Məhkəmə qərarları › İş №2(3-6)-3134/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-3134/2026

27.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-3134/2026 27.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, 100.000 manat borc, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 390 manat dövlət rüsumu və hüquqi xidmət xərci olan 326 manatın cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə geri qaytarılmışdır. Daha sonra cavabdehin nümayəndəsi-vəkili Vəkil tərəfindən apellyasiya şikayəti verilmiş, eyni zamanda apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət olunmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti versə də, prosessual müddətin ötürülməsi səbəbindən geri qaytarılmışdır. Cavabdehin prosessual müddəti ötürməsi birbaşa Elektron Məhkəmə İnformasiya Sistemində aparılmış yeniliklərlə bağlı olmuşdur. Belə ki, cavabdeh edilən dəyişiklikləri düzgün mənimsəyə bilmədiyindən, həmçinin sistemdə mövcud olan texniki nasazlıqlar səbəbindən apellyasiya şikayətini vaxtında sistemə daxil edə bilməmişdir. Bu səbəbdən, cavabdeh vəkil kimi ona müraciət etmiş və müraciətdən dərhal sonra onun tərəfindən şikayət gecikdirilmədən sistemə daxil edilmişdir. Bəllidir ki, sistemdə aparılmış dəyişikliklərin ##.##.2026-cı il tarixədək yekunlaşdırılması nəzərdə tutulsa da, obyektiv səbəblərdən bu mümkün olmamışdır. Bu hal isə istifadəçilərin sistemi tam şəkildə qavramasını və ondan effektiv istifadə etməsini çətinləşdirmişdir. Həmçinin qeyd edilməlidir ki, analoji sistemlərlə bağlı isə vətəndaşlara izahlı videomateriallar təqdim edilsə də, sistemdən istifadə qaydaları hələ də tam formalaşmamış, bu barədə əhali üçün izahlı videomateriallar təqdim olunmamışdır. Bu baxımdan, vətəndaşlar və digər istifadəçilər tərəfindən sistemin istifadə qaydalarının tam mənimsənilməməsi anlaşılandır və onların iradəsindən asılı olmayan bu hal üzürlü səbəb kimi qiymətləndirilməlidir. Qeyd edilənlərin nəzərə alınaraq, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan müddətin buraxılmasının üzürlü hesab olunub, həmin müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə cavabdeh Cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Həmin qərardaddan cavabdeh Cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsi, əks təqdirdə bu şikayətin baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə Kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi cavabdehə məxsus elektron kabinetə ## #### 2026-cı il tarixdə tarixdə yerləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Buna baxmayaraq, qeyd edilən qətnamədən apellyasiya şikayəti iddiaçı tərəfindən ##.##.2026-cı il tarixdə verilməklə müəyyən edilmiş müddət ötürülmüşdür. Birinci instansiya məhkəməsi qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülməsinin səbəblərini üzürlü hesab etməyərək ərizənin rədd edilməsi qənaətinə gəlmişdir. Cavabdehin isə müəyyən edilmiş müddətin ötürülməsinin səbəbi ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, müddətin ötürülməsi Elektron Məhkəmə İnformasiya Sistemində aparılmış yeniliklərlə bağlı olmuşdur. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, məlum hadisədir ki, məhkəmə-hüquq sistemində şəffaflığın artırılması, operativliyin təmin edilməsi və vətəndaş məmnuniyyətinin yüksəldilməsi məqsədilə ##.##.2026-cı il tarixdən etibarən Elektron Məhkəmə İnformasiya Sisteminin yeni versiyası və yenilənmiş “Elektron kabinet” istifadəyə verilmişdir. Həmçinin yeni sistemə keçid zamanı əvvəlki platformada mövcud olan bütün data, informasiya və sənədlər uğurla yenilənmiş sistemə köçürülüb və məhkəmələrin icraatında olan elektron işlər üzrə öz əksini tapsa da məlumdur ki, sistemin işləməsində bəzi ləngimələr olmuş və tərəflərin eyni zamanda məhkəmə daxilində həmin sistemdən istifadədə müəyyən çətinliklər baş vermişdir. Göründüyü kimi Elektron Məhkəmə İnformasiya Sisteminin yenilənmə prosesində yaranmış texniki nasazlıqla əlaqədar apellyasiya şikayətinin vaxtında “Elektron kabinet” vasitəsilə verilməsi mümkün olmamışdır. Bu hallar isə cavabdeh tərəfin təqsiri üzündən baş vermədiyindən ötürülmüş müddətin bərpası üçün mübahisəsiz olaraq üzrlü səbəb kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qaəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 263, 264, 365, 397-398 və 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALDI: Cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayəti təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ləğv edilsin. Cavabdeh Cavabdeh apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə ərizəsi təmin edilsin. Cavabdeh Cavabdeh Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddət bərpa edilsin. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar