Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-3744/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı "mənzilə sahiblik və istifadə hüquqlarının tanınması və mənzilin təhvil verilməsi" tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından cavabdehin apellyasiyasının mümkünlüyünü yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı "mənzilə mülkiyyət hüquqlarının tanınması, mənzilə köçürülmə" tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək, İddiaçı münasibətdə "xxxx" MMC-dən ünvan 1ndə yerləşən 102 kv/m olan 2 otaqlı mənzil üzərində mülkiyyət hüququnun tanınması və onun məcburi qaydada həmin mənzilə köçürülməsi; İddiaçı münasibətdə Avropa Insan Hüquqları Konvensiyasının * saylı Protokolun 1-ci maddəsinin pozuntusunun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə təqdim edərək, iddianın predmetində mülkiyyət hüququnun tanınması və onun məcburi qaydada mənzilə köçürülməsi hissəsininin “sahiblik və istifadə hüququnun tanınması və mənzilin təhvil verilməsi” hissəsi ilə əvəz edilməsi, iddianın predmetinin ikinci bəndinin çıxarılmasını, eyni zamanda mülki işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir.
3. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanda inşa olunan yaşayış binasının 2-ci blok, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102 kv.m olan 2 otaqlı ** nömrəli mənzilə iddiaçı İddiaçı sahiblik və istifadə hüquqlarının tanınması, ünvan 1 ünvanda inşa olunan yaşayış binasının 2-ci blok, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102 kv.m olan 2 otaqlı ** nömrəli mənzilin iddiaçı İddiaçı təhvil verilməsi vəzifəsinin cavabdeh Cavabdeh MMC-nin üzərinə qoyulması qət edilmişdir.
4. Iş üzrə cavabdeh Cavabdeh MMC-nin qanuni təmsilçisi X1 ##.##.2026-cı il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək qiyabi qətnamənin ləğv edilməsini, mülki iş üzrə icraatın təzələnməsini və işə cavabdehin iştirakı ilə ümumi qaydada mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
5. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərardadı ilə (hakim A.R.Sultanova-Məmmədova) iş üzrə cavabdeh Cavabdeh MMC-nin qanuni təmsilçisi X1 Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin *(*- ***)-***/**** saylı, ##.##.2026 cı il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi barədə ərizəsi təmin edilməmişdir.
6. Qərardaddan narazı qalan cavabdeh şikayət verərək qərardadın ləğv edilməsini, qiyabi qətnamənin ləğv edilməsi barədə ərizənin təmin edilməsini xahiş etmişdir.
7. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərardadı ilə (hakim Ə.E.Camalov) şikayət qanunvericilikdə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən geri qaytarılmış, lakin cavabdeh Cavabdeh MMC-nin həmin qərardaddan verdiyi şikayəti əsasında məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə ləğv edilmiş, şikayətə mahiyyəti üzrə baxılması qərara alınmışdır.
8. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Maddə 253.2. Apellyasiya qaydasında aşağıdakılardan şikayət verilə bilər: 253.2.2. cavabdehin ərizəsi ilə qiyabi məhkəmə qətnaməsinin ləğvindən imtina edildikdə; Maddə 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4.şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar. Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Maddə 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Maddə 363.4. Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Maddə 364. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının “15” iyul 2019-
10. “17-N” nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya cu il tarixli sistemindən istifadə qaydalarının 3.1-3.4, 3.6, 5.2-ci bəndlərində əks edilmiş tələblərə əsasən: Informasiya Sisteminin iştirakçıları və istifadəçiləri tərəfindən sənədlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il ## ###### tarixli *- N nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 441-ci bəndində göstərilən tələblər nəzərə alınmaqla hazırlanır. Informasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir. Sənədə onun göndərilməsi zamanı maddi sübut qismində təqdim edilən fotoşəkil, videoyazı, audioyazı və digər maddi daşıyıcılar qoşula bilməz. Bu maddi daşıyıcılar barədə məlumat “Elektron kabinet” vasitəsilə göndərilən sənədlərdə qeyd oluna bilər. Sənəd göndərilməzdən əvvəl Informasiya Sisteminin istifadəçisi onun düzgün tərtib edildiyini (elektron imzanın, əsas və əlavə rekvizitlərin olmasını) və ünvanlanmasını yoxlayır. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsi ilə müəyyən edilmiş hallarda Informasiya Sistemi həmin sənədi Informasiya Sisteminin istifadəçisi tərəfindən göndərilməmiş hesab edir. Sənədlərin elektron dövriyyəsi zamanı göndərilən sənədlərin gücləndirilmiş elektron imza ilə təsdiq edilməsi tələb olunur.
11. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il # #### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamənin 13.6-cı bəndinə əsasən: Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.2-ci maddəsində nəzərdə tutulan “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti nəzərdən keçirib hesab edir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
13. Belə ki, şikayət “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə cavabdeh tərəfindən PDF formatında yüklənmiş, şikayətin özü qanunvericiliyin tələblərinə uyğun olaraq elektron imza ilə imzalanmamışdır.
14. Habelə, şikayət Mülki Prosessual Məcəlləsinə “Əlavə 2” də müəyyən edilmiş forma və məzmun tələblərinə uyğun tərtib edilməmişdir.
15. Göründüyü kimi, işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsaslar yoxdur.
16. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün sayılmalı və şikayət geri qaytarılması üçün işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir.
17. Göstərilənlərə əsasən və MPM-in 361, 363, 366 və 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyrimümkün hesab edilsin və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.