Məhkəmə qərarları › İş №2(3-6)-744/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-744/2026

15.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-744/2026 15.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “deliktdən yaranmış öhdəlik və ziyanın tələbi” ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* nömrəli ##.##.2010-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanı xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində **** nömrəli reyestr kitabının ****** nömrəli vərəqəsində qeydiyyata alınmışdır.

2. Bakı şəhəri ** saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli aktdan görünür ki, ünvan 1 ünvanında yaşayan İddiaçı ərizəsi əsasında qeyd olunan ünvana və üst mərtəbədə olan Cavabdeh məxsus olan *** nömrəli mənzillərə texniki baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, ##.##.2025-ci il tarixdə *** saylı mənzildə yanğın olmuş, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən əməkdaşları tərəfindən yanğın su ilə söndürülən zaman aşağı mərtəbədə olan *** saylı mənzilə su axıntısı nəticəsində mənzilin tavanı, elektrik xətləri, mənzilin divar kağızı, həmçinin mətbəxin tavanı və divarı islanmışdır. Mənzilin paket döşəməsi islanmış, bəzi yerlərdə qabarma müşahidə olunmuşdur. Mənzildə olan ev əşyaları, yataq dəsti və döşək islanmışdır.

3. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq idarəsinin təhqiqatçısı, R X1 ##.##.2025-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından görünür ki, ##.##.2025-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 15/9a, ünvanında yerləşən, Cavabdeh məxsus *** saylı mənzildə baş vermiş yanğın faktında Cavabdeh və X3 əməllərində cinayət tərkibi olmadığından barələrində cinayət işinin başlanmasının rədd olunması qərara alınmışdır.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli **/**** nömrəli rəydən görünür ki, Birinci və ikinci sual üzrə: Rəyin tədqiqat hissəində göstərilənləri, o cümlədən Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, **/*a nömrəli evin cavabdehə məxsus olan *** saylı mənzilinin *** saylı mənzilin üst mərtəbəsində yerləşdiyini, Fövqaladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsinin təhqiqatçısı Jalə Cavadovanın ## ###### 2025-ci il tarixli Qərarında ## ###### 2025-ci il tarixində *** saylı mənzildə yanğın hadisəsi baş verdiyini və həmin yanğının qarşısının alınması zamanı istifadə olunan suyun təsirindən *** saylı mənzilin iki otağının tavan və döşəməsinin yararsız vəziyyətə düşdüyünün göstərildiyini, eləcə də *** saylı mənzildə aşkar edilmiş qüsurların suaxmadan yaranmaya xarakterik qüsurlar olduğunu nəzərə alaraq, *** saylı mənzildə aşkar edilmiş qüsurların *** saylı mənzildə baş vermiş yanğının qarşısının alınması zamanı istifadə olunan suyun *** saylı mənzilə axması nəticəsində yaranmaya xarakterik qüsurlar olduğu müəyyən edilmişdir. Sahəsi 3.8 kv.metr olan dəhlizin divarlarında divar kağızının qopduğu və döşəməyə vurulmuş laminatın birləşmə hissələrinin şişməsi müəyyən edilmişdir. Sahəsi 5.3 kv.metr olan tikilinin divarlarında divar kağızının qopduğu və döşəməyə vurulmuş laminatın birləşmə hissələrinin şişməsi müəyyən edilmişdir. Sahəsi 16.8 kv.metr olan yaşayış otağında tavanda alçıpanın üzərində su sızma izlərinin olduğu, döşəməyə vurulmuş laminatın birləşmə hissələrinin şişməsi müəyyən edilmişdir. Sahəsi 5.1 kv.metr olan eyvanda tavanda alçıpanın üzərində su sızma izlərinin olduğu, döşəməyə vurulmuş laminatın birləşmə hissələrinin şişməsi müəyyən edilmişdir. Üçüncü sual üzrə: Tədqiq olunan mənzildə aşkar edilmiş qüsurların aradan qaldırılması ilə əlaqədar, yerinə yetiriləcək təmir işlərinə sərf ediləcək materialların həcmi smetada göstərilmişdir. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir.

5. “xxxx” Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş ##.##.2025- ci il tarixli MEB-***-**** nömrəli Qiymətləndirmə Hesabatından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 15/9 a nömrəli evin, *** saylı mənzilinə dəymiş zərərin dəyəri, həmçinin zərər dəymiş hissələrin təmiri üçün çəkilməli xərclər, o cümlədən bununla bağlı görülməli işlərin (xidmətlərin) bu günkü gündə bazar qiyməti 4943 manat təşkil edir.

6. “xxxx” tərəfindən verilmiş ##.##.2025-ci il tarixli qəbzdən görünür ki, 200 manat ödəniş olunmuşdur.

7. “xxxx” tərəfindən verilmiş ##.##.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən qiymətləndirmənin aparılması üçün 250 manat pul vəsaiti ödənilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı X8 cavabdeh X2 qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən 4943 manat maddi ziyanın, 1000 manat mənəvi zərərin, 200 manat təmizlik işlərinin aparılması üçün ödənilmiş vəsaitin, məhkəmə üçün ödənilmiş 60 manat dövlət rüsumunun və müstəqil ekspertiza tərəfindən aparılmış qiymətləndirməyə görə ödənilmiş 250 manat vəsaitin cavabdeh Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.2025-ci il tarixində, gecə saatlarında Nizami rayonu, B.Nuriyev küçəsi, 15/9A, mənzil 105 ünvanında Cavabdeh Əflatun qızına məxsus beş mərtəbəli binanın 8 blokun 2-ci mərtəbəsində yerləşən mənzildə yanğın baş vermişdir. Yanğın, Fövqəladə Hallar Nazirliyinin yanğın söndürən əməkdaşları tərəfindən qarşısı alınaraq, söndürülmüşdür. Belə ki, qeyd edilən ünvanda yanğın su ilə söndürülən zaman su axıntısı baş vermiş və ona məxsus olan *** saylı mənzilin ümumi tavanı, divar kağızları, yerin laminat döşəməsi islanaraq axmış suyun nəticəsində yararsız vəziyyətə düşmüş və mənzilin laminat döşəməsi islanmış, qabarmalar müşahidə olunmuşdur. ##.##.2025-ci il tarixində ** saylı MKİS-nin əməkdaşları tərəfindən mənzilə texniki baxış keçirilmiş və qeyd edilən qüsur və hallarla bağlı akt tərtib edilmişdir. Hadisə baş verdiyi vaxtdan artıq bir aydır ki, mənzilində yaşaya bilmir. Başqa şəxslərdə, yaxınlarında qalmalı olur. Mənzil yararsız vəziyyətdədir. Bununla yanaşı ona məxsus paltar-geyim, yorğan döşək, çarpayı, mənzildə olan əşyalar da tam yarasız vəziyyətə düşərək öz keyfiyyətini itirmiş və onlardan pis qoxu gəlməkdədir, istifadə etmək mümkün deyildir. Axan su mənzilin divarlarında çatlar əmələ gətirmişdir ki, bu da axan su nəticəsində evdə nəmişliyin yaranmasına səbəb olmuşdur. Cavabdeh həyat yoldaşı Nümayəndə adlı şəxs ilk olaraq vurulmuş maddi ziyanı aradan qaldıracağı vədini versə də vədinə əməl etməmişdir. Vurulmuş maddi ziyan ilə bağlı Nümayəndə müraciət edərək mənzilini təmir etdirməsini bildirsə də bir nəticəyə hasil ola bilməmişdir. Ona bildirir ki, hara istəyirsən şikayət elə, heç bir köməklik göstərməyəcəyik. Bildirir ki, qeyd edilən ünvanda hadisə baş verən zaman orada X3 yaşamaqda idi. Həmin kirayəçi bir qədər öncə ##.##.2024-ci il tarixində evinə su axıtmışdır. Cavabdeh artıq neçə ildir ki, fərqli-fərqli insanlara mənzilini kirayə vermişdir və mənzilini kirayə verərək müəyyən məbləğdə qazanc əldə edirdi. Artıq kirayəçi X3 mənzildən çıxarılıb və yanğın baş vermiş mənzildə təmir işləri demək olar ki, bitmişdir. Mənzildə baş vermiş hadisədən sonra təmizlik işlərinin aparılması zərurəti yaranmışdır. Tərəfindən mənzilini təmizlik işlərinin aparılması üçün “xxxx” (VÖEN:150579261) təmizlik şirkəti dəvət olunmuşdur.

10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsi ilə cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə dəymiş maddi ziyanın əvəzi olaraq 4343.4 manat, mənəvi zərərə görə 100 manat, təmizlik işlərinin aparılması üçün 200 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 65.43 manat məbləğində pul vəsaitinin tutulması, ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat vəsaitin tərəflər arasında bərabər şəkildə bölünərək, iddiaçı İddiaçı 100 manat və cavabdeh Cavabdeh 100 manat məbləğində vəsaitin tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, qiymətləndiricinin xidmət haqqı olaraq 250 manat məbləğində vəsaitin tərəflər arasında bərabər şəkildə bölünərək, iddiaçı İddiaçı tərəfindən ödənilmiş 250 manat məbləğində pul vəsaitinin 125 manat hissəsinin özünə aid edilməsi və 125 manat məbləğində vəsaitin isə cavabdeh Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab etmişdir ki, cavabdeh mənzilin mülkiyyətçisi olaraq yanğın təhlükəzisliyi qaydalarına riayət etməli olmasına baxmayaraq riayət etməmiş və nəticədə yanğın hadisəsi baş vermişdir. Yəni FHN tərəfindən baş vermiş yanğının, yəni cavabdehin təqsirli hərəkətləri nəticəsində baş vermiş yanğının söndürülməsi nəticəsində iddiaçının mülkiyyətində olan mənzilə zərər dəymişdir. Müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan mənzilə dəymiş zərərlə cavabdehin mülkiyyətində olan mənzildə baş vermiş yanğın hadisəsi arasında birbaşa səbəbli əlaqə vardır. Belə ki, həmin mənzildə baş vermiş yanğın hadisəsinin söndürülməsi zamanı suyun axıdılması nəticəsində ziyan dəymişdir. Əgər cavabdeh yanğın təhlükəsizliyi qaydalarına riayət etsə idi, o zaman yanğın baş verməz və iddiaçının mülkiyyətində olan mənzilə isə zərər dəyməz idi. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçıya dəymiş zərər cavabdehin hüquqazidd əməli ilə birbaşa səbəbli əlaqəli olduğundan iddiaçıya dəymiş ziyan cavabdeh tərəfindən ödənilməlidir. Müətəxəssis rəyinə əsasən iddiaçının mülkiyyətində olan mənzilə dəymiş zərərin dəyəri, zərər dəymiş hissələrin təmiri üçün çəkilməli olan xərclər, o cümlədən bununla bağlı görülməli işlərin bazar dəyərinin 4343.4 manat (müətəxəssis rəyi ilə müəyyən edilmiş 4943 manatdan matrasın dəyəri çıxılıb) təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə mütəxəssis rəyinə münasibətdə qeyd etmişdir ki, mütəxəssis rəyi məhkəmə iclasında tərəflər ilə müzakirə edilmiş cavabdehin nümayəndəsi tərəfindən məbləğ mübahisələndirilməmiş, o cümlədən rəy ilə müəyyən edilmiş məbləği şübhə altına alacaq başqa sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyinin və mütəxəssis rəyinin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdeh bununla bağlı sübutlar təqdim etməmişdir. Ekspert rəyi və mütəxəssis rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında aparılmış tədqiqat əsasında verilmiş ekspert və mütəxəssis rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki mülki iş üzrə araşdırma zamanı ekspert rəyində və mütəxəssis rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməmişdir. Odur ki, bu halda, həmin rəylər hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilə bilər. Məhkəmə qeyd etmişdir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarınındispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən, iş üzrə ekspert və mütəxəssis rəyi əsas götürülməklə iddia tələbi mənzilə dəymiş maddi zərər hissəsində 4343.4 manat məbləğdə təmin olunmalıdır. İddiaçı tərəfindən matrasın mövcudluğu, ona zərər dəyməsi və su axması nəticəsində ondan istifadə edilməsinin mümkünsüzlüyünə dair məhkəməyə sübut təqdim edilmədiyindən iddia tələbi hazırki hissədə təmin edilə bilməz. Mütəxəssis rəyi ilə müəyyən edilən matrasın dəyərinə münasibətdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mütəxəssis tərəfindən qiymətləndirmənin hansı sübutlar əsasında aparıldığı və məbləğin necə müəyyən edildiyi rəydə əsaslandırılmamışdır. İddiaçı həmçinin mənzilə su axması nəticəsində dəymiş zərər ilə bağlı mənzildə aparılmış təmizlik işlərinə görə təmizlik şirkətinə ödənilən 200 manat məbləğində pul vəsaitinin də cavabdehdən tutulmasını tələb etmişdir. İddiaçı bildirmişdir ki, o baş vermiş yanğından sonra evdən qoxu getmədiyi üçün iki ay atası gildə qalmış, sonra təmizlik şirkəti çağıraraq evi təmizlətmişdir. Müəyyən edilmişdir ki, ##.##.2025-ci il tarixində “xxxx” şirkətinə 200 manat məbləğində pul vəsaiti ödənilmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının mənzilinə dəymiş zərərdə cavabdeh təqsirli olduğundan, onun mənzilində təmizlik işləri aparması baş vermiş yanğın hadisəsi ilə birbaşa əlaqəli olduğundan iddiaçı həmin xərcin də cavabdeh tərəfindən ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Belə ki, nəzərə alınmalıdır ki, yanğın baş verməsə idi, iddiaçı həmin xərci çəkməyəcək idi. Məhkəmə qeyd etmişdir ki, bu təbiidir ki, gecə saatlarında yanğın hadisəsi baş verməsi, həmin hadisə nəticəsində şəxsin mənzilinə zərər dəyməsi, xüsusilə nəzərə alınmalıdır ki, yaxın vaxtlarda təmir edilmiş mənzilə zərər dəyməsi, iddiaçının yaşayış yerindən məhrum olaraq başqa ünvanda yaşamağa məcbur olması şəxsin mənəvi sarsıntı keçirməsinə səbəb olacaqdır. Həmçinin cavabdeh tərəfin iddiaçının mənzilinə dəymiş zərərə laqeyd münasibət göstərməsi, öz mənzilini təmir etdirməsi, hansıki onun faktiki yaşayış yeri olmayan (başqalarının istifadəsinə verdiyi) mənzilə dəymiş zərəri ilk olaraq aradan qaldırması, lakin iddiaçının yaşayış yeri olan mənzilə dəymiş zərəri aradan qaldırmaması, dəymiş zərəri aradan qaldıracağına dair vəd verməsinə baxmayaraq sonradan dəymiş zərəri divar kağızlarını yapışdırmaqla aradan qaldırmağa çalışması, iddiaçının uzun müddət cavabdehin evi təmir etdirəcəyinə dair vədini gözləyərək yaşayış ünvanından kənarda yaşamağa məcbur olması şəxsin keçirdiyi mənəvi sarsıntı və iztirabın artmasına səbəb olan hallardır. Odur ki, iddiaçı cavabdehdən mənəvi zərərin əvəzinin tutulması tələbini irəli sürməkdə haqlı olmuşdur. Lakin tələb edilən məbləğə münasibtədə isə məhkəmə qeyd edir ki, işin faktiki halları nəzərə alınaraq mənəvi zərərin əvəzi qismində 100 manat məbləğində vəsaitin tutulması ağlabatandır.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2ci, 21.3-cü, 1096-cı, 1111-ci maddələrinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 22-ci, 29.4-cü maddələrinə, Azərbaycan Respublikasındayanğın Təhlükəsizliyi Qaydalarının 1-ci, 6.5-ci bəndlərinə, Elektrik Enerjisindən İstifadə Qaydalarının 3.4-cü bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 217.4-cü, 218-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə obyektiv həqiqəti araşdırmaq üçün baş vermiş hadisə nəticəsində iddiaçının mənzilinə hansı məbləğdə maddi ziyan dəyməsinin müəyyən olunması üçün mütəxəssis rəyi almış və qeyd olunan rəyə əsaslanaraq qətnamə çıxarmışdır. Çox təəssüflər olsun ki, məhkəmə qətnamə çıxararkən mütəxəssis rəyində göstərilən qiymətlərə obyektiv qiymət verməmiş və nəticədə qeyri-qanuni qətnamə çıxarılmışdır. Mütəxəssis rəyində göstərilən xidmətlərin və inşaat materiallarının qiyməti bir neçə dəfə yüksək qiymətlər göstərilməklə fantastik qiymət həddində göstərilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir.

17. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1111-ci maddəsinə əsasən binanın sahibi binanın tamamilə və ya ayrı-ayrı hissələrinin uçması nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur, amma zərərin binanın lazımınca saxlanmamasından və ya qüsurundan irəli gəlmədiyi hallar istisna təşkil edir. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoya bilər.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

e) Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

24. Hazırkı mülki işin faktiki hallarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında ##.##.2025-ci il tarixində, saat 23 radələrində yanğın hadisəsi baş vermiş və baş vermiş yanğın FHN-nin əməkdaşları tərəfindən söndürülmüşdür. Yanğının baş verən zaman ünvan 2 cavabdehin deyil, başqa şəxsin (cavabdeh tərəfin deməsinə görə qohumu), X3 istifadəsində olmuşdur. Yanğın Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 15/9A, *** saylı mənzilin yataq otağının sol uzaq küncündə divarda quraşdırılmış elektrik yuvasında baş vermiş qəza nəticəsində baş vermişdir. Baş vermiş yanğın hadisəsinə görə Cavabdeh Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 15/9A, *** saylı mənzilin sahibi və X3 mənzilin sakini kimi üzərlərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər olduğu halda "Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları"nın 1.10.2, 6.5, “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi Qaydaları”nın 1.2, 2.3.3.1, 2.3.3.2, 2.3.5-ci və “Elektrik enerjisindən istifadə Qaydaları”nın 3.4cü bəndlərinin tələblərini pozaraq yanğın təhlükəsizliyi qaydalarına riayət etməmələri müəyyən edilmişdir. Baş vermiş yanğın FHN-nin əməkdaşları tərəfindən söndürülərkən istifadə olunan su iddiaçıya məxsus olan Bakı şəhəri Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 15/9a, *** saylı mənzilə zərər vurmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli **/**** nömrəli rəyə əsasən *** saylı mənzildə aşkar edilmiş qüsurların suaxmadan yaranmaya xarakterik qüsurlar olduğu nəzərə alınaraq, *** saylı mənzildə aşkar edilmiş qüsurların *** saylı mənzildə baş vermiş yanğının qarşısının alınması zamanı istifadə olunan suyun *** saylı mənzilə axması nəticəsində yaranmaya xarakterik qüsurlar olduğu müəyyən edilmişdir. “xxxx” Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 15/9 a nömrəli evin, *** saylı mənzilinə dəymiş zərərin dəyəri, həmçinin zərər dəymiş hissələrin təmiri üçün çəkilməli xərclər, o cümlədən bununla bağlı görülməli işlərin (xidmətlərin) bu günkü gündə bazar qiyməti 4943 manat təşkil etdiyi müəyyən edilmişdir.

25. Birinci instansiya məhkəməsi vurulmuş maddi ziyanın əvəzi olaraq 4343.4 manat, mənəvi zərər görə 100 manat, təmizlik işlərinin aparılması üçün 200 manat məbləğində pulun cavabdehdən alınıb iddiaçıya verilməsini qət etmiş, qalan hissədə iddia təmin edilməmiş, iddiaçı İddiaçı isə məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq qətnamədən apellyasiya şikayəti verməmişdir.

26. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus Bakı şəhəri Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 15/9a, mənzil *** saylı mənzilə həmin mənzilin üstündə yerləşən, cavabdehə məxsus *** saylı mənzildə baş vermiş yanğın nəticəsində iddiaçıya maddi zərər vurulması iş materialları və ekspertiza rəyi ilə təsdiq olunduğundan maddi ziyanın əvəzinin ödənilməsi ilə bağlı hissədə iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh Cavabdeh apellyasiya şikayətində iddiaçının mülkiyyətində olan mənzilə vurulan ziyanın məbləği ilə razılaşmasa da, dəymiş ziyanın məbləği mütəxəssis rəyi ilə sübuta yetirilmişdir.

27. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə almaqla belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

28. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 4343.4 manat təşkil etdiyindən və məbləğ etibarı ilə beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.

29. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu apelyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar