Məhkəmə qərarları › İş №2(3-6)-768/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-768/2026

30.04.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-768/2026 30.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh PHŞ-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və s. tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi və.s) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X7 və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, iddiaçı X1, cavabdehin nümayəndəsi Nümayəndə, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X8 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı

1. ##.##.2025-ci il tarixli əmək müqaviləsindən görünür ki, Iddiaçı ##.##.2025-ci il tarixdə Cavabdeh X2 X17 Gəncə regional şöbəsində təsərrüfat bölməsində bölmə müdiri peşəsinə qəbul edilmişdir.

2. Iddiaçı ##.##.2025-ci il tarixli bildirişlə ##.##.2025-ci il tarixdə əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar əmək müqaviləsinə xitam veriləcəyi ilə xəbərdar edilmişdir.

3. Azərbaycan Respublikası «xxxx» X2 Cavabdeh X2 ## ######## 2025-ci il tarixli, 18 *- **/*-*-****/**** nömrəli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrdən görünür ki, 1. Cavabdeh X2 X17 Gəncə regional şöbəsinin təsərrüfat bölməsinin bölmə müdiri Iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən (əmək müqaviləsinin müddətinin başa çatması ilə) ## ######## 2025-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanılmış ##.##.2025-ci il tarixli *******000400 nömrəli əmək müqaviləsinə xitam verilmişdir.

a)Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh PHŞ-yə qarşı “əmrin ləğvi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X2 onunla bağladığı əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2025-ci il tarixli əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinin müddətsiz əmək müqaviləsi kimi tanınması, onun əvvəlki vəzifəsinə, yəni təsərrüfat bölməsinin müdiri vəzifəsinə bərpa edilməyi və əmək müqaviləsinə əsassız xitam verildiyi gündən etibarən əvvəlki işinə bərpa olunduqdan sonra işini icra edənədək yığılmış əmək haqqının cavabdehdən tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Səhiyyə Nazirliyi tabeliyində olan Səhiyyə Idarəsi ləğv edildikdən sonra, varis kimi fəaliyyət göstərən xxxx (TƏBIB) X2 xxxxnın Vərəm şöbəsinin təsərrüfat bölməsinin müdiri vəzifəsində müddətsiz əmək müqaviləsi əsasında işləmişdir. Sonradan həmin şöbə ləğv edilmiş, rəhbərliyin təşəbbüsü ilə öz ərizəsilə işdən azad edilmiş və daha sonra eyni tabelikdə olan TƏBIB-in Cavabdeh X2də eyni vəzifəyə – təsərrüfat bölməsinin müdiri vəzifəsinə işə qəbul olunmuşdur. Işə qəbul edilərkən hesab edirdi ki, əvvəlki kimi müddətsiz əmək müqaviləsi bağlanacaq, çünki tutduğu vəzifə müvəqqəti deyil, daimi xarakter daşıyır və TƏBIB sisteminə daxil olan başqa X2ə keçid etmişdir. Lakin cavabdeh işəgötürən, Əmək Məcəlləsinin tələblərini pozaraq onunla əsassız şəkildə müddətli əmək müqaviləsi bağlamış, daha sonra isə ##.##.2025-ci il tarixdə “əmək müqaviləsinin müddətinin bitməsi” əsası ilə işə xitam vermişdir. Amma son haqq-hesab həmin günü deyil, ##.##.2025-ci il tarixdə əmək haqqı kartına ödənilmişdir. Lakin bu günə qədər ona əmək kitabçası verilməmiş və əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə rəsmi qaydada tanış olmağı işəgötürən tərəfindən təmin edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən ## ###### 2005-ci il tarixdə dövlət qeydiyyatına alınmış, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ## ###### 2005-ci il tarixli **-* nömrəli qərarı ilə təsdiq edilmiş “Bütün sahələr üçün ümumi qulluqçu vəzifələrinin Vahid X19”na əsasən, təsərrüfat müdiri müəssisə və təşkilatların təsərrüfat-xidməti işlərinə rəhbərlik edir, avadanlıqların qorunması və bərpasını, təmir-təchizat və maddi-texniki təminatı təşkil edir. Bu vəzifə mövsümi və ya layihə xarakterli deyil, daimi xarakter daşıyır. Bu səbəbdən işəgötürən tərəfindən müddətli müqavilə bağlanması üçün heç bir hüquqi əsas mövcud olmayıb. Əsas olmadan əmək müqaviləsinə xitam verilməsi, yəmni Mənimlə bağlanan əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndi (müddətin qurtarması) əsasında xitam verilib.Lakin bu bənd yalnız qanuni şəkildə bağlanmış müddətli müqavilələrə tətbiq oluna bilər.Mənimlə bağlanan müqavilə isə qanunsuz olaraq müddətli edilmişdir. Əmək Məcəlləsinin 51.1-ci maddəsinə əsasən, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini və əmək funksiyasını icra etmə bacarığını yoxlamaq məqsədilə sınaq müddəti ilə bağlana bilər. Altı ay müddətinədək bağlanmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu üç ay sınaq müddəti müəyyən edilə bilər. Mənimlə cavabdeh arasında bağlanmış müqavilənin 2.1-ci bəndində göstərilmişdir: “Bu müqavilə müddətli bağlanmışdır-3 ay sınaq müddəti ilə.”Həmin müqavilənin 2.3-cü bəndinə əsasən isə “əmək müqaviləsi ##.##.2025-ci ildən ##.##.2025-ci ilədək bağlanmışdır.” Göründüyü kimi, “sınaq müddəti” ilə “müddətli əmək müqaviləsi” anlayışları hüquqi baxımdan tamamilə fərqli anlayışlardır. Hər iki anlayışın eyni müqavilədə tətbiqi qanunvericiliyin mahiyyətinə ziddir. Bundan əlavə, 6 ay müddətə bağlanmış müqavilədə 3 ay sınaq müddəti müəyyən edilməsi məntiq və hüquq baxımından ağlabatan deyil, çünki belə halda sınaq dövrü əmək münasibətlərinin yarısını əhatə edir və sınağın məqsədini – işçinin bacarığının ilkin yoxlanılmasını – aradan qaldırır. Əmək münasibətlərində mövcud olan bütün qeyrimüəyyənliklər və ziddiyyətlər işçinin xeyrinə izah edilməlidir (Əmək Məcəlləsinin 9- cu maddəsi). Buna görə də, bu müqavilə işçinin xeyrinə müddətsiz əmək müqaviləsi kimi qiymətləndirilməlidir.

6. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək göstərmişdir ki, iddiaçı Iddiaçı ilə AXM arasında ##.##.2025-ci il tarixli ************* nömrəli əmək müqaviləsi imzalanmış və o, əmək müqaviləsinə əsasən birinci 3 ayı sınaq müddəti hesab edilməklə ##.##.2025-ci il tarixinədək 6 ay 1 gün müddətinə işə qəbul edilmişdir. Iddia ərizəsində qeyd etdiyi həqiqətə uyğun olmayan və faktlara söykənməyən ifadələrdən tam fərqli olaraq özünün də təsdiq etdiyi kimi bu Əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47 "f" bəndinə uyğun olaraq tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə bağlanılmış və 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən, yəni əmək müqaviləsinin müddəti başa çatdığına görə müqaviləsinə xitam verilərək işdən azad olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən xitam verilməmişdən öncə Iddiaçı ##.##.2025-ci il tarixdə bildirişlə rəsmi məlumat verilmişdir. Əlavə olaraq qeyd edirik ki, Iddiaçı işlədiyi müddətdə bir çox nöqsanlara yol vermişdir. Belə ki, AXM əməkdaşlarının X17nda cari ilin avqust ayında həyata keridikləri monitorinq zamanı Gəncə regional şöbəsinə göndərilmiş təsərrüfat mallarınının paylaşdırılması barədə heç bir təsdiqedici sənəd olmamışdır. Təsərrüfat mallarını təhvil almış maddi məsul şəxs olan Iddiaçı izahatında malları tələbnaməsiz paylaşdırdığını bildimişdir. Etirazın təsviri hissəssinə istinad edərək bir daha təsdiq olunur ki, iddiaçı ilə АXМ arasında müddətli əmək müqaviləsi bağlanmış və müqavilə müddəti başa çatdıqda əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinin müddəti bitdikdə onun uzadılması, və ya xitam əmri ilə əmək münasibətlərinin sonlandırılması Işəgötürənin diskression səlahiyyətinə aiddir. Iddiaçının tələbinin təmin edilməsi Işəgötürənin yenidən iddiaçı ilə əmək müqaviləsi bağlamasına məcbur etmək hesab olunar ki, bu da özlüyündə Işəgötürənin hüquqlarının pozulmasıdır. Iddiaçının tələbi özlüyündə heç bir maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşmır. Qeyd edilənləri nəzərə alaraq, iddiaçı Iddiaçı AXM-ə qarşı iddiasının rədd edilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir.

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim-Rəna Qafarova) iddianın təmin edilməməsi qət edilmişdir. 8.Məhəmənin mövqeyinə görə əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə müəyyən edilsə də, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə qanunvericiliklə müəyyən olunmuş qaydada xitam verilə bilər və həmin hallar əmrdə göstərilməklə əsaslandırılmalıdır. Işin materiallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya münasibətdə əmək müqaviləsinə xitam verərkən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b” bəndinin tətbiq edilməsini sonuncu qanunsuz sayaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə bağlanmış ## #### 2025-ci il tarixli əmək müqaviləsinə əsasən ## #### 2025-ci il tarixindən cavabdeh Cavabdeh X2 X17 Gəncə regional şöbəsinin təsərrüfat bölməsində bölmə müdiri vəzifəsinə işə qəbul edilmiş və ## ######## 2025-ci il taxrixli, **-*-**/*-*-****/**** saylı əmrinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b” bəndinə əsasən (müqavilə müddətinin bitməsi) onunla bağlanmış əmək müqaviləsinə həmin tarixdən xitam verilmişdir. Iddiaçıya ##.##.2025-ci il tarixdə ona bağlanmış əmək müqaviləsinin müddətinin ##.##.2025-ci il tarixdə xitam olunacağı ilə bağlı bildiriş göndərilmişdir. Məhkəmə hesab etmişdir ki, hazırki işdə işəgötürən əmək qanunvericiliyinə riayət etməklə, əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam vermiş və iddiaçını işdən azad etmiş, əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, bu zaman iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.

9. Məhkəmə iddiaçı tərəfin müqavilənin müddətsiz hesab edilməsi ilə bağlı dəlillərini də əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində xxxx (TƏBIB) X2 xxxxnın Vərəm şöbəsinin təsərrüfat bölməsinin müdiri vəzifəsində müddətsiz əmək müqaviləsi əsasında işləməsini, sonradan həmin şöbə ləğv edilməsini, rəhbərliyin təşəbbüsü ilə öz ərizəsi ilə işdən azad edilməsini və daha sonra eyni tabelikdə olan TƏBIB-in Cavabdeh X2də eyni vəzifəyə – təsərrüfat bölməsinin müdiri vəzifəsinə işə qəbul olunmasını göstərsə də, məhkəmə iclasında izahat verən zaman bildirmişdir ki, sonuncu dəfə təsərrüfat müdiri işləməyə başlamazdan əvvəl dörd il müddətində o, təsərrüfat qardaşı vəzifəsində işləmişdir.

10. Məhkəmə iddianın işə bərpa edilməsi ilə bağlı hissəsinin əsassız olması nəticəsinə gəldiyi üçün digər törəmə tələblərin də əsassız saydığından onlara prosessual qənaət prinsipi baxımından ayrıca hüquqi qiymət verilməsinə zərurət görmədiyini qeyd etmişdir. 11.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasını Əmək Məcəlləsinin 2.1, 2.3, 3.5, 9cu maddəsinin “q” bəndi, 10, 11-ci maddəsinin “a” və “b” bəndi, 11-ci maddəsinin 1-ci hissəsinin “d” bəndi, 12-ci maddəsinin 1-ci hissəsinin «b» bəndi, 15-ci maddəsinin 4-cü hissəsi, 45-ci maddəsinin 1-ci hissəsi, 47-ci maddəsinin “f” bəndi, 68-ci maddəsinin 1 və 2-ci bəndi, 73, 76 və 300.1-ci maddələrinə və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12.Qətnamədən iddiaçı Iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsi və əmək hüquqlarının təmin edilməsini xahiş etmişdir. 13.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, uzun müddət eyni təsisçi olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 sistemində fəaliyyət göstərən tibb müəssisələrində fasiləsiz əmək fəaliyyəti ilə məşğul olmuşdur. O, əvvəlcə xxxx X2də Dəstək xidmətləri şöbəsinin Təsərrüfat bölməsində təsərrüfat qardaşı (bacısı) vəzifəsində müddətsiz əmək müqaviləsi əsasında işləmiş. Daha sonra struktur dəyişiklikləri ilə bağlı həmin şöbə ləğv edilmiş, iddiaçı rəhbərliyin təşəbbüsü ilə ərizə əsasında işdən azad edilmişdir. Bundan sonra bir gün fərqi ilə iddiaçı eyni təsisçiyə malik olan X18 X2də, X17 Gəncə regional şöbəsində Təsərrüfat bölməsinin müdiri vəzifəsinə işə qəbul edilmiş, lakin bu dəfə əmək münasibətləri əsassız olaraq müddətli əmək müqaviləsi ilə rəsmiləşdirilmişdir. (Ama o, müddətsiz əmək müqaviləsinin davam edilməsini düşünürdü). Iddiaçı birinci instansiya məhkəməsində əsaslandırmışdır ki, gördüyü işin xarakteri müvəqqəti deyil, daimi və fasiləsizdir, əmək funksiyası əvvəlki fəaliyyətindən mahiyyət etibarilə fərqlənmir və eyni təsisçi tərəfindən idarə olunan X2lər arasında işçinin hüquqi statusu süni şəkildə dəyişdirilmişdir. Birinci instansiya məhkəməsi tərəflər arasında əmək münasibətlərinin mövcudluğunu qəbul etsə də, iddiaçının əmək münasibətlərinin müddətsiz hesab edilməsi, işəgötürən səlahiyyətindən sui-istifadə, habelə iddia ərizəsinə dair etirazın səlahiyyəti olmayan şəxs tərəfindən verilməsi ilə bağlı dəlillərini qəbul etməmiş və işin faktiki hallarını tam araşdırmadan qətnamə qəbul etmişdir. Iş materiallarından görünür ki, iddia ərizəsinə dair etiraz Cavabdehn Insan resursları şöbəsinin müdiri Ruslan Zamanov tərəfindən imzalanaraq təqdim edilmişdir. Lakin qeyd edilməlidir ki, Insan resursları şöbəsinin müdiri işəgötürən subyekt hesab edilmir və əmək mübahisəsi üzrə məhkəmə icraatında işəgötürəni təmsil etmək üçün qanunla müəyyən edilmiş səlahiyyətə malik deyil. Əmək münasibətlərindən irəli gələn mübahisələrdə iddia ərizəsinə etirazın verilməsi yalnız işəgötürən tərəfindən və ya işəgötürənin qanuni nümayəndəsi tərəfindən, müvafiq etibarnamə və ya səlahiyyət sənədi əsasında həyata keçirilə bilər. Iş materiallarında isə Ruslan Zamanovun bu cür səlahiyyətini təsdiq edən heç bir etibarnamə və ya hüquqi əsas mövcud deyil. Bu hal prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulmasıdır və məhkəmə tərəfindən nəzərə alınmalı idi. Eyni zamanda diqqətə çatdırır ki, həm "xxxx" publik hüuqqi şəxs, həm də X18 X2 eyni təsisçi olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən təsis edilmişdir. Bu fakt işəgötürənlər arasında struktur və idarəetmə əlaqələrinin mövcudluğunu göstərir və işçinin hüquqi statusunun qiymətləndirilməsində mühüm əhəmiyyət daşıyır. Belə ki, o, “xxxx” X2də Dəstək xidmətləri şöbəsi Təsərrüfat bölməsində təsərrüfat bacısı (qardaşı) vəzifəsində müddətsiz əmək müqaviləsi əsasında işləmişdir. Bu vəzifə daimi xarakter daşıyan, ştat cədvəlində mövcud olan və fasiləsiz icra edilən əmək funksiyası olmuşdur. Buna baxmayaraq, eyni təsisçiyə malik digər X2 olan Cavabdeh X2də, X17 / Gəncə regional şöbəsi / Təsərrüfat bölməsində bölmə müdiri vəzifəsinə müddətli əmək müqaviləsi ilə işə götürülməyi əsassız və qanunsuz şəkildə həyata keçirilmişdir. Işəgötürən tərəfindən müddətli əmək müqaviləsi bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulan heç bir hüquqi əsas göstərilməmiş və sübut edilməmişdir. Bu hal işəgötürənin öz səlahiyyətlərindən sui-istifadə etməsi, müddətli əmək müqaviləsi institutundan qanunsuz istifadə etməsi və nəticə etibarilə işçinin əmək hüquqlarının məhdudlaşdırılması deməkdir. Belə davranış hüquqda sui-istifadə kimi qiymətləndirilməli və məhkəmə tərəfindən hüquqi nəticə doğurmalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 14.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

a)Məhkəmə icraatı iştirakçılarının izahatları

15.Məhkəmə kollegiyasının iclasında iddiaçı X1 apellyasiya şikayətini müdafiə etdi, izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, o, qarşı tərəflə əlaqə saxlayarkən sadəcə olaraq demişdir ki, məhkəməyə gəlirlər, ona şər atırlar, xahiş etdi ki, gəlib hər şeyin doğrusunu danışsınlar. Hər iki xəstəxana TƏBIB-in tabeliyindədir. Insan resurslarının müdiri Ruslan müəllim onlara dedi ki, ərizələrini yazıb çıxsınlar və onlar işçiləri işə qəbul edəcəklər. Onlara demədilər ki, onları işə 6 aylıq götürürlər və 6 aydan sonra işdən azad edəcəklər. O, bunu bilsəydi ərizə yazıb işdən çıxmazdı. Sima imza ilə imzalaya bilmirdilər. Bir nəfər var idi, hamının müqaviləsini o imzalayırdı. Həmin vaxta qədər heç vaxt Sima ilə işləməmişdirlər. Onları inandırdılar ki, işdən çıxarmayacaqlar. 16.Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini xahiş etdi. Izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, Cavabdeh PHŞ-də iddiaçının vəzifəsi təsərrüfat bölmə müdiri olub, əvvəlki iş yerində isə təsərrüfat qardaşı vəzifəsində olub. Yəni daha yüksək vəzifəyə, daha yüksək əmək haqqı ilə yeni bir əmək müqaviləsi bağlanılmışdır. “xxxx” PHŞ yaradılan zaman hüquqi varislik prinsipi qoyulmuşdur. Lakin Cavabdeh PHŞ yeni nizamnamə əsasında yaranmışdır. Eyni zamanda iddiaçı ##.##.2026-cı il tarixdə, saat 11:52-də ona məxsus mobil telefon nömrəsinə zəng vuraraq təzyiq xarakterli və hədə-qorxu məzmunlu ifadələr işlətmiş və məhkəmə prosesində davranışına təsir göstərməyə cəhd etmişdir. Hesab edir ki, bu cür hərəkətlər məhkəmə baxışının obyektivliy və ədalətli keçirilməsinə təsir göstərmək məqsədi daşıyır və yolverilməzdir. Əlavə olaraq bildirir ki, iddiaçının davranışları, o cümlədən ona qarşı göstərilən təzyiq cəhdləri onun əmək münasibətlərində zəruri olan etibarlılıq və əmək intizamına riayət etmək qabiliyyəti ilə bağlı ciddi şübhələr yaradır. Bu baxımdan iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması halında normal əmək münasibətlərinin davam etdirilməsi və iş mühitinin, sağlam əməkdaşlıq prinsipinin qorunması çətinləşə bilər. Hesab edir ki, bu hallar da işə baxılan zaman nəzərə alınmalıdır. Buna görə də xahiş edir ki, məhkəmə tərəfindən iddiaçı X1 bu kimi halların yol verilməzliyi ilə bağlı xəbərdarlıq edilsin, zəruri olduğu halda əlavə tədbirlər görülsün. Iddiaçı Vərəm şöbəsində işləyib. Cavabdeh PHŞ 2024-cü ildə yaradılıb. “xxxx” PHŞ yaradılan zaman onların tabeçiliyində olan vərəm şöbəsi kimi fəaliyyət göstəriblər. Bəli, 2009-cu ildən fəaliyyət göstərən X22 xəstəxananın vərəm şöbəsi olub. “xxxx” PHŞ-nin Idarə Heyətinin ##.##.2021-ci il tarixli qərarında qeyd edilir ki, “xxxx” PHŞ Gəncə şəhər Səhiyyə Idarəsinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələri daxil olmaqla Gəncə şəhər Səhiyyə Idarəsinin hüquqi varisi hesab edilsin və əvvəlki tibb müəssisələrinin işçiləri ilə bağlanmış əmək müqavilələri, o cümlədən digər müqavilələr tam həcmdə hüquqi varislik prinsipi əsasında X2ə ötürülsün. X22 “xxxx” PHŞ-nə keçiblər. X18” PHŞnin təsis edilməsi haqqında ## #### 2024-cü il tarixli qərar əsasında X2 yaradılır. Iddiaçı ərizə yazaraq 2025-ci ildə “xxxx” PHŞ-dən işdən çıxır. Bir müddət sonra işlə bağlı onlara müraciət edir və daha yüksək vəzifəyə işə qəbul edilir. ## #### 2024-cü il tarixli qərarda onların üzərinə hərhansı bir öhdəlik qoyulmayıb ki, işçilərlə bağlanmış əmək müqavilələri hüquqi varislik prinsipi əsasında X2ə ötürülsün. Onlara ünvanlanmış ərizələr əsasında yeni münasibətlər yaranmışdır. Sima imza ilə bir nəfərin bütün işçilərin müqavilələrini imzalaması tamamilə böhtandır, belə bir şey olmayıb. Əlavə olaraq da Insan resurslarının müdiri Ruslan müəllim deyilən şəxs işdən azad olunma prosesində əlaqəsi olmayıb, işə qəbul zamanı iştirak edib. Işdən azad olunma prosesi “xxxx” PHŞ-nin vərəm şöbəsi tərəfindən aparılıb.

Tətbiq edilən hüquq 17.Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 25. İ hissə. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 35. İ, II, III, IV və VIII hissəsi. Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.

18. Azərbaycan Respublikasının Əmək Məcəlləsi

Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 45.2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Maddə 45.3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Maddə 45.5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

Maddə 47. Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə;

Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

19.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddələr 385.1.1, 385.1.2, 385.1.4.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.

Apellyasiya baxışının hədləri

20.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 21.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanunililiyinin və əsaslılığının tam yoxlanması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməlidir.

23. ##.##.2025-ci il tarixli əmək müqaviləsinə əsasən Iddiaçı ##.##.2025-ci il tarixdə Cavabdeh X2 X17 Gəncə regional şöbəsində təsərrüfat bölməsində bölmə müdiri peşəsinə qəbul edilmişdir.

24. Azərbaycan Respublikası «xxxx» X2 Cavabdeh X2 ## ######## 2025-ci il tarixli, 18 *- **/*-*-****/**** nömrəli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinə əsasən 1. Cavabdeh X2 X17 Gəncə regional şöbəsinin təsərrüfat bölməsinin bölmə müdiri Iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən (əmək müqaviləsinin müddətinin başa çatması ilə) ## ######## 2025-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanılmış ##.##.2025-ci il tarixli *******000400 nömrəli əmək müqaviləsinə xitam verilmişdir.

25. Iddiaçı daha əvvəl işlədiyi xxxx (TƏBIB) X2 xxxxnın Vərəm şöbəsinin təsərrüfat bölməsinin müdiri vəzifəsində müddətsiz əmək müqaviləsi əsasında işləməsini, o şöbə ləğv edildikdən sonra rəhbərliyin təşəbbüsü ilə işdən çıxaraq eyni tabelikdə olan TƏBIB-in Cavabdeh X2də eyni vəzifəyə - təsərrüfat bölməsinin müdiri vəzifəsinə işə qəbul ediləsini, nəticə etibarı ilə TƏBIB sisteminə daxil olan başqa X2ə keçid etdiyini, bu səbəbdən əmək müqaviləsinin müddətli bağlanmasının qanunsuz olduğunu iddia edərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmri mübahisələndirir.

26. Birinci instansiya məhkəməsi iddianı rədd edərək qeyd etmişdir ki, işəgötürən əmək qanunvericiliyinə riayət etməklə, əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam vermiş və iddiaçını işdən azad etmiş, əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, bu zaman iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.

27. Məhkəmənin mövqeyi ilə razılaşmayan kollegiya qeyd edir ki, iş materiallarına əlavə edilmiş əmək kitabçasının surətindən görünür ki, Iddiaçı ##.##.2009-ci il tarixli, ** saylı əmrlə Gəncə şəhər r/a X22nə təsərrüfat müdiri vəzifəsinə qəbul edilmişdir.

29. ##.##.2011-ci il tarixli, 92 nörməli əmrlə Gəncə şəhər r/a X22nin adı dəyişdirilərək X13 adlandırılmışdır.

30. xxxx PHŞ-nin X9 şəhər Səhiyyə Idarəsinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələri daxil olmaqla Gəncə şəhər Səhiyyə Idarəsinin əsasında xxxx X2 yaradılması haqqında ##.##.2021-ci il tarixli qərarına əsasən xxxx X2 yaradılması və xxxx X2 Gəncə şəhər Səhiyyə Idarəsinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələri daxil olmaqla Gəncə şəhər Səhiyyə Idarəsinin hüquqi varisi hesab edilməsi və əvvəlki tibb müəssisələrinin işçiləri ilə bağlanılmış əmək müqavilələri, o cümlədən digər müqavilələr tam həcmdə hüquqi varislik prinsipi əsasında X2ə ötürülməsi qərara alınmışdır.

31. 2021-ci il tarixli əmrlə Iddiaçı yeni təsdiq edilmiş ştat cədvəlinə uyğun olaraq “xxxx” PHŞin Dəstək xidmətləri şöbəsinin təsərrüfat bölməsində təsərrüfat qardaşı vəzifəsində hesab edilmişdir. 32.Iddiaçı ilə xxxx” PHŞ-in ##.##.2021-ci il tarixli müddətsiz əmək müqaviləsi bağlanmışdır. 33.##.##.2025-ci il tarixli əmrlə Iddiaçı əmək müqaviləsinə ƏM-nin 68-ci maddəsinin a bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir.

34. TƏBIB PHŞ-nin “xxxx” PHŞ-nin ##.##.2025-ci il tarixli əmri ilə Iddiaçı öz ərizəsinə əsasən “xxxx” PHŞ-nin Dəstək xidmətləri şöbəsinin Təsərrüfat bölməsinin təsərrüfat qardaşı vəzifəsindən ayrılmış, ##.##.2025-ci il tarixli əmək müqaviləsinə əsasən Iddiaçı ##.##.2025-ci il tarixdə Cavabdeh X2 X17 Gəncə regional şöbəsində təsərrüfat bölməsində 3 aylıq sınaq müddəti ilə bölmə müdiri vəzifəsinə qəbul edilmişdir.

35. Həmin ##.##.2025-ci il tarixli əmək müqaviləsinin 2.1-ci maddəsinə əsasən müqavilə müddətsiz bağlanmamışdır.

36. Cavabdeh PHŞ-nin Nizamnaməsində əsasən Mərkəz TƏBIB-in Müşahidə Şurasının ##.##.2024-cü il tarixli, **-Q/**** nömrəli qərarı ilə təsis edilmişdir.

37. Nizamnamənin 1.4-cü bəndinə əsasən Mərkəz X2dir və müstəqil balansa, istifadəsində olan, müvafiq olaraq, dövlət əmlkaına, xəzinə və bank hesablarına, üzərində TƏBIB-in və öz adı həkk olunmuş möhürə və müvafiq ştamplara və blanklara malikdir.

38. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası «xxxx» X2 ## ##### 2026-cı il tarixli, 18-1/2-3393/2026 nörməli məktubunda qeyd olunur ki, Cavabdeh X2 ilə TƏBIBin tabelyindəki “Gəncə Şəhər Biləşmiş Xəstəxanası” arasında hüquq varislik mövcud deyil. TƏBIBin Müşahidə Şurasının ##.##.2024-cü il tarixli, **-Q/**** nömrəli qərarına əsasən Gəncə Şəhər Biləşmiş Xəstəxanası” X2 Vərəm şöbəsi Cavabdeh X2 sturkturuna daxil edilmişdir.

39. TƏBIB-in rəsmi internet səhifəsində qeyd edilmişdir ki, X18 TƏBIB-in Müşahidə Şurasının **-Q/**** saylı, ##.##.2024-cü il tarixli qərarı ilə yaradılıb. BBSM-nin strukturuna daxil olan 1, 2, 3, 4, 5, * nömrəli vərəm əleyhinə dispanserlər, 1 və * nömrəli xüsusiləşdirilmiş vərəm xəstəxanaları, * nömrəli X10 və Abşeron Rayon Mərkəzi Xəstəxanasının strukturuna daxil olan Saray Modul tipli Vərəm Xəstəxanası, X14 * saylı Doğum evi, eləcə də rayon mərkəzi xəstəxanalarının strukturuna daxil olan ftiziatrik kabinetlər və vərəm şöbələri də müvafiq olaraq X18 tabeliyinə verilib. Əlavə olaraq, ölkə səhiyyəsində ilk dəfə olaraq ixtisaslaşdırılmış Poliklinika və Pulmonologiya xəstəxanası yaradılmış, ağciyərdən kənar və dərmanlara davamlı vərəm xəstələri üçün stasionar xidmət göstərən tibb müəssisələri qurulmuşdur.

40. Beləliklə, iş materiallarına əsasən müəyyən edilir ki, ##.##.2009-cu il tarixdə Iddiaçı ** saylı əmrlə Gəncə şəhər r/a X22nə təsərrüfat müdiri vəzifəsinə qəbul edilmiş və həmin vaxtdan müddətsiz əmək münasibətlərində olmuşdur. 2011-ci ildə Gəncə şəhər r/a X22nin adı dəyişdirilərək X13 adlandırılmışdır. xxxx PHŞ-nin X9 şəhər Səhiyyə Idarəsinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələri daxil olmaqla Gəncə şəhər Səhiyyə Idarəsinin əsasında xxxx X2 yaradılması haqqında ##.##.2021-ci il tarixli qərarına əsasən xxxx X2 yaradılması və xxxx X2 Gəncə şəhər Səhiyyə Idarəsinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələri daxil olmaqla Gəncə şəhər Səhiyyə Idarəsinin hüquqi varisi hesab edilməsi və əvvəlki tibb müəssisələrinin işçiləri ilə bağlanılmış əmək müqavilələri, o cümlədən digər müqavilələr tam həcmdə hüquqi varislik prinsipi əsasında X2ə ötürülməsi qərara alınmışdır.

41. Yanvar 2021-ci il tarixli əmrlə Iddiaçı yeni təsdiq edilmiş ştat cədvəlinə uyğun olaraq “xxxx” PHŞ-in Dəstək xidmətləri şöbəsinin təsərrüfat bölməsində təsərrüfat qardaşı vəzifəsində hesab edilmişdir. Iddiaçı ilə xxxx” PHŞ-in ##.##.2021-ci il tarixli müddətsiz əmək müqavilə bağlanmışdır. TƏBIB-in Müşahidə Şurasının ##.##.2024-cü il tarixli, **-Q/**** nömrəli qərarı ilə struktur islahatı aparılmış, xxxxnın (BBSM) Vərəm şöbəsi yeni yaradılan Cavabdeh PHŞ-in tabeliyinə verilmişdir. ##.##.2025-ci il tarixli əmrlə Iddiaçı əmək müqaviləsinə ƏM-nin 68-ci maddəsinin a bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Iddiaçı onunla bağlanmış ##.##.2025-ci il tarixli müqaviləyə əsasən “X18» X2 X17 Gəncə regional şöbəsində təsərrüfat bölməsində 3 aylıq sınaq müddəti ilə bölmə müdiri vəzifəsinə qəbul edilmişdir.

42. ##.##.2025-ci il tarixdə isə işəgötürən tərəfindən 18 *-**/*-*-****/**** nömrəli əmr imzalanmış və iddiaçı ilə bağlanmış müqaviləyə ##.##.2025-ci il tarixdən Əmək Məcəlləsinin 68.2 "b" bəndi (müddətin bitməsi) ilə xitam verilmişdir.

43. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-IV və VIII hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli Qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır. Konstitusiya Məhkəməsinin Plenumu bir daha nəzərə çatdırmağı vacib hesab edir ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur. Odur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər.

44. Kollegiya hesab edir ki, iddiaçının 2009-cu ildən əmək müqaviləsi ilə eyni müəssisədə, eyni xarakterli iş gördüyü halda, məhz ##.##.2025-ci il tarixdə “öz xahişi ilə” əmək müqaviləsinə xitam verilməsi və 2 gün sonra, cəmi 3 ay müddətinə onunla yeni müddətli əmək müqaviləsi bağlanması, ##.##.2025-ci il tarixdə isə müddətin qurtarması əsas götürülərək onunla əmək müqaviləsinə xitam verməsi Əmək Məcəlləsinin 47-ci maddəsi ilə uyğunluq təşkil etmir və müddətli əmək müqaviləsi bağlanması üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar müəyyən edilmir.

45. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını hərtərəfli qiymətləndirməmiş, tərəflər arasındakı faktiki bərabərsizliyi və əmək münasibətlərinin davamlılığı prinsipini nəzərə almayaraq, maddi hüquq normalarını səhv tətbiq etməklə əsassız nəticəyə gəlmişdir. 46.Beləliklə, kollegiya qeyd olunan xüsusatları ümumiləşdirərək belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)- ****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Azərbaycan Respublikası Cavabdeh X2 ## ######## 2025-ci il tarixli, **-*-**/*-*-****/**** nömrəli əmək müqaviləsinə xitam verilməsi haqqında əmri ləğv edilməli, iddiaçı Iddiaçı əvvəlki vəzifəsinə - Cavabdeh X2 X17 Gəncə regional şöbəsinin təsərrüfat bölməsinin müdiri vəzifəsinə bərpa edilməli və ona işə bərpa ediləcəyi tarixədək ödənilməli olan əmək haqqı ödənilməlidir. 47.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Iddiaçı Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası «xxxx» X2 Cavabdeh X2 Iddiaçı ilə bağlanmış ##.##.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında ## ######## 2025-ci il tarixli, **-*-**/*-*- ****/**** nömrəli əmri ləğv edilsin. Iddiaçı Iddiaçı əvvəlki vəzifəsinə - X18 X17 Gəncə regional şöbəsinin Təsərrüfat bölməsinin müdiri vəzifəsinə bərpa edilsin və Iddiaçı işdən çıxarıldığı tarixdən işə bərpa ediləcəyi tarixədək ödənilməli olan əmək haqqı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar