Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-649/2026 14.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar Hormatıchakherlou Ali və iddiaçı1 cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı mülki iş üzrə Açar sözlər: pulun tutulması Hakimlər X6 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, Cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili vəkil2 Adil oğlunun iştirakı ilə, İddiaçılar Hormatıchakherlou Ali və iddiaçı1 cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı "pulun tutulması" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ##.##.2017-ci il tarixli mənzil tikintisi haqqında müqavilə və kassa mədaxil qəbzlərinə əsasən X1 rayonu, Əliəşrəf Əlizadə küçəsi, 36 ünvanında “xxxx” MTK-ya məxsus yaşayış binasının 1-ci mərtəbəsində yerləşən sahəsi 65,7 kv.m olan 1 otaqlı * nömrəli mənzili 70.950 manata əldə etmişdir.
2. Daha sonra “xxxx” MTK tərəfindən həmin mənzil yenidən başqa şəxsə, yəni cavabdeh2 75.555 manata satılmışdır. cavabdeh2 isə mənzili Hormatıchakherlou Aliya satmış, sonuncu isə həmin mənzilə görə 65.000 manat pul vəsaitini cavabdeh2 ödəmiş, cavabdeh2 də öz növbəsində mənzilə dair payından imtina etmişdir. Belə ki, “xxxx” MTK ilə iddiaçı1 arasında bağlanmış ##.##.2021-ci il tarixli mənzil tikintisi haqqında müqavilə, mənzilin dəyərinin tam ödənilməsi barədə ##.##.2021-ci il tarixli **/** nömrəli maliyyə arayışına əsasən MTK tərəfindən dəyəri tam ödənilmək şərti ilə Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi 36 ünvanında “xxxx” MTK-ya məxsus yaşayış binasının 1-ci mərtəbəsində yerləşən sahəsi 65,7 kv.m olan 1 otaqlı * nömrəli mənzil sahəsini payçıya verməyi, payçı isə mənzili qəbul etməkdə qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını MTK-ya ödəməyi öhdəsinə götürmüş, payçı mənzilin dəyərini tam şəkildə ödəmişdir. Qeyd edilən müqavilə ilə “xxxx” MTK Hormatıchakherlou Ali ilə cavabdeh2 arasında mənzilə dair pulun verilməsi və əvəzində cavabdeh2 payından imtina edilməsinə dair münasibətlərin rəsmiləşdirilməsini təmin etmişdir.
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli hökmünə əsasən cavabdeh1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,178.3.2, 178.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
4. Cinayət işi üzrə məhkəmə istintaqı davam edən müddətdə Anar Züfüqarov, Hormatıchakherlou Ali və cavabdeh2 hər biri zərərçəkmiş şəxs kimi tanınmış, Anar Züfüqarov adıçəkilən mənzil onda qaldığından, cavabdeh2 isə həmin mənzili artıq 65.000 manata Hormatıchakherlou Alının qızı iddiaçı1 satdığından, bununla da ona dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxsə qarşı heç bir şikayətlərinin olmadığını bildirmişlər.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçılar Hormatıchakherlou Ali və iddiaçı1 cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, “xxxx” MTK tərəfindən verilmiş **/** saylı, ##.##.2021-ci il tarixli maliyyə arayışına əsasən “xxxx” MTK tərəfindən tikilmiş ünvan 1 ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən, sahəsi 65,7 kv.m olan, 1 otaqlı * saylı mənzilə görə ödənilmiş 65.000 manat pul vəsaitinin və iddia ərizəsinə görə ödənilmiş 285 manat dövlət rüsumunun cavabdehlər cavabdeh2 və cavabdeh1 alınaraq onlara ödənilməsini xahiş etmişlər.
6. İddiaçılar tələbi onunla əsaslandırılmışlar ki, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası “xxxx” MTK-nı faktiki rəhbəri olmuş cavabdeh1 həmin mənzili bir neçə nəfərə də qanunsuz olaraq satmışdır. cavabdeh1 barəsində cinayət işi açılmış və barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı hökm çıxarılaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 178.3.2, 178.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. Qərarla tanış olduqdan sonra qərarın təsviri hissəsində (səhifə 41-43) məlum olmuşdur ki, mübahisəli mənzil əvvəlcə Zülfüqarov Anara, sonra cavabdeh2 və daha sonra isə Hormatıchakherlou Aliya 65.000 manata satılmışdır. Beləliklə, sonuncu qeyd olunan cinayət işində zərərçəkən qismində tanınmışdır. İş materiallarına əsasən “xxxx” MTK tərəfindən verilmiş **/** saylı, ##.##.2021-ci il tarixli maliyyə arayışına əsasən “xxxx MTK-ya məxsus ünvan 2 ünvanında tikilməkdə olan yüksəkmərtəbəli, yaşayış binasının 2-ci mərtəbəsində yerləşən, sahəsi 65,7 kv.m olan, 1 otaqlı, * saylı mənzilin dəyərini qalıq olmadan 100% ödənildiyi üçün digər iddiaçı iddiaçı1 mülkiyyətinə verilmişdir. Həmçinin, “xxxx” MTK tərəfindən verilmiş ** saylı, ##.##.2021-ci il tarixli protokol və mənzil tikintisi haqqında müqavilə də mövcuddur. Həmin mənzildən cavabdeh2 özünə məxsus payından imtina etmişdir. Hazırda ünvan 1 ünvanında tikilməkdə olan yüksəkmərtəbəli, yaşayış binasının 2-ci mərtəbəsində yerləşən, sahəsi 65,7 kv.m olan, 1 otaqlı, * saylı mənzilə görə ödənilmiş 65.000 manat tələb olunur.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh cavabdeh2 ünvan 1 ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən, sahəsi 65,7 kv.m olan, 1 otaqlı * saylı mənzilinə görə ödənilmiş 65.000 manat pul vəsaitinin və 285 manat dövlət rüsumunun tutularaq iddiaçı Hormatıchakherlou Aliyə ödənilməsi qət edilmişdir (hakim X5).
8. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli hökmü əsasında cavabdeh1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,178.3.2, 178.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cavabdeh1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin #.##.2024-cü il tarixli, *(***)-**/**** saylı hökmü ilə təyin edilmiş 2 (iki) müddətə tikinti, təmir və quraşdırma sahəsində rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin edilmiş cəzalarla qismən toplanılmaqla toplanmış qəti əsas cəzaya qəti əlavə cəzanı birləşdirmək yolu ilə cavabdeh1 qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cavabdeh1 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə qəti cəzaçəkmə müddətinin əvvəli #.##.2022-ci il tarixdən hesablanması hökm edilmişdir. İş üzrə iddiaçı Ali Hormatichakherlou tərəfindən ünvan 1 ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən, sahəsi 65,7 kv.m olan, 1 otaqlı * saylı mənzilinə görə 65.000 manat pul vəsaiti cavabdeh2 ödənilmiş, cavabdeh2 öz növbəsində mənzilə dair payından iddiaçının qızının xeyrinə imtina etmiş, qeyd edilən müqavilə ilə “xxxx” MTK tərəflər arasında mənzilə dair pulun verilməsi və əvəzində paydan imtina edilməsinə dair münasibətlərin rəsmiləşdirilməsində çıxış etmişdir. Bundan başqa cavabdeh1 qarşı cinayət işinin məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş cavabdeh2 ifadəsində 75.555 manat məbləğində pul verməklə MTK-dan mənzil aldığını, daha sonra 2021-ci ilin noyabr ayında öz mənzilini satmaq üçün 65.000 manat məbləğində pulun Şəbnəm tərəfindən ona ödənildiyini, həmin məbləğdən 1.500 manat məbləğində pulu Məhərrəmin sənədləşdirmənin həyata keçirilməsi məqsədi ilə sonuncuya ödədiyini və yekunda öz payından imtina etməsinə dair ərizə təqdim etdiyini bildirmişdir.
9. Göstərilən səbəblərdən məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə, 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin IV hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 372.1-ci, 385.1-ci, 442-ci, 1096-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci, 14.2-ci, 15.2-ci, 77.1-ci, 82.3-cü, 88-ci, 119.1-ci, 217-ci maddələrinə, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edərək iddia tələbinin ona dair hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, aşağıdakı səbəblərə görə həmin qətnamə qanunsuzdur və ləğv edilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallar tam araşdırılmamış, təqdim olunmuş sübutlarla hüquqi nəticələr arasında uyğunluq yaradılmamışdır. Məhkəmənin gəldiyi nəticələr iş materialları və qanunvericilik tələbləri ilə ziddiyyət təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu digər şəxsə birbaşa ziyan vurulmasına gətirib çıxaran təqsirli və hüquqa zidd hərəkətdir. Bu işdə onun ziyan vurması barədə heç bir sübut təqdim edilməmişdir. Həmin məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt məsuliyyəti yalnız təqsir sübuta yetirilərsə tətbiq edilir. Onun hərəkətləri ilə iddia edilən ziyanın yaranması arasında səbəb-nəticə əlaqəsi müəyyən edilməmişdir. O, mənzili qanuni qaydada satmışdır. Delikt tərkibi mövcud olmadığı üçün ondan zərərin tutulması maddi hüququn tələblərinə tam ziddir. O və iddiaçı cinayət işində zərərçəkmiş şəxs qismində tanınmışdır. Bu hal göstərir ki, ziyan iddiaçı tərəfindən həmin cinayət işində təqsirləndirilən şəxslərdən tutulmalı idi, iddia isə düzgün prosessual şəxsə qarşı irəli sürülməyib. Birinci instansiya məhkəməsi yalnız iddiaçının birtərəfli mövqeyinə istinad etmiş, onun arqumentlərini nəzərə almamışdır. İddiaçı ziyanın məbləğini heç bir sübutla təsdiq etməmişdir. Yeganə istinad edilən sənəd cinayət işinin hökmü mülki məsuliyyətin yaranması üçün yetərli hüquqi əsas yaratmamışdır. Hökmün preyudisial fakt kimi qəbul edilməsi də yalnış tətbiq edilmişdir. Çünki hökm yalnız cinayət hüququ üzrə faktları müəyyən edir. Mülki məsuliyyət üçün tələb olunan zərərin məbləği, təqsir, səbəb-nəticə əlaqəsi barədə hökmdə heç bir qeyd yoxdur. Hökm onun üzərinə zərərin bərpası öhdəliyi qoymamışdır, hökmdə onun və iddiaçının hər ikisinin zərərçəkmiş qismində tanınması, bu hökmdən mülki iddia kimi istifadə edilməsini tam istisna edir. Mənzil onun tərəfindən pul ödənilməklə alınmış və rəsmi sənədlər təqdim edilmişdir. Mənzil sonradan iddiaçı Aliyə satılmış, 65.000 manat tam ödənilmişdir. İddiaçı cinayət işi üzrə dindirildiyi zaman bildirmişdir ki, onun heç bir maddi tələbi yoxdur. Onun izahatları onu göstərir ki, o, mənzilə dair hüquqi marağı yoxdur, mənzil satıldıqdan sonra, ondan əvvəl də ziyan vurmaq imkanı da olmamışdır. Mənzilin cinayət yolu ilə başqalarına satıldığından da məlumatı sonradan olmuşdur. Hüquqi məsul şəxs varsa o da, MTK-nın sahibləri olan şəxslərdir. Qeyd edilən hökm mülki məsuliyyət üçün əsas ola bilməz. Ziyanın onun tərəfindən vurulması barədə heç bir fakt və sübut yoxdur. Əksinə orada ziyanın təqsirləndirilən şəxslər tərəfindən vurulduğu qeyd edilir. İddia həmin şəxslərə qarşı yox, əsassız olaraq ona qarşı qaldırılmış və təmin edilmişdir. Lakin məhkəmə öz qətnaməsinə bu faktlara diqqət etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili vəkil2 Adil oğlu apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh cavabdeh2 nə iddiaçılara zərər vurmuş, nədə ki, onların hesabına əsassız olaraq varlanmışdır.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən iddiaçılar Hormatıchakherlou Ali və iddiaçı1 məhkəmə iclasına gəlməmiş, cavabdeh cavabdeh1 (cavabdeh cavabdeh1 hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Tədricxanasında saxlanılır) da mübahisəyə hər hansı formada münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2020ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2021-ci il tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
20. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
21. Hazırkı apellyasiya şikayətində cavabdeh cavabdeh2 qətnamənin ona aid hissədə ləğv edilib, iddianın rədd edilməsini xahiş etdiyindən, qətnamə yalnız cavabdeh cavabdeh2 aid hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası cavabdeh cavabdeh2 nümayəndəsi və vəkilini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək, cavabdeh cavabdeh2 iddiaçı Hormatıchakherlou Alinin xeyrinə 65.000 manat pulu tutmaqla düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, bu səbəbdən yoxlanılan hissədə birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi üçün hər hansı əsas yoxdur, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
23. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, “xxxx” MTK tərəfindən ##.##.2017-ci il tarixli mənzil tikintisi haqqında müqavilə ilə Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi 36 ünvanında “xxxx” MTK-ya məxsus yaşayış binasının 1-ci mərtəbəsində yerləşən sahəsi 65,7 kv.m olan 1 otaqlı * nömrəli mənzil X1, sonuncu tərəfindən mənzilin dəyəri hissə-hissə ödənilmişdir. Buna baxmayaraq, MTK yenidən mənzil tikintisi haqqında müqaviləsi əsasında həmin mənzili cavabdeh cavabdeh2 75.555 manat pula satmış, sonuncu da həmin mənzili 65.000 manat pula iddiaçı Hormatıchakherlou Aliya satmışdır. Lakin onların arasında olan razılaşma “xxxx” MTK ilə digər iddiaçı iddiaçı1 arasında bağlanmış ##.##.2021-ci il tarixli mənzil tikintisi haqqında müqavilə, maliyyə arayışı, payçının MTK üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bülüşdürülməsi barədə ##.##.2021-ci il tarixli protokol ilə rəsmiləşdirilmişdir. Bu hallar cavabdeh1 Azərbaycan Respublikası CM-nin 29,178.3.2, 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə aparılmış istintaq və məhkəmə araşdırılmaları zamanı öz təsdiqini tapmış, nəticədə Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli hökmü əsasında cavabdeh1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,178.3.2, 178.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
24. Cinayət işi üzrə məhkəmə istintaqı davam edən müddətdə Anar Züfüqarov, Hormatıchakherlou Ali və cavabdeh2 hər biri zərərçəkmiş şəxs kimi tanınmış, Anar Züfüqarov adıçəkilən mənzil onda qaldığından, cavabdeh2 isə həmin mənzili artıq 65.000 manata iddiaçı1 satdığından, bununla da ona dəymiş ziyan ödənildiyindən təqdirləndirilən şəxsə qarşı heç bir şikayətlərinin olmadığını bildirmişlər. Hormatıchakherlou Ali isə şikayət və tələbinin ona vurulmuş maddi ziyanın tam ödənilməsindən və ya ona mənzilinin təhvil verilməsindən ibarət olduğunu qeyd etmişdir.
25. Hazırda iddiaçılar onlara vurulmuş maddi zərərin əvəzi olaraq 65.000 manat pulun cavabdehlərdən onların xeyrinə tutulmasını tələb edirlər. Cavabdeh cavabdeh2 isə iddianı qəbul etmir, onun tərəfindən iddiaçılara maddi zərər vurulmadığını və ya ona iddiaçılar tərəfindən verilmiş pul vəsaiti hesabına əsassız varlanmadığını, qanunazidd davranışa yol vermədiyini, mənzili iddiaçılara satdığını, mənzilin ondan əvvəl başqa şəxsə satılmasından məlumatsız olduğunu, hazırki tələb üzrə MTK-nın məsul şəxsləri məsuliyyət daşıdığını bildirir.
26. Məhkəmə kollegiyası ilk növbədə iddiaçı Hormatıchakherlou Ali ilə cavabdeh cavabdeh2 arasında “xxxx” MTK-ya məxsus yaşayış binasının 1-ci mərtəbəsində yerləşən sahəsi 65,7 kv.m olan 1 otaqlı * nömrəli mənzilin alqı-satqısına dair razılaşmaya münasibətdə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərar).
27. Bununla belə, cavabdeh cavabdeh2 Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi 36 ünvanında “xxxx” MTK-ya məxsus yaşayış binasının 1-ci mərtəbəsində yerləşən sahəsi 65,7 kv.m olan 1 otaqlı * nömrəli mənzili Hormatıchakherlou Aliya 65.000 manata satılmasına dair razılaşma faktiki olaraq mövcud olsa da, həmin mənzilin MTK tərəfindən ondan əvvəl başqa şəxsə satılması səbəbindən mənzillə bağlı onunla MTK arasında bağlanmış müqavilə, həmçinin onunla iddiaçı Hormatıchakherlou Ali arasında olan razılaşma (Hökmə əsasən bu şəxs yaxın qohumunun adına sənədləşdirməklə qeyd edilən mənzil sahəsini əldə etmişdir, i.v.121) etibarsız olmaqla, arzu olunan hüquqi nəticə yaratmaq qabiliyyətinə malik olmamışdır (həqiqi münasibətlər cavabdeh cavabdeh2 ilə məhz iddiaçı Hormatıchakherlou Ali arasında yaranmış, pul da onun tərəfindən ödənilmişdir, bu səbəbdən cinayət işi üzrə zərər çəkmiş şəxs qismində də məhz o tanınmışdır). Hüquqi nəticə etibarı ilə cavabdeh cavabdeh2 həmin mənzilə münasibətdə hər hansı hüququ yaranmamış və bu baxımdan o, mənzilə münasibətdə reallıqda mövcud olmayan hüquqlarını iddiaçı Hormatıchakherlou Aliya satmışdır.
28. Bununla belə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və belə qənaətə gəlir ki, hüquqi nəticə etibarı ilə cavabdeh cavabdeh2 hər hansı qanuni və ya müqavilə əsası olmadan iddiaçı Hormatıchakherlou Alinin hesabına 65.000 manat məbləğində pulu əldə etmiş və sonuncuya məxsus olan bu məbləğ hesabına əsassız olaraq varlanmışdır. Bu səbəbdən həmin məbləğ iddiaçının tələbi ilə əsassız varlanma qaydalarına uyğun olaraq cavabdeh tərəfindən geri qaytarılmalıdır. Bu da öz növbəsində bu məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını şərtləndirir.
29. Cavabdeh cavabdeh2 özünün də bu mənzil üçün digər cavabdeh cavabdeh1 77.055 manat (75.555 manat və 1.500 manat, i.v.79) məbləğində pul vəsaiti verməsi və ona ödənilmiş 65.000 manat pul hesabına faktiki olaraq sonuncuya ödənilmiş pulunun əsas hissəsini geri qaytarması da onun iddiaçı Hormatıchakherlou Aliya münasibətdə əsassız varlanmasını istisna edən hal kimi qiymətləndirilə bilməz. Cavabdeh cavabdeh2 da ona vurulmuş həmin zərər məbləğini məhkəmə qaydasında zərər vurandan tələb etmək hüququna malikdir.
30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh cavabdeh2 apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh cavabdeh2 apellyasiya şikayəti üzrə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh cavabdeh2 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.