Məhkəmə qərarları › İş №2(3-6)-52/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-52/2026

12.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-52/2026 12.02.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər X3, cavabdeh5, cavabdeh3, cavabdeh6, cavabdeh1 və cavabdeh4 qarşı “miras əmlakın naturada bölünməsi və sair” tələbinə dair iş üzrə (Açar sözlər: miras əmlakın naturada bölünməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və X9 ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, iddiaçı İddiaçı, cavabdehlər cavabdeh5, cavabdeh3 və cavabdeh6 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh5 verdiyi apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2015-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X10 cavabdehlər cavabdeh4, cavabdeh1, cavabdeh3, X5 və X12 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlaklarda payın müəyyən edilməsinə və mülkiyyət hüququnun tanınması”na dair iddiası təmin edilməmişdir. 2.İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- ****/**** saylı ##.##.2015-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2015-ci il tarixli qətnaməsindən iddiaçı X11 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilmiş, iddiaçı X11 Badamdar qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi və “Mercedes Benz 180” minik markalı ** UN *** dövlət qeydiyyat nişanlı avtomobilə dair ½ payda mülkiyyət hüququnun tanınması qət edilmişdir.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2017-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar X6 və İddiaçı cavabdehlər * saylı Bakı “ASAN xidmət” mərkəzində xüsusi notariat kontoruna, X12, cavabdeh3, cavabdeh6, cavabdeh1, cavabdeh4 və X10 qarşı “qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin, bunun əsasında verilmiş çıxarışların, eləcə də, nəqliyyat vasitəsinə dair nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi və həmin əmlaklara dair qeydiyyatların ləğv edilməsi” tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri * saylı Bakı “ASAN xidmət” mərkəzinin Notariat kontorunun xüsusi notariusu X8 tərəfindən verilmiş ##.##.2016-cı il tarixli 2V/375, 2V/376 və 2V/*** reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamələr, həmin şəhadətnamələr əsasında bağlanmış ##.##.2016-cı il tarixli, 3M-324, 3M-325 və 3M-*** reyestr nömrəli miras payın bağışlanması barədə müqavilələr, həmin müqavilələr əsasında X10 adına verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, ** saylı evin * saylı mənzilinə və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar və “Mercedes Benz-180” minik markalı ** UN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi və həmin əmlaklara dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin Bakı şəhər Ərazi İdarəsində və Azərbaycan Respublikaı Daxili İşlər Nazirliyi BDYPİ-də aparılmış rəsmi qeydiyyatlatın ləğv edilməsi qət edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- ****/**** saylı ##.##.2017-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı mülki iş üzrə qəbul etdiyi ## #### 2017-ci il tarixli qətnaməsi cavabdeh X12 aid hissədə dəyişdirilmədən saxlanılmışdır.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı ##.##.2017-ci il tarixli qərarından görünür ki, cavabdeh X10 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı ##.##.2017-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir.

6. ##.##.2018-ci il tarixli, *V-** saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri ** saylı notariat kontorunun xüsusi notariusu Səmədov Səristan Məcid oğlu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, ##.##.2015-ci il tarixdə ölmüş X1 vərəsəsi Bakı şəhəri, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, ev 9, mənzil 81 ünvanında qeydiyyatda olan İddiaçıdır və o, miras əmlakdan 1/7 hissədə pay almalıdır. Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən ##.##.2006-cı il tarixdə X1 verilmiş 30/214621 qeydəalma nömrəsi ilə **** nömrəli kitabın 214621-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, ev 19, mənzil 9 ünvanında yerləşən 55.4 kv.m yaşayış sahəsindən ibarət olan mənzildən ibarətdir.

7. ##.##.2018-ci il tarixli, *V-** saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri ** saylı notariat kontorunun xüsusi notariusu Səmədov Səristan Məcid oğlu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, ##.##.2015-ci il tarixdə ölmüş X1 vərəsəsi Bakı şəhəri, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, ev 9, mənzil 81 ünvanında qeydiyyatda olan İddiaçıdır və o, miras əmlakdan 1/7 hissədə pay almalıdır. Şəhadətnamə üzrə verilən miras əmlak Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş 10/.04.2007-ci il tarixli AB****** nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDB2020181F530891, mühərrikin nömrəsi 11192110019230 və buraxılış ili 1**6 olan “Mercedes Benz C180” minik markalı **UN*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir .

8. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X10 cavabdehlər Bakı şəhərı ** saylı notarı at ofisinə, İddiaçı, Yusubova Sevı nc Oqtay qızına və cavabdeh1 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsinə və sair” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı verilmiş Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən verilmiş ##.##.2018-ci il tarixli 2V-** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, İddiaçı verilmiş Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən verilmiş ##.##.2018-ci il tarixli 2V-** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, cavabdeh2 verilmiş Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən verilmiş ##.##.2019cu il tarixli 2V-** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, cavabdeh1 verilmiş Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən verilmiş ##.##.2021ci il tarixli 2V-*** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 0.06 ha torpaq sahəsinə dair cavabdeh1 və İddiaçı Oktay qızının adına mülkiyyət hüquqlarının qeydə alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışların ləğv edilməsi qət edilmişdir.

9. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, ev 19 ünvanında yerləşən ümumi sahəsi 80.45 kv.m olan * saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə 1/7 hissədə İddiaçı adına ##.##.2022-ci il tarixdə, 1/7 hissədə cavabdeh1 adına ##.##.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X1 aid 5/7 hissə açıq qalmışdır.

10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş */**** saylı, ##.##.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinə baxış keçirilməsi mümkün olmadığından qərardadın bu sualı üzrə tədqiqat aparılmamışdır. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, ev 19 ünvanında yerləşən * saylı mənzilin iddiaçı İddiaçı payına düşən 1/7 hissənin (ayrılması) bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89- un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9. bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir.

11. “xxxx” MMC tərəfindən verilmiş QCM/N **-***/** saylı, ##.##.2024-cü il tarixli hesabatdan görünür ki, aparılmış araşdırmalar və təhlillərə əsasən “Mercedes Benz C-180” minik markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin ## ###### 2024-cü il tarixinə bazar dəyəri 6600 manat təşkil edir.

12. Azərbaycan Respublikası Məhkəmə Ekspetizası Mərkəzinin **/**** saylı ## ##### 2025-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində yerləşən ** saylı evin * saylı mənzilinin yerləşmə vəziyyətini, yəni 8 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşdiyini, yalnız bir giriş-çıxış qapısı olduğunu, mənzilin tərkibində yalnız bir mətbəx, bir hamam, bir tualet olduğunu nəzərə alaraq, həmin mənzilin tərəflərin paylarına uyğun olaraq naturada bölünməsinin “AzDTN 2.7-2 “Yaşayış Binaları Layihələndirmə Normaları”nın 5.2, 5.5, 5.6, 5.7 və 5.8 bəndlərində göstərilənlərə və “Yaşayış evlərinin real bölgüsünün mümkünlüyünün təyini və bölgü variantlarının işlənib hazırlanması” metodikasının tələblərinə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur.

13. “xxxx” MMC tərəfindən verilmiş CVN/S 65- ***/** saylı, ##.##.2025-ci il tarixli hesabatdan görünür ki, mütəxəssis qarşısında qoyulmuş suallara uyğun olaraq, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, ev 19, mənzil 9 ünvanına baxış keçirilmiş, ərazi üzrə monitorinq aparılmışdır. Aparılmış hesablamalara və təhlillərə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, ev 19, mənzil 19 ünvanında yerləşən, ümumi sahəsi 80.45 kv.m təşkil edən 4 (dörd) otaqlı mənzilin ## ######## 2025-ci il tarixinə bazar dəyəri 133000 (bir yüz otuz üç min) manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

14. İddiaçı İddiaçı cavabdehlər X3, cavabdeh5, cavabdeh3, cavabdeh6, cavabdeh1 və cavabdeh4 qarşı “miras əmlakın naturada bölünməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində yerləşən ümumi sahəsi 55.4 kv.m olan ** saylı evin * saylı mənzilinin vərəsələrin yəni, onun və cavabdehlərin arasında şəhadətnaməyə uyğun olaraq hər birinə 1/7 hissə olmaqla naturada bölünməsi, naturada bölünmə mümkün olmadıqda həmin mənzilin açıq hərracda satılaraq əldə olunan vəsaitin onun payına düşən 1/7 hissəsinin ona verilməsi və “Mercedes Benz-180” minik markalı avtomobilin açıq hərracda satılaraq əldə olunan məbləğin onun payına düşən 1/7 hissəsinin ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R. İsmayılov küçəsində yerləşən ** saylı evin * saylı mənzilində yerləşən ümumi sahəsi 55.4 kv.m olan yaşayış evi və “Mercedes Benz-180” minik markalı avtomobili mərhum atası X1 onlara miras qalmışdır və həmin əmlaklara dair onlara vərəsəlik şəhadətnaməsi verilərək hər birinin payı 1/7 hissədə müəyyənləşdirilmişdir. O, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində yerləşən ** saylı evin * saylı mənzilinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən 1/7 hissəsinə ilkin olaraq ##.##.2021-ci il tarixdə cavabdeh1, sonra isə ##.##.2022-ci il tarixdə 1/7 hissəyə ona çıxarış verilmişdir. ## #### 2018- ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə “Mercedes Benz-180” minik markalı avtomobilinin də ümumi dəyərinin 1/7 hissəsi ona mirasdan pay kimi müəyyən olunmuşdur. Həmin əmlaklar üzərində mülkiyyət hüququnun olmasına baxmayaraq, cavabdehlər onu əmlakdan sərbəst istifadə etməyə qoymurlar. O, bu səbəbdən də, Bakı şəhəri, Biləcəri rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi ** saylı evin * saylı mənzilində yerləşən ümumi sahəsi 55.4 kv.m olan yaşayış evinin və “Mercedes Benz-180” minik markalı avtomobilin açıq hərracda satılmasını və onun payına düşən 1/7 hissə olmaqla pul vəsaitinin ona verilməsini cavabdehlərə təklif etmişdir. Qeyd olunan əmlak üzərində olan mülkiyyət hüququ əsasında ona aid hissədə payının naturada bölünməsi və əgər bölünməsi mümkün olmadıqda həmin əmlakın qiymətləndirilərək açıq hərracdan satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

16. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim – Pərviz Məmmədov) iddianın təmin edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində yerləşən ** saylı evin * saylı mənzili ilkin satış qiyməti 133000 manat və “Mercedes Benz C-180” minik markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilkin satış qiyməti 6600 manat müəyyən edilməklə açıq hərracda satılması, həmin əmlakların satışından əldə edilmiş pul məbləğinin ümumi mülkiyyətin mülkiyyətçilərinə onların paylarına mütənasib surətdə, o cümlədən 1/7 hissədə İddiaçı ödənilməsi qət edilmişdir.

17. Məhkəmə mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, ilk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanları olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil.

18. Payın naturada ayrılması mümkün olmadıqda ikinci mərhələ üzrə məhkəmə araşdırmasının aparılması iddiaçının iradəsindən asılı olmaqla, yalnız o, digər mülkiyyətçilərdən payının dəyəri kimi ona kompensasiyanın ödənilməsini tələb etdiyi halda mümkündür. İddiaçı payının dəyəri kimi kompensasiya ödənilməsini tələb etmədiyi halda isə məhkəmə araşdırması yekunlaşdırılmaqla ümumi mülkiyyətdən payın naturada ayrılması barədə iddiası rədd olunmalı və ona gələcəkdə ikinci mərhələdən başlanmaqla müvafiq ardıcıllıq üzrə iddia qaldırmaq hüququ izah edilməlidir.

19. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının naturada bölünməsini tələb etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində yerləşən ** saylı evin * saylı mənzili və “Mercedes Benz C-180” minik markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi paylı mülkiyyətdə olan əmlaklardır və müvafiq ekspert rəyi ilə təsdiq edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində yerləşən ** saylı evin * saylı mənzilin yerləşmə vəziyyətini, yəni 8 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşdiyini, yalnız bir giriş-çıxış qapısı olduğunu, mənzilin tərkibində yalnız bir mətbəx, bir hamam, bir tualet olduğunu nəzərə alaraq, həmin mənzilin tərəflərin paylarına uyğun olaraq naturada bölünməsinin “AzDTN 2.7-2 “Yaşayış Binaları Layihələndirmə Normaları”nın 5.2, 5.5, 5.6, 5.7 və 5.8 bəndlərində göstərilənlərə və “Yaşayış evlərinin real bölgüsünün mümkünlüyünün təyini və bölgü variantlarının işlənib hazırlanması” metodikasının tələblərinə əsasən texniki cəhətdən mümkün deyildir. Eyni zamanda, tərəflər ümumi paylı əmlaklar üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirə bilmirlər və tərəflər arasında iddia tələbində göstərilən əmlakların məhkəmədənkənar satılması barədə razılıq əldə olunmamışdır.

20. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməli, sözügedən mübahisənin həllinin çıxış yolu kimi yalnız sözügedən fərdi yaşayış evinin – daşınmaz əmlakın və avtomobilin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi qət edilməlidir.

21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu; Mülki Məcəlləsinin 152.1, 152.5, 213.1-213-3, 214.1-214.4, 215.1, 215.2, 215.3.1, 215.3.2, 215.4-215.6, 220.1-220.6-cı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ##.##.2014-cü il tarixli qərarı; “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları # ###### 2024-cü il tarixli 02/2024 №li qərardadı və Mülki Prosessual Məcəllənin 119.1, 218.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

22. Qətnamədən cavabdeh cavabdeh5 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 23 Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmənin qətnaməsi qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki onlar məhkəmə iclasında iddiaçı İddiaçı mübahisə predmeti olan mənzildə yaşamasına razılıq verdiklərini və bununla əlaqədar ona heç bir maneçilik etməyəcəklərini bildirmişdir.Lakin, əfsuslar olsun ki məhkəmə tərəfindən işin bu halı nəzərə alınmamışdır. Məhkəmə bu ümumi əmlakda payı olan 6 nəfər şəxsin mülkiyyətçi kimi mənafeyini nəzərə almamış və yalnız 1/7 hissədə cuzi paya malik olan iddiaçının mənafeyini daha üstün tutmuşdur. İşin hallarından görsənir ki iddiaçının əsas tələbi bir mülkiyyətçi kimi onun hüquqlarının qorunmasından deyil, qərəzli şəkildə həmin bu evi satmasından ibarətdir. Həmçinin bildirmək istəyir ki məhkəmə tərəfindən mübahisə predmeti olan avtomobilə dair də düzgün qərar çıxarılmamışdır. Belə ki həmin avtomobildə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2015-ci il tarixli qətnaməsi ilə anası X11 ½ hissədə payı müəyyən edilmişdir. Yəni bu avtomobilin faktiki olaraq yarısı anasına məxsusdur. Əfsuslar olsun ki məhkəmə tərəfindən işin bu halı da düzgün qiymətləndirilməmişdir. Ona görə də hesab edir ki, işin halları yenidən araşdırılmalı və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Qanunun normasından görsənirki paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında ,razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Mülki işin sənədlərindən görsənir ki onlar iddiaçının bu mənzildən istifadəsi ilə əlaqədar hər hansı maneçilik yaratmamışdır və hal hazırda da yaratmırlar, lakin, iddiaçı bunu bildiyi halda hal hazırkı iddia ərizəsi ilə qərəzli şəkildə məhkəməyə müraciət edərək bu mənzilin cavabdehlərin mülkiyyətindən çıxarılmasına nail olmaq istəyir. Əfsuslar olsun ki məhkəmə tərəfindən işə baxılarkən onun bu niyyəti nəzərə alınmamış və işin digər halları ilə obyektiv şəkildə araşdırılmamışdır. Təbii ki qanunvericiliyə görə mülkiyyətçinin ümumi paylı mülkiyyətdəki hüquqları kobud şəkildə pozularsa onda məhkəmə onun hüquqlarının müdafiəsi ilə əlaqədar müvafiq qərarlar qəbul edə bilər, lakin iddiaçı məhkəmə gedişində onun hüquqlarının pozulması ilə əlaqədar hər hansı bir sübutu məhkəməyə təqdim edə bilmədi. Əfsuslar olsun ki məhkəmə tərəfindən də işin bu halları araşdırılmadan belə əsassız qətnamə qəbul olundu. Məhkəmə tərəfindən bu iddia ərizəsinə baxılarkən işin bütün halları obyektiv və ədalətli şəkildə araşdırılmamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

25. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh5 apellyasiya şikayətini müdafiə edərək izahatında və ona verilən suala cavab olaraq qeyd etdi ki, onların ataları sağ olanda İddiaçı ev verilib. Onun yaşamağa yeri var, amma onun anasınn yaşamağa evi yoxdur. Ev satılsa belə anasıın həmin evdə yaşamaq hüququ var. 1/7 pay üçün iddiaçıya pul verməyə imkanları yoxdur.

26. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi, izahatında qeyd etdi ki, o, atasının ilk övladıdır. Onun 70 yaşı var. 12 ildir onlar məhkəmələrdədir. Bu əmlak onun atasının mülküdür, paylara bölünüb. Haqq və ədalət istəyir.

27. Məhkəmə kollegiyasının iclasında cavabdehlər cavabdeh3 və cavabdeh6 iddianın əsassız olduğunu bildirərək şikayətin təmin edilməsini xahiş etdilər.

28. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdehlər X3, cavabdeh1 və cavabdeh4 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası digər cavabdehlər tərəfindən üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

33. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının iddianın cavabdeh cavabdeh5 münasibətdə təmin edilən hissəsində yoxlanılması təşkil edir. Çünki digər cavabdehlər apellyasiya şikayəti verməmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

35. Belə ki, iş materiallarının tədqiqi ilə müəyyən edilir ki, ##.##.2018-ci il tarixli *V-** saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri ** saylı notariat kontorunun xüsusi notariusu Səmədov Səristan Məcid oğlu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, ##.##.2015-ci il tarixdə ölmüş X1 vərəsəsi Bakı şəhəri, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, ev 9, mənzil 81 ünvanında qeydiyyatda olan İddiaçıdır və o, miras əmlakdan 1/7 hissədə pay almalıdır. Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən ##.##.2006-cı il tarixdə X1 verilmiş 30/214621 qeydəalma nömrəsi ilə **** nömrəli kitabın 214621-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, ev 19, mənzil 9 ünvanında yerləşən 55.4 kv.m yaşayış sahəsindən ibarət olan mənzildən ibarətdir.

36. Mübahisə predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, ev 19 ünvanında yerləşən ümumi sahəsi 80.45 kv.m olan * saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə 1/7 hissədə İddiaçı adına ##.##.2022-ci il tarixdə, 1/7 hissədə cavabdeh1 adına ##.##.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, X1 aid 5/7 hissə açıq qalmışdır. 37 İddiaçı İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində yerləşən ümumi sahəsi 55.4 kv.m olan ** saylı evin * saylı mənzilinin vərəsələrin yəni, onun və cavabdehlərin arasında şəhadətnaməyə uyğun olaraq hər birinə 1/7 hissə olmaqla naturada bölünməsi, naturada bölünmə mümkün olmadıqda həmin mənzilin açıq hərracda satılaraq əldə olunan vəsaitin onun payına düşən 1/7 hissəsinin ona verilməsi və “Mercedes Benz-180” minik markalı avtomobilin açıq hərracda satılaraq əldə olunan məbləğin onun payına düşən 1/7 hissəsinin ona verilməsini xahiş edir.

38. Birinci instansiya məhkəməsi, əmlakın naturada bölünməsinin qeyri mümkün olması barədə ekspert rəyini və cavabdehlərin kompensasiya ödəməyə razılıq verməməsini əsas götürərək belə qənaətə gəlmişdir ki, iddia təmin edilməlidir.

39. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri odur ki, cavabdehlər tərəfindən iddiaçının həmin mənzildən sərbəst istifadəsinə maneə olunmur.

40. Kollegiya iddiaçının mənzildən istifadəsinə maneənin mövcud olmaması barədə cavabdehin şikayətinin dəlilini həmin iş materiallarına əsasən həmin əmlakla bağlı çoxsaylı məhkəmə mübahisəsinin mövcudluğunu nəzərə alaraq əsassız hesab edir. O cümlədən qeyd edir ki, paylı mülkiyyətçinin payının ayrılmasını tələb etmək onun hüququdur. **. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının # ###### 2024-cü il tarixli, **/**** nömrəli birgə Qərardadında qeyd olunur ki, iddia tələbinin hansı formada ifadə olunmasından asılı olmayaraq, qaldırılan iddianın predmeti ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya payın ayrılmasından ibarət olduğundan, məhkəmə hər bir halda həmin tələbin qanuni əsasını təşkil edən maddənin dispozisiya şərtlərinə uyğun olaraq mübahisənin qanunla müəyyən edilmiş ardıcıllıq gözlənilməklə hər bir mərhələ üzrə həll edilməsinin mümkünlüyünü aydınlaşdırmalıdır. Bu, məhkəmənin qanundan irəli gələn xidməti vəzifəsi olmaqla, tələbdən kənara çıxma kimi qiymətləndirilə bilməz. **. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 220-ci maddəsi təşkil edir. Qanuna əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər (§29).

43. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspetizası Mərkəzinin **/**** saylı ## ##### 2025-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində yerləşən ** saylı evin * saylı mənzilinin yerləşmə vəziyyətini, yəni 8 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşdiyini, yalnız bir giriş-çıxış qapısı olduğunu, mənzilin tərkibində yalnız bir mətbəx, bir hamam, bir tualet olduğunu nəzərə alaraq, həmin mənzilin tərəflərin paylarına uyğun olaraq naturada bölünməsinin “AzDTN 2.7-2 “Yaşayış Binaları Layihələndirmə Normaları”nın 5.2, 5.5, 5.6, 5.7 və 5.8 bəndlərində göstərilənlərə və “Yaşayış evlərinin real bölgüsünün mümkünlüyünün təyini və bölgü variantlarının işlənib hazırlanması” metodikasının tələblərinə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur.

44. Buna görə də kollegiya hesab edir ki, iddiaçının payının naturada ayrılması mümkün olmadığından, iddiaçının payına uyğun kompensasiya verilməsi barədə razılıq olmadığından, ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməli olması barədə birinci instansiya məhkəməsinin mövqeyi mənzilə münasibətdə qanuni və əsaslıdır.

45. Apellyasiya şikayətinin digər dəlili odur ki, “Mercedes Benz-180” minik markalı avtomobil üzərində Bakı Apeliyasiya Məhkəməsinin ##.##.2015-ci il tarixli qətnaməsi ilə anası X11 ½ hissədə payı müəyyən edilmiş, bu hal məhkəmə tərəfindən nəzərə alınmamışdır.

46. Kollegiya qeyd edir ki, “Mercedes Benz C-180” minik markalı avtomobil üzərində cavabdehin anası X11 1/2 hissədə payının nəzərə alınmaması ilə bağlı hallar X11 tərəfindən mübahisələndirilə bilər. İşdən də görünür ki, X11 mülki iş üzrə nə cavabdeh, nə də üçüncü şəxsdir.

47. Kollegiya hesab edir ki, “Mercedes Benz C-180” minik markalı avtomobil üzərində X11 1/2 hissədə payının müəyyən edilməsi ilə bağlı halların nəzərə alınmamasına məhkəmə kollegiyası digər paylı mülkiyyətçi olan cavabdeh5 apellyasiya şikayəti üzrə baxıb hüquqi qiymət verməsi mümkün deyil.

48. Kollegiya qeyd edir ki, əgər X11 onun hüququnun pozulduğunu hesab edirsə Mercedes Benz C-180” minik markalı avtomobilə aid hissədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən məhkəmə aktları ilə marağına toxunan şəxs qismində apellyasiya şikayəti verə bilər.

49. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh cavabdeh5 verdiyi apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən - Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində yerləşən ** saylı evin * saylı mənzilə aid hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatorlara aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar