Məhkəmə qərarları › İş №2(3-6)-558/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-558/2026

23.04.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-558/2026 23.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və s.» tələbinə dair iş üzrə Açar sözlər: (etibarsızlıq) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2018-ci il tarixli qətnaməsindən cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı 1.Bakı şəhəri Nərimanov rayonu, Xətai prospekti 33 nörməli evin ** saylı mənzili xüsusi mülkiyyət hüququ ilə iddiaçı İddiaçı məxsusdur. 2.Həmin mənzilin altında yerləşən ümumi faydalı sahəsi 20.1 kv.m olan qeyri-yaşayış obyekti Azərbaycan Respublikası Prezidentinin ##.##.2000-ci il tarixli, 383 nörməli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”-na uyğun olaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin ##.##.2016-cı il, 151N-/II sərəncamı ilə hərrac vasitəsi ilə özəlləşdirilməsi barədə qərar qəbul edilmişdir. 3.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 arasında bağlanmış ##.##.2018-ci il tarixli “Müəassisənin (obyektin) alqı-satqı müqavilə”n əsasən müqavilənin predmetini “Alıcı”-nın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən ##.##.2018-ci il tarixdə keçirilən hərracda **/** №-li protokola əsasən satın aldığı 20.1 kv.m qeyriyaşayış sahəsi təşkil edir (müqavilənin 1.1-ci bəndi). 4.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 adına Nərimanov rayonu, Xətai prospekti 33 ünvana 20.1 kv.m-lik qeyri-yaşayış sahəsinə ##.##.2018-ci il tarixli Seriya RX №******* daşınmaz əmlakın dövlər reyestrindən çıxarış verilmişdir. a) Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinə dəqiqləşmə verərək Əmlak Məsələləri Dövlət Komitəsi ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 arasında Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 33 ünvanda yerləşən 20.1 kv.m qeyri-yaşayış sahəsinin satılmasına dair ##.##.2018-ci il tarixli **** saylı müqavilənin etibarsız sayılması, DƏDRX-nin * saylı Bakı Ərazi Idarəsi tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 adına həmin qeyri-yaşayış sahəsinə dair ##.##.2018-ci il tarixli, RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi, MKTB-nin balansında olmasına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ######## 2018-ci il tarixli, 2(001)- *****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 33 ünvanda yerləşən 20.1 kv.m qeyri-yaşayış sahəsinin satılmasına dair ##.##.2018-ci il tarixli hərrac protokolu, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 arasında Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 33 ünvanda yerləşən 20.1 kv.m qeyri-yaşayış sahəsinin satılmasına dair ##.##.2018-ci il tarixli, **** saylı müqavilənin etibarsız sayılması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi Idarəsi tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 adına Bakı şəhəri Nərimanov rayonu, Xətai prospekti 33 ünvanda yerləşən 20.1 kv.m qeyri-yaşayış sahəsinə dair ##.##.2018-ci il tarixli, Seriya RX ******* saylı çıxarışın ləğv edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 6300 manat məbləğində pulun geri qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

7. Qətnamədən narazı qalan cavabdehlər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi Idarəsi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2019-cu il tarixli, *(***)-***/**** saylı qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- ****/**** saylı iş üzrə ## ######## 2018-ci il tarixli qətnaməsi Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 33 ünvanda yerləşən 20.1 kv.m qeyri-yaşayış sahəsinin ünvan 1 Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olmasına dair daşınmaz dövlət əmlakı haqqında Reyestrdən çıxarışın etibarsız sayılması tələbinə aid hissədə ləğv edilmiş, həmin hissədə mülki işin icraatına xitam verilmişdir.

9. Qərardaddan şikayət verilməmişdir və qərardad qanuni qüvvəsini almışdır.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-*/**** nömrəli, ## ###### 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 33 ünvanda yerləşən 20.1 kv.m qeyri-yaşayış sahəsinin satılmasına dair ##.##.2018-ci il tarixli hərrac protokolu, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 arasında Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 33 ünvanda yerləşən 20.1 kv.m qeyri-yaşayış sahəsinin satılmasına dair ##.##.2018-ci il tarixli, **** saylı müqavilənin etibarsız sayılması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi Idarəsi tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 adına Bakı şəhəri Nərimanov rayonu, Xətai prospekti 33 ünvanda yerləşən 20.1 kv.m qeyri-yaşayış sahəsinə dair ##.##.2018-ci il tarixli, Seriya RX ******* saylı çıxarışın ləğv edilməsi tələbləri üzrə mülki işin icraatına xitam verilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, iddianın mahiyyətindən göründüyü kimi, tələbin əsasını hərracın nəticələrinin ləğvi təşkil edir. Hazırda iddia tələbi məhz həmin hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilənin etibarsız hesab edilməsindən ibarətdir və Əmlak Məsələləri Dövlət Komitəsinə (hazırda Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə), həmçinin digər şəxslərə qarşı yönəldilmişdir. Mübahisəsi gedən daşınmaz əmlakın sərəncamvericisi qismində Əmlak Məsələləri Dövlət Komitəsi çıxış etmişdir. Göründüyü kimi, hazırkı iddianın əsasını inzibati mübahisənin həlli ilə bağlı yaranan və inzibati orqanın (Əmlak Məsələləri Dövlət Komitəsinin) ##.##.2016-cı il tarixli, *** nömrəli sərəncamı təşkil edir. Odur ki, baxılan iş üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə (dövlət əmlakının icarəyə verilməsi və özəlləşdirilməsi) aiddir, həmin hüquq münasibəti bununla bağlı qəbul olunmuş xüsusi qaydalara əsasən normativ hüquqi aktlarla müəyyən olunmuş inzibati orqan tərəfindən həyata keçirilir; iddiaçı isə faktiki olaraq həmin münasibət çərçivəsində qəbul edilmiş qərarın (özəlləşdirmə qərarının nəticələrinin) qanunsuz olduğunu iddia edir. Nəzərə alınmalıdır ki, mübahisələndirilən əqd dövlət əmlakının özəlləşdirilməsinin rəsmiləşdirilməsi qaydalarına əsasən bağlandığı və ya tərtib edildiyi üçün həmin münasibətlər də qeyd olunan publik hüquq münasibətlərinin tərkib hissəsi kimi qiymətləndirilməlidir.

12. Məhkəmə öz hüquqi mövqeyini “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 22.1ci maddəsinə, “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın 4.6.4-cü bəndinə, Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”nın 4.2.1-ci bəndinə, “Inzibati icraat haqqında” Qanunun 1.1-ci, 1.2-ci maddələrinə və Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə istinadən əsaslandırmışdır. 96, 1200-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

13. Iddiaçı kassasiya şikayəti verərək apellyasiya isntansiyası məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-*/**** nömrəli iş üzrə qərardadından şikayət vermə müddətinin buraxılmasının üzürlü hesab edilməsi və kassasiya şikayətinin baxılması üçün Ali Məhkəməyə göndərilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

14. Cavabdehlər kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməklə iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı ilə iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-*/**** nömrəli, ## ###### 2023-cü il tarixli qərardadının ləğv edilməsi, işin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır.

16. Işi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı halda iddiaçı tərəfindən mübahisəli əmlakın (Bakı şəhəri Nərimanov rayonu, Xətai prospekti 33 ünvanda yerləşən 20.1 kv.m qeyri-yaşayış sahəsinin) dövlət əmlakı kimi satışa çıxarılması barədə qərar (inzibati akt) deyil, yalnız hərrac və onun hüquqi nəticələri mübahisələndirildiyindən həmin iddia tələblərinə “Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarındakı hüquqi mövqeyə əsasən mülki icraat qaydasında baxılmalı olduğu üçün iş üzrə icraata xitam verilməsi barədə mübahisələndirilən qərardadın məhkəmə təcrübəsinə uyğun olmadığı müəyyən edilir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Təkrar apellyasiya baxışı zamanı apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında verilən izahatlar

18. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi X1 öz apellyasiya şikayətlərinin təmin edilməsini, iddianın rədd edilməsini xahiş etdi, izahatında qeyd etdi ki, eyni məsələ inzibati məhkəmənin araşdırma predmeti olub. Iddiaçı iddia edirdi ki, həmin zirzəmi onun mənzilinin tərkib hissəsidir, dövlət əmlakı hesab edilə bilməz. Bu səbəbdən də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncam vermə hüququ olmayıb. Lakin, bununla bağlı heç bir sübut təqdim edə bilməmişdir. Inzibati məhkəmədə bu məsələyə baxılıb. Həmin yer dövlət əmlakıdır. Yerli baxışda da iştirak edən zaman gördülər ki, həmin sahənin ayrıca giriş-çıxış qapısı olub. Iddiaçı əmlak özəlləşdirildikdən sonra girişçıxış qapısını özbaşına olaraq bağlayıb, divarla hörmüşdür. Onlar məhkəmələrə də bununla bağlı sənədləri təqdim etmişdir. Həmin sahədə digər zirzəmilər də olub ki, cavabdeh onları alqı-satqı yolu ilə özəlləşdirmişdir. Dövlət əmlakının reyestri 1999-cu il *** nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aparılır. Əmlak da özəlləşdirilən zaman Mənzil kommunal təsərrüfat birliyinin balansında olmaqla reyestrdə qeydiyyata alınmışdır. Tərəflərindən təqdim edilmiş çıxarışa əsasən həmin əmlak dövlət mülkiyyəti kimi dövlət əmlakı reyestrində qeydiyyata alınmışdır. Əmlakla bağlı iddiaçının heç bir hüquqmüəyyənedici sənədi yoxdur. Onun bu iddianı qaldırmaq üçün heç bir subyektiv hüququnun olmaması Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarında da öz əksini tapır. Bu hallar artıq başqa bir məhkəmənin araşdırma predmeti olub, hesab edirik ki, həmin hallar bu iş üzrə preyudisal əhəmiyyət daşıyır.

19. Digər tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. Istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Istifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

21. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun: Maddə 16.1. Dövlət əmlakının özəlləşdirilməsi aşağıdakı üsullarla həyata keçirilir: Maddə 16.1.4. dövlət əmlakının hərraclar vasitəsilə satışı; Maddə 20.1. Dövlət əmlakının hərraclar vasitəsilə ilə satışı həmin əmlakın hər hansı bir şərt qoyulmadan alıcıya satışıdır. Bu zaman əmlak üzərində mülkiyyət hüququ hərracın gedişində maksimum qiymət təklif etmiş alıcıya verilir. Dövlət əmlakının hərrac vasitəsilə satışı baş tutmadıqda (sifariş verilmədikdə və ya start qiyməti ilə satılmadıqda) növbəti hərracda dövlət əmlakının satıcısı müəyyən olunmuş qaydada start qiymətini aşağı sala bilər.

22.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddələr 14.2, 77.1, 217.4. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddələr 385.1.1, 385.1.2.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasıməhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.

Apellyasiya baxışının hədləri

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

25. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Işə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

26. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. 27.Kollegiya qeyd edir ki, Bakı şəhəri Nərimanov rayonu, Xətai prospekti 33 nörməli evin ** saylı mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçı İddiaçı məxsusdur. 28.Həmin mənzilin altında yerləşən ümumi faydalı sahəsi 20.1 kv.m olan qeyri-yaşayış obyekti Azərbaycan Respublikası Prezidentinin ##.##.2000-ci il tarixli, 383 nörməli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”-na uyğun olaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin ##.##.2016-cı il, 151N-/II sərəncamı ilə hərrac vasitəsi ilə özəlləşdirilməsi barədə qərar qəbul edilmişdir. 29.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 arasında bağlanmış ##.##.2018-ci il tarixli “Müəassisənin (obyektin) alqı-satqı müqaviləsi”nə əsasən müqavilənin predmetini “Alıcı”-nın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən ##.##.2018-ci il tarixdə keçirilən hərracda **/** №-li protokola əsasən satın aldığı 20.1 kv.m qeyri-yaşayış sahəsi təşkil edir (müqavilənin 1.1-ci bəndi). 30.Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarının 26-cı bəndində qeyd olunmuşdur ki, iddiaçı hazırki tələbində mübahisəli əmlakın dövlət əmlakı kimi satışa çıxarılması barədə qərarı (inzibati aktı) deyil, yalnız hərrac və onun nəticələrini mübahisələndirdiyindən hazırki tələbə mülki icraat qaydasında baxılmalıdır. 31.Qeyd edildiyi kimi iddiaçı hərracın nəticəsi olan alğı-satqı müqaviləsini mübahisələndirmişdir. Iddiaçının iddia tələbinin əsası odur ki, mülkiyyətində olan mənzilin altında kustar üsulla yaradılmış və uzun müddət istifadə etdiyi zirzəminin başqa şəxsə satılması qanunsuz olmuşdur. 32.Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (üçüncü şəxslər - Bakı Şəhər Icra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamenti, Nərimanov yayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 33 ünvanında yerləşən sahəsi 20.1 kv.m olan zirzəminin Nərimanov MKTB-nin balansında olmasına dair daşınmaz dövlət əmlakı haqqında Registrdə aparılmış qeydiyyatın etibarsız hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

33. Bakı Inzibati Məhkəməsinin 2022-ci il ## ###### tarixli, *-*(***)-**/**** saylı qərarı ilə Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 33 ünvanında yerləşən sahəsi 20.1 kv.m olan zirzəminin Nərimanov MKTB-nin balansında olmasına dair daşınmaz dövlət əmlakı haqqında Registrdə aparılmış qeydiyyatın etibarsız hesab edilməsi barədə iddia təmin edilmişdir.

34. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2023-cü il ## ##### tarixli, 2-1(103)- ***/**** saylı qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının 2-1(102)-1892/2023 nörməli iş üzrə ##.##.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2023-cü il ## ##### tarixli, 2-1(103)- ***/**** nömrəli qərarı ləğv edilmiş, yeni qərar qəbul edilərək iddia mümkün sayılmamışdır.

36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının 2-1(102)-1892/2023 nörməli iş üzrə ##.##.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə iddia qaldırmaq səlahiyyətinə malik olması ilə bağlı şərt də yerinə yetirilmiş olmalıdır. Hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan iddiaçının belə səlahiyyətə malik olduğu görünmür. Iddiaçı registrdə aparılmış qeydiyyatın yalnız onun hüququnu pozması ehtimalının mövcud olduğu halda həmin qeydiyyatın ləğvini tələb edə bilərdi. Başqa sözlə, registrdə aparılmış qeydiyyatın ləğvini tələb etmək üçün iddiaçı ən azından iddia etdiyi qeyri-yaşayış sahəsi (zirzəmi) üzərində qanuni istifadə hüququna malik olmalıdır. Qanuni istifadə hüququ qanundan, inzibati aktdan və ya müqavilədən irəli gəlməli, hüquqmüəyyənedici sənədə əsaslanmalıdır. Lakin iddiaçının mübahisəli sahə üzərində qanuni istifadə hüququna malik olduğu mübahisəyə dair iş üzrə materiallarla təsdiq olunmur.

37. Qərarda həmçinin qeyd edilir ki, iddiaçı tərəfindən, onun özünün də etiraf etdiyi kimi, qanunvericiliklə müəyyən olunmuş qaydada icazə alınmadan və müvafiq rəsmiləşdirmə aparılmadan mənzilin döşəməsindən aşağıya giriş qapısı açılaraq mənzilin altında zirzəmi sahəsinin yaradılması, həmin sahədən məişət məqsədilə saxlanc yeri kimi faktiki istifadə edilməsi qeyd olunan sahə üzərində iddiaçının qanuni istifadə hüququnun yaranması və mövcud olması anlamında qiymətləndirilə bilməz. Belə hüquqa malik olması üçün iddiaçı bu qərarın 36-cı bəndində qeyd edilən əsaslardan hər hansı birinə malik olmalıdır. Mübahisəyə dair iş üzrə materiallardan həmçinin iddiaçının bir neçə dəfə Nərimanov rayon Icra Hakimiyyətinə və ərazi Mənzil-kommunal istismar sahəsinə müraciət edərək, mənzilin altındakı sahəyə bayırdan giriş qapısının açılmasına, zirzəminin genişləndirilməsinə və sənədləşdirilməsinə icazə verilməsi barədə müraciət etdiyi, lakin onun həmin müraciədinin təmin olunmadığı görünür. Yəni iddiaçının həmin sahəyə hər hansı hüququnun mövcud olmadığı bu xüsusatla da təsdiq olunur.

38. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Prezidentinin ##.##.2000-ci il tarixli, 383 nörməli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramının 4.6.5-ci bədninə istinad edərək qeyd etmişdir ki, qeyri-yaşayış sahəsi iddiaçının istifadəsində olmuş, lakin hərracdan əvvəl iddiaçıya təklif edilməmişdir.

39. Kollegiya qeyd edir ki, qanuni qüvvəsini almış məhkəmə qərarı ilə müəyyən olunur ki, iddiaçının mübahisəli qeyri yaşayış sahəsi üzərində hər hansı hüququ (istifadə və sair) olmamışdır. 40.Kollegiya o cümlədən qeyd edir ki, iddiaçı alğı-satqı müqaviləsinin bağlanmasına əsas olmuş hərracı mübahisələndirməmişdir. 41.Birinci instansiya məhkəməsinin qətnaməsində qeyd olunur ki, iddiaçı tələbini dəqiqləşdirərək alğı- satqı müqaviləsi ilə yanaşı hərrac protokolununun etibarsızlığını da tələb etmişdir. Lakin iş materialında və elektron sistemdə belə bir dəqiqləşmə ərizəsi yoxdur. 42.Hətta, Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2019-cu il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi Hərrac Mərkəzinin iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini xahiş etsə də, iddiaçının nümayəndəsi vəsatətə etiraz etmiş və bildirmişdir ki, hərracın nəticəsi alğı-satqı müqaviləsi olduğundan hərracı deyil, alğı-satqı müqaviləsini mübahisələndirir (İ cild, i.v.136). 43.Belə olan halda kollegiya qeyd edir ki, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2018-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməli, iş üzrə iddia ərizəsinin və apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tərəflərin özünə aid edilməlidir. 44.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2018-ci il tarixli qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddia tələbi təmin edilməsin. Iş üzrə iddia ərizəsinin və apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği tərəflərin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Günay Axundova Hakimlər Rəşəd Səmədov Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar