Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-3457/2026 26.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Publik Hüquqi Şəxsinin * saylı Bakı Ərazi Idarəsinə qarşı mülki iş üzrə (Açar sözlər: daşınmaz əmlakın dövlət qeydiyyatını aparan orqan tərəfindən texniki inventarlaşdırma işlərinin aparılmasına maneə olunmasının cavabdehə qadağan edilməsi) Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Işin halları
1. AR DIN-in Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, İddiaçı Bakı şəh., Suraxanı ray., Bül-Bülə qəs, 3-cü Mədən küç, ev.99 ünvanında qeydiyyatdadır.
2. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən müəyyən olunur ki, müraciətlə əlaqədar olaraq bildirilir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman təqdim edilmiş texniki pasportda göstərilən fərdi yaşayış evi ilə faktiki vəziyyət arasında uyğunsuzluq olduğu məlum olmuşdur. Belə ki, göstərilən fərdi yaşayış evi texniki pasportdakı yaşayış evindən tamamilə fərqlidir. Əlavə olaraq, torpaq sahəsinin sənəd üzrə ölçüsü 1509,3 kv.m., faktiki isə 1451,0 kv.m. təşkil edir. Bundan başqa, qeyd olunan ünvanda yerləşən digər yaşayış evinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin # #### 2016-cı il tarixli *** nömrəli Fərmanının 2.3.2-ci bəndinə əsasən torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquqmüəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsi mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsin nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlanması təmin edilməlidir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. 4.
5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli ##.##.2026cı il tarixli qətnaməsi ilə (hakim Leyla Talıbova) iddianın təmin edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi üzərində Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx Puplik Hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsi əməkdaşlarının hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı texniki inventarlaşdırma işlərinin aparılmasına cavabdeh Cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması, iddiaçı tərəfindən ödənilmiş - 100 (yüz) manat məbləğində dövlət rüsumunun və hüquqi yardımın göstərilməsinə görə 150 (bir yüz əlli) manat pul vəsaitinin cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.5, 152.6, 157.4, 157.8-ci maddələrinə, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 88, 107, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini, məhkəmə xərclərinin (dövlət rüsumu və hüquqi yardım xərcləri) iddiaçının üzərinə qoyulmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin sözügedən qətnaməsi tamamilə qanunsuz, əsassız və birtərəfli olmaqla, maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Məhkəmə qətnaməsinin əsaslandırma hissəsində * saylı Bakı Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli rəsmi imtina bildirişinə istinad olunur. Həmin rəsmi sənəddə dövlət qeydiyyatından imtinaya əsas kimi iki fundamental fakt göstərilir: Iddiaçının təqdim etdiyi 1995-ci il tarixli texniki pasportdakı ev ilə faktiki mövcud olan fərdi yaşayış evi tamamilə fərqlidir (yəni əmlak özbaşına yenidən tikilib və ya dəyişdirilib). Sənəd üzrə torpaq sahəsi 1509,3 kv.m. olduğu halda, faktiki ölçü 1451,0 kv.m. təşkil edir. Dövlət qurumu imtinanı birbaşa bu qanuni əsaslarla ("Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 15-ci maddəsi) rəsmiləşdirdiyi halda, hakim qərəzli şəkildə imtinanın yeganə səbəbkarı kimi cavabdeh Cavabdeh göstərmişdir. Məktubda ümumi şəkildə "mütəxəssislərə şərait yaradılmaması" qeyd olunsa da, bu şəraitin məhz kimin tərəfindən (bəlkə elə iddiaçının özü və ya torpaqdakı digər faktiki istifadəçilər tərəfindən) yaradılmadığı rəsmən fərdiləşdirilməmişdir. Məhkəmə isə heç bir obyektiv araşdırma aparmadan mülahizə yürütmüşdür. Birinci instansiya məhkəməsində də rəsmən bəyan etmişdir ki, iddiaçıya heç bir maneçilik törətmir. Iddiaçı tərəf cavabdehin konkret olaraq hansı tarixdə, hansı qanunsuz hərəkətlə və ya fiziki güclə dövlət məmurunu əraziyə buraxmadığını sübut edən heç bir mötəbər sübut (polis rəyi, akt, videoçəkiliş, şahid ifadəsi) təqdim etməmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz iddialarını sübut etməlidir. Məhkəmə sübutetmə yükünü qanunsuz olaraq cavabdehin üzərinə qoymuşdur. Mülkiyyət və qeydiyyat ziddiyyətləri: Iş materiallarında yer alan AR DIN-in rəsmi arayışına görə iddiaçı İddiaçı ümumiyyətlə mübahisəli ünvanda (İ.Məmmədov küçəsi, ev 27) deyil, tamamilə başqa ünvanda – 3-cü Mədən küçəsi, ev 99-da qeydiyyatdadır. Onun həmin ev üzərində yalnız 1995-ci il tarixli, faktiki vəziyyətlə düz gəlməyən köhnə texniki pasportu vardır. Məhkəmə isə faktiki olaraq cavabdehin qanuni istifadəsində/vergi ödənişində olan torpaq hüquqlarını diqqətdən kənarda saxlamışdır. Məhkəmə qətnamənin bütöv bir səhifəsini Roma hüququna, "aemulatio" (hüquqdan suiistifadə) prinsipinə və nəzəri şərhlərə həsr etmişdir. Lakin hakim unudur ki, hüquqdan suiistifadə etmək üçün şəxsin mütləq hansısa subyektiv hüququ olmalıdır və o, bu hüququ başqasına ziyan vurmaq üçün reallaşdırmalıdır. Cavabdehin iddiaçıya mane olmaqda heç bir subyektiv hüququ və ya marağı yoxdur. Məhkəmə cavabdehə qarşı MM-in 157.4-cü maddəsini (mülkiyyətin qəsddən müdafiəsi) tətbiq edir. Halbuki iddiaçı mülkiyyətçi deyil, onun yalnız "qanuni gözləntisi" var. Mülkiyyətçi olmayan şəxsin mülkiyyətin müdafiəsi iddiası qaldırması maddi hüququn kobud şəkildə pozulmasıdır. Məhkəmə sübutları obyektiv, qərəzsiz və hərtərəfli qiymətləndirməmişdir. * saylı BakıƏrazi Idarəsinin məktubundakı obyektiv texniki imtina səbəbləri (evin fərqli olması, torpaq sahəsinin əskik olması) qətnamədə yazılsa da, nəticə hissəsində qanunsuz olaraq tamamilə kənara qoyulmuşdur. Qətnamə işin real hallarına uyğun əsaslandırılmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Iddiaçı İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək etirazı onunla əsaslandırmışdır ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti əsassızdır. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və fərdi yaşayış edinin yerləşdiyi torpaq sahəsi Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən verilmiş texniki pasporta əsasən 1995-ci ildən iddiaçının mülkiyyətindədir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.4-cü bəndinə əsasən yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il ######ın #-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda) daşınmaz əmlak obyekti üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəddir. Qeyd edilən hüquq normasına görə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və fərdi yaşayış edinin yerləşdiyi torpaq sahəsi barədə 1995-ci ildə Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən verilmiş texniki pasport mənə həmin əmlaka mülkiyyət hüququnu əldə etməyə "qanuni gözlənti" verir. Avropa Insan Hüquqları Məhkəməsinin də öz presedentlərində dəfələrlə vurğuladığı kimi, "mülkiyyət” anlayışı "mövcud mülkiyyətlə" məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və "qanuni gözləntisi" olan əmlakı da əhatə edə bilər (Saghinadze və başqaları Gürcüstana qarşı, № *****/**, § 103, ## ### 2010-cu il). Həmin əmlak üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinmə ##.##.2025-ci ildə müraciət etmişəm və tələb olunan bütün sənədləri təqdim etmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 10.2-ci maddəsinə əsasən torpaq sahəsinin planı və ölçüsü, eləcə də torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması üçün zəruri olan sənədlərdəndir. Üçüncü şəxs Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinin əməkdaşları tərəfindən yaşayış evinə texniki baxış keçirmək və inventarlaşdırma işləri aparılması üçün gəldikdə cavabdeh Cavabdeh onları həyətə buraxmamışdır. Bu isə qanuni sahibliyində olan əmlakın üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas olmuşdur. Çünki üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeyd edilməsi yaşayış evinin texniki inventarlaşdırılması ilə bağlı cavabdehin mane olduğu işlərin görülməsindən asılıdır. Cavabdeh apellyasiya şikayətində göstərir ki, o Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinin əməkdaşlarının işinə maneçilik törətməmişdir. Əgər həqiqətən də cavabdeh tərəfindən Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinin əməkdaşlarının işinə maneçilik törədilməmişdirsə o zaman o, niyə məhkəmə qətnaməsindən narahat olur? Birinci instansiya məhkəməsində dəfələrlə məhkəmə iclası barədə xəbərdar olmasına baxmayaraq niyə gəlib məhkəmə iclasında iştirak etməmiş, süni şəkildə məhkəmə işə baxılmasını niyə, hansı səbəbə görə gecikdirmişdir? Əgər məhkəmə iclasında gəlib bu sözləri desəydi, o zaman tərəfindən həqiqətən də onun maneçilik törətməsini təsdiq edən şahidlər məhkəmədə bunu gəlib təsdiq edərdilər. Hal-hazırda da şahidlər gəlib təsdiq edə bilərlər ki, cavabdeh dəfələrlə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinin əməkdaşlarının mənim torpaq sahəmdə ölçmə işlərinin aparılmasına maneçilik törətmişdir. Göstərilənlərə əsasən cavabdeh Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin *(*- ***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsinin qüvvədə saxlanılması, məhkəmə xərcinin -apellyasiya şikayətinə etirazın hazırlanması, hüquqi məsləhətlərin verilməsinə görə ödədiyi 150 manat pul məbləğinin cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. c) Proses iştirakçılarının izahatı
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə hər hansı məlumat verməmişlər.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
13. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
14. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
15. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
16. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
17. Maddə 152.3. Istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Istifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
18. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
19. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.
20. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
21. Maddı 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
“Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol.
22. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
32. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin)
b) Iddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
35. Iddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
36. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
37. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni qanuni və əsaslı hesab edir.
38. Işin hallarından görünür ki, iddiaçı İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsinə müraciət etmişdir. * saylı Bakı Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən müəyyən olunur ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman təqdim edilmiş texniki pasportda göstərilən fərdi yaşayış evi ilə faktiki vəziyyət arasında uyğunsuzluq olduğu məlum olmuşdur. Belə ki, göstərilən fərdi yaşayış evi texniki pasportdakı yaşayış evindən tamamilə fərqlidir. Əlavə olaraq, torpaq sahəsinin sənəd üzrə ölçüsü 1509,3 kv.m., faktiki isə 1451,0 kv.m. təşkil edir. Bundan başqa, qeyd olunan ünvanda yerləşən digər yaşayış evinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Bu səbəblə də hüquqların dövlət qeydiyyatına alınmasından imtina olunmuşdur
39. Iş materialları ilə müəyyən edilir ki, * saylı Bakı Ərazi Idarəsi tərəfindən verilmiş məktuba əsasən fərdi yaşayış evinə texniki baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır.
40. Hüquqdan sui-istifadə (lat. aemulatio) vətəndaşların öz hüquqlarından hüququn təyinatına zidd şəkildə, yolverilməz üsullarla istifadə etməsi şəklində xüsusi hüquqi davranış növüdür ki, bunun da nəticəsində cəmiyyətə, dövlətə, konkret şəxsiyyətə zərər vurulur. Bu hüquqi konstruksiya hələ roma hüququ zamanından yaxşı məlumdur. Roma hüququnda həmin konstruksiyanın əsas ideyası belə ifadə olunur: hər bir hüququn həyata keçirilmə hüdudu olmalıdır, əks halda başqa şəxslərin hüquqları pozulur, bu da öz növbəsində mülki dövriyyə üçün vacib olan vicdanlılıq və məntiqilik prinsiplərinə əməl olunmasını qeyri-mümkün edir.
41. Beləliklə, hüquqdan sui-istifadə olunması hüququn başqa şəxsə ziyan vuran yolverilməz konkret davranışda təzahür edən və yaxud özgəsinin hüququ üçün təhdid yaradan anormal (faydasız, qeyri-adi, zərərli,) həyata keçirilməsi deməkdir.
42. Bir qayda olaraq, hüquqdan sui-istifadə subyektiv hüquqdan bu hüququn sərhədlərini pozmaqla istifadə etməkdir. Subyektiv hüququn qanunla müəyyən olunmuş təsir hüdudlarından kənara çıxma müəyyən hüquqi nəticələrə gətirib çıxarır, bir şərtlə ki, səlahiyyətli hüquq-mühafizə orqanları bu faktı müəyyən etmiş olsun. Hüquqdan sui-istifadə kompleks hüquqi hadisə kimi qəbul olunmalıdır. Bir tərəfdən, bu hüquqi məhdudiyyət subyektiv mülki hüquqdan sui-istifadənin qadağan olunması şəklində yaradılmış hüquqi tənzimləmə elementidir. Bu qadağanın məzmunu heç nəyə baxmayaraq baş verməsi mümkün olan müəyyən davranış variantının hüquqi cəhətdən yolverilməzliyini göstərir. Mülki hüquqda bu hüquqi məhdudiyyət hüquqdan sui-istifadənin yolverilməzliyi prinsipi şəklində öz ifadəsini tapır. Digər tərəfdən, bu fenomenin hüquqi təbiəti hüquqdan suiistifadənin subyektiv mülki hüquq məhdudiyyətlərinə aid olunmasına dəlalət edir. Son kontekstdə hüquqdan sui-istifadə mülki hüquq subyektinin sosial və hüquqi məhdudiyyəti (buraya əxlaqi və hüquqi prinsipləri də aid etmək olar) subyektiv dərk etməsinə uyğun olaraq öz xüsusi hüquqi marağının təmin olunması üçün mülki hüququnu həyata keçirmə variantını seçərkən, yol verilən hərəkət sərbəstliyinin həddi rolu oynayır.
43. Hüquqdan sui-istifadə zamanı davranışın hüquqa zidd olması qanun pozuntusunun hüquqi əlaməti kimi açıq ifadə olunmur. Ona görə də hüquqdan sui-istifadə qanun pozuntusu kimi qiymətləndirilmir. Bununla yanaşı, hüquqdan sui-istifadə hüquqi davranış kimi də qiymətləndirilə bilməz, çünki sonuncu sosial baxımdan faydalıdır. Son nəticədə hüquqdan sui-istifadə ya hüquqi davranış fenomenidir (burada qiymətləndirici meyar qanunun hərfidir), ya da qeyri-qanuni davranış fenomenidir (burada qiymətləndirici meyar qanunun ruhudur).
44. Hüquqdan sui-istifadə zamanı davranışın hüquqa zidd olması təkcə qanuna zidd olmasında deyil, qanunu pozan şəxsin hüquq və maraqlarına zidd olmasındadır. Hüquqdan sui-istifadə qeyri-qanuni xarakter kəsb edən, qanun pozuntusuna çevrilə bilən, amma qanun pozuntusu sayılmayan hüquqi davranış tipinə aid edilməlidir.
45. Hüquqdan sui-istifadə faktının aşkar olunması halında o, müdafiə olunmur və qorunmur. Hüquqdan sui-istifadənin hüquqi nəticələri ənənəvi deyil, burada hüquq pozuntusu üçün səciyyəvi olan hüquqi məsuliyyət yaranmır.
46. Konkret işin hallarından asılı olaraq hüquqdan sui-istifadənin aşağıdakı nəticələri meydana gəlir: bu hərəkət həqiqətə uyğun olmayan hesab olunur; bu hərəkət qadağan olunur; subyektiv hüquqdan məhrum etmədən ondan istifadəyə xitam verilir və s.
47. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin Axverdiyev Azərbaycana qarşı ##.##.2015-ci il tarixli Qərarından görünür ki, * saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutlmuş "mülkiyyət" anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da "mülkiyyət hüququ" kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından "mülkiyyət" hesab olunmalıdır (bax: Iatridis Yunanıstana qarşı [BP], № *****/**, § 54, ECHR 1999- II). "Mülkiyyət" anlayışı "mövcud mülkiyyətlə" məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və "qanuni gözləntisi" olan əmlakı da əhatə edə bilər. "Gözlənti" mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda "qanunidir". Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə * saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır (bax: Saghinadze və başqaları Gürcüstana qarşı, № *****/**, § 103, ## ### 2010-cu il).
48. Kollegiya qeyd edir ki, hazırda iddiaçı İddiaçı gələcəkdə həmin ev üzərində mülkiyyət hüququnu rəsmiləşdirəcəyi istisna edilməməlidir. Çünki, onun buna dair “qanuni gözlənti”si mövcuddur. Bu hüquq isə ona həmçinin cavabdeh tərəfindən müvafiq inventarlaşdırma işlərinin aparılmasına maneələrin aradan qaldırılmasını məhkəmə qaydasında tələb etmək hüququ verir.
49. Məhkəmə işin faktiki hallarına və qanunvericiliyin yuxarıda sadalanan normalarına əsasən haqlı olaraq hesab etmişdir ki, iddia təmin edilməlidir.
50. Kollegiya apellyasiya şikayətinə münasibətdə hesab edir ki, fərdi yaşayış evi və torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması texniki baxışın keçirilməsinə cavabdeh tərəfindən süni maneçilik törədilir. Cavabdehin hərəkətləri iddiaçının qanuni marağının əksinə yönəlməklə hüquqi əsasa malik deyil.
51. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
53. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
54. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu və hüquqi yardımın göstərilməsinə dair vəkilə ödənilmiş hüquqi xidmət haqqı cavabdehin özünə aid edilməlidir.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.