Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-561/2026 04.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi, icarə haqqının və maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi, icarə haqqının və maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-544/2025 nömrəli, 05 noyabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında daxil olmuş işə baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat:
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “qeyriyaşayış sahəsinin təhvil verilməsi, icarə haqqının və maddi ziyanın əvəzinin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 6 ünvanında yerləşən 200,8 kv.metr qeyri-yaşayış sahəsinin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən iddiaçıya təhvil verilməsi, xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dövrü əhatə edən müddət ərzində ödənilməli olan icarə haqqı (dəymiş ziyanın) 128.151 manatın, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 420 manatın cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi və Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 6 ünvanında yerləşən 200.8 kv.metr qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilənədək xx.xx.2025-ci il tarixdən hesablanmaqla aylıq 3923,64 manat məbləğində dəymiş maddi ziyanın cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-544/2025 saylı, 05 noyabr 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 6 ünvanında yerləşən və ümumi sahəsi 200.8 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi, 125.100 manat məbləğində pul vəsaitinin Cavabdeh1 və Cavabdeh2 İddiaçı xeyrinə tutulması, Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 6 ünvanında yerləşən ümumi sahəsi 200.8 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilənədək xx.xx.2025-ci il tarixdən başlayaraq aylıq 3300 manat icarə haqqı hesablanmaqla maddi ziyanın əvəzinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı xeyrinə tutulması qət edilmişdir.
3. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-544/2025 nömrəli, 05 noyabr 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin ona aid hissədə təmin edilməməsini xahiş etmişdir.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat:
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6964/2025 nömrəli, 24 dekabr 2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-544/2025 nömrəli, 05 noyabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri:
5. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 EMİS-də yaradılmış elektron kabineti vasitəsilə xx.xx.2026-cı il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e- 2(009)-544/2025 saylı, 05 noyabr 2025-ci il tarixli qətnaməsindən yenidən apellyasiya şikayəti verməklə yanaşı, apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli məktubuna əsasən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-544/2025 saylı, 05 noyabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş prosessual müddətin bərpası barədə ərizəyə münasibət bildirilməsi məqsədilə mülki işin Bakı şəhəri Səbail Rayon Məhkəməsinə geri göndərilməsi xahiş olunmuşdur.
Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
8. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş prosessual müddətin bərpası barədə ərizəyə münasibət bildirilməsi məhkəmə iclasında həll edilməklə, prosessual hərəkətlərin edilməli olduğu məhkəmənin səlahiyyətlərinə aid olduğundan, iş həmin məhkəməyə qaytarılmalıdır.
9. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
qərara aldı:
İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi, icarə haqqının və maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş apellyasiya baxışından çıxarılsın və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-544/2025 saylı, 05 noyabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə ərizəyə münasibət bildirilməsi məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: Rəşid Səmədov
Xumar Mərdanova
Vahid Sadıqov