Məhkəmə qərarları › İş №2(3-6)-617/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-617/2026

28.04.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-617/2026 28.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar iddiaçı3 Bəhram oğlu, iddiaçı2, iddiaçı5, iddiaçı1, iddiaçı4 Bəhram oğlunun cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: torpaq sahəsindən istifadə hüququnun tanınması) ünvan 1əhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçılar iddiaçı3 Bəhram oğlu, iddiaçı2, iddiaçı4 Bəhram oğlu, Cavabdeh Cavabdeh və onun nümayəndəsi-vəkili Qanuni nümayəndə iştirakı ilə, İddiaçılar iddiaçı3 Bəhram oğlu, iddiaçı2, iddiaçı5, iddiaçı1 və iddiaçı4 Bəhram oğlunun cavabdeh Cavabdeh qarşı “torpaq sahəsinin ümumi istifadə hissələrindən istifadə hüququnun tanınması, istifadə sahələrinin hüdudlarının müəyyən edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- ****/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı iddiaçı4 Bəhram oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə ünvan 1əhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2008-ci il tarixli, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 1 ədəd 4 mərtəbəli, 24 otaqlı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X2 adına qeydə alınmışdır.

2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ##.##.2020-ci il tarixdən paylı mülkiyyət üzrə iddiaçı5, iddiaçı3 Bəhram oğlu, iddiaçı1, iddiaçı2, iddiaçı4 Bəhram oğlu və ##.##.2022-ci il tarixdən X3 paylı mülkiyyəti kimi qeydə alınmışdır.

3. Çıxarışdan görünür ki, 0,069 ha torpaq sahəsi X3 fərdi mülkiyyəti, fərdi yaşayış evi üzrə dəhliz və pilləkən qəfəsi ümumi istifadə yerləri olaraq rəsmiləşdirilmişdir.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli *(***)-**/**** nömrəli qətnaməsinə əsasən iddiaçı iddiaçı4 1/6 hissədə mülkiyyətçisi olduğu Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, 0,0690 ha torpaq sahəsi üzərində inşa edilmiş 14 A saylı evin payına mütənasib şəkildə 532.2 kv.m. (156.2 kv.m. dəhliz və pilləkən qəfəsi ümumi istifadə) naturada ayrılaraq mülkiyyətinə verilməsi, iddiaçı iddiaçı5 1/6 hissədə mülkiyyətçisi olduğu Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, 0,0690 ha torpaq sahəsi üzərində inşa edilmiş 14 A saylı evin payına mütənasib şəkildə 66.5 kv.m. (156.2 kv.m. dəhliz və pilləkən qəfəsi ümumi istifadə) naturada ayrılaraq mülkiyyətinə verilməsi, iddiaçı iddiaçı3 Bəhram oğlunun 1/6 hissədə mülkiyyətçisi olduğu Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, 0,0690 ha torpaq sahəsi üzərində inşa edilmiş 14 A saylı evin payına mütənasib şəkildə 87.4 kv.m. (156.2 kv.m. dəhliz və pilləkən qəfəsi ümumi istifadə) naturada ayrılaraq mülkiyyətinə verilməsi, iddiaçı iddiaçı1 1/6 hissədə mülkiyyətçisi olduğu Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, 0,0690 ha torpaq sahəsi üzərində inşa edilmiş 14 A saylı evin payına mütənasib şəkildə 87.4 kv.m. (156.2 kv.m. dəhliz və pilləkən qəfəsi ümumi istifadə) naturada ayrılaraq mülkiyyətinə verilməsi, iddiaçı iddiaçı2 1/6 hissədə mülkiyyətçisi olduğu Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, 0,0690 ha torpaq sahəsi üzərində inşa edilmiş 14 A saylı evin payına mütənasib şəkildə 116.5 kv.m. (156.2 kv.m. dəhliz və pilləkən qəfəsi ümumi istifadə) naturada ayrılaraq mülkiyyətinə verilməsi, naturada ayrılmanın Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2023-cü il tarixli *-**-**/*-**/**** nömrəli rəyinin nəticə hissəsinə müvafiq olaraq iş materiallarına əlavə edilmiş sxemə uyğun həyata keçirilməsi qət edilmişdir.

5. ünvan 1əhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(****-**/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin ediməməsi qət edilmişdir.

6. Azərbaycan Respublikası Ali məhkəməsinin ##.##.2025-ci il tarixli 2(102)- ****/**** nömrəli qərarına əsasən kassasiya şikayəti təmin olunmamış və ünvan 1əhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçılar iddiaçı3 Bəhram oğlu, iddiaçı2, iddiaçı5, iddiaçı1, iddiaçı4 Bəhram oğlunun cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, **A nömrəli evin yerləşdiyi 0,069 ha torpaq sahəsinin sahibi X4 məxsus torpaq sahəsinin ümumi istifadə hissələrindən istifadə hüquqlarının tanınması, istifadə hüdudlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

8. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçılar ünvan 2 ünvanında yerləşən mənzildə yerləşən və paylı mülkiyyətdə olan yaşayış sahəsinin mülkiyyətçiləridir. Həmin yaşayış evi cavabdeh Cavabdeh mülkiyyətində olan 0,069 ha torpaq sahəsində yerləşir. Torpaq sahəsi cavabdehin adına qeydiyyata alınmışdır. Hazırda onlar yaşayış evinin qanuni payçı sahibləri həyət sahəsindən istifadə etməlidirlər. Lakin bu istifadə hüququ rəsmiləşdirilməyib.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2025ci il tarixli qətnaməsi ilə (hakim Aytəkin Əsədzadə) iddia rədd edilmişdir.

10. Məhkəmə göstərmişdir ki, ünvan 1əhkəməsinin ## #### 2025-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, tərəflərin əvvəlki məhkəmə mübahisəsi zamanı ekspertiza təyin edilmiş, ekspert rəyi ilə 0,069 ha torpaq sahəsinin üzərinə fərdi yaşayış evinin yerləşdiyi, tikinti altı sahəsinin 0,04588 ha olduğu təsdiqini tapmışdır. Bununla müəyyən olunmuşdur ki, xüsusi mülkiyyətdə olan 0,069 ha torpaq sahəsinin tikinti altı olmayan hissəsi 232 kv.m sahədən ibarətdir.

11. Məhkəmə hesab etmişdir ki, paylı mülkiyyətdə olan fərdi yaşayış evinə giriş-çıxışı təmin etmək üçün istifadə oluna biləcək torpaq sahəsinin maksimal ölçüsü 232 kv.m-dir. Bu hissədə torpaq sahəsindən istifadəyə isə hər hansı maneə törədildiyi iş materialları ilə öz təsdiqini tapmamışdır.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 6.1.4, 139.1, 139.3, 152.1, 152.5, 153.4, 158.1, 158.1.1, 158.1.2, 158.1.3, 158.2, 158.4, 255.1, Azərbaycan Respublikası Torpaq Məcəlləsi 49, 54, Mülki Prossesual Məcəllənin 14.1, 14.2, 77.1, 88, 119, 216-220, 227, 233, 358 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən iddiaçı iddiaçı4 Bəhram oğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

14. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır. Qətnamənin 16-cı bəndində məhkəmə özü etiraf edir ki, daşınmaz əmlak üzərindəki “dəhliz və pilləkən qəfəsi ümumi istifadədədir”. Mülki Məcəllənin 158.2-ci maddəsinə görə, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Onlar həmin evdə paylı mülkiyyətçilərdir. (Qətnamə, bənd 4). Mülkiyyətlərində olan 116.5 kv.m yaşayış sahəsinə daxil olmaq üçün yeganə yol məhz həmin "ümumi istifadədə" olan dəhliz və həyətyanı sahədir. Məhkəmə mülkiyyət hüququnun tərkib hissəsi olan istifadə hüququnu tanımamaqla, onları öz mülkiyyətindən istifadə etmək imkanından məhrum etmişdir. Məhkəmə qətnamədə qeyd edir ki, onlar maneəni təsvir etməmişlər. Lakin iddianın mahiyyəti sadəcə keçmişdəki bir maneə deyil, hüququn rəsmi qaydada tanınmasıdır. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək faktiki olaraq iddiaçıların həmin ərazidən istifadə hüququnu inkar etmişdir (Qətnamə, bənd 11). Hüququn cavabdeh tərəfindən tanınmaması özü ən böyük hüquqi maneədir. Mülki Məcəllənin 255.1 və Torpaq Məcəlləsinin 54-cü maddələrinə görə, qonşu torpaq sahəsindən məhdud istifadə hüququ (servitut) müəyyən edilə bilər. Bizim evimizin yerləşdiyi konfiqurasiya (paylı mülkiyyət) elədir ki, həyət sahəsindən keçmədən mənzilə daxil olmaq texniki olaraq qeyri-mümkündür. Məhkəmə bu faktı araşdırmaq üçün yerində baxış keçirməmiş, ekspert rəyinə hüquqi qiymət verməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

16. Məhkəmə iclasında iştirak edən iddiaçılar apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdilər.

17. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi-vəkili apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq digər iddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

19. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

20. Maddə 13, II hissə. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

21. Maddə 29, İ hissə. Hər kəsin mülkiyyət hüququ vardır.

22. Maddə 29, III hissə. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

23. Maddə 6.1.4. Mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsipidir.

24. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

25. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

26. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

27. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

28. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir.

29. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: - 158.1.1. girov hüququ; - 158.1.2. əmlakdan istifadə hüququ; - 158.1.3. servitutlar.

30. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

31. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

32. Maddə 255.1. Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

37. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Məhkəmə Kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

40. Apellyasiya icraatı zamanı kollegiya tərəfindən mübahisəli əraziyə baxış keçirilməklə, yerində müayinə hərəkətləri aparılmışdır. Kollegiya tərəfindən müəyyən olunmuşdur ki, iddiaçıların yaşadığı Bəşir Səfəroğlu küçəsi 14 A ünvanında yerləşən binanın əsas girişi həmin küçədəndir. Daha əvvəl baxılmış ünvan 1əhkəməsinin ## #### 2025-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, mübahisəsi zamanı ekspertiza təyin edilmiş, ekspert rəyi ilə 0,069 ha torpaq sahəsinin üzərində fərdi yaşayış evinin yerləşdiyi, tikinti altı sahəsinin 0,04588 ha olduğu təsdiqini tapmışdır. Xüsusi mülkiyyətdə olan 0,069 ha torpaq sahəsinin tikinti altı olmayan hissəsi 232 kv.m sahədən ibarətdir.

41. Binanın arxa hissəsindən həmin 232 kv.m sahəyə giriş-çıxışa hər hansı maneə aşkar edilməmişdir. Həmin ərazi tamet-metlax daşlarla üzlənmişdir, hər hansı üsulla mərzlənməmişdir (hasara alınmamışdır). İddiaçılar məhkəmə iclasında da həmin əraziyə giriş-çıxışa, istifadəyə hər hansı maneə olmadığını qeyd etmişlər.

42. Baxışda iştirak edən iddiaçılar bildirdilər ki, əslində onların iddiası yaşayış evinin həyətyanı torpaq sahəsi ilə bağlı deyil, həmin sahədən onlar sərbəst istifadə edirlər. Narazılıqları ondan ibarətdir ki, cavabdeh evin arxa hissəsindəki 232 kv.m torpaq sahəsinə bitişik olan 600 kv.m torpaq sahəsini də öz adına sənədləşdirmişdir və ehtimal olunur ki, cavabdeh gələcəkdə onların məhz həmin torpaqdan istifadəsinə maneə yaradacaqdır.

43. İddiaçılar tərəfindən qeyd edilən torpaq sahəsinə dair nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatında hər hansı hüquq müəyyənedici sənəd təqdim edilməmişdir.

44. İddiaçılar həmin mövqeyi növbəti məhkəmə iclasında da nümayiş etdirərək, birmənalı olaraq iddialarının paylı mülkiyyətlərində olan yaşayış evinin 232 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı olmadığını bildirdilər.

45. Halbuki, iddia tələbi yalnız binanın yerləşdiyi torpaq sahəsinə dair istifadə hüququnun tanınmasından ibarətdir və 232 kv.m torpaq sahəsindən əlavə hər hansı torpaq sahəsinə münasibətdə iddia verilməmişdir. MPM-in 218.3-cü maddəsinə görə də hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

46. Hazırki halda ümumi ölçüsü 0,069 ha torpaq sahəsindən kənar tələb irəli sürülməmişdir.

47. Birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alaraq və işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir.

48. Beləliklə müəyyən olunur ki, iddia həm əsassızdır, həm də hazırda iddiaçıların maraqlarına xidmət etmir.

49. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı iddiaçı4 Bəhram oğlu tərəfindən ünvan 1əhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar