Məhkəmə qərarları › İş №2(3-6)-401/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-401/2026

29.04.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-401/2026 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “mülkiyyətə müdaxilənin aradan qaldırılması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X12 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, İddiaçı İddiaçı, vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “mülkiyyətə müdaxilənin aradan qaldırılması” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e- *(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı, X29 və X4 cavabdeh Cavabdeh MMCyə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, vurulmuş maddi ziyana görə 9542 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh Cavabdeh MMC-dən tutularaq iddiaçı İddiaçı ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

2. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli qərarından görünür ki, iddiaçı Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-**/**** nömrəli,##.##.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli, *(***)-****/**** nömrəli qərarından görünür ki, cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** nömrəli iş üzrə ##.##.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ##.##.2025-ci il tarixdə verilmiş **/**** nömrəli ekspert rəyindən görünür ki, baxış zamanı ünvan 1 ünvanında yerləşən İddiaçı xüsusi mülkiyyətində olan evə ziyan dəydiyi (divarlarında və eləcə də yük daşıyan divarların üzərində müxtəlif ölçülərdə iki tərəfli çatların olduğu və döşəmənin bir hissəsinin deformasiyaya uğradığı) müəyyən edilmiş və gələcəkdə həmin yaşayış evinin çökmə təhlükəsinin olduğunun istisna edilməməsi qeyd edilmişdir.

5. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X35 Agentliyi tərəfindən İddiaçı və Cavabdeh MMC-nin rəhbərliyinə ünvanlanan ##.##.2025-ci il tarixli, *- **/*-D-****/*-**/**** nömrəli cavab məktubundan görünür ki, mütəxəssislər tərəfindən yerində araşdırma aparılmış, müraciətdə göstərilən fakt qismən təsdiqini tapmışdır. Belə ki, vətəndaşın evinə gedən yol avtomobillər üçün məhdudlaşdırılmış, lakin sakinlərin piyada keçidi üçün maneə yaradılmamışdır. Cavabdeh MMC-nin rəhbərliyinə qeyd edilən əraziyə avtomobillərin girişi üçün şərait yaradılmasının təmin edilməsi tapşırılmışdır.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, 008013001294-***** reyestr nömrəli, ümumi sahəsi 86.50 m2 olan Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpiç döngəsi ünvanında yerləşən ** nömrəli fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir və həmin fərdi yaşayış evi üzərində sonuncunun xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2022-ci il tarixdə 1122058395 nömrə ilə qeydə alınmışdır.

7. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ##.##.2022-ci il tarixli, 2(103)- **/**** nömrəli qətnaməsindən görünür ki, apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə ##.##.2018-ci il tarixli qətnaməsi qismən, yəni “ilkin iddia tələbinin X29 (ailə üzvləri X17, X5, X6, Sadıqlı İsmayıl Soltan oğlu, X1, X2) və İddiaçı (ailə üzvləri X11, X13, X18, X23) aid hissədə təmin edilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsi” hissəsində ləğv edilməsi, ilk iddia tələbinin X29 (ailə üzvləri X17, X5, X6, Sadıqlı İsmayıl Soltan oğlu, X1, X2) və İddiaçı (ailə üzvləri X11, X13, X18, X23) aid hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpiçni küçəsindəki * saylı ünvanda X29 mülkiyyətində olan 295 kv.m torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 470 kv.metr olan fərdi yaşayış evi üzərində xüsusi mülkiyyət hüququna müdaxilə edilməsi ilk iddia üzrə iddiaçı Cavabdeh MMCyə qadağan edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı İddiaçı cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “mülkiyyətə müdaxilənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpic döngəsində yerləşən ** nömrəli evə müdaxilənin aradan qaldırılması və cavabdeh Cavabdeh MTK tərəfindən tikinti-təhlükəsizlik tədbirlərinin görülməsi və səs çirklənməsinin qarşısının alınması öhdəliklərinin cavabdeh Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışlara əsasən, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpic döngəsi,ev 10 iddiaçının mülkiyyətindədir. İddiaçı ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır və mülkiyyət hüquqları Azərbaycan Respublikasının Konstitusiyası və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” # ###### 1950-ci il tarixli Avropa Konvensiyasına dair * saylı Protokolun 1-ci maddəsi ilə qorunur. Lakin, Cavabdeh MTK tikinti normalarını kobud şəkildə pozaraq apardığı inşaat işləri nəticəsində mülkiyyətə təhlükəli müdaxilələr etməkdə davam edir. Belə ki, daha əvvəlki məhkəmə mübahisələri üzrə çıxarılmış məhkəmə qətnamələrindən görünür ki, cavabdeh – Cavabdeh MTK əsassız olaraq, çox ədalətsiz təklif verib iddiaçı və ailə üzvlərini mülkiyyətimi məhdudlaşdırmaq üçün iddialar qaldırıb. Lakin, Cavabdeh MTK-nın mülkiyyətdən çıxarılma barədə iddiaları 3 instansiya üzrə mübahisələndirilməsinə baxmayaraq əsassız olduğu üçün rədd edilmişdir. Həmçinin iddiaçı və ailə üzvlərini öz ədalətsiz təklifinə məcburi razılaşdırmaq məqsədilə iddiaçının mülkiyyətində olan evə maddi zərər vurmaqdan çəkinməmişdir. Cavabdeh Cavabdeh MTK-nın iddiaçının mülkiyyətinə qəsdən vurduğu maddi zərər Nəsimi rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, 2(006)- ***/**** saylı qətnaməsi ilə təsdiq olunur. Həmin mübahisə də 3 instansiya mübahisələndirilməsinə baxmayaraq, iddiaçının mülkiyyətinə maddi zərər vurması ilə bağlı iddia təmin edilmişdir. İndi isə cavabdeh Cavabdeh MTK tərəfindən heç bir təhlükəsizlik tədbirləri görmədən “Şəhərsalma və Tikinti Məcəlləsi”nin tələblərini kobud şəkildə pozaraq iddiaçının evinin yükdaşıyıcı çöl divarının 1- 2 metr yaxınlığında 6-7 metr dərinliyində qazıntı işləri aparmaqda davam edir. Həmin hissədə ağır texnikalar işləyərkən titrəyiş və güclü səs çirklənməsindən evdə yaşayış mümkünsüz hala gətirilib. Dəfələrlə iddiaçı cavabdeh Kooperativə təhlükəsizlik tədbirləri görəndən sonra tikinti və şəhərsalma məcəlləsinin tələblərinə uyğun işlər aparmasını tələb etsə də, sözlərinə məhəl qoyulmadan təhlükəli vəziyyəti bilərəkdən gün-gündən artırırlar. Ona görə də, iddiaçı və ailə üzvləri hər gün həyatı təhlükə ilə üz-üzə qalır. Halbuki, Tikinti və Şəhərsalma Məcəlləsinin 7-cimaddəsinə əsasən, - sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə bağlısosialminimumların təmin edilməsi; - təhlükəsizliyin təmin edilməsi; ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsi; - şəhərsalma sənədlərinə uyğunluğun təmin edilməsi həmin qanunun təməl prinsipini təşkil edir. Cavabdeh tərəfindən iddiaçının mülkiyyətinə qanunsuz müdaxilə davam edir. Cavabdeh MTK Azərbaycan Respublikasının Konstitusiyanın, “Tikinti və Şəhərsalma” Məcəlləsinin və digər qanunvericilik tələblərini tapdalayaraq iddiaçı və ailəsinə hər gün qorxu, həyəcan və stresslə yaşamağa məcbur edir. İddia ərizəsinə əlavə edilmiş fotoşəkillərdən də hazırkı vəziyyətin nə qədər acınacaqlı olması göz önündədir. Hər bir insanın ailəsində uşaq, yaşlı və xəstələr var. Ətrafın səs-küy və vibrasiya təsirindən çirklənməsi normadan dəfələrlə artıqdır.

10. Daha sonra iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpic döngəsində yerləşən ** saylı evə müdaxilənin aradan qaldırılması, yəni evə gedən avtomobil yolunun açılması, yolun asvalt örtüyünün yenilənməsi, evin çöl divarının sökülüb yenidən inşa edilməsi, qazıntı aparılan tərəfdən qazıntı ilə bünövrə arasında svayların vurulması (istinad divarı), kanalizasiya xətlərinin işlək vəziyyətə bərpa edilməsi və dövlət rüsumunun və məhkəmə xərclərinin əvəzinin ödənilməsi öhdəliklərinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, 4cü Kərpiç döngəsi ünvanında yerləşən ** nömrəli fərdi yaşayış evinə gedən avtomobil yolunun açılması, yolun asvalt örtüyünün yenilənməsi, evin çöl divarının sökülüb yenidən inşa edilməsi, qazıntı aparılan tərəfdən qazıntı ilə bünövrə arasında svayların vurulması (istinad divarı), kanalizasiya xətlərinin işlək vəziyyətə bərpa edilməsi öhdəliklərinin Cavabdeh MTK-nın üzərinə qoyulması, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi, iddianın digər hissədə rədd edilməsi qət edilmişdir. (hakim: X14)

12. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, həmin müqavilələrə əsasən cavabdeh mənzilləri (tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) iddiaçıya verməyi, iddiaçı isə həmin yaşayış sahələri qəbul etməyi öz öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən mənzillərin dəyəri tam ödənilmişdir. Bununla bağlı “xxxx” MMC tərəfindən ## ###### 2019-cu il tarixli maliyyə arayışları verilmişdir. Lakin həmin mənzillər hazıradək iddiaçıya təhvil verilməmişdir. Məhkəmə baxışı dövründə müəyyən edilmişdir ki, mübahisənin predmeti olan mənzillərlə bağlı iddiaçı ilə bağlanmış müqavilələr ləğv edilmədən, iş üzrə cavabdehlər X7, X8, X9 və X3 ilə də müqavilələr bağlanmış, həmin mənzillərə görə ödənişlər edilmişdir. Yerində müayinə zamanı təsdiq edilmişdir ki: cavabdeh “xxxx” MMC tərəfindən Bakı şəhəri, ünvan 2 ünvanda tikilmiş 11 mərtəbəli mansardlı evin 1-ci blokunun, 5-ci mərtəbəsindəki, ümumi sahəsi 200 kv. metr olan 4 otaqlı ** nömrəli mənzil təmirsiz olmaqla həmin mənzildə heç kim yaşamır. Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, ** saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1-ci blokun, 4-cü mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı ** nömrəli mənzil təmirsiz olmaqla həmin mənzildə heç kim yaşamır. Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, ** saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1-ci blokun, 10-cu mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı ** nömrəli mənzil təmirsiz olmaqla həmin mənzildə heç kim yaşamır. Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, ** saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1-ci blokun, 8-ci mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı ** nömrəli mənzilin qapısı bağlıdır, vizual baxışdan mənzildə təmir işlərinin aparılması və qapısının dəyişdirilməsi müəyyən edilir. Məhkəmə baxışında təsdiq edilmişdir ki Ramiz Quliyev küçəsi ** saylı binanın yanındakı ərazidə yerləşən 12 mərtəbəli mansardlı evin 8-ci mərtəbəsində, ** nömrəli, ümumi sahəsi 147 kv.m olan mənzil cavabdeh X9 təhvil verilmişdir, həmin mənzil onun faktiki sahibliyində və istifadəsindədir, mənzildə təmir işləri aparılmışdır və L.Piriyeva ailə üzvləri ilə birlikdə həmin mənzildə hazırda yaşayır. Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, ** saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1-ci blokun, 8-ci mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı ** nömrəli mənzillə bağlı məhkəmə belə qənaətə gəlir ki, həmin mənzillə bağlı ilkin müqavilə iddiaçı ilə bağlansa da, həmin mənzil “xxxx” MMC ilə “payçı” X9 arasında ## ###### 2021-ci il tarixdə bağlanmış müqavilə əsasında X9 təhvil verildiyindən, həmin mənzil X9 faktiki sahibliyinə və istifadəsində olduğundan, onun tərəfindən təmir edildiyindən həmin mənzillə bağlı müqavilənin etibarsız hesab edilməsi tələbi təmin edilməməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, “xxxx” MMC tərəfindən verilmiş ## ###### 2019-cu il tarixli maliyyə arayışı ilə təsdiq edilir ki, Ramiz Quliyev küçəsi ** saylı binanın yanındakı ərazidə yerləşən 12 mərtəbəli mansardlı evin 8-ci mərtəbədə, ümumi sahəsi 147 kv.m olan ** nömrəli mənzilin pay dəyəri 88200 manat X26 tərəfindən tam ödənilmişdir. İddiaçının nümayəndələri məhkəmənin sonuncu baxış iclasında iddia ərizəsinə əlavə verərək, Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, ** saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1-ci blokun, 8-ci mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı ** nömrəli mənzilin qaytarılması mümkün olmadıqda, həmin mənzilin bazar qiyməti ilə dəyərinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, həmin mənzilin satılmasından qısa müddət keçmişdir və mənzilin dəyərinin artması ilə bağlı məhkəməyə sübutlar təqdim edilməmişdir. Qeyd edilənlərə əsaslanaraq, məhkəmə belə qənaətə gəlir ki, nəzərə alaraq ki, mülki qanunvericilik kreditora öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnu verir, həmin hissədə iddia tələbləri qismən təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, ** saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1-ci blokun, 8-ci mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı ** nömrəli mənzil iş üzrə cavabdeh X9 həmin mənzilə görə iddiaçı tərəfindən ödənilmiş 88200 manat cavabdeh “xxxx” MMC-dən tutularaq, iddiaçıya ödənilməlidir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5-ci, 6-cı, 15-ci, 16-cı, 152-ci, 560cı, 1098-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 81-ci, 119.1-ci , 217-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vətəndaşın evinə gedən yol avtomobillər u çu n məhdudlaşdırılmış, lakin sakinlərin piyada keçidi u çu n maneə yaradılmamışdır. Vətəndaşın evinə gedən yolda piyada keçidi üçün yer ayrılmışdır. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının ## ###### 2017-ci il tarixli *** saylı sərəncamı ilə mu bahisəli ərazi şirkətin istifadəsinə verilmişdir. Şirkət həmin sərəncamdan irəli gələn hu quq və vəzifələrini yerinə yetirmək u çu n mu əyyən məhdudiyyətlər tətbiq edə bilər. Bu hallar hakim tərəfindən araşdırılmamışdır. Ərazi və ərazi hissələrinin yenidən qurulması u çu n tələb olunan ərazi planlaşdırma sənədləri hazırlanıb (tikinti layihələrinin işlənməsindən əvvəl) Azərbaycan Respublikasının Do vlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırıdıqdan sonra Nəsimi RIQH başçısının ## ###### 2017-ci il tarixli *** saylı sərəncamı ilə Salatın Əsgərova, Mərdanov Qardaşları, Şamil Əzizbəyov və Əlimərdan Topçubaşov ku çələrinin kəsişməsindəki məhəllədə yerləşən mo vcud yaşayış və qeyriyaşayış obyektlərinin tikintisinin lahiyələndirilməsi üçün torpaq sahəsinin icarə əsasında Cavabdeh MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında iddiaçı İddiaçı və onun vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

18. İştirak etdiyi məhkəmə iclasında cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativinin vəkili və nümayəndəsi vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 6-cı maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərinə aid edilmişdir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 1098.1-ci maddəsinə əsasən gələcəkdə zərər vurulması təhlükəsi bu cür təhlükəni yaradan fəaliyyətin qadağan edilməsi barədə iddiaya əsas verə bilər. 1098.2-ci maddəsinə əsasən əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. 1098.3-cü maddəsinə əsasən məhkəmə müvafiq fəaliyyətin dayandırılması və ya ona xitam verilməsi barədə iddiadan yalnız o halda imtina edə bilər ki, həmin fəaliyyətin dayandırılması və ya ona xitam verilməsi dövlət mənafelərinə zidd olsun. Bu cür fəaliyyəti dayandırmaqdan və ya ona xitam verməkdən imtina edilməsi zərərçəkənləri həmin fəaliyyətlə vurulmuş zərərin əvəzinin ödənilməsi hüququndan məhrum etmir.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

22. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

23. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

25. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpiç döngəsi ünvanında yerləşən ** nömrəli fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir və həmin daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

26. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş çıxarışa əsasən, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpiç döngəsi ünvanında yerləşən ** nömrəli fərdi yaşayış evinin mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olmasına baxmayaraq, cavabdeh mübahisəli ərazidə tikinti və digər fəaliyyətlər həyata keçirməyə başlamış, bununla da iddiaçının həmin ərazidən istifadə imkanlarını faktiki olaraq məhdudlaşdırmışdır.

27. Bu baxımdan məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ##.##.2025-ci il tarixdə verilmiş **/**** nömrəli rəyi ilə (ünvan 1 ünvanında yerləşən İddiaçı xüsusi mülkiyyətində olan evə ziyan dəydiyi (divarlarında və eləcə də yük daşıyan divarların üzərində müxtəlif ölçülərdə iki tərəfli çatların olduğu və döşəmənin bir hissəsinin deformasiyaya uğradığı) müəyyən edilmiş və gələcəkdə həmin yaşayış evinin çökmə təhlükəsinin olduğunun istisna edilməməsi qeyd edilmişdir.

28. Eyni zamanda apellyasiya icraatı zamanı keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evi cavabdehin inşaat ərazisinin yanında yerləşməkdədir. Cavabdeh əmlakını hasar vasitəsilə iddiaçıya məxsus evdən ayırmışdır. Cavabdeh sözügedən hasar yaxınlığında qazıntılar aparmışdır. İddiaçıya məxsus fərdi yaşayış evinin arxa hissəsinə zərər dəymiş, aşmaması üçün dirəklər vasitəsilə bərkidilmişdir. Aparılmış işlər nəticəsində iddiaçının evinə gedən avtomobil yolu bağlanılmışdır. İddiaçının evinə alternativ digər avtomobil yolu yoxdur. İddiaçı öz mülkiyyətinə yalnız kiçik bir hissədən daxil ola bilməkdədir. İddiaçının mülkiyyətinin istifadəsində məhdudiyyətlərlə qarşılaşır. Müayinə zamanı tərəflər arasında razılıq əldə edilməsi müzakirə edilməsinə baxmayaraq, müsbət nəticə əldə etmək mümkün olmamışdır.

29. Bununla da iddiaçıya həmin sahəyə (onun aidiyyəti hissələrinə) sahiblik və ondan istifadə etməyə maneə yaratması öz təsdiqini tapır. Bu səbəbdən onun həmin sahənin hər hansı hissəsini zəbt etməsi, istifadə etməsi və ya iddiaçıya bu sahənin hər hansı hissəsinə sahiblik və ya ondan istifadə etməyə müxtəlif hərəkətlərlə müdaxilə etməsi (maneə yaratması) qanunsuz hesab edilməli və onun belə hərəkətlərinə son qoyulmalıdır.

30. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi cavabdeh Cavabdeh MTK-nın hərəkətlərinin iddiaçının özünə məxsus əmlakdan sərbəst və maneəsiz istifadə etmək hüququnu pozduğundan İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpiç döngəsi ünvanında yerləşən ** nömrəli fərdi yaşayış evinə gedən avtomobil yolunun açılması, yolun asvalt örtüyünün yenilənməsi, evin çöl divarının sökülüb yenidən inşa edilməsi, qazıntı aparılan tərəfdən qazıntı ilə bünövrə arasında svayların vurulması (istinad divarı), kanalizasiya xətlərinin işlək vəziyyətə bərpa edilməsi öhdəliklərinin Cavabdeh MTK-nın üzərinə qoyulması qənaətinə gəlməkdə haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar