Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-408/2026 21.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Isgəndərov Akif Əsgər oğlundan (sədrlik edən və məruzəçi), Imanov Azad Nizam oğlundan və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, X1 Əziz qızının katibliyi, Iddiaçının nümayəndəsi (vəkili) vəkil2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh3 Bakı şəhəri, Xətai rayonu general Mehmandarov küçəsiev 90 ünvanında yerləşən ** nömrəli mənzildən istifadə hüququna 9600 manat kompensasiya ödənilməklə xitam verilməsi, cavabdehin əşyaları ilə birgə həmin mənzildən məcburi çıxarılması, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, ödənilmiş 126 manat dövlət rüsumunun və vəkil xərci olaraq ödədiyi 320 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qızı cavabdeh1 və qardaşı cavabdeh2 Aqşin oğlunun mənzildən istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/** saylı iş üzrə ## ###### 2025ci il tarixli qətnaməsi ilə (hakim S.Hacıyeva) iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı tərəflər mübahisəni sülh yolu ilə həll etdiklərini bildirərək notariat qaydasında təsdiq olunmuş barışıq sazişini elektron məhkəmə vasitəsilə məhkəməyə təqdim etmiş və onun məhkəmə qaydasında təsdiq olunmasını, mülki işin icraatına xitam verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, barışıq sazişi təsdiq olunmalı və bununla bağlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə işin icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Mülki Prosessual Məcəllənin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsində isə təsbit edilmişdir ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə kollegiyası hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, həmin barışıq sazişi təsdiq olunmaqla birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 391, 402, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Tərəflər, yəni iddiaçı İddiaçı və cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 arasında bağlanılmış aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin:
1. Bəyan edilir ki, hazırki Saziş, onun bütün şərtləri və bağlanması qaydası tərəflərin həqiqi niyyətlərinə tam uyğundur, tərəflərin könüllü iradəsini əks etdirir, tərəflərin vicdanlı münasibətlərinin nümunəsidir, qanuna zidd deyildir, hər tərəfin, həmçinin hər hansı digər şəxsin hüquq və qanunla qorunan mənafelərini pozmur.
2. Hazırki Sazişin bütün şərtləri ilə əlaqədar tərəflərin hüquq və öhdəlikləri (vəzifələri), həmçinin hazırki Sazişin doğuracağı hüquqi nəticələr tərəflər üçün tam aydındır. Hazırki Sazişlə götürülən bütün öhdəliklər (vəzifələr) tərəflər üçün məcburidir.
3. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 60,62 kv metr olan 3 otaqlı ** nömrəli mənzildən (DƏDRX çıxarış 0187749) cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 istifadə hüquqlarına iddiaçı (mülkiyyətçi) İddiaçı tərəfindən hər birinə bank və ya notariusun depozit hesabı vasitəsi ilə 12000 (on iki min) manat ödənilməklə xitam verilir. Bu zaman yarana biləcək vergi və rüsumların ödənilməsi iddiaçı (mülkiyyətçi) İddiaçı tərəfindən təmin edilir.
4. Barışıq sazişi notariat qaydada təsdiq edilir və hər birinə 12000 manat olmaqla (cəmi 36000 manat) bank və notariusun depozit hesabına qoyulduqdan sonra ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 60,62 kv metr olan 3 otaqlı ** nömrəli mənzil iddiaçı İddiaçı saziş bağlamazdan əvvəl mənzilə keçirilmiş baxışa (## #### 2026-cı il tarixli akta) əsasən müəyyən edilmiş vəziyyətdə tərəflərin vəkil nümayəndəsi vəkil1 (şəxsiyyət vəsiqəsi AZE 09331658) tərəfindən digər tərəflərin iştirakı olmadan əvvəlcədən razılşadırılmış tarixdə təhvil verilir.
5. Iddiaçı cavabdeh3 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 60,62 kv metr olan 3 otaqlı ** nömrəli mənzilə təmir xərclərinin cavabdeh İddiaçı tutulmasına dair Bakı şəhəri Xətai rayon məhkəməsinin icraatında olan e-2 (*-**)-****/****-*** saylı mülki iş üzrə iddia tələbindən imtina edir. Bununla bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 191, və 261-ci maddələrinə uyğun olaraq iddiadan imtina etmənin hüquqi nəticələri cavabdeh3 izah edilmişdir.
6. Mənzilin təhvili və iddiadan imtina həyata keçirildikdən sonra tərəflər öncədən qoyulmuş hər birinə 12000 manat olmaqla (cəmi 36000 manat) ödənişlərini bank və ya notariusun depozit hesabından götürürlər.
7. cavabdeh3 və İddiaçı bir birinə qarşı hazırda və gələcəkdə bu və ya digər daşınar və daşınmaz əmlak və bunlardan irəli gələn iddia tələblərinə dair heç bir məhkəmə mübahisəsi qaldırılmayacaqlar.
8. Digər cavabdehlər cavabdeh1, cavabdeh2 və iddiaçı İddiaçı bir birinə qarşı hazırda və gələcəkdə bu və ya digər daşınar və daşınmaz əmlak və bunlardan irəli gələn iddia tələblərinə dair heç bir məhkəmə mübahisəsi qaldırılmayacaqlar.
9. Bu saziş qüvvəyə mindikdən sonra tərəflərin bu Sazişdə əks olunan əmlakla bağlı birinin digərinə qarşı hər hansı tələbi (iddiası) istisna olunur. Tərəflərə izah edilmişdir və onlara tam aydın olmuşdur ki, barışıq sazişi təsdiq edildikdən sonra bu sazişdə əks olunan şərtlərlə bağlı eyni tərəflər arasında hər hansı əsas üzrə məhkəmə mübahisəsinə yol verilmir.
10. Tərəflər bu sazişi müstəqil, aydın, könüllü və sərbəst şəkildə, heç bir kənar təsir və ya məcburiyyət olmadan azad iradə ifadələri ilə bağlayırlar və imzalayırlar.
11. Hər tərəf məhkəmə xərclərini və hüquq yardım göstərməyə görə xərcləri özü daşıyır, tərəflər həmin xərcləri bir-birinə ödəmirlər.
12. Tərəflərdən hər hansı biri tərəfindən 3-6-cı bəndlərdə nəzərdə tutulmuş şərt(lər)in yerinə yetirilməməsi halında bu Saziş qüvvəyə minmir və heç bir hüquqi nəticə doğurmur.
13. Hazırki Sazişin birtərəfli qaydada ləğv etməsinə və/və ya dəyişdirilməsinə yol verilmir.
Tərəflərə izah edilsin ki, barışıq sazişi imzalandıqdan sonra tərəflər eyni əsaslarla və eyni predmetlə bağlı bir-birinə qarşı təkrar iddia və ya tələb irəli sürə bilməzlər. Barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar olaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə elektron qaydada kassasiya şikayəti verilə bilər.