Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-48/2026 07.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı kompensasiya verilməklə özbaşına tikilinin boşaldılaraq sökülməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: kompensasiya verilməklə yaşayş sahəsinin sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X14 (sədrlik edən və məruzəçi), X6 və X7 ibarət tərkibdə, məhkəmə iclasının katibi X20 katibliyi, iddiaçının nümayəndəsi nümayəndə3, cavabdeh Cavabdeh və onun nümayəndəsi nümayəndə2 iştirakı ilə, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı kompensasiya verilməklə özbaşına tikilinin boşaldılaraq sökülməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. Bakı şəhər Icra Hakimiyyəti Başçısının *** saylı, ## ###### 2020-ci il tarixli Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, Ismayıl Qutqaşınlı və Mikayıl Müşfiq küçələrinin əhatəsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 4.20 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının və qeyriyaşayış sahələrinin tikintisi üçün İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır.
2. Torpaq sahəsinin icarəyə verilməsi haqqında **** saylı, ## ###### 2020-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, Ismayıl Qutqaşınlı və Mikayıl Müşfiq küçələrinin əhatəsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 42000 m2 torpaq sahəsi Bakı şəhər Icra Hakimiyyəti tərəfindən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə 49 il müddətinə icarəyə verilmişdir. Torpaq sahəsinin icarə haqqı ## ###### 2020-ci il tarixdən hesablanır və icarəçi hər il 146 764 manat icarə haqqını icarəyəverənə ödəməyi öhdəsinə götürür.
3. Azərbaycan Respublikası Bakı şəhər Icra Hakimiyyəti Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqların Qeydiyyat Idarəsinin MH seriyalı, ****** saylı qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil X2 və X1 adlarına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. ## ######## 1997-ci il tarixində mülkiyyət hüququ qeydiyyata alınmışdır.
4. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X19 Agentliyinin ## ##### 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ismayıl Qutqaşınlı, Mikayıl Müşfiq, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı və Kazım Kazımzadə küçələrinin kəsişməsində yerləşən yaşayış evlərinə vizual baxış keçirilmiş, müəyyən edilmişdir ki, evlərin əksəriyyətinin ağac materialından olan qapı və pəncərələri köhnəlmişdir. Dam örtüklərinin uzun müddət təmirsiz istismarı nəticəsində atmosfer suları əksər tikililərin daxilinə sızaraq tavanlarda və divarlarda rütubət izləri yaratmışdır. Baxış keçirilən bəzi tikililərin ağac konstruksiyasından olan döşəmə və tavan hissələri çürüyərək deformasiyaya uğramışdır; Kommunikasiya sistemləri- elektrik, su və kanalizasiya xətləri köhnəlmiş və yararsız vəziyyətdədir. Daxili həyətlərdə vətəndaşlar tərəfindən evlərin üzərində tikitni norma və saydalarının tələblərinə əməl olunmadan əlavə tikililər inşa edilmişdir. Yaşayış evləri mövcud tikinti norma və qaydalarına cavab vermir. Bakı şəhəri, Yasamal rayonu, Ismayıl Qutqaşınlı, Mikayıl Müşfiq, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı və Kazım Kazımzadə küçələrinin kəsişməsində yerləşən yaşayış evlərinin yükdaşıyan konstruksiyaları texniki cəhətdən yolverilməz vəziyyətdədir, qüvvədə olan seysmik normaların tələblərinə cavab vermir.
5. Bakı şəhəri, A.Ağayev küçəsi, ** saylı yaşayış evinin 3/6 hissəsi üzərində X2, 2/6 hissəsi üzərində X1 mülkiyyət hüququ qeydə alınmışdır.
Birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 76.12 m2 mənzil sahəsi və 87.2 m2 köməkçi sahədən ibarət olan tikilinin boşaldılaraq sökülməsi üçün İddiaçı MMC yə təhvil verilməsi, İddiaçı MMC tərəfindən ünvan 2 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 76.12 m2 mənzil sahəsi və 87.2 m2 köməkçi sahədən ibarət olan tikilinin əvəzinə yeni tikiləcək binanın 10-cu bloku, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 196 m2 olan təmirli mənzilin binanın bünövrəsi qoyulduqdan sonra 24 ay müddətinə Cavabdeh təhvil verilməsi, sökülməsi nəzərdə tutulan tikilinin İddiaçı MMC-yə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı MMC tərəfindən Cavabdeh hər ay 800 manat məbləğində kirayə haqqı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Daha sonra, ## ####### 2025-ci il tarixində iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh Cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, A. Ağayev 33 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki istifadədə 76.12 m2 mənzil sahəsindən və 87.2 m2 köməkçi sahədən ibarət olan mənzilin boşaldılaraq sökülməsi üçün İddiaçı MMC-yə təhvil verilməsinə; İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, A. Ağayev 33 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 76.12 m2 mənzil sahəsindən və 87.2 m2 köməkçi sahədən ibarət olan mənzilin əvəzinə Cavabdeh 475200 manat kompensasiya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Iddia onunla əsaslandırılmışdır ki, Bakı şəhər Icra Hakimiyyəti Başçısının ##.##.2020-ci il tarixli, *** saylı Sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, Ismayıl Qutqaşınlı və Mikayıl Müşfiq küçələrinin əhatə etdiyi 4.20 ha torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının və qeyriyaşayış sahələrinin tikintisinin layihələndirilməsi üçün İddiaçı MMC-yə icazə verilmişdir. Həmin Sərəncamın 1-ci maddəsinə əsasən həmin ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi müvafiq qanunvericiliyə uyğun olaraq İddiaçı MMC tərəfindən həlledilməlidir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X19 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə Institutunun mütəxəssisləri tərəfindən tərtib edilmiş ## ##### 2020-ci il tarixli rəyə əsasən, həmin ərazidə yerləşən yaşayış evlərinə baxış keçirilmiş, müəyyən olunmuşdur ki: Yaşayış evləri uzun müddət təmirsiz istismar edildiyindən köhnəlmiş və fizikiaşınmaya məruz qalmışdır; Yükdaşıyan divarlarda müxtəlif istiqamətli bir və ikitərəfli çatlar mövcuddur; Torpaqla təmasda olan daxili divarlarda nəmlik, xarici divarlarında isə suvaq qatları və hörgü məhlulları aşınmışdır; Evlərin əksəriyyətinin ağac materialından olan qapı və pəncərələri köhnəlmişdir; Dam örtüklərinin uzun müddət təmirsiz istismarı nəticəsində atmosfer suları əksər tikililərin daxilinə sızaraq tavanlarda və divarlarda rütubət izləri yaratmışdır; Baxış keçirilərin bəzi tikililərin ağac konstruksiyasından olan döşəmə və tavan hissələri çürüyərək deformasiyaya uğramışdır; Kommunikasiya sistemləri – elektrik, su və kanalizasiya xətləri köhnəlmiş və yararsız vəziyyətdədir; Daxili həyətlərdə vətəndaşlar tərəfindən evlərin üzərində tikinti norma və qaydalarının tələblərinə əməl olunmadan əlavə tikililər inşa edilmişdir. Bu tikililər metal borular və mövcud daş hörgülərin üzərində müxtəlif tikintimateriallarından olmaq yerinə yetirilmişdir. Inşa edilmiş bu artırmalar evlərin əlavə yüklənməsinə səbəb olmuş, onun tikinti və fəza sərtliyini xeyli zəiflətmişdir ki, bu da zəlzələ təhlükəsi mövcud olan bu region üçün çox faciəvi nəticələrin baş verməsinə səbəb ola bilər; Yaşayış evləri mövcud tikinti norma və qaydalarına cavab vermir; Yaşayış evləri memarlıq nöqteyi-nəzərindən heç bir tarixi əhəmiyyət kəsb etmir. Bakı Şəhər Icra Hakimiyyətinin sözügedən Sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin ##.##.2020-ci il tarixli yerquruluşu planına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Ə. Ələkbərov, S. Dağlı, İ. Qutqaşınlı və M. Müşfiq küçələrinin əhatəsində yerləşən torpaq sahəsinə dair ##.##.2020-ci il tarixli, № **** saylı icarə müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ##.##.2020-ci il tarixli, ** nömrəli Sərancamından çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Əkbərov, Seyfəddin Dağlı, X9 və Mikayıl Müşfiq küçələrinin əhatəsində İddiaçı MMC-nin icarəsində olan torpaq sahəsində layihələndirilən 14-16-20 mərtəbəli yaşayış binalarının “Bakı Dövlət Layihə Institutu” BDLI tərəfindən işlənilmiş şəhərsalma əsaslandırılmaları təsdiq edilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş Idaərsinin ##.##.2022-ci il tarixli, № TI-***/** saylı obyektin tikintisinə icazə ilə Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Əkbərov, Seyfəddin Dağlı, X9 və Mikayıl Müşfiq küçələrinin əhatə etdiyi 4.2 ha torpaq sahəsində İddiaçı MMC-yə yaşayış və qeyri-yaşayış binalarının tikintisi məqsədilə obyektin tikintisinə icazə verilmişdir. İddiaçı MMC tərəfindən sakinlərə söküləcək evlərin əvəzinə daha əlverişli xüsusiyyətlərə malik, sahələrindən daha artıq olmaqla təmirli mənzillər təklif edilir, eyni zamanda evlərdən köçməsi üçün sakinlər yük avtomobili ilə təmin edilir və yeni tikiləcək mənzillər onlara təhvil verilənədək müvəqqəti yaşayış məqsədləri ilə bazar qiymətlərinə uyğun yüksək kirayə haqları təklif olunur. İddiaçı MMC Bakı şəhər Icra Hakimiyyəti Başçısının ##.##.2020-ci il tarixli, *** saylı Sərəncamından irəli gələn vəzifələrini vicdanla həyata keçirir, bütün sakinlərə bərabər şərtlərlə sərfəli təkliflər irəlisürür,evləri sökülmüş sakinlərin hüquqlarına hər zaman hörmətlə yanaşır, bərabərlik prinsipinin və sakinlərin bərabər mənafelərinin pozulmaması üçün səy göstərir. Bakı şəhəri,Yasamal rayonu, Ələsgər Əkbərov, Seyfəddin Dağlı, X9 və Mikayıl Müşfiq küçələrinin əhatə etdiyi 4.2 ha torpaq sahəsinin əhatə etdiyi ünvanda yerləşən və kəskin qəzalı vəziyyətdə olan evlərdə yaşayan mülkiyyətçilərin əksəriyyəti ilə qarşılıqlı razılıq əsasında onların evlərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır və evlərin təhlükəli vəziyyətdə olması nəzərə alınaraq bu proses təxirə salınmadan davam etməkdədir. İddiaçı MMC tərəfindən ayrılmış torpaq sahəsində onlarla mülkiyyətçi ilə razılığa gəlinərək köçürülmüş, tikilməli olan yeni binaların əksəriyyəti tamamlanmışdır. Lakin razılığa gəlinməsi mümkün olmayan sakinlər səbəbindən layihə üzrə tikilməli olan bəzi binaların inşasına başlamaq mümkün olmamışdır. İddiaçı MMC cavabdehə məxsus evin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Ə. Ələkbərov, S. Dağlı, İ. Qutqaşınlı və M. Müşfiq küçələrinin kəsişməsində olan ərazidə yerləşən evlərin 250-dən artıq sakini ilə evlərin sökülməsi və yeni mənzilin tikilərək təhvil verilməsi barədə müqavilələr bağlamış, MMC öz üzərinə adıçəkilən evlərin sökülməsiəvəzində müasir standartlara və şəhərin memarlıq üslubuna cavab verən yeni binanın inşa edilərək sakinlərə sahib olduqları evlərin əvəzinə təmirli mənzillərin və bu dövr ərzində sakinlərə hər ay kirayə haqlarının verilməsi öhdəliyini götürmüşdür. Həmçinin sözügedən ərazidə aparılacaq tikinti işləri ilə bağlı digər sakinlərlə olduğu kimi, ünvan 2 ünvanında yerləşən qanunsuz tikili olan evin mülkiyyətçisi Cavabdeh ilə də danışıqlar aparılmağa çalışılmış, lakin cavabdeh MMC qarşısında əsassız tələblər irəli sürdüyündən nəticədə onunla razılıq əldə olunması mümkün olmamışdır. Cavabdehə digər ev sahibləri kimi, sahib olduğu ünvan 2 ünvanında yerləşən 76.12 m2 mənzil sahəsi və 87.2 m2 köməkçi sahədən ibarət olan evin əvəzinə yeni tikiləcək binada təmirli 196 m2 yaşayış sahəsi və həmin yaşayış sahəsi tikilib təhvil verilənədək aylıq 800 manat kirayə haqqı, alternativ variant kimi isə cavabdehə məxsus olduğu evin əvəzinə kompensasiya variantı da təklif olunur. Nəzərə alınmalıdır ki, qəzalı vəziyyətdə olan vətəndaşların yaşadığıevlərin sökülməsi və yerində hündür mərtəbəli yaşayış binalarının inşa olunması sahəsində Bakı Şəhər Icra Hakimiyyəti Başçısının müvafiq Sərəncamı, ilk növbədə orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Həmin ərazidə yaşayan digər sakinlərlə razılaşmalar əldə edildiyi halda, cavabdehin əsassız tələblər irəli sürərək bu tədbirin həyata keçirilməsinə mane olması digər sakinlərin də hüquqlarını pozur. Göründüyü kimi, cavabdeh öz hüquqlarından açıq-aşkar sui-istifadə edərək əsassız varlanmaq niyyəti ilə, həm şirkətin fəaliyyətinin iflic edilməsinə və külli miqdarda ziyan vurulmasına səbəb olur, həm də onlarla insanın mənzil hüquqlarının reallaşdırılmasına əngəl törədir. İddiaçı MMC Bakı Şəhər Icra Hakimiyyəti Başısının Sərəncamına, şəhərsalma əsaslandırılmasına, ayrıc aktına, obyektin tikintisinə icazə sənədinə və torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqaviləyə əsasən sözügedən evlərin sökülməsi və yerində şəhərin gözəl görünüşünə uyğun gələn müasir tipli binaların tikilməsi səlahiyyətinə malik olduğundan hazırki tələbləri irəlisürmək üçün subyektiv hüquqa malik olan şəxsdir.
9. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ## ######## 2025-ci il tarixli, CC/***/**-**** nömrəli qiymətləndirmə rəyinə əsasən Bakı şəhəri, A.Ağayev küçəsi ünvanında yerləşən özbaşına tikilinin orta bazar dəyəri 396000 manat və hazırki dövrə olan orta aylıq kirayə haqqı məbləği 1300 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edir.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsinə əsasən iddia təmin edilərək, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdeh Cavabdeh 475200 manat məbləğində kompensasiya ödənilməklə, Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev 33 ünvanında yerləşən cavabdeh Cavabdeh məxsus mənzilin boşaldılaraq sökülməsi üçün İddiaçı MMC-yə təhvil verilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, iş üzrə ## ######## 2025-ci il tarixdə keçirilmiş məhkəmə qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri 300 manat pul vəsaitinin iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir.
11. Qətnamə onunla əsaslandırılmışdır ki, Bakı şəhər Icra Hakimiyyəti Başçısının *** saylı, ## ###### 2020-ci il tarixli Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, Ismayıl Qutqaşınlı və Mikayıl Müşfiq küçələrinin əhatəsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 4.20 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının və qeyriyaşayış sahələrinin tikintisi üçün İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır. Iddia tələbinə əsasən cavabdehin istifadəsində olan özbaşına tikili ev Bakı şəhərinin müasir vəziyyətinə cavab vermir və görkəminə uyğun deyildir. Şəhərin görkəminə xələl gətirən bir tikilidir. Cavabdehin istifadəsində olan özbaşına tikili evin yaxınlığındakı özbaşına tikililərin sökülməsi barəsində digər şəxslərin iddiaçı ilə razılığa gəlmələrinə baxmayaraq, cavabdeh müvafiq tikinti norma və qaydalarına, tikinti texnologiyasına uyğun tikilməmiş, şəhərin görkəminə xələl gətirən özbaşına tikilinin sökülməsi qarşılığında tamamilə əsassız və qeyri-real qiymət tələb etməsi və həmin məbləğ verilmədiyi təqdirdə isə binanın tikintisinə maneə yaratmaqla hüquqdan sui-istifadə etməklə, müvafiq sərəncamın icrasının həyata keçirilməsinə mane olur. Müəyyən edilmişdir ki, sökülməsi tələb edilən ünvan 1 ünvanında yerləşən özbaşına tikili 76.12 kv.m. mənzil sahəsindən və 87.2 kv.m. köməkçi sahədən ibarətdir. Qeydiyyat vəsiqəsinə əsasən sözügedən tikilinin cavabdehin anası X2 mülkiyyətində olduğu müəyyən edilir. Lakin cavabdeh izahatında bildirmişdir ki, anası vəfat edəndən sonra həmin mənzilə o faktiki sahiblik etmişdir. Yerli baxış zamanı müəyyən edilmişdir ki, həmin sahədə cavabdeh və qardaşı ayrı-ayrı evlərdə yaşayırlar. Buna baxmayaraq iddiaçı cavabdehin qardaşı ilə də razılığa gəlmişdir. Ümumilikdə, tədqiq olunan obyekt köhnə tikili olub və müvafiq tikinti norma və qaydalarına, tikinti texnologiyasına uyğun tikilməmişdir. Mövcud texniki göstəricilərə görə, tədqiq olunan ev yaşayış evi üçün nəzərdə tutulmuş müvafiq tələblərə cavab vermir. Məhkəmə qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Müəyyən edilmişdir ki, iddiaçının tələbinin əsasını Bakı şəhər Icra Hakimiyyəti Başçısının *** saylı, ## ###### 2020-ci il tarixli sərəncamı təşkil edir və Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, Ismayıl Qutqaşınlı və Mikayıl Müşfiq küçələrinin əhatəsində yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi də həmin sərəncamın 1-ci bəndinə uyğun həyata keçirilir. Qeyd edilən sərəncamın icrasının həyata keçirilməsinə cavabdeh tərəfindən əsassız maneələr yaradıldığından, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab etmişdir ki, tikinti norma və qaydalarının tələblərinə cavab verməyən cavabdehə məxsus olan özbaşına tikili insanların həyat və sağlamlığına ciddi təhlükə olmaqla yanaşı, cavabdehin iddiaçının təklifini qəbul edərək, özbaşına tikilini boşaltmaması ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdeh tərəfin yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan özbaşına tikilini boşaltması, ilk növbədə onlar üçün həyati vacib məsələdir. Iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək və hazırki iş üzrə iddia ərizəsinin verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehə əlverişli təkliflər etmişdir. Bundan başqa, məhkəmə tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərə müvafiq şərait yaradılmış, tərəflərin barışması üçün tədbirlər görülmüşdür. Lakin mübahisənin sülh yolu ilə həll edilməsi mümkün olmamışdır. Məhkəmə xüsusi qeyd etmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı Bakı şəhər Icra Hakimiyyəti tərəfindən, eləcə də sərəncamı icra edən iddiaçı tərəfindən cavabdeh tərəfin özbaşına tikili üzərində hüququ tanınaraq iddiaçı tərəfindən cavabdehin hüququnun pozuntusu hallarına yol verilməmişdir. Iddiaçının belə bir niyyəti də yoxdur, əksinə cavabdeh tərəfə istifadəsində olan özbaşına tikilinin sökülməsinin əvəzinə ədalətli təkliflər edilir. Bu isə cavabdehin istifadəsində olan özbaşına tikilidən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. Məhkəmənin qənaətinə görə Bakı şəhər Icra Hakimiyyətinin ##.##.2021-ci il tarixli sərəncamı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi-nəzərindən icra olunmalıdır. Həmin maddənin tələbinə əsasən mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək, yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması şərtləri və qaydasını müəyyən etmək və belə yenidən qurulma və yenidən planlaşdırılmanırazılaşdırmaq, yaşayış sahələrinin yaşayış üçün yararsız hesab edilməsinin əsaslarını və qaydasını müəyyən etmək, mənzil fondunun yaşayış sahələrini müəyyən edilmiş qaydada yaşamaq üçün yararsız hesab etmək, yaşayış sahələrindən istifadə qaydalarını müəyyən etmək, vətəndaşların yaşayış sahələrindən çıxarılmasınınəsaslarını, qayda və şərtlərini müəyyən etmək, yaşayış sahələri barəsində ayrı-ayrı əqdlərin hüquqi tənzimlənməsi, dövlət mənzil fondunun yaşayış sahələrindən istifadəyə və saxlanmasına, bu fondun yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə uyğunluğuna nəzarəti həyata keçirmək və sair aiddir. Məhkəmə əlavə olaraq onu da vurğulamışdır ki, cavabdehin yaşayış üçün yararlı olmayan özbaşına tikilidən kompensasiya verilməklə çıxarılması, yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binalarının tikilməsi ilk növbədə yararsız evlərdə yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılmasına, gözəlləşdirilməsinə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur. O cümlədən məhkəmə qeyd etmişdir ki, hazırkı mübahisə baxımından iddiaçının hazırki tələblə çıxış etməsi cavabdehin mülkiyyət hüququna müdaxilə hesab edilə bilməz. Çünki tərəflər arasında cavabdehə məxsus evin sökülməsi ilə bağlı ixtilaf yoxdur. Tərəflər arasında ixtilaf mövcuddur, lakin bu ixtilaf evin sökülməsi ilə bağlı olmamış, cavabdehin sökülməli olan evinin müqabilində ona veriləcək pul ekvivalenti olaraq əvəzin həcmi ilə bağlıdır. Bu halda məhkəmənin müəyyən etməli olduğu yeganə hal çəkişən tərəflər arasında mütənasibliyin qorunmasının, eləcə də ədalətli və ağlabatan əvəzin verilməsinin təmin edilməsindən ibarət olmalıdır. Belə ki, cavabdeh izahatında 1000000 manat kompensasiya verilməsini məqsədəmüvafiq hesab etdiyini bildirmişdir. Məhkəmənin qənaətinə görə iddiaçı tərəfindən cavabdeh tərəfin hüquqları pozulmadığı halda, cavabdeh tərəf hüquqdan sui-istifadəyə yol verməməlidir. Məhkəmə tərəfindən keçirilmiş ekspertizanın nəticəsi olaraq, mübahisəli mənzilin orta bazar dəyərinin 396000 manat olduğu müəyyən edilmişdir. Məhkəmə qeyd etmişdir ki, mövcud vəziyyətdə cavabdehə mübahisə predmeti olan evin bazar dəyərindən (396000 manat) daha artığının- 475200 manat təklif edilməsinə baxmayaraq cavabdehin 1000000 manat kompensasiya tələb etməsi iddiaçı tərəfin digər şəxslər qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına mane olmaqla əmlaka olan hüquqlarından sui-istifadə edir. Cavabdeh istisna olmaqla digər mülkiyyətçilərlə razılıq əldə edilib, lakin tikinti məhz cavabdehin mülkiyyətində olan evin sökülməsi mümkün olmadan tikintinin aparılmasını mümkünsüz edir. Məhkəmə kompensasiya məbləği ilə bağlı qeyd etmişdir ki, iddiaçının cavabdehə təklif etdiyi əvəz (kompensasiya) qeyd olunan sahə ilə bağlı mövcud təcrübəyə uyğun olmaqla, kifayət qədər ədalətli və ağlabatandır, eləcə də tərəflərin maraqlarının mütənasibliyi qorunur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, mübahisəli evin yerləşdiyi ərazi Bakı Şəhər Icra Hakimiyyəti Başçısının sərəncamı ilə tikinti məqsədləri üçün İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrıldığından, həmçinin Bakı Şəhər Icra Hakimiyyəti ilə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış müqaviləyə əsasən yuxarıda göstərilən işlərin həyata keçirilməsini İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti öz üzərinə götürdüyündən, iddia tələbi əsaslı olduğundan və tələb irəli sürülərkən cavabdehin bütün hüquqları qorunduğundan iddia tələbi təmin edilməlidir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 180.1, 180.2, 180.4-cü maddələrinə, “Fortis-Bayıl” Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2020-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsinə maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayətinin dəlillərinə görə, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər Icra Hakimiyyəti Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqların Qeydiyyat Idarəsinin MH seriyalı, ****** saylı qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil X2 və X1 adlarına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. ##.##.1997-ci il tarixində mülkiyyət hüququ qeydiyyata alınmışdır. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Göründüyü kimi mübahisəli mənzil üzərində cavabdehin mərhum anasının mülkiyyət hüquqları müvafiq qaydada qeydiyyata alınmaqla xüsusi mülkiyyətdədir. Xüsusi mülkiyyətdə olan əmlakla bağlı hazırki mübahisədə məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsini tətbiq etməklə maddi hüquq normasının tələbini pozmuşdur. Mülki Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququəldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Işin mübahisəsiz halından göründüyü kimi mübahisələndirilən əmlak cavabdehin mərhum anasının mülkiyyətində olmuş, anasının vəfatından sonra Mülki Məcəllənin 1243.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla miras əmlakını qəbul etmişdir. Cavabdeh miras kütləsini qəbul etsə də, əmlak üzərində mülkiyyət hüquqlarını hələ ki, qeydiyyata aldırmamışdır. Buna baxmayaraq əmlak xüsusi mülkiyyət hüququ ilə faktiki olaraq cavabdehə məxsusdur. Cavabdeh əmlak üzərində bütün sərəncamları vermək hüququna malik olmasına baxmayaraq, birinci instansiya məhkəməsi maddi hüquq normasını səhv tətbiq etməklə qanunvericiliyin tələblərini pozmuşdur. Beləliklə, işin faktiki hallarından və qanunvericiliyin tələblərindən müəyyən olunur ki, mübahisələndirilən əmlak qanunsuz tikili deyil, əmlak xüsusi mülkiyyətdə olan əmlakdır və cavabdehin əmlak üzərində mülkiyyət hüquqları mövcuddur. Birinci instansiya məhkəməsi mübahisələndirilən əmlakın qanunsuz tikili olduğunu göstərərək, cavbdehin həmin əmlak üzərində hər hansı bir sərəncam vermək hüququnun olmadığı nəticəsinə gəlmişdir. Lakin məhkəmədə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Bakı şəhər Icra Hakimiyyəti Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqların Qeydiyyat Idarəsinin MH seriyalı, ****** saylı qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil X2 və X1 adlarına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. ##.##.1997-ci il tarixdə mülkiyyət hüququ qeydiyyata alınmışdır. Məhkəmə mübahisələndirilən əmlak üzərində ##.##.1997-ci il tarixdə mülkiyyət hüququnun qeydiyyata alındığını müəyyən etsə də, faktiki olaraq əmlakın mülkiyyətdə olub-olmadığını, qeydiyyatın ləğv olunub-olunmadığnı aydınlaşdırmamışdır. Həmçinin, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X19 Agentliyinin ## ##### 2020-ci il tarixli mütəxəssis rəyinə istinad edərək göstərir ki, Bakı şəhəri, Yasamal rayonu, Ismayıl Qutqaşınlı, Mikayıl Müşfiq, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı və Kazım Kazımzadə küçələrinin kəsişməsində yerləşən yaşayış evlərinə vizual baxış keçirilmiş, müəyyən edilmişdir ki, evlərin əksəriyyətinin ağac materialından olan qapı və pəncərələri köhnəlmişdir. Dam örtüklərinin uzun müddət təmirsiz istismarı nəticəsində atmosfer suları əksər tikililərin daxilinə sızaraq tavanlarda və divarlarda rütubət izləri yaratmışdır. Baxış keçirilən bəzi tikililərin ağac konstruksiyasından olan döşəmə və tavan hissələri çürüyərək deformasiyaya uğramışdır; Kommunikasiya sistemləri - elektrik, su və kanalizasiya xətləri köhnəlmiş və yararsız vəziyyətdədir. Daxili həyətlərdə vətəndaşlar tərəfindən evlərin üzərində tikinti norma və saydalarının tələblərinə əməl olunmadan əlavə tikililər inşa edilmişdir. Yaşayış evləri mövcud tikinti norma və qaydalarına cavab vermir. Bakı şəhəri, Yasamal rayonu, Ismayıl Qutqaşınlı, Mikayıl Müşfiq, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı və Kazım Kazımzadə küçələrinin kəsişməsində yerləşən yaşayış evlərinin yükdaşıyan konstruksiyaları texniki cəhətdən yolverilməz vəziyyətdədir, qüvvədə olan seysmik normaların tələblərinə cavab vermir. Məhkəmə dövlət orqanın müvafiq rəyinin həmin ərazidə yerləşən mənzillərin ümumi vəziyyətinin müəyyən etdiyini nəzərə almayaraq, cavabdehə məxsus mənzilin faktiki vəziyəytini müəyyən etməmişdir. Belə ki, iş materiallarında ünvan 1 ünvanında yerləşən, cavabdehə məxsus mənzilin qəzalı vəziyyətdə olması barədə hər hansı bir ekspert və ya mütəxəssis rəyi mövcud deyildir. Belə olan halda məhkəmə cavabdehə məxsus olan mənzilin qəzalı vəziyyətdə olması, müvafiq qaydada qeydiyyata alınmış əmlakın özbaşına tikili kimi göstərilməklə qiymətləndirilməsi ilə nəticəyə gəlməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmşdir ki, mübahisələndirilən əmlak xüsusi mülkiyyət kimi müvafiq dövlət orqanında qeydiyyata alınmnışdır. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmşdir ki, “xxxx” MMC tərəfindən Bakı şəhəri, A.Ağayev küçəsi ünvanında yerləşən özbaşına tikilinin mövcud bazar qiyməti müəyyən edilmişdir. Belə olan halda məhkəmə mübahisələndirilən əmlakın mövcud bazar qiymətini müəyyən etmək üçün “özbaşına tikili” kimi, xüsusi mülkiyyətdə olan əmlak kimi müəyyən etməli idi. Göründüyü kimi mübahisələndirilən əmlakın hüquqi statusu mülkiyyətdə olan əmlak olsa da, qanunsuz tikili kimi qəbul edilərək qiymətləndirilməsi, işin faktiki hallarının sübut olunmaması ilə nəticələnmişdir. Məhkəmə qeyd etmişdir ki, Bakı şəhər Icra Hakimiyyəti Başçısının *** saylı, ## ###### 2020-ci il tarixli Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, Ismayıl Qutqaşınlı və Mikayıl Müşfiq küçələrinin əhatəsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 4.20 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının və qeyriyaşayış sahələrinin tikintisi üçün İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır. Iddia tələbinə əsasən cavabdehin istifadəsində olan özbaşına tikili ev Bakı şəhərinin müasir vəziyyətinə cavab vermir və görkəminə uyğun deyildir. Şəhərin görkəminə xələl gətirən bir tikilidir. Cavabdehin istifadəsində olan özbaşına tikili evin yaxınlığındakı özbaşına tikililərin sökülməsi barəsində digər şəxslərin iddiaçı ilə razılığa gəlmələrinə baxmayaraq, cavabdeh müvafiq tikinti norma və qaydalarına, tikinti texnologiyasına uyğun tikilməmiş, şəhərin görkəminə xələl gətirən özbaşına tikilinin sökülməsi qarşılığında tamamilə əsassız və qeyri-real qiymət tələb etməsi və həmin məbləğ verilmədiyi təqdirdə isə binanın tikintisinə maneə yaratmaqla hüquqdan sui-istifadə etməklə, müvafiq sərəncamın icrasının həyata keçirilməsinə mane olur. Işdə olan və məhkəmə tərəfindən müəyyən edilən sübutlardan göründüyü kimi mübahisələndirilən əmlak özbaşına tikili deyil, müvafiq qaydada qeydiyyata alınmış, mülkiyyətdə olan əmlakdır. Xüsusilə qeyd edilməlidir ki, cavabdehə məxsus olan əmlakın sökülməsinə razılığın verilməməsi, digər əmlakların sökülməsinə hansı maneələrin yaradındığını təsdiq edən sübut olmalıdır. Həmçinin cavabdehə məxsus olan əmlakın müvafiq tikinti norma və qaydalarına, tikinti texnologiyasına uyğun tikilməmiş olduğu işdə olan hansı sübutla öz təsdiqini tapması iş materialları ilə müəyyən edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, mövcud vəziyyətdə cavabdehə mübahisə predmeti olan evin bazar dəyərindən (396000 manat) daha artığının - 475200 manat təklif edilməsinə baxmayaraq cavabdehin 1000000 manat kompensasiya tələb etməsi iddiaçı tərəfin digər şəxslər qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına mane olmaqla əmlaka olan hüquqlarından sui-istifadə edir. Lakin məhkəmə cavabdehin tələb etdiyi kompensasiyanın digər şəxslərin hansı hüquqlarını pozmasını, cavabdehin əmlaka olan hüququndan nədə suiistifadə etməsini göstərməmişdir. Belə olan halda məhkəmənin qətnamədə göstərdiyi nəticələrin işin halları ilə uyğunsuzluq təşkil etdiyi iş materialları ilə öz təsdiqini tapır. Belə ki, cavabdehə məxsus əmlak müvafiq tikinti norma və qaydalarına, tikinti texnologiyasına uyğun tikilməmiş olduğu həqiqəti əks etdirmir və bunun əksini təsdiq edən hər hansı bir bir sübut iş materiallarında mövcud deyildir. Cavabdehin əmlakı xüsusi mülkiyyəytdə olan əmlak olmasına baxmayaraq, özbaşına tikili kimi göstərilərək mövcud bazar qiymətinin müəyyən edilməsi işin halları ilə uyğunsuzluq təşkil edir və bu məhkəmə tərədindən düzgün qiymətləndirilməmişdir. Beləliklə, işin faktiki hallarından və qanunvericiliyin tələblərindən müəyyən olunur ki, mübahisələndirilən əmlak qanunsuz tikili deyil, əmlak xüsusi mülkiyyətdə olan əmlakdır və cavabdehin əmlak üzərində mülkiyyət hüquqları mövcuddur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Cavabdehin nümayəndəsi nümayəndə2 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir.
17. Cavabdeh Cavabdeh izahatında bildirdi ki, inşa olunacaq binadan ona ev verilməsini istəmir, bununla razı deyildir, yalnız İddiaçı MMC tərəfindən ona 1000000 manat, ən azı 900000 manat ödəniləcəyi təqdirdə mənzilin sökülməsinə razılıq verə bilər.
18. Iddiaçının nümayəndəsi nümayəndə3 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Maddə 15. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariyagigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 18. Mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3.5.1. Alğı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə, hüquqdan sui-istifadə hesab olunur.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2021-ci il tarixli Qərarı: “O da qeyd edilməlidir ki, hər bir konkret halda mülki hüquqi məsuliyyət tədbirləri tətbiq edilərkən, onların törədəcəyi nəticələr (həm zərərçəkən, həm də zərərvuran şəxslərə münasibətdə) dəymiş zərərə mütənasib olmalı, eyni zamanda fərdi və ümumi maraqların tarazlığı təmin edilməlidir. Əks yanaşma mülki hüququn ümumi əsaslarına zidd olmaqla, ədalət və mütənasiblik prinsiplərinin pozulmasına səbəb olar. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hər bir halda mütənasiblik prinsipi baxımından, məhkəmələr sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını nəzərə almalıdır. Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə sui-istifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar.”
21. “Fortis-Bayıl” Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2020-ci il tarixli Qərarı: “Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il ## #### tarixli 392 IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il # ######## tarixli *** nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Eyni zamanda qeyd olunmalıdır ki, məhkəmələr tərəfindən mübahisəli məsələyə baxılarkən həmin normativ hüquqi akt qüvvədə olmuşdur. ... Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur”.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək, iddianın rədd olunması tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
25. Iş materialları ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, 3-cü Xreptovı (A.Ağayev) küçəsi, ** saylı ev ilk dəfə X1 adına hüquqi qeydiyyatdan keçmişdir, evin ümumi sahəsi 131,9 kv.m, yaşayış sahəsi isə 84,3 kv.m olmuşdur. X1 vəfatından sonra qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən mülkün ½ payına X3 vərəsəliyi qəbul edərək qeydiyyat vəsiqəsi almış, sonuncunun vəfatından sonra həmin paya X2 vərəsəlik şəhadətnaməsinə əsasən qeydiyyat vəsiqəsi almışdır. X2 vəfat etməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim olunmasa da, işin halları ilə müəyyən olunur ki, ona düşən pay oğlanları X4 və Cavabdeh tərəfindən qəbul olmuşdur. Miras əmlakın ümumi sahəsinin 131,9 kv.m, yaşayış sahəsinin isə 84,3 kv.m olması nəzərə alınarsa, bu zaman X2 mülkiyyətinə düşən ümumi sahə 65,95 kv.m, onun vərəsələri hesab olunan X4 və Cavabdeh hər birinə rəsmi olaraq düşən sahə təxminən 33 kv.m təşkil edir. Lakin aparılmış ölçmələr zamanı müəyyən edilmişdir ki, cavabdehin istifadəsində olan tikililərin ümumi sahəsi 76,12 m2 mənzil sahəsi və 87,2 m2 köməkçi sahədən ibarət olmaqla 163,32 kv.m təşkil edir. Yəni, bu sahənin 33 kv.m hissəsi qeydiyyat vəsiqəsinə əsasən miras əmlakdan cavabdehə düşən hissə, 130 kv.m hissəsi isə özbaşına tikilidir.
26. Iddiaçı 475200 manat kompensasiya təklifini onunla əsaslandırır ki, mütəxəssis rəyinə əsasən tikilinin orta bazar dəyəri 396000 manat müəyyən olunmuş, sahənin əksər hissəsinin özbaşına tikili olmasına baxmayaraq bütün tikililərin dəyərinin üzərinə 20 faiz əlavə olunaraq 475200 manat kompensasiya təklif edilmişdir.
27. Iş materiallarında olan X2 digər vərəsəsi X4 ilə bağlanmış müqavilədən, həmçinin, evin digər sakinləri ilə bağlanmış müqavilələrdən görünür ki, digər sakinlərə köməkçi sahəyə görə deyil, yalnız yaşayış sahəsinə görə kompensasiya ödənilmişdir.
28. Cavabeh isə qeydiyyat vəsiqəsinə əsasən payına düşən hissə 33 kv.m, yaşayış sahəsi 76,12 kv.m, ümumi sahə isə özbaşına tikililərlə birlikdə 163,32 kv.m təşkil etsə də tələb etdiyi məbləğ minimum 900000 manat, yəni, hər kv.m üçün yaşayış sahəsinə münasibətdə 11823 manat, özbaşına tikililərlə birlikdə ümumi sahəyə münasibətdə isə 5510 manat təşkil edir ki, nəinki özbaşına tikiliyə, üzərində mülkiyyət hüququ qeydə alınmış və yüksək səviyyədə təmir olunmuş mənziliin hər kv.m üçün dəyəri bu qədər təşkil etməsi ağlabatan deyildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə əsasən ödənilməli olan kompensasiya məbləği yaşayış sahəsinin hər kv.m üçün 6242 manat, özbaşına tikililərlə birlikdə ümumi sahəyə münasibətdə isə 2909 manat təşkil edir.
29. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin istifasində olan sahənin əksər hissəsinin özbaşına tikili olmasına baxmayaraq bu tikili mülkiyyət hüququn obyekti qismində çıxış etməsə də, faktiki olaraq 76,12 kv.m hissə yaşayış sahəsi olmaqla cavabdehin mənzil ehtiyaclarını, 87,2 kv.m köməkçi sahə isə digər ehtiyaclarını qarşıladığından, tərəflərin başqa formada razılığı mövcud deyilsə, həmin sahənin kompensasiya ödənilməklə əvəzləşdirilməsi ədalətli və qanunidir.
30. Özbaşına tikili olan evin sökülməsi tələbi vətəndaşların, o cümlədən onların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin olunması tədbirləri ilə əhatə olunur və cavabdehə məruz qaldıqları təsirin kompensasiyası onlara ədalətli məbləğin ödənilməsi, Konstitusiya Məhkəməsinin qərarlarında bəhs olunan mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsaslardan biri kimi çıxış edir. Bu kontekstdə, bir şəxsin əmlaka dair hüquqları digərlərinin hüquqlarından üstün sayılmamalı, əmlak hüquqlarının həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalı, daşınmaz əmlak üzərində hüquq müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməli, Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulması hallarında hüquq sahibləri öz hüquqlarından sui-istifadə etməməli, sökülən əmlakın əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməməlidirlər. Belə ki, hüquq sahibləri ilə razılığın əldə olunmasının qeyri-mümkünlüyü digər şəxslərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.
31. Hazırkı işin hallarını bu baxımdan qiymətləndirən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, yuxarıda qeyd olunan hallar nəzərə alınmaqla İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdehə 475200 manat məbləğində kompensasiya ödənilməsi ədalətli və qanunidir.
32. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
33. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.