Məhkəmə qərarları › İş №2(3-6)-3313/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-3313/2026

01.09.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-3313/2026 01.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, iddiaçı Nəsimi Rayon İcra Hakimiyyətinin cavabdeh Cavabdeh qarşı “cavabdehin özünün və ailə üzvlərinin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı RİH iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi haqqında” ərizə ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, A.Məhərrəmov küçəsi, ** saylı evdə yerləşən ** saylı mənzilindən cavabdehin özünün və ailə üzvlərinin istifadə hüquqlarının olmamasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan mənzil dövlət mənzil fonduna aid olmaqla Bakı Şəhəri Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Cavabdeh və cavabdehin ailə üzvləri məcburi köçkün kimi həmin mənzildə 1992-ci ildən yaşayırlar. Cavabdehin ailə üzvləri ilə birlikdə həmin mənzildə məskunlaşaraq yaşaması üçün əsas olmuş hallar aydınlaşdırıldıqda, cavabdeh, bunun üçün ona qonşu Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş ##.##.2009-cu il tarixli, ****** nömrəli orderə istinad etmişdir. Verilmiş sorğuya Yasamal RİH tərəfindən bildirilmişdir ki, həmin order və orderin verilməsinə əsas olmuş sənələr Yasamal RİH-tə aşkar edilməmişdir və bununla bağlı Azərbaycan Respublikasının Milli Arxivinə müraciət edilməsi tövsiyə edilmişdir. Milli Arxiv İdarəsinə edilmiş müraciət də nəticə verməmişdir. Bundan sonra, qeyd edilən məsələ ilə bağlı Bakı şəhəri Nəsimi rayon Prokurorluğuna müraciət edilmişdir. Müraciət əsasında aparılmış araşdırmanın nəticəsində toplanmış material üzrə ##.##.2025-ci il tarixdə “cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Qərarda qeyd edilmişdir ki, cavabdehin adına verilmiş “order” saxtadır və buna görə də, onun həmin “order” əsasında yuxarıda göstərilən ünvana olan yaşayış yeri üzrə qeydiyyatı ləğv edilməlidir. İddiaya dair mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnamə ilə iddianın təmin edilməsini, cavabdehin və onun ailə üzvlərinin Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, A.Məhərrəmov küçəsi, ** saylı evdə yerləşən ** saylı mənzilindən istifadə hüquqlarının olmamasını müəyyən edilməsini qət etmişdir. Qətnamənin nəticə hissəsində Rayon Məhkəməsi həmçinin qeyd etmişdir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdehin özünün və ailə üzvlərinin həmin ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxırılması üçün əsas hesab olunacaq. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə əsasən işə baxan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, yuxarıda qeyd edilən və iddia ərizəsində təsvir edilmiş məsələ ilə bağlı iddiaçı Nəsimi RİH tərəfindən Nəsimi rayon Prokurorluğuna müraciət edilmişdir. Müraciət əsasında aparılmış araşdırmanın nəticəsində toplanmış material üzrə ##.##.2025-ci il tarixdə “cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Qərarda qeyd edilmişdir ki, cavabdehin adına verilmiş “order” saxtadır və buna görə də, onun həmin “order” əsasında yuxarıda göstərilən ünvana olan yaşayış yeri üzrə qeydiyyatı ləğv edilməlidir. Lakin hazırkı mülki işin materiallarından görünür ki, işə baxmış Rayon Məhkəməsi həmin halların mövcudluğunu nəzərə almamış, iddia ərizəsi əsasında icraatı başlanmış mülki işə baxaraq iddianın təmin edilməsini qət etmişdir ki, Məhkəmə bu nəticəni düzgün hesab etmir. Çünki Nəsimi rayon Prokurorluğunun həmin qərarı ləğv edilməmiş, qanuni qüvvəsini almışdır. Məhkəmə bildirir ki, iddiaçı, həmin qərarda müəyyən edilmiş hallarla razıdırsa və məhz həmin hallardan çıxış etməklə cavabdehə verilmiş orderlə bağlı müvafiq tədbirlərin görülməsini istəyirsə, bunun üçün ayrıca mülki iddia ilə məhkəməyə müraciət edilməsinə zərurət yoxdur. İddiaçı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda göstərilən hallardan irəli gələn məsələlərlə bağlı müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti polis orqanına müraciət edə bilər. Başqa sözlə hazırkı iddia tələbinə məhkəmə qaydasında baxılmalı deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin mənasına görə isə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddia ərizəsi əsasında başlanılmış iş üzrə icraata xitam verir. Odur ki, göstərilənlərə əsaslanan və Mülki Prosessual Məcəlləsinin 261, 384, 402ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDI: Cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli qətnamə ləğv edilsin. İddiaçı Nəsimi Rayon İcra Hakimiyyətinin cavabdeh Cavabdeh qarşı “cavabdehin özünün və ailə üzvlərinin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə izah edilsin ki, o, Bakı şəhəri Nəsimi rayon Prokurorluğu tərəfindən ## ###### 2025-ci il tarixdə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında göstərilən məsələlərlə, yəni hazırkı iş üzrə cavabdehin özünün və ailə üzvlərinin mübahisəli ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları ilə bağlı müvafiq tədbirlərin görülməsini istədiyi halda, aidiyyəti üzrə polis orqanına müraciət edə bilər. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar