Məhkəmə qərarları › İş №2(3-6)-762/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-762/2026

27.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-762/2026 27.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzilə mülkiyyət hüququnun tanınması barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-6682/2025 nömrəli qərardadından iddiaçının şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat 1.İddia ərizəsində tələb olunub ki, daşınmaz əmlakın dövlət reyestrində Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, bina 117B-də yerləşən 58 nömrəli mənzilə dair Cavabdeh adına aparılmış qeyd ləğv edilsin və mənzilə İddiaçı mülkiyyət hüququ tanınsın. 2.İddia ərizəsində cavabdeh kimi Cavabdeh göstərilib. 3.Nəsimi Rayon Məhkəməsinin qərardadı ilə qərara alınıb ki, iddia ərizəsi geri qaytarılsın. Qərardad onunla əsaslandırılıb ki, iddia ərizəsində cavabdeh qismində Cavabdeh göstərilsə də, ona qarşı yönəlmiş tələbin nədən ibarət olması müəyyən deyil. İddia ərizəsində irəli sürülmüş tələbin DƏDKR PHŞ qarşı yönələn tələb olduğu görünür, iddiaya cavab vernəli olan şəxs həmin PHŞ-dir. Qərardadda hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə istinad olunub. Həmin maddəyə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi geri qaytarılır. 4.Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin və iddia ərizəsi icraata götrülsün. 5.Birinci instansiya məhkəməsi şikayəti təmin etməyib və şikayəti baxılması üçün işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərib. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 6.Şikayət təmin olunmalı, qərardad ləğv olunmalı və iş həmin məhkəməyə göndərilməlidir. 7.Belə ki, iddiaçı inzibati orqana (DƏKDR PHŞ-ə) qarşı iddia verməyə məcbur edilə bilməz. İddia ərizəsinin məzmunundan görünür ki, o, inzibati oraqanın hər hansı hərəkət və ya hərəkətsizliyindən narazı deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3 və 149.2.2-ci maddələrinə görə, iş üzrə cavabdehi müəyyən etmək iddiaçının səlahiyyətinə aiddir. İddiaçı həmin səlahiyyətindən istifadə edərək iddia ərizəsində cavabdeh kimi Cavabdeh göstərib və iddia tələbini ona qarşı yönəldib. Mülki prosesdə “cavabdeh” iddia tələbinə cavab verən mənasında işlədilib. Əgər birinci instansiya məhkəməsi hesab edirsə ki, Cavabdeh iddia tələbinə cavab verməli olan şəxs deyil, belə halda iddianın rədd olunması barədə qətnamə qəbul edə bilər. 8.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-6682/2025 nömrəli qərardadı ləğv edilsin və iş həmin məhkəmə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar