Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-3923/2026 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh MTK-ya qarşı mülki iş üzrə (açar sözlər: apellyasiyanın qeyri-mümkünlüyü barədə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, Hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlundan və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh MTK-ya qarşı “vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi və sair” tələbinə dair iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı iddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. İş üzrə məhkəmə icraatı İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh MTK-ya qarşı “vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış (iddiaçı1 ilə ## ####### 2020-ci il tarixli ** №-li və iddiaçı2 ilə ## ####### 2020-ci il tarixli ** №-li əvəzləşmə müqavilələrinin dəyişdirilərək “## ####### 2020-ci il tarixdən ## ####### 2022-ci il tarix daxil edilməklə sonrakı aylarda mənzil təhvil verilənə kimi hər aya görə beş yüz manat kirayə pulunun verilməsini bərpa etmək və ya kirayə pulu hesabına yığılan borc pul vəsaitinin əvəzində mənzili təmir etmək” müqavilənin 7.1ci bəndinə əsasən müqavilənin əlavə şərti kimi qəbul edilərək ## ##### 2023-cü il tarix daxil edilməklə sonrakı aydan başlayaraq yeni inşa olunan mənzilin iddiaçı2 təhvil verilənə kimi hər aya görə beş yüz manat kirayə pulunun, o cümlədən ## ##### 2023-cü il tarixdən başlayaraq iddia verilən müddət daxil olmaqla 2023-cü ilin avqust ayı da daxil olmaqla 2000 (iki min) manat iddiaçı2 və 2000 (iki min) manat iddiaçı1 verilməyən kirayə pullarının ödənilməsi, ## ####### 2020-ci il tarixli 17 və 18 №li əvəzləşmə müqavilələrin şərtləri cavabdeh tərəfindən pozulduğundan, yeni şərtlərlə müqavilənin bağlanması vəzifəsinin cavabdehə həvalə edilməsi, cavabdehdən maddi ziyan olaraq 1.97 kv.m – hazırda hər kvadrata görə 2200 manat satış qiyməti nəzərə alınmaqla, cəmi 4334 manat pul vəsaitinin iddiaçı2 və 2.97 kv.m - hazırda hər kvadrata görə 2200 manat satış qiyməti nəzərə alınmaqla, cəmi 6534 (altı min beş yüz otuz dörd) manat pul vəsaitinin iddiaçı1 ödənilməsi, mənəvi ziyan olaraq iddiaçı2 2000 (iki min) manat və iddiaçı1 2000 (iki min) manat məbləğində pul vəsaitinin tutularaq, iddiaçılara ödənilməsi, ödənilmiş dövlət rüsumunun cavabdeh təşkilatdan alınaraq, iddiaçılara ödənilməsi, 9507.5 manat iddiaçı2 və 9507.5 manat iddiaçı1 olmaqla, ümumilikdə cəmi 19015.03 manat pul vəsaitinin ödənilməsi və cavabdeh təşkilatın vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək əsassız varlanması və onlara maddi ziyan vurması barədə xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələblərinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh MTK-dan 47.640 manat ((95.1 kv.m – 75.25 kv.m = 19.85 kv.m) 19.85 kv.m əksik sahənin əvəzi olaraq) pul vəsaitinin, 16.500 manat (33 ay x 500 manat = 16500 manat) kirayə haqqı və 500 manat mənəvi zərərin əvəzinin tutularaq, iddiaçı iddiaçı2 ödənilməsi, cavabdeh Cavabdeh MTK-dan 45.240 manat ((94.1 kv.m – 75.25 kv.m = 18.85 kv.m) 18.85 kv.m əksik sahə) pul vəsaitinin, 18.000 manat (36 ay x 500 manat = 18000 manat) kirayə haqqı və 500 manat mənəvi zərərin əvəzinin tutularaq, iddiaçı iddiaçı1 ödənilməsi, iddia tələblərinin qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçı tərəfə aid edilməsi qət edilmişdir. İddiaçılar iddiaçı1 və iddiaçı2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin təmin olunmayan hissədə ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini və ödənilmiş dövlət rüsumlarının cavabdehdən tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh Cavabdeh MTK Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini iddianın tam rədd edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 69. Nümayəndə vasitəsi ilə işin aparılması 69.1. Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Maddə 69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Maddə 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Maddə 73.2. Fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında, yaxud Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.3-cü maddəsində müəyyən edilən hallarda həmin maddədə nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən təsdiq edilir. Maddə 73.5. Vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilir. Maddə 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Maddə 74.2. İddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Maddə 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 366.3. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki işin materiallarından müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçılar iddiaçı1 və iddiaçı2 tərəfindən verilən apellyasiya şikayətini iddiaçı iddiaçı1 əvəzindən nümayəndəsi (qardaşı) iddiaçı2 imzalasa da, nümayəndəyə verilmiş qüvvədə olan etibarnamədə etibar edən tərəfindən etibar edilənə məhkəmə aktından şikayət verilmək səlahiyyəti verilməmidşir. Birinci instansiya məhkəməsi tərəfindən isə qeyd olunan hala münasibət bildirilmədən iddiaçı iddiaçı1 apellyasiya şikayəti iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Beləliklə, Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə, iddiaçı iddiaçı1 apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilib şikayət iddiaçı iddiaçı1 münasibətdə geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 361, 363, 364, 366 və 402, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı iddiaçı1 apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti iddiaçı iddiaçı1 münasibətdə geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-6)-3923/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-3923/2026
14.08.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver