Məhkəmə qərarları › İş №2(3-6)-345/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-345/2026

22.07.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycanRespublikasıadından Qətnamə Bakışəhəri İş№2(3-6)-345/2026 22.07.2026 BAKIAPELLYASIYAMƏHKƏMƏSI Iddiaçılar İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: maddi zərərin ödənilməsi) Fuad Vahid oğluQəşəmzadəninkatibliyi, Iddiaçıİddiaçıiştirakıilə, Işin halları

1. Iş materiallarında olan Sabunçu RPI-nin 15-ci PB-nin cinayət işinin başlanmasının rədd edilməsi barədə ## ##### 2025-ci il tarixli qərarına əsasən, qərarın təsviri hissəsində göstərilənlərə əsasən vətəndaş X8 müraciəti əsasında toplanmış material üzrə cinayət işinim başlanması rədd edilmişdir. Həmin qərarın məzmunundan görünür ki, “Təhqiqat araşdırması zamanı vətəndaş İddiaçı izahat verərək bildirmişdir ki, 10 ildə artıq bir müddətdir ailəvi tanıdığı və çox güvəndiyi bir birlərin bütün xeyr və şər işlərində iştirak etdikləri bacı qədər ona doğma olan X1 qısa müddət ərzində tanıdığı və yeni ailə həyatı qurduğu Cavabdeh ona özünü keçmiş huquq işçisi, polis işçi, bank işçisi (başqa şəxslərə özü bank mudr kimi) və Nardaran qəsəbəsi ərazisində torpaq alqı satıqısı və tikinti işləri ilə məşgul olan şəxs kimi təqdim etmişdir. Nümunə olaraq başqa ortaq tanışlarına bır necə torpaq sahəsini necə aldığı və tikinti işlərini başlatdığını göstərib etmadını qazanmağa çalışmışdır. Lakin onun yenədə tərəddüləri görən Samir və rəfiqəsi Samirə mütamadi olaraq ona sözü gedən ərazidən müxtəlif torpaq sahələrini olduğunu bildirərək israr etkdə hər birinə müxtəlif bəhanə gətirərək istəmədiyini bildirmişdir. Lakın ## ### 2024 tarixində Samir vatsap nömrəsinə Nardaran ərazisində yerləşən 5 sot torpaq sahəsinin hasarının çölüdən olmaqla şəkil və video görüntülərini çəkərək göndərib qiymətinin 18000 manat və əlavə olaraq 500 manat sənədləşmə xərci oldugunu deyib bu torpaq sahəsini almasını israr edib inadırmağa çalışmış ki, peşman olmayacaqsan. Ödəniş etmədən əvvəl torpaq sahəsinə baxış keçirmək istəsə də,ərazinin giriş darvazasına müxtair açarları salaraq darvazanın açılmadığını bəhana gətirərək həmin torpaq sahəsini ona göstərməmişdir. Lakin o, ərazinin yaxınlığından yüksək gərginlik efektirik xəttinin keçdiyini irad tutub və bunun gələcəkda problem yaradacağını ona bildirdirsə də Samir ona “narahat olma mən burada olandan sonra kimsə sənə heç kim problem yarada bilməz” deyərək, işiq, su xətlərinin çəkilişini (ümumiyyətlə sözügedən torpaq ərazisində yarana biləcək bütün problemləri həllini) hamısını üzərinə götürmüşdür. Nəhayət onu razı saldıqdan sonra faktiki yaşayış yeri olan Binəqədi rayonu, Biləcəri qəsəbəsində evinə yoldaşı Samirə ilə gələrək ondan on beş min manat torpaq üçün (yerdə qalan üç min manatı qısa zamanda odamayım şərti ilə) beş yüz manatı isə sənədləşmə işlərinin icrası uçün almışdır. Qarşılığında sənəd olaraq ona Sabunçu rayonu Nardaran bələdiyyəsi tərəfindən qızı X2 adına verilmiş "Fiziki şəxsin uçotu haqqında şəhadətnamə, müqavilə və ərazinin yaşayış koordinatları sənədlərini vermişdir. Lakin o, bundan sonra ərazinin qayalıq ərazisi olduğunu görmüşdür. Tikiləcək olan bünövrənin necə qazılacağını sorusduqda “bilimirəm ustalardan öyrənib sənə deyərəm” dedikdə artıq anlamışdır ki, Samirin heç bir tikinti anlayışı yoxdur və ona vəd etikləri yalandır və ustalardan aldığı məlumta görə daşlar qaya üzərinə sement məhlulu ilə bərkidiləcəyini dedikdə buna etiraz etdiyini bildirmişdir. Çünki özü inşaat işi ilə məşgul olduğundan bunu tikinti normalarina zidd oldugunu qeyd etmişdir. Cavabdeh öncə bunun xüsusi texnika vasitəsi ilə qazmaq olar lakin bunun üçun üç min manat əlavə vəsait verməlisən deyəndə o, etiraz edib “işi dayandır, istəmirəm, torpağı satıram” dedikdə onu sakitləşdirmək məqsədi ilə ustalar əlavə olaraq 300 manat verib qazdıracağını vəd etdiyi halda onun icazəsı olmadan ona tikinti işləinin icrası üçün verdiyi vəsaitin üç min manatını qayalıq ərazidə qazılmasına sərf etdiyini demişdir. Tikinti işlərinin icrası üçün müxtəlif vaxtlarda Samir ondan altı min ABŞ dollar nağd şəkildə (yaxını Yaqubov Elmar vasitəsi ilə göndərmişdir), iki min manat (Əliyeva Samirənin ABB kartına) və üç yüz on manat (tanımadığı şəxsin kartına) köçürmə yolu ilə pul vəsaitini, iki min altı yüz manatlıq tikinti materialları qaimə faktura ilə təhvil alsada vəd verdiyi tikinti işlərini cuzi hissəsini icra etdirmişdir. Görülən tikinti işləri isə tamamilə yarasız, inşaat normalarına uyğun olamayan ucuz materillardan istifadə olunmaqla matiallardan oğruqlara, şişirdiliş işçilik, təqdim olunan layihədə yanlışlıqlara yol verməklə əlavə beton itkisinə və işçiliyə səbəb olmaqla icra edilmişdir. O, bunlara etiraz edib və xərclənmiş pulların hesabatını tələb etsə də bu günə qədər hələ Samir ona sözügedən hesabatı təqdim etməmişdir. Qeyd etmişdir ki, tikiləcək fərdi yaşayış evinin bünövrəsinə qoyulacaq olunan armaturlar qoyulmadığı həmin ərazidədə yoxdur. Tikintinin hörgüsundə istifadə olunan daşları ona hesabatda göstərilən deyil ucuz nəmişliyə davamsız va 80 faizi qırıq daşlardan istifadə olunmuş və heç bir inşaat normaları gözlənilmədən inşa edilmişdir. Aylardır Samir və yaxın rəfiqəsi Samiradan dəfələrtə xahiş etsə də heç bir nöqsan aradan qaldınılmayıb, əksinə Samir tərəfindən hörmətsizlik və saymazlıq görmüşdür. Şikayətində qeyd etdiklərinin hamısını qəbz, qaimə faktura və vatsapp yazışmaları və səs ilə sübut edə bilir. Qeyd etmişdir ki, Samir tək ona yox ortaq tanışlarına da torpaq almaq adı ilə külli miqdarda zərər vurmuşdur. Qeyd olunalan nəzərə alaraq Cavabdeh ondan aldığı 33 min 110 manat miqdarda pulunb ödənilməsində köməklik edilməsini, aylardı bu qədər güvəndiyi insanlar tərəfindən aldadılması və səhhətinə çox pis təsir edib. Keçirdiyi stress və narahatçılıqlar normal həyat fəaliyyətinə, ailəsində, iş çevrəsindəkı insanlara münasibətinə mənfi təsir göstərir. Tənha ana olmasını nəzərə alınmasını xahiş etmişdir. Təhqiqat araşdırması ilə bağlı vətəndaş İddiaçı icraata daxil olmuş şikayət ərizəsı ilə əlaqədar hadisə yerinə baxış keçirilərək fotoşəkillər çəkilib protokola əlavə edilmişdir. Təhqiqat araşdırması zamanı vətəndaş Cavabdeh izahat verərək bildirmişdir ki, İddiaçı ailə həyatı qurduğu X1 yaxın rəfiqəsi olub. Xalidə Sabunçu rayonu, Nardaran bağları Ə.Şıxlinski küçəsinə yerləşən bağ evinə hər dəfə gələn zaman bağ evinin yanı onun xoşuna gəlməsini bildirib ona da torpaq sahəsı almasına köməklik etməsini xahiş etdikdə ona torpaq sahəsi tapdıqdan sonra ona xəbər edəcəyini bildirib maklerlərə torpaq alması ilə bağlı soraxlaşmasını xahiş etmişdir ##.##.2024-cü il tarixdə bağ evinin yaxınlığında yarı hissəsi qayalıq olan 5 sot torpaq sahəsi tapdıqdan sonra Xalidəyə zəng etmişdir. Xalidə evinə gəlib onunla birlikdə torpaq sahəsində baxdıqda xoşuna gəldikdən sonra onun yaninda torpağın sahibi adını xatırlamadığı şəxslə danışıb hasara alınmış 5 sot torpağı almaq üçün 18.000 min manata razılaşmışlar. Xalidə ona 15.000 min manatinin oldugunu və 3000 min manatı sora verəcəyini söz verdikdən sonra o həmin şəxsə zəng etmişdir. Onunla razılaşıb Xədicədən 15.000 min manatı alıb həmin şəxsə vermişdır. Sonra həmin günün səhəri torpağı qızı X2 adına sənədləşməsi üçün 500 manat alıb Zahirənin adına sənədləşdirib, bir neçə gündən sonra Xalidə torpağı aldığı şəxsin kart hesabına 2500 manatı ödəmişdir. Bir müddət keçdikdən sonra Xalidə ona həmin torpaq sahəsində bağ evi tikmək istəməsini bildirdikdə o, tanış usda olan Etibar adlı usdaya zəng edib həmin bağ evinin tikinti işlərini görməsini demişdir. ##.##.2024-cü il tarixdə Xalidə tikəcəyi bağ evinin prayektyini ona göndərdikdən sonra prayekti Etibara gösdərən zaman bağ evinin tikintisi üçün 30 min manat xərclənəcəyi barədə mesaj göndərmişdir. 2024-cü ilin may ayının sonlarında mərhum atası Əliyev Tahir Əlibala oğlu ağır yataq xəstəsi olduğu üçün Xalidənin tikintisi ilə məşğul ola bilməmişdir. ##.##.2024-cü il tarixdə Xalidəyə bağ evinin tintisi üçün siyahını göndərdikdən sonra ora material alıb göndərmişdir. Həmin günün səhəri Xalidənin həyat yoldaşı Elmar 6000 ABŞ dolları (10.200 manat) pulu ustaya və prarafa verməsi üçün gətirib ona vermişdir. Elmarın ona verdiyi puldan qayanın qazılmasına, tikinti materiallarının alınmasına və ustaya verdikdə siyahısını tutub xərclədiyi pulu qeyd etmişdir. Xalidə tikintinin əlavə xərcləri üçün kart hesabına 2000 manat pul göndərmişdir. O, yenidən onun göndərdiyi puldan ustalara və tikinti işlərinə xərcləmişdir. Hər dəfə tikinti işlərinin şəklini Etibar usta ona göndərdikdə o da Xalidəyə və Elmara göndərmişdir. Bir müddət sonra Etibarın gördüyü beton işində nöqsan aşkar etdikdə Xalidəyə və Elmara bu barədə məlumat vermişdir. Onlar gəlib həmin yerə baxış keçirib Etibar usta ilə Elmar onun bağ evində oturub, telefonla danışıb görüş təyin etdikdən sonra Xalidə, o, Etibar və Elmar görüşmüşlər. Söhbət zamanı Etibar gördüyü işdəki nöqsanların aradan qaldırılacağını söz verdikdən sonra Xalidə Elmara bağ evinin tikintisi onların dediyi istiqamətdə olacağını bildirib, tikinti daşının xoşlarına gəlmədiyini deyib, daşları söktükdən sonra onlara xəbər verməsini demişdir. O, Etibara zəng edib daşı sökməsini xəbər aldıqda hər dəfə sökəcəyini bildirsə də, onu aldatdığı üçün onun Nardaran qəsəbəsində yerləşən evinə getmişdir. Evdə onun atası və özü ilə görüşüb söhbət etdikdən sonra bir neçə gündən sonra Etibar gəlib daşları söküb ona xəbər edərək Elmarın telefonla cavab vermədiyini bildirdikdən sonra həmin yerə gedib sökülmüş daşların şəklini çəkib Elmara göndərmişdir. Bundan Əlavə material üzrə araşdırmanın tam, hərtərəfli və obyektiv aparılmasını təmin etmək məqsədilə, Elmar adlı şəxsin şəxsiyyətini, yerini, eyni zamanda hadisə şahidlərinin müəyyən edilərək izahatlarının alınması üçün 15-ci PB-nə təlimat verilmişdir. Bundan əlavə hadisə yerinin yaxınlığında və ya ətraf ərazidə müşahidə kamerasının olubolmaması yoxlanılmaqla buistiqamətdətədbirlərgörülməsinədairtapşırıqverilmişdir.Lakinprosesinqanunvericiliklə tədqiqat araşdırılmasına ayrılmış müddət ərzində müsbət nəticə əldə olunmamışdır. Toplanmış material ##.##.2024-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanması rədd edilmiş, lakin qərar ##.##.2025-ci il tarixdə Sabunçu rayon prokurorluğu tərəfindən ləğv olunaraq təkrar araşdırmanın davam etdirilməsi üçün ##.##.2025-ci il tarixdə icraatına daxil olmuşdur. Təkrar araşdırma zamanı ləğv qərarında göstərilən xüsusatlar hərtərəfli və obyektiv aparılmasını təmin etmək məqsədilə usta işləyən Etibar adlı şəxs və hadisə şahidlərinin müəyyən olunması üçün barələrində aidiyyəti əməkdaşlara tapşırıqlar verilmiş, lakin posessual qanunvericiliklə təhqiqat araşdırmasına ayrılmış müddət ənizində müsbət nəticə əldə olunmamışdır. Beləliklə də, aparılmış təhqiqat araşdırma zamanı müəyyən edilmişdir ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material uzrə əməldə cinayət tərkibi yoxdur. Tərəflər arasında olan mübahisə mülki xarakterli olduğundan məhkəmə orqanına müraciət olunması məqsədə müvafiqdir.Odurkitoplanmışmaterialüzrəcinayətişininbaşlanmasırəddedilməlidir.”

2. Iddiaçı tərəfindən təqdim edilmiş ödəniş qəbzlərinin surətindən müəyyən edilir ki, ##.##.2024-cü il tarixli qəbzə əsasən, 1000 manat ************ nömrəli kart hesabına, ##.##.2024-cü il tarixli qəbzə əsasən, 500 manat 4098************ nömrəli kart hesabına, ##.##.2024-cü il tarixli qəbzə əsasən, 2000 manat vəsait 5167************ nömrəli kart hesabına ödənilmişdir.

3. Cavabdeh tərəfindən təqdim edilmiş ödəniş qəbzlərinin surətindən müəyyən edilir ki, ##.##.2024-cü il tarixli qəbzə əsasən 1200 manat, ##.##.2024-cü il tarixli qəbzə əsasən 950 manat, ##.##.2024-cü il tarixli qəbzə əsasən, 200 manat, ##.##.2024-cü il tarixli qəbzə əsasən, 310 manat, ##.##.2024-cü il tarixli qəbzə əsasən, 800 manat vəsaitlər 523915**********nömrəlikarthesabınaödənilmişdir.

4. Cavabdeh tərəfindən təqdim edilmiş “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli ********* nömrəli qaimədən görünür ki, müxtəlif tikinti materiallarının alınması üçün 2658,60 manatvəsaitödənilmişdir.

5. “xxxx” ASC məhkəmənin sorğusuna ****/***/***** nömrəli, ##.##.2025-ci il tarixli məktubla cavab ünvanlayaraq, X4 məxsus **************** nömrəli kart hesabından ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək olan çıxarışı məhkəməyə təqdim etmişdir.

6. Iddiaçı tərəfindən təqdim edilən və məhkəmə baxışında tədqiq olunmuş yazışmaların fotoşəkillərindən və səs yazılarından cavabdehin iddiaçıya onların evinə bitişik, sotu 2000 manatdan torpaq satıldığını bildirməsi, iddiaçının 2000 manat vəsaiti cavabdehə atması, cavabdehin daşları kəsdirdiyini, torpağı satmaq fikri olarsa daşlarla birlikdə sata biləcəklərini, hər yerin bağlı olduğunu, bir neçə usta ilə işlədiyini bildirməsi, iddiaçının isə bünövrənin düzgün qurulmamasından narazılıq etməsi, ilk vaxtdan gəlib torpağa baxmamaqla səhv etdiyini bildirməsi, cavabdehin ona istəyərsə bünövrənin yenidən qazıla biləcəyini, su xəttinin onlar tərəfdən çəkiləcəyini, su quyusu qoyulmasına zərurət olmadığını, bir müddət sonra isə 40 günü ilə əlaqədar başının yasa qarışması, lakin Elmar adlı şəxslə danışacağını, lazm gələrsə hər şeyin sökülüb təzədən tikiləcəyini, iddiaçının narahat olmamasını bildirməsi müəyyən edilir. Danışıqlar zamanı cavabdeh iddiaçıya torpaq sahəsinin ilkin vəziyyətinin videogörüntüsünü,dahasonragörülənişlərləbağlıqeydlərininfotoşəkillərinigöndərmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "maddi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh tərəfindən vurulmuş ziyana görə 16.610 (on altı min altı yüz on) manatı, iddiaçı tərəfindən hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə ödənilmiş və məhkəməyə müraciət etmək üçün dövlət rüsumu olaraq ödənilmiş 140 (yüz qırx) manatın cavabdehdən tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə qətnaməqəbuledilməsinixahişetmişdir.

8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı 10 ildən artıq bir müddətdir ailəvi tanıdığı və çox güvəndiyi, bir-birinin bütün xeyir və şər işlərində iştirak etdiyi, bacı qədər ona doğma olan X1 yeni ailə həyatı qurduğu cavabdeh Cavabdeh özünü müxtəlif sahələrdə təcrübə sahibi kimi təqdim etmişdir. O, keçmişdə hüquq işçisi, polis işçisi, bank işçisi (başqa şəxslərə bank müdiri olaraq) və Nardaran qəsəbəsində torpaq alqı-satqısı və tikinti işləri ilə məşğul olduğunu bildirərək İddiaçı bu sahələrdə fəaliyyət göstərdiyini söyləmişdi. Həmçinin, bir neçə ortaq tanış vasitəsilə, bir neçə torpaq sahəsinin alqı-satqısını necə həyata keçirdiyini və tikinti işlərini başlatdığını nümayiş etdirib. ## ### 2024-cü ildə cavabdeh Cavabdeh, İddiaçı WhatsApp nömrəsinə Nardaran ərazisindəki 5 sot torpaq sahəsinin şəkillərini və video görüntülərini göndərib. Həmin torpağın qiymətini 18,000 manat, sənədləşmə xərclərinin isə 500 manat olduğunu bildirib və onu bu torpaq sahəsini almağa inandırmağa çalışıb. O, ödəniş etməzdən əvvəl torpağa baxış keçirmək istəyib. Lakin Samir, ərazinin giriş darvazasının açılmadığını bəhanə edərək, torpağı ona göstərməyib. O, torpağın yaxınlığından yüksək gərginlikli elektrik xətti keçdiyini və bu problemin gələcəkdə ortaya çıxa biləcəyini vurğulamışdı. Lakin Samir, narahat olmamağı və işıq, su xətlərini və bütün digər problemləri həll edəcəyini bildirmişdir. Sonra Cavabdeh onu razı salmağa müvəffəq olub və həyat yoldaşı Samirə ilə birlikdə Binəqədi rayonu, Biləcəri qəsəbəsindəki evlərinə gəlmişdilər. Samir və Samirə ondan 15,000 manat pul almışdılar, bununla da 3,000 manatlıq qalan borcun qısa zamanda ödəyəcəyini bildirmişdi. Həmçinin, 500 manat sənədləşmə üçün alınmış və qarşılığında ona Sabunçu rayonu, Nardaran bələdiyyəsi tərəfindən qızının adına verilmiş “Fiziki şəxsin uçotu haqqında” şəhadətnaməsi, müqavilə və ərazinin koordinatları təqdim olunub. Lakin, sonradan ərazinin qayalıq olduğunu müşahidə edib. Tikintinin necə aparılacağı ilə bağlı soruşduqda isə Samir, "bilmədiyini, ustalardan öyrənib ona bildirməyi" söyləyib. Bu an o, Samirin tikinti ilə bağlı heç bir təcrübəsinin olmadığını anlamışdır. Samir, ustalardan aldığı məlumatlara əsaslanaraq, daşların qaya üzərinə sementlə bərkidiləcəyini qeyd etmişdi. Lakin o, bu yanaşmanın tikinti normalarına zidd olduğunu bildirmişdi. Samir, əvvəlcə xüsusi texnika vasitəsilə qazılacağını, amma bunun üçün 3,000 manat əlavə ödəniş tələb olunduğunu demişdir. O, işin dayandırılmasını istəyərək "torpağı satıram" demişdir. Lakin Cavabdeh onu sakitləşdirmək məqsədilə ustaların əlavə 300 manatla torpağı qazmağı təklif etdiyini bildirib. Daha sonra isə Samir tikinti işləri üçün verilən 3,000 manatın qayalıq ərazinin qazılmasına sərf edildiyini bildirmişdir. Cavabdeh, müxtəlif dövrlərdə ondan tikinti işlərinin icrası üçün ümumilikdə 6000 ABŞ dolları (10200 manat) (Yaqubov Elmar vasitəsilə), 2000 manat (Samirə Əliyevanın ABB kartına) və 310 manat (tanımadığı bir şəxsin kartına) pul almışdır. Həmçinin, 2600 manat dəyərində tikinti materialları alınmışdı. Amma Samir verdiyi vədləri yerinə yetirməyib və tikinti işlərinin yalnız cüzi hissəsini həyata keçirib. Həmçinin, görülən tikinti işləri isə qeyri-standart və inşaat normalarına uyğun olmayan şəkildə həyata keçirilib. Ucuz materiallardan istifadə edilib, işçilikdə artım və şişirdilmiş xərclər olub. Həmçinin, layihədə ciddi yanlışlıqlar mövcud olub və bu səbəbdən əlavə beton itkisinə və işçilikdə əlavə xərclərə yol verilib. O, buna etiraz edib və xərclərin hesabatını tələb etmişdir. Lakin, Samir indiyə qədər bu hesabatı təqdim etməmişdir. Tikintinin bünövrəsinə qoyulacaq armaturlar isə heç bir zaman qoyulmayıb və ərazidə istifadə olunan daşlar çox zəif keyfiyyətə malik olub, onların 80%-i qırıq və nəmişliyə davamlı deyil. Məsələ ilə əlaqədar iddiaçı tərəfindən Bakı şəhəri Sabunçu Rayon Polis Idarəsinə şikayət ərizəsi ilə müraciət etmiş və Bakı şəhəri Sabunçu Rayon Polis Idarəsinin 15-ci Polis Bölməsi tərəfindən ## ##### 2025-ci il tarixli“cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbuledilmişdir.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2025ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh maddi zərərin əvəzi olaraq 15.168 (on beş min yüz altmış səkkiz) manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun 135,50 (bir yüz otuz beş manat əlli qəpik) manat hissəsinin tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlətrüsumununqalanhissəsininiddiaçıyaaidedilməsiqətedilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 21.1, 21.2, 385.1, 386.1, 389.1, 425.1, 777.1, 777.2, 777.4, 778.1, 779.1, 783.1, 783.2-ci maddəsinə, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100- cü maddəsinin 3-cü hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 121.1, 217.3, 217.4, 216-220, 227, 358, 360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək qətnaməni ləğv edərəkiddiatələbininrəddedilməsibarədəqətnaməqəbuledilməsinixahişetmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və iddiaçının hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Məhkəmə işin hallarını tam və hərtərəfli araşdırmamaqla yanaşı, mübahisənin həlli üçün zəruri xüsusatlara lazımınca diqqət yetirməmiş və sübutları düzgün tətbiq etməmişdir. Qətnamədə qeyd olunur ki, iddiaçının əmlakın əldə olunması, sənədləşdirmə və orada tikinti işlərinin aparılmasının təşkili ilə bağlı iddiaçıya tapşırıq verdiyi, cavabdehin isə tapşırığın icrası məqsədilə ona əmlakın əldə olunması, sənədləşdirmə, təmir-tikinti işlərinin təşkilinin həyata keçirməsi müəyyən edilir. Həm iddiaçının tapşırıq verməsi, həm də cavabdehin bu tapşırığı qəbul etməsi işin mübahisəsiz halıdır. Qeyd edir ki, iddiaçı ilə arasında hər hansı bir tapşırıq müqaviləsi olmamışdır. Torpaq alqı-satqısı və ev tikintisi ilə heç vaxt məşğul olmamışdır. Iddiaçı onlara tez-tez qonaq gəlibgedirdi. Iddiaçı evin tikintisi üçün usta tapmağı ondan xahiş etmiş, ona usta tapmışdır. Ustanı iddiaçı ilə görüşdürəndə onunla birlikdə çəkiləcək xərclər müəyyən edilmiş və yazılmışdı. Bütün pullar Etibar adlı həmin ustanın kart hesabına köçürülmüşdür. Bəzi pulları isə ustaya nəğd vermişdir. Iddiaçı tikinti üçün tez-tez gələ bilməyəcəyi üçün ara-sıra ondan tikintiyə baş çəkməyini xahiş etmişdir. Iddiaçının ona verdiyi bütün pulları ustaya vermişdir. Evdəki qüsuru cavabdeh özü aşkar etmiş və iddiaçıya bunu demişdir. Əgər iddiaçı pul tələb edirsə, cavabdeh qismində tikintini həyata keçirən ustanı məhkəməyə verməlidir. Özünün hər hansı maddi marağı olmamışdır. Bütün pullar Etibar adlı ustaya verilib. Hesab edir ki, iddiaçı pulları Etibardan tələb etməlidir. Məhkəmə qeyd edilən bu faktı araşdırmamış, qəbul etmiş olduğu qətnamədə həmin hissəyə qiymət verməmişdir. Məhkəmə iclasında iştirak etmədiyinə görə iddia ərizəsində qeyd edilən üzləşdirmə aktının təqdim edilməsindən xəbərsiz olmuşdur. Belə ki, həmin sübut iddia sübut edən əsas sübutlardan hesab edilir. Iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar, prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Məhkəmə iclasında işinfaktiki hallları qeyd edilməsinə baxmayaraq, həmin hallar məhkəmə tərəfindən araşdırılmamışdır. Nəticədə yekunda düzgün qərar qəbul edilməmişdir və sonda cavabdehin hüquqlarının pozulmasına gətirib çıxartmışdır. Məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Insan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmələr tərəfindən ədalətli məhkəmə araşdırılması hüququ ilə bağlı irəli sürülən tələblərə əməl edilməməsini həmin hüququn pozulması kimi qəbul edərək bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Iddia tələbinin təmin edilməsi mənim iqtisadi cəhətdən olduqca pis vəziyyətə çıxması ilə nəticələnə bilər. Belə ki, hər hansı bir qazanc əldə etmədiyi halda, əsassız olaraq pul tutulması barədə qətnamə qəbul edilmişdir. Həmçinin məhkəmə tərəfindən, mübahisəli torpaq sahəsində aparılmış tikinti işlərinə hər hansı baxış keçirilməmiş, iş üzrə maddi ziyanın konkret məbləğinin müəyyən oluması barədə müvafiq olaraq ekspertiza təyin edilməmiş, mütəxəssis rəyi alınmamışdır. Yalnız iddiaçının formal mülahizlərinə əsaslanaraq qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərindəözəksinitapmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiyaşikayətinəqarşıetirazdaxilolmamışdır.

c) Proses iştirakçılarının izahatı

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinəetirazedərəktəminedilməməsinixahişetdi.

15. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh tərəf məhkəmə kollegiyasının iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkünhesabetmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

16. 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrinivicdanlahəyatakeçirməyəborcludurlar.

17. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

18. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülkidövriyyəşəraitindəəldəedəcəyigəlirlər(əldənçıxmışfayda)başadüşülür.

19. 385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludanvəzifəsininicrasınıtələbetməkhüququvardır.

20. 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla,öhdəliyinəmələgəlməsiüçünonuniştirakçılarıarasındamüqaviləolmalıdır.

21. 389.1-ci maddəsinə əsasən Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsivəyaxitamıhaqqındaikivəyabirneçəşəxsinrazılaşmasımüqaviləsayılır.

22. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdəhərəkətetməlidir.

23. 777.1-ci maddəsinə əsasən Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyiöhdəsinəgötürür.

24. 777.2-ci maddəsinə əsasən Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

25. 777.4-cü maddəsinə əsasən Bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilikyalnızsubsidiarşəkildə(əlavəvasitəkimi)tətbiqedilir.

26. 778.1-ci maddəsinə əsasən Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalətverəninhaqlımənafelərinimüdafiəetməlidir.

27. 779.1-ci maddəsinə əsasən Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərərüçünməsuliyyətdaşıyır.

28. 783.1-ci maddəsinə əsasən Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdənazadetməlidir.

29. 783.2-ci maddəsinə əsasən Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlərgöstərir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardanistifadəetməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 88. məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutunməhkəməüçünqabaqcadanmüəyyənedilmişqüvvəsiyoxdur.

33. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuşsübutlarlaəsaslandırır.

34. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiyaşikayətiniisətəminetmədənsaxlayabilər.

36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv ediləbilməz.

Apellyasiya baxışının hədləri

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuşdəlillərəəsasənmübahisəninpredmetibölünməzolduqdaisətamyoxlayır.

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindənasılıolmayaraqyoxlayır.

39. Hazırki halda, iddiaçı iddia tələbinin təmin edilməyən hissəsində qətnaməni mübahisələndirmədiyindənvəqətnaməyalnıziddianıntəminedilənhissəsindəyoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi yoxlanılanhissədədəyişdirilmədənsaxlanılmalıdır.

41. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zərurişərtlərolduqdaəsaslıdır.  Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin)  Iddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.

42. Iddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisəetməyivəyanəyisəetməməyitələbetməyəimkanverir.

43. Ümumiyyətlə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğunolmasınınyoxlanılmasındanibarətdir.

44. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında münasibətlərə mülki qanunvericiliyin tapşırıq müqaviləsi ilə bağlı müddəalarını tətbiq etməkdəhaqlıolmuşdur.

45. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh həyat yoldaşı Samirə Əliyevanın yaxın rəfiqəsidir. ## ### 2024 tarixində cavabdeh whatsapp vasitəsilə iddiaçıya Nardaran ərazisində yerləşən yarı hissəsi qayalıq olan 5 sot torpaq sahəsinin hasarının çölündən olmaqla şəkil və video görüntülərini çəkərək göndərmişdir. Torpaq sahəsinin qiymətinin 18.000 manat olması barədə tərəflər arasında danışıqlar getmişdir. Iddiaçı torpaq sahəsinin alqı-satqı ilə bağlı sənədləşdirmə işlərinin aparılmasını və həmin torpaq sahəsində evin tikintisinin həyata keçirilməsinin təşkilini cavabdehə tapşırmışdır. Iddiaçı torpaq sahəsinin alınması üçün 15.000 manat və sənədləşmə xərcləri üçün isə 500 manat pul vəsaitini cavabdehə vermişdir. Cavabdeh tərəfindən ona Sabunçu rayonu Nardaran bələdiyyəsi tərəfindən qızı X2 adına verilmiş "Fiziki şəxsin uçotu haqqında şəhadətnamə, müqavilə və ərazinin yaşayış koordinatları sənədlərini vermişdir. Lakin o, bundan sonra əraziyə baxış keçirən zaman ərazinin qayalıq ərazisi olduğunu görmüşdür. Iddiaçı görülən işlərin keyfiyyətsiz, yarımçıq və ucuz materiallarla aparılması, layihədə ciddi yanlışlıqlar mövcud olması və bu səbəbdən əlavə beton itkisinə və işçilikdə əlavə xərclərə yol verilməsi, nəticədə ona külli miqdarda zərər dəyməsi əsası ilə Sabunçu RPI-nin 15-ci PB-nə şikayət ərizəsilə müraciət etmişdir. Sabunçu RPI-nin 15-ci PB-nin cinayət işinin başlanmasının rədd edilməsi barədə ## ##### 2025-ci il tarixli qərarına əsasən, qərarın təsviri hissəsində göstərilənlərə əsasən vətəndaş X8 müraciəti əsasında toplanmış material üzrə cinayətişinimbaşlanmasırəddedilmişdir.

46. Iddiaçı məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən vurulmuş ziyana görə 16.610 (on altı min altı yüz on) manatın, iddiaçı tərəfindən hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə ödənilmiş və məhkəməyə müraciət etmək üçün dövlət rüsumu olaraq ödənilmiş 140 (yüz qırx) manatın cavabdehdən tutulmasını xahiş etmiş, cavabdeh isə iddia tələbinəetirazedərəkrəddedilməsinixahişetmişdir.

47. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz. Belə ki, işin faktiki hallarından iddiaçının əmlakın əldə olunması, sənədləşdirmə və orada tikinti işlərinin aparılmasının təşkili ilə bağlı iddiaçıya tapşırıq verdiyi, cavabdehin isə, tapşırığın icrası məqsədilə ona əmlakın əldə olunması, sənədləşdirmə, təmir-tikinti işlərinin təşkilinin həyata keçirməsi müəyyən edilir. Həm iddiaçının tapşırıq verməsi, həm də cavabdehinbutapşırığıqəbuletməsiişinmübahisəsizhalıdır.

48. Işin faktiki halları baxımından aydınlaşdırılmalı olan məsələ, cavabdehin (tapşırıq alanın) tapşırığı icra edib-etmədiyi və iddiaçı tərəfindən ödənilən vəsaitlərin təyinatı üzrə xərclənib-xərcləmədiyidir. Nəzərə alınmalıdır ki, bütün müqavilə öhdəliklərində olduğu kimi tapşırıq müqaviləsi üzrə də hər bir tərəf mübahisə halında öz öhdəliyini icra etdiyini sübut etməlidir.

49. Bu baxımdan da mövcud iş üzrə cavabdeh, iddiaçının tapşırığını icra etdiyini və buna görə xərclər çəkdiyini sübut etmək yükü daşıyır, tapşırıq verən olaraq iddiaçı isə həmin xərcləriödəmişolduğunadairsübutetməyüküdaşıyır.

50. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş veribverməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. Kimi hüquqi nəticə yaradır. Məhz bu cürhallarınsübutayetirilməsiüçüntərəflərinməhkəməyədəliltəqdimetmələrizəruridir.

51. Mülki-prosessual qanunvericiliyin sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair müəyyənləşdirdiyi prinsip baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin ona tapşırılan işi natamam icra etməsi, bununla da onun tərəfindən iddiaçıya maddi zərərin dəyməsi öz təsdiqini tapır. Belə ki, cavabdeh iddiaçıya özünü torpaq alqı-satqısı və tikinti sahələrində təcrübə sahibi kimi təqdim edərək, iddiaçıdan həm torpaq alqı-satqısı, həm də tikinti işlərinin aparılması üçün pul vəsaitləri almışdır. Cavabdeh torpağın almasına vasitəçilik etmiş, həmçinin torpaq sahəsi ilə bağlı (yüksək gərginlikli xətt, qayalıq ərazidə yerləşməsi, bünövrənin düzgün qurulmaması və s.) yaranan problemləri həll etməyi öhdəsinə götürmüşdür. Torpaq sahəsinin dəyəri və sənədləşmə xərcləri iddiaçı tərəfindən ödənilsə də, torpaq sahəsinin tikintisindəki problemlər həllini tapmamış, nəticədə iddiaçıya maddi zərər dəymişdir.

52. Birinci instansiya məhkəməsi iddianın vurulmuş maddi zərərin ödənilməsi hissəsinə münasibətdə də haqlı olaraq qeyd etmişdir ki, iddia bu hissədə qismən əsaslıdır. Belə ki, iddia tələbindən görünür ki, cavabdeh Cavabdeh, müxtəlif dövrlərdə iddiaçıdan tikinti işlərinin icrası üçün ümumilikdə 6000 ABŞ dolları (10200 manat) (Yaqubov Elmar vasitəsilə), 2000 manat (Samirə Əliyevanın ABB kartına) və 310 manat (tanımadığı bir şəxsin kartına) pul alıb. Iş materiallarında olan Sabunçu RPI-nin 15-ci PB-nə şikayət ərizəsilə müraciət etmişdir. Sabunçu RPI-nin 15-ci PB-nin cinayət işininbaşlanmasının rədd edilməsi barədə ## ##### 2025-ci il tarixli qərarının məzmunundan müəyyən edilir ki, “Təhqiqat araşdırması zamanı vətəndaş Cavabdeh izahat verərək bildirmişdir ki, ... ##.##.2024-cü il tarixdə Xalidəyə bağ evinin tintisi üçün siyahını göndərdikdən sonra ora material alıb göndərmişdir. Həmin günün səhəri Xalidənin həyat yoldaşı Elmar 6000 ABŞ dolları (10.200 manat) pulu ustaya və prarafa verməsi üçün gətirib ona vermişdir. Elmarın ona verdiyi puldan qayanın qazılmasına, tikinti materiallarının alınmasına və ustaya verdikdə siyahısını tutub xərclədiyi pulu qeyd etmişdir. Xalidə tikintinin əlavə xərcləri üçün kart hesabına 2000 manat pul göndərmişdir. O, yenidən onun göndərdiyi puldan ustalara və tikinti işlərinə xərcləmişdir. Hər dəfə tikinti işlərinin şəklini Etibar usta ona göndərdikdə o da Xalidəyə və Elmara göndərmişdir...”. Qeyd olunan vəsaitlərin verilməsi həmçinin iş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş 2000 manat vəsaitin 5167************ nömrəli kart hesabına ödənilməsi ilə bağlı ##.##.2024-cü il tarixli qəbzdə, cavabdeh tərəfindən təqdim edilmiş 310 manat vəsaitin 523915********** nömrəli kart hesabına ödənilməsi ilə bağlı ##.##.2024-cü il tarixli qəbzə əsasən də öz təsdiqini tapmışdır. Bundan başqa cavabdeh tərəfindən təqdim edilmiş “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli ********* nömrəli qaimədən görünür ki, müxtəlif tikinti materiallarının alınması üçün iddiaçı tərəfindən 2658,60manatvəsaitödənilmişdir.

53. Cavabdeh ona verilən vəsaitləri Etibar adlı şəxsə, həmçinin X4 məxsus kart hesabına ödədiyini bildirərək məhkəməyə qəbzlər təqdim etsə də, həmin vəsaitlərin hansı məqsədlə və nəyin müqabilində ödənilməsini təsdiq edə bilməmişdir. Həmçinin iş materiallarında olan “xxxx” ASC-nin məhkəmənin sorğusuna cavab olaraq ****/***/***** nömrəli, ##.##.2025-ci il tarixli məktubla göndərdiyi X4 məxsus **************** nömrəli kart hesabından ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək olan çıxarışdan X4 vəsaitlərin kim tərəfindən köçürülməsini və həmin vəsaitlərin təyinatını müəyyən etmək mümkün olmamışdır.

54. Cavabdehin apellyasiya şikayətinin dəlillərini araşdırmaq məqsədi ilə məhkəmə kollegiyası tərəfindən mülki iş üzrə mütəxəssis rəyi alınması üçün qərardad qəbul edilmiş və qərardadınicrasıxxxxnəhəvaləedilmişdir.

55. Işə əlavə edilmiş və apellyasiya icraatı zamanı tədqiq edilmiş xxxx tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, ** nömrəli hesabatdan görünür ki, 1. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağları, Ə.Şıxlinski küçəsində yerləşən bağ evində tikinti işləri aparılmışdır.

2. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağları, Ə.Şıxlinski küçəsində yerləşən bağ evində aparılmış tikinti işlərinin dəyəri: 3396,2 manat təşkil edir. 3. Görülmüş işlər keyfiyyətsiz, tikintinindavametməsiüçünyararsızvəziyyətdədir.

56. Göründüyü kimi, cavabdehin iddiaçıdan 6000 ABŞ dolları (10200 manat), ustalara verilməsi üçün 2000 manat, tikinti materialları üçün 2658 manat və qazma işlərinə görə 310 manat, ümumilikdə 15.168 manat vəsait alması iş materiallarında olan sənədlərlə və tərəflərin izahatları ilə öz təsdiqini tapmışdır. Lakin cavabdeh tapşırığı kifayət qədər vicdanla icra etməmiş və nəticədə iddiaçıya ziyan dəymişdir. Belə ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağları, Ə.Şıxlinski küçəsində yerləşən bağ evində 3396,2 manat məbləğində tikinti işləri aparılmış olsa da, görülmüş işlər keyfiyyətsiz, tikintinin davam etməsi üçün yararsız vəziyyətdə həyata keçirilmişdir. Ona görə də vəkalət verənə (iddiaçıya) dəyən zərər üçün məsuliyyətdaşıyır.

57. Ona görə də məhkəmə haqlı olaraq hesab etmişdir ki, cavabdehdən maddi zərərin əvəzi olaraq 15.168 (on beş min yüz altmış səkkiz) manat məbləğində pul tutularaq iddiaçıyaödənilməlidir.

58. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təminediləbilməz.

59. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

60. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərinməbləğinəmütənasibolaraqişdəiştirakedənşəxslərəaidedilir.

61. Həmçinin, hazırki halda apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Həmçinin, qiymətləndirmə hesabatının dəyəri olan 200 (iki yüz) manat cavabdeh Cavabdeh tutularaq “xxxx” MMC-yə (VÖEN: **********, Hesablaşma hesabı: AZ66AIIB38030019443905478109 xxxx ASC-nin Nərimanov filialı KOD: 200093, VÖEN: **********SWIFTAIIBAZ2XM/h:AZ37NABZ01350100000000001944)ödənilməlidir.

62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Cavabdehapellyasiyaşikayətitəminedilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixliqətnaməsiyoxlanılanhissədədəyişdirilmədənsaxlanılsın. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qiymətləndirmə hesabatının dəyəri olan 200 (iki yüz) manat cavabdeh Cavabdeh tutularaq “xxxx” MMC-yə (VÖEN: **********, Hesablaşma hesabı: AZ66AIIB38030019443905478109 xxxx ASC-nin Nərimanov filialı KOD: 200093, VÖEN: **********SWIFTAIIBAZ2XM/h:AZ37NABZ01350100000000001944)ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiyaşikayətiveriləbilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar