Məhkəmə qərarları › İş №2(3-6)-754/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-754/2026

08.04.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-754/2026 08.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi, İddiaçı İddiaçı və cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İŞİN HALLARI

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, ½ hissədə paylı mülkiyyətçisi olduğu mənzilin kirayə verilməsinə görə əldə edilən gəlirinin 26 aya nisbətdə ½ hissəsi olan 6500 manat və ödənilmiş 85 manat dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində Bakı şəhəri Sabunçu rayonu **** saylı məhəllə Y.Əliyev küçəsi 6-cı bina 1-ci blok 4-cü mərtəbə 1 otaqdan ibarət ümumi sahəsi 67.2 kv.m olan 37 (yeni **) saylı mənzilə 1/2 hissədə onun və 1/2 hissədə Cavabdeh pay hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli Qətnaməsinə (Hakim-Ş.Qədirova) əsasən iddia təmin edilmiş, Bakı şəhəri Sabunçu rayonu Y.Əliyev küçəsi **** saylı məhəllə 6-cı bina 1-ci blok 4-cü mərtəbədə yerləşən ümumi sahəsi 67.20 kv.m olan 37 (yeni **) saylı mənzilə 1/2 hissədə Vəliyeva (Xəlilova) Aygün Mahmud qızının, 1/2 hissədə Cavabdeh payları müəyyən edilmiş. "Mitsubishi Pajero" minik markalı **-EJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin satılmasına dair Cavabdeh ilə X2 arasında bağlanmış ##.##.2021-ci il tarixli və "Mercedes Benz 230" minik markalı 90-E0-452 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin satılmasına dair Cavabdeh ilə X3 arasında bağlanmış ##.##.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqavilələri etibarsız hesab edilmiş, "Mitsubishi Pajero" minik markalı **-EJ-*** dövlət nömrə nişanlı və "Mercedes Benz 230" minik markalı **-EO-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinə 1/2 hissədə Vəliyeva (Xəlilova) Aygün Mahmud qızının, 1/2 hissədə Cavabdeh payları müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, nəqliyyat vasitələri ilə bağlı hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə qismən təmin edilmişdir. Qətnaməyə əsasən "Mitsubishi Pajero" minik markalı, **-EJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin satılmasına dair Cavabdeh ilə X2 arasında bağlanmış ##.##.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqavilələri etibarsız hesab edilərək həmin nəqliyyat vasitəsi üzərində 1/2 hissədə Vəliyeva (Xəlilova) Aygün Mahmud qızının, 1/2 hissədə Cavabdeh payları müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli Qərarına əsasən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ######## 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İddiaçı tərəfindən verilmiş sorğuya əsasən verilmiş ##.##.2025-ci il tarixli cavab məktubunda "Akkord Sənaye Tikinti İnvestisiya"xxxx" ASC-nin inşa etdiyi Sabunçu rayonu **** saylı məhəllə Y.Əliyev küçəsi 6-cı bina 1-ci blok 4-cü mərtəbə 1 otaqdan ibarət mənzildə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 2 ildir ki qeydiyyatsız yaşaması müəyyən edilmişdir. Qeyd edilməlidir sözügedən şəxsə mənzili cavabdeh Cavabdeh kirayəyə vermişdir və şəxs həmin mənzildə aylıq 500 AZN olmaqla kirayədə qalır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsi ilə qeyd edilən mənzilin ½ hissəsi paylı mülkiyyət olaraq ona aid edildiyindən həmin tarixdən mənzilin kirayə verilməsindən gələn gəlirin də ½ hissəsinin ona verilməli olduğu qənaətindədir ki, bu da ümumilikdə 26 aya görə 6500 AZN edir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir.

2. Məhkəmə qeyd etmişdir ki, sonuncu şərt qismində isə əşyanın istifadəsindən gəlir, məhsul və bəhər əldə edilməsidir. Lakin məhkəmə hesab edir ki, həmin şərt ödənilmir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, üçüncü şəxsin mənzildə kirayə müqaviləsi əsasında deyil, cavabdeh olan şəxsi münasibətləri zəmnində yaşayır. Odur ki, məhkəmə hesab edir ki, sonuncu dispozisiya şərti ödənilmədiyindən iddia tələbi rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikasının Mülki Məcəlləsin 152.1, 213, 215.1, 216-cı maddələrinə istinadla əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ

3. İddiaçı İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh göstərilən tələbdən yayınmaq üçün əlindən gələni etmişdir. Xanımın nikahsız olduğunu bilərək borcdan yayınmaq, kirayəçiyə müəyyən güzəştlər etməklə onu vətəndaş nikahında olduğunu deməyə razı salmışdır. Eyni zamanda bildirir ki, birgə nikahdan olan övladlarının belə bu evlilikdənvətəndaş nikahından xəbəri olmamışdır. Cavabdeh Cavabdeh üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə indiyədək hər hansı şəkli, birgə keçirtdikləri günlərini təsdiq edən başqa bir sübutu yoxdur. Sadəcə iş bu müstəviyə gəldikdən və kirayə pulu tərəfindən tələb edildikdən sonra cavabdeh üçüncü şəxslə vətəndaş nikahı söhbətini ortalığa ataraq məhkəməni yanıltmışdır. Həmin binada qonşular onu kirayənişin kimi tanıyır və o, mənzildə olduğu zaman xanımın özüdə 500 AZN-ə kirayədə qaldığını iddiaçıya bildirmişdir. Hesab edir ki, məhkəmə cavabdehin mövqeyini üstün tutmaqla işə qərəzli yanaşmış və əsassız qətnamə çıxarmaqla hüquqlarını kobud şəkildə pozmuşdur.

5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR

8. “X1” tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *** nömrəli arayışdan görünür ki, “Akkord Sənaye Tikinti İnvestisiyaxxxx” ASC-nin inşa etdiyi və ½ hissəsi İddiaçı məxsus olan mənzildə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 2 ildir ki, qeydiyyatsız yaşayır.

9. ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, mübahisəli mənzil ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh məxsusdur.

10. Bakı * saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, MŞB/*/****- ***** nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir.

11. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi 4001- 4010-cu məhəllə ev 13, ** saylı mənzilə (yeni qaydalarla: Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Xəlil bəy Xasməmmədov küçəsi 76 M14 m4) 1/2 hissədə Vəliyeva (Xəlilova) Aygün Mahmud qızının, 1/2 hissədə Cavabdeh mülkiyyət hüququ tanınması qət edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

13. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi xahiş edilir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

14. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Məcəlləsin 152.1, 213, 215.1, 216-cı maddələrini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Maddə 216. Mülkiyyətçilər arasında razılaşma ilə ayrı qayda nəzərdə tutulmayıbsa, paylı mülkiyyətdə olan əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir ümumi əmlakın tərkibinə daxil olur və paylı mülkiyyətin mülkiyyətçilərinin paylarına uyğun surətdə onlar arasında bölüşdürülür.

16. Hazırkı iş üzrə iddiaçı İddiaçı cavabdeh Cavabdeh ½ hissədə payı olan mənzilin kirayə verilməsinə görə əldə edilmiş 6500 manat pulu tələb etmişdir.

17. Azərbaycan Respublikası MM-nin 216-ci maddəsinin məzmunundan göründüyü kimi, tərəflər arasında başqa razılaşma olmadığı halda paylı mülkiyyətdə olan əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylı mülkiyyətin mülkiyyətçilərinin paylarına uyğun surətdə onlar arasında bölüşdürülür və iddiaçı da həmin qanuni əsas əsasında mənzilin kirayə verilməsi əsasında əldə edilmiş gəlirin onun payına münasibətdə olan hissəsinin verilməsini xahiş etmişdir. Göründüyü kimi həmin qanuni əsasın dispozisiya şərtləri aşağıdakılardan ibarətdir. 1) Tərəflər arasında başqa razılaşma olmamalıdır. 2) Əşya paylı mülkiyyətdə olmalıdır. 3) Əşyanın istifadəsindən bəhər, məhsul və gəlir əldə edilməlidir.

18. Məhkəmə tərəfindən işin halları araşdırılarkən tərəflərin və üçüncü şəxsin izahatına və digər iş materiallarına əsasən müəyyən edilmişdir ki, üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs həmin mənzildə kirayəçi kimi məskunlaşmıyıb və tərəflər arasında kirayə müqaviləsi yoxdur. Əksinə birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlə üçüncü şəxs arasında faktiki nikah münasibətləri mövcuddur və onlar arasında kirayə müqaviləsindən irəli gələn münasibətlər yoxdur.

19. Müəyyən edilmiş faktiki hallara mübahisənin yuxarıda sadalanan dispozisiya şərtləri baxımından qiymət verən məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: - Qanuni əsasın ilk dispozisiya şərti qismində tərəflər arasında başqa razılaşmanın olmaması göstərilmişdir. İşin hallarından göründüyü kimi tərəflər arasında bəhər, məhsul və gəlirlərinin başqa cür bölüşdürülməsi barədə razılaşma yoxdur və aşkar edilməmişdir. Odur ki, bu şərt ödənildiyindən digər şərtə keçilməlidir. - Digər dispozisya şərti qismində isə əşyanın paylı mülkiyyətdə olmalıdır. Hazırki iş üzrə iş materiallarında olan çıxarışdan görünür ki, həqiqətən də, mənzil paylı mülkiyyətdədir. Odur ki, bu şərt ödənildiyindən digər şərtə keçilməlidir. - Sonuncu şərt qismində isə əşyanın istifadəsindən gəlir, məhsul və bəhər əldə edilməsidir. Lakin məhkəmə kollegiyası hesab edir ki, həmin şərt ödənilmir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, üçüncü şəxsin mənzildə kirayə müqaviləsi əsasında deyil, cavabdeh olan şəxsi münasibətləri zəmnində yaşayır. Məhkəmə kollegiyası hesab edir ki, sonuncu dispozisiya şərti ödənilmədiyindən iddia tələbi rədd edilməlidir.

20. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarından, tərəflərin izahatlarından və araşdırılmış sübutlardan müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehin mənzili kirayəyə verməsi və bu münasibətdən gəlir əldə etməsi faktı sübuta yetirilməmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki: - iddiaçı cavabdehin mənzili kirayəyə verməsi və bu münasibətdən gəlir əldə etməsi faktını sübuta yetirə bilməmişdir; -işdə kirayə müqaviləsinin mövcudluğunu təsdiq edən hər hansı sübut yoxdur; -üçüncü şəxs məhkəmə iclasında kirayəçi olmadığını, cavabdehlə faktiki ailə münasibətlərində yaşadığını bildirmişdir; -üçüncü şəxs tərəfindən cavabdehə hər hansı ödəniş edilməsi faktı sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, paylı mülkiyyətdə olan əmlakdan əldə edilən gəlir yalnız real gəlir mövcud olduqda bölüşdürülə bilər. Gəlirin mövcudluğu isə bunu iddia edən tərəf tərəfindən sübuta yetirilməlidir. Hazırkı iş üzrə iddiaçı cavabdehin əmlakdan gəlir əldə etməsini sübuta yetirə bilmədiyindən, tələb hüquqi və faktiki əsaslardan məhrumdur. Apellyasiya şikayətində göstərilən arqumentlər iş üzrə toplanmış sübutlarla təsdiq olunmur və birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmir.

21. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya şikayətində irəli sürülən dəlillər, iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırmasını təşkil edirdi və birinci instansiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Baxılan iş üzrə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

22. Beləliklə, Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri isə mübahisələndirilən qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. 23.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 24.Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 25.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar