeh2nın adına verilmiş “Reyestrdən çıxarışın” ləğv edilməsini, cavabdeh2 ilə cavabdeh1 arasında ##.##.2024-cü il tarixdə bağlanmış “Daşınmaz əmlakın bağışlanması müqaviləsinin” etibarsız hesab edilməsini və həmin müqavilə əsasında cavabdeh1 adına verilmiş “Reyestrindən çıxarışın” ləğv edilməsini, iddia tələbinin iddiaçı1 münasibətdə təmin edilməməsinii qət etmişdir.
2. Həmin qətnamədən cavabdehlər cavabdeh4, cavabdeh2 və cavabdeh1 ayrıayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli qətnamə (iş № *(103)-3893/2025) ilə apellyasiya şikayətlərinin təmin edilməməsini, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin dəyişdirilmədən saxlanılmasını qət etmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli qətnaməsi kassasiya instansiya məhkəməsinin baxışı predmeti olmuş və Azərbaycan Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərarla (iş № *(102)-3813/2025) dəyişdirilmədən saxlanılmışdır.
4. Bununla da Nərimanov Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi ##.##.2025ci il tarixli qətnamə qanuni qüvvəyə minmiş, icraya yönəldilmiş, onun əsasında ##.##.2026-cı il tarixdə verilmiş “İcra vərəqəsi” icra edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinə və cavabdeh3 PHŞ-ə göndərilmişdir.
5. Daha sonra iş üzrə iddiaçı iddiaçı2 ərizə ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, həmin məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsinin ünvan 1 ünvanda yerləşən 0,46996 ha torpaq sahəsinin 0,417535 hissəsində onun, 0,052435 ha hissəsində isə cavabdeh cavabdeh4 mülkiyyət hüquqlarının mövcudluğunu özündə ehtiva etməsi barədə izah verilməsini xahiş etmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 1.440,8 kv.m sahəsi olan daşınmaz əmlak və 0,83507 kv.m sahəsi olan torpaq sahəsi hər birinə 1/2 hissə olmaqla, iddiaçı2 və cavabdeh4 paylı mülkiyyət hüquqları əsasında (0,417535 ha + 0,417535 ha = 0,83507 ha) məxsus olmuşdur. Torpaq sahəsinin 0,3651 ha hissəsi guya iddiaçı2 tərəfindən verilmiş razılıq ərizəsinə, bölgü sxeminə əsasən ##.##.2018-ci il tarixdə cavabdeh4 adına qeydiyyatdan keçmişdir. ##.##.2018-ci il tarixli, 4Ə-**** reyestr nömrəli daşınmaz əmlakın alğısatqı müqaviləsinə əsasən həmin torpaq sahəsinin 0,3651 ha hissəsi ##.##.2018-ci il tarixdə X2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Əmlakın cavabdeh4 məxsus hissəsi ##.##.2024-cü il tarixli, 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən ##.##.2024-cü il tarixdə cavabdeh cavabdeh2nın adına qeydiyyatdan keçmişdir. ##.##.2024-cü il tarixli, 48-*** reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən digər cavabdeh cavabdeh1 adına qeydiyyatdan keçmişdir. Nəticədə, qeyd edilən ünvanda yerləşən qeyri-yaşayış binasının (ümumi sahəsi 1.440,8 kv.m, yerləşdiyi torpaq sahəsi 0,46996 ha) 1/2 hissəsi iddiaçı2, 1/2 hissəsi cavabdeh1 adlarına qeydiyyatdan keçmişdir. Bundan sonra, iddiaçı iddiaçı2 cavabdehlərə qarşı “müqavilənin etibarsız hesab edilməsi, reyestrdən verilmiş çıxarışın ləğv edilməsi tələbi barədə” iddia irəli sürmüş və onun iddiası Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə qismən təmin edilmiş, həmin qətnamə cavabdehlərin verdikləri şikayətlərə əsasən yuxarı instansiya məhkəmələrinin baxışı predmeti olmuş və dəyişdirilmədən saxalanılmışdır (bax: hazırkı qərardadın 1, 2 və 3 bəndlərinə). Belə olan halda iddiaçı2 əvvəlcədən mülkiyyətində olmuş 0,417535 ha torpaq sahəsi üzərindəki mülkiyyət haqqında qeydiyyat bərpa edilməlidir. cavabdeh4 isə mülkiyyətində olan 0,417535 ha bir hissəsini özgəninkiləşdərdiyindən cavabdeh4 adına yerdə qalan 0,052435 ha torpaq sahəsi üzərindəki mülkiyyət haqqında qeydiyyat bərpa edilməlidir. Lakin qanuni qüvvəyə minmiş qətnamə əsasında verilmiş icra sənədini icra edən şəxslər icra sənədini icra etməkdə çətinlik çəkirlər. Odur ki, qətnamənin icrasında yaranmış anlaşmazlığa aydınlıq gətirilməsi üçün qətnaməyə izah verilməlidir.
7. “Qətnaməyə izah verilməsi haqqında” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardad ilə ərizənin təmin edilməsini və qətnaməyə aşağıdakı məzmunda izah verilməsini qərara almışdır: “Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi, ünvan 1 ünvanda yerləşən 0,46996 ha torpaq sahəsinin 0,052435 ha hissəsində cavabdeh4, 0,417535 hissəsində iddiaçı2 mülkiyyət hüquqlarının mövcudluğunu özündə ehtiva edir.”.
8. Cavabdehlərdən biri olan cavabdeh4 həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və “qətnaməyə izah verilməsi haqqında” ərizənin təmin edilməməsini xahiş etmişdir.
9. Şikayət onunla əsaslandırılmışdır ki, “qətnaməyə izah verilməsi haqqında” ərizəni təmin etmiş və yuxarıda qeyd edilən qaydada qətnaməyə izah vermiş Rayon Məhkəməsi iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbində nəzərdə tutulmayan tələbi təmin etmiş və iş üzrə qəbul etdiyi qətnamənin mahiyyətini faktiki olaraq dəyişmişdir. Bununla da, Rayon Məhkəməsi qanunvericiliklə müəyyən edilmiş qaydada ədalət mühakiməsinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və qanuni qüvvəsini almış məhkəmə qərarı olmadan mülkiyyətçi cavabdeh4 mülkiyyətində olan torpaq sahəsindən və belə çıxır ki, təkcə torpaq sahəsindən deyil, həm də onun üzərində yerləşən və xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsindən də, qanunsuz olaraq məhrum etmişdir.
10. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra - Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır.
12. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır (maddə 230.1.). Qətnamə və ya qərardad icra edilməmişsə və məcburi qaydada icra ediləcəyi müddət keçməmişsə, onun izah edilməsinə yol verilir (maddə 230.3.).
13. Məhkəmə qeyd edir ki, Rayon Məhkəməsi “Qətnaməyə izah verilməsi barədə” ərizəyə baxarkən Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli qətnaməsinin 48-ci bəndini əsas götürmüşdür.
14. Qətnamənin həmin bəndində isə qeyd edilmişdir: ”Məhkəmə kollegiyası torpaq sahəsinin 0,3651 kv.m hissəsinin cavabdeh tərəfindən X2 xeyrinə özgəninkiləşdirilməsinə əsas olmuş ##.##.2018-ci il tarixli alğı-satqı müqaviləsinin iddiaçı tərəfindən mübahisələndirilməməsi barədə dəlili ilə bağlı qeyd edir ki, bu halın mövcudluğu ##.##.2018ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin və onun əsasında cavabdehin xeyrinə dövlət reyestrində aparılmış mülkiyyət hüququ haqqında qeydin etibarsızlığını istisna etmir. Belə ki, artıq qeyd edildiyi kimi, ümumi paylı mülkiyyətdə olan torpaq sahəsində iddiaçı ilə cavabdehin hər birinin payı 0,417535 ha təşkil etmişdir. Bu baxımdan cavabdeh tərəfindən X2 0,3651 kv.m torpaq sahəsi ölçü və nəticə etibarı ilə onun payına düşən hissənin bir hissəsidir. Hazırda isə bu tərəflərin ümumi paylı mülkiyyətində olan torpaq sahəsinin ümumi ölçüsü 0,46996 ha, buna uyğun olaraq hər birinin payı 0,23498 ha təşkil edir. Halbuki, alğısatqıdan sonra cavabdehin paylı mülkiyyətində ölçü etibarı ilə daha az sahə qalmalı idi. Qeyd edilənlər iddiaçının pozulmuş payının cavabdehin mövcud payı hesabına bərpa edilməsini mümkün edir. Bu səbəbdən məhkəmə kollegiyası bu dəlili də əsaslı hesab etmir və aparılmış araşdırmanın nəticəsi olaraq belə qənaətə gəlir ki, ##.##.2018-ci il tarixli ərizə və həmin ərizə əsasında cavabdehin adına aparılmış qeydiyyat etibarsızdır, bu qeydiyyat əsasında verilmiş çıxarış ləğv edilməlidir”.
15. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi “qətnaməyə izah verilməsi haqqında” ərizəni təmin etməkdə və qətnaməyə yuxarıda qeyd edilən məzmunda izah verməkdə haqlı olmuşdur. Rayon Məhkəməsi qeyd edilən qaydada qətnaməyə izah verməklə qətnamənin mahiyyətini dəyişməmiş, əksinə, qətnaməyə qətnamənin icrasını təmin edə biləcək aydın tərzdə izah vermişdir. Rayon Məhkəməsinin qərardadından verilmiş şikayət əsassızıdır. Şikayətin dəlilləri formal mülahizə xarakteri daşıyır.
16. Beləliklə də göstərilənləri nəzərə alan Məhkəmə MPM-in 398.0.1-ci maddəsində təsbit edilmiş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır.
17. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 230, 263, 264, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏRARA ALDI:
Cavabdeh cavabdeh4 şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.