Məhkəmə qərarları › İş №2(3-6)-827/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-827/2026

21.05.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-827/2026 21.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh cavabdeh2 qarşı mülki iş üzrə Açar sözlər: pulun tutulması, əsassız varlanma, iddia müddəti Hakimlər X9 (sədrlik edən və məruzəçi), X5 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, İddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil1, Cavabdeh, eyni zamanda cavabdeh Məmmədova İldıza Sabir qızının nümayəndəsi cavabdeh2, habelə cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili vəkil3 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Məmmədova İldıza Sabir qızına qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsindən iddiaçı İddiaçı və cavabdeh cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilən apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. X7 ilə cavabdeh2 arasında ##.##.2001-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə və arvada Məmmədova soyadı verilmişdir. Onların birgə nikahından 2 uşağı – X2 və X1 doğulmuş, onlar yetkinlik yaşına çatmışdır.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinə əsasən İddiaçı və cavabdeh2 arasında ##.##.2001-ci il tarixdə bağlanmış nikah pozulmuşdur.

3. ##.##.1990-cı il tarixli, ****** saylı orderə əsasən ünvan 2 ünvanında yerləşən mənzil Məmmədova İldıza Sabir qızına ayrılmışdır. Həmin vaxt onun ailə tərkibi əri D.Q.Məmmədovdan və oğlu cavabdeh2 ibarət olmuşdur.

4. Texniki inventarlaşma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri Nəsimi rayonu Bakıxanov küçəsi ** saylı evin ** saylı mənzilinə dair Məmmədova İldıza Sabir qızının mülkiyyət hüquqları ##.##.2006-cı il tarixdə qeydə alınmışdır.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Məmmədova İldıza Sabir qızının ilk iddiası təmin edilmiş, cavabdeh İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, ** saylı evin ** saylı mənzilindən istifadə hüququna xitam verilmiş, İddiaçı cavabdehlər Məmmədova İldıza Sabir qızına və cavabdeh2 qarşı “pay bölgüsü və təzminatın verilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.**** saylı qətnaməsi ilə qismən təmin edilmiş, qeyd edilən qətnamə ilk iddianın təmin edilən hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia həmin hissədə rədd edilmişdir. Bu qətnamədən iddiaçı İddiaçı kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərarı ilə təmin edilməmişdir.

6. İddiaçı ##.##.2004-cü il tarixdən bugünədək ünvan 2 ünvanında pasport qeydiyyatındadır.

7. ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı ilə cavabdeh2 nikahda olduqları dövrdə təmir edilmiş, eyni zamanda mənzilin üstündə yerləşən dam aparılmış təmir işləri nəticəsindən mansard halına gətirilmiş və hazırda üst mərtəbə kimi istifadə edilir.

Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Məmmədova İldıza Sabir qızına qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin təmiri üçün çəkilmiş xərclərin yarısının, yəni 80.000 manat məbləğində pul vəsaitinin cavabdehlər cavabdeh2 və Məmmədova İldıza Sabir qızından birgə tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini işin faktiki hallarına uyğun əsaslandıraraq bildirmişdir ki, o, 2001-ci ildən 20 ildən çoxdur ki, mənzildə yaşamışdır. O, gəlin olaraq mənzilə köçmüş və qeydiyyata alınmışdır. Onun keçmiş qayınanası - cavabdeh Məmmədova İldıza Sabir qızı ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir. 2001-ci ildə nikaha daxil olduqdan sonra onlar mübahisəli mənzildə yaşamağa başlamışlar. O, mənzili öz hesabına təmir etmişdir. Mənzilin vəziyyəti bərbad, təmirsiz olduğundan o, 2012-2013-cü illərdə mənzili öz hesabına əsaslı şəkildə təmir etmişdir. Cavabdehlər buna etiraz etməmiş, üstəlik təmir fikrini dəstəkləmişlər. O, mənzilin əsaslı təmirinə 160.000 manatdan çox pul vəsaiti xərcləmişdir. Onun mübahisəli mənzilə 2001-ci ilin yanvar ayında köçməsi onun mənzildən istifadə hüququnun olmasına dəlalət edir. O, mənzilə 160.000 manatdan çox xərc çəkdiyindən, həmin məsrəflərin yarısını keçmiş ərindən və mənzilin mülkiyyətçisi olan keçmiş qayınanasından tələb etmək hüququ var.

10. Cavabdehlər cavabdeh2 və Məmmədova İldıza Sabir qızı iddia ərisəinə etirazla məhkəməyə müraciət edərək qeyd etmişlər ki, əvvəla, Məmmədova İldıza Sabir qızı 1992-ci ildən * saylı şəhər poliklinikasında tibb bacısı işləmiş və hər ay yaxşı məvacib almışdır. Əlavə olaraq, işdən sonra qonşulara, məhəllədə evlərə gedərək iynə vurulması, sistem köçürülməsi kimi tibbi xidmətlər göstərmişdir. İkincisi, Məmmədova İldıza Sabir qızı əvvəllər Rusiyada yaşamışdır. Hələ 1990-cı ildə mənzili Rusiyadan (Volqaqrad şəhəri) Azərbaycana (Bakı şəhərinə) dəyişən zaman mənzilin üstündə də 5000 rubl pul almışdır. Bakıda yaşamadıqları üçün həmin mənzili kirayəyə vermiş və hər ay oradan da qazanc əldə edirdi. 1992-ci ildə Rusiyadan Azərbaycana köçəndə təkcə Bank kitabçasında 12500 rubl pulu var idi. Üçüncüsü, Məmmədova İldıza Sabir qızı iddia ərizəsində göstərilən vaxtda deyil, ondan əvvəl, daha dəqiq, 2011-2014-cü illərdə mənzilini təmir etdirmişdir. Qeyd olunan təmir də sadə təmir olmuşdur. Həmin vaxt gəlini və oğlu da onunla birlikdə yaşasa da, mənzilin bütün təmir xərcini özü həyata keçirmişdir. Onların uşaqları kiçik idi, ona görə də, həmişə onların yaşamaları üçün kömək etmişdir. Bundan başqa, iddiaçı, cavabdeh2lə olan “WhatsApp” danışıqlarında nə mülk tələbinin olmadığını, nə də başqa bir şey istəmədiyini bildirmişdir. Həmçinin, o, 10 ildən sonra iddia qaldırmışdır ki, hazırki qanunvericiliyə əsasən iddia müddətini ötürmüşdür. Odur ki, iddiaçı İddiaçı tərəfindən irəli sürülmüş iddia tələbinin əsassız olduğunu, eyni zamanda, iddia müddətinin ötürüldüyünü hesab edirlər. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişlər.

11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh cavabdeh2 11.745 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, MB **/**** nömrəli qiymətləndirmə hesabatına əsasən 150 manat iddiaçı İddiaçı və 150 manatın cavabdeh cavabdeh2 tutularaq “xxxx” MMC-nin bank hesabına, *** nömrəli rəy üzrə isə 250 manat iddiaçı İddiaçı və 250 manat cavabdeh cavabdeh2 tutularaq “xxxx” MMC-nin bank hesabına ödənilməsi qət edilmişdir (hakim X4)

12. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh cavabdeh2 2001-ci il tarixdə nikaha daxil olmuş, bundan sonra iddiaçı cavabdehlərlə birlikdə ünvan 1 ünvanında yaşamağa başlamış, 2004-cü il tarixdə isə iddiaçı həmin mənzildə pasport qeydiyyatına düşmüşdür. 2022-ci il tarixdə iddiaçı ilə cavabdeh cavabdeh2 nikahı məhkəmə qaydasında pozulmuşdur. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında iddiaçının mübahisəli mənzilə dair istifadə hüququ tanınmışdır. Həmçinin, birgə nikah dövründə cavabdeh olan mülkiyyətçi İ.Məmmədovaya məxsus mübahisəli mənzil, eyni zamanda mənzilin yuxarı mərtəbəsi-damında əlavə mansard inşa edilərək təmir edilmişdir. İddiaçının mübahisəli mənzilə dair istifadə hüququ olmasına baxmayaraq, iddiaçının mübahisəli mənzildə yaşaması mümkün deyildir. Hazırda iddiaçı birgə nikah dövründə mənzilin və mansard tikilisinin təmir xərcinin əsas hissəsinin onun tərəfindən qarşılandığını iddia edərək, təmir xərcinin yarısının cavabdehlərdən tutularaq ona ödənilməsini tələb edir. Cavabdehlər isə iddiaçının heç bir xərc çəkmədiyini iddia edərək, tələbin rədd edilməsini tələb edirlər.

13. Məhkəmə ilk öncə qeyd etmişdir ki, iddiaçının mübahisəli mənzilə dair istifadə hüququnun olması və onun həmin mənzildən faktiki olaraq istifadə etməsinin mümkünsüzlüyü işin mübahisəsiz halıdır. Belə ki, daha əvvəl qəbul edilmiş məhkəmə qərarına əsasən iddiaçının mənzilə dair istifadə hüququ tanınmışdır. Həmçinin, mənzilin təmirində və yuxarı mərtəbədə (damda) inşa edilmiş mansardın da tikilməsi və təmir edilməsində iddiaçının birbaşa iştirakı da işin sübuta yetirilmiş hallarından biridir. Belə ki, iş materiallarına əlavə edilmiş hesabdan çıxarış məlumatlarından göründüyü kimi 2011-2013-cü illər ərzində, yəni tərəflərin izahatlarında da qeyd edildiyi kimi evin təmir edilməsi zamanı iddiaçı adına bankdan kreditlər götürülmüşdür. Cavabdeh İ.Məmmədova isə təmir xərcinin özü tərəfindən qarşılandığını bildirsə də, bunu sübuta yetirə bilməmişdir. Qeyd edilənlərdən çıxış edərək məhkəmə hesab etmişdir ki, iddiaçı hazırki tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

14. Məhkəmə iddia tələbinə münasibətdə qeyd etmişdir ki, tələb üzrə təmir xərci iki hissədən ibarət olmuşdur – 1) mənzil üzrə təmir xərci və 2) mənzil üzərində sonradan tikilən mansard üzrə təmir xərci. Məhkəmə araşdırması zamanı işin obyektiv həlli məqsədilə ilk öncə mənzilə çəkilmiş xərcin, daha sonra isə mənzillə yanaşı mansard üzrə çəkilmiş xərcin məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə ekspertizalar təyin edilmiş, son olaraq məhkəməyə təqdim edilən ##.##.2025-ci il tarixli, *** nömrəli mütəxəssis rəyinə əsasən mənzil və üzərində yerləşən mansard sahəsi üzrə aparılan təmir işlərinin ümumi dəyəri 48.150 manat məbləğində müəyyən olunmuşdur.

15. Məhkəmə qeyd etmişdir ki, tələb mənzilə dair təmir xərci hissəsində təmin edilə bilməz. Belə ki, müəyyən edildiyi kimi iddiaçının istifadə hüququ olan və cavabdeh İ.Məmmədovanın mülkiyyətində olan mənzil birgə nikah dövründə təmir edilmiş və bundan sonra da iddiaçı cavabdehlərlə birlikdə mənzildən uzun müddət birlikdə yaşamaqla faktiki olaraq istifadə etmiş, yəni təmirin nəticələrindən özü də yararlanmışdır. Bu isə onun çəkdiyi xərcləri sonradan tələb etməsini hüquqi baxımdan əsassız edir, çünki bu yaxşılaşdırmalardan özü də fayda almışdır. Göründüyü kimi, mənzilə çəkilmiş təmir xərcləri iddiaçının şəxsi maraqları üçün deyil, nikah dövründə birgə yaşamın daha komfortlu şəraitdə təşkili üçün həyata keçirilmişdir. Yəni təmir, tərəflərin hər birinin və ümumilikdə ailənin mənafeyinə xidmət etmişdir. Bu halda xərclər ailə xərcləri kimi qəbul olunur və sonradan qarşı tərəfdən və ya mülkiyyətçidən tələb oluna bilməz. Həmçinin, nikah dövründə birgə yaşam məqsədilə aparılmış təmir xərcləri sonradan tərəflərdən biri üzərində digərinə münasibətdə ödəmə öhdəliyi doğurmur.

16. Mansard hissəyə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, mansard mənzilə dair müvafiq sənədlərlə təsdiqlənmiş mülkiyyət predmetinə daxil olmayan, yəni özbaşına tikilmiş tikilidir və ona dair heç bir hüquqi əsas mövcud deyil. Lakin işin faktiki hallarından görünür ki, cavabdehlər hazırda mansardı faktiki olaraq istifadə etməkdədirlər. Eyni zamanda, ekspertiza rəyindən məlum olur ki, mansard üzrə ümumi sahə 52.2 kv.m olmaqla ayrıca otaq kimi əsaslı şəkildə təmir edilmişdir.

17. Beləliklə, məhkəmə hesab etmişdir ki, mansard üzərində aparılan tikinti və təmir xərclərinin iddiaçı tərəfindən qarşılanması onun mənzilə dair istifadə hüququndan kənar olsa da, cavabdehlər faktiki istifadə etdikləri üçün iddiaçının həmin xərclərin kompensasiyasını tələb etməsi qanuni və əsaslıdır. Mütəxəssis rəyinə əsasən ** saylı mənzil və mənzil üzərində yerləşən mansardın ümumi sahəsi 107 kv.m (mənzil 54.8+mansard 52.2=107 kv.m) olmaqla görülmüş müxtəlif növ işlərin 1 kv.m dəyəri 450 manat olmaqla ümumi təmir xərci 48.150 manat həcmində müəyyən edilmişdir. Odur ki, yalnız mansard üzrə təmir xərci 23.490 manat (52.2 x 450=23.490 manat) təşkil edəcəkdir.

18. Məhkəmə hesab etmişdir ki, birgə nikah dövründə mansarda çəkilmiş tikinti və təmir xərci ailə birliyi dövründə çəkildiyindən və ailə məqsədləri üçün istifadə edildiyindən ümumi xərcin yarısının, yəni 11.745 manat hissəsi cavabdeh cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Nəzərə alınmalıdır ki, həmin mansard tikilisi özbaşına tikili kimi qiymətləndirilməklə, hazırda cavabdeh cavabdeh2 istifadəsindədir. Belə olan təqdirdə, həmin tikilinin ər-arvaddan birinin sərəncamında saxlanması halında digər tərəfin həmin tikilinin ərsəyə gəlməsi üçün çəkilən xərcin tutulmasına dair tələbi əsaslı hesab edilməlidir. Belə ki, birgə nikah müddətində yaranmış iqtisadi münasibətlərə görə xərclər və borclar nikah tərəfləri arasında bölünür, buna görə də, kompensasiya iddiası yalnız o şəxsə qarşı irəli sürülə bilər ki, həmin dövrdə ailə birliyinin üzvü olmuşdur. Odur ki, cavabdeh Məmmədova İldıza Sabir qızı tələb üzrə subyektiv cavabdehlik daşımadığı üçün ona münasibətdə təmin edilə bilməz.

19. Məhkəmə “məhkəmə xərclərinə” münasbətdə qeyd etmişdir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri iddiaçı və cavabdeh cavabdeh2 arasında bərabər bölünməklə, “xxxx” MMC və “xxxx” MMC-nin hesabına ödənilməlidir.

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci, 152.3-cü, 157.7-ci, 180-ci, 1091-ci, 1094-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu, 14.2-ci, 88-ci, 107-ci, 115-ci, 119-cu, 217-ci, 218.3-cü, 220.4-cü maddələrinə, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

21. İddiaçı İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, iddianın qismən təmin edilən hissəsində isə dəyişdirilməsi, iddia tələbinin hər iki cavabdehə münasiətdə təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehlər tərəfindən iddia ərizəsinə etirazda təmirin 2011-2014-cü illər aralığında aparıldığı etiraf edilibdir. Azərbaycan Respublikası “xxxx” MMC Qiymətləndirici Şirkəti tərəfindən verilən ##.##.2025ci il tarixli, MB **/**** nömrəli qiymətləndirmə hesabatına əsasən mübahisə predmetinə daxil olan ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin təmirinə xərclənmiş vəsaitin (tikintidə istifadə edilmiş materialların qiyməti 2012-2013-cü ildə olan bazar qiyməti, usta haqqı və s. hallar nəzərə alınmaqla) məbləği 19.187 manat təşkil edir. Aparılmış tədqiqat üzrə qiymətləndiricinin xidmət haqqı 300 manat təşkil edir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilən ##.##.2025-ci il tarixli cavab məktubuna qoşma şəklində əlavə edilən ** saylı Mənzil-Kommunal İstismar sahəsi tərəfindən tərtib edilən ##.##.2025-ci il tarixli akta əsasən Məmmədova İldiza Sabir qızına məxsus Bakıxanov küçəsi, ** nömrəli binadakı mənzil 65-ə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, mənzilin daxilindən binanın dam hissəsinə keçid açılaraq əlavə olaraq mansard mərtəbəsi 5-ci mərtəbə tikilmişdir. Sözügedən sahə uzun illər bundan əvvəl mənzildə yaşayan sakinlər tərəfindən mənzil təmir olunan zaman tikilmişdir. Tikilinin heç bir icazə və hüquqmüəyyənedici sənədləri yoxdur. Sözügedən mansard sahəyə mənzilin daxilindən giriş-çıxış mövcuddur. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, *** nömrəli mütəxəssis rəyinə əsasən rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən ünvan 2 ünvanında yerləşən, mübahisə predmetinə daxil olan yaşayış sahəsində (mənzil və üzərində yerləşən mansard) söküntü, tikinti, təmir, quraşdırma, abadlaşdırma və s. işlərin yerinə yetirildiyini nəzərə alaraq tikinti texnologiyasına, təqdim olunmuş materiallara, əldə olunmuş məlumatlara və müvafiq ekspertiza sahəsi üzrə iş təcrübəsinə əsasən tədqiq olunan yaşayış sahəsində aparılmış söküntü, tikinti, təmir, quraşdırma, abadlaşdırma və s. işlərin ümumi təqribi dəyərinin, 2012-2013-cü illər mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq 48.150 manat məbləğində müəyyən olunur. Mübahisə predmeti olan mənzilin sonuncu dəfə hansı tarixdə təmir edilməsinin müəyyənləşdirilməsinin mümkün olub-olmaması ilə bağlı qeyd olunur ki, hər hansı daşınmaz əmlakın (tikili, obyekt və s.) daxilində (içərisində) yerinə yetirilmiş tikinti, təmir, quraşdırma, abadlıq və s. işlərin müddətinin müəyyən olunmasına və hansı dövrdə icra olunmasının tədqiq edilməsinə dair metodika olmadığından bu sualın həlli mümkün deyildir. Aparılmış ekspertiza xidmətinin xərci 500 manat təşkil edir. Məhkəmə kollegiyasının nəzərinə çatdırır ki, onun 2001-ci ildən etibarən faktiki olaraq yaşamağa başladığı və 2004-cü il tarixdən etibarən, həmin dövrdə qüvvədə olan qaydalara görə qeydiyyata alınmaqla yaşadığı dövlətə məxsus olan ** saylı mənzildə, qeydiyyatda olmuş hazırkı cavabdehlərlə bərabər hüquqlarla mənzildən istifadə hüququna malik olmuşdur. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” qanunun tələblərinə uyğun olaraq ** saylı mənzil 2006-cı ildə onun və digərlərinin ərizələri əsas götürülməklə İldıza Məmmədovanın adına özəlləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı və AR Ali Məhkəmənin ##.##.2025ci il tarixli *(***)-****/**** saylı qərarı ilə onun ** saylı mənzilə münasibətdə istifadə hüququnun olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası nəzərə almalıdır ki, o, iddia ərizəsi əsasında cavabdehlərdən yalnız mənzilə çəkilmiş təmir xərclərini tələb etmir. Təmir-tikinti işləri aparmaqla faktiki olaraq mənzilin ümumi sahəsi artırılmaqla, hazırki vaxta mənzilin bazar dəyəri həmin ərazidə olan digər oxşar mənzillərin dəyərindən dəfələrlə çox dəyərə malikdir. Məhkəmə ** saylı mənzilin yaxşılaşmasına çəkilmiş xərcləri müəyyən edərkən faktiki vəziyyəti nəzərə almamışdır. Belə ki, mansard sahəsi ** saylı mənzilə qatılmaqla əlavə edilərək daxili pilləkənlərlə vahid mənzil formasına salındıqdan sonra ** saylı mənzilin faktiki sahəsi 107 kv.metrə çatmışdır. Nəticədə, bazar qiymətləri baxımından mənzil satışa çıxarıldıqda, 54 kv.metr deyil, 107 kv.metr sahəli mənzil faktiki olaraq satılacaqdır. Bu faktiki yaxşılaşdırma cavabdehlərin kifayət qədər varlanmasına səbəb olmuşdur. Faktiki vəziyyəti daha aydın göstərmək məqsədilə qeyd etmək olar ki, Bakıxanov küçəsində “yeniemlak.az” saytında 105 kv.metr sahəli mənzil 335.000 manat, “unvan.az” saytında 74 kv.metr mənzil 235.000 manat, “tap.az” saytında isə 48 kv.metr mənzil 179.000 manat qiymətinə satışa çıxarılmışdır. Oxşar mənzillərin bazar qiymətləri faktiki yaxşılaşdırmanın cavabdehlərə yaratdığı iqtisadi faydanı açıq şəkildə təsdiqləyir. Beləliklə, məhkəmə işin faktiki halları və oxşar mənzillərin bazar qiymətlərini nəzərə almadan qərar qəbul etmişdir. Bu yaxşılaşdırma və mənzilin ümumi sahəsinin artması onun yatırımı hesabına reallaşmışdır. Məhkəmə ekspertin müəyyən etdiyi 48.150 manatın yalnız 11.745 manat hissəsinin ona verilməsini qət etməsi düzgün deyil. Çünki mansarda qalxmağa dair pilləkən və sair tikili və yaxşılaşmalar nəzərə alınmaqla iddiası tam təmin edilməlidir. Eyni zamanda məhkəmə qərar qəbul edilərkən tərəfindən ##.##.2010- ##.##.2024-cü illəri əhatə edən hesabdan çıxarış üzrə “xxxx” ASC-dən kredit götürməyi qeyd edilmişdir. Əslində o, cavabdehlərlə 2021-ci ilə qədər bu mənzildə birgə yaşadığı dövrdə ayrıayrı vaxtlarda müxtəlif məbləğlərdə kredit vəsaiti götürməklə evə xərcləmişdir. Yəni evdə əsaslı tikinti-təmir işlərdən sonrakı illərdə də tərəfindən müvafiq işlər görülmüşdür. Məhkəmə faktları düzgün qiymətləndirməmiş və ədalətli qərar qəbul etməmişdir. Hesab edir ki, məhkəmə qətnaməsi əsasında işin faktiki halları düzgün araşdırılmamış, nəticədə maddi hüquq normaları və prosessual normalar pozulmuşdur.

23. Cavabdeh cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

24. Cavabdeh apellyasiya şikayətini etirazın məzunmununa uyğun əsaslandıraraq, əlavə olaraq qeyd etmişdir ki, qətnamə Azərbaycan Respublikası mülki qanunvericiliyinin maddi və prossesual hüquq normalarının kobud pozulması ilə çıxarılmış, iş üzrə faktiki hallar tam və obyektiv araşdırılmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Bu səbəblərdən də qəbul edilmiş qətnamə ilə heç bir halda razı deyil. Bələ ki, iddiaçının iddia irəli sürdüyü mənzil anası Məmmədova İldıza Sabir qızına məxsusdur. O və iddiaçı həmin mənzildə yaşayaraq oradan əvəzsiz istifadə etmişlər. Onların evi olmadığından anası onlara dəstək olmuş və pullarını yığmaqla başqa bir ev alıb köçmələrini demişdir. Onlarda pul yığaraq torpaq alsalar da, iddiaçı həmin torpağı da onun icazəsi və xəbəri olmadan sataraq pullarını yox etmişdir. Bu səbəbdən onu məhkəməyə verərək, satılmış əmlakın yarısının ona qaytarılmasını istəmişdir və bununla bağlı qətnamə də mövcuddur. Bundan sonra isə iddiaçı hiddətlənərək onu və yaşlı anasını incitmək məqsədi ilə lüzumsuz iddialarda çıxış etmişdir. Belə ki, guya anasının evini təmir etməsi barədə əsassız iddia ilə məhkəməyə müraciət edərək haqsız və ədalətsiz bir qətnamənin çıxarılmasına müvəffəq olmuşdur. Qeyd edir ki, məhkəmə müəyyən hissədə doğru qiymət verə bilsə də, lakin qeyd olunan mansardın bina tikildiyi dövrdən mövcud olduğunu unutmuşdur. Ekspert öz qərarında da tikintinin və təmirin hansı dövrə aid olduğunu demək kimi bir bacarığının olmadığını bildirdiyi halda məhkəmə heç bir sübut təqdim edilmədən, öz şəxsi tələbləri üçün banklardan götürdüyü kreditləri əməliyyatlarına və ya hansı məqsədlərə xərclədiyini araşdırma aparmadan belə qanunsuz bir qərar çıxarmışdır. Belə ki, iddiaçının mənzilin təmirindən ümumiyyətlə məlumatı olmamışdır. Əgər əksi olsa idi ən azından materialların alınmasına dair bir qəbz və ya usta, satıcı kimi şahidləri məhkəməyə təqdim edərdi. İddiaçı öz əssasız iddiasını heç bir sübutla sübuta yetirmədiyi halda məhkəmə onun iddiasını qismən təmin etmişdir. Qeyd olunan ünvanda aparılan kosmetik təmir və mövcud mansardda isə sadəcə arakəsmələrin edilməsi 2013-cü il üçün 48.000 manatlıq bir təmir deyildi və eyni zamanda anasının kiçik büdcəsi hesabına ərsəyə gəlmişdir. Onlar sadəcə istifadəçi kimi mülkiyyətçi olan anasına hər hansı göstəriş verə bilməzdilər ki, evinin köhnə təmirli vəziyyətdə yaşasın. Belə çıxır ki, gəlin gətirən heç bir ana-ata ev təmir edə və ya ala bilməz? Bu bir başa mülkiyətçinin hüquqlarının pozulmasıdır. Təbii ki, mülk onun olduğu üçün evini kosmetik təmir etmiş, bina tikildiyi dövrə aid olan mansardda isə arakəsməni özü öz hesabına etmişdir. Lakin məhkəmə öz mülahizəsinə əsasən mansardın sonradan tikildiyi qənaətinə gəlmişdir. MKTB ekspert olmadığı üçün “təmir zamanı mansad tikilmişdir” yazması da heç bir əsas daşımır. Çünki mansard orada əvvəldən mövcud olmuşdur. İddiaçı öz iddiasını əsaslandırıb sübut etməlidir. Onun göstərdiyi bankdan çıxarışlar isə onun öz şəxsi məsələləri üçün olmuşdur və iddiaçının kredit götürməsindən xəbəri belə olmamışdır. Həmin pulların mənzilin təmirinə və ya hansısa yaxşılaşdırmaya sərf olunmasını sübut edən heç bir sübut olmadığı halda məhkəmə əsassız bir qərar qəbul etmişdir. Mülkiyyət hüququ ondan istifadə, sərəncam və sahib olmaq hüququ olduğu halda mülkiyyətçi olan anasının öz əmlakı üzərində öz hesabına apardığı yaxşılaşdırmaya görə məhkəmə onu cavabdeh kimi tanımışdır. Halbuki o, həmin kosmetik təmirə heç bir məbləğ pul ayırmamışdır. Hamısını mükiyyətçi anası öz hesabına, öz rifahını təmin etmək üçün edib. Məhkəmə öz iddia tələbindən kənara çıxaraq iddiaçının həmin mənzildən istifadə edə bilməməsinə də qiymət vermişdir. Belə ki, anası artıq şəxsin həmin mənzildən kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi ilə bağlı da əlavə məhkəməyə müraciət etmişdir. Çünki qarşı tərəf onlara qarşı çox ədalətsiz və qərəzli mövqedədir. Anası mülkiyyətçi kimi ona və nəvələrinə təmənnasız öz yanında sığınacaq vermişdir. Faktiki vəziyyətdə mansarda özbaşına tikili kimi qiymət qoyulsa da, mülkiyyətçinin mülkiyyətinə bitişik olduğundan və onun ayrıca istifadəsi mümkün olmadığından o da mülkiyyətin bitişik bir hissəsi sayılır, mülkiyyətçinin istifadəsindədir. Ekspert rəyində də göstərildiyi kimi mansard hissə özbaşına tikinti xarakterlidir. Hüquqi qeydiyyatdan keçməmişdir və mülkiyyət predmeti deyil, lakin mülkiyyətə bitişik ayrıca giriş və çıxışı olmayan bir hissədir. Təbii ki, mümkün olsa idi, mansard sənədləşdirilmə zamanı anasının adına olacaqdır, çünki mülkiyyətçi odur. Məhkəmə isə özbaşına tikintiyə dolayı yolla hüquqi nəticə doğuran obyekt kimi qiymətləndirmişdir. Heç bir sübut olmadan ər-arvadın ümumi mülkiyyəti kimi qiymət vermişdir. Qeyd olunan maddədən də görünür ki ər-arvadın ümumi birgə mülkiyyəti və ya hər birinin ayrıca mülkiyyətindən söhbət gedir. Hazırki halda isə ev əvvəldən mövcud olmuş, anasının mülkiyyətidir, nə birgə nikah dövründə əldə edilməyib, nə də ki, onun mülkiyyətində deyil və olmamışdır. İddiaçının məhkəməyə sübut kimi təqdim etdiyi bank müqavilələrinə münasibətdə bildirir ki, iddiaçının özünün bankdan müxtəlif vaxtlarda kredit alması anasına məxsus mənzilin təmir xərclərinə sərf edilməsi barədə sübut hesab edilə bilməz. İddiaçının özünə və əməliyyatlarına şəxsi xərclərinə sərf edilmişdir. Bütün bunlar bir daha iddiaçının məhkəməyə əsassız iddia verməklə, əsassız varlanmaq istəyini sübut edir. Məhkəmə onların təqdim etdiyi sübutlara formal yanaşmış və iddiaçının bank kreditləri və şəxsi maraqları üzrə xərclərini araşdırmamışdır. İddiaçı özbaşına tikilmiş mansardı hər hansı sübut təqdim etmədən şişirdilmiş qiymətin bölünməsinə nail olmuşdur. İddiaçı çəkilən xərclərin məcburi, razılaşdırılmış və kompensasiya olunmalı olduğunu sübut etməli idi. Məhkəmə sübutetmə yükünü faktiki olaraq cavabdehin üzərinə qoymuşdur. Faktiki vəziyyətdə isə məhkəmə heç bir halı araşdırmamış, onu mülkiyyətçi belə olmadan cavabdeh kimi cəlb etmişdir. Məhkəmə sübut etmə vəzifəsi iddiaçıda olsa da, bu vəzifəni cavabdeh tərəfə həvalə etmişdir. Həmçinin, məhkəmə qətnamənin təsviri əsaslandırıcı hissəsində iddiaçının istifadə hüququna da qiymət vermişdir. Bununla da, iddia tələbindən kənara çıxaraq prossesual pozuntuya yol vermişdir. İddiaçı anası tərəfindən edilmiş 2013-cü illərdə kosmetik təmirdən özü də 10 ildən çox yaşayaraq istifadə etmişdir. Hazırda mənzilin əsaslı təmirə ehtiyacı var.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

25. Cavabdeh cavabdeh2 iddiaçının apellyasiya şikayətinə qarşı etirazla məhkəməyə müraciət edərək, etirazını iddiaya etirazın və tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, 2 fərqli ekspert rəyi birbiri ilə ziddiyət təşkil edir. Birində təmirin qiyməti 19.000 manat, digərində isə 48.000 manat qeyd olunmuşdur. Bu ciddi fərq ekspert rəyinin qeyri-obyektiv, natamam və mübahisəli olduğunu göstərir. Təmir işlərinin real dəyəri düzgün qiymətləndirilməmişdir. 2012-2013-cü illərdə 48.000 manata demək olar ki, yeni bir ev almaq mümkün idi. İddiaçını dediyi 160.000 manat isə həmin dövr üçün 3 evin dəyəridir. Eyni zamanda, təmir xərcləri hesablanarkən 2012- 2013-cü ilin bazar qiymətlərinə əsaslanmamışdır. Bütün bunlar həqiqətən də ədalətin əksinə yönəlmiş reallığı əks etdirməyən məlumatlardır. Onun anası gecə gündüz işləyib öz hesabına, əziyyətlə kosmetik təmir etdirmişdir. İddiaçının yalnız ümumi fikirləri iddianın təmin edilməsi üçün heç bir əsas ola bilməz.

26. Cavabdeh cavabdeh2 apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edərək, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək, tərəflərindən verilmiş apellyasiya şikayətinin və iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətlərinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 2018-ci ildə iddiaçının atası öz evini satıb, qızına 20.000 manat pul verib. Həmin pulun hesabına da 2018-ci ildə bütün kreditlər ödənilmişdir. İddiaçı 2021-ci ilə qədər müxtəlif yerlərdə işləyib. Cavabdehin dəmir yollarında işləməsinə iddiaçının atası vasitəçilik edibdir.

28. Məhkəmə iclasında cavabdeh, eyni zamanda cavabdeh Məmmədova İldıza Sabir qızının nümayəndəsi cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək, tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və şikayətinin təmin, qarşı tərəfin şikayətinin isə təmin edilməməsini xahiş etmişdir.

29. Məhkəmə iclasında cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili vəkil3 apellyasiya şikayətini müdafiə edərək, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək, tərəflərindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və şikayətlərinin təmin, qarşı tərəfin şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 2011-ci ildə alınmış kreditlə avtomobilin alınmasına dair sübutu məhkəməyə təqdim etmişdir. Halbuki, qarşı tərəf əsassız olaraq həmin pulun təmirə xərcləndiyini iddia edir. İddiaçı qardaşının xəstəliyi ilə bağlı Türkiyə Respublikasına getdiyini bildirsə də, bunu təsdiq edən heç bir sübut təqdim etməmişdir. Həmin vaxt iddiaçının məhz özünün həkim müayinələrindən keçməsinə dair sübutları məhkəməyə təqdim etmişlər. Həm sığorta şəhadətnaməsi, həm də Türkiyə Respublikasında müayinələr 2011-ci ilə aiddir. Avtomobilin sığorta şəhadətnaməsi bankdan götürülən kreditin ev təmirinə deyil, avtomobil alınmasına xərcləndiyini sübut edir. Mənzilin təmir edilməsinə cavabdeh2 maddi köməklik göstərməyib, əşyaların daşınması və s. bu kimi fiziki işlərdə köməklik edib. Elşən Məmmədov “xxxx” MMC-də işləyir.

30. İştirak etdiyi məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək, tərəfindən verilmiş apellyasiya şikayətinin və iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, evli olduğu müddətdə qayınanası cavabdeh Məmmədova İldıza Sabir qızı poliklinikada tabel işçisi vəzifəsində işləyib, aylıq gəliri 100-200 manat olub. İşlədiyi dövrdə onun rəsmi maaşı 3.000 manat idi. Keçmiş əri cavabdeh cavabdeh2 heç vaxt işləməyib. İşlədiyi yerlərə onun qohumları vasitəçiliyi ilə işə düzəlibdir. Birgə nikah dövründə kredit götürməyi evin onun tərəfindən təmir edilməsini sübut edir. Evdə aparılan təmir işləri barədə tam məlumatlıdır və görülmüş işlər barədə tam məlumat verə bilər. Bu da onun həmin təmirdə yaxından iştirak etdiyini və böyük məbləğdə pul vəsaiti xərclədiyini təsdiq edir. 160.000 manat məbləğə həm ev təmir edilmiş, həm də evin bütün avadanlıq və əşyaları yenilənmişdir. Ev pis vəziyyətdə idi, demək olar ki, sıfırdan təmir edilibdir. Cavabdehin qohumu təmirin bir hissəsini icra edib, təmir xərcini süni olaraq 5 qat artırdığı üçün mübahisələri olub, hətta polisə müraciət edilibdir. Daha sonra qohumlarının xahişi ilə ərizə geri götürülübdür. Təmir 2011-2013-cü illərdə olubdur. Evdə yaşaya-yaşaya təmir işləri aparılıbdır. Həmin evdə yaşayırdı, bu səbəbdən özü və övladlarının mənzil şəraitini yaxşılaşdırmaq üçün təmir etmişdir. Digər məhkəmədə mübahisələndirilən torpaq sahəsini nikah dövründə özü almışdır. Torpaq sahəsinin satılmasından əldə olunan puldan imtina etsələr, o da baxılan iş üzrə iddiadan imtina edə bilər.

Tətbiq edilən hüquq

31. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur; 31.2-ci maddəsinə əsasən nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ərarvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir; 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; 35-ci maddəsinə əsasən nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.6-ci maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər; 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər; 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir; 225.4-cü maddəsinə əsasən ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.4-cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir; 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir; 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 372.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

34. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” ##.##.2024-cü il tarixli, */**** saylı Qərarının: 4.1-ci bəndinə əsasən aktiv dedikdə, pulla qiymətləndirilə bilən bütün iqtisadi dəyərlər (əşyalar, hüquqlar və s.) nəzərdə tutulur. Ailə Məcəlləsinin 32.1-ci maddəsinin məqsədinə görə əldə etmə dedikdə, aktivlər üzərində əmlak hüquqlarının qazanılması başa düşülür; 4.4-cü maddəsinə əsasən qanunverici ər-arvadın hər birinin əmlakının onların ümumi mülkiyyəti hesab edilməsi ilə bağlı xüsusi qayda da müəyyən etmişdir. Belə ki, Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən ərə (arvada) ayrıca məxsus olan əmlaka nikahda olduqları dövrdə onların ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına onun dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Bu məsələni tənzimləyən analoji norma Mülki Məcəllənin 225.4cü maddəsidir; 4.5-ci maddəsinə əsasən ərin - arvadın hər birinin əmlakına istənilən yaxşılaşdırma deyil, yalnız onun dəyərini xeyli (əhəmiyyətli dərəcədə) artıran yaxşılaşdırmanın edilməsi və bu yaxşılaşdırmanın məhz nikah dövründə onların ümumi əmlakı və ya digər tərəfin ayrıca əmlakı hesabına həyata keçirilməsi müəyyən edilərsə, bu maddənin tətbiqi mümkündür. Mübahisəli əmlakın dəyərini artıran vəsait nikah dövründə qoyulsa belə, ər-arvadın ümumi əmlakı və ya onların ayrıca əmlakı hesabına deyil, əmlakın məxsus olduğu tərəfin şəxsi vəsaiti hesabına həyata keçirildiyi müəyyən edilərsə, Ailə Məcəlləsinin 35-ci maddəsi mübahisəyə tətbiq edilə bilməz; 4.6-cı maddəsinə əsasən Mülki Məcəllənin 225.4-cü və Ailə Məcəlləsinin 35-ci maddəsinin dispozisiya şərtləri baxımından nəzərə alınmalıdır ki, ərin (arvadın) ayrıca əmlakının onların ümumi mülkiyyəti sayılması üçün əsas şərt qoyulan vəsaitin həcmi olmayıb, məhz qoyulmuş bu vəsait hesabına ər-arvadın hər birinin əmlakının dəyərinin xeyli və yaxud əhəmiyyətli dərəcədə artmasıdır. Bununla yanaşı, Ailə Məcəlləsinin 37.2-ci maddəsinə əsasən bu cür əmlakda tərəflərin payları ərin (arvadın) diqqətəlayiq mənafeyi nəzərə alınaraq, fərqli şəkildə müəyyən edilə bilər. Belə ki, həmin mübahisələrə baxan məhkəmələr ayrıca əmlakın ümumi əmlak sayılmasını tələb edən tərəfin payını ərə (arvada) ayrıca məxsus olan əmlakın dəyərini artıran vəsaitin qoyulduğu dövrdə həcmi və həmin vəsaitdə mübahisə edən tərəfin iştirak dərəcəsini nəzərə alaraq (buna mütənasib olaraq) müəyyən etməlidir; 4.16-ci bəndinə əsasən özbaşına tikililər və tikintisi başa çatmayan binanın tərkib hissələrinə dair yuxarıda qeyd olunanlar Ailə Məcəlləsinin 7-ci fəslinin normalarının mənasına əsaslanır, sözügedən tikililər məhkəmə qərarı ilə əşya hüquqlarının tanınması hesab olunmur və dövlət orqanının üzərinə onlara dair qeydiyyat aparmaq vəzifəsi qoymur. Həmin predmetlərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı qanunla müəyyən olunmuş qaydada aparılmalıdır.

Apellyasiya baxışının hədləri

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

36. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

37. Hazırda apellyasiya şikayətləri ilə qətnamə iddianın təmin edilən və edilməyən hissələrində mübahisələndirildiyindən, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, аpеllyаsiyа şikаyətlərinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi iddia üzrə cavabdeh Məmmədova İldıza Sabir qızına qarşı irəli sürülmüş tələblə bağlı hissədə, habelə iddianın təmin edilən (cavabdeh cavabdeh2 pulun tutulması) hissəsində maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, həmin hissədə qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “Məmmədova İldıza Sabir qızından pulun tutulmasının rədd edilməsi” və “cavabdeh cavabdeh2 pulun tutulması” hissəsində ləğv edilməli, həmin hissələrdə iş üzrə yeni qətnamə çıxarılmaqla iddia həmin hissələrdə rədd edilməlidir.

39. Məhkəmə kollegiyası mübahisənin mahiyyətini nəzərə alıb, Ailə Məcəlləsinin 32-ci və Mülki Məcəllənin 225.1-ci maddələrinə istinadən ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı əmlakın ər və arvadın ümumi birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması zəruridir. Birincisi, əmlak ər və arvadın mülkiyyətinə nikah müddətində daxil olmalı, ikincisi, əmlak nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmalıdır. Belə ki, birgə mülkiyyət qanunvericilikdə nəzərdə tutulan əsaslardan əmələ gəlir. Birgə mülkiyyət rejiminin yaranmasını şərtləndirən əsaslardan biri nikahdır. Qanunverici ailə institutunu ər arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur.

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, iddiaçı ilə cavabdeh cavabdeh2 keçmiş ər-arvaddır, onların arasında nikah ##.##.2001-ci il tarixdə bağlanmış və ##.##.2022-ci il tarixdə məhkəmə qaydasında pozulmuş, birgə nikahdan doğulmuş iki uşaq iddiaçının yanında saxlanılmışdır. Nikaha daxil olduqdan sonra iddiaçı ##.##.1990-cı il tarixli order əsasında qayınanası, cavabdeh Məmmədova İldıza Sabir qızına verilmiş və Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsində yeləşən ** saylı evin, ** saylı mənzilinə köçərək, cavabdehlər, o cümlədən əri cavabdeh2lə (uşaqlar doğulduqdan sonra, həmçinin onlarla) birlikdə 2021-ci ilin avqust ayınadək həmin mənzildə yaşamış, 2004-cü il tarixdə mənzilə pasport qeydiyyatına düşmüşdür. Mənzilə dair cavabdeh Məmmədova İldıza Sabir qızının mülkiyyət hüququ 2008ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, mənzil hazırda da onun mülkiyyətindədir. İddiaçının həmin mənzildən istifadə hüququnun olması məhkəmə qaydasında müəyyən edilmişdir (tanınmışdır). İddiaçı ilə cavabdeh cavabdeh2 birgə nikahda olduqları dövrdə həmin mənzil təmir edilmiş, eyni zamanda, aparılmış təmir və rekonstruksiya işləri nəticəsində mənzilin üzərində yerləşən dam mansard halına gətirilmiş və yaşayış sahəsi kimi istifadə edilməyə başlanılmışdır. Mütəxəssis rəylərinə əsasən mənzil üzərində yerləşən mansardın sahəsi 52,2 kv.m. təşkil edir, onun müstəqil girişi mövcud deyil, həmin sahəyə yalnız cavabdeh Məmmədova İldıza Sabir qızının mülkiyyətində olan mənzildən daxil olmaq olur, mansard mənzilin (54,8 kv.m) ümumi sahəsini artırır (54,8 + 52,2 = 107 kv.m), lakin mənzildən fərqli olaraq hər hansı şəxsin mülkiyyəti kimi qeydə alınmamışdır.

41. Hazırda iddiaçı mənzilin təmirinin və evin damından mansard sahəsinin yaradılmasının, o cümlədən təmirinin (bu sahələrin əsaslı təmirinin) 2012-2013-cü il tarixlərdə aparıldığını, bu işlərin görülməsi üçün xərcin əsas hissəsinin onun tərəfindən qarşılandığını, ümumilikdə bu işlərə 160.000 manat xərc çəkdiyini, həmin vaxt əmək fəaliyyətindən yüksək gəlir əldə etdiyini (3.000 manat), həmçinin, bu məqsədlə bankdan bir neçə dəfə kredit götürdüyünü, ərinin və qayınanasının isə çox aşağı gəlir əldə etdiyini, mansard sahəsinin yaradılması nəticəsində mənzilin faktiki sahəsinin və dəyərinin əhəmiyyətli dərəcədə artırdığını bildirir və öz mövqeyinin təsdiqi olaraq bank (kredit) hesablarından çıxarışları təqdim edərək, bu məbləğin yarısının cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir.

42. Cavabdehlər iddianı qəbul etmir, qeyd edilən işlərin iddia edilən, hətta mütəxəssis rəyi ilə müəyyən edilmiş məbləğdən qat-qat az məbləğə və yalnız cavabdeh Məmmədova İldıza Sabir qızının əldə etdiyi gəlirlər hesabına görüldüyünü, mənzil üzərində olan mansardın əvvəldən mövcud olduğunu, sadəcə İ.Məmmədova tərəfindən arakəsmə tikildiyini, işlərin dəyərinin isə təxminən 15.000 manat olduğunu, iddia edilən məbləğin həmin illərdə ayrıca mənzilin dəyərini təşkil etdiyini, iddiaçının bu işlərə hər hansı vəsait xərcləmədiyini, istinad etdiyi məbləğlərin isə özünə, habelə avtomobilin alınmasına xərclədiyini bildirirlər, eyni zamanda, iddiaçının özünün onlara mülk tələbinin olmadığını və onlardan heç nə istəmədiyini bildirməsini, habelə hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün iddia müddətinin ötürüldüyünü vurğulayırlar və məhkəməyə təqdim edilmiş etirazlarında iddia müddətinin tətbiq edilməsini xahiş edirlər.

43. Məhkəmə kollegiyası tərəflərin mövqeyinə istinadən qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.

44. Bu baxımdan məhkəmə kollegiyası vurğulayır ki, mübahisəli sahənin (mənzil və üzərində olan mansard) iddiaçı ilə cavabdeh cavabdeh2 nikahda olduğu dövrdə, müddət etibarı ilə onların birgə təsərrüfat aparmağa başladığı tarixdən sonra təxminən 2011-2014-cü illərdə aparılması müəyyən edilir (cavabdeh cavabdeh2 iddiaya qarşı etirazında bu işlərin 2011-2014-cü illərdə (i.v.69) aparıldığını bildirir). Hazırda iddiaçının sübut etməyə çalışdığı hal mənzil və onun üzərində yerləşən mansard sahəsində təmir və rekonstruksiya işlərinin (mansardın yaradılmasının) onun vəsaiti hesabına aparılması olmuşdur. Bu məqsədlə iddiaçı bank hesablarından müvafiq çıxarışları təqdim etmişdir. “xxxx” MMC tərəfindən tərtib edilmiş ##.##.2011-##.##.2024-cü il tarixləri əhatə edən çıxarışa, habelə ayrı-ayrı kreditlərin götürülməsini təsdiq edən hesabdan çıxarış məlumatlarına əsasən iddiaçı 2011-2014-cü illər ərzində müxtəlif məbləğlərdə kreditlər götürmüş və həmin məbləğlər sonradan qaytarılmışdır. Belə ki, iddiaçı ##.##.2011-ci il tarixdə 20.655 manat, ##.##.2012-ci il tarixdə 3.000 manat, ##.##.2012-ci il tarixdə 3.000 manat, ##.##.2012-ci il tarixdə 2.000 manat, ##.##.2013-cü il tarixdə 150 manat və 2.600 manat, ##.##.2013-cü il tarixdə 3.000 manat, ##.##.2013-cü il tarixdə 750 manat və 5.000 manat, ##.##.2013-cü il tarixdə 10.000 manat, ##.##.2014-cü il tarixdə 1300 ABŞ dolları kredit götürmüşdür. Hətta bəzi kreditlərin götürülməsi tarixi ilə həmin vaxt artıq mövcud olan başqa kredit üzrə sonuncu ödənişin edilmə tarixlərinin üst-üstə düşdüyü də müəyyən edilir. Məsələn, iddiaçı ##.##.2012-ci il tarixli kredit müqaviləsi (2.000 manat kredit) üzrə sonuncu ödənişi ##.##.2013-cü ildə, ##.##.2013-cü il tarxli kredit müqaciləsi üzrə (5.000 manat kredit) sonuncu ödənişi ##.##.2013-cü il tarixində etmiş, həmçinin ##.##.2013-cü il tarixində 10.000 manat kredit götürmüşdür. Qeyd edilənlər iddiaçının 2011-2014-cü illər ərzində daim kredit münasibətlərində olduğunu və yüksək məbləğdə kredit götürdüyünü təsdiq edir. Bununla belə, bir halda götürülmüş daha yüksək məbləğli yeni kredit hesabına, həmin vaxt qalıq qalmış öhdəliyin icra edilməsi də nəzərə alındıqda, belə qənaətə gəlmək olur ki, həmin vaxt iddiaçının yüksək məbləğdə pula ehtiyacı olmuşdur.

45. Azərbaycan Respublikası “xxxx” MMC Qiymətləndirici Şirkəti tərəfindən verilən ##.##.2025-ci il tarixli, MB **/**** nömrəli qiymətləndirmə hesabatına əsasən mənzilin təmirinə xərclənmiş vəsaitin (tikintidə istifadə edilmiş materialların qiyməti 2012-2013-cü ildə olan bazar qiyməti, usta haqqı və s. hallar nəzərə alınmaqla) 19.187 manat, “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, *** nömrəli mütəxəssis rəyinə əsasən isə ((mənzil və üzərində yerləşən mansard) söküntü, tikinti, təmir, quraşdırma, abadlaşdırma və s. işlərin yerinə yetirildiyini nəzərə alaraq tikinti texnologiyasına, təqdim olunmuş materiallara, əldə olunmuş məlumatlara və müvafiq ekspertiza sahəsi üzrə iş təcrübəsinə əsasən tədqiq olunan yaşayış sahəsində aparılmış söküntü, tikinti, təmir, quraşdırma, abadlaşdırma və s. işlərin ümumi təqribi dəyərinin, 2012-2013-cü illər mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq) 48.150 manat məbləğində olduğu müəyyən olunur. Qeyd edilənlər, o cümlədən təmir-rekonstruksiya işlərinin daha yüksək məbləğdə olmasını təsdiq edən hər hansı başqa sübutun mövcud olmaması iddiaçının məbləğlə bağlı mövqeyini əsassız edir və göstərilən işlərə maksimum 50.000 manata yaxın xərcin çəkildiyi qənaətinə gəlməyə əsas verir.

46. Cavabdeh tərəfindən təqdim edilmiş fiziki şəxslərin sahibliyində olan minik avtomobillərin tam sığortası barədə ##.##.2011-ci il tarixli şəhadətnaməyə əsasən iddiaçı “Kia Sportage” markalı avtomobilini 24.300 manata sığortalamış (həmin ərəfədə, yəni ##.##.2011ci il tarixdə iddiaçı 20.655 manat məbləğində kredit götürmüşdür), həmçinin 2011-ci ilin mart ayında Türkiyə Respublikasının “Gazi” xəstəxanasında, müxtəlif vaxtlarda isə ölkədə olan tibb klinikalarında müayinə olunmuşdur. Bununla belə, mübahisəli mənzildə təmir-rekonstruksiya işlərinə iddiaçının iddia etdiyi məbləğdə xərcin çəkilməsi öz təsdiqini tapmır. Əksinə, iddiaçının həmin dövrdə başqa xərclərinin də olduğu sübut olunur. Bu səbəbdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, həmin müddətə təsadüf edən bütün kreditlər iddiaçı tərəfindən məhz mənzilin təmir-rekonstruksiyası ilə bağlı götürülməmiş, habelə götürülmüş məbləğlər tam şəkildə bu işlərə sərf edilməmişdir.

47. Lakin məhkəmə kollegiyası mütəxəssis rəyi ilə müəyyən edilmiş təmir-rekonstruksiya xərclərinin ümumi məbləğini, həmin müddət ərzində iddiaçı tərəfindən götürülən kreditlərin məbləğini və əmək fəaliyyətindən gəlir əldə etməsini, habelə cavabdehlərlə birlikdə həmin mənzildə yaşamaqla onlarla birgə təsərrüfat aparmasını nəzərə alıb, bu işlərdə iddiaçının da xərc çəkməsini qəbul edir və bununla bağlı qeyd edir ki, mansardın yaradılması və təmir edilməsi onu mənzilin tərkib hissəsinə çevirməklə, ümumilikdə mənzilin sahəsini və ümumi şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdırmış, eyni zamanda, mənzilin dəyərini əhəmiyyətli dərəcədə artırmışdır. Hər bir halda, iddiaçı həmin yaxşılaşdırmaya xərc çəkən zaman tərəflərdən hər hansı biri iddiaçının bir neçə ildən sonra, günlərin bir günü mənzili tərk edəcəyini və nikahın pozulacağını düşünməmişdir. Əks halda, iddiaçı həmin işlərə hər hansı məbləğdə vəsait sərf etməkdə maraqlı olmazdı və sərf etməzdi. Həmin yaxşılaşdırmanın ayrılması qeyri-mümkündür və hazırda ondan mülkiyyətçi faydalanır və iddiaçının həmin mənzildə yaşamadığı, mənzildən və mansarddan istifadə etmədiyi bir halda hüquqi nəticə etibarı ilə iddiaçının çəkdiyi xərclər hesabına cavabdeh İ.Məmmədova əsassız olaraq varlanmış olur. Bu da öz növbəsində iddiaçının yalnız mənzil üzərində olan mansardda deyil, həmçinin mənzildə də aparılmış təmir-rekonstruksiya işlərinə çəkdiyi məsrəflərin əvəzini mülkiyyətçidən tələb etmək hüququnu yaratmış olur. Lakin məhkəmə kollegiyası iddiaçı tərəfindən çəkilmiş xərclərin məbləğinin müəyyən edilməsinə, o cümlədən birinci instansiya məhkəməsi tərəfindən tutulan vəsaitin məbləğ etibarı ilə düzgünlüyünə qiymət verilməsinə hər hansı zərurət görmür.

48. Belə ki, cavabdeh Məmmədova İldıza Sabir qızı iddianın ona aid hissədə əsassız olması barədə dəlilləri ilə yanaşı, eyni zamanda, iddianın müddət ötürülməklə verildiyini bildirir və məhkəməyə təqdim etdiyi etirazda iddia müddətinin tətbiq edilməsini xahiş edir.

49. Bu səbəbdən məhkəmə kollegiyası bu tələbə iddia müddətinin tətbiq edilməli olubolmaması məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir və bununla bağlı qeyd edir ki, hazırki iddia tələbi İlduzə Məmmədovaya aid hissədə əsaslı olsa belə, iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Cavabdeh İldıza Məmmədova isə etirazında iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü qeyd etməklə iddia müddətinin tətbiq edilməsini tələb edir. Bu baxımdan nəzərə alınmalıdır ki, iddiaçı həmin mənzildə 2021-ci ilin avqust ayından etibarən öz istəyi ilə yaşamır. Onunla mülkiyyətçinin oğlu arasında bağlanmış nikah isə məhkəmə qaydasında ##.##.2022ci il tarixdə pozulmuşdur. Hazırki iddia isə ##.##.2024-cü il tarixdə qaldırılmışdır. Tərəflər arasında yer almış digər məhkəmə mübahisəsi üzrə isə cavabdeh İ.Məmmədova iddiaçıya qarşı istifadə hüququna xitam verilməsi barədə ilk, iddiaçı isə ona və digər cavabdehə qarşı mənzilin bölünməsi və təzminatın veriməsi barədə qarşılıqlı iddia irəli sürmüşdür. Hər iki (ilk və qarşılıqlı) iddia 2024-cü ilin iyul ayında, yəni iddiaçının mənzili tərk etdikdən və nikah məhkəmə qaydasında pozulduqdan 2 ildən artıq müddət keçdikdən sonra qaldırılmışdır. Lakin həmin iddia üzrə də təmirə çəkilmiş xərclər tələb edilməmişdir.

50. Digər tərəfdən həmin mübahisənin nəticəsi olaraq iddiaçının mübahisəli mənzildən istifadə hüququnun olduğu müəyyən edilsə də, ötən dövr ərzində iddiaçı mənzildə yaşamaq niyyətində olduğunu göstərməmiş, o cümlədən mənzilə köçürülməsi və ya bununla bağlı maneələrin aradan qaldırılması iddiasını irəli sürməmişdir. Ümumiyyətlə, iddiaçı hazırki iddianı cavabdeh cavabdeh2 ona qarşı birgə nikah dövründə əldə edilmiş torpağın satışından əldə edilmiş vəsaitin yarısının ödənilməsi barədə iddia qaldırdıqdan sonra irəli sürmüşdür. Belə bir məhkəmə mübahisəsinin olduğunu hər iki tərəf etiraf edir. Hazırki iş üzrə iddiaçı öz izahatında da bildirmişdir ki, cavabdeh torpaq sahəsinin satılmasından əldə olunan pulun tələb edilməsindən imtina etdiyi halda, o da hazırki iş üzrə iddiadan imtina edə bilər. Qeyd edilənlər öz növbəsində hazırki iddianın məhz həmin iddia ilə bağlı, onun qarşısını almaq məqsədi ilə qaldırılması qənaətinə gəlməyə əsas verir. Lakin səbəbindən asılı olmayaraq, hüquqi nəticə etibarı ilə iddiaçı hazırki iddiasını bu münasibətlər üzrə müəyyən edilmiş 2 illik iddia müddətini keçirilməklə (ötürülməklə) irəli sürdüyündən və cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə verdiyindən, iddia bu hissədə iddia müddəti tətbiq edilməklə rədd edilməlidir.

51. Lakin birinci instansiya məhkəməsi mübahisəyə düzgün hüquqi qiymət verməmiş və iddia tələbini bu hissədə əsassız hesab edərək, rədd etmişdir. Bununla da hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Halbuki, iddiaçı bu tələbində haqlı omuşdur, lakin hazırki tələbi bu münasibətlər üçün müəyyən edilmiş 2 illik iddia müddətini ötürməklə irəli sürmüşdür. Bu səbəbdən həmin tələb məhz iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Belə olan halda da, iddiaçının apellyasiya şikayəti hüquqi nəticə etibarı ilə qismən təmin edilmiş olur (həmin hissədə qətnamənin ləğv edilməsi tələb edildiyindən və qətnamə də həmin hissədə hüquq normalarının düzgün tətbiq edilməməsi əsası ilə ləğv edildiyindən).

52. Məhkəmə kollegiyası iddianın cavabdeh cavabdeh2 aid hissəsinə münasibətdə qeyd edir ki, mübahisəli mənzil cavabdeh İldıza Məmmədovanın mülkiyyətində olduğundan həmin mənzildə təmir işlərinin aparılması, habelə onun üzərində (bitişik) mansardın yaradılması və təmiri nəticə etibarı ilə mülkiyyətçinin mülkiyyətində olan mənzilin şəraitini yaxşılaşdırır və dəyərini artırır. Bu baxımdan aparılmış təmir və rekonstruksiya işlərindən faydanı da nəticə etibarı ilə mülkiyyətçi əldə etmiş olacaqdır. Bu səbəbdən iddiaçı tərəfindən bu məqsədlə çəkilmiş xərclər ümumiyyətlə cavabdeh2 tələb edilə bilməz. Birinci instansiya məhkəməsi iddia edilən məbləğin bir hissəsini bu cavabdehdən tutmaqla səhv qənaətə gəlmiş və ümumiyyətlə haqlı olmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbi cavabdeh cavabdeh2 aid hissədə əsassız olmaqla, təmin edilməməlidir. Bu da öz növbəsində iddiaçının bu tələb üzrə apellyasiya şikayətinin əsassız, cavabdeh cavabdeh2 apellyasiya şikayətinin isə əsaslı olduğunu təsdiq edir. Bu səbəbdən cavabdeh cavabdeh2 tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibət bildirilməsinə hər hansı zərurət qalmır.

53. Məhkəmə kollegiyası hüquqi nəticə etibarı ilə iddianın rədd edilməsinə baxmayaraq, qətnamənin məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı hissəsinin ləğv edilməsinə və həmin xərclərin yalnız iddiaçıdan tutulmasına hər hansı zərurət görmür.

54. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sərgilədiyi hüquqi mövqeyin yekunu olaraq, belə qənaətə gəlir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “cavabdeh Məmmədova İldıza Sabir qızından pulun tutulmasının rədd edilməsi”, habelə “cavabdeh cavabdeh2 11.745 manat məbləğində pulun tutulması” hissələrdə ləğv edilməli, həmin hissələrdə iş üzrə yeni qənamə çıxarılmaqla, iddia həmin hissələrdə rədd edilməli, qətnamə yoxlanılan qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir.

55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-385ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı İddiaçı və cavabdeh cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi “cavabdeh Məmmədova İldıza Sabir qızından pulun tutulmasının rədd edilməsi” və “cavabdeh cavabdeh2 11.745 manat məbləğində pulun tutulması” hissələrində ləğv edilsin. Həmin hissələrdə iş üzrə yeni qətnamə çıxarılsın. İddia həmin hissələrdə rədd edilsin. Qətnamə yoxlanılan qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar