Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-3958/2026 21.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Babayev Fuad Fikrət oğlu və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı İddiaçı İsmayıl qızının, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı İddiaçı İsmayıl qızının mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində “xxxx” Açıq Səhmdar Cəmiyyəti cəlb olunmaqla cavabdeh Bakı şəhər ** saylı Notariat Ofisinə qarşı “icra qeydinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi:CavabdehCavabdehCavabdeh İşin halları: “xxxx” ASC ilə İddiaçı İsmayıl qızı arasında ##.##.2022-ci il tarixli TL-EE********* nömrəli və ##.##.2024-cü il tarixli TL-EE********* nömrəli kredit müqavilələri bağlanmışdır. Müqavilələrə əsasən İddiaçı İsmayıl qızı üçün birinci 2.000 manat, daha sonra isə 4.000 manat məbləğində kredit limiti açılmışdır. ##.##.2024-cü il tarixli TL-EE********* nömrəli kredit müqaviləsi üzrə İddiaçı İsmayıl qızının bank qarşısında 999,15 manat kredit borcu yaranmışdır. “xxxx” ASC İddiaçı İsmayıl qızına ##.##.2025-ci il tarixli bildiriş ünvanlamışdır. Lakin İddiaçı İsmayıl qızı həmin məbləğin onun bank hesabından kibercinayət yolu ilə çıxarıldığına istinad edərək həmin borc məbləğini ödəməmişdir. Cavabdeh xüsusi notariusu X1 ##.##.2025ci il tarixli, 8İ-7809 nömrəli icra qeydi vermişdir və İddiaçı İsmayıl qızından “xxxx" ASC-nin xeyirinə TL-EE********* nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1158 manat 62 qəpik və 25 manat dövlət rüsumu tutulması qərara alınmışdır. Hazırda iddiaçı Bakı şəhəri ** saylı Noratiat Ofisinin xüsusi notariusu Əli Əliyevin qəbul etdiyi ## #### 2025-ci il tarixli icra qeydinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı İddiaçı İsmayıl qızı cavabdeh Bakı şəhər ** saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri ** saylı Noratiat Ofisinin xüsusi notariusu Əli Əliyevin qəbul etdiyi ## #### 2025-ci il tarixli icra qeydinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “xxxx” ASC birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, təxminən 5 ilə yaxındır ki, "xxxx" ASC tərəfindən rəsmiləşdirilmiş "tam" debit plastik kartından istifadə edir. ##.##.2024-cü il tarixdə, saat 21 radələrində özünə məxsus evdə olarkən istifadəsində olan mobil telefon vasitəsi ilə "xxxx"nın tətbiq bölümünə daxil oldu. Lakin həmin vaxt tətbiq bölümünün açılmamasını müşayət etdi. Bundan sonra o, ABB-nin Müştəri Xidməti ilə əlaqə saxladı və ona bildirildi ki, kartından 1.000 manat çıxarılıb. Bundan sonra onun kartı bloklandı və bu barədə DİN-in "102 xidməti"nə məlumat verdi. O, kart məlumatlarını heç kimə verməmişdir və heç bir linkə daxil olmamışdır. O, ancaq həmin kartla alış-veriş etmişdir. Kartından hansı yolla və necə pul çıxarılmasından xəbərsizdir. Onun müraciəti əsasında Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə cinayət işi açılıb. Həmin cinayət işi üzrə o, müstəntiqin qərarı ilə ##.##.2024-cü il tarixdə zərərçəkmiş qismində tanınmışdır. Hazırda həmin cinayət işi üzrə istintaq davam etdirilir. Bununla bağlı o, dəfələrlə Azərbaycan Respublikası Mərkəzi Bankına və "xxxx" ASC-yə müraciət etsə də, onlar ona aidiyyatı üzrə hüquq-mühafizə orqanlarına müraciət etməyini tövsiyə etmişlər. Bank tərəfindən onun bank kartının təhlükəsizliyi və mühafizəsi etibarlı təmin edilməmişdir. Bank bununla öz məsuliyyətindən yayınaraq kartından kibercinayətlə oğurlanmış 1.000 manat pulun ödənilməsini qanunsuz və əsassız olaraq onun üzərinə qoymağa cəhd edir. Hətta, o, yazılı surətdə hüquq-mühafizə orqanlarına mürciət etmək üçün bank hesabından çıxarış tələb etsə də, ABB həmin çıxarışı ona vaxtında verməkdən imtina etmişdi. Halbuki o, ##.##.2024-cü il və ##.##.2024-cü il tarixlərində ABB-nin Baş Ofisinə müraciət etmişdi, əməkdaşlar çıxarışın hələ də hazır olmadığnı dedilər. ##.##.2024-cü il, saat 14:00 radələrində ona məxsus olan hesabdan çıxarışın gecikmə səbəbinin izah etmələrinin tələb etdikdə ABB-nin Baş Ofisi tərəfindən bilidrildi ki, “Azərkart” silinməni gec edir. Bu isə absurd bir haldır, müştəri olaraq 2 gün ərzində ona məxsus bank hesabından çıxarış bank tərəfindən müxtəlif bəhanələrlə gecikdirildi. Buna baxmayaraq, ##.##.2024-cü il tarixində Nizami RPİ-yə bu dələduzluq hadisəsinin araşdırılmasını və müvafiq qanuni tədbirlər görülməsini xahiş etdi. Bütün bunlara baxmayaraq ABB öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək əvəzinə, notariat orqanına müraciət edərək kibercinayətkarıqla oğurlanmış 1.000 manat pulun güya vaxtında ödənilməmiş kimi göstərməklə 1183,62 manatın ondan bankın xeyrinə tutulması barədə qanunsuz icra qeydi çıxarılmasına nail olmuşdur. Halbuki, baş vermiş cinayət hadisəsi ilə bağlı qaldırılmış cinayət işi yekunlaşmadığından Bakı şəhəri ** saylı Noratiat Ofisinin xüsusi notariusu Əli Əliyevin ## #### 2025-ci il tarixli icra qeydi tam qanunsuz və əsassız olduğundan ləğv edilmədir. Bununla bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etsə də, Məhkəmənin *- *(***)-*****/**** saylı, ## ###### 2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamış və qərardadda izah edilmişdir ki, iddiaçının iddia tələbi inzibatı icraat qaydasında deyil, ümumi məhkəmədə mülki qaydada baxılmalıdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ##.##.2022-ci il tarixli TL-EE********* nömrəli və ##.##.2024-cü il tarixli TL-EE********* nömrəli kredit müqavilələri onlayn qaydada bağlanmış, həmin müqavilə tərəfləri sayılan İddiaçı İsmayıl qızı və “xxxx” ASC tərəfindən təsdiq edilmişdir. Həmçinin, məhkəmə qeyd etmişdir ki, hazırda iddiaçının mübahisələndirdiyi icra qeydinin verilməsinə səbəb tərəflər arasında bağlanmış kredit müqaviləsi əsasında İddiaçı İsmayıl qızının “xxxx” ASC-yə borcunun yaranmasıdır. Göründüyü kimi, “xxxx” ASC ödəniş müddətinin keçməsi haqqında ##.##.2025-ci il tarixli yazılı bildirişi borcluya göndərmiş, lakin borclu öhdəliyini icra etməmişdir. Cavabdeh qanunvericiliyin tələblərinə uyğun olaraq “xxxx” ASC-nin təqdim etdiyi sənədlər əsasında, borcun mübahisəsiz olduğunu müəyyənləşdirmişdir. Bundan sonra, yəni ##.##.2025-ci il tarixdə notariat ofisinin notariusu tərəfindən icra qeydi aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 2000-ci il tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda qeyd olunur ki, borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər üzrə icra qeydinin aparılması üçün a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı təqdim olunur. Göründüyü kimi notarius tərəfindən icra qeydi aparılan zaman borc barəsində mübahisə olub-olmamasını aydınlaşdırmaq üçün notariusa kredit müqaviləsi, hesabdan çıxarış, maliyyə arayışının təqdim edilməsi kifayətdir. Yəni notariusun səlahiyyəti deyildir ki, borcun yaranma əsaslarını yoxlasın və ya borclunun qeyd edilən məzmunlu etirazını nəzərə alsın. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, icra qeydi verilərkən qanunvericilikdə nəzərdə tutulmuş tələblərə riayət edilmişdir, icra qeydinin etibarsız hesab edilməsinə əsas verən hər hansı hal müəyyən edilməmişdir. İddiaçının icra qeydinin etibarsız hesab edilməsi barədə tələbi əsassızdır. Belə ki, iddiaçı iddia tələbində icra qeydinin etibarsızlığının əsasını, yaranmış borcun onun tərəfindən istifadə etmədiyi ilə əsaslandırmışdır. Lakin qanunvericilikdə icra qeydinin etibarsız hesab edilməsi üçün həmin əsas mövcud deyildir və iddiaçı bununla bağlı sübut təqdim etməmişdir. İş materiallarına əlavə olunmuş Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin ##.##.2024cü il tarixli qərarı ilə İddiaçı İsmayıl qızının müraciəti ##.##.2024 cü il tarixdə ********* saylı cinayət işinin icraatına birləşdirilmiş və cinayət işi üzrə icraat təqsirləndirilən şəxs müəyyən edilmədiyi üçün Azərbaycan Respublikasının CPM-nin 53.1.1-ci maddəsinin tələbinə uyğun olaraq dayandırılmışdır. Məhkəmə həmçinin iddiaçıya izah etməyi zəruri hesab etmişdir ki, gələcəkdə cinayət işinin icraatı təzələnərsə və istintaq orqanında qeyd olunan vəsaitin başqa şəxs tərəfindən çıxarılması halı öz təsdiqini taparsa həmin şəxsdən tələb etmək hüququ var. Bundan başqa “Notariat haqqında” Azərbaycan Respublikası Qanuna əsasən, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Notarius isə bir iş günü müddətində icra qeydini aparır. İş materiallarına əlavə olunmuş ##.##.2025-ci il tarixli, ****** nömrəli “GarantPost” qaiməsindən görünür ki, İddiaçı İsmayıl qızına göndərilmiş ## ### 2025-ci il tarixli bildirişi ## ### 2025-ci il tarixdə “Məhərrəmov N” iddiaçının ailə üzvü qəbul etmişdir. Notarius isə ## #### 2025-ci il tarixdə mübahisələndirilən icra qeydini aparmışdır. Beləliklə, qanunvericilikdə icra qeydinin verilməsi üçün nəzərdə tututlmuş tələblərə tələbkar və notarius tərəfindən riayət olunmaqla icra qeydi aparılmışdır. Həmçinin bundan əlavə məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən müddət ötürülmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və II hissələri və 62-ci maddəsi baxımından “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41 və 76-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair ” ## ### 2025-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən qanunverici orqan tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsində nəzərdə tutulmuş notariusun icra qeydinin mübahisələndirilməsi müddəti dəqiq müəyyən edilənədək məsələyə qanunun analogiyası üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsində nəzərə tutulmuş 10 günlük müddət tətbiq edilməlidir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasında Banklar və Bank Fəaliyyəti haqqında” qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən, banklar, o cümlədən Mili Bank öz müştərilərinin və korrespondentlərinin əməliyyatlarının, hesablarının və əmanətlərinin sirrini saxlamağa təminat verirlər. “Azərbaycan Respublikasında Banklar və Bank Fəaliyyəti haqqında” qanunun 18-ci maddəsinin 2-ci bəndinə əsasən bankın bütün quluqçuları bankın, onun təşkilatının və korrespondentlərinin əməliyyatlarının, hesablarının və əmanətlərinin sirrini qorumalıdır. Bu qaydada bank quluqçuları işdən azad olunduqları halda da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcələsinin 357.1-ci maddəsinə əsasən, Azərbaycanın birinci instansiya məhkəmələri tərəfindən qəbul edilmiş qanuni qüvvəyə minməmiş birinci qərar və qərardadlardan, həmin məhsullarda müəyyən edilmiş hallar istisna olmaqla, icra tərəfləri, üçüncü şəxslər, xüsusi işlərdə sərbəst və maraqlı şəxslərə şikayət verə bilər. Mahiyyəti üzrə iş tam və hərtərəfli araşdırılmadan əsassız və qanunsuz qətnamə çıxarılmışdır. Bakı şəhəri Nizami Rayon Polis İdarəsində ##.##.2024-cü il tarixli qərarla cinayət işi açılmış iş üzrə o zərərçəkmiş qismində tanınmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 53.1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs müəyyən edilmədən cinayət işinin icraatı dayanmışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən üçüncü şəxs “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş cavabdeh öz nümayəndəsinin MəhkəməCavabdehKollegiyasının iclasında iştirakını təmin etmədiyindən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquqCavabdeh Mülki Məcəllə: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. “Notariat haqqında” Qanun: 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması ilə eyni vaxtda icra qeydinin xüsusi icra məmurunun icraatına yönəldilməsi məqsədilə tələbkara təqdim edilməsi ilə bağlı müraciət edə bilər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və xüsusi icra məmurlarının icraatına yönəldilməsi üçün tələbkara verildiyi hal istisna olmaqla icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 2000-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın: 161-ci bəndinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və xüsusi icra məmurlarının icraatına yönəldilməsi üçün tələbkara verildiyi hal istisna olmaqla icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il # ######## tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. ....Bildiriş onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir. İcra qeydinin aparılması üçün tələbkar borclunun olduğu yer üzrə notariat ofisinə müraciət etdikdə, notarius depozit hesabları vasitəsilə həmin borcun qaytarılıbqaytarılmamasını yoxlayır. Bu abzasın birinci cümləsi borcun depozit hesabı vasitəsilə verildiyi hallara şamil edilir. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti bu Təlimatın 169 1-ci hissəsində müəyyən edilmiş qaydada həyata keçirilir. 162-ci bəndinə əsasən əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə, icra qeydi aparıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və II hissələri və 62 ci maddəsi baxımından “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41 və 76-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1 ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair ” ## ### 2025-ci il tarixli qərarı: Qanunverici orqan tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsində nəzərdə tutulmuş notariusun icra qeydinin mübahisələndirilməsi müddəti dəqiq müəyyən edilənədək məsələyə qanunun analogiyası üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsində nəzərə tutulmuş 10 günlük müddət tətbiq edilməlidir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi:
Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarından müəyyən olunur ki, tərəflər arasında ##.##.2024-cü il tarixli TL-EE********* nömrəli istehlak krediti müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçının adına 4.000 manat kredit xətti açılmış və illik faiz dərəcəsi 24 faiz müəyyən edilmişdir. Həmin müqavilə üzrə iddiaçının bank qarşısında 999,15 manat əsas kredit borcu yaranmışdır. Bank tərəfindən iddiaçıya ##.##.2025-ci il tarixdə bildiriş göndərilmiş, həmin bildirişdə borcun 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən icra qeydi aparılacağı barədə xəbərdarlıq edilmişdir. Bildiriş ##.##.2025-ci il tarixdə iddiaçının ailə üzvü tərəfindən qəbul edilmişdir. İcra qeydi isə ##.##.2025-ci il tarixdə aparılmışdır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və qanunla müəyyən edilmiş müddətlərin ötürülmədiyi halda aparılır. Həmin maddədə, həmçinin, icra qeydi aparılmış tələbin borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilməsi nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, tələbkar tərəfindən notariusa kredit müqaviləsi, borcun məbləğini əks etdirən hesabdan çıxarış və maliyyə arayışı təqdim edilmişdir. “Notariat haqqında” Qanunun 76-cı maddəsinin və müvafiq Təlimatın tələblərinə əsasən, icra qeydinin aparılması mərhələsində notariusun vəzifəsi təqdim edilmiş sənədlər əsasında tələbin mübahisəsizliyini yoxlamaqdan ibarətdir. Notarius kredit münasibətlərindən irəli gələn əsas borc öhdəliyinin mövcudluğu barədə tərəflər arasında yaranmış faktiki mübahisəni mahiyyəti üzrə həll edən məhkəmə orqanı kimi çıxış etmir. Təlimatın 161-ci bəndində də borcun mübahisəsizliyinin tələbkarın tələbinin müvafiq sənədlərlə təsdiq edilməsi və borclunun öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı borcun onun tərəfindən istifadə edilmədiyini və vəsaitin kibercinayət nəticəsində hesabından çıxarıldığını bildirsə də, bu halın özü icra qeydinin aparıldığı tarixdə həmin borcun sənədlərlə təsdiqlənmiş mübahisəsiz tələb olmasını aradan qaldırmır. Belə ki, cinayət işi üzrə aparılan araşdırma zamanı vəsaitin başqa şəxs tərəfindən çıxarılması faktı müəyyən edilməmiş, əksinə, iş materiallarından cinayət işi üzrə təqsirləndirilən şəxsin müəyyən edilməməsi səbəbindən icraatın Cinayət Prosessual Məcəllənin 53.1.1-ci maddəsinə əsasən dayandırıldığı görünür. Eyni zamanda, ABB-nin ##.##.2024-cü il tarixli məktubunda ABB mobile tətbiqinə qoşulma zamanı müştərinin mobil nömrəsinə OTP kodunun göndərilməsi və həmin kodun daxil edilməsi ilə tətbiqə girişin həyata keçirilməsi barədə məlumat verilmiş, ## ###### 2024-cü il tarixdə həmin nömrəyə iki dəfə OTP kodu göndərildiyi bildirilmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, həmin halların cinayət-hüquqi və ya mülki-hüquqi baxımdan yekun qiymətləndirilməsi icra qeydinin aparılması barədə notariat hərəkətinin hüquqiliyinin yoxlanılmasından fərqli məsələdir. İddiaçının vəsaitdən faktiki istifadə etmədiyi və hesabından vəsaitin konkret üçüncü şəxs tərəfindən çıxarıldığı faktı qeyd edildiyi kimi hələ müəyyən edilməmişdir vəCavabdehbu kontkeksdən çıxış edərək Məhkəmə Kollegiyası cinayət işi üzrə təqsirləndirilən şəxsin müəyyən edilməsi halında iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmin şəxsə qarşı tələb irəli sürmək və digər hüquqi müdafiə vasitələrindən istifadə etmək hüququnun olması ilə balı birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşır. Məhkəmə Kollegiyası daha sonra hesab edir ki, apellyasiya şikayətinin bank sirrinin qorunmasına dair “Banklar haqqında” Qanunun 18-ci maddəsinə istinadı da qətnamənin ləğvi üçün əsas təşkil etmir. Çünki mübahisənin predmeti bankın sirrini qoruyub-qorumaması deyil, notarius tərəfindən ##.##.2025-ci il tarixdə icra qeydinin qanunvericiliyin tələblərinə uyğun aparılıb-aparılmamasıdır. İş materiallarında isə icra qeydinin aparılması üçün tələb olunan sənədlərin təqdim edilmədiyini və ya notarius tərəfindən qanunla müəyyən edilmiş prosedurun pozulduğunu təsdiq edən hal müəyyən edilməmişdir. Bundan əlavə, iddiaçının icra qeydini məhkəmə qaydasında mübahisələndirməsi üçün nəzərdə tutulan müddətə münasibətdə də birinci instansiya məhkəməsinin gəldiyi nəticəni də Məhkəmə KollegiyasıCavabdeh əsaslı sayır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2025-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Notariat haqqında” Qanunun 41-ci maddəsində icra qeydinin mübahisələndirilməsi müddəti qanunvericiliklə dəqiq müəyyən edilənədək qanunun analogiyası üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsində nəzərdə tutulmuş 10 günlük müddət tətbiq edilməlidir. İş materiallarından görünür ki, mübahisələndirilən icra qeydi ##.##.2025-ci il tarixdə aparılmış, iddiaçı isə iddia ərizəsi ilə ##.##.2026-cı il tarixdə məhkəməyə müraciət etmişdir.Cavabdeh Beləliklə, iddiaçı icra qeydinin aparıldığı tarixdən uzun müddət sonra məhkəməyə müraciət etmişdir. Həmçinin, iş materiallarından onun icra qeydinin aparılmasından əvvəl, ##.##.2025-ci il tarixdə bankın bildirişindən məlumatlandırıldığı da müəyyən olunur (i.v.66). Belə ki,Cavabdehbildiriş iddiaçının qeydiyyatda olduğu ünvana göndərilməsi işin mübahisəsiz halıdır. Lakin iddiaçının izahatına görə qeydiyyatda olduğu ünvanda özünün deyil qohumlarının yaşadması faktı onun bu bildiriş barədə məlumatsız olmasını təsdiq etmir. Bu baxımdan, iddiaçının icra qeydini mübahisələndirmə müddətini ötürməsi də onun tələbinin təmin edilməməsi üçünl əsasdır. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara düzgün hüquqi qiymət vermiş, icra qeydinin aparılması zamanı “Notariat haqqında” Qanunun və müvafiq Təlimatın tələblərinin pozulmadığı, habelə iddiaçının tələbinin qanunla müəyyən edilmiş müddət ötürüldükdən sonra irəli sürüldüyü barədə əsaslı nəticəyə gəldiyindən apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Belə ki, iddiaçı tələbinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edə bilmədiyindən iddiası göstərilən hallara görə qanuni və əsaslı sayıla bilməz. Qeyd olunanlara əsasən müəyyən olunur ki, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası
Qət etdi: İddiaçı İddiaçı İsmayıl qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin.Cavabdeh Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.