Məhkəmə qərarları › İş №2(3-6)-331/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-331/2026

13.04.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-331/2026 13.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: mənzilə köçürmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı İddiaçı, İddiaçı İddiaçı nümayəndəsi (vəkili) vəkil2 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsinə əsasən, iddia qismən təmin edilərək Cavabdeh ilə İddiaçı arasında Səadət Sarayında (Bakı Nikah evində) ## #### 2019-cu il tarixdə, *** nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından anadan olmuş ##.##.2020-ci il təvəllüdlü Hidayət-zadə Raul Anar oğlunun anası İddiaçı yanında saxlanılması, Cavabdeh ##.##.2022-ci il tarixdən başlayaraq ##.##.2020-ci il təvəllüdlü Hidayət-zadə Raul Anar oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi, Cavabdeh ##.##.2022-ci il tarixdən başlayaraq ##.##.2020-ci il təvəllüdlü Hidayətzadə Raul Anar oğlu üç yaşına çatanadək hər ay 120 manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ** saylı evin ** saylı mənzilinə dair X2 xüsusi mülkiyyət hüququ ##.##.2015-ci il tarixdə qeydə alınmışdır. Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan müəyyən olunur ki, ##.##.2020-ci il təvəllüdlü Hidayət-zadə Raul Anar oğluna qidaya qarşı pataloji reaksiyanın digər əlamətləri diaqnozu təyin edilmişdir. Bakı şəhəri Elşad Yəhyayev adına ** nömrəli tam orta ümumtəhsil məktəbi publik hüquqi şəxsinin *** saylı ##.##.2025-ci il tarixli arayışından müəyyən olunur ki, Hidayət-zadə Raul Anar oğlu Bakı şəhəri Elşad Yəhyayev adına ** nömrəli tam orta ümumtəhsil məktəbi publik hüquqi şəxsinin Azərbaycan bölməsinin 0a sinfində təhsil alır. Birinci instansiya məhkəməsində icraat İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hidayətzadə Raul Anar oğlu və anası X3 cavabdeh X2 məxsus, ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)- ***/*-**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh Cavabdeh ilə nikahın pozulması, övladının onun himaysində saxlanması və cavabdehdən onun xeyrinə aliment tutulmasına dair qətnamə qəbul edilmişdir. Rəsmi nikahlarından ## ### 2020-ci il tarixində Hidayət-Zadə Raul Anar oğlu dünyaya gəlmişdir. Hal-hazırda azyaşlı övladları onun valideynlərinə məxsus Bakı şəhəri, Buzovna qəsəbəsi, Albalılıq stansiyası ünvanında yaşayır. Lakin məlumdur ki, həmin ərazidə uşaq üçün müvafiq məktəbəqədər müəssisə (bağça) yoxdur. Bu səbəbdən də övladı məktəbəqədər müəssisəyə gedə bilməmişdir. Cavabdehin mülkiyyətində ünvan 1 əmlak mövcuddur. Bildirir ki, birgə nikah dövründə uzun müddət həmin ünvanda yaşamışlar. Sözügedən mənzil cavabdeh tərəfindən nikahdan əvvəl əldə edilsə də, hazırda azyaşlının qeydiyyatı məhz həmin ünvanda olduğundan, övladının həmin evə istifadə hüququ mövcuddur. Belə ki, övladı ilə hazırda yaşadığı evin şəraiti qənaətbəxş deyildir. Evdə ciddi nəmişlik və digər şərait uyğunsuzluqları olduğundan, uşaqda bir sıra sağlamlıq problemləri meydana çıxmışdır. Bundan əlavə, Hidayət-zadə Raul Anar oğlu hazırda Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən Elşad Yəhyayev adına ** nömrəli məktəbdən qeydiyyatdan keçmişdir ki, onun valideynlərinə məxsus ev həmin məktəbdən xeyli uzaq məsafədə yerləşir. Bu səbəbdən azyaşlı övladı hər gün uzun məsafəni qət etməli olacaq ki, bu da həm təhsilinə, həm də sağlamlığına ciddi mənada mənfi təsir göstərəcəkdir. Həmçinin bildirmək istəyir ki, Hidayət-zadə Raul Anar oğlunun sağlamlığında müəyyən problemlər olduğuna görə daimi müayinə və müalicə olunması üçün poliklinika qeydiyyatından keçməlidir, təbii ki övladının qeydiyyatı ünvan 1 ünvanında olduğu üçün həmin ərazidə poliklinikadan qeydiyyatdan keçməlidir. Hazırda yaşadıqları ərazidə tibbi yardım almaq imkanları da son dərəcə məhduddur. Belə ki, Raulun müəyyən heyvanlara və hazırda yaşadıqları evin həyətindəki bir sıra bitkilərə qarşı alergiyası vardır. Həmçinin böyrəyində kristal olduğundan anidən ağrısı tutduğu zaman bir ana kimi çıxılmaz vəziyyətdə qalır. Həmin əraziyə təcili tibbi yardım xidməti göstərilmir, xəstəxana kifayət qədər uzaqda yerləşir, hər hansı xəstəlik və ya qəfil sağlamlıq problemi yarandıqda, o, məcbur olaraq şəxsi vəsaiti hesabına taksi vasitəsilə həkim gətirməli olur. Bu isə, həm operativ tibbi yardımın gecikməsinə, həm də uşağın sağlamlığı üçün əlavə risklərin yaranmasına səbəb olur. Yuxarıda göstərilən halların nəzərə alınaraq, övladının daha normal şəraitdə böyüməsi, təhsil və tibbi xidmətlərdən yararlanması üçün azyaşlı övladının və özü İddiaçı cavabdehə məxsus ünvan 1 ünvanında yaşaması zəruridir. Uşağın azyaşlı olması, sağlamlıq problemlərinin mövcudluğu və istifadə hüququnun olduğu nəzərə alınaraq, onun tibbi xidmətlərin əlçatan olduğu Bakı şəhəri, Xətai rayonu üzrə qeydiyyatda olduğu mənzilə köçürülməsi zəruridir. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili vəkil1 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, mübahisəli mənzildə hazırda cavabdeh və böyük oğlu yaşayır. Hazırki vəziyyətdə iddiaçının oğlu ilə cavabdeh və oğlunun bir otaqlı mənzildə yaşaması qeyrimümkündür. Sonda vəkil1 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinə əsasən, iddiaçı X3 “Hidayət-zadə Raul Anar oğlu və anası İddiaçı cavabdeh X2 məxsus, ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi barədə” iddia tələbinin təmin edilməməsi və ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarına əsasən, iddiaçı Yeganə Hidayətzadə əmlakın mülkiyyətçisi Anar Hidayətzadənin ailə üzvü və ya digər qohumları siyahısına daxil deyildir. Belə ki, normada istifadə hüququ tanınan “digər qohumlar” tərkibinə daxil olan şəxslər dairəsi, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir, bu şəxslər isə qardaş, bacı, nəvə, baba, nənə, ögey ata, ögey ana və faktiki tərbiyəçidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı, Anar Hidayətzadənin keçmiş arvadı olmaqla, onun ailə üzvləri sırasına aid olmadığından, eləcə də yuxarıda sadalanan şəxslər kateqoriyasına aid edilmədiyindən, Yeganə Hidayətzadənin mübahisəli mənzilə istifadə hüququnun tanınmaqla mənzilə köçürülməsi barədə iddia tələbi məhkəmə tərəfindən təmin edilə bilməz. Məhkəmə, iddia tələbinin “Hidayətzadə Raul Anar oğlunun mübahisəli mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, Raul Hidayətzadə ##.##.2020-ci il təvəllüdlü olmaqla on dörd yaşı olmayan yetkinlik yaşına çatmayan şəxs olduğundan və məhkəmə qətnaməsinə əsasən o, anası Yeganə Hidayətzadənin yanında saxlanıldığından, onun yaşayış yeri anası Yeganə Hidayətzadənin yaşayış yeri hesab edilir. Hazırki halda da sonuncunun mübahisəli mənzilə köçürülməsi barədə tələbinin təmin olunmaması, iddianın qeyd olunan hissədə də (Hidayətzadə Raul Anar oğlunun mənzilə köçürülməsi) təmin edilməməsi üçün əsasdır. Məhkəmə gəldiyi nəticəsini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.2,152.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələrinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2012-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” ##.##.2013-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” ## ###### 2014-cü il tarixli Qərarına, “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2014-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı Hidayət-zad Yeganə Qalib qızı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hidayət-zadə Raul Anar oğlu və anası İddiaçı cavabdeh Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı “Hidayət-zadə Raul Anar oğlu və anası İddiaçı cavabdeh Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi barədə” iddia tələbi təmin edilməmişdir. Hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi qanunsuz və əsassızdır, həmçinin maddi və prossesual normalar düzgün tətbiq edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, iş üzrə əhəmiyyətli olan hallar tam və hərtərəfli araşdırılmamışdır. Məhkəmə sübutların qiymətləndirilməsi zamanı birtərəfli yanaşma nümayiş etdirmiş, iddiaçı tərəfindən təqdim edilən mühüm sübutlar isə əsassız olaraq qəbul edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi qətnamədə qeyd etmişdir ki, iddiaçı İddiaçı cavabdehin keçmiş həyat yoldaşı olduğu üçün yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvü hesab edilmir və bu səbəbdən mübahisəli mənzilə köçürülə bilməz. Lakin məhkəmə eyni zamanda iddiaçının azyaşlı oğlu Hidayət-zadə Raul Anar oğlunun da mübahisəli mənzilə köçürülməsi tələbini təmin etməmişdir. Bu mövqe qanunvericiliyə tamamilə ziddir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisinin uşaqları birbaşa ailə üzvü hesab edilir. Hidayət-zadə Raul Anar oğlu cavabdehin birbaşa bioloji övladı olmaqla, onun ailə üzvü statusuna malikdir və həmin mənzildə hazırda qeydiyyatda olmaqla istifadə hüququ vardır. Bu hüquq uşağın valideynləri arasında nikahın pozulması faktı ilə aradan qalxmır. On dörd yaşına çatmamış şəxsin yaşayış yeri onun qanuni nümayəndəsinin – yəni anasının yaşayış yeri hesab olunur. Hazırkı iş üzrə məhkəmə qətnaməsi ilə Hidayət-zadə Raul Anar oğlu anasının himayəsində saxlanılmışdır. Bu isə o deməkdir ki, azyaşlının yaşayış yeri hüquqi baxımdan anasından ayrı müəyyən edilə bilməz. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən bildirilib ki, guya mübahisəli mənzildə cavabdeh və onun digər oğlu yaşayır. Lakin bu iddianı təsdiq edən heç bir rəsmi sənəd, qeydiyyat arayışı, yaşayış faktını sübut edən dəlil və ya digər sübut məhkəməyə təqdim edilməmişdir. Buna baxmayaraq, məhkəmə qətnamədə həmin sübutsuz izahata istinad etmiş, halbuki iş materiallarında cavabdehin digər oğlunun faktiki olaraq həmin mənzildə yaşadığını təsdiqləyən hər hansı sübut mövcud deyildir. Bu isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə açıq ziddir. Bundan əlavə, cavabdehin digər oğlunun artıq yetkinlik yaşına çatdığı məlum olduğu halda, məhkəmə bu faktı araşdırmamış və qiymətləndirməmişdir. Halbuki hazırkı iş üzrə əsas diqqət yetirilməli olan şəxs azyaşlı Hidayət-zadə Raul Anar oğludur və onun maraqları öncəlik təşkil etməlidir. Məhkəmə qətnamə qəbul edərkən azyaşlı uşağın ən üstün maraqları prinsipini nəzərə almamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə, Azərbaycan Respublikası Konstitusiyanın müvafiq müddəalarına və uşaq hüquqlarına dair beynəlxalq konvensiyalara əsasən, məhkəmələr azyaşlılarla bağlı mübahisələrdə onların sağlamlığı, təhlükəsizliyi və normal inkişaf şəraiti əsas meyar kimi götürməlidir. Hazırda azyaşlı Raulun yaşadığı evin şəraitsiz olması, həmin şəraitin onun sağlamlığına və inkişafına mənfi təsir göstərməsi iddiaçı tərəfindən sübutlarla əsaslandırılmışdır. Evdə ciddi nəmişlik və digər yaşayış şəraitinin uyğunsuzluğu səbəbindən uşaqda bir sıra sağlamlıq problemləri meydana çıxmışdır. Həkim rəyi ilə də təsdiq olunur ki, uşağın həmin şəraitdə yaşamağa davam etməsi onun sağlamlıq vəziyyətini daha da ağırlaşdıracaq və mövcud xəstəliklərin kəskinləşməsinə səbəb olacaqdır. İddiaçı məhkəməyə hazırda yaşadığı evin qeyri-qənaətbəxş vəziyyətdə olmasını təsdiqləyən fotoşəkillər və video materiallar təqdim etmişdir. Lakin hakim bu sübutları prosessual qaydada araşdırmaqdan imtina etmiş, elektron sistemə yüklənmiş şəkillər olmasına baxmayaraq, qətnamədə həmin sübutlara qiymət verməmişdir. Məhkəmə iş üzrə həqiqətin müəyyən edilməsi üçün mübahisəli yaşayış sahəsinə yerində baxış keçirməklə yaşayış şəraitinin qiymətləndirilməsi üçün yerli baxış təyin edə və ya müvafiq ekspertiza keçirə bilərdi. Lakin məhkəmə bu prosessual imkanların heç birindən istifadə etməmiş, iş materiallarını hərtərəfli və obyektiv araşdırmadan qanunsuz qətnamə qəbul etmişdir. Yuxarıda göstərilənlərə əsasən, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız, sübutsuz və qanunvericiliyin tələblərinə zidd olmaqla, azyaşlı uşağın hüquq və mənafelərinin kobud şəkildə pozulmasına səbəb olmuşdur. Bu səbəbdən qətnamə ləğv edilməli, iş üzrə yeni, ədalətli və qanuni qərar qəbul edilməlidir. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqların, onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, siyasi baxışlarından, yaşayış yerindən asılı olmayaraq uşaqlar ayrı-seçkiliyə məruz qala bilməzlər. Ona görə də Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) vəkil1 etirazı onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ** saylı evin bir otaqlı ** saylı mənzili tam mülkiyyət hüquq ilə cavabdeh Cavabdeh məxsusdur. Həmin mənzildə cavabdeh böyük oğlu ilə birlikdə yaşayır. Hazırki vəziyyətdə iddiaçı, oğlu və cavabdehlə və onun əvvəlki həyat yoldaşından olan böyük oğlunun bir otaqlı mənzildə yaşaması qeyri-mümkündür. Bundan əlavə, əmlak bölgüsü ilə bağlı iddiaçı məhkəmədə iddia qaldırmış, birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi barədə qətnamə qəbul olunmuş və qətnamə qanuni qüvvəyə minmişdir. Hazırkı iş üzrə tərəflər arasında ailə münasibətləri 2019-cu ildə (2009-cu il #######ın #-dən sonra) yarandığından, iddiaçı ailə üzvü sayılmadığından iddia ona aid hissədə təmin edilə bilməz. Əlavə olaraq bildirilir ki, ##.##.2020-ci il təvəllüdlü Hidayət-zadə Raul Anar oğlunun anası X3 yanında saxlanılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. İddiaçının həmin mənzilə köçürülməsi mümkün olmadığından və anasının yanında saxlanılması qət edilmiş azyaşlı uşağın başqa bir mənzilə anasından ayrı köçürülməsi mümkün olmadığından, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsi və qətnamənin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edib izahatında göstərmişdir ki, mənzil 2015-ci ildən Cavabdeh mülkiyyətindədir. Onlar birgə nikah dövründə bu mənzildə yaşamışdırlar. Cavabdehlə aralarında başqa bir mənzilə dair bölgü olmuşdur. Cavabdeh Rusiya Federasiyasına qaçmaqla ona verilən əmlakların bölünməsinə razı olamışdır. Bölgüsü aparılan yeni tikili, Yasamalda, “Qlobal MMC” tərəfindən inşa olunan evdə yerləşir, binanın inşası tamamlanmamışdır. Cavabdeh mənzilin ona verilməsinə mane olur. Övladı mənzildə qeydiyyatdadır. Xəstə övladı hər gün iki saat yol gəlir ki, dərsə çata bilsin. Cavabdeh ona aliment ödəmir, uşağın xəstəliyi ilə bağlı ödəniş etmir. Cavabdeh Bakı Beynəlxalq Hava Limanında saxlanılaraq icra şöbəsinə gətirildikdən sonra aliment borcunu ödəmişdir. Cavabdeh 4 ildə bir dəfə də olsun uşağı ilə maraqlanmır. O, mənzildən çıxdıqdan sonra mənzildə yaşayış yoxdur. Cavabdeh hazırda onların boşanmalarının səbəbkarı olan qadınla başqa mənzildə yaşayır. O, yaşadığı mənzildən 2022-ci ilin aprel ayının 3-də çıxmağa məcbur olmuşdur. Cavabdehin birinci nikahından olan 22 yaşlı oğlu Türkiyədə təhsil almaqla yaşayır. Mənzil zal və yataq otaqlarından ibarətdir. Cavabdeh daim ölkə xaricində olur, mənzildə yaşamır, mənzil də boşdur. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi (vəkili) vəkil2 apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Cavabdeh rəsmi qaydada məlumat verilmiş, cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) X1 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi, apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13.Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. II. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. III.Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. IV. Heç kəsə bu maddənin III hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublkasının Mülki Məcəlləsi Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Maddə 27.3. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Maddə 9.1. Mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Maddə 29.1. Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 23.1. Nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır. Maddə 23.2. Nikahın məhkəmə qaydasında pozulması vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2013-cü il tarixli Qərarı 1.Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il #######ın #-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2014-cü il tarixli Qərarı 1.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. 2.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia təmin olunmadığından və apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçının və nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri onun övladı ilə birlikdə iddiaçının mülkiyyətində olan mənzilə köçürülməsi üçün əsas ola bilməz. Belə ki, mülki iş üzrə tədqiq olunmuş sübutlardan müəyyən olunur ki, iddiaçı cavabdehlə 2019cu ildə nikaha daxil olduqdan sonra cavabdehin nikahdan əvvəl, 2015-ci ildə əldə etməklə mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsi, ** saylı evin ** saylı mənzilinə köçmüş, bu mənzildə tərəflərin birgə nikahlarından 2020-ci ildə bir övladları anadan olmuş, tərəflərin ailə nikah münasibətləri pozulduğundan iddiaçı 2022-ci ilin aprel ayında övladı ilə birlikdə yaşadığı mənzili tərk edərək valideynlərinin mənzilinə qayıtmış, 2023-cü ildə tərəflərin nikahları pozulmuş, birgə nikahlarından olan Hidayət-zadə Raul Anar oğlu nikah pozulduqdan sonra anasının yanında saxlanmışdır. Hazırda iddiaçı himayəsində saxlanılmış Hidayət-zadə Raul Anar oğlunun cavabdehin ailə üzvü olması, Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsi, ** saylı evin ** saylı mənzilində qeydiyyatda olduğundan həmin mənzilə istifadə hüququnun olması, yaşadığı evin şəraitinin yetkinlik yaşına çatmayanın səhhətinə uyğun olmaması, təhsil aldığı məktəbdən uzaq olması səbəbindən cavabdehin mülkiyyətində olan mənzilə anası, yəni iddiaçı ilə birlikdə köçürülməsini tələb edir. Kollegiya qeyd edir ki, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən mənzil qanunvericiliyinin tələblərinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək hüququ saxlanılmadığından, tərəflər arasında bağlanmış nikaha xitam verildiyindən və onlar arasında nikaha xitam verildikdən sonra iddiaçının himayəsində saxlanılan övladı ilə birlikdə cavabdehin mülkiyyətində olan mənzildən istifadə edə bilməsi üçün hər hansı bir razılaşma olmadığından, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerlərinin himayələrində olduqları valideynlərinin yaşayış yeri olduğundan iddiaçının övladı ilə birlikdə həmin mənzildən istifadə etmək hüququna artıq xitam verilmişdir. Bundan başqa tərəflərin ailə nikah münasibətləri pozulduqdan sonra iddiaçının övladı ilə birlikdə cavabdehin mülkiyyətində olan mənzili daimi olaraq başqa ünvanda, yəni valideynlərinə məxsus evdə yaşamaq məqsədi ilə tərk etməsi, 2022-ci ildən etibarən mənzildə yaşamaması onun övladı ilə birlikdə iddiaçının mülkiyyətində olan mənzildən istifadə etməyə ehtiyacının aradan qalxması qənaətinə gəlmək üçün əsasdır. Beləliklə də, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün təqdim olunmuş sübutları tam, hərtərəfli araşdıraraq iddia tələbini rədd etməklə düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar