Məhkəmə qərarları › İş №2(3-6)-3902/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-3902/2026

28.08.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-3902/2026 28.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı “fərdi yaşayış evinə qaz sayğacının quraşdırılması və evin məişət qazı ilə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə” iddiasına dair iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qərardaddan cavabdeh Cavabdeh İstehsalat Birliyinin verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan və Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3-cü Zeytun sovxozu küçəsində yerləşən 656 “A” saylı fərdi yaşayış evinə qaz sayğacının quraşdırılması və evin təbii qazı ilə təmin edilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə mahiyyəti üzrə baxılarkən cavabdeh Birlik vəsatətlə Xəzər Rayon Məhkəməsinə müraciət edərək, işin ərazi aidiyyəti üzrə baxılması üçün Birliyin ünvanı üzrə Xətai Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırmışdır ki, iş üzrə iddiaçı cavabdeh Birliyin abonenti, başqa sözlə istehlakçı deyil. İddiaçı istehlakçı statusuna malik olmadığından onun bu kimi iddiasına onun yaşayış yeri üzrə Xəzər Rayon Məhkəməsi tərəfindən baxıla bilməz. İddiaya, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 35.1-ci maddəsinin tələbinə əsasən, Birliyin ünvanı üzrə Xətai Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Çünki qeyd edilən maddənin normasına görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddiaçı vəsatətə etiraz edərək, bildirmişdir ki, MPM-in 36.9-cu maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Buna görə də, işə onun yaşayış yeri üzrə Xəzər Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Vəsatətə baxmış Xəzər Rayon Məhkəməsi üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla vəsatətin təmin edilməməsini qərara almışdır. Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, MPM-in 36.9-cu maddəsi istehlakçıların hüquqlarının müdafiəsi haqqında iddiaların iddiaçının yaşadığı yerə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilməsinə imkan verir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində nəzərdə tutulmuş istehlakçı anlayışı isə yalnız artıq mal, iş və ya xidmətdən istifadə edən şəxslə məhdudlaşmır, həmçinin onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyətində olan şəxsi də əhatə edir. İddiaçının qeydiyyat ünvanının Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, * nömrəli Zeytun Sovxozu olması nəzərə alınmalı və buna görə də, işə Xəzər Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Cavabdeh Birlik həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və vəsatətin təmin edilməsini xahiş etmişdir. Əsasları vəsatətin əsasları ilə eynilik təşkil edən şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, Rayon Məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini səhv tətbiq etmişdir. Belə ki, iddiaçı cavabdeh Birliyin abonenti deyil və tərəflər arasında iddiaçıya məxsus evin təbii qazla təchiz edilməsi bağlı müqavilə mövcud deyil. Kommunal xidmətlər sahəsində istehlakçı statusunun müəyyən edilməsi üçün tərəflər arasında müvafiq müqavilənin olması zəruridir. Bu səbəbdən iddiaçı bu kimi iddianı öz yaşayış yeri üzrə verməsi üçün hüquqi əsas yoxdur. Şikayətə baxmış Xəzər Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Şikayətə yazılı icraat qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in tələblərinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir (maddə 35.1.). İstehlakçıların hüquqlarının müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər (maddə 36.9.). “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, istehlakçı – şəxsi tələbatını ödəmək məqsədilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyətində olan şəxsdir. Qeyd olunan hüquq normalarının tələblərindən işin müəyyən edilmiş hallarına yanaşdıqda Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi işin ərazi aidiyyəti üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi barədə cavabdeh Birliyin vəsatətini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Çünki iddiaçının istehlakçı hesab edilməsi üçün onunla cavabdeh Birlik arasında mütləq qaydada əvvəlcədən bağlanmış müqavilənin mövcud olması mütləq şərt deyildir və bu mövqe “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununun 1-ci maddəsinin tələbindən aşkar surətdə görünür. Bundan başqa nəzərə alınmalıdır ki, istehlakçı anlayışı yalnız artıq mal, iş və ya xidmətdən istifadə edən şəxslə məhdudlaşdırılmamış, şəxsi tələbatını ödəmək məqsədilə onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyətində olan şəxs də istehlakçı kimi müəyyən edilmişdir. Hazırkı halda iddiaçı ona məxsus və Xəzər rayonunun ərazisində yerləşən fərdi yaşayış evinin təbii qazla təchiz edilməsi və bununla bağlı evə qaz sayğacının quraşdırılması məqsədilə cavabdeh Birliyə müraciət etdiyini bildirərək məhz həmin xidmətin göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Bu baxımdan tərəflər arasında hazırda qaz təchizatı müqaviləsinin bağlanmaması özlüyündə iddiaçının istehlakçı statusunu və MPM-in 36.9-cu maddəsində nəzərdə tutulmuş alternativ ərazi aidiyyəti qaydasından istifadə etmək hüququnu istisna etmir. Əks yanaşma xidmətin göstərilməsini və bununla bağlı hüquq münasibətinin yaranmasını tələb edən şəxsin yalnız həmin münasibət artıq rəsmiləşdirildikdən sonra istehlakçı hesab olunması nəticəsinə gətirib çıxarardı ki, bu da “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 1-ci maddəsində verilmiş istehlakçı anlayışının məzmununa uyğun deyildir. Digər tərəfdən, iş materiallarından iddiaçının qeydiyyat yerinin Xəzər rayonunun inzibati ərazisinə aid olması müəyyən edilir. Belə olan halda istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı hazırkı iddianın iddiaçının yaşadığı yer üzrə Xəzər Rayon Məhkəməsinə verilməsi ərazi aidiyyəti qaydalarına uyğundur. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 398-ci maddəsində təsbit edilmiş səlahiyyətlərindən çıxış edən və MPM-in 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDI: Cavabdeh Cavabdeh İstehsalat Birliyinin şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar