Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-3464/2026 12.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5.000 min manat məbləğində pulun tutularaq iddiaçıya verilməsi, mülkiyyətində olan KIA RIO **-OS-*** maşınına vurduğu texniki nasazlığa görə ekspertiza təyin olunması və cavabdehin vurduğu maddi ziyanın ödənilməsi, cavabeh Cavabdeh iddiaçıya vurduğu 5.000 manat maddi və mənəvi ziyanın ödəsilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim İ.N.Abbasova) iddia tələbi təmin edilməmişdir.
3. Iddiaçı ##.##.2026-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək dövlət hesabına vəkillə təmin olunması barədə qərardad çıxarılmasını xahiş etmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə ərizə təmin olunaraq iddiaçı dövlət hesabına vəkillə təmin olunmuşdur.
4. Bundan sonra məhkəmənin ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı və onun vəkili tərəfindən ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti və prosessual müddətin bərpasına dair ərizə verilərək, qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul olunması xahiş edilmişdir.
5. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq qeyd etmişdir ki, iddiaçı Iddiaçı özü şəxsən məhkəmə iclas zalında olmuş və yekun məhkəmə aktının-qətnamənin elanında iştirak etmişdir. Iddia tələbinin məhkəmə tərəfindən rədd olunduğunu açıq-aşkar şəkildə bilmişdir. ##.##.2026-cı il tarixində mülki iş üzrə iddiaçı Dövlət hesabına vəkillə təmin olunması barədə məhkəməyə müraciət etmişdir. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilərək dövlət hesabına vəkillə təmin edilmişdir. ##.##.2026-cı il tarixində Bakı şəhəri ** saylı Vəkil Bürosu tərəfindən mülki iş üzrə iddiaçıya hüquqlarının müdafiəsi üçün ****** nömrəli Vəkil Orderi yazılmışdır. ##.##.2026-cı il tarixində mülki iş üzrə iddiaçı tərəfindən Bakı şəhəri ** saylı Vəkil Bürosunun Vəkili cənab Vəkil 7E-**** reyestr nömrəli etibarnamə verilmişdir. ##.##.2026-cı il tarixində Bakı şəhəri ** saylı Vəkil Bürosunun Vəkili cənab Vəkil tərəfindən sözügedən qətnamədən apellyasiya şikayəti verilməsi üçün iddiaçının nümayəndəsi və vəkili qismində elektron-məhkəmə sisteminə əlavə edilməsi barədə məhkəməyə ərizə daxil olur. ##.##.2026-cı il tarixində mülki iş üzrə iddiaçı, onun nümayəndəsi və vəkili tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə verilmişdir. Bu hallar onu göstərir və sübut edir ki, mülki iş üzrə iddiaçı ##.##.2026-cı il tarixli qətnamədən apellyasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulan müddəti dəfələrlə - təkrarən bilərəkdən ötürmüşdür. “Elektron məhkəmə’' informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə verilmiş apellyasiya şikayətinin elektron pdf formasına diqqətlə baxanda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına yazılmalı olduğu halda, Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin MIÜMK-na yazılmışdır. Iddiaçının məqsədi sözügedən qətnamənin qanuni qüvvəsini almasını, icraya yönəlməsini süni şəkildə uzatmaqdır.
6. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə ərizə təmin edilmiş, həmin məhkəmənin ##.##.2026-cı il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi və apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
7. Cavabdeh həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini və müddətin bərpası barədə ərizənin təmin olunmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
8. Şikayət cavabdehin etiraz ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq bildirmişdir ki, cavabdeh ##.##.2026-cı il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə iddiaçı tərəfindən yazılmış müddətin bərpası barədə ərizəsinə etiraz ərizəsini yazıb göndərmiş, lakin məhkəmə ##.##.2026-cı il tarixli qərardadında etiraz ərizəsi yazıldığını nəzərə almamış, bu barədə heç nə qeyd edilməmişdir.
9. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
10. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
11. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
14. Iş materiallarından aydın olur ki, məhkəmənin ##.##.2026-cı il tarixli qətnaməsi ##.##.2026-cı il tarixdə iddiaçı tərəfindən məhkəmə qəbzinə imza edilməklə ona rəsmi qaydada təqdim edilmiş, o, ##.##.2026-cı il tarixdə məhkəməyə dövlət hesabına vəkillə təmin olunması barədə ərizə təqdim etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə təmin olunmuşdur. ##.##.2026-cı il tarixdə məhkəməyə apellyasiya şikayəti və prosessual müddətin bərpasına dair ərizə təqdim edilmişdir.
15. Məhkəmə kollegiyası işin sadalanan hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi üzrlü səbəblərdən baş vermiş, birinci instansiya məhkəməsinin bu məsələ ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur.
16. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: