Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-785/2026 07.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: maddi zərərin ödənilməsi) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2358/2025 saylı, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ## ######## 2024-cü il tarixli, ****** saylı nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, İddiaçı tərəfindən “Toyota Corolla minik” markalı, **-HZ- *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh 2 il müddətinə etibarnamə verilmişdir.
2. ## ######## 2024-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh “Toyota Corolla minik” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı saz vəziyyətdə almış, narazılığı, etirazı yoxdur.
3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsinə əsasən, iddiam qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış ## ######## 2024-cü il tarixli nəqliyyat vasitəsinin ilkin alqı satqısı müqaviləsinin ləğv edilməsi, iddiaçı İddiaçı məxsus 2005-ci il buraxılışlı, "Toyota Corolla minik" markalı, 77-HZ159 dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh Cavabdeh tərəfindən iddiaçı İddiaçı qaytarılması, avtomobil olmadığı halda, onun dəyəri olan 17000 (on yeddi min) manat məbləğində pulun cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı ödənilməsi, cavabdeh Cavabdeh 400 (dörd yüz) manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olan 141 (bir yüz qırx bir) manat pulun cavabdehdən tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.
4. “Motor House” tərəfindən verilmiş ## ######## 2025-ci il tarixli qiymətləndirmə aktından görünür ki, “Toyota Corolla” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinin qiyməti və xidmət üçün, yekun məbləğ 4.562 manatdır
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı İddiaçın cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh tərəfindən nasaz vəziyyətə gətirilmiş, xüsusi mülkiyyət hüquqi ilə ona məxsus olan “Toyota Corolla minik” markalı, buraxılış ili 2005, dövlət nömrə nişanı **-HZ-*** olan avtomobilin təmiri üçün 4.562 manat pulun, qiymətləndirmə prosesinin həyata keçirilməsi üçün tərəfindən "X1" MMC-yə ödənilmiş 80 manat pulun, evakuator xidməti üçün tərəfindən ödənilmiş 30 (otuz) manat pulun, eyni zamanda iddia ərizəsinin verilməsi üçün 66,72 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında, ##.##.2024-cü il tarixində "ilkin alqı-satqı müqaviləsi" bağlanmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən, tərəflər müqavilədə müəyyən edilmiş şərtlərlə Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən ##.##.2022-ci il tarixdə BA N****** qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi SB1KC20E40E009007 olan “Toyota Corolla minik” markalı, buraxılış ili 2005, dövlət nömrə nişanı **-HZ-*** olan avtomobili bundan sonra Alıcı (ikinci tərəf) Cavabdeh və o ilə ilkin alqısatqı müqaviləsinin hal-hazırda bağlanmasını və gələcəkdə əsas alqı-satqı müqaviləsini bağlamağı öhdələrinə götürmüşlər. Avtomobilin satış qiyməti 17.300 manat müəyyən edilmişdir. Alıcı müqavilənin 2.1-ci bəndində müəyyən edilən pulun 500 manatını müqavilə bağlandığı anında notariusun bankda açılmış depozit hesabı vasitəsilə, qalan 16.800 manatını isə bu müqavilənin 2.3-cü bəndində müəyyən edilmiş qaydada satıcıya ödəyir. Alıcı qalan 16.800 manatı 24 ay müddətində ##.##.2024-cü ildən başlayaraq hər ay 700 manat olmaqla satıcıya nağd, bank kartı vasitəsi ilə və ya notariusun depozit hesabı vasitəsiylə ödəməyi öhdəsinə götürmüşdür. Nəticə etibarilə avtomobil cavabdehə tam saz və işlək vəziyyətdə təhvil verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri icra etmədiyindən o məcbur olaraq iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsinə əsasən, iddiası qismən təmin edilmiş, onların arasında bağlanmış ## ######## 2024-cü il tarixli nəqliyyat vasitəsinin ilkin alqı-satqısı müqaviləsinin ləğv edilməsi, ona məxsus 2005-ci il buraxılışlı, "Toyota Corolla minik" markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdeh Cavabdeh tərəfindən ona qaytarılması, avtomobil olmadığı halda, onun dəyəri olan 17.000 manat məbləğində pulun cavabdeh Cavabdeh alınaraq ona ödənilməsi, cavabdeh Cavabdeh 400 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olan 141 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış, qətnamənin icra mərhələsində avtomobil tam yararsız, işlək olmayan vəziyyətdə, evakuatora yüklənərək cavabdehdən alınmışdır. Məlum olmuşdur ki, avtomobil tam yararsız vəziyyətdədir və təmirə ehtiyacı var. Avtomobil "X1" MMC-də mütəxəssislər tərəfindən müayinə olunmuş, cavabdeh tərəfindən nasaz vəziyyətə salınmış avtomobilin tam işlək vəziyyətə gətirilməsi (təmiri) üçün 4.562 manat pul vəsaitinin zəruri olması barədə qiymətləndirmə aktı tərtib edilmişdir. Qeyd edilən qiymətləndirmə prosesinin həyata keçirilməsi üçün mənim tərəfindən 80 manat pul ödənilmişdir. Əlavə olaraq evakuator xidməti üçün tərəfidən 30 manat pul ödənilmişdir.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2358/2025 nömrəli, ## ###### 2025ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsinə ilə müəyyən edilmişdir ki, cavabdeh avtomobili götürdükdən təxminən 1 aya yaxın vaxt keçdikdən sonra avtomobili iddiaçıya qaytarmaq istədiyini bildirmiş, iddiaçı bununla razılaşmamış, cavabdeh də maşını aparıb iddiaçının tanıdığı avtomobil servisində ustaya vermiş və həmin vaxt iddiaçıya zəng edərək bu barədə ona məlumat vermişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, o, tərəfləri tanıyır. İddiaçını uzun müddətdir tanıyır, onun evinin yanında yerləşən avtomobil servisində usta işləyir, maşın cavabdehə verilən ərəfədə cavabdehi tanımışdır. Onların sexi iddiaçının evinin yaxınlığındadır. İş materiallarında olan şəkillərdə göstərilən "Toyota Corolla minik" markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobil sexə təqdim edilən maşındır. İddiaçı əvvəl rəngləmək üçün maşını oraya gətirmişdir. Cavabdeh ilk dəfə o zaman gəlmiş, maşını götürmüş, lakin növbəti gün zəng edib bir neçə yerdə rəngdə problem olduğunu və bəyənmədiyini bildirmişdir, o isə cavabdehə narahat olmamasını həmin hissələri düzəldəcəyini bildirmişdir. İddiaçı görülmüş işlərin əvəzi olaraq 700 manat ona ödəmiş, lakin 200 manatı qalmışdır. Maşın cavabdehə veriləndən təxminən bir ay sonra cavabdeh maşını gətirib servisə qaytarmışdır. Bundan sonra heç kəs pulu ödəməmişdir. Maşını da gəlib götürməyiblər. Maşının açarı ondadır, zəhmət haqqını kim ödəyəcəksə ona maşını qaytaracaq. Maşınla maraqlanan yoxdur, akkumulyator ölüb, təkərləri buraxıb. Təxmini 5 aydır ki, maşın servisdədir. Cavabdeh maşını götürdüyü kimi ona təhvil vermişdir. Onun yanında cavabdeh iddiaçıya zəng edib maşını təhvil götürməsini demişdir və 200 manat ödəyəcəyini bildirmişdir. Şahid həmçinin bildirmişdir ki, cavabdeh maşından ona narazılıq etməmişdir. Ancaq öncə olan rəng problemi ilə bağlı məsələ olmuşdur. Cavabdeh maşını qaytardıqdan bir müddət sonra o, iddiaçıya zəng etmiş, iddiaçı da maşının onu maraqlandırmadığını, məsələni cavabdehlə öz aralarında həll etməsini demişdir. 200 manat ona ödənilməmiş, bundan sonra maşın qalmışdır. Həmçinin stop, siqnal, rulyevoy dağılmış, podpres qırılmışdır. O, iddiaçıya zəng edib demişdir ki, vəziyyət belədir. Sonra sexə bir nəfər də gəlib maşının maqnitofonunu oğurlamışdır. Hər dəfə maşına nə olubsa tərəflərə zəng edib demiş, heç kəs yaxın gəlməmişdir. Həmçinin qətnamədən görünür ki, məhkəmə araşdırması zamanı cavabdehin maşını təhvil aldıqdan təxminən 1 ay sonra avtomobili iddiaçıya məlumat verməklə iddiaçının tanıdığı ustaya təhvil verməsi və faktiki olaraq avtomobildən istifadə etməməsi məhkəmə araşdırması zamanı tərəflərin izahatları ilə yanaşı şahid ifadəsi ilə də öz təsdiqini tapmışdır.
9. Məhkəmə hesab etmişdir ki, avtomobilin iddiada sadalanan vəziyyətə salınmasının, yəni hər hansı bir qaydada iddiaçıya zərər vurulmasının (belə bir hal varsa da belə) məhz cavabdehin hərəkətləri nəticəsində baş verməsi halı müəyyən edilməmiş, iddaçı öz tələbini əsaslandırdığı halları sübut edə bilməmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
11. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2358/2025 nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırkı iddia tələbindən də göründüyü kimi, iddiaçı ##.##.2024-cü il tarixli müqavilə üzrə cavabdeh tərəfindən ödənilməli olan aylıq 700 (yeddi yüz) manat pulun maşın ona təhvil veriləcəyi günə qədər hesablanaraq ona ödənilməsini tələb edir. Məhkəmə prosesində iştirak edən cavabdehin izahatından, eyni zamanda iş üzrə izahat vermiş şahid X3 ifadəsindən də göründüyü kimi, mübahisə predmeti olan avtomobil cavabdeh tərəfindən saz şəkildə təhvil alınmışdır. Tərəflər müqavilə üzrə hər ay 700 manat pulun Cavabdeh tərəfindən ona ödənilməsi barədə razılıq əldə etmişlər. Avtomobil cavabdeh tərəfindən saz şəkildə təhvil alındıqdan sonra onun razılığı olmadan usta yanında qoymuşdur və ona təhvil verilməmişdir. Yəni sübut olunmuşdur ki, avtomobil sahibi olan ona deyil, onun razılığı olmadan usta X3 yanında saxlanılmışdır. Avtomobil cavabdeh tərəfindən ona təhvil verilmişdir. Həmin gün avtomobil işlək vəziyyətdə olmadığından evakuator vasitəsilə “Motor House” Servis Mərkəzinə aparılmışvə ## ######## 2025-ci il tarixli qiymətləndirmə aktına əsasən, “Toyota Corolla minik” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinin qiyməti və xidmət üçün, yekun məbləğ 4.562 manatın zəruri olduğu müəyyən edilmişdir. Maraqlı budur ki, məhkəmə qətnaməsi ilə belə nəticəyə gəlmişdir ki, avtomobilin usta yanına qoyulması və ona təhvil verilməməsi artıq cavabdeh tərəfindən öhdəliklərin lazımi icrası sayılır və cavabdehi onun əmlakına dəymiş zərərin əvəzini ödəməkdən azda edir. Yəni cavabdeh avtomobili usta və ya qeyri yerdə yanında qoyub getsə, o, onun əmlakına dəymiş zərəri tələb edə bilməz? Göründüyü kimi, cavabdeh tərəfindən onun əmlakına dəymiş zərərin mövcudluğu mübahisəsizdir. İş materiallarından da göründüyü kimi, cavabdeh özünü müqavilə şərtlərinin icrasını istisna edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə prosesində iştirak edən və ifadə verən şahid usta X3 da bildirmişdir ki, maşın götürüldükdən sonra cavabdeh tərəfindən 1 ay sonra servisə gətirib qaytarmışdır. Maşın təqribən 5 aya yaxındır ki, servisdədir. Həmçinin stop, siqnal, rulevoy dağılmış, podpres qırılmışdır. Göründüyü kimi, şahid ifadəsi ilə sübut olunmuşdur ki, avtomobil cavabdeh tərəfindən ona təhvil verilməmiş, əksinə nasaz vəziyyətdə usta yanında qoyulmuşdur və bundan sonra cavabdeh avtomobilin aqibəti ilə maraqlanmamışdır. Eyni zamanda tərəfindən məhkəməyə təqdim edilmiş videoşəkiliş və tədqiq edilməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, maşını verən zaman notariusda müqavilə bağlamışlar. O, maşını saz vəziyyətində qarşı tərəfə vermiş, özü də bunu öz imzası ilə təsdiq etmişdir. Maşın onun şəxsi mülküdür. Qarşı tərəfə maşını onun həyətindən təhvil vermişdir. Maşını əgər ondan almışdırsa, ona da qaytarmalı idi. Lakin ona usta zəng vurmuşdur ki, maşın buradadır. Cavabdehin maşını nə səbəbə ustaya təhvil verməsini bilmir. Maşını icra ona təhvil verənə qədər təhvil almamışdır. Cavabdeh maşını nasaz vəziyyətində oraya gətirmişdir. O, dəfələrlə cavabdehə bildrimişdir ki, maşını ona geri qaytarsın. O, maşını satan zaman 500 manat pul almışdı. Cavabdeh maşını ondan evdən təhvil vermişdır. Ustaya 700 manat pulu o vermişdi. 1 ay 10 gün keçmişdi ki, usta ona zəng vurdu ki, maşın verilmişdir. O, ustaya bildirdi ki, nə səbəbə maşını qəbul etmişdir. O, ustanın yanında maşına baxan zaman gördü ki, maşın nasaz vəziyyətdə, vuruq vəziyyətdə gətirilmişdir. Maşının maqnitofonu, güzgüsü üzərində yox idi. Usta ona zəng vurduqdan iki gün sonra o, maşına baxmağa getdi. 15.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cacabdeh məhkəmə iclasında təmsil edilməmiş və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etməmişlər. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri
16.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 17.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 18.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 19.Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən iddiaçı şikayət verərək ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
20.Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
21.21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 22.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 23.386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 24.1096, 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25.Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 26.Qeyd olunmalıdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların mövcud olub-olmamasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. 27.İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması həmin hallara istinad edən tərəfin birbaşa vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. 28.İş materiallarından görünür ki, iddiaçı notariat qaydasında təsdiq edilmiş ##.##.2024-cü il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən dəyərin hissə-hissə ödənilməsi şərtilə özünə məxsus "Toyota Corolla minik" markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehin sahibliyinə vermişdir. Tərəflər arasında bağlanmış müqavilədən cavabdehin imtina etməsi ilə əlaqədar iddiaçının müraciəti əsasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə müqavilə predmetinin - avtomobilin ona qaytarılması qət edilmişdir. Hazırda iddiaçı tələbində "Toyota Corolla minik" markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun sahibliyində olmadığı dövrdə vurulmuş zərərin ödənilməsini tələb etmişdir.
29. Birinci instansiya məhkəməsi avtomobilin iddia ərizəsində göstərilən vəziyyətə salınmasının, yəni iddiaçıya zərər vurulmasının məhz cavabdehin hərəkətləri nəticəsində baş verməsinin sübuta yetirilmədiyi qənaətinə gəlmiş, iddiaçının öz tələblərini əsaslandıra bilmədiyini göstərmişdir.
30. Kollegiya Mülki Məcəllənin 21-ci maddənin müddəalarını nəzərə alaraq qeyd edir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulsa idi, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
31. Yuxarıda göstərilən normaların tələblərinə əsasən, şəxsin mülki məsuliyyətə cəlb edilməsi üçün onun hüquqa zidd hərəkətlərinin (hərəkətsizliyinin) mövcudluğu, həmin hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqənin olması və zərərin məhz həmin şəxsin təqsiri nəticəsində yaranması sübuta yetirilməlidir. Bu halların sübuta yetirilməsi vəzifəsi isə iddiaçının üzərinə düşür. Hazırkı halda da iddiaçının pozulmuş hüquqların məhkəmə qaydasında məcburi müdafiəsi üçün cavabdehin mülki məsuliyyətə cəlb edilə bilməsi iddia tələbinin qanuni əsasının tapılması, istinad olunan faktiki halların tapılmış normanın dispozisiya əlamətləri ilə uzlaşması zəruridir.
32. İş materiallarına əsasən müəyyən edildiyi kimi avtomobil tərəflər arasında notariat qaydasında təsdiq edilmiş hissə-hissə ödəmə şərtilə alqı-satqı müqaviləsinə əsasən cavabdehə təhvil verilmiş, cavabdeh avtomobildən qısa müddət istifadə etdikdən sonra onu iddiaçı tərəfindən əvvəl yerləşdirildiyi eyni emalatxanaya qaytarmışdır. Avtomobilin emalatxanaya təhvil verilən zaman əvvəlki vəziyyətdə olduğu işdə olan sübutlara əsasən müəyyən edilmişdir. Bu faktı təkzib edən hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.
33. Bundan başqa iş materialları ilə müəyyən edilir ki, iddaçı avtomobilin cavabdeh tərəfindən ustaya təhvil verildiyi və onun yerləşdiyi yer barədə məlumatlı olmuşdur. Lakin buna baxmayaraq, iddiaçı uzun müddət ərzində nəqliyyat vasitəsini götürmək üçün zəruri və ağlabatan tədbirlər görməmişdir. Bu isə onun hərəkətsizliyi nəticəsində mümkün zərərin yaranmasına şərait yaratdığını göstərir.
34. Məhkəmə kollegiyası iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, iddiaçı məhkəmə qətnaməsinə əsasən qaytarılması qət edilmiş avtomobildə aşkar edilmiş zədələrin və ya ehtiyat hissələrinin itirilməsinin məhz cavabdehin faktiki sahibliyi dövründə və ya əşyanın təsadüfən zədələnməsi riskinin onun üzərində olduğu dövrdə baş verdiyini sübuta yetirə bilməmişdir. Həmçinin cavabdehin hərəkətləri (hərəkətsizliyi) ilə iddia edilən zərər arasında səbəbli əlaqənin mövcudluğu təsdiq edilməmişdir.
35. Halbuki, zərərin ödənilməsi ilə bağlı istənilən tələbin təmin edilməsi üçün öncə həmin zərərin onu törətmiş şəxs tərəfindən vurulduğu müəyyən edilməlidir. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər.
36. Qeyd edilməlidir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.
37. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün və hərtərəfli araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş və mübahisəli hüquq münasibətləri tətbiq edilməli olan maddi hüquq normalarına uyğun həll edilmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddia tələbinin qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPMnin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
39. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2358/2025 saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Leyla Əliyeva