Məhkəmə qərarları › İş №2(3-6)-382/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-382/2026

07.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-382/2026 07.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə mülki iş üzrə (açar sözlər: zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4 katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı və cavabdeh Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. Tərəflər arasında bağlanmış ##.##.2017-ci il tarixli renta müqaviləsinə əsasən renta alan Cavabdeh Baki şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanda yerləşən 2 otaqlı mənzili renta ödəyicisi İddiaçı mülkiyyətinə verir, renta ödəyicisi İddiaçı renta alan Cavabdeh özgəninkiləşdirilən hissə müqabilində aylıq 150 manat haqq ödəməyi öhdəsinə götürmüşdür.

2. Baki şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2024- cu il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında ##.##.2017-ci il tarixində * saylı Bakı “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat ofisində bağlanmış, reyestrdə 4Ə- 90 nömrə ilə qeyd edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanda yerləşən mənzilə dair renta müqaviləsi ləğv edilməsi, həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrinə edilmiş qeydlərin silinməsi (əmlakın reyestr nömrəsi 005011000520-05101-093035, qeydiyyat nömrəsi 1117006386, qeydiyyat tarixi ##.##.2017) və dövlət rüsumu kimi ödənilmiş 100 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 10000 manat məbləğində pulun, habelə 10000 manat mənəvi zərərin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında ##.##.2017-ci il tarixdə * saylı Bakı “ASAN Xidmət” Mərkəzində renta müqaviləsi bağlanmışdır. Renta müqaviləsinə əsasən cavabdeh mülkiyyətində olan mənzilini onun mülkiyyətinə keçirməklə o, bunun müqabilində ona hər ay 150 manat pul ödəməyi öhdəsinə götürmüşdür. O, cavabdehə hər ay 2023-cü ili aprel ayınadək cəmi 10000 manat pul vermiş, cavabdehə baxmış, onu xəstəxanaya həkimlərə aparmış, müalicə etdirmiş və ərzaq məhsullarını, dərmanlarını almışdır, hətta bayramlarda, ad günündə ona həmişə hədiyyələr almışdır, bir sözlə o, əvvəlcə 150 manat, sonra isə hər ay 200 manat ona pul verirdi, lakin 2023-cü ilin aprel ayından o, yaşadığı mənzilin qapısını ona açmamış və onu evə buraxmamışdır. Beləliklə, müqavilənin şərtlərini pozmuşdur, ona görə də o, ona hər ay ödənişi verə bilməmişdir. Ödənişi ondan qəbul etməmişdir. Ona kimsə çox pul təklif etmiş, ona görə də cavabdeh həmin müqaviləni ləğv etmək qərarına gəlmiş və onu məhkəməyə vermişdir. Sabunçu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə aralarında bağlanmış renta müqaviləsi ləğv edilmişdir. Cavabdehin ona qarşı hüquqa zidd hərəkətləri nəticəsində o, təzyiq xəstəliyinə tutulmuşdur. Mənəvi sarsıntılar və iztirablar keçirmiş, müalicə olunmuşdur və bu ona psixi və mənəvi sarsıntılar yaratmışdır. Cavabdeh məhkəmə iclasında 4 ilin pulunun onun tərəfindən ona verlidiyini etiraf etmişdir, lakin o, cavabdehə 6 ilin pulunu vermişdir. Cavabdeh bunu inkar etmir. Beləliklə də cavabdeh ona 10000 manat zərər vurub və cavabdeh müqaviləni ləğv etdirdiyi üçün o, ona verdiyi 10000 manat pulunu geri istəyir. Bundan başqa ona 10000 manat məbləğində mənəvi zərər dəymişdir.

5. Cavabdeh Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı İddiaçı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair ilkin iddia tələbinin rədd edilməsi, cavabdeh Cavabdeh dəymiş maddi ziyanın əvəzi olaraq 5700 manatın, hüquqi yardımın əvəzi olaraq 300 manatın, dəymiş maddi ziyanın əvəzi olaraq 5000 manatın, ödənilmiş 120 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, hadisə heç də iddiaçının dediyi kimi baş verməmiş, əksinə onun günahı və qəsdi nəticəsində tərəflər arasında bağlanmış müqavilənin şərtləri əhəmiyyətli dərəcədə pozulmuş və son olaraq hazırkı iş üzrə iddiaçı Cavabdeh məhkəməyə müraciət edərək tərəflər arasında imzalanmış renta müqaviləsinin ləğv edilməsini istəmiş və iddia təmin olunmuş, qətnamə qanuni qüvvəyə minmişdir. Hər üç məhkəmə qərarı ilə onun təqsiri ucbatından müqavilənin şərtlərinin əhəmiyyətli dərəcədə pozulduğu müyyən edilmiş və tərəflər arasında bağlanmış ##.##.2017-ci il tarixli resnta müqaviləsinin ləğv edilməli olduğu sübut olunmuşdur. Qanunvericilik renta müqaviləsi üzrə renta ödəyicisinin (hazırkı qarşılıqlı iddia üzrə iddiaçı) öz öhdəliklərini icra etməməsi halında, renta alanın (hazırkı qarşılıqlı iddia üzrə cavabdeh) müqavilənin ləğv etməsi və müqavilənin ləğvi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək kimi müstəsna hüququnu müəyyən etmişdir. Bütün qeyd edilənləri ümumiləşdirsək belə bir nəticəyə gəlinir ki, renta ödəyicisi olmuş hazırkı Iddiaçı müqavilə üzrə öhdəliklərini icra etməmiş, bunun nəticəsində renta alan müqavilənin ləğv edilməsi barədə iddia qaldırmış və iddiası təmin olunmuşdur. Lakin, hazırkı qarşılıqlı iddia üzrə cavabdeh müstəsna hüququndan istifadə edərək müqavilənin ləğv edilməsi nəticəsində dəymiş zərərin ödənilməsini tələb etməmişdir. Bundan sui - istifadə edə hazırkı qarşılıqlı iddia üzrə iddiaçı dəymiş maddi ziyanla bağlı iddia qaldırmışdır. Tərəflər arasında 2021-ci ilin oktyabr ayından narazılıq olmuş və qarşılıqlı iddia üzrə cavabdeh ödənişləri etməyi dayandırmışdır. Belə olan halda maddi zərər vurulmanın başlanma tarixini bu andan götürmək mümkündür. Digər tərəfdən Ali Məhkəmənin sonuncu qanuni qüvvəyə minmiş qərarı ##.##.2024-cü il tarixdə qəbul edilmişdir ki, bu tarixdən də de-yure olaraq mənzil ilkin sahibinə qaytarılmışdır. Qərarın icrası daha sonrakı tarixlərdə olsa da, de yure olaraq əmlak ilkin sahibinə qaytarilanadək qarşılıqlı iddia üzrə Iddiaçıya maddi ziyan dəymişdir. Maddi ziyanın daha artıq olmasına baxmayaraq, bu məbləğin qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən hər ay renta müqaviləsi üçün rəsmi ödənilməli olan məbləğ həcmində, yəni 150 manat olaraq götürülməsi daha ağlabatandır. O səbəbdən də qarşılıqlı iddia üzrə iddiaçı ona hər ay 150 manat olmaqla 2021-ci ilin oktyabr ayından 2024-cü ilin dekabr ayınadak olan müddətdə ödənilməli olan lakin ödənilməyən vəsaitin ona dəymiş maddi ziyan kimi qarşılıqlı iddia üzrə cavabdehdən tutulmasını istəyir. Riyazi hesablama əsasında 10.2021-12.2024 (38 ay)*150 manat=5700 manat dəymiş maddi ziyan qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq ödənilməlidir. Bundan əlavə, qarşılıqlı iddia üzrə cavabdehin qaldırdığı ilkin iddia üzrə, eləcə də hazırkı qarşılıqlı iddia üzrə keyfiyyətli hüquqi yardım alınması ilə bağlı vəkillə hüquqi yardım haqqında müqavilə bağlanmış və 300 manat ödəniş edilmişdir. Bu vəsait də qarşılıqlı iddia üzrə cavabdehdən alınmalıdır. Eyni zamanda dəymiş mənəvi zərərlə bağlı qeyd edilməlidir ki, qarşılıqlı iddia üzrə Iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin etdiyi hərəkətlərdən dərin mənəvi iztirab keçirmiş, müxtəlif vaxtlarda səhhətində pozulmalar meydana gəlmişdir. Bütün günü mənəvi stress keçirən yaşlı qadın son olaraq belə günlərdən birində halı pisləşərək yıxılmış və bədən xəsarətləri də almışdır. Bədən xəsarətləri məhz müqavilənin ləğv edilməsi ilə bağlı məhkəmə proseslərinin keçirildiyi müddətdə olmuşdur. Bununla bağlı səhiyyə qurumu tərəfindən alınmış müvafiq arayışın surəti təqdim edilmişdir. Dəymiş mənəvi zərərin dəyəri əvəzsiz olsa da, qarşılıqlı iddia üzrə Iddiaçı ona dəymiş mənəvi zərəri 5000 manat olaraq qiymətləndirir və həmin pulun da qarşılıqlı iddia üzrə cavabdehdən tutulmasını istəyir.

7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə ilkin iddia tələbi və qarşılıqlı iddia tələbi rədd edilmişdir.

8. Qətnamənin əsaslarına görə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında renta müqaviləsi bağlanmışdır və ilkin iddia üzrə iddiaçı həmin müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduğuna görə müqavilə ləğv edilmişdir. Bu xüsusatlar məhkəmə qətnaməsi əsasında müəyyən edildiyindən preyudisial əhəmiyyət daşıyır və mübahisələndirilmir. Iddiaçı məhkəməyə müraciət edərək, renta müqaviləsi üzrə müqavilə ləğv edilənədək ödədiyi rentaların tutularaq ona qaytarılmasını xahiş etmişdir. Lakin məhkəmə hesab etmişdir ki, iddia tələbi üzrə mübahisənin qanuni əsası mövcud deyildir və renta müqaviləsi üzrə irəli sürülən bu tələb renta müqaviləsinin hüquqi təbiətinə uyğun deyildir. Belə ki, renta müqaviləsinin leqal anlayışı MM-in 864.1-ci maddəsində verilmişdir. Renta müqaviləsinə görə bir tərəf (renta alan) əmlakı digər tərəfin (renta ödəyicisinin) mülkiyyətinə verir, renta ödəyicisi isə alınmış əmlakın müqabilində renta alana vaxtaşırı (dövri olaraq) müəyyən pul məbləği şəklində renta ödəməyi öhdəsinə götürür. Renta müqaviləsinin bağlanmış sayılması üçün zəruridir ki, əmlak renta ödəyicisinə verilsin. Ona görə də renta müqaviləsi real müqavilədir, habelə renta müqaviləsi əvəzli müqavilədir. Belə ki, renta ödəyicisi aldığı əmlakın müqabilində qarşı tərəfə renta ödəyir. Lakin renta müqaviləsinin əvəzli olması bəzi xüsusiyyətlərə malikdir. Əsas xüsusiyyət ondan ibarətdir ki, renta müqaviləsinin əvəzli olması heç də onun ekvivalentliyini ifadə etmir. Əksinə, müqavilə bağlanarkən tərəflər onun ekvivalentli olmasını nəzərdə tutmurlar. Renta müqaviləsinin bu və ya digər tərəfinə verilən qarşılıqlı əvəz eyni həcmə malik deyil. Belə ki, renta alana (mülkiyyətçiyə) ödənilən renta, şübhəsiz, renta ödəyicisinin mülkiyyətinə verilən əmlakın ekvivalenti deyildir. Ola bilsin ki, renta həmin əmlakın dəyərindən çox və ya az olsun. Həmçinin, məhkəmə qeyd etmişdir ki, renta müqaviləsi aleator xarakterə malikdir. Müqavilənin aleator (riskli) xarakterə malik olması onu ifadə edir ki, burada müqavilənin son nəticəsi, onun maddi qiyməti tamamilə məlum olmayan və ya təsadüfi olan və ya ehtimal edilən hadisədən asılı olaraq müəyyən edilir. Renta müqaviləsi bağlanarkən hansı tərəfin son nəticədə udub fayda götürməsi qabaqcadan məlum olmur. Tərəflərdən hər birinin öz üzərinə götürdüyü risk elementi bu və ya digər kontragentin özünə verilən əvəzdən az həcmdə qarşılıqlı əvəz alması ehtimalından ibarətdir. Onlar üçün nəticə (faydalanmaq və udmaq şansı və yaxud itirmək, uduzmaq şansı) yəqin edilməyən və şübhəli haldan asılıdır. Işin hallarından göründüyü kimi renta müqaviləsi üzrə renta alan mübahisəli mənzili qabaqcadan 50000 satınalma qiyməti müəyyənləşdirməklə, renta ödəyicisinin mülkiyyətinə verir və renta ödəyicisi isə bütün satınalma məbləğini ödəyənə qədər şərtləşdirilmiş 150 manat rentanı ödəməyi öhdəsinə götürür. Ödənilən həmin bu aylıq renta əmlakını özgəsinin mülkiyyətinə verməklə ondan məhrum olan renta alanın maraq və mənafelərinin müdafiəsinə xidmət etməklə, həmin ödənilən rentaların məcmusu satınalma qiymətinə bərabərləşənə qədər davam edir. Göründüyü kimi renta hüquqi təbiət olaraq mülkiyyətini satmaq niyyəti ilə hərəkəb edib müştəri tapmaqda çətinlik çəkən renta alanın maraq və mənafelərini kompensasiya etməklə mülki dövriyyənin davamlılığını təmin edir. Odur ki, renta alana aylıq ödənilən renta mülkiyyətindən məhrum olub onun faktiki olaraq özgəsinin faktiki sahibliyinə verən renta alanın mülkiyyətinin əvəzi olaraq vaxtaşırı verilən maddi təminatdır və bu müqavilə üzrə renta ödəyicisi əmlaka tam mülkiyyət hüquqununu müqavilənin qüvvədə olduğu müddət ərzində vicdanlılığın tələb etdiyi tərzdə davranaraq, yəni şərtləşdirilmiş vaxtda, məbləğdə və üsulda öhdəliklərini icra edərək əldə edə bilər, lakin ilkin iddia üzrə iddiaçı öhdəliyini müqavilənin qüvvədə olduğu müddət kəsiyində vicdanlılığın tələb etdiyi tərzdə həyata keçirməmiş və renta alanın hüquqlarını və mənafelərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, renta ödəyicisinin müqavilənin qüvvədə olduğu müddət ərzində ödədiyi rentalar mülkiyyətindən məhrum olan renta alanın uzunmüddətli öhdəlik hüquq münasibətləri ərzində itirilmiş mülkiyyətinin kompensasiyası qismində çıxış edir. Odur ki, ilkin iddia tələbi üzrə iddiaçının iddia tələbinin qanuni əsası yoxdur və rədd edilməlidir. Belə ki, cavabdehin vəkili və nümayəndəsi qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia tələbi üzrə cavabdehin 2021-ci ilin oktyabrından dayandırdığı və müqavilənin ləğv edən sonuncu məhkəmə qərarı kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarına kimi qarşılıq iddia üzrə cavabdehin ödəmədiyi 5700 manat rentanın ödənilməsini və digər tələblərin təmin edilməsini xahiş etmişdir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı mülki hüququnun fundamental prinsipi olan vicdanlılıq prinsipini rəhbər tutmaqla diqqətə çatdırmışdır ki, renta müqaviləsinə görə bir tərəf (renta alan) əmlakı digər tərəfin (rents ödəyicisinin) mülkiyyətinə verir, renta ödəyicisi isə alınmış əmlakın müqabilində renta alana vaxtaşırı (dövri olaraq) müəyyən pul məbləği şəklində renta ödəməyi öhdəsinə götürür (Mülki Məcəllə, maddə 864.1). Qeyd olunduğu kimi renta müqaviləsi real müqavilə olmaqla, bağlanmış hesab edilə bilməsi üçün zəruridir ki, müqavilənin predmetini təşkil edən əmlak renta ödəyicisinin faktiki sahibliyinə verilsin. Lakin iş materiallarında olan qətnamədən və məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə cavabdehin izahatından da göründüyü kimi, renta müqaviləsi üzrə renta alan renta ödəyicisini evə buraxmamışdır və renta müqaviləsi üzrə öz üzərinə götürdüyü əmlakı özgəninkiləşdirilən renta ödəyicisinin faktiki sahibliyinə verilməsi şərtini pozmuşdur və bunun müqabilində isə qarşılıqlı iddia üzrə cavabdeh ödənişləri həyata keçirməyi dayandırmışdır. Həmçinin, məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2024-cu il tarixli qətnaməsindən göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçı ilk olaraq ##.##.2021-ci il tarixdə notariat kontoruna və qarşılıqlı iddia üzrə cavabdehə müqavilənin ləğvi barədə ərizə ilə müraciət etmişdir. Lakin, qarşılıqlı iddia tələbi üzrə iddiaçının dəymiş ziyanın ödənilməsini xahiş etdiyi 2021-ci ilin oktyabrından 2024cü ilin dekabr ayına qədər olan zaman kəsiyində mübahisəli mənzil qarşılıqlı iddia tələbi üzrə iddiaçının faktiki sahibliyində və mülkiyyətində olmuşdur, lakin buna baxmayaraq, qarşılıqlı iddia üzrə iddiaçı öz hüququndan sui-istifadə edərək, əmlakın özünün faktiki sahibliyində və mülkiyyətində olduğu zaman kəsiyi üçün qarşılıqlı iddia üzrə cavabdehdən renta ödənişlərin tutulub ona verilməsini xahiş etmişdir. Odur ki, məhkəmə qarşılıqlı iddia ərizəsini və iş materiallarını araşdıraraq, ədalətlilik və vicdanlılıq prinsiplərini rəhbər tutmaqla qarşılıqlı iddia üzrə iddiaçının öz vəzifəsi olan əmlakı renta ödəyicisinin faktiki sahibliyinə vermək vəzifəsini icra etməməsinə baxmayaraq, öz hüquqlarını – ödənilməyən renta ödənişlərini tələb etməsini hüquqdan sui-istifadə kimi qiymətləndirirək, bu qənaətə gəlmişdir ki, qarşılıqlı iddia ərizəsi rədd edilməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 421.1, 421.2, 422.1, 422.2, 422.3, 422.4, 424.1, 424.2, 424.3, 424.4, 424.5, 560.1, 560.2, 560.3, 864.1, 864.2, 873.1, 873.2, 873.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Həmin qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini və ilkin iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Cavabdeh Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən - qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsini və ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın tam təmin olunması barədə qətnamə qəbul çıxarılmasını xahiş etmişdir.

12. Iddiaçının apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə qətnamədə əsassız olaraq qeyd etmişdir ki, iddiaçı məhkəməyə müraciət edərək, renta müqaviləsi üzrə müqavilə ləğv edilənədək ödədiyi rentaların tutularaq ona qaytarılmasını xahiş etmişdir. Lakin məhkəmə hesab etmişdir ki, iddia tələbi üzrə mübahisənin qanuni əsası mövcud deyildir və renta müqaviləsi üzrə irəli sürülən bu tələb renta müqaviləsinin hüquqi təbiətinə uyğun deyildir. Belə ki, renta müqaviləsinin leqal anlayışı Mülki Məcəllənin 864.1-ci maddəsində verilmişdir. Renta müqaviləsinə görə bir tərəf (renta alan) əmlakı digər tərəfin (rents ödəyicisinin) mülkiyyətinə verir, renta ödəyicisi isə alınmış əmlakın müqabilində renta alana vaxtaşırı (dövri olaraq) müəyyən pul məbləği şəklində renta ödəməyi öhdəsinə götürür. Renta müqaviləsinin bağlanmış sayılması üçün zəruridir ki, əmlak renta ödəyicisinə verilsin. Ona görə də renta müqaviləsi real müqavilədir, habelə renta müqaviləsi əvəzli müqavilədir. Belə ki, renta ödəyicisi aldığı əmlakın müqabilində qarşı tərəfə renta ödəyir. Lakin renta müqaviləsinin əvəzli olması bəzi xüsusiyyətlərə malikdir. Əsas xüsusiyyət ondan ibarətdir ki, renta müqaviləsinin əvəzli olması heç də onun ekvivalentliyini ifadə etmir. Əksinə, müqavilə bağlanarkən tərəflər onun ekvivalentli olmasını nəzərdə tutmurlar. Renta müqaviləsinin bu və ya digər tərəfinə verilən qarşılıqlı əvəz eyni həcmə malik deyil. Belə ki, renta alana (mülkiyyətçiyə) ödənilən renta, şübhəsiz, renta ödəyicisinin mülkiyyətinə verilən əmlakın ekvivalenti deyildir. Ola bilsin ki, renta həmin əmlakın dəyərindən çox və ya az olsun. Həmçinin məhkəmə qeyd edir ki, renta müqaviləsi aleator xarakterə malikdir. Müqavilənin aleator (riskli) xarakterə malik olması onu ifadə edir ki, burada müqavilənin son nəticəsi, onun maddi qiyməti tamamilə məlum olmayan və ya təsadüfi olan və ya ehtimal edilən hadisədən asılı olaraq müəyyən edilir. Renta müqaviləsi bağlanarkən hansı tərəfin son nəticədə udub fayda götürməsi qabaqcadan məlum olmur. Tərəflərdən hər birinin öz üzərinə götürdüyü risk elementi bu və ya digər kontragentin özünə verilən əvəzdən az həcmdə qarşılıqlı əvəz alması ehtimalından ibarətdir. Onlar üçün nəticə (faydalanmaq və udmaq şansı və yaxud itirmək, uduzmaq şansı) yəqin edilməyən və şübhəli haldan asılıdır. Işin hallarından göründüyü kimi renta müqaviləsi üzrə renta alan mübahisəli mənzili qabaqcadan 50000 satınalma qiyməti müəyyənləşdirməklə, renta ödəyicisinin mülkiyyətinə verir və renta ödəyicisi isə bütün satınalma məbləğini ödəyənə qədər şərtləşdirilmiş 150 manat rentanı ödəməyi öhdəsinə götürür. Ödənilən həmin bu aylıq renta əmlakını özgəsinin mülkiyyətinə verməklə ondan məhrum olan renta alanın maraq və mənafelərinin müdafiəsinə xidmət etməklə, həmin ödənilən rentaların məcmusu satınalma qiymətinə bərabərləşənə qədər davam edir. Göründüyü kimi renta hüquqi təbiət olaraq mülkiyyətini satmaq niyyəti ilə hərəkəb edib müştəri tapmaqda çətinlik çəkən renta alanın maraq və mənafelərini kompensasiya etməklə mülki dövriyyənin davamlılığını təmin edir. Odur ki, renta alana aylıq ödənilən renta mülkiyyətindən məhrum olub onun faktiki olaraq özgəsinin faktiki sahibliyinə verən renta alanın mülkiyyətinin əvəzi olaraq vaxtaşırı verilən maddi təminatdır və bu müqavilə üzrə renta ödəyicisi əmlaka tam mülkiyyət hüquqununu müqavilənin qüvvədə olduğu müddət ərzində vicdanlılığın tələb etdiyi tərzdə davranaraq, yəni şərtləşdirilmiş vaxtda, məbləğdə və üsulda öhdəliklərini icra edərək əldə edə bilər, lakin ilkin iddia üzrə iddiaçı öhdəliyini müqavilənin qüvvədə olduğu müddət kəsiyində vicdanlılığın tələb etdiyi tərzdə həyata keçirməmiş və renta alanın hüquqlarını və mənafelərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, renta ödəyicisinin müqavilənin qüvvədə olduğu müddət ərzində ödədiyi rentalar mülkiyyətindən məhrum olan renta alanın uzunmüddətli öhdəlik hüquq münasibətləri ərzində itirilmiş mülkiyyətinin kompensasiyası qismində çıxış edir. Odur ki, ilkin iddia tələbi üzrə iddiaçının iddia tələbinin qanuni əsası yoxdur və rədd edilməlidir.” Məhkəmə qətnamədə iddiaçının izahatını belə qeyd etmişdir. “Ilkin iddia tələbi üzrə iddiaçı İddiaçı ilkin iddia tələbi üzrə cavabdeh Cavabdeh qarşımaddi və mənəvi ziyanın ödənilməsi tələbi nə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 10000 manat məbləğində pulun, habelə 10000 manat mənəvi zərərin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında ##.##.2017-ci il tarixdə * saylı Bakı Asan Xidmət Mərkəzində Renta müqaviləsibağlanmışdır. Renta müqaviləsinə əsasən cavabdeh mülkiyyətində olan mənzi li ni onun mülkiyyətinə keçirməklə o, bunun müqabilində ona hər ay 150 manat pul ödəməyi öhdəsinə götürmüşdür. O, cavabdehə hər ay 2023-cü ili aprel ayınadək cəmi 10.000 manat pul vermiş, cavabdehə baxmış, onu xəstəxanaya həkimlərə aparmış, müalicə etdirmiş və ərzaq məhsullarını, dərmanlarını almışdır, hətta bayramlarda, ad günündə ona həmişə hədiyyələr almışdır, bir sözlə o, əvvəlcə 150 manat, sonra isə hər ay 200 manat ona pul verirdi, lakin 2023-cü ilin aprel ayından o, yaşadığımənzilin qapısını ona açmamış və onu evə buraxmamışdır. Beləliklə, müqavilənin şərtlərini pozmuşdur, ona görə də o, ona hər ay ödənişi verə bilməmişdir. Ödənişi ondan qəbul etməmişdir. Ona kimsə çox pul təklif etmiş, ona görə də cavabdeh həmin müqaviləni ləğv etmək qərarına gəlmiş və onu məhkəməyə vermişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə aralarında bağlanmış renta müqaviləsi ləğv edilmişdir. Cavabdehin ona qarşı hüquqa zidd hərəkətləri nəticəsində o, təzyiq xəstəliyinə tutulmuşdur. Mənəvi sarsıntılar və iztirablar keçirmiş, müalicə olunmuşdur və bu ona psixi və mənəvi sarsıntılar yaratmışdır. Cavabdeh məhkəmə iclasında 4 ilin pulunun onun tərəfindən ona verlidiyini etiraf etmişdir, lakin o, cavabdehə 6 ilin pulunu vermişdir. Cavabdeh bunu inkar etmir. Beləliklə də, cavabdeh ona 10000 manat zərər vurub və cavabdeh müqaviləni ləğv etdirdiyi üçün o, ona verdiyi 10000 manat pulunu geri istəyir. Bundan başqa ona 10000 manat məbləğində mənəvi zərər dəymişdir. Lakin məhkəmə əsassız olaraq mənim iddia tələbimi təmin etməmiş və cavabdehə verdiyim 10000 manat pulumu mənə geri qaytarmamışdır. Halbuki iddiaçının iddia tələbi əsaslı idi. Hesab edir ki, məhkəmə tərəflər arasında yaranmış mübahisənin mahiyyətini qiymətləndirərkən səhvə yol vermiş, iddia tələbin qanuni əsasını düzgün müəyyənləşdirməmiş, bu səbəblə də qətnaməni düzgün əsaslandıra bilməmiş və qanunsuz qətnamə qəbul etmişdir. Hesb edir ki, işə baxılan zaman prosessual hüquq norması pozulmuşdur, belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 88 ,217, 218-ci maddələrinin tələblərini pozmuşdur. Həmin maddələrə riayət olunmamışdır. Işə baxılarkən maddi və prosessual hüququ normaları düzgün tətbiq olunmamışdır. Ona görə də apellyasiya şikayətinin dəlilləri məhkəmənin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilməlidir.

13. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə görə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ilə hər iki iddianın, yəni həm ilkin, həm də qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmışdır. Hesab edir ki, məhkəmə qətnaməsində ilkin iddianı haqlı olaraq rədd etsə əsassız olaraq qarşılıqlı iddianı rədd etmişdir. Belə ki, qarşılıqlı iddianı rədd edərkən belə bir əsassız nəticəyə gəlmişdir ki, renta müqaviləsi üzrə əmlak ödəyicinin faktiki sahibliyinə verilməmiş, mənzil bu illər ərzində Cavabdeh faktiki sahibliyində qalmışdır. Məhkəmə renta alanın həm mənzildə yaşamasını, həm də həmin dövr üçün renta tələb etməsini hüquqdan sui-istifadə (Mülki Məcəllənin 560-cı maddəsi) kimi qiymətləndirmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, renta müqaviləsi aleator (riskli) xarakter daşıyır və renta alanın həmin əmlakda yaşamağa davam etməsi ödəyicini aylıq renta borcunu ödəməkdən azad etmir. Xüsusilə, qanuni qüvvəyə minmiş əvvəlki məhkəmə qərarları ilə müqavilənin məhz ödəyicinin (Rüstəmovanın) təqsiri üzündən ləğv edildiyi təsbit olunduğuhalda, indiki məhkəmənin borcun ödənilməməsində renta alanı təqsirli bilməsi prosessual və maddi hüquq normalarının kobud pozuntusudur. Hesab edirik ki, birinci instansiya məhkəməsininqətnaməsi qarşılıqlı iddianın rədd edilməsi hissəsində tamamilə qanunsuz və əsassızdır. Belə ki, qarşılıqlı iddia tələbimiz rədd edilərkən maddi hüquq normaları kobud şəkildə pozulmuş, qanunvericiliyin tələbləri yanlış təfsir edilmişdir. Məhkəmənin gəldiyi nəticələr renta müqaviləsinin hüquqi təbiətinə və mülki qanunvericiliyin fundamental prinsiplərinə tamamilə ziddir. Mübahisəli qətnamə həm maddi hüquq normalarının, eləcə də prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə qət edilmişdir. Məhkəmə tərəfindən yol verilmiş kobud pozuntuları apellyasiya instansiya məhkəməsinin diqqətinə çatdırmaq istəyir. Renta institutu mülkiyyətçinin öz əmlakını vaxtaşırı ödənişlər müqabilində başqasına verməsini nəzərdə tutan xüsusi bir müqavilə növüdür. Qanunvericilik renta alanın maraqlarının müdafiəsi üçün renta ödəyicisinin üzərinə ciddi təminat öhdəlikləri qoyur. Mülki Məcəllənin 869.3-cü maddəsində imperativ qaydada təsbit olunur ki: “Renta ödəyicisi bu Məcəllənin 869.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmədikdə... renta alanın renta müqaviləsini ləğv etmək və müqavilənin ləğvi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb etmək ixtiyarı vardır”. Işin materiallarından göründüyü kimi, İddiaçı 2021-ci ilinavqust ayından etibarən ödənişləri dayandırmış və bu hal qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə “müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə pozulması” kimi qiymətləndirilmişdir. Lakin birinci instansiya məhkəməsi müqavilənin ləğvini təsdiq etsə də, həmin ləğv nəticəsində mənə dəymiş maddi zərərin (ödənilməmiş 5700 manat renta borcu) ödənilməsini təmin etməmişdir. Bu, MM-in 869.3-cü maddəsinin mətnində birbaşa nəzərdə tutulmuş “zərərin əvəzini tələb etmək” hüququnun inkar edilməsi deməkdir. Məhkəmə ona çatmalı olan renta ödənişlərini təmin etməyərək müqavilənin ləğvinin hüquqi nəticələrini yanlış müəyyən etmişdir. Mülki Məcəllənin 424.5-ci maddəsinə əsasən: “Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər”. İddiaçı öhdəliklərini icra etməməsi faktı preyudisial qaydada təsdiq olunduğu üçün, cavabdehin həmin pozuntu nəticəsində məhrum olduğu vəsaitləri (2021-ci ilin oktyabrından 2024- cü ilin dekabrınadək olan borcu) zərər kimi tələb etmək hüququ yaranmışdır. Məhkəmə isə bu normanı tətbiq etməli olduğu halda, müqavilənin ləğvini ona dəyən zərərin ödənilməsi üçün əsas kimi deyil, əksinə, qarşılıqlı iddianın rədd edilməsi üçün bir bəhanə kimi istifadə etmişdir. Məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddiaçı - ilkin iddia üzrə cavabdeh qapını açmadığı üçün o, ödəniş edə bilməyib. Lakin, Mülki Məcəllənin 425.1-ci maddəsinə görə, tərəflər öz vəzifələrini vicdanlılığın tələb etdiyi tərzdə icra etməlidirlər. Əgər İddiaçı həqiqətən vicdanlı olsaydı, ödənişi poçt vasitəsilə və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirə bilərdi. O, bunu etməyərək 3 ildən artıq müddətdə tam hərəkətsizlik nümayiş etdirmişdir. Sabunçu Rayon Məhkəməsi Cavabdeh mənzildə yaşamağını və İddiaçı “qapını açmamağını” əsas gətirərək qarşılıqlı iddiamızı hüquqdan sui-istifadə kimi qiymətləndirmişdir. Bu qənaət aşağıdakı səbəblərdən tamamilə əsassızdır: Renta müqaviləsi aleator (riskli) xarakter daşıyır, yəni tərəflərdən hansının nəticədə maddi fayda götürəcəyi hadisələrin gedişatından asılıdır. Cavabdeh 1939cu il təvəllüdlü, tənha və yaşlı bir qadındır. Onun həmin mənzildə yaşamağa davam etməsi İddiaçı aylıq renta haqqını ödəmək vəzifəsindən azad etmir. İddiaçı mülkiyyət hüququnu qəbul edərkən bu riskləri (renta alanın ömrünün sonuna qədər mənzildə yaşaması və ya ona qulluq tələb etməsi) qəbul etmişdir və bu hal renta müqaviləsində də öz əksini tapmışdır. Mülki Məcəllənin 560.3.2-ci maddəsinin tələbi: Qanunvericilik hüquqdansui-istifadənin nə olduğunu dəqiq müəyyən edir. MM-in 560.3.2-ci maddəsinə görə, hüquqdan sui-istifadə: “şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq, hüquqlarını həyata keçirməsi”-dir. Hazırkı işdə İddiaçı 2021-ci ildən ödənişləri dayandıraraq öz vəzifələrini kobudcasına pozmuşdur. Onun ödəniş etmədiyi halda mənzil üzərində hüquq iddia etməsi və ya cavabdehin mənzildə yaşamağını bəhanə gətirərək borcu ödəməkdən yayınması əsl hüquqdan sui-istifadədir. İddiaçı qanunsuz hərəkətləri (müqaviləni pozması, məhkəmə çəkişmələri ilə məni gərginlikdə saxlaması) mənim sağlamlığıma ciddi ziyan vurmuş, yaşlı vaxtımda mənəvi iztirablar keçirməyimə səbəb olmuşdur. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, delikt nəticəsində vurulmuş zərər tam həcmdə ödənilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında da təsdiq edilir ki, mənəvi zərər fiziki və mənəvi iztirablar kimi başa düşülür və kompensasi ya edilməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi cavabdehin bu tələbini araşdırmadan rədd etməklə qanunun bu bəndlərini də görməzdən gəlmişdir. Beləliklə, məhkəmə qarşılıqlı iddianı rədd edərkən cavabdehin subyektiv hüquqlarının müdafiəsini təmin etməmiş, əvəzində öhdəliklərini pozan tərəfin (Rüstəmovanın) əsassız dəlillərini “hüquqdan sui-istifadə” kimi ona qarşı çevirmişdir. Bu, mülki hüququn ədalətlilik prinsipinə kökündən ziddir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş ##.##.2024-cü il tarixli qətnaməsi ilə renta ödəyicisi İddiaçı 2021-ci ilin avqust ayından etibarən ödənişləri dayandırdığı və müqavilə öhdəliklərini əhəmiyyətli dərəcədə pozduğu faktı təsbit edilmişdir. MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Preyudisiya institutu məhkəmə aktlarının sabitliyini təmin etmək və eyni faktiki halların təkrarən, lüzumsuz araşdırılmasının qarşısını almaq məqsədi daşıyır. Lakin, şikayət olunan ##.##.2025-ci il tarixli qətnamədə məhkəmə bu preyudisial faktı görməzdən gələrək, müqavilənin pozulmasında renta alanı (Cavabdeh) təqsirli bilmiş və faktiki olaraq əvvəlki qərarla təsbit olunmuş “əhəmiyyətli pozuntu” faktını təkzib etmişdir. Bu, mülki prosessual qanunvericiliyin fundamental prinsiplərinin kobud şəkildə pozulması deməkdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi heç biryazılı sübut olmadan, yalnız qarşı tərəfin şifahi izahatlarını (guya Cavabdeh qapını açmaması barədə) mütləq həqiqət kimi qəbul etmişdir. Renta ödəyicisi tərəfindən 2021–2023cü illər üzrə ödəniş etmək istəyini təsdiq edən heç bir rəsmi sənəd (məsələn, poçt köçürməsi cəhdi və ya notariusun depozit hesabına vəsaitin qoyulması) təqdim olunmamışdır. Məhkəmə tərəflərinizahatlarına yalnız iş üzrə toplanmış digər sübutlarla təsdiq olunduğu halda mötəbər sübut kimi qiymət verə bilərdi ki, hazırkı işdə bu hal mövcud olmamışdır. Hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin mübahisəli qətnaməsi İddiaçı ödədiyi 10 000 manatın geri qaytarılması tələbini rədd etməsi hissəsində tamamilə qanunidir və ədalətlidir. Bu mövqe aşağıdakı hüquqi əsaslara söykənir: Mülki Məcəllənin 424.4-cü maddəsinin tələbi: Qanunvericilik birbaşa müəyyən edir ki, tərəflər müqavilə ləğv edilənədək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. İddiaçı tərəfindən müqaviləninqüvvədə olduğu illər ərzində ödənilmiş renta məbləğləri artıq icra olunmuş öhdəliklərdir və restitusiyaya tabe deyildir. Renta müqaviləsinin aleator (riskli) xarakteri: Renta müqaviləsi riskli müqavilədir və tərəflər müqavilə bağlayarkən gələcəkdə hansı tərəfin daha çox fayda götürəcəyini qabaqcadan müəyyən edə bilmirlər. Ödənilmiş rentalar, mülkiyyətindən məhrum olan renta alanın (Cavabdeh) itirilmiş mülkiyyəti üçün vaxtaşırı verilən maddi təminat və kompensasiya mahiyyəti daşıyır. Təqsir faktoru: Müqavilənin ləğvinə renta ödəyicisinin (Rüstəmovanın) öz öhdəliklərini əhəmiyyətli dərəcədə pozması səbəb olmuşdur. Belə olanhalda, müqaviləni pozan tərəfin ödədiyi məbləğləri geri istəməsi həm vicdanlılıq prinsipinə, həm də mülki qanunvericiliyin mütənasiblik tələblərinə ziddir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, bu rentalar mülkiyyətçinin mülki dövriyyədəki itkilərinin kompensasiyası qismində çıxış edir və geri qaytarıla bilməz. Lakin, qarşılıqlı iddia hissəsində isə bunun əksinə tamamilə əsassız və qanunsuzdur. Mülki Məcəllənin 869-cu maddəsinin imperativ normasının tələbi nəzərə alınmamış və heç bir əsas olmadan qarşılılıq iddia rədd edilmişdir. Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsində işin nəticəsinə təsir edən mühüm faktiki halların tam və hərtərəfli araşdırılmaması ilə bağlı aşağıdakı dəlilləri qeyd etmək zəruridir: 1. Preyudisial faktlar və öhdəliyin pozulma tarixi arasındakı ziddiyyət: Məhkəmə ən mühüm faktiki halı – öhdəliyin məhz hansı tarixdən pozulmağa başladığını aydınlaşdırmamışdır. Ilkin iddiaçı (İddiaçı) ödənişləri 2023-cü ilin aprel ayından etibarən “qapının açılmaması” səbəbindən dayandırdığını iddia etsə də, qanuni qüvvəyə minmiş əvvəlki məhkəmə qərarları ilə (Sabunçu RM-nin ##.##.2024-cü il tarixli qətnaməsi və Ali Məhkəmənin ##.##.2024-cü il tarixli qərarı) müəyyən edilmişdir ki, ödənişlər 2021-ci ilin avqust ayından etibarən dayandırılmışdır. MPM-in 82.3-cü maddəsinəəsasən, bu fakt yenidən sübut edilmir və mübahisələndirilmir. Məhkəmə 2021-ci ilin avqustundan 2023-cü ilin aprelinədək olan (təxminən 20 aylıq) dövr ərzində ödənişlərin edilməməsinin səbəbini araşdırmamış, həmin dövrdə heç bir "qapı açmamaq" iddiası olmadığı halda borcun ödənilməməsinə hüquqi qiymət verməmişdir. 2. Əmlak üzərində mülkiyyət və sahiblik hüququnun mahiyyəti: Məhkəmə qətnaməsində mənzilin renta alanın faktiki sahibliyində qalmasınıəsas gətirərək renta ödənişini rədd etmişdir. Lakin, məhkəmə aşağıdakı halları aydınlaşdırmamışdır: Renta müqaviləsi üzrə mülkiyyət hüququ hələ ##.##.2017-ci il tarixdə cavabdehin adına keçmişdir. Mülki Məcəllənin 152.7-ci maddəsinə görə, istifadə hüququna şəxsin öz əşyasındanistifadə etməməsi imkanı da daxildir. İddiaçı mənzilin mülkiyyətçisi olduğu 7 il ərzində (2017–2024) mənzilə sahiblik hüququnu bərpa etmək üçün heç bir hüquqi addım (məsələn, mənzilə köçürülmə barədə iddia) atmamışdır. Məhkəmə mülkiyyətçinin öz mülkiyyətindən istifadə etmək üçün qanuni yollara müraciət etməməsinin səbəblərini və bunun renta ödəməkdən azad edib-etməməsini araşdırmamışdır. Eyni zamanda məhkəmə tərəflər arasında bağlanmış renta müqaviləsində Cavabdeh yaşama yerinin həmin mənzil olaraqqalacağını və İddiaçı ona heç bir maneə törətməyəcəyi barədə şərtləşdiklərinə fikir belə verməmişdir. 3. Vicdanlılıq prinsipi və alternativ icra üsulları: Məhkəmə “qapının açılmaması” bəhanəsini renta borcunun ödənilməməsi üçün yetərli hesab etmişdir. Lakin, Mülki Məcəllənin 425.1-ci maddəsi tərəflərdən öz vəzifələrini vicdanlılığın tələb etdiyi tərzdə icra etməyi tələb edir. Məhkəmə aşağıdakı faktiki imkanların niyə istifadə olunmamasını aydınlaşdırmamışdır: Renta ödəyicisi ödənişi poçt vasitəsilə və ya notariusun depozit hesabıvasitəsilə həyata keçirə bilərdi. İddiaçı yalnız məhkəmə çəkişməsi başladıqdan sonra poçtla pul göndərməyə cəhd etmişdir ki, bu da onun əvvəlki illərdəki hərəkətsizliyinin qeyrivicdanlı olduğunu göstərir. 4. Hüquqdan sui-istifadə maddəsinin (Mülki Məcəllə, maddə 560) yanlış təfsiri: Məhkəmə renta alanın hərəkətlərini hüquqdan sui-istifadə kimi qiymətləndirmişdir. Lakin, Mülki Məcəllənin 560.3.2-ci maddəsinə görə, şəxsin öz vəzifələrini kobudcasına pozaraq (ödənişi etməmək) hüquqlarını həyata keçirməyə çalışması suiistifadədir. Məhkəmə ödənişləri 2021-ci ildən kəsən borclunun deyil, mülkiyyətini itirmiş və ödənişini ala bilməyən yaşlı qadının davranışını sui-istifadə saymasının hansımaddi əsaslara söykəndiyini aydınlaşdırmamışdır. 5. Sübutların qiymətləndirilməsində prosessual pozuntular MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv və tam baxmalıdır. Məhkəmə qarşı tərəfin “qapı açılmaması” barədə şifahi izahatını mütləq sübut kimi qəbul etsə də, buna dair heç bir maddi sübut (məsələn, akt, polisə müraciət, şahid ifadəsi) aydınlaşdırılmamışdır. Iddiaçı tərəfindən iddia edilən mənəvi sarsıntı və bədən xəsarətlərinə dair tibbi sənədlərin (arayışın) olmasına baxmayaraq, məhkəmə bu sənədlərin mənəvi zərərin varlığı üçün yetərli olub-olmadığını dərindən təhlil etməmişdir. Yekun olaraq, məhkəmə tərəfindən preyudisial faktların (borcun 2021-ci ildən yaranması) nəzərə alınmaması, vicdanlılıq prinsipinin borcluya şamil edilməməsi və sübutların birtərəfli qiymətləndirilməsi məhkəmənin işin hallarının aydınlaşdırılmadığını sübut edir.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

14. Cavabdeh Cavabdeh (nümayəndəsi və vəkili Vəkil) ## #### 2026-cı il tarixində məhkəməyə iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz təqdim edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin iddiaçı İddiaçı ilkin iddia tələbinin rədd edilməsi hissəində dəyişdirilmədən saxlanılması, iddiaçı İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qarşılıqlı iddia tələbinin rədd edilməsi hissəsində dəyişdirilərək, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir. Hesab edirik ki, qarşı tərəfin verdiyi apellyasiya şikayəti tamamilə əsassız və qanunsuzdur. Belə ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbini rədd edərək tamamilə qanuni və ədalətli nəticəyə gəlmişdir. Eyni zamanda hesab edirik ki, Apellyator iddiaları həm maddi, həm də prosessual hüquq normaları ilə ziddiyyət təşkil edir. Bu ziddiyyətlər aşağıdakılardır: 1. Renta ödənişlərinin geri qaytarılması tələbinin hüquqi əsassızlığı. Apellyator iddia edir ki, renta müqaviləsi ləğv edildiyi üçün onun ödədiyi 10.000 manat renta haqqı geri qaytarılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, renta müqaviləsi üzrə Renta ödəyicisi (İddiaçı) öz öhdəliklərini icra etməmiş, nəticədə müqavilə məhz onun təqsiri ucbatından ləğv edilmişdir (Mülki Məcəllə, maddə 424.4-424.5). Birinci instansiya məhkəməsi bu hissədə düzgün qənaətə gələrək öz qətnaməsində qeyd etmişdir ki, bu ödənişlər mülkiyyətindən məhrum olmuş renta alanın itirilmiş mülkiyyətinin kompensasiyasıdır. İddiaçı müqavilə qüvvədə olduğu müddətdə mənzildən istifadə etmiş (və ya mülkiyyətçi kimi sahiblik etmişdir), bu müddət ərzində edilən ödənişlər isə Mülki Məcəllənin 873.1-ci maddəsində nəzərdə tutulmuş “satınalma qiyməti” deyil, cari renta haqqıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 864.1-ci maddəsinə görə, renta ödəyicisi alınmış əmlakın müqabilində renta alana vaxtaşırı pul ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 424.4-cü maddəsinə əsasən, tərəflər müqavilənin ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Apellyator müqavilə qüvvədə olduğu müddətdə mülkiyyətçi hüquqlarından istifadə etmiş, ödənişlər isə artıq icra olunmuş öhdəliklərdir. Mülki Məcəllənin 424.5-ci maddəsinə görə, müqavilə tərəflərdən birinin əhəmiyyətli pozuntusu səbəbindən ləğv edilərsə, digər tərəf zərərin əvəzini tələb edə bilər. Hazırkı işdə müqavilə məhz İddiaçı öhdəliklərini pozması səbəbindən ləğv edilmişdir. 2. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisiallığı Iddiaçı apellyasiya şikayətində Cavabdeh “qapını açmadığını” iddia edərək ödənişdən yayınmasına bəraət qazandırmağa çalışır. Lakin, bu iddiaların əsassız olması qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə təkzib olunur. Belə ki, istər Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, istər Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, istərsə də Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı ilə müqavilənin məhz İddiaçı təqsiri ucbatından - müqavilənin şərtlərini 2021-ci ilin avqust ayından etibarən pozması səbəbindən ləğv edildiyi təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilən faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Hazırkı şikayətində apellyatorun müqavilənin Cavabdeh tərəfindən pozulması barədə iddiaları tamamilə əsassızdır. 3. Mənəvi zərərin ödənilməsi tələbinin əsassızlığı və hüquqdan sui-istifadənin yolverilməzliyi. Apellyator 10000 manat mənəvi zərər tələb etsə də, buna dair heç bir məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququ ilə bağlı şərh edilməsinə dair” ## ##### 2020-ci il tarixli Qərarında vurğulanır ki, mənəvi zərərə görə təzminat yalnız hüquqazidd hərəkətlər nəticəsində vurulmuş sarsıntılara görə verilə bilər. Indiki halda, Cavabdeh öz pozulmuş hüquqlarını qanuni yolla - məhkəmə vasitəsilə bərpa etmişdir. Qanuni hüquqların həyata keçirilməsi isə qarşı tərəfə mənəvi sarsıntı vuran "hüquqa zidd əməl" kimi qiymətləndirilə bilməz. Onun öz hüquqlarını məhkəmə yolu ilə bərpa etməsi (müqavilənin ləğvi) hüquqa uyğun hərəkətdir və zərərçəkənə kompensasiya hüququ vermir. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi öz qətnaməsində Cavabdeh renta tələbini “sui-istifadə” saysa da hesab edir ki, ilkin iddia üzrə iddiaçının davranışı məhz əsl sui-istifadə nümunəsidir. Belə ki, apellyantın həm mənzili (və ya ona dair hüququ) əldə saxlaması, həm də müqavilə şərtlərini pozaraq ödəniş etməməsi, indi isə öhdəliklərini geri tələb etməsi Mülki Məcəllənin 560-cı maddəsində qadağan olunan hüquqdan sui-istifadədir. Bundan əlavə, məhkəmə öz qətnaməsində vicdanlılıq prinsipinə də toxunaraq qeyd etmişdir ki, İddiaçı davranışı vicdanlılıq prinsipinə ziddir. O, 3 il ərzində heç bir ödəniş etməmiş, nə poçt köçürməsi, nə də notariusun depozit hesabı (Mülki Məcəllə, maddə 540) imkanlarından istifadə etməmişdir. Müqaviləni kobudcasına pozan şəxsin indi öhdəliklərini geri tələb etməsi eyni zamanda ədalətlilik prinsipi ilə daban-dabana ziddir. Hesab edir ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti tamamilə əsassızdır və rədd olunmalıdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin olunmasını, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir.

17. Cavabdehin nümayəndəsi Vəkil cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin olunmasını, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Maddə 399.1 Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Maddə 422.2. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: 422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; 422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; 422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; 422.2.4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. Maddə 422.3. Əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə görə müqavilə ləğv edilərkən tərəflərdən hər hansı birinin tələbi ilə məhkəmə müqavilənin icrası ilə əlaqədar çəkilmiş xərclərin tərəflər arasında ədalətli bölüşdürülməsi zərurətini əsas götürərək, müqavilənin ləğv edilməsi nəticələrini müəyyənləşdirir. Maddə 422.4. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir. Maddə 424.1. Müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır. Maddə 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Maddə 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Maddə 424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Maddə 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi. Maddə 864.1. Renta müqaviləsinə görə bir tərəf (renta alan) əmlakı digər tərəfin (renta ödəyicisinin) mülkiyyətinə verir, renta ödəyicisi isə alınmış əmlakın müqabilində renta alana vaxtaşırı müəyyən pul məbləği şəklində renta ödəməyi öhdəsinə götürür. Maddə 864.2. Renta müqaviləsinə görə rentanı müddətsiz ödəmək (daimi renta) və ya renta alanın ömrü boyu ödəmək (ömürlük renta) vəzifəsinin müəyyənləşdirilməsinə yol verilir. Maddə 873.1. Daimi renta ödəyicisinin onu satın almaq ixtiyarı vardır. Maddə 873.2. Əgər müqavilədə satınalmanın başqa qaydası nəzərdə tutulmayıbsa, renta alan bütün satınalma məbləğini alanadək renta ödənilməsi öhdəliyinə xitam verilmir. Maddə 873.3. Daimi renta ödəyicisinin rentanı satın almaq hüququndan imtina etməsi haqqında daimi renta müqaviləsinin şərti əhəmiyyətsizdir.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

20. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti ilə ilkin iddianın rədd olunduğu, cavabdehin apellyasiya şikayəti ilə qarşılıqlı iddianın rədd olunduğu hissələrində mübahisələndirildiyindən məhkəmə aktı apellyasiya şikayətlərinin dəlilləri üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

22. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətlərində hər hansı yeni bir dəlil irəli sürülməmiş, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, həmçinin qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün digər bir əsas qeyd olunmamışdır. Apellyasiya şikayətləri iddiaçının və cavabdahin birinci instansiya məhkəməsində irəli sürdükləri dəlillərlə əsaslandırılmış, həmin dəlillər əsasında isə məhkəmə tərəfindən ətraflı araşdırma və qiymətləndirmə aparılmışdır. Buna görə də məhkəmə kollegiyası əlavə araşdırma və qiymətləndirmə aparılmasına zərurət görmür.

23. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibətdə əlavə olaraq qeyd edir ki, İddiaçı tələbində müqavilənin ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edir. Lakin Mülki Məcəllənin 424.4-cü maddəsində imperativ olaraq qeyd olunur ki, əgər həmin Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər.

24. Qarşılıqlı iddia ilə bağlı cavabdehin apellyasiya şikayətinə münasibətdə isə birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iş materiallarında olan qətnamədən və məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə cavabdehin izahatından da göründüyü kimi, renta müqaviləsi üzrə renta alan renta ödəyicisini evə buraxmamışdır və renta müqaviləsi üzrə öz üzərinə götürdüyü əmlakı özgəninkiləşdirilən renta ödəyicisinin faktiki sahibliyinə verilməsi şərtini pozmuşdur və bunun müqabilində isə qarşılıqlı iddia üzrə cavabdeh ödənişləri həyata keçirməyi dayandırmışdır. Həmçinin, həmin işdə qarşılıqlı iddia üzrə iddiaçı ilk olaraq ##.##.2021-ci il tarixdə notariat kontoruna və qarşılıqlı iddia üzrə cavabdehə müqavilənin ləğvi barədə ərizə ilə müraciət etmişdir. Lakin, qarşılıqlı iddia tələbi üzrə iddiaçının dəymiş ziyanın ödənilməsini xahiş etdiyi 2021-ci ilin oktyabrından 2024-cü ilin dekabr ayına qədər olan zaman kəsiyində mübahisəli mənzil qarşılıqlı iddia tələbi üzrə iddiaçının faktiki sahibliyində və mülkiyyətində olmuşdur, lakin buna baxmayaraq, qarşılıqlı iddia üzrə iddiaçı öz hüququndan sui-istifadə edərək, əmlakın özünün faktiki sahibliyində və mülkiyyətində olduğu zaman kəsiyi üçün qarşılıqlı iddia üzrə cavabdehdən renta ödənişlərin tutulub ona verilməsini xahiş etmişdir. Odur ki, məhkəmə qarşılıqlı iddia ərizəsini və iş materiallarını araşdıraraq, ədalətlilik və vicdanlılıq prinsiplərini rəhbər tutmaqla qarşılıqlı iddia üzrə iddiaçının öz vəzifəsi olan əmlakı renta ödəyicisinin faktiki sahibliyinə vermək vəzifəsini icra etməməsinə baxmayaraq, öz hüquqlarını – ödənilməyən renta ödənişlərini tələb etməsini hüquqdan sui-istifadə kimi qiymətləndirirək, bu qənaətə gəlmişdir ki, qarşılıqlı iddia ərizəsi rədd edilməlidir.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin ilkin iddianın və qarşılıqlı iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətlərinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir.

26. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı və cavabdeh Cavabdeh tərəfindən ayrı – ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar