Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-3731/2026 09.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edilməklə) mülki iş üzrə (Açar sözlər: pul) Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Iddiaçı İddiaçı, Cavabdeh Cavabdeh iştirakları ilə, Işin halları
1. ##.##.2025-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
2. Həmin qərarda qeyd edilmişdir ki, “Araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, ##.##.2023-cü il tarixdə iş yoldaşı İddiaçı faizə 7000 manat pul götürmüşdür. Həmin tarixdən etibarən ay bölgüsünə əsasən 2023-cü ilin dekabr ayına qədər 560 manat miqdarında faizin pulunu vermişdir. Dekabr ayından sonra imkanı olmadığı üçün faizin pulunu verə bilməmişdir. 2024-cü ilin mart ayında götürdüyü 7000 manat puldan 2000 manatını geri qaytarmışdır. 2024-cü ilin may ayında əlavə olaraq yenə 2000 manat pul vermişdir. 2025-ci ilin mart ayında qalan 3000 manat pulun 1000 manatını da geri qaytarmış və qalan hissəsini verə bilmədiyi üçün iş yoldaşı İddiaçı möhlət istəmişdir. Iş yoldaşı ondan pulu tələb etməsi səbəbindən ##.##.2025-ci il tarixdə aralarında mübahisə yaranmışdır. Münaqişə zamanı iş yoldaşı İddiaçı Cavabdeh üzünə dərs jurnalını vurmuşdur. Bundan sonra Cavabdeh müdriyyətə yaxınlaşmış və sonra dərhal 102 Xidmətinə müraciət etmişdir. Şikayət edən şəxs bildirmişdir ki, onlar mübahisədən dərhal sonra aralarındakı problemi həll etmiş və barışmışlardır. Həmçinin, izahatı alınmış şəxs qeyd edir ki, heç bir xəsarət almamış və Məhkəmə-tibb ekspertizasından keçməkdən imtina etmişdir.”
Iş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 4000 manat pul və ödənilmiş 60 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh onun iş yoldaşıdır. Onlar *** saylı körpələr evi – uşaq bağçasında çalışırlar. 2023-cü ildə o, cavabdehə 7000 manat borc pul vermişdir. Iş yolddaşı olduqları üçün aralarında borc müqaviləsi imzalanmamışdır. Cavabdeh həmin məbləğdən 3000 manatı hissə-hissə qaytarmışdır. Qalan 4000 manat məbləğində pulu qaytarmasını istədikdə isə pulu olmadığını, bu səbəbdən qaytara bilməyəcəyini bildirmişdir. Bu səbəbdən, hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 2000 (iki min) manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun 30 (otuz) manatının iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 386.1, 427.3, 442, 445.2, 448.1, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4, 216-220-ci maddələrinə, istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçı İddiaçı iddiasını qismən təmin edərək ondan 2.000 ( iki min) manat pul vəsaitinin tutulmasına qərar vermişdir. Hesab edir ki, bu nəticə iş materiallarında olan sübutlarla təsdiq olunmur və məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmalı, tərəflərin təqdim etdiyi bütün sübutlara hüquqi qiymət verməlidir. Həmçinin MPM-in 88-ci madddəsinə əsasən heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş hüquqi qüvvəsi yoxdur və bütün sübutlar məcmu halında qiymətləndirilməlidir. Lakin birinci instansiya məhkəməsi bu qanun tələblərinə əməl etməmiş, yalnız iddiaçının mövqeyini dəstəkləyən hallara üstünlük vermiş, etirazlarını və iş üzrə digər mühüm halları lazımı qaydada araşdırmamışdır. Iddiaçı iddia etmişdir ki, guya cavabdeh ondan 7.000 manat borc almışdır. Halbuki həmin pulun ona verilməsini təsdiq edən heç bir yazılı borc müqaviləsi, qəbz, bank köçürməsi, maliyyə sənədi və ya digər mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasənistinad etdiyi halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Buna baxmayaraq, məhkəmə sübutetmə yükünü faktiki olaraq cavabdehin üzərinə qoymuş, iddiaçının təqdim edə bilmədiyi sübutların nəticələrini cavabdehin əleyhinə qiymətləndirmişdir ki, bu da prosessual hüququn kobud şəkildə pozulmasıdır. Qətnamədən görünür ki, məhkəmə əsasən polis orqanında alınmış izahatlara istinad etmişdir. Halbuki həmin izahatlar cinayət təqibinin başlanmasının rədd edilməsi ilə bağlı material çərçivəsində alınmış izahatlardır və onlar mülki hüquqi öhdəliyin mövcudluğunu təsdiq edən qəti sübut hesab edilə bilməz. Məhkəmə həmin izahatları digər sübutlarla müqayisəli şəkildə qiymətləndirmədən, onları həlledici sübut kimi qəbul etmişdir ki, bu da MPM-in 88-ci maddəsinin tələıblərinə ziddir. Bundan əlavə, məhkəmə qətnaməsində özü də göstərmişdir ki, iş tərəflər arasında mübahisə zamanı iddiaçı onun üzünə (başına) dərs jurnalı ilə zərbə vurmuş, hadisə ilə əlaqədar 102 Xidmətinə müraciət edilmişdir. Lakin məhkəmə bu mühüm fakta ümumiyyətlə hüquqi qiymət verməmişdir. Bu hadisə tərəflər arasında ciddi şəxsi münaqişənin mövcud olduğunu, münasibətlərin gərgin xarekter daşıdığını və sonradan verilmiş izahatların etibarlılığı qiymətləndirilərkən nəzərə alınmalı olduğunu göstərirdi. Məhkəmə isə bu halı yalnız təsvir etməklə kifayətlənmiş, onun sübutların qiymətləndirilməsinə təsirini araşdırmamışdır. Bu səbəbdən hesab edir ki,birinci instansiya məhkəməsi MPM-in 14, 77 və 88-ci maddələrinin tələblərini pozaraq iş üzrə sübutları birtərəfli qiymətləndirmiş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları tam və obyektiv araşdırmadan nəticəyə gəlmişdir. Qətnamənin əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə qənaətini əsasən tərəflərin izahatları və polis materiallarında olan izahatlar əsasında formalaşdırmışdır. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş hüquqi qüvvəsi yoxdur və hər bir sübut digər sübutlarla qarşılıqlı əlaqədə qiymətləndirilməlidir. Məhkəmə iddiaçının tələbini təsdiq edən yazılı borc müqaviləsinin, qəbzin, bank sənədinin və ya digər obyektiv sübutun olmamasına baxmayaraq iddianı qismən təmin etmişdir. Halbuki MPM-in 77.1-ci-maddəsinə əsasən istinad etdiyi halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Iddiaçı bu vəzifəsini yerinə yetirmədiyi halda məhkəmə sübutetmə yükünü faktiki olaraq cavabdehin üzərinə qoymuşdur. Qətnamədə göstərilmiş polis materialları yalnız araşdırma materialları olub, mülki hüquq münasibətinin mövcudluğunu təsdiq edən qəti sübut hesab edilə bilməz. Həmin izahatlar sərbəst şəkildə deyl, tərəflər arasında artıq ciddia münaqişə yarandıqdan sonra alınmışdır. Buna görə də həmin izahatların mötəbərliyi digər sübutlarla yoxlanılmalı idi. Lakin məhkəmə bunu etməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmadan, sübutları birtərəfli qiymətləndirərək və prosessual hüquq normalarını pozaraq qanunsuz qətnamə qəbul etmişdir. Bu səbəbdən hesab edir ki, qətnamə ləğv edilməlidir. Hazırkı işdə isə 2.000 manatın tutulması barədə nəticə kifayət qədər mötəbər və obyektiv sübutlarla təsdiq olunmamışdır. Məhkəmə yalnız ehtimallara və izahatlara əsaslanaraq nəticəyə gəlmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
10. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
11. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
13. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
14. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
15. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
16. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır;
18. 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
19. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin;
20. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir;
21. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 89. Yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.
26. Maddə 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
27. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
29. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
34. Hazırki halda, cavabdeh qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin təmin ediməlməsini xahiş etsə də, iddia qismən təmin edildiyindən qətnamə iddianın təmin edilən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası izahatları, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
36. Işin hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında şifahi qaydada razılaşma olmuş, razılaşmaya əsasən cavabdeh iddiaçıdan qaytarmaq şərti ilə 7000 manat mıbləğində pul vəsaitini borc kimi götürmüşdür. Cavabdeh həmin razılaşma üzrə öz üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcundan müxtəlif tarixlərdə cəmi 5000 manat məbləğində pul vəsaitini qaytarmış, qalan 2000 manat məbləğində pul vəsaiti qaytara bilməmişdir.
37. ##.##.2025-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
38. Həmin qərarda qeyd edilmişdir ki, “Araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, ##.##.2023-cü il tarixdə iş yoldaşı İddiaçı faizə 7000 manat pul götürmüşdür. Həmin tarixdən etibarən ay bölgüsünə əsasən 2023-cü ilin dekabr ayına qədər 560 manat miqdarında faizin pulunu vermişdir. Dekabr ayından sonra imkanı olmadığı üçün faizin pulunu verə bilməmişdir. 2024-cü ilin mart ayında götürdüyü 7000 manat puldan 2000 manatını geri qaytarmışdır. 2024-cü ilin may ayında əlavə olaraq yenə 2000 manat pul vermişdir. 2025-ci ilin mart ayında qalan 3000 manat pulun 1000 manatını da geri qaytarmış və qalan hissəsini verə bilmədiyi üçün iş yoldaşı İddiaçı möhlət istəmişdir. Iş yoldaşı ondan pulu tələb etməsi səbəbindən ##.##.2025-ci il tarixdə aralarında mübahisə yaranmışdır. Münaqişə zamanı iş yoldaşı İddiaçı Cavabdeh üzünə dərs jurnalını vurmuşdur. Bundan sonra Cavabdeh müdriyyətə yaxınlaşmış və sonra dərhal 102 Xidmətinə müraciət etmişdir. Şikayət edən şəxs bildirmişdir ki, onlar mübahisədən dərhal sonra aralarındakı problemi həll etmiş və barışmışlardır. Həmçinin, izahatı alınmış şəxs qeyd edir ki, heç bir xəsarət almamış və Məhkəmə-tibb ekspertizasından keçməkdən imtina etmişdir.”
39. Işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdehin polis orqanında verdiyi izahatından, həmçinin, birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclaslarında verdiyi izahatlardan da öz təsdiqini tapmışdır. Belə ki, əvvəlki məhkəmə iclaslarında iştirak edən zaman cavabdeh izahatı ilə təsdiq etmişdir ki, onun iddiaçıya 2000 manat borcu var, lakin maddi vəziyyətinin pis olması səbəbindən, həmçinin, iddiaçı ilə arasında yaranan münaqişə səbəbindən həmin borcu qaytarmır.
40. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı hazırkı iddianı qaldırmaqda haqlı olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu iddiaçıya ödəməlidir.
41. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə hesab edir ki, cavabdeh apellyasiya şikayətində istinad etdiyi halları əsaslandıra bilməmiş, bununla bağlı hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Apellyasiya şikayətində qeyd olunanlar öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvinə səbəb ola bilməz.
42. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
43. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında Insan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68)
44. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” ## #### 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93)
45. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AIHM-nin qərarı №*****/**, §282).
46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə və qanuni, mahiyyətcə düzgün olan məhkəmə qətnaməsinin ləğvinə səbəb ola bilməz.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
48. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
49. Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
50. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.