Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-366/2026 10.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “qeydiyyatın və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 dekabr 2025-ci il tarixli, 2(103)-44/2019 nömrəli qərardadından Cavabdeh nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Reyestr Xidməti Bakı Ərazi İdarəsi tərəfindən adıçəkilən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Türkan bağ massivində "Nadejda” bağçılıq yoldaşlıq sahəsində yerləşən 23 saylı bağ sahəsinə dair mülkiyyət hüququn Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş RX seriyalı ******* №-li reyestrdən çıxarışın etibarsız hesab edilməsi, Cavabdeh həmin torpaq sahəsinə müdaxiləsinin qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-44/2025 nömrəli xx.xx.2019-cu il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilərək, Azərbaycan Respublikasınin Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Reyestr Xidməti Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Türkan bağ massivində "Nadejda" bağçılıq yoldaşlığının bağlar sahəsi 23 saylı bağ ünvanında yerləşən 520 kv.m. torpaq sahəsinə dair mülkiyyət hüququnun Cavabdeh adına xx.xx.2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş RX seriyalı ******* №-li reyestrdən çıxarış etibarsız hesab edilməsi, Cavabdeh həmin torpaq sahəsinə müdaxilə edilməsi qadağan olunması qət edilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-44/2019 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh 2(003)-44/2019 saylı mülki iş üzrə çıxarılmış xx.xx.2019-cu il tarixli qiyabi məhkəmə qətnaməsinin ləğv edilməsi barədə ərizəsi təmin edilməmişdir. xx.xx.2025-ci il tarixdə həmin qərardaddan cavabdeh şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-44/2019 nömrəli 26 dekabr 2025-ci il tarixli qərardadı ilə həmin məhkəmənin 2(003)-44/2019 saylı xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti prosessual müddət ötürüldüyündən geri qaytarılmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh Xəzər rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(003)-44/2019 saylı qərardadını rəsmi qaydada özünün “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə xx.xx.2025-ci il tarixdə almış, sözügedən qərardaddan apellyasiya şikayətini isə xx.xx.2025-ci il tarixdə il tarixdə vermişdir. Həmin qərardaddan Cavabdeh şikayət verərək onun ləğv edilməsini və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-44/2019 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından verilmiş şikayətə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 24 noyabr 2025-ci il tarixli 2(003)-44/2019 saylı qərardad rəsmi qaydada “Elektron məhkəmə” informasiya sistemində yaradılan elekrton kabinet vasitəsi ilə xx.xx.2025-ci il tarixində ərizəçiyə təqdim edilmişdır. Qanunla müəyyən olunmuşdur ki, tərəfin 10 gün müddətində qəradaddan apellyasiya şikayəti vermək hüququ vardır. Sonuncu gün həftənin bazar günü, yəni qeyri-iş günü olduğundan, ərizəçi öz şikayətini xx.xx.2025-ci il tarixində təqdim etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(103)-44/2019 saylı, 15 yanvar 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə, qərardaddan “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayətin verilməsinin bazar günü də mümkün olduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslıdır, qərardad ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 129.1-ci maddəsinə görə illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Bu Məcəllənin 129.2-ci maddəsinə görə müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarından göründüyü kimi Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 44/2019 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı Cavabdeh elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir. Cavabdeh nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayəti ilə birlikdə 22 dekabr 2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Qeyd olunmalıdır ki, hazırki halda başlanğıcı dekabrın 11-nə təyin edilmiş 10 günlük müddətin ilk günü dekabrın 12-si, son günü - dekabrın 21-i olmuşdur. Mütləq nəzərə alınmalıdır ki, 2025-ci ilin dekabrın 21 qeyri-iş günü - həftənin bazar gününə təsadüf etdiyindən, şikayətin verilməsinin son günü qeyri-iş günündən sonrakı ilk iş gününə, yəni dekabrın 22-nə keçirilmişdir. Bu məsələni tənzimləyən Mülki Prosessual Məcəllənin müddəaları qüvvədədir və “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə də məhkəmə aktlarından verilən şikayətlər üzrə prosessual müddətlərin hesablanması zamanı istisnasız tətbiq edilir. Belə olduğu təqdirdə, kollegiya hesab edir ki, cavabdeh Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-44/2019 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından 22 dekabr 2025-ci il tarixdə şikayət verərərkən vaxtında, 10 günlük prosessual müddəti ötürmədən vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Belə ki, məhkəməyə müraciət hüququnun həyata keçirilməsinin qanunvericiliklə müəyyən olunmuş prosessual tələblərlə şərtləndirilməsi qəbuledilən olsa da, həmin normalar şəxsi məhkəməyə müraciət etmək hüququndan məhrum edəcək dərəcədə hədsiz formallıqdan uzaq olmalıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsinin şərh edilməsinə dair 27 fevral 2024-cü il tarixli Qərarı). Beləliklə yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hazırki şikayət əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(103)-44/2019 saylı xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(103)-44/2019 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş şikayət mümkün hesab edilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263, 267, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cavabdeh nümayəndəsi-vəkili Vəkil şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(103)-44/2019 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(103)-44/2019 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş şikayət mümkün hesab edilsin. Birinci instansiya məhkəməsi tərəfindən sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi məqsədilə mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(3-6)-366/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-366/2026
10.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver