Məhkəmə qərarları › İş №2(3-6)-435/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-435/2026

05.05.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-435/2026 05.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh qarşı qəyyum qismində təyin edilmə tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X7katibliyi ilə, iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh qarşı qəyyum qismində təyin edilmə tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, fəaliyyət qabiliyyətli olmayan atası ## ###### 1968-ci il təvəllüdlü X4 qəyyum təyin edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının atası ## ###### 1968-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Iddiaçı ## ###### 2025-ci il tarixli ərizə ilə cavabdeh Bakı şəhəri Cavabdeh müraciət etmiş, iddiaçının atası X4 qəyyum təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqanın ## ###### 2025-ci il tarixli məktubu ilə müraciətin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinası əsassızdır.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilərək, iddiaçı İddiaçı fəaliyyət qabiliyyətli olmayan atası ##.##.1968-ci il təvəllüdlü X4 qəyyum təyin edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması qət edilmişdir.

Apellyasiya instansiyası məhkəməsində icraat

4. Cavabdeh Bakı şəhəri Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmişdir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən X3 (nümayəndəsi və vəkili X6) tərəfindən apellyasiya şikayəti verilmişdir.

Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.6. apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

8. Məhkəmə kollegiyası hesab edir ki, X3 (nümayəndəsi və vəkili X6) tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğu məsələsinə baxılması üçün cavabdeh Bakı şəhəri Cavabdeh apellyasiya şikayətinin icraata qəbul edilməsi haqqında qərardad ləğv edilib, iş apellyasiya baxışından çıxarılmaqla, birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

9. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh qarşı qəyyum qismində təyin edilmə tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərardadı ləğv edilsin, iş apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar