Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-3584/2026 06.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlundan və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi ilə İddiaçı “xxxx” ASC-yə və cavabdeh1 qarşı “dəymiş zərərə görə sığorta haqqının ödənilməsi” tələbinə dair müki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsindən “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ İddiaçı (iddiaçı) “xxxx” ASC-yə və cavabdeh1 (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, 5000 manat zərərin “xxxx” ASC-dən, 839 manat pulun və “xxxx” MMC-yə ödəmiş olduğu 292 manat rüsumun əvəzinin cavabdeh1 tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh1 184 manat maddi zərərin əvəzi, “xxxx” ASC-dən isə 5000 manat məbləğində maddi zərərin əvəzinin tutularaq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun 20 manat hissəsinin cavabdeh1, 20 manat hissəsinin isə “xxxx” ASC-dən X2 (?) xeyrinə tutulması, “AECS Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidməti” tərəfindən aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 300 manat vəsaitin 100 manat hissəsinin İddiaçı, 100 manat hissəsinin “xxxx” ASC-dən, 100 manat hissəsinin isə cavabdeh1 tutulub “AECS Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidməti”nin hesabına köçürülməsi qərara alınmışdır. Həmin qətnamədən “xxxx” ASC-nin nümayəndəsinin verdiyi apellyasiya şikayəti mülki işlə birlikdə Bakı Apelliyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyrimümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, MPM-nin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. “xxxx” ASC-nin apellyasiya şikayəti ## #### 2026-cı il tarixdə Səbuhi Mikayılov tərəfindən elektron qaydada imzalanaraq “Elektron məhkəmə informasiya sistemi”nə daxil edilsə də, iş materiallarında həmin şəxsin səlahiyyətini təsdiq edən etibarnamə, iş yerinə dair arayış, vəkilin orderi və ya digər sənəd iuş materiallarında mövcud deyildir. Şikayətə əlavə edilmiş etibarnamə isə “xxxx” ASC-nin İdarə Heyətinin sədri (qanuni nümayəndəsi) X1 tərəfindən X3 verilmiş etibarnamədir. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 361, 364, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı iş üzrə ## #### 2026-cı il tarixli qətnaməsindən “xxxx” ASC tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və iş, şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Elnur Həsənov Azad İmanov Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(3-6)-3584/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-3584/2026
06.08.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver