Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-640/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və Səmədov Rəşid oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı İddiaçı İstehsalat Kommersiya Firmasının cavabdeh Cavabdeh qarşı, iş üzrə cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçün şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla “qeyriyaşayış sahəsinin yerinin naturada müəyyən edilməsi və müdaxilənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, *** nömrəli ünvanda yerləşən 600 kv.m sahəsi olan qeyri-yaşayış sahələri ilkin olaraq 300 kv.m. hissəi İddiaçı firmasının, 300 kv.m hissəsi “xxxx” MMC-nin adına mülkiyyət hüququ əsasında qeydiyyatdan keçmişdir. QYM seriyalı, ****** nömrəli Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, *** nömrəli ünvanda digər mənzillərlə yanaşı 300 kv.m qeyri-yaşayış sahəsi İddiaçı şirkətinin, 300 kv.m hissəsi isə “xxxx” şirkətinin adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. ##.##.2003-cü il tarixli bağışlama müqaviləsindən görünür ki, “xxxx” şirkəti tərəfindən 300 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh bağışlanmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, *** nömrəli ünvanda 72 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adına qeydə alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, 2(004)- **/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, Muxtarov küçəsi *** nömrəli ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının əsas girişinə münasibətdə pilləkən qəfəsindən sağdakı zirzəmi və birinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsinin naturada ayrılmaqla, həmin sahənin iddiaçı Cavabdeh istifadəsinə verilməsi, cavabdeh Məcidli Akif Musa oğlunun Bakı şəhəri, Yasamal rayonu, Muxtarov küçəsi *** nömrəli ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının əsas girişinə münasibətdə pilləkən qəfəsindən sağdakı zirzəmi və birinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması və həmin hissənin əvvəlki vəziyyətinə bərpa edilməsinin cavabdehin hesabına həyata keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, Muxtarov küçəsi *** nömrəli ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının əsas girişinə münasibətdə pilləkən qəfəsindən sağdakı zirzəmi və birinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsinin iddiaçı Cavabdeh istifadəsinə verilməsi, cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri, Yasamal rayonu, Muxtarov küçəsi *** nömrəli ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının əsas girişinə münasibətdə pilləkən qəfəsindən sağdakı zirzəmi və birinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması və həmin hissənin əvvəlki vəziyyətinə bərpa edilməsinin cavabdehin hesabına həyata keçirilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmışdır. Hazırda iddiaçı İddiaçı İstehsalat Kommersiya Firması qeyd edilən qeyri-yaşayış sahəsinin naturada yerində müəyyən edilərək cavabdehdən alınması və həmin sahədən sərbəst manesiz istifadə hüququna cavabdeh tərəfindən yaradılan müdaxilənin qarşısının alınmasını tələb edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı İddiaçı İstehsalat Kommersiya Firmasının cavabdeh Cavabdeh qarşı (iş üzrə cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçün şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Muxtarov küçəsi *** nömrəli ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında yerləşən onlara məxsus qeyri-yaşayış sahəsinin naturada yerində müəyyən edilərək cavabdehdən alınması və həmin sahədən sərbəst manesiz istifadə hüququna cavabdeh tərəfindən yaradılan müdaxilənin qarşısının alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı şirkəti podratçı olmaqla sifarişçi “xxxx” MMC ilə bağlanmış ##.##.1999-cu il tarixli podrat müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Muxtarov küçəsi *** nömrəli ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasını inşa edib təhvil vermişdir. Həmin podrat müqaviləsinin şərtlərinə əsasən “xxxx” MMC şirkətinin podratçı İddiaçı şirkətinə ödənişi inşa edilən binanın yaşayış sahələri və qeyri-yaşayış sahələrini bərabər ölçüdə bölünməsi yolu ilə tənzimlənməli idi. Müqavilədə hər bir tərəfə 300 kv.m qeyriyaşayış sahəsinin verilməsi nəzərdə tutulmuşdur. İnşa edilən binada qeyri-yaşayış sahələri zirzəmidən, birinci mərtəbədən və mansardan ibarət olmuşdur. İddiaçı şirkəti ona verilmiş çıxarış və texniki pasport əsasında ona məxsus 300 kv.m qeyri-yaşayış sahəsinə (204 kv.m sahəsini X4 və 72 kv.m sahəsini isə Məcidli Akif Musa oğluna satmışdır. 204 + 72 = 276 kv.m. 300-276=24 İddiaçı şirkətində qalan 24 kv.m sahə) mülkiyyət hüququ əldə etmişdir. “xxxx” MMC isə özünə məxsus 300 kv.m sahəni təsisçi X3 Cavabdeh bağışlamışdır. Lakin İddiaçı şirkəti özünə məxsus 300 kv.m. qeyri-yaşayış sahəsinə texniki pasport almasına baxmayaraq “xxxx” MMC daha sonra isə Aliyə Musayevna özünə məxsus olan 300 kv.m. qeyri-yaşayış sahəsinə (hazırda mülkiyyət hüququ ilə Aliyə Musayevnaya məxsus olan) texniki pasport əldə etməmişdir. Qeyd edilən səbəbdən xeyli müddətdir ki, İddiaçı şirkəti Aliyə Musayevnanın istifadəsində qalan özünə məxsus olan sahədən istifadə edə bilmir və mülkiyyət hüququ pozulur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının bildirdiyinə görə ona verilmiş 300 kv.m qeyri-yaşayış sahəsinin 204 kv.m hissəsini X4, 72 kv.m hissəsini isə Məcidli Akif Musa oğluna satmış, yerdə qalan 24 kv.m hissədən ibarət sahəyə isə mülkiyyət hüququ əldə etmişdir. Lakin, qalıq 24 kv.m sahəyə mülkiyyət hüquqlarının əldə edildiyini təsdiq edən sənəd iddiaçı tərəfindən təqdim edilməmiş, məhkəmə tərəfindən sorğu verilsə də Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri xidməti tərəfindən müsbət və ya mənfi cavab, müvafiq sənədlər məhkəməyə verilməmişdir. İddiaçı mülkiyyət hüquqlarını təsdiq edən sənəd kimi 2000-ci ildə verilmiş qeydiyyat vəsiqəsinə istinad etsə də, həm özünün iddia ərizəsində qeyd etdiklərindən, həm iş materiallarına əlavə edilmiş məhkəmə aktlarından görünən odur ki, sözügedən qeyri-yaşayış sahəsi hissə-hissə olmaqla digər şəxslərə satılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarından görünür ki, iddiaçıya verilmiş qeyri-yaşayış sahəsinin 72 kv.m hissəsinin özgəninkiləşdirilməklə yekunda Məcidli Akif Musa oğlunun, 228 kv.m hissəsinin isə X4 mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydə alındığı işdəki sübutlarla işin halları qismində təsbit edilmişdir. Ümumiyyətlə, Bakı şəhəri, Yasamal rayonu, Muxtarov küçəsi *** nömrəli ünvanda hər biri 300 kv.m olan, əvvəlcə hazırkı iddiaçı və “xxxx” MMC-yə verilmiş qeyri-yaşayış sahələrinin cari mülkiyyətçiləri arasında mülkiyyətlərindəki sahələrin naturadakı yerləri ilə bağlı mübahisə mövcud olmuş, həmin mübahisə bu iş üzrə iddiaçı proseslərə cəlb edilmədən, uzun çəkən məhkəmə araşdırmaları nəticəsində öz həllini tapmış, yekun məhkəmə aktı qəbul edilmişdir. Bütün bunlar isə onu deməyə əsas verir ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ mövcud olmamışdır. Nəzərə alınmalıdır ki, şəxs özünün qanunla qorunan hüquq və maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X4 İddiaçı şirkətinə çatacaq 300 kv.m qeyri-yaşayış sahəsindən 204 kv.m sahəsini almışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs isə zirzəmidən 72 kv.m alıbsa yerdə qalan 24 kv.m-dən məhkəmə hansı əsaslarla xxxx şirkətini məhrum etmişdir. Sifarişçi “xxxx” MMC ilə podratçı İddiaçı şirkəti arasında bağlanmış ## ###### 1999-cu il tarixli podrat müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Muxtarov küçəsi *** saylı ünvanda yerləşən çoxmərtəbəli yaşayış binası inşa edib təhvil vermişdir. Həmin podrat müqaviləsinə əsasən sifarişçi podratçıya müzd əvəzi inşa edilən binada yaşayış sahələri və qeyri-yaşayış sahələrini bərabər ölçüdə bölünməsi yolu ilə hər bir tərəfə 300 kv.m qeyri-yaşayış sahəsinin verilməsi, yaşayış sahələrinin bərabər şəkildə bölünməsi təklif edilmiş və podratçı qəbul etmişdir. İnşa edilən binada qeyri-yaşayış sahələri zirzəmidən, birinci mərtəbədən və mansard mərtəbədən ibarət olmuşdur. Binanın inşasının sifarişçisi “xxxx” şirkəti ilə podratçı İddiaçı şirkəti arasında qeyriyaşayış olan mansardın bölgüsü faktiki olaraq həyata keçirilməmişdir. İddiaçı şirkətinə 1-ci mərtəbə yarıdan bölünməklə, zirzəmi İddiaçı şirkətinə, mansard isə “xxxx” şirkətinə verilmişdir. Lakin bu bölgü barədə onlara rəsmi sənəd verilməmişdir. Tərəflər arasındakı bölgü əsasında Dövlət Reyestr Xidməti tərəfindən İddiaçı şirkətinə çıxarış və texniki pasport verilmişdir. Texniki pasporta əsasən İddiaçı şirkəti 300 kv.m qeyri-yaşayış sahəsinin 204 kv.m sahəsini X4 və 72 kv.m sahəsini isə 2005-ci ildə Məcidli Akif Musa oğluna satmışdır. Məcidli Akif Musa oğlu qeyd edilən qeyri-yaşayış sahəsini Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs bağışlamışdır. Məhkəmə yanlış olaraq binanın inşasında sifarişçi “xxxx” ilə podratçı İddiaçı şirkəti arasında mübahisənin olub-olmamasını, tərəflər arasında bölgünün aparılmasına hüquqi qiymət verməmişdir. Məhkəmə iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarına istinad edərək guya iddiaçıya verilmiş qeyri-yaşayış sahəsinin 72 kv.m hissəsinin özgəninkiləşdirilməklə yekunda Məcidli Akif Musa oğlunun, 228 kv.m hissəsinin isə X4 mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydə alındığı qeyd edərək iddiaçıya aid heç bir hissənin olmadığını qeyd etmişdir. Lakin bu işdəki hər hansı sübutlarla öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının əvvəlki iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi-vəkili apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının son iclası barədə lazimi qaydada xəbərdar edilmiş tərəflər Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası:
12. İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.
13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Mülki Məcəllə:
139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ##.##.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2008-ci il tarixli Qərarı.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi:
Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçıya verilmiş qeyri-yaşayış sahəsini özgəninkiləşdirilməklə, yekunda 72 kv.m hissəsi Məcidli Akif Musa oğlunun, 204 kv.m hissəsi isə X4 mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydə alınmışdır. Hazırda iddiaçı tələbində qeyd etmişdir ki, ona verilmiş 300 kv.m qeyri-yaşayış sahəsinin 204 kv.m hissəsini X4, 72 kv.m hissəsini isə Məcidli Akif Musa oğluna satmışdır. Tələbə əsasən yerdə qalan 24 kv.m hissəyə mülkiyyət hüququndan məhrum edilmişdir. Lakin Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən qalıq 24 kv.m sahəyə mülkiyyət hüquqlarının əldə edildiyini təsdiq edən sənəd təqdim edilməmiş, birinci instansiya məhkəməsi tərəfindən sorğu verilsə də, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri xidməti tərəfindən müsbət və ya mənfi cavab, müvafiq sənədlər məhkəməyə göndərilməmişdir. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ mövcud olmamışdır. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur. Belə ki, iddiaçı şikayətində məhkəmənin yanlış olaraq binanın inşasında sifarişçi “xxxx” ilə podratçı İddiaçı şirkəti arasında mübahisənin olub-olmamasını, tərəflər arasında bölgünün aparılmasına hüquqi qiymət verməməsini qeyd etsə də, məhz işin faktiki hallarıdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Muxtarov küçəsi *** saylı ünvandakı çoxmərtəbəli yaşayış binasının qeyri-yaşayış sahələrinin ümumi sahəsi 600 kv.m. hesab edilməklə “xxxx” MMC (sifarişçi) və İddiaçı şirkəti (podratçı) arasında bağlanmış ##.##.1999-cu il tarixli müqaviləyə əsasən tərəflər arasında bərabər olmaqla, pilləkən qəfəsindən sağda və solda olmaqla simmetrik həm faktiki, həm də hüquqi olaraq bölünmüşdür. Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, *** saylı ünvanda yerləşən 600 kv.m sahəsi olan qeyri-yaşayış sahələri ilkin olaraq 300 kv.m. hissəi İddiaçı firmasının, 300 kv.m hissəsi “xxxx” MMC-nin adına mülkiyyət hüququ əsasında qeydiyyatdan keçmişdir. Buna baxmayaraq iddiaçının iddia etdiyi qalıq sahəyə dair onun mülkiyyət hüquqlarının mövcud olması iş materialları ilə müəyyən edilməmiş, bu barədə iddiaçı tərəfindən mötəbər sübutlar təqdim edilməmişdir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli sahələr üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və FHN-nə müvafiq sorğular verilərək aidiyyatı sənədlər tərtib edilmiş, lakin sorğular tam və dolğun cavablandırılmamışdır. Bu səbəbdən kollegiya tərəfindən yuxarıda qeyd edilən *(***)-***/**** nömrəli mülki iş materialları apellyasiya instansiyası məhkəməsinin arxivindən tələb edilərək tədqiq edilmiş və məlum olmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Muxtarov küçəsi *** nömrəli ünvanda hər biri 300 kv.m olan, əvvəlcə hazırkı iddiaçı və “xxxx” MMC-yə verilmiş qeyri-yaşayış sahələrinin cari mülkiyyətçiləri arasında mülkiyyətlərindəki sahələrin naturadakı yerləri ilə bağlı mübahisə mövcud olmuş, həmin mübahisə və bu iş üzrə iddiaçı proseslərə cavabdeh qismində cəlb edilsə də, sonradan mübahisə predmetini özgəninkiləşdirməklə (X4 və Məcidli Akif Musa oğluna) mülkiyyətçi olmadığından X4 ilə əvəzləşdirilmiş, uzun çəkən məhkəmə araşdırmaları nəticəsində mübahisə öz həllini tapmış, yuxarıda göstərilən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** nömrəli mülki iş üzrə ##.##.2024-cü il tarixdə yekun məhkəmə aktı qəbul edilmişdir. Kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin iclasında iştirak edən iddiaçının qanuni təmsilçisi (təsisçi) X1 izahatında göstərmişdir ki, hazırki iddianın qaldırılmasının səbəbi Məcidli Akif Musa oğlunun Yasamal rayon məhkəməsində onlara qarşı qaldırılmış iddiası ilə bağlıdır. Belə ki, o, iddiasında qeyri-yaşayış sahəsinin naturada təhvil verilməsini xahiş edir. Məhkəmə Kollegiyası iddia tələbinə münasibətdə həmçinin qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin qeyd edilməlidir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Bu kontekstdə Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Çünki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Məhkəmə Kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Bu baxımdan Məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Çünki iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası
Qət etdi:
İddiaçı İddiaçı İstehsalat Kommersiya Firması tərəfindən verilmmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.