Məhkəmə qərarları › İş №2(3-6)-652/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-652/2026

06.05.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-652/2026 06.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi ilə, Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, İddiaçı İddiaçı, vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh cavabdeh3 İslam oğluna qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçün şəxs qismində Ocaqverdov İslam İsa oğlu, cavabdeh1 və Yasamal rayon İcra şöbəsi göstərilməklə) pul tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh3 İslam oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı İddiaçı cavabdehlər Ocaqverdov İslam İsa oğluna, cavabdeh1 və cavabdeh3 İslam oğluna qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçün şəxs qismində Yasamal rayon İcra şöbəsi göstərilməklə) icra sənədi üzrə borcun qismən ödənilməsi barədə ərizənin icra şöbəsinə təqdim edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəfindən ödənilmiş 144700 manatın 10615 manat hissəsinin Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı qətnaməsinin; 134085 manat hissəsinin isə həmin məhkəmənin *(***)-***/**** saylı qətnaməsinin icrası ilə bağlı borclu tərəfindən ödənilməsi və bu səbəbdən icra sənədləri üzrə borcların da həmin məbləğlərdə azalması barədə Yasamal rayon İcra şöbəsinə müvafiq ərizələrin göndərilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh cavabdeh3 İslam oğlundan 135000 manat pulun tutulması, iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh cavabdeh3 İslam oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddiaçı İddiaçı vəkili və nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq cavabdehlə aralarında barışıq olduğundan iddiadan imtina etdiyini və ərizədən imtinanın nəticələrinin ona aydın olduğunu qeyd etməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qabaqcadan lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının iddia tələbindən imtina barədə ərizəsini, mülki işin materialları ilə birlikdə nəzərdən keçirib, belə qənaətə gəlir ki, iddiaçının iddia ərizəsindən imtinası qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır; 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur; 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, idddiaçının iddia ərizəsindən imtinası qanuna zidd deyil, habelə hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, bu səbəbdən qəbul edilməli və iddiaçının ərizəsi üzrə birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış qətnamə ləğv edilməklə mülki iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 191-ci, 261-ci, 263-264cü, 370-ci, 384-cü, 402-ci, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı İddiaçı iddiasından imtinası qəbul edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar