Azәrbaycan Respublikası adından Qətnamə Bakı şәhәri İş № 2(3-6)-389/2026 13.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 MMC-yə və “xxxx” MMC-yə qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) iş üzrə Açar sözlər: vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi Hakimlәr X8 (sәdrlik edәn vә mәruzәçi), X5 vә Babayev Fuad Fikrәt oğlundan ibarәt tәrkibdә, Mәhkәmә iclasının katibi X4, Cavabdeh “xxxx” MMC-nin nümayәndәsi Nümayәndә iştirakı ilә, İddiaçı İddiaçı cavabdehlәr cavabdeh2 MMC-yә vә “xxxx” MMC-yә qarşı (Mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs mübahisә predmeti barәsindә müstәqil tәlәblәr irәli sürmәyәn üçüncü şәxs qismindә işә cәlb olunmaqla) “vurulmuş maddi vә mәnәvi ziyanın әvәzinin ödәnilmәsi” tәlәbinә dair mülki iş üzrә çıxarılmış Bakı şәhәri Sabunçu Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qәtnamәsindәn cavabdeh “xxxx” MMC tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Bakı Apellyasiya Mәhkәmәsinin binasında, açıq mәhkәmә iclasında baxaraq, aşağıdakı qәtnamәni qәbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) “xxxx” MMC-dә (bundan sonra “birinci cavabdeh”) “dәqiqlәşdirilmәmiş piylәnmә” diaqnozu qoyulmuş vә tәyin edilmiş diaqnoza uyğun olaraq ##.##.2023-cü il tarixdә hәkim Mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs tәrәfindәn onun üzәrindә “liposaksiya (hәr sahә üçün) vә abdominoplastika” cәrrahiyyә әmәliyyatı icra edilmişdir. İddiaçı hәmin әmәliyyat üçün 4.750 manat mәblәğindә pul vәsaitini bu cavabdehin kassasına ödәmişdir. Bundan sonra iddiaçı hәkim mәslәhәti ilә hәr 10 gündәn bir masaja getmiş, hәr seansın qiymәti 50 manat olmaqla, 20 gün masajda olmuşdur. Lakin iddiaçı istәdiyi nәticәni әldә etmәdiyindәn (birinci әmәliyyatdan narazı qaldığından) 2023-cü ilin avqust ayında tәkrarәn Mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs müraciәt etmişdir. Hәmin vaxt Mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs artıq cavabdeh2 MMC-dә (bundan sonra “ikinci cavabdeh”) fәaliyyәt göstәrdiyindәn onun müayinәsi artıq bu cәmiyyәtdә aparılmış vә nәticәdә ona ”Qarnın ön divarının piy yastığı” diaqnozu tәyin edilmişdir. Bu diaqnoza uyğun olaraq ##.##.2023-cü il tarixdә onun üzәrindә tәkrarәn “Liposaksiya” cәrrahiyyә әmәliyyatı icra olunmuşdur. Bununla bağlı iddiaçı 700 manat mәblәğindә pul vәsaitini hәmin cavabdehin kassasına ödәmişdir.
2. Bu әmәliyyatın da nәticәsindәn narazı qaldığından yenidәn Mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs müraciәt etmiş, lakin sonuncu әmәliyyatların qüsurlu olmasını etiraf etmәdiyindәn iddiaçı onun tәrәfindәn әmәliyyatın düzgün aparılmaması barәdә Bakı şәhәri Nizami rayon Prokurorluğuna şikayәt etmişdir. Hәmin qurum tәrәfindәn aparılmış araşdırma zamanı Mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs verdiyi izahatında hәr iki әmәliyyatın qüsursuz icra edildiyini, lakin iddiaçının özü ilә bağlı sәbәblәrdәn yenidәn kökәldiyindәn 1 il keçdikdәn sonra isә ona müraciәt edәrәk, yenidәn, lakin artıq ödәnişsiz әsaslarla üzәrindә eyni әmәliyyatın aparılmasını istәdiyindәn bundan imtina etdiyini, iddiaçı da buna görә ondan şikayәt etdiyini bildirmişdir. Bakı şәhәri Nizami rayon Prokurorluğunun “Cinayәt işi başlanmasının rәdd edilmәsi haqqında” ##.##.2025-ci il tarixli qәrarı ilә Mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs barәsindә cinayәt işinin başlanması rәdd edilmişdir.
3. “xxxx” publik hüquqi şәxsin ***/KEŞ nömrәli, ##.##.2025-ci il tarixli ekspert rәyinә әsasәn cavabdehlәr tәrәfindәn iddiaçıya aparılmış müayinәlәr tәyin edilmiş diaqnoza uyğun olmuşdur. Birinci cavabdeh tәrәfindәn aparılmış “Liposaksiya vә Abdominoplastika” cәrrahiyyә әmәliyyatı texniki cәhәtdәn qüsurlu olduğu üçün әmәliyyat sahәlәrindә “piy yastıqcıqları” qalmış, asimmetriya yaranmış vә bu sәbәbdәn ikinci cavabdeh tәrәfindәn tәkrar korreksiya cәrrahiyyә әmәliyyatına ehtiyac olmuşdur. İddiaçının әmәliyyat izlәrinin tam aradan qaldırılması üçün kosmetik dermabraziyalara ehtiyacı var. İddiaçının mәhkәmәtibbi müayinәsi zamanı onda sağlamlığa zәrәrvurmanın tәyinindә meyar kimi qiymәtlәndirilә bilәcәk hәr hansı obyektiv morfoloji әlamәt müәyyәn edilmәdi. İddiaçıya müalicә müәssisәlәri şәraitindә aparılmış müalicәlәr zamanı istifadә edilmiş dәrman preparatlarının dozaları optimal olmuşdur. Ona müalicә müәssisәlәri şәraitindә göstәrilmiş tibbi xidmәt sәhiyyә sistemindә qüvvәdә olan müvafiq tәlimat qaydalarına uyğun olmamış, tәkrari cәrrahi әmәliyyat olunsa da, yenә kosmetik dermabraziyalara ehtiyac vardır. Bu da sәhiyyә sistemindә qüvvәdә olan Sәhiyyә Nazirliyi tәrәfindәn ##.##.2012-ci il tarixli, ** saylı әmrlә tәsdiq edilmiş “Tibb müәssisәlәrindә çalışan tibb, әczaçılıq vә digәr ixtisaslar üzrә işçilәrin nümunәvi vәzifә tәlimatları”nın 24.1-ci bәndinin tәlәblәrinin (“ona hәvalә olunmuş vәzifә öhdәliklәrini vaxtında vә keyfiyyәtli icra etmәmәsi”) pozulması kimi qiymәtlәndirilir.
4. Birinci cavabdehin ##.##.2023-cü il tarixli әmri ilә cәmiyyәtdә “Hәkim plastik cәrrah” vәzifәsindә çalışan Mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs ilә bağlanmış әmәk müqavilәsinә ##.##.2023-cü il tarixdә xitam verilmişdir. Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı İddiaçı cavabdeh Mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs qarşı iddia әrizәsi ilә Bakı şәhәri Sabunçu Rayon Mәhkәmәsinә müraciәt edәrәk, cavabdehdәn vurulmuş maddi ziyanın әvәzi olaraq 8.100 manat, mәnәvi ziyanın әvәzi olaraq 2.000 manat, cәmi 10.100 manat pulun vә ödәnilmiş 123 manat dövlәt rüsumunun әvәzinin tutularaq ona verilmәsini xahiş etmişdir.
6. Baki şәhәri Sabunçu Rayon Mәhkәmәsinin e-*(***)-****/**** nömrәli, ##.##.2025- ci il tarixli qәrardadı ilә hazırkı mülki iş üzrә cavabdeh Mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs әsl cavabdehlәr cavabdeh1 MMC vә cavabdeh2 MMC ilә әvәz edilmişdir.
7. İddiaçı tәlәbini işin faktiki hallarına istinad edәrәk onunla әsaslandırmışdır ki, bәdәninin xarici görnüşündә dәyişiklik etmәk üçün 2023-cü ilin fevral ayında Bakı şәhәri, Sәbail rayonu әrazisindә yerlәşәn “X2”ә yaxınlaşaraq hәkim plastik cәrrah Əlәskәrov (Zodanov) Elçinlә görüşmüş, hәkim bәdәninә baxış keçirmiş, bәdәninin anatomik qurluşunu liposaksiya vә abdominaplastika әmәliyyatına uyğun olduğunu vә әmәliyyatdan öncә müvafiq analizlәrin vermәli olduğunu ona bildirmiş, nәticәlәri müsbәt çıxarsa әmәliyyat olunacağı vә istәdiyi bәdәn qurluşuna sahib olacağını bildirmişdi. Vermiş olduğu analizlәrin nәticәlәri müsbәt çıxdığından әmәliyyat olunmuş vә tәxminәn 5 saat çәkmiş әmәliyyatdan sonra palataya yerlәşdirmişdir. Hәkimә şiddәtli ağrıları olduğunu bildirәrәk, әmәliyyatdan narazı olduğunu ona demişdir. X1 әmәliyyat olduğu üçün ağrıların normal olduğunu 6 ay sonra nәticәni görәcәyini bildirmişdir. İki gün sonra әmәliyyata görә cavabdehin komandasından olan Pәrviz Əhmәdova әmәliyyatın pulu olan 4.570 manat pulu nağd şәkildә әlbәәl vermişdir. Hәkimin dediyi qaydada müalicәlәrә davam etmiş, әmәliyyatdan bir müddәt sonra cavabdeh ona kavitasiya massajına getmәyini bildirmişdir. Hәr 10 gündәn bir, 1 seansı 50 manat olan kavitasiya masajına getmiş, 20 gün masajda olmuşdur. 2023-cü ilin sentyabr ayında o, әmәliyyatın nәticәsindәn narazı olduğu üçün cavabdehin qәbuluna getmiş vә “X2”dә deyil, Bakı şәhәri, Nizami rayonu әrazisindә yerlәşәn cavabdeh2da qәbulunda olmuş, ona bildirmişdir ki, әmәliyyatdan 6 aydan çox vaxt keçmәsinә baxmayaraq istәdiyi nәticә әldә etmәmiş vә narazılıq edәrәk, qarın, hәr iki qol, buxaq nahiyәlәrindәn piylәri tam çәkmәdiyini, bu sәbәbdәn qeyd etdiyi nahiyәlәrdә assimetriya olduğunu, abdominaplastika әmәliyyatının izlәrinin әyri olduğunu cavabdehә bildirәrәk qüsurlu әmәliyyat etdiyini bildirmişdir. Ona münasib qiymәtә korreksiya әmәliyyatı edә bilәcәyini demiş, o da maddi durumumun aşağı olduğu üçün mәcbur qalaraq hәkimin tәklifi ilә razılaşmışdır. Korreksiya әmәliyyatı üçün 1.850 manat әlavә pul ödәmişdir. O, Bәrdә rayonunda yaşadığından Bakı şәhәrinә hәr gәlib getdikdә 50 manatdan artıq xәrci çıxmış, 500 manatdan artıq gәlib getmәyә pul xәrclәmişdir. İki dәfә әmәliyyat olunsa da, hәkimin dediyi müalicәlәri, kavitasiya masajına getsә dә, әmәliyatın nәticәsi heç dә istәdiyi kimi olmamışdır. Hesab edir ki, әmәliyyat üçün ödәdiyi 8.100 manat vә mәnәvi olaraq keçirdiyi narahatçılıqlara görә 2.000 manat cavabdehdәn tutularaq, ona ödәnilmәlidir.
8. Cavabdeh cavabdeh2 ##.##.2025-ci il tarixdә iddiaya qarşı etirazla müraciәt edәrәk qeyd etmişdir ki, işin mübahisәsiz halıdır ki, iddiaçının maddi vә mәnәvi zәrәrә düçar olmasına әsas olmuş tibbi әmәliyyat ilk dәfә “X3” MMC-dә keçirilmişdir. İddiaçının iddia әrizәsindә istinad etdiyi xüsusatlarla, elәcә dә iş materiallarında olan ****/KEŞ nömrәli ekspert rәyi vә “Cinayәt işinin başlanılmasının rәdd edilmәsi haqqında” ##.##.2025-ci il tarixli qәrarla mübahisәsiz qaydada müәyyәn edilir ki, iddiaçıya texniki cәhәtdәn qüsurlu olmuş “Liposaksiya vә Abdominoplastika” әmәliyyatları hazırkı iş üzrә cavabdeh olan digәr tibb müәssisәsindә hәyata keçirilmişdir. Yuxarıda sözügedәn ekspert rәyinin nәticә hissәsindәn dә görünür ki, texniki cәhәtdәn qüsurlu icra olunmuş әmәliyyat nәticәsindә pasientdә “piy yastıqları” qalmış, assimmetriya yaranmış vә bu sәbәbdәn dә İddiaçı tәkrar korreksiya cәrrahi әmәliyyatının icrasına ehtiyac yaranmışdır ki, mәhz bu tәkrar әmәliyyat cavabdeh2 MMC-dә heç bir texniki vә tibbi qüsura yol verilmәdәn icra olunmuşdur. Ekspert rәyi ilә müәyyәn edildi ki, pasientdәn әmәliyyat izlәrinin tam aradan qaldırılması üçün hazırda kosmetik dermabraziyalara ehtiyac vardır. Yuxarıda sadalanan xüsusatlardan görünür ki, hazırkı iş üzrә iddiaçının sәhhәtinә cavabdeh2 MMC-dә aparılmış әmәliyyat nәticәsindә bu vә ya digәr zәrәr vurulmamışdır. Odur ki, hazırkı iddia tәlәbi cavabdeh2 MMCyә münasibәtdә tәmin edilә bilmәz. Göstәrilәnlәri nәzәrә alınması, mәhkәmәdәn İddiaçı iddiasının cavabdeh2 MMC-yә münasibәtdә tәmin olunmaması xahiş edilmişdir.
9. Bakı şәhәri Sabunçu Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qәtnamәsi ilә iddianın qismәn tәmin edilmәsi, cavabdeh “xxxx” MMC-dәn 4.750 manat mәblәğindә maddi ziyan vә 500 manat mәblәğindә mәnәvi ziyan, cavabdeh cavabdeh2 MMC-dәn 700 manat maddi ziyanın tutularaq, iddiaçı İddiaçı ödәnilmәsi, iddiaçı tәrәfindәn ödәnilmiş 123 manat dövlәt rüsumunundan 43,50 manat iddiaçıya aid edilmәsi, qalan 79,50 manat pulun cavabdehlәrdәn müştәrәk qaydada tutulması, iddianın qalan hissәdә rәdd edilmәsi qәt edilmişdir. (hakim X6)
10. Mәhkәmә öncә iddiaçının “xxxx” MMC-yә olan tәlәbi ilә bağlı qeyd etmişdir ki, keçirilmiş ekspertizanın nәticәsindә tәqdim edilmiş rәyә әsasәn “X3”dә aparılmış “Liposaksiya vә Abdominoplastika” cәrrahiyyә әmәliyyatı texniki cәhәtdәn qüsurlu olduğu üçün әmәliyyat sahәlәrindә “piy yastıqcıqları qalmış, asimmetriya yaranmış vә bu sәbәbdәn “Mәlhәm” Beynәlxalq Hospitalda tәkrar korreksiya cәrrahiyyә әmәliyyatına ehtiyac olmuşdur. Mütәxәssis müayinәsinә әsasәn İddiaçı әmәliyyat izlәrinin tam aradan qaldırılması üçün kosmetik dermabraziyalara ehtiyacı var. Başqa sözlә iddiaçıya “X3”dә aparılmış әmәliyyat nәticәsindә maddi ziyan vurulmuş, әmәliyyat düzgün aparılmadığından tәkrar korreksiya cәrrahiyyә әmәliyyata girmәyә mәcbur qalmış, buna görә dә maddi ziyan çәkmiş, hәtta bundan sonra belә müvafiq hәkim müalicәlәrinә dә ehtiyacı vardır. Göstәrilәnlәr cavabdeh “X3” MMC tәrәfindәn iddiaçı İddiaçı maddi ziyan vurulduğu öz tәsdiqini tapır. Mәhkәmәyә tәqdim edilmiş “X3” MMC-nin kassa mәdaxil orderi ilә iddiaçının 4.750 manat ödәdiyi sübuta yetirildiyindәn mәhkәmә hesab edir ki, iddia bu hissәdә tәmin edilmәli “X3” MMC-dәn 4.750 manat pul tutularaq iddiaçıya ödәnilmәlidir.
11. Mәhkәmә iddiaçının cavabdeh2 MMC-yә olan tәlәbi ilә bağlı qeyd etmişdir ki, İddiaçı cavabdeh2 MMC-dә tәkrar korreksiya әmәliyyatı keçirilmişdir. “xxxx” publik hüquqi şәxsin ***/KEŞ nömrәli, ##.##.2025-ci il tarixli ekspert rәyinә әsasәn İddiaçı müalicә müәssisәlәri şәraitindә göstәrilmiş tibbi xidmәtlәr sәhiyyә sistemindә qüvvәdә olan müvafiq tәlimat qaydalarına uyğun olmamış, tәkrari cәrrahi әmәliyyat olunsa da, yenә kosmetik dermabraziyalara ehtiyac vardır. Bu da sәhiyyә sistemindә qüvvәdә olan, Sәhiyyә Nazirliyi tәrәfindәn ##.##.2012-ci il tarixli, ** nömrәli әmrlә tәsdiq edilmiş “Tibb müәssisәlәrindә çalışan tibb, әczaçılıq vә digәr ixtisaslar üzrә işçilәrin nümunәvi vәzifә tәlimatları”nın 24.1 bәndinin tәlәblәrinin (“ona hәvalә olunmuş vәzifә öhdәliklәrini vaxtında vә keyfiyyәtli icra etmәmәsi”) pozulması kimi qiymәtlәndirilir. Belәliklә, cavabdeh2 MMC tәrәfindәn dә iddiaçıya maddi ziyan vurması faktı sübuta yetirilir. Lakin, İddiaçı cavabdeh2 MMC-dәn 1.850 manat pulun ödәnilmәsini tәlәb etsә dә, cavabdeh2 MMC-nin ödәniş cәdvәlindә iddiaçının yalnız 700 manat pulun ödәnildiyi sübuta yetirilir. Qalan hissәsinin ödәnilmәsi barәdә iddiaçı tәrәfindәn hәr hansı sübut tәqdim edilmәmişdir. Ona görә mәhkәmә hesab etmişdir ki, İddiaçı cavabdeh2 MMC-yә qarşı olan 1.850 manat mәblәğinin 700 manat hissәsi tәmin edilmәli, qalan hissәsi isә rәdd edilmәlidir.
12. Mәhkәmә iddiaçının 2.000 manat mәnәvi ziyanla bağlı tәlәbi ilә bağlı qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi cavabdehin hәrәkәti vә ya hәrәkәtsizliyi nәticәsindә iddiaçının mәnәvi sarsıntı keçirmәsi müәyyәn edilir. İş üzrә iddiaçıya maddi zәrәrin vurulduğu işin mübahisәsiz vә aşkar halıdır.
13. Qәtnamәdә göstәrilәn normaların mәzmunundan vә işin hallarından göründüyü kimi, bu zәrәrin әvәzinin ödәnilmәsi vәzifәsi cavabdehin üzәrindәdir. Hazırkı işdә iddiaçının hәm maddi ziyan, hәm dә mәnәvi sarsıntı keçirmәsi mübahisәsiz haldır. İddiaçı bir iki dәfә әmәliyyat keçirmәyә mәcbur qalmış, hәtta bundan sonra da әlavә hәkim müdaxilәlәrinә ehtiyacı vardır. Bu fakt mülki işin materiallarında olan ekspert rәyindә öz tәsdiqini tapır. İddiaçının hәm fiziki, hәm dә psixoloji sağlamlağının bәrpası üçün kifayәt qәdәr müddәtin vә müalicәnin tәlәb olunduğu aşkardır.
14. Mәhkәmә belә qәnaәtә gәlmişdir ki, vurulmuş maddi vә mәnәvi ziyanların başlıca sәbәbi “X3” dә aparılmış “Liposaksiya vә Abdominoplastika” cәrrahiyyә әmәliyyatı texniki cәhәtdәn qüsurlu olmasıdır. Başqa sözlә, orada iddiaçının keçirdiyi әmәliyyat texniki cәhәtdәn düzgün olsaydı, İddiaçı nә maddi, nә dә mәnәvi ziyan vurulmamış olardı. Mәhz “X3”dә baş tutumuş qüsurlu әmәliyyat nәticәsindә iddiaçıda әmәliyyat sahәlәrindә “piy yastıqcıqları” qalmış, asimmetriya yaranmış vә bu sәbәbdәn “tәkrar korreksiya cәrrahiyyә әmәliyyatına ehtiyac yaranmışdır. Eyni zamanda, iddiaçının hazırda kosmetik müdaxilәlәrә dә ehtiyacı var. Belәliklә, “X3” MMC-nin qanunazidd, tәqsirli hәrәkәtlәri nәticәsindә ziyanın vurulduğu vә pozuntu ilә nәticә arasında sәbәbli әlaqәnin olduğu öz tәsdiqini tapdığından mәhkәmә hesab edir ki, “X3” MMC-dәn mәnәvi ziyan tutulmalıdır. Lakin eyni zamanda mәhkәmә hesab edir ki, tәlәb olunan 2.000 manat pul tәnasübsüz yüksәkdir. Nәzәrә alınsa ki, ümumi olaraq cavabdehlәr tәrәfindәn vurulmuş 4.750 manat vә 700 manat maddi ziyan onlardan tutulacaqdır. “X3” MMC-dәn 500 manat mәblәğindә mәnәvi ziyanın tutulması mәhkәmә tәrәfindәn yetәrli vә әdalәtli hesab edilir.
15. İddia tәlәbinin qalan hissәsinә münasibәtdә isә mәhkәmә bildirmişdir ki, iddiaçı nә Bәrdә rayonundan hәr dәfә Bakı şәhәrinә gәlmәsi nәticәsindә iddiasına görә çәkdiyi 500 manat yol xәrcinin, nә dә masaj seanslarına sәrf etdiyi 1000 (50 manat x 20 seans) manat pulun ödәnilmәsi barәdә hәr hansı sübut mәhkәmәyә tәqdim etmәmişdir. Halbuki, Mülki Prosessual Mәcәllәsinin 77.1-ci maddәsinә әsasәn hәr bir tәrәf öz tәlәblәrinin vә etirazlarının әsası kimi istinad etdiyi halları sübut etmәlidir. Ona görә dә, iddia bu hissәdә rәdd edilmәlidir.
16. Mәhkәmә öz mövqeyini Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin 21-ci, 385.1ci, 386.1-ci, 442-ci, 448.1-ci, 459.1-ci, 1112-ci, Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 14.2-ci, 77.1-ci, 88-ci, 107-ci, 119.1-ci, 217-ci, 218.3-cü maddәlәrinә, “Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin 21 vә 23-cü maddәlәrinin şәrh edilmәsinә dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin ##.##.2002-ci il tarixli qәrarına vә “Mәnәvi zәrәrin ödәnilmәsi barәdә qanunvericiliyin mәhkәmә tәtbiqi tәcrübәsi haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Plenumunun ##.##.2008-ci il tarixli qәrarına istinadla әsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
17. Cavabdeh “xxxx” MMC hәmin qәtnamәdәn apellyasiya şikayәti verәrәk, qәtnamәnin lәğv edilmәsini vә “xxxx” MMC-yә münasibәtdә iddianın rәdd edilmәsini xahiş etmişdir.
18. Cavabdeh “xxxx” MMC apellyasiya şikayәtini onunla әsaslandırmışdır ki, mәhkәmә cavabdeh “xxxx” MMC-yә qarşı birmәnalı olaraq qәrәzli mövqe nümayiş etdirmәklә mülki işә birtәrәfli baxmış, cavabdehin tәqdim etdiyi dәlillәrә vә sübutlara әhәmiyyәt vermәdәn, yalnız iddiaçının hüquqlarını müdafiә xarakterli mövqeyi ilә çıxış etmişdir. Belә ki, uğursuz plastik әmәliyyatın birbaşa olaraq hәkim Mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs tәrәfindәn icra edilmәsinin iddiaçının özü tәrәfindәn etiraf edilmәsinә, bu әmәliyyatın sözügedәn hәkim tәrәfindәn icrasının düzgün olub-olmaması ilә bağlı mәhkәmәnin özü tәrәfindәn ekspert qarşısında suallar qoyulmasına baxmayaraq, mәhkәmә hәmin hәkimin cavabdehlikdәn çıxarılması qәnaәtinә gәlmәklә, mülki işin hallarının dәqiq vә obyektiv araşdırılmasından yayınmış, bununla da әsassız vә qanunsuz qәtnamә qәbul etmişdir. Mülki mәsuliyyәtin subyekti mәhkәmә tәrәfindәn düzgün müәyyәn edilmәmişdir. Yәni iddiaçıya plastik cәrrahiyyә әmәliyyatını hüquqi şәxs olan “xxxx” MMC deyil, hәmin klinika ilә әmәk müqavilәsi әsasında fәaliyyәt göstәrәn fiziki şәxs (hәkimcәrrah) Mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs hәyata keçirmişdir. Bu mәsәlә ilә bağlı hәlә birinci instansiya mәhkәmәsi zamanı cavabdeh klinikanın nümayәndәsi tәrәfindәn etiraz bildirilmәsinә, hәtta әsl cavabdehin әvәz edilmәsi ilә bağlı mәhkәmәyә vәsatәt tәqdim edilmәsinә baxmayaraq, mәhkәmә hәmin mәsәlәyә әhәmiyyәt vermәdәn vәsatәti rәdd etmişdir. Mәhkәmәnin ##.##.2025-ci il tarixli qәrardadı ilә hazırkı mülki işdә cavabdeh Mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs әsl cavabdehlәr cavabdeh1 MMC vә cavabdeh2 MMC ilә әvәz olunması qәrara alınmışdır. Birinci instansiya mәhkәmәsi әmәliyyatı icra edәn hәkimin fәrdi peşә fәaliyyәtindә mümkün qüsurları nәzәrә almadan, mәsuliyyәti әsassız olaraq tibb müәssisәsinin üzәrinә qoymuşdur. Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin 1096 vә 1097-ci maddәlәrinә әsasәn zәrәr bilavasitә zәrәr vuran şәxs tәrәfindәn ödәnilmәlidir. Tibb sahәsindә isә mәsuliyyәt ya tibb müәssisәsinin tәşkilati vә ya sistemli nöqsanı ya da hәkimin fәrdi peşә sәhvi nәticәsindә yarana bilәr. Hәmçinin, birinci instansiya mәhkәmәsi bunları nәzәrә almayaraq, Mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs prosessual qaydada cavabdeh vә ya üçüncü şәxs qismindә işә cәlb edilmәsini tәmin etmәmiş, mәsuliyyәti әsassız olaraq yalnız tibb müәssisәsinә yönәltmişdir. Mәhkәmә qәtnamәsinin әsassız vә ziddiyәtli fikirlәr әsasında qәbul edilmәsini onunla izah edirlәr ki, mәhkәmә öz qәtnamәsindә (6-cı sәhifә) Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin 1112ci maddәsinә әsaslanaraq bildirir ki, işin mәhkәmә tәrәfindәn müәyyәn edilmiş hallarından göründüyü kimi, iddiaçının üzәrindә cәrrahiyә әmәliyyatı aparılan zaman hәm “X3”dә hәm dә, “Mәlhәm” Beynәlxalq Hospitalda tibbi әmәliyyatlar hәkim Mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs tәrәfindәn qüsurlu aparılmış, cavabdehlәrin tәqsirindәn iddiaçıya zәrәr dәymişdir. Ona görә dә, hәr iki tibb müәssisәsi vurduğu zәrәrin әvәzini iddiaçıya ödәmәlidirlәr. Buradan belә sual yaranır ki, mәhkәmә qәtnamәdә göstәrdiyi bu abzasda hәkim Mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs etdiyi qüsura vә nöqsana görә vurulmuş zәrәrin әvәzininin cavabdehlәrdәn tutulması qәnaәtinә gәlirsә, o zaman qüsurlu әmәliyyatı icra etmiş hәkim Mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs niyә hәmin cavabdehlәrin sırasında yoxdur vә ümumiyyәtlә bu işdә hәr hansı mәsuliyyәt daşımır? Halbuki, mәhkәmәnin qәnaәtinә görә, hәr iki klinika dolayısı ilә cavabdeh hesab edilsә dә, iş üzrә birbaşa cavabdeh olan vә әmәliyyatı icra edәn hәkimin işә vә mülki mәsuliyyәtә cәlb edilmәmәsi absurt bir yanaşmadır. Mәhkәmә tәrәfindәn “xxxx” MMC-nin tәşkilati, sistemli vә ya inzibati nöqsanı sübuta yetirilmәmişdir. Heç bir sübutla klinikanın tibbi protokolları, tәhlükәsizlik qaydalarını vә ya lisenziya tәlәblәrini pozduğu müәyyәn edilmәmişdir. Əksinә, әmәliyyat lisenziyalı müәssisәdә aparılmış, tibbi şәrait vә avadanlıqlar normativlәrә uyğun olmuş, epikriz sәnәdlәrindә әmәliyyatdan sonrakı dövrün fәsadsız keçdiyi göstәrilmişdir. Bu halda mәsuliyyәt avtomatik olaraq tibb müәssisәsinә yönәldilә bilmәz. Epikriz vә hesabfaktura sәnәdlәri mәhkәmә tәrәfindәn nәzәrә alınmamışdır. Mәhkәmә iş üçün mühüm әhәmiyyәt kәsb edәn sübutları – klinika tәrәfindәn tәqdim edilmiş epikriz sәnәdini, hesabfaktura sәnәdini qiymәtlәndirmәmişdir. Hesab-faktura sәnәdinә әsasәn iddiaçının әmәliyyatı üçün klinika tәrәfindәn dәrman preparatları, tibbi lәvazimatlar, әmәliyyat xәrclәri üzrә 1.635,63 manat mәblәğindә faktiki xәrc çәkilmişdir. Bu mәblәğ iddiaçının ödәdiyi mәblәğin tam şәkildә xidmәt qarşılığı olmadığını, klinikanın әsassız varlanmadığını, maddi ziyanın real hәcmindә sәhv hesablandığını aydın şәkildә sübut edir. İş materiallarında olan “xxxx” publik hüquqi şәxsin, ***/KEŞ nömrәli ##.##.2025-ci il tarixli ekspert rәyininә әsasәn “X3”dә İddiaçı adına tәrtib edilmiş tibbi sәnәdlәrdә göstәrilәnlәrә әsasәn ona aparılmış müayinәlәr tәyin edilmiş diaqnoza uyğun olmuşdur. “X3”dә İddiaçı adına tәrtib edilmiş tibbi sәnәdlәrdә göstәrilәnlәrә әsasәn o, ##.##.2023-cü il tarixdә klinikaya daxil olmuş vә aparılmış müvafiq müayinәlәrdәn sonra ona “Dәqiqlәşdirilmәmiş piylәnmә” diaqnozu tәyin edilmişdir. Tәyin edilmiş diaqnoza uyğun olaraq hәmin tarixdә xәstәnin üzәrindә “Liposaksiya (hәr sahә üçün) vә Abdominoplastika” cәrrahiyyә әmәliyyatı icra edilmiş, әmәliyyatdan sonrakı dövr fәsadsız keçmiş vә ##.##.2023-cü il tarixdә xәstә kafi vәziyyәtdә evә yazılmışdır. İddiaçı mәhkәmә-tibbi müayinәsi zamanı onda sağlamlığa zәrәrvurmanın tәyinindә meyar kimi qiymәtlәndirilә bilәcәk hәr hansı obyektiv morfoloji әlamәt müәyyәn edilmәdi. İddiaçı müalicә müәssisәlәri şәraitindә aparılmış müalicәlәr zamanı istifadә edilmiş dәrman preparatlarının dozaları optimal olmuşdur. Belәliklә, iş materiallarından görünür ki, әmәliyyat müvafiq lisenziyaya malik müәssisәdә aparılmışdır, tibbi avadanlıqlar vә şәrait normativlәrә uyğun olmuşdur, bütün tibbi protokollar vә tәlimatlar qorunmuşdur. Əgәr әmәliyyat zamanı tibbi sәhv vә ya peşә qüsuru olmuşdursa, bu hal birbaşa әmәliyyatı icra edәn hәkimin hüquqi mәsuliyyәti kimi qiymәtlәndirilmәlidir. Mәhkәmә ekspert rәyinin yalnız öz mövqeyinә uyğun hissәlәrini seçmә xarakterli әsaslandırmış, aşağıdakı mühüm nәticәlәri isә nәzәrә almamışdır: iddiaçıda sağlamlığa zәrәr vurulmasının obyektiv morfoloji әlamәtlәri müәyyәn edilmәmişdir. Dәrman preparatlarının dozaları optimal olmuşdur. Diaqnoz vә müayinәlәr tibbi göstәrişlәrә uyğun aparılmışdır. Ekspert rәyindә göstәrilәn “texniki qüsur” anlayışı avtomatik olaraq hüquqi mәsuliyyәt doğurmur, mütlәq şәkildә klinikanın tәqsiri kimi qiymәtlәndirilә bilmәz. Mәhkәmә iddiaçının mәnәvi zәrәrә mәruz qalmasını konkret faktlarla әsaslandırmamış, yalnız ümumi ifadәlәrlә kifayәtlәnmişdir. Hazırkı işdә klinikanın qanunsuz hәrәkәti sübuta yetirilmәmişdir, iddiaçının mәnәvi iztirabları tibbi vә ya psixoloji sәnәdlәrlә tәsdiq edilmәmişdir. Bu sәbәbdәn 500 manat mәnәvi ziyanın tutulmasının heç bir hüquqi әsası yoxdur. İddiaçının mәnәvi ziyan tәlәbinin 500 manat hissәsinin dә “xxxx” MMC-dәn tutulması әsassız vә qanunsuzdur. Birinci instansiya mәhkәmәsi tәrәfindәn әmәliyyatı icra edәn hәkim işә cavabdeh vә ya üçüncü şәxs qismindә cәlb edilmәmişdir. İşin tam vә düzgün araşdırılması tәmin olunmamışdır. İş materiallarında olan “xxxx” MMC-nin ##.##.2023-cü il tarixli, ***/**-X nömrәli әmrә әsasәn Mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs әmәk müqavilәsinә Əmәk Mәcәllәsinin 68-ci maddәsinin 2-ci hissәsinin “a” bәndinә әsasәn әmәk müqavilәsinә xitam verilmişdir. Bu sәbәbdәn tәrәflәrindәn Mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs münasibәtdә hәr hansı tәsir mexanizminin olmamasından irәli gәlәrәk, mәhkәmәyә şifahi vәsatәt verәrәk onun mәhkәmә iclasında iştirak etmәyinin zәruri olduğu barәdә müraciәt etsәlәr dә, mәhkәmә müraciәtlәrini tәmin etmәmişdir. Mәhkәmә tәrәfindәn “xxxx” MMC-nin hәr hansı tibbi standartı pozması, tibbi xidmәtin tәşkili zamanı sәhlәnkarlığa yol vermәsi vә ya tәhlükәsizlik qaydalarını pozması sübuta yetirilmәmişdir. Mәhkәmә qәtnamәsindә yer alan İddiaçı müalicә müәssisәlәri şәraitindә göstәrilmiş tibbi xidmәt sәhiyyә sistemindә qüvvәdә olan müvafiq tәlimat qaydalarına uyğun olmamış, tәkrar cәrrahi әmәliyyat olunsa da, yenә kosmetik dermabraziyalara ehtiyac vardır. Bu da sәhiyyә sistemindә qüvvәdә olan Sәhiyyә Nazirliyi tәrәfindәn ##.##.2012-ci il tarixli, ** saylı әmrlә tәsdiq edilmiş “Tibb müәssisәlәrindә çalışan tibb, әczaçılıq vә digәr ixtisaslar üzrә işçilәrin nümunәvi vәzifә tәlimatları”nın 24.1 bәndinin tәlәblәrinin (“ona hәvalә olunmuş vәzifә öhdәliklәrini vaxtında vә keyfiyyәtli icra etmәmәsi”) pozulması kimi qiymәtlәndirilir. Ekspertiza rәyindә Sәhiyyә Nazirliyi tәrәfindәn ##.##.2012-ci il tarixli, ** saylı әmrlә tәsdiq edilmiş “Tibb müәssisәlәrindә çalışan tibb, әczaçılıq vә digәr ixtisaslar üzrә işçilәrin nümunәvi vәzifә tәlimatları”nın 24.1-ci bәndinin tәlәblәrinin (“ona hәvalә olunmuş vәzifә öhdәliklәrini vaxtında vә keyfiyyәtli icra etmәmәsi”) pozulması kimi qiymәtlәndirilmәsi isә, yuxarıda vurğulandığı kimi öz üzәrinә düşәn bütün prosedur qaydalarını düzgün icra edәn (әmәliyyatdan öncә aparılmış müvafiq müayinәlәr, istifadә olunan dәrman preparatlarının dozalarının optimal olması vә әmәliyyat sonrası stasionar yatış) nәzәrә alınmalı vә uğursuz plastik әmәliyyatının hәkim sәhvi kimi qiymәtlәndirilmәlidir. Mәnәvi ziyanın mövcudluğu vә hәcmi barәdә mәhkәmә konkret әsaslandırma aparmadan qәrar qәbul etmişdir. Belәliklә, Bakı şәhәri Sabunçu Rayon Mәhkәmәsinin qәtnamәsindә gәldiyi nәticә ilә razılaşmadan qeyd edirlәr ki, mәhkәmәnin qәtnamәsindә göstәrdiyi bu әsaslar tam qanunsuz vә qәrәzlidir. Belә ki, birinci instansiya mәhkәmәsi iddiaçının әsassız arqumentlәrini әsaslı hesab etmiş, lakin, mәhkәmә gedişatı zamanı “xxxx” MMC-nin (nümayәndәsinin) tәqdim etdiyi dәlillәrә heç bir әhәmiyyәt vermәmişdir. Bununla da, şirkәtin hüquqlarının pozulması ilә nәticәlәnәn qanunsuz qәtnamә qәbul etmişdir. Birinci instansiya mәhkәmәsi iş üzrә bütün әhәmiyyәtli halları, o cümlәdәn hәkim sәhvi nәticәsindә yaranmış hüquqi va faktiki problemlәri lazımi qaydada, hәrtәrәfli vә obyektiv şәkildә araşdırılmamışdır. Mәhkәmә cavabdehin nümayәndәsi tәrәfindәn tәqdim olunmuş sübutlara lazımi hüquqi qiymәt vermәmiş, iş üzrә mühüm әhәmiyyәt kәsb edәn halların araşdırılmasında birtәrәfli yanaşma nümayiş etdirmişdir. Qeyd olunan hallar nәticәsindә iş tam vә düzgün araşdırılmadan qәtnamә qebul edilmiş, bu isә maddi va prosessual hüquq normalarının pozulmasına gәtirib çıxarmışdır. Belә ki, qәbul edilmiş qәtnamә işin faktiki hallarına vә toplanmış sübutlara uyğun olmamaqla, әdalәtli mәhkәmә araşdırması prinsiplәrinә ziddir. Mәhkәmә tәrәfindәn “xxxx” MMC-nin tәşkilati, sistemli vә ya inzibati nöqsanı sübuta yetirilmәmişdir. Heç bir sübutla klinikanın tibbi protokolları, tәhlükәsizlik qaydalarını vә ya lisenziya tәlәblәrini pozduğu müәyyәn edilmәmişdir. Əksinә, Əmәliyyat lisenziyalı müәssisәdә aparılmış, tibbi şәrait vә avadanlıqlar normativlәrә uyğun olmuş, epikriz sәnәdlәrindә әmәliyyatdan sonrakı dövrün fәsadsız keçdiyi göstәrilmişdir. Bu halda mәsuliyyәt avtomatik olaraq tibb müәssisәsinә yönәldilә bilmәz. Mәnәvi ziyanın mövcudluğu vә hәcmi barәdә mәhkәmә konkret әsaslandırma aparmadan qәrar qәbul etmişdir. Ekspert rәyindә “xxxx” MMC-dә icra edilәn әmәliyyatda pasiyentin sağlamlığına zәrәr vurulmasının obyektiv morfoloji әlamәtlәri müәyyәn edilmәmişdir. Mәhkәmә әsassız olaraq Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin 1112-ci maddәsini әsas qәtirәrәk prosessual hüquq normalarını pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayәtinә qarşı yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
20. Mәhkәmә iclasında cavabdeh “xxxx” MMC-nin nümayәndәsi Nümayәndә apellyasiya şikayәtini müdafiә edәrәk, apellyasiya şikayәtinin mәzmununa uyğun izahat vermiş vә şikayәtin tәmin edilmәsini xahiş etmişdir.
21. İştirak etdiyi mәhkәmә iclasında iddiaçı İddiaçı apellyasiya şikayәtini qәbul etmәyәrәk, iddia әrizәsinin mәzmununa uyğun izahat vermiş vә apellyasiya şikayәtinin tәmin edilmәmәsini xahiş etmişdir.
22. Mәhkәmә iclasının yeri vә vaxtı barәdә lazımi qaydada xәbәrdar olunmasına baxmayaraq, hәr hansı üzürlü sәbәb göstәrmәdәn cavabdeh cavabdeh2 MMC mәhkәmә iclasında nümayәndәsinin iştirakını tәmin etmәmiş, mәhkәmә kollegiyası tәrәfindәn işә mübahisә predmeti barәsindә müstәqil tәlәblәr irәli sürmәyәn üçüncü şәxs qismindә işә cәlb edilmiş Mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs isә mәhkәmә iclasına gәlmәmişdir. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 376.2-ci maddәsinә uyğun olaraq mәhkәmә kollegiyası apellyasiya şikayәtinә hәmin tәrәflәrin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
23. Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin: 385.1-ci maddәsinә әsasәn öhdәliyә әsasәn bir şәxs (borclu) başqa şәxsin (kreditorun) xeyrinә müәyyәn hәrәkәti etmәlidir, mәsәlәn, pul ödәmәli, әmlak vermәli, iş görmәli, xidmәtlәr göstәrmәli vә i.a. vә ya müәyyәn hәrәkәtdәn çәkinmәlidir, kreditorun isә borcludan vәzifәsinin icrasını tәlәb etmәk hüququ vardır; 443.1-ci maddәsinә әsasәn öhdәliyini icra etmәyәn borclu kreditora dәymiş zәrәrin әvәzini ödәmәyә borcludur; 448.1-ci maddәsinә әsasәn әgәr bu Mәcәllә ilә vә müqavilә ilә ayrı qayda müәyyәnlәşdirilmәyibsә, borclu onun risk dairәsinә daxil olan öhdәliklәrin icra edilmәdiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddәsinә әsasәn borclu öz öhdәliklәrinin hәr bir tәqsirli pozuntusu (hәrәkәt vә ya hәrәkәtsizlik) üçün mәsuliyyәt daşıyır; 752.1-ci maddәsinә әsasәn podrat müqavilәsinә görә podratçı müqavilәdә nәzәrdә tutulan işi icra etmәyi, sifarişçi isә podratçıya razılaşdırılmış muzd ödәmәyi öhdәsinә götürür; 753-ci maddәsinә әsasәn sifarişçi podratçıya şәrtlәşdirilmiş muzd ödәmәyә borcludur. Əgәr hәmin şәraitdә podratın yalnız muzd müqabilindә yerinә yetirilmәsi ehtimal edilirsә, belә hesab edilir ki, muzd dinmәz razılıq әsasında şәrtlәşdirilmişdir. Əgәr muzdun miqdarı müәyyәnlәşdirilmәyibsә, adi muzdun şәrtlәşdirildiyi hesab olunur. Şәrtlәşdirilmiş muzd ödәnildikdә, podratçının müqavilә üzrә razılaşdırılmış iş hәcminә daxil olan bütün işlәri ödәnilmiş sayılır; 759.2-ci maddәsinә әsasәn әgәr sifarişçi tәrәfindәn müqavilәyә bilavasitә podratçının hәrәkәtlәri (hәrәkәtsizliyi) nәticәsindә baş verәn vә ya hәmin hәrәkәtlәrlә bağlı olan sәbәbә görә xitam verilәrsә, podratçı yalnız yerinә yetirilmiş işin haqqını tәlәb edә bilәr, bu şәrtlә ki, sifarişçinin hәmin işlәrә hansısa marağı olsun; 762.1-ci maddәsinә әsasәn podratçı sifarişçi üçün podratı elә icra etmәlidir ki, podratın nәticәsi qüsurlardan, üçüncü şәxslәrin hüquqlarından vә ya iddialarından azad olsun; 762.2-ci maddәsinә әsasәn podratın nәticәsi şәrtlәşdirilmiş keyfiyyәtә uyğun gәlirsә, qüsurlardan azad sayılır. Keyfiyyәt şәrtlәşdirilmәdikdә podratın nәticәsi müqavilәyә uyğun istifadә vә ya adi istifadә üçün yararlı olduğu halda qüsurlardan azad sayılır; 762.3-cü maddәsinә әsasәn podratçının sifariş edilmiş podrat nәticәsini deyil, başqa podrat nәticәsini tәqdim etmәsi vә ya podratı kәmiyyәtcә yerinә yetirmәmәsi, әgәr bunu icra әvәzinә qәbul etmәk açıq-aşkar mümkün deyildirsә, qüsurlara bәrabәr tutulur.
24. Azәrbaycan Respublikasının Mülki Prosessual Mәcәllәsinin: 14.2-ci maddәsinә әsasәn mәhkәmә yalnız tәrәflәrin tәqdim etdiklәri sübutları araşdırmalı vә onlardan istifadә etmәlidir; 77.1-ci maddәsinә әsasәn hәr bir tәrәf öz tәlәblәrinin vә etirazlarının әsası kimi istinad etdiyi halları sübut etmәlidir; 119.1-ci maddәsinә әsasәn mәhkәmә xәrclәri ödәnilmiş tәlәblәrin mәblәğinә mütәnasib olaraq işdә iştirak edәn şәxslәrә aid edilir; 217.1-ci maddәsinә әsasәn mәhkәmәnin qәtnamәsi qanuni vә әsaslı olmalıdır; 217.3-cü maddәsinә әsasәn qәtnamә iş üzrә müәyyәn edilmiş hallara vә tәrәflәrin qarşılıqlı münasibәtinә uyğun әsaslandırılmalıdır; 217.4-cü maddәsinә әsasәn mәhkәmә öz qәtnamәsini yalnız mәhkәmә iclasında tәdqiq olunmuş sübutlarla әsaslandırır; 226.2-ci maddәsinә әsasәn mәhkәmә bir neçә cavabdehin әleyhinә qәtnamә çıxardıqda, cavabdehlәrdәn hәr birinin qәtnamәni hansı hissәdә yerinә yetirmәli olmasını vә ya onların mәsuliyyәtlәrinin müştәrәk olmasını göstәrir; 384.0.1-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsi qәtnamәni dәyişmәdәn, apellyasiya şikayәtini isә tәmin etmәdәn saxlaya bilәr.
25. “Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin 21 vә 23-cü maddәlәrinin şәrh edilmәsinә dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin ##.##.2002-ci il tarixli qәrarında nümayiş etdirilmiş hüquqi mövqeyә әsasәn mәnәvi zәrәr qeyri-әmlak hüquqlarının pozulması nәticәsindә әmәlә gәlmәklә, iqtisadi mәzmun vә dәyәr kәsb etmәyәn hüquq pozuntusudur. Belә zәrәr vәtәndaşa anadangәlmә vә ya qanun әsasında ona mәxsus olan qeyri-maddi nemәtlәrә aid (şәrәf, lәyaqәt, işgüzar nüfuz, şәxsi, ailә sirri, hәrәkәt etmәk azadlığı, yaşayış yeri seçmә, ad hüququ, müәlliflik hüququ, sair şәxsi qeyriәmlak hüquqları vә digәr maddi nemәtlәr) hüquqlarını pozmaqla fiziki şәxsә mәnәvi sarsıntı, iztirab verir. Mәnәvi zәrәr bilavasitә zәrәr vuran şәxsin hәrәkәtlәrindәn sonra zәrәr çәkmişin şüuruna tәsir göstәrmәklә mәnfi psixoloji reaksiyaya sәbәb olur. Mәnәvi zәrәr vәtәndaşların hüquqlarının pozulmasının müstәqil nәticәsidir. O hәm vurulmuş әmlak zәrәri ilә birlikdә yaxud әmlak zәrәri vurulmadığı hallarda kompensasiya edilir. Mәnәvi zәrәr ödәnilәrkәn mәnәvi vә fiziki iztirabların xarakteri vә dәrәcәsi, elәcә dә cavabdehin tәqsiri, әmlak vәziyyәti vә s. vacib halların nәzәrә alınması zәruridir vә hәr bir konkret halda belә zәrәrin ödәnilmәsi ilә bağlı xüsusatlar mәhkәmәnin mülahizәsinә görә müәyyәn olunmalıdır.
26. “Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin 1099 vә 1108-ci maddәlәrinin әlaqәli şәkildә şәrh edilmәsinә dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin ##.##.2022-ci il tarixli qәrarında qeyd edilmişdir ki, işәgötürәnin iqtisadi vәziyyәtinin işçi ilә müqayisәdә daha üstün olması vә zәrәr görmüş üçüncü şәxslәrin mәnafeyinin müdafiәsinin mümkün qәdәr tez vaxtda tәmin edilmәsi düşüncәsindәn çıxış edәrәk qanunverici işәgötürәnin işçisinin vurmuş olduğu zәrәrә görә mülki hüquq mәsuliyyәti daşımasını әdalәtli vә mәqsәdәmüvafiq hesab etmişdir. Lakin bu heç dә işçinin tәqsirli olaraq törәtmiş olduğu mülki hüquq pozuntusuna görә mәsuliyyәtinin istisna edilmәsini ifadә etmir. Belә ki, qeyd edildiyi kimi, Mülki Mәcәllәnin 1096.2-ci maddәsinә әsasәn delikt törәtmiş şәxs mülki hüquq mәsuliyyәti daşıyır. Odur ki, zәrәrçәkәnin istәyinә uyğun olaraq dәymiş zәrәrin әvәzinin ödәnilmәsi iddiası birgә mәsuliyyәtlilәrdәn işәgötürәnә vә ya işçiyә vә ya eyni vaxtda hәr ikisinә qarşı sürülә bilәr. Mülki Mәcәllәnin 1099-cu maddәsinin tәtbiqi üçün işçi tәrәfindәn vurulmuş zәrәrin bilavasitә işәgötürәnin fәaliyyәt dairәsinә aid olub-olmaması mәsәlәsinin aydınlaşdırılması da mühüm әhәmiyyәt kәsb edir. Əgәr işçinin zәrәr vuran hәrәkәtlәri işәgötürәnin fәaliyyәt dairәsinә aid deyildirsә, hüquq pozuntusu işçinin әmәk vә ya xidmәti vәzifәlәrinin icrası ilә әlaqәdar baş vermәmişdirsә, o zaman zәrәrin әvәzinin ödәnilmәsi vәzifәsi bilavasitә zәrәrvuranın (işçinin) üzәrinә düşür.
27. “Şәxsiyyәt Hüquqlarının Müdafiәsi haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ##.##.2025-ci il tarixli ** saylı Qәrarının: 4.63-ci bәndinә әsasәn tibbi yardım - xәstәliklәrin (fizioloji vә patoloji halların), zәhәrlәnmәlәrin, travmaların profilaktikası, diaqnostikası, müalicәsi, tibbi bәrpa vә reabilitasiya müddәtindә müşahidә edәn tәdbirlәrdir; 4.64-ci bәndinә әsasәn tibbi yardım almaq hüququ özündә ilkin tibbi-sanitariya yardımı, tәcili vә tәxirәsalınmaz tibbi yardım, ixtisaslaşdırılmış tibbi yardım, habelә ictimai tәhlükәli xәstәliklәrә tutulmuş vәtәndaşların tibbi-sosial yardım almaq hüququnu ehtiva edir; 4.67-ci bәndinә әsasәn istinad edilәn Qanunun mәzmunu baxımından dövlәt vә qeyridövlәt sәhiyyә sistemlәrinin subyektlәri vәtәndaşlara keyfiyyәtli tibbi xidmәt göstәrmәk, tibbi müdaxilәnin tibbi әsaslara uyğun tәrzdә, ixtisaslı vә yetәrli tәcrübәyә malik hәkim tәrәfindәn hәyata keçirilmәsini tәmin etmәk vәzifәsi ilә yanaşı, pasiyent hüquqlarının tәmin olunmamasına görә dә mәsuliyyәt daşıyırlar; 4.72-ci bәndinә әsasәn bu qәrarın 4.63-ci bәndindә göstәrilәn, habelә növlәri “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunla müәyyәn edilәn (bu qәrarın 4.64 bәndi) tibbi yardımdan fәrqli olaraq, estetik cәrrahiyә, estetik stomatologiya, kosmetoloji xidmәtlәr vә bu kimi digәr tibbi fәaliyyәt növlәrindә tәrәflәr arasında yaranan münasibәtlәr - nәticәsinә tәminat verilәn podrat münasibәtlәri hesab olunur. Bu baxımdan hәmin münasibәtlәrdәn doğan zәrәr tәlәbinin hüquqi әsası kimi müqavilәnin şәrtlәri, “İstehlakçıların hüquqlarının müdafiәsi haqqında” Qanun, habelә Mülki Mәcәllәnin 39-cu fәsli vә 9-cu bölmәsi çıxış edә bilәr. Zәrәr bu fәaliyyәtin hәyata keçirilmәsi zamanı pasiyentlәrin “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 24-cü maddәsi ilә әhatә olunan hüquqlarının pozulması ilә bağlı olduqda isә tәlәbinin maddi hüquqi әsasını hәmçinin istinad edilәn bu norma da tәşkil edәcәkdir; 4.73-cü bәndinә әsasәn keyfiyyәtsiz tibbi yardıma görә sağlamlığa vurulmuş zәrәrlә bağlı mәnәvi tәzminatın ödәnilmәsi barәdә iddia tәlәblәri araşdırılarkәn mәhkәmәlәr aşağıdakı xüsusi bilik tәlәb edәn halları müәyyәn etmәlidirlәr: xәstәyә tibbi yardım göstәrilәrkәn ona düzgün diaqnozun qoyulması, vaxtında vә keyfiyyәtli bütün zәruri vә mümkün olan tәdbirlәrin görülmәsi, müayinә vә müalicәnin tibbi yardımın göstәrilmәsi qaydalarına cavab vermәsi, tibbi yardımın standartlara vә klinik protokollara uyğun olması, tibbi yardımın qüsurlu olub-olmaması, qüsurların xәstәliyin davamiyyәtinә tәsiri (sağlamlığın pislәşmәsinә sәbәb olması, ağır nәticәlәrә sәbәb olması) vә bunun sәbәbi kimi onun tibb sahәsindә qorunan hüquqlarının pozulmasına gәtirib çıxarması; 4.74-cü bәndinә әsasәn tibb müәssisәsi fәaliyyәtinin qanuna, göstәrdiyi tibbi xidmәtlәrin klinik protokollara uyğun olmasını sübut etmәlidir. Nәzәrә alınmalıdır ki, bütün prosedurlar tibb elminin ümumi qәbul olunan sübutlu tәbabәt prinsiplәrinә uyğun xüsusi diqqәt vә lazımi tәdbirlәr çәrçivәsindә hәyata keçirildiyi halda, vurulmuş zәrәrә görә mәsuliyyәt istisna edilir. Yәni tibbi müdaxilә zamanı әvvәlcәdәn gözlәnilmәyәn, gözlәnilsә dә qarşısının alınması mümkün olmayan zәrәr hәkimin vә ya tibb müәssisәsinin biliyi, bacarığı vә imkanları xaricindә olan bir sәbәbdәn qaynaqlanan nәticәdir. Bu mәnada hәkimin tibbi standartlar çәrçivәsindә hәrәkәt edәrәk lazımi diqqәt vә qayğı göstәrmәsinә baxmayaraq, ortaya çıxan arzuolunmayan nәticәdәn qanuni olaraq mәsuliyyәt daşımayacağı qәbul edilir; 4.75-ci bәndinә әsasәn şәxsin tibb sahәsindә qorunan hüquqlarının pozulmasına gәtirib çıxaran keyfiyyәtsiz tibbi yardımın göstәrilmәsi ilә әlaqәdar onların hәyat vә sağlamlıqlarına vurulan zәrәrә görә mәnәvi zәrәrin kompensasiyası tәlәbini şәxsin özü vә ya yaxınları irәli sürә bilәrlәr. Şәxsin yaxınları o zaman tәlәb irәli sürә bilәrlәr ki, xәstәyә edilmiş keyfiyyәtsiz müalicә tәdbirlәri onun özünün şәxsiyyәt hüquqlarına hüquqazidd müdaxilәyә sәbәb olsun. Bu vәziyyәtdә mәnәvi zәrәr keyfiyyәtsiz müalicәyә görә yaxının itirilmәsi ilә әlaqәdar keçirilmiş sarsıntılar nәticәsindә yarana, xәstәnin ağır vәziyyәtinin düzgün qiymәtlәndirilmәmәsi ilә әlaqәdar hәyәcan keçirmәsindә vә digәr formada ifadә oluna bilәr; 4.76-cı bәndinә әsasәn nәticәsinә tәminat verilәn tibbi fәaliyyәtin müqavilә şәrtlәrinә cavab vermәmәsindәn (mәsәlәn, burnun estetik әmәliyyatında gözlәnilәn nәticәnin әldә olunmaması) doğan mәnәvi zәrәr tәlәblәri isә yalnız şәxsin özü tәrәfindәn irәli sürülә bilәr.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsinin qәtnamәsinin әsaslılığını onun düzünә vә ya dolayısı ilә mübahisәlәndirilәn hissәsindә, şikayәt qәrarın lәğv edilmәsinә yönәldikdә vә ya apellyasiya şikayәtindә vә ona etirazlarda ifadә olunmuş dәlillәrә әsasәn mübahisәnin predmeti bölünmәz olduqda isә tam yoxlayır. Apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsi tәrәfindәn maddi vә prosessual hüquq normalarının tәtbiqinin düzgünlüyünü apellyasiya şikayәtinin dәlillәrindәn asılı olmayaraq yoxlayır (Mülki Prosessual Mәcәllәnin 372.6-cı vә 372.7-ci maddәlәri).
29. Konstitusiya Mәhkәmәsi Plenumunun “Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 372-ci maddәsinin apellyasiya baxışının hәdlәri barәdә müddәalarının hәmin Mәcәllәnin 372.1 vә 372.7-ci maddәlәrinin tәlәblәri baxımından şәrh edilmәsinә dair” ## ### 2011-ci il tarixli qәrarında göstәrilmişdir ki, Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 372.1-ci maddәsinә uyğun olaraq apellyasiya instansiyası mәhkәmәsi hәmin Mәcәllәnin 372.6-cı maddәsindә nәzәrdә tutulduğu hallarda birinci instansiya mәhkәmәsinin qәtnamәsinin әsaslılığını mübahisәlәndirilәn hissәsindә apellyasiya şikayәtinin dәlillәri hәcmindә yoxlayır. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 372.1 vә 372.7-ci maddәlәrinә uyğun olaraq apellyasiya instansiyası mәhkәmәsi maddi hüquq normalarına riayәt edilmәsini birinci instansiya mәhkәmәsinin qәtnamәsinin mübahisәlәndirilәn hissәsindә yoxlayır. Bu hәdlәrdә apellyasiya instansiyası mәhkәmәsi şikayәtin hüquqi mövqeyinә aid dәlillәrdәn asılı deyil vә qәtnamәni maddi hüquq normasının pozulması ilә әlaqәdar apellyasiya şikayәtindә göstәrilmәyәn әsaslarla da lәğv edә vә dәyişdirә bilәr.
30. Hazırkı apellyasiya şikayәtindә cavabdeh “xxxx” MMC tәrәfindәn qәtnamәnin lәğv edilmәsi vә iddianın ona aid hissәdә rәdd olunması xahiş edildiyindәn, qәtnamә yalnız cavabdeh “xxxx” MMC-yә aid iddianın tәmin edilәn hissәsindә yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Mәhkәmә kollegiyası tәrәflәri dinlәyib, аpеllyаsiyа şikаyәtinin dәlillәrini iş mаtеriаllаrı ilә birlikdә аrаşdırıb hеsаb еdir ki, birinci instansiya mәhkәmәsi yoxlanılan hissәdә düzgün nәticәyә gәlmişdir. Bu baxımdan apellyasiya şikayәtinin hәr hansı formada tәmin edilmәsinә vә birinci instansiya mәhkәmәsinin qәtnamәsinin yoxlanılan hissәdә lәğv edilmәklә iddianın hәmin hissәdә tam vә ya qismәn rәdd edilmәsinә hәr hansı әsas yoxdur.
32. Mәhkәmә kollegiyası işin hallarına vә apellyasiya şikayәtinin dәllilәrinә istinadәn qeyd edir ki, iddiaçıya ilk dәfә birinci cavabdehdә “dәqiqlәşdirilmәmiş piylәnmә” diaqnozu qoyulmuş vә bu diaqnoza uyğun olaraq ##.##.2023-cü il tarixdә hәkim Mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs tәrәfindәn onun üzәrindә “liposaksiya (hәr sahә üçün) vә abdominoplastika” cәrrahiyyә әmәliyyatı icra edilmişdir. Əmәliyyat üçün birinci cavabdehin kassasına 4.750 manat mәblәğindә pul vәsaiti ödәnilmişdir. Bundan sonra iddiaçı hәkim mәslәhәti ilә hәr 10 gündәn bir masaja getmiş, hәr seansın qiymәti 50 manat olmaqla, 20 gün masajda olmuşdur. Buna baxmayaraq, istәdiyi nәticәni әldә etmәdiyindәn vә әmәliyyatın nәticәsindәn narazı qaldığından iddiaçı tәkrarәn Mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs müraciәt etmişdir. Bundan sonra artıq ikinci cavabdehdә fәaliyyәt göstәrәn hәkim Mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs tәrәfindәn iddiaçı üzәrindә tәkrarәn “Liposaksiya” (korreksiya) cәrahiyyә әmәliyyatı icra olmuş, buna görә dә iddiaçı tәrәfindәn bu cәmiyyәtin kassasına 700 manat pul ödәnilmişdir.
33. “xxxx” publik hüquqi şәxsin ***/KEŞ nömrәli, ##.##.2025-ci il tarixli ekspert rәyinә әsasәn cavabdehlәr tәrәfindәn iddiaçıya aparılmış müayinәlәr tәyin edilmiş diaqnoza uyğun olmuşdur. Birinci cavabdeh tәrәfindәn aparılmış “Liposaksiya vә Abdominoplastika” cәrrahiyyә әmәliyyatı texniki cәhәtdәn qüsurlu olduğu üçün әmәliyyat sahәlәrindә “piy yastıqcıqları qalmış, asimmetriya yaranmış vә bu sәbәbdәn ikinci cavabdeh tәrәfindәn tәkrar korreksiya cәrrahiyyә әmәliyyatına ehtiyac olmuşdur. İddiaçının әmәliyyat izlәrinin tam aradan qaldırılması üçün kosmetik dermabraziyalara ehtiyacı var. İddiaçının mәhkәmәtibbi müayinәsi zamanı onda sağlamlığa zәrәrvurmanın tәyinindә meyar kimi qiymәtlәndirilә bilәcәk hәr hansı obyektiv morfoloji әlamәt müәyyәn edilmәdi. İddiaçıya müalicә müәssisәlәri şәraitindә aparılmış müalicәlәr zamanı istifadә edilmiş dәrman preparatlarının dozaları optimal olmuşdur. Ona müalicә müәssisәlәri şәraitindә göstәrilmiş tibbi xidmәt sәhiyyә sistemindә qüvvәdә olan müvafiq tәlimat qaydalarına uyğun olmamış, tәkrari cәrrahi әmәliyyat olunsa da, yenә kosmetik dermabraziyalara ehtiyac vardır. Bu da sәhiyyә sistemindә qüvvәdә olan Sәhiyyә Nazirliyi tәrәfindәn ##.##.2012-ci il tarixli, ** saylı әmrlә tәsdiq edilmiş “Tibb müәssisәlәrindә çalışan tibb, әczaçılıq vә digәr ixtisaslar üzrә işçilәrin nümunәvi vәzifә tәlimatları”nın 24.1-ci bәndinin tәlәblәrinin (“ona hәvalә olunmuş vәzifә öhdәliklәrini vaxtında vә keyfiyyәtli icra etmәmәsi”) pozulması kimi qiymәtlәndirilir. Birinci cavabdehin ##.##.2023-cü il tarixli әmri ilә cәmiyyәtdә “Hәkim plastik cәrrah” vәzifәsindә çalışan Mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs ilә bağlanmış әmәk müqavilәsinә ##.##.2023-cü il tarixdә xitam verilmişdir.
34. İddiaçı da hәr iki әmәliyyatın qüsurlu aparıldığını iddia edәrәk, bunun nәticәsindә ona vurulmuş maddi vә mәnәvi zәrәrin әvәzinin ödәnilmәsini cavabdehlәrdәn tәlәb etmişdir. Birinci instansiya mәhkәmәsi iş materiallarında olan sәnәdlәrә әsaslanaraq, iddiaçı üzәrindә hәr iki әmәliyyatın qüsurlu aparılmasını, bundan sonra da onun әlavә hәkim müdaxilәlәrinә ehtiyacının olduğunu, onun hәm fiziki, hәm dә psixoloji sağlamlığının bәrpası üçün kifayәt qәdәr müddәtin vә müalicәnin tәlәb olunduğunu müәyyәn etmiş vә bunun nәticәsindә ona maddi vә mәnәvi zәrәrin vurulması qәnaәtinә gәlәrәk, “xxxx” MMC-dәn vurulmuş maddi zәrәrin әvәzi olaraq 4.750 manat, mәnәvi zәrәrin әvәzi olaraq 500 manat mәblәğindә pul vәsaitini iddiaçının xeyrinә tutmuşdur.
35. Cavabdeh “xxxx” MMC ona qarşı irәli sürülmüş iddianı qәbul etmir, iddiaçının üzәrindә “Liposaksiya (hәr sahә üçün) vә Abdominoplastika” cәrrahiyyә әmәliyyatının icra edildiyini, әmәliyyatdan sonrakı dövrün fәsadsız keçdiyini, ##.##.2023-cü il tarixdә iddiaçının kafi vәziyyәtdә evә yazıldığını, hәmin әmәliyyatın hәkim Mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs tәrәfindәn icra edildiyini, cәmiyyәt (klinika) tәrәfindәn bu prosesdә hәr hansı pozuntuya (tibbi protokolların, tәhlükәsizlik qaydalarının vә ya lisenziya tәlәblәrinin pozulmadığını) yol verilmәdiyini, bu baxımdan ümumiyyәtlә iddiaya cavab vermәli şәxs olmadıqlarını, iddianın Mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs qarşı qaldırılmalı olduğunu, iddiaçının әmәliyyatı üçün klinika tәrәfindәn dәrman preparatları, tibbi lәvazimatlar, әmәliyyat xәrclәri üzrә 1.635,63 manat mәblәğindә faktiki xәrcin çәkildiyini, bu baxımdan maddi zәrәr mәblәğinin dә düzgün müәyyәn edilmәdiyini, tәyin edilmiş diaqnoza uyğun olaraq mәhkәmә tәrәfindәn “xxxx” MMC-nin tәşkilati, sistemli vә ya inzibati nöqsanı sübuta yetirilmәdiyini, heç bir sübutla klinikanın tibbi protokolları, tәhlükәsizlik qaydalarını vә ya lisenziya tәlәblәrinin pozduğunun müәyyәn edilmәdiyini qeyd etmişdir.
36. Mәhkәmә kollegiyası qeyd etmәyi zәruri hesab edir ki, iddiaçı üzәrindә mahiyyәt etibarı ilә estetik hesab edilәn “liposaksiya (hәr sahә üçün) vә abdominoplastika” cәrrahiyә әmәliyyatını ilk dәfә ##.##.2023-cü il tarixdә birinci cavabdehә aid tibb klinikasında hәmin vaxt onunla әmәk münasibәtlәrindә olan vә “Hәkim plastik cәrrah” vәzifәsindә çalışan Mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs icra etmişdir. Bu әmәliyyatın icra olunması üçün 4.750 manat mәblәğindә pul vәsaiti dә mәhz birinci cavabdehin kassasına ödәnilmişdir. Mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs ilә birinci cavabdeh arasında bağlanmış әmәk müqavilәsinә sonuncu tәrәfindәn ##.##.2023-cü il tarixdә xitam verilmişdir.
37. Bu baxımdan iddiaçı ilә mәhz birinci cavabdeh arasında podrad müqavilәsindәn irәli gәlәn münasibәtlәr yaranmış vә hәmin münasibәtlәr çәrçivәsindә birinci cavabdehin iddiaçı qarşısında üzәrinә götürdüyü öhdәliklәr onun adından (tapşırığı әsasında) hәmin vaxt onunla әmәk münasibәtlәrindә olan Mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs tәrәfindәn icra edilmişdir. Başqa sözlә, müqavilә tәrәfi Mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs deyil, mәhz birinci cavabdeh olmuşdur. Bu da öz növbәsindә hazırki iddianın iddiaçı tәrәfindәn birinci cavabdehә qarşı qaldırılmasını mümkün edir.
38. Nәzәrә alınmalıdır ki, mülki prosessual qanunvericilik iddiaçının yazılı razılığı әsasında cavabdehin әsl cavabehlә әvәz edilmәsinin mümkünlüyünü tәsbit etmişdir. İddiaçı da hazırki iddianı ilk olaraq Mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs qarşı irәli sürsә dә, sonradan mülki prosessual qanunvericiliklә ona verilmiş prosessual imkanlardan istifadә etmiş vә mәhz onun yazılı razılığı әsasında hәmin şәxs әsl cavabdeh hesab edilәn birinci vә ikinci cavabdehlә әvәz edilmişdir. Sonradan birinci cavabdeh dә onun әsl cavabdeh Mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs ilә әvәz edilmәsi barәdә vәsatәtlә mәhkәmәyә müraciәt etsә dә birinci instansiya mәhkәmәsi haqlı olaraq bu barәdә vәsatәti rәdd etmişdir. Belә ki, qeyd edildiyi kimi, bu mәsәlә birinci cavabdehin vәsatәti ilә deyil, iddiaçının yazılı razılığı әsasında hәll edilә bilәrdi ki, belә bir razılıq da olmamışdır. Bununla belә, hazırki iddianın hәm Mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs, hәm birinci cavabdehә, hәm dә onların hәr ikisinә qarşı qaldırılması mümkün olduğu bir halda, iddiaçı iddiasına cavab vermәli olan subyektin müәyyәnlәşdirilmәsinә dair müstәsna hüququndan mәhz bu qaydada istifadә edәrәk, hüquqi nәticә etibarı ilә ona vurulmuş maddi vә mәnәvi zәrәrin әvәzinin yalnız birinci cavabdehdәn tutulmasını tәlәb etmişdir. Qeyd edilәnlәr öz növbәsindә apellyasiya şikayәtinin bu qәbildәn olan dәlillәrinin әsassız olduğunu tәsdiq edir.
39. Mәhkәmә kollegiyası apellyasiya şikayәtinin dәlillәrinә istinadәn o halı da qeyd edir ki, Mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs tәrәfindәn iddiaçı üzәrindә Mülki Mәcәllәnin 1096 vә 1097-ci maddәlәrinin tәsiri dairәsinә düşәn hәr hansı başqa bir qüsurlu cәrrahiyyә әmәliyyatının icra edilmәsi dә bunun nәticәsi olaraq vurulmuş zәrәrin yalnız Mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs tutulmasını şәrtlәndirmir. Hәr bir halda, bu şәxs hәmin әmәliyyatın icra edildiyi vaxt birinci cavabdehlә әmәk münasibәtlәrindә olmuş vә “hәkim plastik cәrrah” vәzifәsindә çalışmışdır. Belә olan halda da, Mülki Mәcәllәnin 1099-cu maddәsinin tәlәblәri baxımından mәhz birinci cavabdeh hәmin vaxt onun işçisi olmuş Mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs törәtdiyi bu mülki hüquq pozuntusu (delikt) üçün mәsuliyyәt daşıyaraq әmәk (qulluq, mәnsәb) vәzifәlәrinin icrası zamanı bu işçisinin vurduğu zәrәrin әvәzini ödәmәli olacaqdır. Azәrbaycan Respublikasının Konstitusiya Mәhkәmәsi dә “Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin 1099 vә 1108-ci maddәlәrinin әlaqәli şәkildә şәrh edilmәsinә dair” ##.##.2022-ci il tarixli qәrarında qeyd etmişdir ki, zәrәrçәkәnin istәyinә uyğun olaraq dәymiş zәrәrin әvәzinin ödәnilmәsi iddiası birgә mәsuliyyәtlilәrdәn işәgötürәnә vә ya işçiyә vә ya eyni vaxtda hәr ikisinә qarşı sürülә bilәr.
40. Mәhkәmә kollegiyası “xxxx” publik hüquqi şәxsin ***/KEŞ nömrәli, ##.##.2025-ci il tarixli ekspert rәyinә istinadәn iddia üzrә irәli sürülmüş “maddi zәrәrin әvәzinin ödәnilmәsi” tәlәbinә münasibәtdә qeyd edir ki, birinci cavabdeh tәrәfindәn ona aid (mәxsus) klinikada ##.##.2023-cü il tarixdә iddiaçı üzәrindә “liposaksiya (hәr sahә üçün) vә abdominoplastika” cәrrahiyә әmәliyyatı texniki cәhәtdәn qüsurlu icra edilmişdir. Əmәliyyatın mәhz qüsurlu icra olunması әmәliyyat sahәlәrindә “piy yastıcıqları”nın qalması, asimmetriyanın yaranması ilә öz tәsdiqini tapır. Hәr bir halda, bu әmәliyyatdan sonra belә bir fәsadların yaranmasının normal hal olması müәyyәn edilmir, bu sahә üzrә ixtisaslaşan birinci cavabdeh dә bu mövqedәn çıxış etmir. İkinci cavabdehdә iddiaçı üzәrindә ##.##.2023-cü il tarixdә tәkrar “liposaksiya” (korreksiya) cәrrahiyә әmәliyyatı da, bu әmәliyyatın iki mәrhәlәlәli olması sәbәbindәn deyil, mәhz birinci әmәliyyatın texniki cәhәtdәn qüsurlu icra edilmәsi nәticәsindә yaranmış fәsadların aradan qaldırılması mәqsәdi ilә icra edilmişdir. Buna baxmayaraq, әmәliyyat izlәrinin tam aradan qaldırılması üçün yenә dә kosmetik dermablaziyalara ehtiyacın olduğu müәyyәn edilmişdir.
41. Bu rәyi tәkzib edәn hәr hansı sübut tәqdim edilmәmişdir (“xxxx” publik hüquqi şәxsin ****/KES nömrәli ##.##.2025-ci il tarixli ekspert rәyindә dә eyni hallar müәyyәn edilmişdir). Bu sәbәbdәn mәhkәmә kollegiyası hәmin rәyi mötәbәr sübut kimi qәbul edәrәk, vurğulayır ki, iddiaçıya müalicә müәssisәlәri şәraitindә, birinci vә ikinci cavabdeh tәrәfindәn göstәrilmiş tibbi xidmәt sәhiyyә sistemindә qüvvәdә olan müvafiq tәlimat qaydalarına uyğun olmamış, iddiaçı yenә dә müәyyәn prosedurlar keçmәlidir. Hüquqi nәticә etibarı ilә iddiaçı ##.##.2023-cü il tarixdә icra edilmiş cәrrahiyyә әmәliyyat nәticәsindә ona vәd edilmiş, arzuladığı, nәhayәt bu növ әmәliyyat nәticәsindә әldә etmәli olduğu nәticәni әldә edә bilmәmişdir. Bu da öz növbәsindә qeyd edilәnlәr nәticәsindә ona vurulmuş maddi zәrәrin әvәzinin birinci cavabdehdәn tutulmasını şәrtlәndirir.
42. Mәhkәmә kollegiyası ****** saylı, ##.##.2023-cü il tarixli kassa mәdaxil orderinә istinadәn vurulmuş maddi zәrәrin mәblәği ilә bağlı qeyd edir ki, iddiaçı ##.##.2023-cü il tarixdә birinci cavabdehә aid tibb klinikasında üzәrindә cәrrahiyyә әmәliyyatının aparılması üçün onun kassasına 4.750 manat mәblәğindә pul vәsaiti ödәmişdir. 39-40-cı bәndlәrdә göstәrilәnlәr, o cümlәdәn tәkrar “liposaksiya” cәrrahiyyә әmәliyyatından sonra da qusurların tam aradan qaldırılmaması bu mәblәğin tam şәkildә birinci cavabdehdәn iddiaçının xeyrinә tutulması üçün әsas yaradır. Bu sәbәbdәn dә mәhkәmә kollegiyası apellyasiya şikayәtinin bu hissәdә dә dәlillәrini, o cümlәdәn maddi zәrәrin müәyyәn edilmәsi zamanı klinika tәrәfindәn dәrman preparatları vә tibbi lәvazimatlar üçün 1.635,63 manat mәblәğindә xәrcin çәkilmәsinin nәzәrә alınmaması barәdә mövqeyi әsasız hesab edir vә belә qәnaәtә gәlir ki, birinci instansiya mәhkәmәsi birinci cavabdehdәn vurulmuş maddi zәrәrin әvәzi olaraq mәhz bu mәblәği tutmaqda haqlı olmuşdur.
43. Mәhkәmә kollegiyası iddia üzrә irәli sürülmüş “mәnәvi zәrәrin әvәzinin tutulması” tәlәbinә münasibәtdә qeyd edir ki, İnsan hüquqları üzrә Avropa Mәhkәmәsi qәrarlarında vurulmuş maddi ziyanla bağlı kompensasiya ödәnilmәsinin әrizәçinin tәqdim etdiyi sübutlar vә pozuntu ilә ziyan arasında sәbәbli әlaqә әsasında müәyyәn etsә dә, mәnәvi ziyana görә kompensasiya ödәnilmәsinin әrizәçi tәrәfindәn bunun sübut edilmәsi ilә deyil, onun pozuntu nәticәsindә müәyyәn sarsıntılara, әzaba vә mәyusluğa mәruz qalması ilә әlaqәlәndirmişdir. İnsan hüquqları üzrә Avropa Mәhkәmәsinin mәnәvi ziyanla bağlı tәcrübәsi göstәrmişdir ki, mәnәvi ziyanın müәyyәn edilmәsi üçün dәqiq meyarlar mövcud deyildir. Mәnәvi ziyan xüsusi xarakterә malikdir hәm qurbanın şәxsiyyәti, hәm dә pozuntunun xarakterindәn asılıdır. Mәhkәmә mәnәvi ziyanın mәblәğini müәyyәn etmәk üçün bu vә ya digәr hüququn pozulması nәticәsindә baş vermiş emosional amillәr - inamsızlıq, narahatlıq, mәyusluq hisslәrini, streslәri, әzab vә әziyyәtlәri nәzәrә alır. Hәmçinin, İnsan Hüquqları üzrә Avropa Mәhkәmәsi Rusiya Federasiyasına qarşı çıxarılmış qәrarlarının icrası ilә bağlı ##.##.2009cu il tarixli Aralıq qәtnamәsindә qeyd etmişdir ki, mәnәvi ziyan hüquq pozuntusunun özünün birbaşa nәticәsi olduğuna görә vәtәndaş mәnәvi ziyanın mövcudluğunu sübut etmәli deyildir.
44. Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin yuxarıda qeyd edilәn qәrarında nümayiş etdirilmiş hüquqi mövqeyә әsasәn mәnәvi zәrәr ödәnilәrkәn mәnәvi vә fiziki iztirabların xarakteri vә dәrәcәsi, elәcә dә cavabdehin tәqsiri, әmlak vәziyyәti vә s. vacib halların nәzәrә alınması zәruridir vә hәr bir konkret halda belә zәrәrin ödәnilmәsi ilә bağlı xüsusatlar mәhkәmәnin mülahizәsinә görә müәyyәn olunmalıdır.
45. İddiaçı iki dәfә cәrrahiyyә әmәliyyatı keçirmәyә mәcbur qalmış, hәtta bundan sonra da onun әlavә hәkim müdaxilәlәrinә ehtiyacı vardır. Halbuki, iddiaçının әsas mәqsәdi bәdәninin müәyyәn hissәsi ilә bağlı estetik gözәllik әldә etmәk olmuşdur. Lakin hәmin әmәliyyatın icra olunmasından (2023-cü ilin yanvar ayı) sonuncu rәy tarixinә (2025-ci ilin oktyabr ayı) 3 ilә yaxın müddәt keçmәsinә baxmayaraq, әmәliyyatın qüsurlu icra edimәsi sәbәbindәn iddiaçı arzuladığı estetik gözәllik әvәzinә yaranmış fәsadları görmәk, onların aradan qaldırılmasını düşünmәk, bununla bağlı tәdbirlәr görmәk vә buna vaxt sәrf etmәk mәcburiyyәtindәdir. Hәr bir halda, iddiaçı ilk dәfә әmәliyyat etdirәrkәn belә bir problemlәrlә üzlәşmәsini arzulamırdı, arzulaya da bilmәzdi. Nәzәrә alınmalıdır ki, bu istiqamәtdә kifayәt qәdәr fikir söylәmәk mümkündür. Qeyd edilәnlәr iddiaçının stress keçirmәsi, yaranmış vәziyyәtdәn mәnәvi әziyyәt çәkmәsi qәnaәtinә gәlmәk üçün tam yetәrlidir. Mәhkәmә kollegiyasının qәnaәtinә әsasәn iddiaçını tәkrar әmәliyyatdan vә digәr tibbi prosedurlardan keçmәk zәrurәti ilә üzbәüz qoyan әmәliyyat birmәnalı şәkildә iddiaçının şüurunda müәyyәn mәnfi psixi reaksiyaya (utanc hissi, hәyәcan, anlaşılmazlıq, narahatlıq vә s.) vә әzab çәkmәsinә dә sәbәb olmuşdur. Bu sәbәbdәn mәhkәmә kollegiyası iddiaçıya mәnәvi zәrәrin vurulması barәdә birinci instansiya mәhkәmәsinin mövqeyini әsaslı, müәyyәn edilmiş mәnәvi zәrәrin mәblәğini isә ağlabatan hesab edir vә onun azaldılmasına belә hәr hansı әsas görmür.
46. Belәliklә, mәhkәmә kollegiyası sәrgilәdiyi hüquqi mövqeyin yekunu olaraq hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, birinci instansiya mәhkәmәsinin qәtnamәsi cavabdeh “xxxx” MMC-nin apellyasiya şikayәti üzrә yoxlanılan hissәdә dәyişdirilmәdәn saxlanılmalı, apellyasiya şikayәtinin verilmәsi üçün ödәnilmiş dövlәt rüsumu cavabdehә aid edilmәlidir.
47. Göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-cü, 403-cü, 405-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası
QƏT ETDİ:
Cavabdeh “xxxx” MMC-nin apellyasiya şikayәti tәmin edilmәsin. Bakı şәhәri Sabunçu Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qәtnamәsi cavabdeh “xxxx” MMC-nin apellyasiya şikayәti üzrә yoxlanılan hissәdә dәyişdirilmәdәn saxlanılsın. Apellyasiya şikayәtinin verilmәsi üçün ödәnilmiş dövlәt rüsumu cavabdeh “xxxx” MMCyә aid edilsin. Qәtnamәdәn kassasiya şikayәti verilә bilmәz. Qәtnamә çıxarıldığı andan qanuni qüvvәyә minir.