Məhkəmə qərarları › İş №2(3-6)-330/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-330/2026

19.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-330/2026 19.03.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı X10 cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta ödənişinin və mənəvi zərərin əvəzinin ödənilməsi barədə mülki iş üzrə (açar sözlər: sığorta ödənişi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X13 (sədrlik edən və məruzəçi), X4 və X9 ibarət tərkibdə, məhkəmə iclasının katibi Bayramlı Möhtəbər Arif qızının katibliyi ilə, iddiaçı X10 cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta ödənişinin və və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı X10 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. ## ### 2025-ci il tarixli sığorta şəhadətnaməsinə əsasən “BMW 535i” markalı, ** LC *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh ASC-də avtomobil nəqliyyat vasitələrinin tam sığortası növündə sığorta edilmişdir.

2. ## ###### 2025-ci il tarixli sığorta aktına əsasən müəyyən olunmuşdur ki, ## #### 2025-ci il tarixdə Goranboy rayonu, Qazanbulaq qəsəbəsində baş vermiş yanğın hadisəsi nəticəsində X10 məxsus “BMW 535i” markalı, ** LC *** dövlət qeydiyyat nişanlı avtomobil tam məhv olmuşdur.

3. ## #### 2025-ci il tarixli X2da qeyd edilir ki, “BMW 535i” markalı, ** LC *** dövlət qeydiyyat nişanlı avtomobil sahibi tərəfindən idarə olunan vəziyyətdə saat 17:41 radələrində tüstüləyərək alışmağa başlamış və Həsənov Alixan tərəfindən müdaxilə olunaraq saat 17:45 radələrində 101-ə telefonla xəbər vermişdir. Saat 18:02 radələrində hadisə yerinə gələn Goranboy rayon yanğınsöndürənləri tərəfindən su vuruluraq saat 18:10 radələrində tam söndürülmüşdür. Hadisə yerinə keçirilən baxışdan və şahidlərin izahatlarından güman olunur ki, yanğın avtomobilin elektrik naqillərində baş verən elektrotexniki qəza səbəbindən baş vermişdir. Avtomobilin sahibi tərəfindən elektrik naqilləri qəza törədə biləcək vəziyyətdə idarə olunmuş və yanğına səbəb olmuşdur. Gələcəkdə bir daha belə yanğınlara yol verməməsi üçün avtomobil sahibi təkrar təlimatlandırılmışdır.

4. ## #### 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda qeyd edilir ki, ## #### 2025-ci il tarixdə saat 17 radələrində X10 özünə məxsus idarə etdiyi BMW 535i markalı, ** LC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Goranboy rayonu, Qazanbulaq qəsəbəsi ərazisində hərəkətdə olarkən avtomobildə yanğın hadisəsi üzərinə yanğın təhlükəziliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində deyil, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, yəni avtomobildə baş vermiş elektrotexniki qəzanın yaranmasından baş vermiş, yanğın kənar müdaxilə nəticəsində yaranmamış, həmçinin yanğın zamanı xəsarət alan olmamışdır.

Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı X10 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh ASCdən 43140 manat məbləğində maddi, 7,000 manat məbləğində mənəvi zərərin əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Iddia onunla əsaslandırılmışdır ki, ## #### 2025-ci il tarixdə saat 17:30 radələrində Goranboy rayon Qazanbulaq qəsəbəsi ərazisində özünə məxsus olan, idarə etdiyi “BMW” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olan zaman avtomobilin salon bölməsini tüstü bürümüş, dərhal avtomobili yolun kənarında saxlayaraq mühərrikxananın qapağını açdıqda mühərrik bölməsində yanğın hadisəsinin baş verdiyini görmüşdür. Köməyə gələn ətrafdakı insanlarla birlikdə yanğını söndürməyə çalışmış, lakin buna nail ola bilməmişdir. Yanğınsöndürmə xidmətinə zəng edərək yanğın hadisəsi barədə məlumat verilmiş, bir müddətdən sonra gələn yanğınsöndürənlər tərəfindən yanğını söndürülmüşdür. Yanğın hadisəsinə səbəb avtomobilin elektrik nanillərində texniki nasazlığın yaranması olmuşdur. Yanğın hadisəsi nəticəsində avtomobilim yanaraq yararsız vəziyyətə düşmüş və ona 43000 manat məbləğində maddi ziyan dəymşdir. Hadisə nəticəsində xəsarət alan olmamışdır. Hadisə olan zaman sığorta şirkəti tələb eləmişdir ki, maşın hadisə yerində qalsın, Bakıdan gəlib nümunə götürəcəklər. Bir həftə sonra maşından oğurluq olmuş, sığorta şirkəti bildirmişdir ki, maşını götür, artıq lobaratoriyadan gəlib nümunə götürüblər. Zərərin ödənilməsi ilə bağlı Cavabdeh ASCyə müraciət etmiş, lakin ## ###### 2025-ci il tarixli məktubla sığorta ödənişinin verilməsindən imtina edilmişdir. “xxxx” MMC-nin ## ####### 2025-ci il tarixli mütəxəssis rəyindən göürünür ki, "5351" markalı **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobildə yanğın izlərinin nisbi avtomobilin və inkişaf dinamikasına görə müəyyən edilmişdir ki, yanğının mənbəyi, mühərrik bölməsinin daxilində olmuş və yanğın mənbə zonasından yanar materialların üzəri ilə yüksələn xətt istiqamətində genişlənərək avtomobilin bütün hissələrinə yayılmışdır. Iş materiallarında olan məlumatları, hadisə ərəfəsində avtomobilin hərəkətdə olduğunu, müəyyən edilmiş mənbə zonasında isitlik ixrac edə bilən texniki qurğulardan elektrik naqillərinin yerləşdiyini nəzərə aldıqda, yanğın, elektrik naqillərində hansısa qəza (qısa qapanma, yüksək keçid müqaviməti və s.) halının yaranması nəticəsində əmələ gəlmiş yüksək temperaturdan bilavasitə yaxınlıqda yerləşən yanar materialların alışmasından baş verməsi üçün xarakterikdir. Hadisə ərəfəsində avtomobilin hərəkətdə olduğunu, avtomobilə hər hansı kənar müdaxilənin, həmçinin avtomobilin istismarı zamanı texniki nasazlığın olmadığını nəzərə aldıqda, baş vermiş yanğın hadisəsində qüvvədə olan normativ aktların tələblərinin hər hansı şəxs tərəfindən pozulması halı müəyyən olunmamışdır. “Bakı Ekspertiza Mərkəzinin” ## #### 2025-ci il tarixli, “QS-25/008” saylı ekspert rəyinə əsasən avtomobilə hazırkı vəziyyədə 43140 manat zərərin vurulması müəyyən olunur. Hadisə nəticəsində güclü əsəb, stres və sarsıntı keçirdiyindən hesab edir ki, mənəvi zərərə görə cavabdeh xxxx» ASC-dən onun xeyrinə 7000 manat mənəvi zərin əvəzi kimi təzminat ödənilməlidir.

7. Cavabdeh Cavabdeh ASC-nin iddiaya etirazı onunla əsaslandırılmışdır ki, AR Fövqəladə Hallar Nazirliyinin X11 Xidmətinin X6 Yanğın Nəzarəti Idarəsinin ## #### 2025-ci il tarixli “X1’nın 7-ci bəndində açıq şəkildə qeyd olunur ki, nəqliyyat vasitəsi avtomobil sahibinin özü tərəfindən qəza törətmək təhlükəsi olan vəziyyətdə, xüsusilə elektrik naqillərində mövcud nasazlıqlarla idarə olunmuş və bu nasazlıq yanğının yaranmasına birbaşa səbəb olmuşdur. X5 yanğının baş verməsində təqsirli şəxs kimi qiymətləndirilmişdir. Həmin aktın 8-ci bəndində belə yanğınlara yol verilməməsi üçün avtomobil sahibinin X23 ilə bağlı təkrar təlimatlandırılması tələbi X10 yanğın zamanı lazımi tədbirlər görmədiyi və yanğının qarşısını almadığı faktını təsbit edir. Nəticədə yanğın aktından göründüyü kimi, X10 ona məxsus “BMW” markalı ** LC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yanğın törədə biləcək vəziyyəti bildiyi və bilinəli olduğu halda qanunvericiliklə üzərinə qoyulmuş öhdəliklərə riayət etməmiş, yanğının baş verməsinə birbaşa öz qeyri-qanuni əməli ilə səbəb olmuşdur. Yanğın hadisəsi baş verdiyi zaman X10 yanğını vaxtında söndürmək, əfnlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün mümkün tədbirlər görməli idi. Iddiaçı sığorta araşdırması çərçivəsində Cəmiyyətimizə verdiyi ##.##.2025-ci il tarixli video izahatının 31:37 dəqiqəsində yanğını söndürməyə cəhd belə etmədiyini və ona yaxınlaşan insanlardan da kömək istəmədiyini (dəqiqə 33:25) aydın şəkildə bildirir. Buna baxmayaraq o, cinayət işinin rədd edilməsi haqqında qərarda və iddia ərizəsində yanğının söndürülməsinə cəhd göstərdiyini, həmçinin ətrafdakı insanlardan da kömək aldığını bildirmiş, bununla da ifadələri arasında açıq ziddiyyət yaratmışdır. ##.##.2025-ci il tarixli vIddiaçının video izahatından göründüyü kimi, yanğın birdən-birə şiddətli şəkildə başlamamışdır. Belə ki, iddiaçı ##.##.2025-ci il tarixində gecə saatlarında Bakıdan Gəncəyə gedərkən yolüstü Qazanbulaq (Goranboy rayonu) qəsəbəsindəki hamama getmiş, oradan çıxıb cəmi 2 km uzaqlaşdıqdan sonra maşının mühərrikinin qapağının tüstülədiyini görmüşdür. Bundan sonra o maşını saxlamış və mühərrikin qapağını açdıqda mühərrikin sağ tərəfində ön alın şüşəsinə yaxın hissədə - arxa hissəsində (ön güzgüyə yaxın hissə) tüstülənmə görmüşdür. Daha sonra həmin nahiyədən alışma baş vermişdir {qoşma 2, dəqiqə 27:40). Video izahatda özünün də iddia etdiyi kimi, o avtomobili saxladıqda yanğın demək olar ki, heç başlamamışdı. Sadəcə mühərrikin qapağında tüstülənmə hiss eləmişdi. Bu izahdan belə aydın olur ki, heç də bir göz qırpımında başlayan bir yanğından söhbət getmir, prosses bir neçə dəqiqə uzanır. Hətta iddiaçı avtomobilin mühərrik hissəsinin sağ tərəfinin salona yaxın hissəsində xırda bir yerdə baş verən tüstülənmənin tədricən atışmasına və alovlanmasına bir müddət “tamaşa” etmiş və hər nədənsə bu qədər müddət ərzində kiçik bir su həcmi və ya torpaqla söndürülə biləcək yanğına müdaxilə etməmişdir. Yanğın ilkin mərhələdə intensiv və təhlükəli xarakter daşımamış, yüngül partlayışlar şəklində müşahidə olunmuş, onun qarşısının alınması real və mümkün olduğu halda, cavabdeh qəsdən heç bir tədbir görməmiş və bununla zərərin artmasına şərait yaratmışdır. Nəzərə alsaq ki, hadisə asfalt olmayan tək tənha bir ərazidə baş vermişdir, fotoşəkil və videolardan da göründüyü kimi yanğını (tüstülənməni) söndürmək üçün torpaq və ya toz çox rahat təmin edilə bilərdi. Iddiaçının yanğın hadisəsi ilə bağlı müxtəlif instansiyalara verdiyi izahatlar arasında müəyyən ziddiyyət mövcuddur. Belə ki, sığorta şirkətinə hadisə günü - ##.##.2025-ci il tarixli video izahatda {qoşma 3) 00:15 dəqiqədə yanğının ilkin mərhələdə zəif xarakter daşıdığını, əvvəlcə tüstülənmə, daha sonra isə yüngül partlayış baş verdiyini və partlayışın şiddətli olmadığını bildirdiyi halda, məhkəməyə ünvanladığı iddia ərizəsində salon bölməsinin tüstü ilə tam büründüyünü və mühərrik qapağını açarkən artıq aktiv yanğın olduğunu qeyd etmişdir. Bu ziddiyyət hadisənin gedişatının süni şəkildə dəyişdirildiyini və faktların sonradan uyğunlaşdırıldığını göstərir. Iddiaçı yanğının ilk anlarından etibarən hadisəni video görüntüyə aldığını əməkdaşlarımıza bildirmişdir. Lakin hadisənin real gedişatını təsdiq edə biləcək mühüm sübut olan ilk video görüntüləri nədənsə təqdim etməmiş, sadəcə yanğının söndürülməsi zamanı çəkilmiş video görüntüləri təqdim etmişdir, (qoşma 4) Halbuki sığorta araşdırmasının əvvəlində Cəmiyyətimizin əməkdaşlarına yanğının ilk görüntülərini də təqdim edəcəyi barədə söz vermişdi. Hər halda o, sığorta araşdırmasının detallarının belə əhatəli olacağını düşünmürdü. ##.##.2025-ci il tarixli video izahatın 33:45 dəqiqəsində bunun təsdiqi vardır. Digər maraqlı məqam ondan Ibarətdir ki, iddiaçı ##.##.2025-ci il tarixli video izahatın 31:11 dəqiqəsində mühərrikin qapağını bağlamadığını bildirsə də, yanğın söndürülməsi zamanı çəkilmiş videolarda və avtomobilin foto görüntülərində mühərrik qapağının bağlı olduğu açıq- aşkar görünür, (qoşma 4,5). Sığorta araşdırması çərçivəsində müəyyən edilən diqqət çəkici başqa bir məqam avtomobilin və sürücünün sənədlərinə yanğın nəticəsində heç bir ziyan gəlməməsi olmuşdur. Iddiaçı bu halı sənədləri evdə saxlaması ilə izah etməyə çalışmışdır. Halbuki, o ##.##.2025-ci il tarixli video izahatının 32:17 dəqiqəsində Bakı şəhərindən birbaşa Gəncə şəhərinə yola düşdüyünü, yolüstü də hamama getdiyini bildirir ki, bu qədər məsafədə avtomobili müvafiq təsdiqedici sənədlər olmadan idarə etməyin mümkünlüyü qanuni olmamaqla yanaşı, real da görünmür. Iddiaçı avtomobilin 43000 manat olduğu iddiasındadır. Halbuki ##.##.2025-ci il tarixli video izahatının (qoşma 6) 03:59-cu dəqiqəsində bunun belə olmadığım “37-38 min manat bu maşınlıq deyil, 34 min manata yerləşdirək, 32-33 min manata da satarıq” deməklə, habelə ##.##.2025-ci il tarixli video izahatının 19:50-ci dəqiqəsində “maşına olunan əlavələr satılanda nəzərə alınmır” ifadələri ilə açıq etiraf edir. Iddia ərizəsində avtomobilinin tam məhv olmasını iddia edən və onun tam dəyəri olaraq 43000 azn tələb edən və bunun üçün oxşar avtomobillərin avtomobil satış saytlarından elanlarını dəlil kimi təqdim edən iddiaçı 2025-ci ilin yanvar ayından etibarən sözügedən avtomobilini satmağa çalışmış və həmin tarixdən hadisə baş verən tarixədək periodik olaraq avtomobil satış saytlarında elanlar yerləşdirmişdir. Nədənsə bu qədər müddət ərzində avtomobilini sata bilmədikdə onu sığortalamış və sığortaladıqdan cəmi 20 gün sonra sözügedən yanğın baş vermişdir. ##.##.2025-ci il tarixli video izahatından göründüyü kimi Bakı şəhərindən Qazanbulaq qəsəbəsində yerləşən hamama qədər birbaşa yol gedən avtomobilin heç bir naqili isinməmiş, yalnız maşın bu məsafəni qət edib 2 saat dayandıqdan və demək olar kI mühərrik hissə tam soyuduqdan sonra, təkrar hərəkətə başlayıb (hamamdan sonra) cəmi 2 km yol gedincə (40-50 km ona sürətlə hesablasaq soyuduqdan sonra cəmi 3-4 dəqiqə yenidən yol gedincə) naqillər isinmiş, hətta bu müddətdə salona qədər tüstü vermiş və sonra iddiaçının hərəkətsiz müşahidəsi altında alışıb yanmışdır. Yuxarıda sadalanan səbəblərdən sonra sığorta araşdırması çərçivəsində iddiaçıya sığorta ödənişindən imtina barədə bildiriş verilmişdir. Bununla bağlı olaraq, Azərbaycan Respublikasının “Mərkəzi Bank haqqında” Qanunu ilə sığorta şirkətlərinin nəzarət orqanı olan və həmin Qanunun 46-cı maddəsinə əsasən onların fəaliyyətinə nəzarət həyata keçirən Mərkəzi Banka şikayət ərizəsi ilə müraciət etmişdir. Mərkəzi Bank məsələni araşdırmış və Cəmiyyətimizin gəldiyi qərarla razılaşmışdır. Əks halda Cəmiyyətimizə sığorta ödənişinin həyata keçirilməsi barədə təqdimat təqdim edilərdi. Iddiaçının növbəti qeyri səmimi cəhdi isə bütün bunlardan sonra AR Qiymətləndiricilər Palatasının üzvü olan “xxxx” MMC-yə üz tutmaq olmuşdur. Belə ki, yanğın hadisəsinin səbəbləri barədə həmin qiymətləndirmə mərkəzi tərəfindən səlahiyyətinə aid olmayan, yalnız subyektiv mülahizələrə əsaslanan, heç bir texniki avadanlıq ölçmə və laboratoriya təhlil və analiz nəticələrinə əsaslanmayan rəy hazırlanaraq həm Cəmiyyətimizə, həm də məhkəməyə təqdim edilmişdir. Həmin ekspertiza rəyi və onu tərtib edən şirkət barəsində AR X27 Heyətinə Cəmiyyətimiz tərəfindən müvafiq müraciət ünvanlanmışdır. Əlavə olaraq qeyd etmək istəyirik ki, yanğın hadisələrinin araşdırılmasının və yanğının baş verməsində təqsirli şəxsin müəyyən edilməsinin AR Fövqəladə Hallar Nazirliyinin təbii inhisarında olduğu halda, qiymətləndirici şirkətin belə bir araşdırma aparması və rəy verməsi sual doğurur. Həmçinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 4-cü maddəsi qiymətləndirmə fəaliyyətinin istiqamətlərini aydın şəkildə sadalamışdır. Həmin qanunun 3-cü maddəsinə görə isə qiymətləndirmə fəaliyyəti - bu qanunla müəyyən edilmiş hallarda, habelə sifarişçinin müəyyən etdiyi məqsədlər üçün qiymətləndirmə obyektinin dəyərinin qiymətləndirici tərəfindən müəyyən edilməsi üzrə fəaliyyətdir. Qiymətləndiri şirkət tərəfindən səlahiyyətinə daxil olmayan sahə üzrə hadisənin baş verməsi səbəblərinin və təqsirkarın müəyyən edilməsi səlahiyyətini tamamilə aşma hesab edilməlidir.

8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.

9. Qətnamə onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus avtomobil cavabeh şirkətdə nəqliyyat vasitələrinin tam sığortası növündə sığorta edilmişdir. Həmin sığorta əqdi üzrə iddiaçının əşyasının sığortalandığı risklərdən biri də yanğın hadisəsi olmuşdur. Qeyd olunan sığorta növü üzrə sığorta hadisəsinin baş verməsinin mühüm şərti ondan ibarətdir ki, hadisə təsadüf nəticəsində baş verməli, başqa sözlə sığorta olunan şəxsin qəsdi yaxud səhlənkarlığı nəticəsində baş verməməlidir. Hazırki mübahisədə görünür ki, baş vermiş yanğın hadisəsinə sürücünün həm səhlənkarlığı, həmçinin də qanunla onun üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməməsi səbəb olmuşdur. Belə ki, işdə olan X2dan da görünür ki, yanğın avtomobilin onun sahibi tərəfindən elektrik naqilləri qəza törədə biləcək vəziyyətdə idarə olunması səbəbindən baş vermişdir. Bundan başqa cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda da qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində yanğın hadisəsi baş vermişdir. Bu o deməkdir ki, iddiaçı tərəfindən nəqliyyat vasitəsinin istismarı qaydaları pozulmuş və bu səbəbdən hadisə baş vermişdir ki, bu səbəb iddiaçının hərəkətləri nəticəsində yaranmışdır. Bundan başqa iddiaçının iddia ərizəsində yanğının baş verməsi ilə bağlı qeyd etdikləri həm də o səbəbdən qeyri-səmimi görünür ki, iddiaçı cavabdeh şirkətə vermiş olduğu izahatında hadisə baş verdikdən sonra yanğını söndürməyə cəhd belə etmədiyini bildirsə də, məhkəməyə vermiş olduğu izahatda köməyə gələn insanlarla birlikdə yanğını söndürməyə çalışdığını, lakin bunu bacarmadığını qeyd etmişdir. Iddiaçının səsləndirdiyi bu 2 fikir isə bir-birinə zidd olmaqla iddiaçının hadisənin qarşısını almaqda nə dərəcədə istəkli olduğunu şübhə altına salır. Iddianın dəlillərinin əsassızlığına dair olan əsaslardan biri də odur ki, iddiaçı avtomobildə yanğın hadisəsi baş verdikdən sona kimi hadisəni videolentə aldığını və həmin çəkilişi cavabdehə təqdim etdiyini bildirsə də, həmin çəkiliş cavabdehdə aşkar edilməmiş və məhkəməyə də təqdim edilməmişdir. Halbuki, həmin çəkiliş hazırki iş üzrə mötəbər və əsas sübutlardan biri ola biləcəyi halda iddiaçı özünün bildirdiyinə görə çəkilişi cavabdehə təqdim etdikdən sonra özünə məxsus mobil telefonun yaddaşında saxlamamış və silmişdir. Sığortaçının sığorta ödənişi etməkdən imtina etməsinə səbəb olacaq əsaslardan biri sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi halıdır. Işdən görünür ki, avtomobilin ön qapaq hissəsində başlayan tüstülənmə ümumilikdə avtomobilin tam yanması ilə nəticələnmişdir ki, bu da onu deməyə əsas verir ki, iddiaçı yüngül şəkildə başlayan yanğının genişlənməməsi üçün lazimi tədbirləri görməmiş, sadəcə sübutlardan göründüyü kimi polisə xəbər verməklə kifayətlənməmişdir. Bundan başqa iddiaçının yanğının qarşısını almaq üçün lazımi və mümkün tədbirləri görmədiyini eyni zamanda bu faktdan da ehtimal etmək mümkündür ki, iddiaçı avtomobilin qapağını açdıqda tüstüləmə görmüş və həmin tüstüləmə avtomobilin tam məhv olmasına qədər gətirib çıxarmışdır. Halbuki həmin ilkin vəziyyətdə sürücü müəyyən önləyici tədbirlər görməklə (su tökmək, qumla yaxud torpaqla örtmək kimi) yanğının avtomobilin bütün hissəsini əhatə etməsinin qarşısını ala bilərdi. Sadalananlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, baş vermiş yanğın hadisəsi iddiaçının kobud səhlənkarlığı və avtomobilin onun tərəfindən saz vəziyyətdə saxlanmaması nəticəsində baş verdiyindən sığorta hadisəsi sayıla bilməz və bu səbəbdən cavabdehin sığorta ödənişi etməkdən imtina etməsi barədə mövqeyi əsaslı hesab edilməlidir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883, 884.5, 935.1.1-cü, “Yol hərəkəti haqqında” AR Qanunun 6-cı maddələrinə, Azərbaycan Respublikasında Yanğın təhlükəsizliyi qaydalarının 1.10.2-ci, Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydalarının 23.1.4-cü bəndinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Iddiaçı X10 apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayətinin dəlillərinə görə ## #### 2025-ci il tarixdə, saat təxminən 17:30 radələrində Goranboy rayonu, Qazanbulaq qəsəbəsi ərazisində iddiaçı özünə məxsus idarə etdiyi “BMW” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olan zaman avtomobilin salon bölməsini tüstü bürüdüyünü görmüş, dərhal avtomobili yolun kənarında saxlayaraq mühərrikxananın qapağını açdıqda mühərrik bölməsində yanğın hadisəsinin baş verdiyini müşahidə etmişdir. Köməyə gələn ətrafdakı insanlarla birlikdə yanğını söndürməyə çalışmış, lakin buna nail ola bilməmişlər. Yanğınsöndürmə xidmətinə zəng edərək yanğın hadisəsi barədə məlumat verilmiş, bir müddətdən sonra gələn yanğınsöndürənlər tərəfindən yanğın söndürülmüşdür. Yanğın hadisəsinə səbəb avtomobilin elektrik naqillərində texniki nasazlığın yaranması olmuşdur. Yanğın hadisəsi nəticəsində iddiaçının avtomobili yanaraq tam yararsız vəziyyətə düşmüşdür. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X11 Xidmətinin X6 Yanğın Nəzarəti Idarəsinin ## #### 2025-ci il tarixli X2da qeyd edilir ki, “BMW 535i” markalı, ** LC *** dövlət qeydiyyat nişanlı avtomobil sahibi tərəfindən idarə olunan vəziyyətdə saat 17:41 radələrində tüstüləyərək alışmağa başlamış və Həsənov Alixan tərəfindən müdaxilə olunaraq saat 17:45 radələrində 101-ə telefonla xəbər vermişdir. Saat 18:02 radələrində hadisə yerinə gələn Goranboy rayon yanğınsöndürənləri tərəfindən su vuruluraq saat 18:10 radələrində tam söndürülmüşdür. Hadisə yerinə keçirilən baxışdan və şahidlərin izahatlarından güman olunur ki, yanğın avtomobilin elektrik naqillərində baş verən elektrotexniki qəza səbəbindən baş vermişdir. Avtomobilin sahibi tərəfindən elektrik naqilləri qəza törədə biləcək vəziyyətdə idarə olunmuş və yanğına səbəb olmuşdur. Gələcəkdə bir daha belə yanğınlara yol verməməsi üçün avtomobil sahibi təkrar təlimatlandırılmışdır. ## #### 2025ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarda qeyd edilir ki, müəyyən edilmişdir ki, ## #### 2025- ci il tarixdə, saat 17 radələrində X10 özünə məxsus idarə etdiyi “BMW 535i” markalı, ** LC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Goranboy rayonu, Qazanbulaq qəsəbəsi ərazisində hərəkətdə olarkən avtomobildə yanğın hadisəsi üzərinə yanğın təhlükəziliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində deyil, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, yəni avtomobildə baş vermiş elektrotexniki qəzanın yaranmasından baş vermiş, yanğın kənar müdaxilə nəticəsində yaranmamış, həmçinin yanğın zamanıxəsarət alan olmamışdır. Göründüyü kimi, iddiaçı baş vermis hadisə ilə əlaqədar nə inzibati, nə də cinayət məsuliyyətinə cəlb edilməmişdir. Həm ## #### 2025-ci il tarixli aktdan, həm də ## #### 2025-ci il tarixli qərardan görünür ki, baş vermis hadisə iddiaçının xarici təsiri və ya səhlənkarlığı nəticəsində deyil, məhz nəqliyyat vasitəsinin istismarı prosesində təsadüfən baş vermiş texniki nasazlıq nəticəsində baş vermişdir. Hadisə olan zaman sığorta şirkəti tələb etmişdir ki, maşın hadisə yerində qalsın, Bakıdan gəlib nümunə götürəcəklər. Eyni zamanda hadisənin videosu, yəni yanğının videoçəkilişi sığorta mütəxəssisinə göndərilmişdir. Bir həftə sonra sığorta şirkəti bildirmişdir ki, artıq loboratoriyadan gəlib nümunə götürülmüşdür və maşın iddiaçı tərəfindən götürülə bilər. Iddiaçı sığorta hadisəsinin baş verməsi ilə əlaqədar sığorta ödənişinin verilməsi tələbi ilə “xxxx” ASC-yə müraciət etmişdir, lakin müraciətə cavab olaraq imtina məktubu əldə etmişdir. Cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etmiş və bunu iki halla əsaslandırmışdır: 1. hadisə sığorta hadisəsi kimi qiymətləndirilmir; 2. iddiaçı əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməmişdir. Bakı ŞəhəriSəbail Rayon Məhkəməsi ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddiatəmin edilməmişdir. Birinci instansiya məhkəməsi cavabdeh tərəfin hər iki arqumentini əsaslandırması ilə razılaşmışdır. Qətnamə onunla əsaslandırılmışdır ki, baş vermiş yanğın hadisəsinə sürücünün həm səhlənkarlığı, həmçinin də qanunla onun üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməməsi səbəb olmuşdur. Belə ki, işdə olan yanğın haqqında akıntdan o nəticəyə gəlirlər ki, yanğın avtomobilin onun sahibi tərəfindən elektrik naqilləri qəza törədə biləcək vəziyyətdə idarə olunması səbəbindən baş vermişdir. Bundan başqa cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardada istinad edərək qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində yanğın hadisəsi baş vermişdir. Bundan o nəticəyə gəlirlər ki, iddiaçı tərəfindən nəqliyyat vasitəsinin istismarı qaydaları pozulmuş və bu səbəbdən hadisə baş vermişdir ki, yəni bu səbəb iddiaçının hərəkətləri nəticəsində yaranmışdır. Məhkəmənin mövqeyinə əsasən iddianın dəlillərinin əsassızlığına dair olan əsaslardan biri də odur ki, iddiaçı avtomobildə yanğın hadisəsi baş verdikdən sona kimi hadisəni videolentə aldığını və həmin çəkilişi cavabdehə təqdim etdiyini bildirsə də, həmin çəkiliş cavabdehdə aşkar edilməmiş və məhkəməyə də təqdim edilməmişdir. Bundan başqa, sığortaçının sığorta ödənişi etməkdən imtina etməsinə səbəb olacaq əsaslardan biri sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi halıdır. Iddiaçının yanğının qarşısını almaq üçün lazımi və mümkün tədbirləri görmədiyini eyni zamanda bu faktdan da ehtimal etmək mümkündür ki, iddiaçı avtomobilin qapağını açdıqda tüstüləmə görmüş və həmin tüstüləmə avtomobilin tam məhv olmasına qədər gətirib çıxarmışdır. Halbuki həmin ilkin vəziyyətdə sürücü müəyyən önləyici tədbirlər görməklə (su tökmək, qumla yaxud torpaqla örtmək kimi) yanğının avtomobilin bütün hissəsini əhatəetməsinin qarşısınıala bilərdi. Sadalananlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, baş vermiş yanğın hadisəsi iddiaçının kobud səhlənkarlığı və avtomobilin onun tərəfindən saz vəziyyətdə saxlamaması nəticəsində baş verdiyindən sığorta hadisəsi sayıla bilməz və bu səbəbdən cavabdehin sığorta ödənişietməkdən imtina etməsi barədə mövqeyi əsaslı hesab edilməlidir.

13. Birinci instansiya məhkəməsinin mövqeyinə görə “qeyd olunan sığorta növü üzrə sığorta hadisəsinin baş verməsinin mühüm şərti ondan ibarətdir ki, hadisə təsadüf nəticəsində baş verməli, başqa sözlə sığorta olunan şəxsin qəsdi yaxud səhlənkarlığı nəticəsində baş verməməlidir. Hazırki mübahisədə görünür ki, baş vermiş yanğın hadisəsinə sürücünün həm səhlənkarlığı, həmçinin də qanunla onun üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməməsi səbəb olmuşdur. Iddiaçı sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməmişdir, müəyyən önləyici tədbirlər görməklə (su tökmək, qumla yaxud torpaqla örtmək kimi) yanğının avtomobilin bütün hissəsini əhatə etməsinin qarşısını ala bilərdi. Əvvəla qeyd olunmalıdır ki, yuxarıda qeyd etdiyi hüquqi mövqe əslində cavabdehin iddia ərizəsinə etirazında qeyd edilmiş mülahizənin qətnaməyə köçürülmüş haldır. Yəni, birinci instansiya məhkəməsi özü heç bir araşdırma aparmadan sübutlara qiymət vermədən iddianı rədd etmişdir. Ikincisi, bu absurd mövqedir, çünki istənilən şəxs nəqliyyat vasitəsinin müxərrikxana qapağını açıb alov gördükdə, bunun nəticəsində partlayışın baş verə biləcəyinə əsaslı güman edə biləcəyi halda ilk növbədə özünün və ətrafındakıların təhlükəsizliyini düşünür. Məhkəmə və cavabdehin mövqeyinə əsasən iddiaçı öz həyatı və sağlamlığını risk altına salıb, əlində toz-torpaq daşıyaraq yüksək təhlükə təşkil edən yanğın zonasına yaxınlaşıb onu söndürmək cəhdləri etməli idi. Nəzərə alınmalıdır ki, iddiaçı təbii ki, alovu söndürməyə cəhd edib, lakin bunu bacarmayıb. Yeganə edə biləcəyi şey kömək istəmək olduğundan və ağlına gələn ilk şey kimi 102 xəttinə zəng edərək kömək istəyib. Iddiaçının avtomobili söndürmək üçün cəhdlər etməməsi fikiri yalnışdır. Əvvəla, məhkəmədə bu fikr yalnız ##.##.2025-ci il tarixdə aparılmış videoçəkilşə əsaslanaraq formalaşıb ki, həmin çəkilişdə iddiaçını yanğını söndürməkdən imtina etməsi halı yoxdur. Ikincisi, məhkəmə hansısa naməlum səbəbdən iş materiallarındakı FHN Əməliyyat-Istintaq Idarəsi tərəfindən qəbul edilmiş “materialın aidiyyəti üzrə göndərilməsi haqqında” ##.##.2025-ci il tarixli qərara, Goranboy RPŞ tərəfindən qəbul edilmiş ## #### 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarına və X11 Xidmətinin X6 Yanğın Nəzarəti Idarəsinin ## #### 2025-ci il tarixli “X2”ında müəyyən olunmuş hallara istinad etməmişdir. FHN Əməliyyat-Istintaq Idarəsinin “materialın aidiyyəti üzrə göndərilməsi haqqında” ##.##.2025-ci il tarixli qərarında və Goranboy RPŞ-nin ## #### 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında müəyyən olunmuşdur ki, “Alixan Həsənov köməyə gələn ətrafdakı insanlarla birlikdə yanğını söndürməyə çalışmış, lakin buna nail ola bilməmişdir”, yanğın yanğısöndürənlər tərəfindən söndürülə bilmişdir. Ətrafdakı insanların, yəni şahidlərin X3 və X17 da eyni izahatlar verərək iddiaçının izahatını təsdiq etmişlər. Göründüyü kimi, məhkəmə aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən qəbul edilmiş, hadisənin baş verilməsi, iddiaçının ona aidiyyəti ilə bağlı preyudisial əhəmiyyət kəsb edən qərarlara istinad etmir, lakin hansısa videoyazıdakı fikrə öz mülahizəsinə uyğun “don geyindirərək” qanunsuz qərar qəbul edir. Ən maraqlısı isə odur ki, hadisəni bilavasitə tədqiq edən ## #### 2025-ci il tarixli “X2”ında müəyyən olunmuşdur ki, iddiaçıya məxsus avtomobildə tüstüləmə saat 17:41-də başlamış, Alixan Həsənov tərəfindən yanğını söndürmək üçün müdaxilə olunmuş, saat 17:45-də 101- ə zəng edilmiş, saat 18:02-də yanğısöndürənlər hadisə yerinə çatmış və 18:10-da yanğın tam söndürülmüşdür (Aktın 4-cü bəndi). Göründüyü kimi, heç də birinci instansiya məhkəməsinin, habelə cavabdeh tərəfin iddia etdiyi kimi, yanğın zəif və uzun müddət davam edən olmamış, qısa zaman kəsiyində güclənmiş, yüngül partlayışlarla müşahidə olunmuş, həmçinin iddiaçı bacardığı qədər ilkin müdaxiləni etmişdir. Cəmi dörd dəqiqə ərzində alov gücləndiyindən iddiaçı dərhal 102 Xidməti ilə əlaqə saxlamış, 102 Xidməti isə öz növbəsində 101 Xidmətini məlumatlandırmışdır. Həmçinin iddiaçı bacardığı qədər yanğının qarşısını almağa cəhd etmişdir. Bu həm aktdan, həm qərarlardan, həm də hadisə şahidlərinin izahatlarından aydın olur. O ki qaldı, məhkəmənin iddiaçını “səhlənklarlıq”da və nəqliyyat vasitəsinin istismarı qaydasını pozmaqda “ittiham etməsi”və bunu iddiaçının guya ki, hadisənin baş verməsində maraqlı olması ilə əlaqələndirməsi, bu ümumiyyətlə, başa düşülən deyildir. Əvvəla, nəzərə alınmalıdır ki, nəqliyyat vasitələrinin iştirakı ilə baş vermiş sığorta hadisələrinin əksəriyyəti məhz sürücülər tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində baş verir. Yəni, hər hansı bir yol hərəkəti qaydasının pozulması, özündə həmçinin nəqliyyat vasitələrinin istismarı qaydasının pozulmasını da ehtiva edir, bu isə sığorta hadisəsinin baş verməsini, eyni zamanda sığorda ödənşinin verilməsindən imtinanı istisna edir. Sığorta marağı da məhz bu cür neqativ hallarda faydalanan şəxsin mənafeyini ifadə edir. Yəni, sığortalı öz əmlakınıməhz diqqətsizliyindən, “səhlənkarlığından”, “istismar qaydalarını pozma ehtimalının olmasında” yola çıxaraq sığortalayır. Əks halda, sığorta institutuna ehtiyac duyulmaz. Qanun imperativ olaraq diqtə edir ki, sığorta hadisəsinin olması iki halda istisna olunur: sığortalının hadisənin baş verməsində maraqlı olması – qəsdi və hadisənin təsadüfi olmaması. Hazırki halda bu qeyd edilən iki halın heç biri mövcud deyildir. Odur ki, məhkəmənin hüquqi mövqeyi əsassız və qanunsuzdur. Birinci instansiya məhkməsi qətnaməsini yalnız cavabdehin iddiaya etiraz ərizəsi üzərində əsaslandırmış, belə hesab etmişdir ki, əvvəla, sığorta hadisəsi yoxdur (guya ki, iddiaçı qeyrisəmimidir və nəqliyyat vasitəsinin istismarında səhlənkarlıq edib?!), ikincisi isə iddiaçı əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görməyib (qısaqapanmaya su ilə və ya torpaqla müdaxilə etməyib?!), yanğına münasibətdə seyrici mövqe tutub. Məhkəmə bu qənaətə gələrkən cavabdehin təqdim etdiyi hansısa videogörüntüyə əsaslanmışdır. Qətnamənin 5-ci səhifəsinin 3-cü abzasında və 6-cı səhifəsinin 3-cü abzasında həmin videogörüntüyə sübut kimi istinad edərək qeyd etmişdir ki, “Cavabdeh tərəfindən təqdim olunmuş videoçəkilişdən görünür ki, X10 cavabdeh ASC-yə vermiş olduğu izahatda yanğını söndürməyə cəhd etmədiyini və həmin zaman ərazidə olan digər şəxslərdən kömək istəmədiyini bildirir. O, izahatında eyni zamanda qeyd edir ki, yanğın ilkin mərhələdə zəif olmuş, əvəlcə tüstülənmə, daha sonra yüngül partlayış baş vermiş və partlayış şiddətli olmamışdır.... Bundan başqa iddiaçının iddia ərizəsində yanğının baş verməsi ilə bağlı qeyd etdikləri həm də o səbəbdən qeyri-səmimi görünür ki, iddiaçı cavabdeh şirkətə vermiş olduğu izahatında hadisə baş verdikdən sonra yanğını söndürməyə cəhd belə etmədiyini bildirsə də, məhkəməyə vermiş olduğu izahatda köməyə gələn insanlarla birlikdə yanğını söndürməyə çalışdığını, lakin bunu bacarmadığını qeyd etmişdir. Iddiaçının səsləndirdiyi bu 2 fikir isə bir-birinə zidd olmaqla iddiaçının hadisənin qarşısını almaqda nə dərəcədə istəkli olduğunu şübhə altına salır.” Nəzərinizə çatdırıram ki, məhkəmə qeyd edilən ifadə və izahatları haradan götürüb, hansı videogötüntüdən söhbət gedir, bu aydın deyildir. Əvvəla, qeyd edilən videogörüntü elektron məhkəmə kabinetində yoxdur, ikinci isə həmin videogörüntü ümumiyyətlə, məhkəmə iclasında tədqiq-müzakirə edilməyib, baxış keçirilməyib. Qanunvericiliyin imperativ tələbi ondan ibarətdir ki, qətnamə yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalı, həmin sübutlar tərəflərin iştirakı ilə tədqiq olunmalı, bununla da çəkişmə prinsipi təmin edilməldir. Nə məhkəmənin hazırlıq iclasında (ümumiyyətlə həmin mərhələdə sübutların tədqiqi nəzərdə tutulamyıb), nə də məhkəmə baxışı zamanı qeyd edilən videogörüntü tədqiq olunmayıb, lakin məhkəmə, qətnaməsini yalnız həmin çəkilişdəki hansısa 10 saniyəlik fikirlərlə əsaslandırıb. Bu isə kobud prosessual norma pozuntusudur. Hakim məhkəmə iclasından kənar, xidməti otaqda baxdığı videogörüntünü sübut kimi qətnamədə sadalaya və qətnamənin əsası kimi ona istinad edə bilməz.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə etiraz iddiaya etirazda qeyd olunan xüsusatlarla əsaslandırılmışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Iddiaçı X10 və onun nümayəndəsi X12 iştirak etdikləri məhkəmə iclaslarında apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, təmin olunmasını məhkəmədən xahiş etmişdirlər.

16. Cavabdehin nümayəndəsi X7 iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 888.1. Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir. Maddə 888.2. Əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olması) və çatışmazlığı, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər sığortalanır. Maddə 889.1. Sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə şəxsin maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir. Maddə 899.1. Sığorta müqaviləsi yazılı olaraq aşağıdakı hər hansı bir formada bağlanır: 899.1.1. tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə; 899.1.2. müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə; Maddə 899.2. Bu Məcəllənin 899.1.2-ci maddəsində nəzərdə tutulmuş halda sığorta şəhadətnaməsində sığorta predmetinin sığortalandığı risklər konkret olaraq sadalanmalıdır. Maddə 904.1. Sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir. Maddə 904.2. Sığorta məbləği icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilir. Maddə 905. Sığortalanan əmlak barəsində sığortaçıya sığortalı tərəfindən qəsdən yanlış məlumat verilməsinin sübut edildiyi hallar istisna olmaqla, tərəflər əmlakın sığorta müqaviləsində müəyyən edilmiş dəyərini mübahisələndirə bilməzlər. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Maddə 922.3. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. Maddə 923.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Maddə 924.1. Sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları bu Məcəllənin 924.2-ci maddəsi nəzərə alınmaqla, sığortalıdan tələb etmək hüququna malikdir. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Maddə 933.1. Sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; 933.1.3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər. Maddə 934.1. Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Maddə 935.1. “Icbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: 935.1.1. bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması; 935.1.2. bu Məcəllədə, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin müvafiq hadisənin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə hadisə ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətməsi; 935.1.4. sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri görmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı; 935.1.5. zərər dəymiş əmlakın sığortaçıya təqdim edilməsi ilə bağlı bu Məcəllənin 925.5-ci maddəsinə riayət edilməməsinin sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi; 935.1.6. bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması; 935.1.7. əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir. 935.1.8. baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi; 935.1.9. sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Məcəllənin 903.5-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda; 935.1.10. icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər hallarda. 935.2. Bu Məcəllənin 911.2-ci maddəsində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə tələb olunan məlumata sığortalının cavab verməməsinə baxmayaraq sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz. 935.3. Bu Məcəllənin 935.1.5-ci maddəsində müəyyən edilmiş hallarda sığortaçı zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olduqda belə, aşkar faktlarla sübut olunan həcmdə sığorta ödənişindən imtina edə bilməz. 935.4. Bu Məcəllədə, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığorta hadisəsi onun baş verməsinə yönələn, sığorta müqaviləsi üzrə sığortalı və (və ya) sığorta olunan hesab edilməyən faydalanan şəxsin qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verdikdə, həmin faydalanan şəxs sığorta ödənişini almaq hüququndan məhrum olur.

18. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”: Maddə 9.2. Sığortalının vəzifələri: 9.2.1. sığortalanma haqqında ərizədə qoyulan suallara doğru cavablar vermək; 9.2.2. sığorta haqqını sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə və miqdarda ödəmək; 9.2.3. sığortaçını sığorta hadisəsi barədə yazılı şəkildə məlumatlandırmaq. Bu vəzifə faydalanan şəxs tərəfindən də yerinə yetirildikdə qənaətbəxş hesab edilir; 9.2.4. sığorta müqaviləsi bağlanarkən sığortalanma haqqında ərizə formasında göstərilən və özünə məlum olan, sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat vermək; 9.2.5. Sığorta müqaviləsi bağlandıqdan sonra həmin müqavilənin qüvvədə olduğu müddət ərzində sığorta riskinin dəyişməsinə təsir göstərə bilən aşağıdakı hallar barədə bildiyi və ya bilməli olduğu tarixdən 5 iş günü müddətində bu barədə sığortaçıya yazılı məlumat vermək: 9.2.5.1. avtomobilin özgəninkiləşdirilməsi, onun icarəyə verilməsi və ya ona olan mülkiyyət hüquqlarının digər formada itirilməsi və ya məhdudlaşması; 9.2.5.2. nömrəli aqreqatların – mühərrik, şassi və banın dəyişdirilməsi; 9.2.5.3. avtomobilin dövlət qeydiyyatı haqqında sənədlərinin itməsi, oğurlanması və ya dəyişdirilməsi; 9.2.5.4. avtomobilin açarlarının və elektron aktivləşdirmə kartının itirilməsi və ya oğurlanması; 9.2.6. sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində avtomobilin bu Qaydaların 5.3-cü bəndində nəzərdə tutulmuş halda sığorta müqaviləsində sığorta olunan qismində göstərilməyən şəxslərə avtomobili idarəetmə hüququnun verilməsindən əvvəl qeyd olunan hallara görə sığorta təminatının sığorta müqaviləsinə daxil edilməsi üçün sığortaçıya yazılı məlumat vermək. Maddə 17.3. Sığorta hadisəsi onun baş verməsinə yönələn, sığorta müqaviləsi üzrə sığortalı və (və ya) sığorta olunan hesab edilməyən faydalanan şəxsin Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verdikdə, həmin faydalanan şəxs sığorta ödənişini almaq hüququndan məhrum olur. Maddə 17.4. Sığorta müqaviləsində bu Qaydalarda müəyyən edilmiş məhdudiyyətlərdən başqa digər məhdudiyyətlər nəzərdə tutula bilməz. Maddə 23.1. Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: 23.1.1. Zərər bu Qaydalarda nəzərdə tutulmuş sığorta təminatı verilməyən hallarla bağlı olduqda; 23.1.2. Bu Qaydaların 18.1-ci bəndinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçı hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olduqda; 23.1.3. aşağıdakı hallar istisna olmaqla, sığortalı, sığorta olunan və ya üçüncü şəxs zərər dəymiş avtomobili və ya digər əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməməsi nəticəsində sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etdikdə: 23.1.3.1. zərərin qarşısının alınması və ya həcminin azaldılması, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymiş əmlakın sonrakı itkilər üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadıqda; 23.1.3.2. sığortaçı sığorta hadisəsi barədə bu Qaydalarda nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan 5 iş günü müddətində onun nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədikdə; 23.1.3.3. digər hallarda zərər dəymiş əmlakın sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığortaçının yazılı razılığı olduqda; 23.1.4. sığortalı sığortalanmış avtomobilə dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün zəruri və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görmədikdə; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri görmüş olsaydı, zərərin məbləği həmin həcmdə azalmış olardı; 23.1.5. bu Qaydaların 23.2-ci bəndi nəzərə alınmaqla, sığortalının avtomobil, sığorta olunan və (və ya) sığorta hadisəsi barəsində sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçı sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olduqda; 23.1.6. avtomobilin sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxs zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən aldıqda. Zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda, sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir; 23.1.7. baş vermiş hadisə sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilmədikdə; 23.1.8. sığorta müqaviləsində sığorta haqqının hissə-hissə ödənilməsinin razılaşdırıldığı və ilk hissəsinin ödənildiyi halda növbəti hər hansı hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Qaydaların 14.3-cü bəndində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda. Maddə 23.4. Azərbaycan Respublikası Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığorta hadisəsi onun baş verməsinə yönələn, sığorta müqaviləsi üzrə sığortalı və (və ya) sığorta olunan hesab edilməyən faydalanan şəxsin qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verdikdə, həmin faydalanan şəxs sığorta ödənişini almaq hüququndan məhrum olur. Maddə 28.1. Sığortalıya bu Qaydalar əsasında aşağıdakı bəndlərin birində və ya bir neçəsində qeyd olunan risklər nəticəsində avtomobilə dəyə bilən zərərlərdən sığorta təminatı verilir: 28.1.5. yanğın və partlayış - a) yanğın – alovlanma mənbəyindən asılı olmayaraq maddi ziyan vuran yanma, o cümlədən yüksək temperaturun, yanğın məhsullarının, eləcə də yanğının söndürülməsi üçün istifadə olunmuş su, köpük və digər vasitələrin təsiri, habelə yanğının birbaşa təsiri; b) partlayış – qazların genişlənməyə meylliliyi nəticəsində böyük həcmdə enerjinin qısa müddət ərzində məhdud ölçülü məkandan sürətlə çıxaraq azad olması prosesi; Maddə 29. Sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində bu Qaydaların 28-ci bəndində nəzərdə tutulmuş risklərin baş verməsi nəticəsində sığortalanmış avtomobilə zərər dəyməsi faktı sığorta hadisəsi sayılır.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Şəxsiyət hüquqlarının müdafiəsi” haqqında ## ###### 2025-ci il tarixli, ** saylı qərarı: 4.13. Müqavilə tərəfinin əsas marağı iqtisadi xarakterli olduğundan bir qayda olaraq müqavilədən irəli gələn öhdəliklərin pozuntusu mənəvi zərərin yaranmasına səbəb olmur (məsələn, borc müqaviləsi üzrə borcun qaytarılmasından yayınma, alqısatqı müqavilələri üzrə alqı-satqı predmetinin dəyərinin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilməməsi və s.). Müqavilə öhdəliklərinin pozulması o halda mənəvi zərərin yaranmasına səbəb ola bilər ki, bu pozuntu eyni zamanda müqavilə tərəfinin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş olsun. Bu zaman müqavilədə onun predmetinin tərəf üçün qeyri-maddi dəyər daşımasına dair xüsusi şərtin nəzərdə tutulub tutulmamasından asılı olmayaraq, öhdəliyin pozulmasının şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələndiyi araşdırılmalıdır.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayəti ilə qətnamənin ləğv olunaraq iddianın təmin olunması tələb edildiyindən, qətnamə apellyasiya şikayəti və dəlillər üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Cavabdeh ASC sığorta ödənişinin verilməsindən imtina barədə ## ###### 2025-ci il tarixli məktubunu onunla əsaslandırır ki, avtomobil sahibi tərəfindən elektrik naqilləri qəza törədə biləcək vəziyyətdə idarə olunaraq yanğına səbəb olmuşdur, bununla da qanunvericiliyə (“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu) əsasən nəqliyyat vasitəsinin saxlanması və istismarı üçün tədbirlər görmək vəzifəsinə əməl etməmiş, bununla da yanğına öz qeyri – qanuni əməli ilə səbəb olmuşdur. Imtinanın hüquqi əsası kimi Mülki Məcəllənin 935.1.4-cü və “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 23.1.4-cü bəndinə istinad olunur.

23. Göründüyü kimi imtina məktubunda digər əsasa istinad edilmir, yalnız iddia ərizəsi ilə məhkəməyə müraciət olunduqdan sonra Cavabdeh ASC tərəfindən əlavə olaraq bildirilir ki, iddiaçı yüngül şəkildə başlayan yanğının genişlənməməsi üçün lazimi tədbirləri görməmiş, sadəcə polisə xəbər verməklə kifayətlənməmiş, avtomobilin qapağını açdıqda tüstüləmə görmüş, həmin tüstüləmə avtomobilin tam məhv olmasına qədər gətirib çıxarmışdır, halbuki həmin ilkin vəziyyətdə sürücü müəyyən önləyici tədbirlər görməklə (su tökmək, qumla yaxud torpaqla örtmək kimi) yanğının avtomobilin bütün hissəsini əhatə etməsinin qarşısını ala bilərdi. Qeyd olunan hallar imtina məktubunda əsas kimi qeyd olunmamış, yalnız avtomobil sahibinin nəqliyyat vasitəsinin saxlanması və istismarı üçün tədbirlər görmək vəzifəsinə əməl etməməsi dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün mümkün tədbirləri görməməsi kimi qiymətləndirilmişdir.

24. Məhkəmə kollegiyası ilkin olaraq imtina məktubunda göstərilən əsasa münasibətdə qeyd edir ki, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 28.1-ci maddəsində qeyd olunur ki, yanğın nəticəsində avtomobilə dəyə bilən zərərlərdən sığorta təminatı verilir. Eyni normada “yanğın” sözünün açıqlaması aşağıdakı qaydada verilir: yanğın – alovlanma mənbəyindən asılı olmayaraq maddi ziyan vuran yanma, o cümlədən yüksək temperaturun, yanğın məhsullarının, eləcə də yanğının söndürülməsi üçün istifadə olunmuş su, köpük və digər vasitələrin təsiri, habelə yanğının birbaşa təsiri.

25. Göründüyü kimi sığorta təminatı verilməli olan hal kimi yanğın hadisəsi həm qanunvericilikdə, həm də sığorta şəhadətnaməsinin “sığorta riskləri” bölməsində əksini tapmış və normada “alovlanma mənbəyindən asılı olmayaraq” ifadəsi xüsusi qeyd olunmuşdur.

26. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda əsasən nəqliyyat vasitəsinin saxlanması və istismarı üçün tədbirlər görmək nəqliyyat vasitəsi sahibinin vəzifələrinə aid edilsə də, bu hal sığorta ödənişinin verilməsindən imtinanın əsası ola bilməz. Ona görə ki, Qaydaların “Sığortalının vəzifələri” adlanan 9.2-ci bəndində də qeyd olunan hal (nəqliyyat vasitəsinin saxlanması və istismarı üçün tədbirlər görmək) bu vəzifələrə aid olunmamışdır.

27. Imtinanın digər əsasları isə ## ###### 2025-ci il tarixli məktubda qeyd olunmamış, iddia ərizəsinə etirazda əksini tapmışdır. Bu əsaslar ondan ibarətdir ki, yanğın hadisəsi baş verdiyi zaman X10 yanğını vaxtında söndürmək, əfnlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün mümkün tədbirlər görməli olduğu halda buna cəhd etməmişdir. Etirazda iddiaçının sığorta hadisəsi ilə bağlı verdiyi izahata istinad olunur.

28. Izahatla bağlı apellyasiya şikayətinin ilkin dəlili ondan ibarətdir ki, videogörüntü elektron məhkəmə kabinetində yoxdur, həmin videogörüntü nə məhkəmənin hazırlıq iclasında, nə də məhkəmə baxışı zamanı tədqiq olunmayıb, lakin məhkəmə, qətnaməsini yalnız həmin çəkilişdəki hansısa 10 saniyəlik fikirlərlə əsaslandırıb, hakim məhkəmə iclasından kənar, xidməti otaqda baxdığı videogörüntünü sübut kimi qətnamədə sadalaya və qətnamənin əsası kimi ona istinad edə bilməz.

29. Qətnamədə videogörüntüdə olan izahatlara istinad olunsa da, həqiqətən də bu sübutun hansı məhkəmə iclasında tədqiq olunması məhkəmə iclas protokollarında əksini tapmamışdır və buna görə də məhkəmə kollegiyası şikayətdə qeyd olunan bu arqumentlə razılaşır.

30. Buna baxmayaraq, iş materiallarına əlavə olunduğuna görə apellyasiya baxışında bu videogörüntüdə olan izahat dinlənilmişdir. Iddiaçının ## #### 2025-ci il tarixdə verdiyi izahatın məzmunu bundan ibarət olmuşdur ki, o, avtomobili işə salmış, 2-3 km getdikdən sonra tüstü çıxmağa başlamış, motorun sağ arxa tərəfində partlayış səsi gəlmiş, yanmağa başlamış, o, qırağa qaçmışdır. Məhz hadisənin bu cür təsvirindən sonra izahatı alan sığorta şirkətinin nümayəndəsi sual verir ki, (31:37) “söndürmək üçün yəni nəsə bir şey elədiniz?”, bundan sonra İddiaçı bildirir ki, “vallah cəhd eləmədim”. Göründüyü kimi Cavabdeh ASC etirazda yalnız iddiaçının “vallah cəhd eləmədim” cümləsinə əsaslanaraq “yanğını söndürməyə cəhd belə etmədiyini” qeyd edir. Halbuki, İddiaçı partlayış baş verənə kimi lazımi hərəkətləri etmiş, yalnız maşının tüstülədiyini və partlayış səsinin gəldiyini gördükdən sonra kənara çəkilmişdir. Cavabdehin arqumentinə görə iddiaçı maşının tüstüləndiyini gördükdən və partlayış olduqdan sonra öz həyatını təhlükə altına ataraq orada qalmalı və hər hansı hərəkətləri etməli idi. Halbuki, avtomobil alışmağa başlaması, partlayışın baş verməsi nəinki avtomobilin yanında, hətta müəyyən radiusda olan şəxslər üçün də təhlükəlidir və belə təhlükə mövcud olduğu halda sığortalının üzərinə orada dayanaraq yanğını söndürmək üçün cəhdlərin edilməsi vəzifəsinin qoyulması məntiqə uyğun olmayan bir arqumentdir və qanunvericiliyin tələblərinə ziddir.

31. Cavabdeh etirazında İddiaçı istintaq zamanı verdiyi verdiyi ifadə ilə sığorta hadisəsi ilə bağlı verdiyi izahat arasında ziddiyyətin olduğuna istinad etsə də bu arqument də öz təsdiqini tapmır. ## #### 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda iddiaçının ifadəsi bu formada qeyd olunur ki, “## #### 2025-ci il tarixdə saat 17 radələrində özünə məxsus idarə etdiyi “”BMV-535i” markalı, ** LC *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Goranboy rayonu, Qazanbulaq qəsəbəsi ərazisində hərəkətdə olarkən avtomobilin salon bölməsini tüstü bürüdüyünü, dərhal avtomobili yolun kənarında saxlayaraq mühərrikxananın qapağını açdıqda mühərrik bölməsində yanğın hadisəsi baş verdiyini görmüşdür. Köməyə gələn ətrafdakı insanlarla birlikdə yanğını söndürməyə çalışmışq, lakin buna nail ola bilməmişlər. ...” Hadisə zamanı oraya gəlmiş şəxslər X3 və X17 da şahid qismində dindirilərkən iddiaçının izahatı ilə eyni məzmunlu izahat vermişlər.

32. Cavabdeh həmçinin etirazında qeyd edir ki, iddiaçı onların fəaliyyətinə nəzarət həyata keçirən Mərkəzi Banka şikayət ərizəsi ilə müraciət etmiş, Mərkəzi Bank məsələni araşdırmış və Cəmiyyətimizin gəldiyi qərarla razılaşmışdır. X8 mkətubundan görünür ki, hər hansı araşdırma aparılmamış, yalnız sığortaçı tərəfindən məktubun göndərilməsi iddiaçıya bildirilmişdir.

33. Buna görə də məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddianın rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin iddia ərizəsinə etirazda göstərilən arqumentlərlə eyniyyət təşkil edən əsaslandırması işin hallarına uyğun gəlmir, qətnamə çıxarılarkən mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulmuşdur və bu hallar qətnamənin ləğvi üçün əsasdır.

34. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, etirazda göstərilən əsaslarla sığorta ödənişinin verilməsindən imtina edilməsi, birinci instansiya məhkəməsinin də bununla razılaşaraq iddianın rədd olunması ilə bağlı nəticəyə gəlməsi sığorta institutunun mahiyyəti və Mülki Məcəllənin əsas vəzifələrindən biri olan mülki dövriyyənin təmin edilməsi ilə ziddiyyət təşkil edir.

35. Iddiaçı şəhadətnamədə sığorta məbləğinin 43000 manat müəyyən olunmasını və avtomobilin tam məhv olmasını əsas gətirərək həmin məbləği tələb edir.

36. Işin hallarından görünür ki, Cavabdeh ASC tərəfindən sığorta aktı tərtib olunmuş, həmin aktda avtomobilin tam məhv olması, zərərin ümumi həcmi 32800 manat, 100 manat azadolma məbləği, avtomobilin qalıqları sığortalıda qaldığından 2500 manat çıxılmış və yekun məbləğ 30200 manat müəyyən edilmiş və iddiaçı da bununla razı olduğunu bildirərək aktı imzalamışdır.

37. Buna görə də, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddia qismən təmin olunaraq 30200 manat məbləğində pul vəsaiti Cavabdeh ASC-dən tutularaq iddiaçıya ödənilməlidir.

38. Iddianın mənəvi zərərin ödənilməsi hissəsinə münasibətdə məhkəmə kollegiası qeyd edir ki, tərəflər arasında münasibətlər müqavilə əsasında yaranmışdır.

39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi” haqqında ## ###### 2025-ci il tarixli, ** saylı qərarının 4.13-cü bəndində qeyd olunur ki, müqavilə tərəfinin əsas marağı iqtisadi xarakterli olduğundan bir qayda olaraq müqavilədən irəli gələn öhdəliklərin pozuntusu mənəvi zərərin yaranmasına səbəb olmur (məsələn, borc müqaviləsi üzrə borcun qaytarılmasından yayınma, alqısatqı müqavilələri üzrə alqı-satqı predmetinin dəyərinin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilməməsi və s.). Müqavilə öhdəliklərinin pozulması o halda mənəvi zərərin yaranmasına səbəb ola bilər ki, bupozuntu eyni zamanda müqavilə tərəfinin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş olsun. Bu zaman müqavilədə onun predmetinin tərəf üçün qeyri-maddi dəyər daşımasına dair xüsusi şərtin nəzərdə tutulub tutulmamasından asılı olmayaraq, öhdəliyin pozulmasının şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələndiyi araşdırılmalıdır.

40. Lakin işin hallarından görünür ki, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin pozulsa da, bu pozuntu müqavilə tərəfinin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmir. Buna görə də iddia həmin hissədə rədd edilməlidir.

41. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı X10 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilsin. 30200 manat məbləğində pul vəsati Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq X10 ödənilsin. Iddia qalan hissələrdə rədd edilsin. Iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 133 manat məbləğində hissəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 66 manat məbləğində hissəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq X10 ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar