Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-3184/2026 27.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı İsaxan oğlu tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı İsaxan oğlunun cavabdeh Cavabdeh qarşı qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qərardadı ilə geri qaytarılmışdır. Daha sonra iddiaçı İddiaçı İsaxan oğlu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında iştirak edib qətnamədən məlumatlı olsa belə qətnamə ona rəsmi şəkildə təqdim edilməmiş və ya ünvanına göndərilməmişdir. Bu səbəbdən də qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan prosessual müddət ötürülmüşdür. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı İsaxan oğlunun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizəsinin rədd edilməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsi, müddətin bərpa edilməsi, apellyasiya şikayətinin iş materiları ilə birgə apelyasiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ##.##.2025-ci il tarixli qətnamədən ##.##.2026-cı ildə xəbərdar olmuş və dərhal asan imza nömrəsi asan xidmət vasitəsilə əldə etdərək ##.##.2026-cı ildə şikayəti müddət buraxılması barədə ərizə ilə birlikdə yükləmişdir. Bundan başqa məhkəmə iclası ##.##.2026-cı ildə Xətai rayon məhkəməsində olmuşdur, kamera nəzarətində hakim bildirdiki müddətin buraxılması barədə ərizə təmin edilsin, iş apelyasiya məhkəməsinə göndərilsin. Hətta özü də sual verdi ki, təmin edildi ? Dedilər bəli edildi. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə Kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ##.##.2026-cı il tarixdə iddiaçının elektron kabinetinə yerləşdirilmişdir. Göründüyü kimi qanunvericiliyin tələbləri baxımından iddiaçı tərəfin qeyd edilən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş 1 aylıq prosessual müddətin axımı ##.##.2026-cı il tarixdən başlamış və ##.##.2026-cı il tarixdə bitmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Buna baxmayaraq, qeyd edilən qətnamədən apellyasiya şikayəti iddiaçı tərəfindən ## #### 2026-cı il tarixdə, yəni qanunvericiliklə müəyyən edilmiş 1 aylıq mübahisələndirmə müddəti ötürülməklə məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi apellyasiya şikayəti verilməsi müddəti ötürülmüşdür. Bu da öz növbəsində apellyasiya şikayətinin geri qaytarılması üçün əsas yaradır. İddiaçı isə bildirmişdir ki, qətnamə ona rəsmi şəkildə təqdim edilməmiş və ya ünvanına göndərilməmişdir. Halbuki iş materiallarından göründüyü kimi iddiaçının Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış kabineti mövcuddur və məhkəmə qətnaməsi iddiaçının qeyd edilən elektron kabinetinə yerləşdirilmiş, eyni zamanda qətnamə cavabdehin Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış kabinetinə yerləşdirilən zaman iddiaçının elektron kabineti aktiv olmuşdur. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qəanətə gəlmişdir ki, apellyasiya şikayəti verilməsi üçün müddət ötürülmüş, ərizəçi bu müddəti hansı üzrlü səbəblərdən ötürməsi ilə bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Şikayətin dəlillərinə münasibətdə isə Məhkəmə Kollegiyası qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, qanun, məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün, özü də prosessual hərəkəti edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzürlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133-cü maddəsində qeyd olunan üzürlü səbəblər dedikdə, müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyrimümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Üzürlü səbəblər sırasına, məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, xidməti ezamiyyətdə olma, ailə üzvlərindən hər hansı birinin ölməsi və s.aid edilə bilər. Hər bir halda konkret səbəbi üzürlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## ### 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1-ci maddəsinə əsasən, Elektron Məhkəmə İnformasiya Sisteminin tətbiq olunduğu məhkəmələrdə sənədlərin göndərilməsi, qəbulu, elektron qeydiyyatı və elektron dövriyyəsi elektron kabinet vasitəsilə həyata keçirilir. Həmçinin, tərəflərin elektron kabinetlərinə yerləşdirilmiş bütün məhkəmə sənədləri onlara rəsmi qaydada təqdim edilmiş sayılır. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən Elektron Məhkəmə İnformasiya Sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər Elektron Məhkəmə İnformasiya Sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Göründüyü kimi məhkəmə aktı (qətnamə) tərəfin elektron kabinetinə yerləşdirildiyi və həmin elektron kabinet sistemdə aktiv olduğu andan etibarən o, hüquqi baxımdan tərəfə rəsmi olaraq çatdırılmış hesab edilir. Həmçinin iddiaçının qətnamədən yalnız ## #### 2026-cı il tarixdə xəbər tutduğunu bildirməsi mücərrəd olmuşdur. Belə ki, bununla bağlı mötəbər sübutlar (məsələn, sistemdə texniki xəta olmasını təsdiq edən rəsmi arayış, uzunmüddətli stasionar müalicə, fors-major hal və s.) təqdim edilməmişdir. Məhkəmə Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, elektron kabinetə ## ###### 2026cı ildə yerləşdirilən sənədin ## #### 2026-cı il tarixinədək görünməməsi barədə sübut yoxdursa, məhkəmə iddiaçının bu müddət ərzində öz elektron kabinetini yoxlamamasını subyektiv səhlənkarlıq kimi qiymətləndirir. Subyektiv səhlənkarlıq isə buraxılmış müddətin bərpası üçün uzürlü səbəb sayıla bilməz. Göründüyü kimi şəxsin iradəsindən asılı olmayan, obyektiv olaraq onun prosessual hüquqlarını vaxtında həyata keçirməsinə mane olan hallar (məsələn: ağır xəstəlik, təbii fəlakət, obyektiv texniki imkansızlıq və s.) müəyyən edilməmişdir. Məhkəmə Kollegiyası şikayətin dəlilləri ilə bağlı birinci instansiya məhkəməsinin iclasının audio video yazısına da baxış keçirərək müəyyən etmişdir ki, iclasda iddiaçıya müddətin buraxılması barədə ərizə təmin edilməsi barədə fikir bildirilməmişdir. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı tərəfindən qətnamədən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin üzrlü səbəbləri barədə mötəbər sübut təqdim etməmişdir. Nəticə etibarilə iddiaçı qanunvericiliklə müəyyən edilmiş müddət ərzində apellyasiya şikayətini vermək iqtidarında olmaması işin halları müəyyən edilməmişdir. Bununla da iddiaçı apellyasiya şikayətini vaxtında vermək imkanının olmadığını, bu müddətin isə özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut edə bilməmişdir. Əks yanaşma isə ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. Bu baxımdan, qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası iddiaçının şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmiş, müddətin bərpasından imtina ilə bağlı gəldiyi bu nəticəsi tam qanuni və işin hallarına uyğundur. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır, onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 365, 397-398 və 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALDI: İddiaçı İddiaçı İsaxan oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-6)-3184/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-3184/2026
27.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver