Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-3694/2026 20.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 MMC-nə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: prosessual müddətin ötürülməsi, müddətin ötürülməsinin üzrsüz hesab olunması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Səlimova Səadət Rəşid qızından və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh2 və cavabdeh1 MMC-nə qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları
1. İddiaçı (iddiaçı) cavabdeh2 və cavabdeh1 MMC-nə (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, gördüyü təmir işlərinə görə 3350 manatın, dövlət rüsumu kimi ödədiyi 55 manatın cavabdehlərdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Məhkəmənin ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktları
3. Qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti ##.##.2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə daxil olmuş, məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayətin geri qaytarılması qərara alınmışdır.
4. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə ##.##.2026-cı il tarixli qərardad dəyişdirilmədən saxlanılmışdır.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət "Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Eyni tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 2654/2025saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair iddiaçı İddiaçı ərizə ilə məhkəməyə müraciət etmişdir.
6. ## ### 2026-cı il tarixdə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti və şikayət üzrə buraxılmış prosessual müddətin bərpasına dair ərizə məhkəməyə daxil olmuş, məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi və apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
7. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Şikayət belə əsaslandırılmışdır ki, ona qətnamə məhkəmə tərəfindən göndərilməmiş, poçt tərəfindən yaşadığı ünvana məktub gəlməmiş və məhkəmə qərardadında qeyd etdiyi xəbərnamə tərəfindən imzalanmamışdır. Məhkəmə qətnaməsi ona məhkəməyə müraciəti əsasında ##.##.2026-cı il tarixdə məhkəmənin işçiləri tərəfindən təqdim edilmişdir. Qətnamə ona çatdırılmış olsaydı qanunvericiliyə uyğun olaraq ondan qətnamə təqdim edilərkən dövlət rüsumu tələb olunardı, qətnamə təqdim edilmədiyindən (çatdırılmadığından) qətnamənin surəti ##.##.2026-cı il tarixdə təqdim edilmişdir. Məhkəmə iş materiallarında olan xəbərnaməni əsas gətirərək, prosesual müddətin bərpa edilməsindən imtina etmişdir. Lakin məhkəmə iclasında həmin xəbərnamədəki imza ona məxsus olmamasını və iş üzrə ekspertiza təyin edilməklə həmin imzanın ona məxsus olmadığını şifahi vəsatətlə xahiş etsə də, məhkəmə vəsatətini təmin etməmişdir. Göründüyü kimi, məhkəmənin niyyəti həqiqətin müəyyən edilməsi omamışdır. Məhkəmə həqiqətin müəyyən edilməsini istəsəydi iş üzrə xətşünaslıq ekspertizası təyin edərdi. Əmindir ki, həmin imza onun tərəfindən icra edilməmişdir. Ümumiyyətlə ünvanına qətnamə çatdırılmamışdır. Qətnamə məhkəmənin inzibati binasında ona təqdim edilmiş, qətnaməni aldığı vaxtdan da qanunla müəyyən edilmiş vaxtda və qaydada apellyasiya şikayəti vermişdir. Əlavə olaraq qeyd edir ki, qərardadda qeyd edilən xəbərnamədəki imzanın ona məxsus olmamasına dair sübutları (imza nümunələri və sair) təqdim etməyə hazırdır. Göründüyü kimi, qətnamədən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddət tərəfindən ötürülməmiş və apellyasiya şikayətinin verilməsi üçün prosesual müddət ona münasibətdə bərpa edilməli və apellyasiya şikayəti baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Məhkəmə işə baxan zaman ədalətli olmamış və onun qanunla qorunan hüquqlarını pozmuşdur. Belə ki, məhkəmə tərəfindən iş üzrə heç bir araşdırma aparmadan, iş materiallarında olan xəbərnamə kim tərəfindən imzalanması araşdırılmadan yalnış nəticəyə gəlmişdir. Qətnamə ona poçt vasiyəsi ilə çatdırılmış olsaydı, hansı səbəbdən məhkəmə işçiləri tərəfindən qətnamənin surəti ona ##.##.2026-cı il tarixdə təqdim edilirdi? Qətnamənin surəti təkrar verilirdisə hansı səbəbdən dövmət rüsumu tələb edilmirdi? Cavabı sadədir həmin qətnamə ona poçt vasitəsi ilə çatdırılmamışdır. Qərardadda qeyd edilən xəbərnamə mövcuddursa həmin xəbərnamə tərəfindən imzalanmadığı üçün qətnamədən apellyasiya şikayəti verilməsi müddəti də ötürülməmişdir. Maddi hüquq normalarını düzgün tətbiq etməmiş və həmin nəticəyə gəlmək üçün ədalətli və haqlı olmamışdır. Bu səbəbdən də qərardad ləğv edilməlidir.
Apellyasiya baxışı
9. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən MPM-in 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
10. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.
11. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
12. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
13. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
14. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri "Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.
15. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.
16. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər "Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış "elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
17. Maddə 398.0.3. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.
Apellyasiya baxışının həddi
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
Məhkəmə kollegiyasının mövqeyi
19. İş materiallarından görünür ki, məhkəmənin ##.##.2025-ci il tarixli qətnaməsi ##.##.2026-cı il tarixdə tərəflərə göndərilməsi üçün poçt xidmətinə verilmiş, İddiaçı ünvanında “Muxtarov” soyadlışəxs tərəfndən poçt qəbzinə imza edilməklə ##.##.2026-cı il tarixdə təhvil alınmış, apellyasiya şikayəti isə ## #### 2026-cı il tarixdə elektron sistemə yüklənmişdir.
20. Üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzürlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzürlü səbəblər kimi qəbul edilir.
21. Hazırki işin halları baxımından isə belə hallar yoxdur və iddiaçının qətnamədən şikayət vermə müddətini üzrlü səbəbdən buraxmış olması qənaətinə gəlmək mümkün olmamaqla, bununla bağlı hər hansı sübut ümumiyyətlə təqdim edilməmişdir.
22. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDI: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı iş üzrə ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Səadət Səlimova
Azad İmanov